Məhkəmə qərarları › İş №1(036)-31/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-31/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-31/2025 24.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, İmişli şəhəri, Xiyabani küçəsi, ev 02 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 451.26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq 1.26 qramını üzərində və 450.0 qramını isə İmişli şəhəri, Xiyabani küçəsində “Lokomotiv deposu” adlanan ərazidə mişar daşından hörülmüş köhnə tiklinin içərisində saxlamış, xx.xx.2025-ci il saat 14:06 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İmişli rayon Muradxanlı kənd ərazisində yolun kənarında saxlanılmış üzəri yoxlanılan zaman əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 1.26 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və saat 16:15 radələrində İmişli şəhəri, Xiyabani küçəsində “Lokomotiv deposu” adlanan ərazidə mişar daşlarından hörülmüş köhnə tiklinin içərisinədki otaqların birinin döşəməsinin altına baxış keçirilərkən isə onun gizlətdiyi bir ədəd qara rəngli polietilen torbanın içərisindən 450.0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, ümumilikdə xeyli miqdarda, yəni 451.26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, İmişli rayonunda yas mərasimləri üçün çadırların quraşdırılmasında Şahin adlı sahibkarın yanında sürücü işlədiyini bildirmişdir. O bir dəfə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək İmişli rayon məhkəməsinin hökmü ilə bir il on bir ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu tam olaraq ödənmişdir. Təxmini iki ildən artıqdır ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. O sonuncu dəfə 2024-cü ilin dekabr ayında “patı” istifadə etdiyini lakin 2025-ci ilin yanvar ayından narkotik vasitə marixuana istifadə etdiyini bildirmişdir. Təxminən 10 gün bundan əvvəl Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsinə balıq tutmaq üçün getmiş, Araz çayının kənarına çatmamış yulğun ağaclarının arasında qara rəngli sellofan torbanı görmüş və həmin torbanı götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu bilib, istifadə etdiyi üçün onu götürmək qərarına gəlmişdir. Təbii narkotik vasitə olan marixuananı o rayon ərazisindən tanımadığı şəxslərdən pulla əldə etdiyini bildirmişdir. Lakin o sellofan torbanı yaşadığı evə gətirməyə qorxmuş, həmin içərisində narkotik vasitə marixuana olan qara sellofan torbanı əlində yaşadığı İmişli şəhəri, Xiyabani küçəsinin yaxınlığında istifadəsiz binaya gətirmişdir. Həmin yer yaşadığı evdən bir qədər aralıda yerləşdiyini bildirmişdir. Əvvəllər həmin yer köhnə zavod qismində istifadə edilən sahibsiz yer olduğunu bildirmişdir. Həmin yerdə olan tikilinin içərisində bir neçə boş otaqlar olduğunu və o otaqların birinin döşəməsinin altında sellofan torbanı gizlətmişdir. Sellofandakı marixuanadan bir qədər götürmüş və istifadə üçün üzərində saxlamışdır. Bir dəfə istifadə etmiş, götürdüyü hissə bitdiyi və yenidən istifadə etmək üçün o, 15 yanvar 2025-ci il tarixdə, səhər saatlarında həmin yerə getmiş və oradakı sellofan torbada olan narkotik vasitə marixuanadan bir qədər götürüb siqaret qutusunun içərisində olan kağıza bükmüş və cibinə qoymuşdur. 15 yanvar 2025-ci il tarixdə saat təxminən 14 radələrində yas mərasimi üçün İmişli rayonu, Muradxanlı kəndinə getmişdir. Avtomobili yas olan həyətdə saxladıqdan sonra üzərində olan narkotik vasitə marixuanadan istifadə etmək üçün o piyada olaraq İmişli rayonu istiqamətində hərəkət etmişdir. İmişli rayonu, Muradxanlı kənd ərazisində yolun kənarında olarkən yanında ağ rəngli dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil saxlayıb içərisindən İmişli rayon Polis şöbəsinin bir neçə əməkdaşı ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim etməklə özlərinin polis əməkdaşları olmalarını ona bildirmişdir. Polis əməkdaşları onun üzərində narkotik vasitə gəzdirməyilə bağlı məlumat daxil olduğunu və həmin məlumatın yoxlanılmasından ötəri onun üzərinin yoxlanılması zəruri olduğunu bildirmişdir. O da heç bir etiraz etməmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya qanunsuz olan hər hansı əşya yaxud predmet olmasını sual verən zaman o üzərində bir ədəd bükümdə olan narkotik vasitə marixuana olduğunu bildirərək, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarından biri onun üzərini yoxlamış, lakin heç bir qanunsuz əşya aşkar etməmişdir. Onun üzərində olan, təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən götürülmüş və onun gözü qarşısında elektron tərəzidə çəkilmişdir. Tərəzinin ekranında həmin kütlənin 1.60 qram olması görünmüşdür. Daha sonra həmin içərisində narkotik vasitə olan bir ədəd büküm polis əməkdaşları tərəfindən boş zərfə qoyulub və möhürlənmişdir. Daha sonra ona bildirilmişdir ki, aşkar olunmuş kütlə ekspertizaya göndəriləcəkdir. Daha sonra həmin möhürlənmiş və içərisində marixuana kütləsi olan zərfin üzəri orada olan polis əməkdaşları və onun tərəfindən imzalanmışıdır. Bundan sonra ona İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinə getməli olmağı bildirilmişdir. O da heç bir etiraz etməmişdir. İmişli rayon polis şöbəsinin xidməti otaqlarından birində saxlanılmışdır. Bundan sonra otağa təhqiqatçı daxil olmuş və ona özünü təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirmək və saxlamaqla bağlı daxil olmuş məlumat əsasında keçirilmiş tədbir zamanı onun üzərindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuş və buna görə də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Sonra ondan özünün şəxsi vəkilinin olub-olmadığı soruşulmuş o isə vəkilinin olmadığını və vəkil tutmaq üçün maddi imkanının olmadığını bildirmişdir. Ona İmişli rayon Vəkil bürosunun vəkillərinin siyahısını təqdim etmiş və o həmin siyahıdan Müdafiəçi1 seçmişdir. O həmin şəxsi əvvəllər tanımadığını bildirmişdir. Həmçinin siyahıda olan digər vəkilləri də tanımadığını bildirmişdir. Amma o sərbəst olaraq Müdafiəçi1 seçmiş və bir qədər sonra həmin şəxs Polis şöbəsinə onun yanına gəlmişdir. Ona təqdim edilib bildirilmiş ki, həmin şəxs İmişli rayon Vəkil bürosunun vəkili Müdafiəçi1dur və hüquqları onun tərəfindən müdafiə ediləcəyini bildirilmişdir. O da vəkilə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Sonra tədbir zamanı iştirak edən polis əməkdaşları, təhqiqatçı, o və müdafiəçinin iştirakı ilə onun üzərində yenidən şəxsi axtarış aparılacağı bildirmişdir. Sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində şübhəli şəxsin nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, bununla bağlı olaraq ona sənəd də təqdim edilmişdir. O da heç bir etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış hərəkətləri aparılmış və həmin vaxtda video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzəri yoxlanılmış və heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən üzərindən aşkar olunaraq götürülmüş bir ədəd möhürlənmiş zərfdə olan narkotik vasitə marixuanı ona göstərərək, zərfi cırıb həmin marixuananın ona aid olub-olmamasını soruşmuşdur. O, təsdiq edərək həmin marixuananın ona aid olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin zərfi elektron tərəzidə çəkmiş və tərəzinin ekranında həmin kütlənin 1.55 qram olduğu göstərmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən yenidən zərfə qoyulub üzəri möhürlənərək polis əməkdaşları, o və müdafiəçi tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı ona narkotik vasitə marixuananı haradan əldə etdiyini soruşmuş o isə Araz çayının kənarından tapdığını bildirmişdir. Həmçinin ona sual olunmuşdur ki, bundan başqa haradasa, yəni evdə, maşında gizlətdiyi qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi bildirilmişdir. O da tapdığı narkotik vasitə marixuananın digər hissəsini də yaşadığı yerin yaxınlığında gizlətdiyini bildirmişdir. Sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə həmin yerə getmiş və ona gizlətdiyi yerdən narkotik vasitə olan marixuananı çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əvvəldə qeyd etdiyi kimi narkotik vasitə olan marixuana gizlətdiyi sahibsiz binanın otaqlarından birinin döşəməsinin altından çıxarıb təqdim etmişdir. Həmin polietilen sellofanda olan marixuana kütləsi polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və üzəri möhürlənərək onun da iştirakı ilə imzalanmışdır. Həmin kütlə, həmçinin üzərindən aşkar edilən narkotik vasitə olan marixuana kütləsinin də ekspertizaya göndəriləcəyi bildirilmişdir. O da heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, polislər ona yaxınlaşanda işdən gəlirdi. Narkotik vasitəni də özü istifadə etmək məqsədi ilə gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq İmişli RPŞ-nin X4 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru olduğunu bildirmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanımadığını və heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmadığını bildirmişdir. 15 yanvar 2025-ci il tarixdə icraatına qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli şəhəri sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı müəyyən edilmiş ki, həmin şəxs xx.xx.2000-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul, məhkumluğu olmamış, İmişli şəhəri Xiyabani küçəsi ev 02 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmişdir. 15 yanvar 2025-ci il tarixdə, saat 14 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq “Niva” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə, əməliyyat qrupunun üzvləri ilə birlikdə İmişli rayon Muradxanlı kəndi ərazisində yolun kənarında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərməklə polis əməkdaşı olmağı təqdim etmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs avtomobillə hərəkətdə olacağını bildirilmiş, lakin Təqsirləndirilən şəxs saxladıqdan sonra o yolun kənarında avtomobil gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşanda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sarı rəngli siqaret kağızına bükülmüş kütlə təqdim etmişdir. Həmin sarı rəngli kağızın içərisində marixuanaya bənzər kütlə var olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən sarı rəngli siqaret kağızına bükülmüş kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 1.61 qram olduğu müəyyən olunmuşdur. Sonra aşkar edilmiş kütləni zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və bu barədə dərhal tərəfindən protokol tərtib edilərək, iştirakçılara elan edilmişdir. İmzalarla doğruluğu təsdiq edilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin təhqiqat bölməsinə həvalə edilmişdir. X1 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün İmişli rayon vəkil bürosunun vəkilləri təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıda İmişli Vəkil bürosunun vəkili Müdafiəçi1 öz istəyi ilə seçmişdir. Həmçinin ona Azərbaycan Respublikasının CPM-nin 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr izah edilmişdir. Sonra video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və heç bir şey aşkar etməmişdir. Təhqiqatçı bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş zərfin içərisində olan bir ədəd sarı rəngli siqaret kağızına bükülmüş kütləni Təqsirləndirilən şəxs göstərib həmin zərfi cırmış və içərisindəki bükümü açaraq Təqsirləndirilən şəxs göstərmiş və həmin kütlənin nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs kütləni “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra büküm elektron tərəzi vasitəsi ilə çəkdikdən sonra yenidən bir ədəd zərfə qoyub möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üstü imzalanmışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə gizlədib gizlətməməyi barədə sual vermişdir. Təqsirləndirilən şəxs isə üzərindən aşkar olunmuş narkotik vasitəni Araz çayı kənarından tapdığını, həmin narkotik vasitədən yerdə qalanı isə yaşadığı evin yaxınlığında sahibsiz tiklidə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış videogörüntü əsasında keçirilmişdir. Daha sonra keçirilən tədbirin davamı olaraq iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yerə getdiyini bildirmişdir. Həmin yer İmişli şəhəri, Xiyabani küçəsində yerləşən, qeyri-yaşayış sahəsi olduğunu bildirmişdir. Orada heç kimin yaşamadığı bildirmişdir. Şəxsi axtarış zamanı şifahi cavabına əsasən Təqsirləndirilən şəxs çay kənarından əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın üzərindən aşkar edilən hissəsindən əlavə qalan hissəsini də gizlətdiyi yeri bizə göstərmişdir. Həmin yer sahibsiz tiklinin içərisindəki otaqların birində döşəmənin altında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əli ilə həmin döşəmənin altında qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. O, həmin bu narkotik vasitə marixuana çay kənarından tapmış, özü istifadə etdiyi üçün götürüb həmin bu yerə gətirmiş və gizlətmişdir. Həmin sellofan torbada olan qurudulmuş narkotik vasitə marixuana da təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Gülhüseyin oğlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsində İmişli Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 İmişli RPŞ-nin X4 baş əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyati üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə saat 15:05-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32); şəxsi axtarış və götürmə aparılması haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya, predimet va ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. X.Mircəlal üzərində qanunsuz əşya və ya predimet olmadığını bildirmişdir. Daha sonra X.Mircəlalın üzərində şəxsi axtarış aparılmış və əynindəki qara rəngli şalvarın sağ yan cibində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predimet aşkar edilməmişdir. Daha sonra zərurətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşlarının 15 yanvar 2025-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə olan marixunaya bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış, zərfin içərisindən 01 ədəd siqaret kağızına bükülmüş içərisində narktoik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə eletron tərəzi vasitəsiylə çəkilərək, 1,55 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə ilkin zərfə geri qoyularaq, həmin zərflə birlikdə zərfin içərisinə qablaşdırılmış, DİN-nin 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 35- 36); Baxış keçirilməsi və götürmə aparılması haqqında 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Xəlili X8 şəhəri, Xiyabani küçəsində “Lokomativ Depo” adlanan ərazidə yerləşən bir mərtəbəli mişar daşından inşa edilmiş istifadəyə yararsız köhnə tikili, üç otaqdan ibarət, otaqların qapıları və pəncərlərinin şüşələri sınmış halda olmuşdur. Təqsirləndirilən şəxs tikliyə giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən boş otaqda döşəmənin altında bir ədəd sellofan torbada içərisində narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmiş və həmin kütləni bir neçə gün əvvəl həmin yerdə gizlətdiyini bildirmişdir. Təqdim olunmuş bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisini öyrənmək üçün həmin kütlə elektron tərəziyə qoyulmuş, tərəzidə kütlə 465 qram olduğu görsənmişdir. Daha sonra kütlə qablaşdırılmış, DİN-nin 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 18/39 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1.26 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “.. Təqsirləndirilən şəxs ..gizlətdiyi..” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi - 450,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir (i.v. 44-47); cinayət işini icraata qəbul etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (i.v. 50); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 61); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Xəlili X5 RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Xəlili X8 şəhəri, Xiyabani küçəsi, ev 02 ünvanında qeydiyyatdadır və ailə tərkibi anası X3 ibarətdir (i.v. 96); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 97); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Xəlili X8 Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 111-112); İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 42-69-2 nömrəli arayışdan görünür ki, Xəlili X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İmişli Rayon Məhkəməsinin 7(036)19/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmışdır. Təqsirləndirilən şəxs cəzası xx.xx.2022-ci il tarixdə başa çardığı üçün İmişli Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Baxış keçirilməsi haqqında 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, “Azercell MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 2898 nömrəli məktuba əlavə edilmiş CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində və adında ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrədə iş üçün əhəmiyyət kəsb edən, daxil olan və çıxan sms mətnləri və zənglər müəyyən edilməmişdir. Bundan başqa ***-***-**-** saylı mobil nömrəyə iş üçün əhəmiyyət kəsb edən heç bir sms mətnləri və zənglər daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs oğlunun istifadəsində və adında ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrin xx.xx.2025-ci il tarixdə anten məlumatları İmişli rayonunda olduğu göstərilmişdir. (i/v 120-122); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci tarixli, 785 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v. 129-130); Sübutların qiymətləndirilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuanan kütləsi əldə etməsi ilə bağlı müstəqil icraata material ayrılmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 15 yanvar 2025-ci il tarixli, baxış keçirilməsi haqqında 15 yanvar 2025-ci il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2025-ci il tarixli 18/39 nömrəli, təkbaşına məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 785 nömrəli rəyləri, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş CD disk, "xxxx" MMC- dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs aşkar edilmiş 451.06 qram təmiz çəkidə olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınması və İmişli RPŞ-nin “Maddi sübutların saxlanması otağına” təhvil verilməsi nəzərə alınmışdır (i.v. 144-152); Məhkəmə iclasında “CD-R” disklərə baxış keçirilmiş, disklərdə olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd siqaret kağızına bükülmüş içərisində narktoik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra Xəlili X8 şəhəri, Xiyabani küçəsində “Lokomativ Depo” adlanan ərazidə yerləşən bir mərtəbəli mişar daşından inşa edilmiş istifadəyə yararsız köhnə tikili, üç otaqdan ibarət, otaqların qapıları və pəncərlərinin şüşələri sınmış halda olmuşdur. Təqsirləndirilən şəxs tikliyə giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən boş otaqda döşəmənin altında bir ədəd sellofan torbada içərisində narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmiş və həmin kütləni bir neçə gün əvvəl həmin yerdə gizlətdiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 451.26 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törətmiş şəxsin məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 451.26 qram olan, tədqiqatdan sonra qalıq qalmış 451,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı və 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli şəhəri, Xiyabani küçəsi, ev 02 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi, ev 02 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 451.26 qram olan, tədqiqatdan sonra qalıq qalmış 451,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 04 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar