Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-32/2024 19.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttiham İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli Rayon Məhkəməsinin 1(036)-41/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Araz küçəsi ev 1-də qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsna ittiham elan olunmuşdur ki o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində təşkil olunan "Mal-qara" bazarının yaxınlığında dayanmış Zərərçəkmiş şəxs4 məxsus "VAZ-2107" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 200 manat dəyərində "Pioneer" markalı maqnitafonu gizli yolla talayıb, Zərərçəkmiş şəxs4 200 manat ziyan vurmaqla oğurluq etmişdir. (epizod İ). Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 06 radələrində İmişli şəhəri, 28 May küçəsində yerləşən Şahid1 məxsus təmir sexinin ərazisindəki Zərərçəkmiş şəxs1 məxsus olan “Kamaz” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 100 manat dəyərində 2 ədəd səs gücləndirici və X4 məxsus olan “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 100 manat dəyərində iki ədəd səs gücləndiricini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 və Sərvan İmanovun hər birinə 100 manat olmaqla, ümumilikdə 200 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir (epizod İİ). Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən avtomobil ehtiyat hissələri mağazasına nəfəslikdən qanunsuz daxil olaraq, həmin mağazanın içərisində olan oturmaq üçün nəzərdə tutulan otağdakı stolun üzərində olan yeşikdən 190 manat qəpik pul, həmin yeşiyin yanında olan qutudan 500 manat pul, həmin qutunun yanında olan qadın əl çantasından 300 manat pul, həmin otaqda divardan asılmış gödəkçənin sağ və sol ciblərindən cəmi 1000 manat pul olmaqla ümumilikdə 1990 manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 1990 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. (epizod İİİ). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq əməllərinə görə İmişli Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. O, 29 avqust 2023-cü il tarixdə gecə saatlarında İmişli rayonu, Otuziki kəndində təşkil olunan mal-qara bazarına taksi kimi sərnişin aparmışdır. Həmin vaxt yolun kənarında dövlət qeydiyyat nişanını 220 deyə xatırladığı sahibsiz, göy rəngli "VAZ-2107" markalı avtomobil görmüş və avtomobilindən düşüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin qapısının kilidini əli ilə açaraq həmin avtomobilin salonunda quraşdırılmış olan bir ədəd "Pioneer" markalı maqnitofonu söküb çıxarmış və oradan uzaqlaşmışdır. Həmin vaxt ətrafda insanlar toplaşsa da qaranlıq olduğu üçün onu heç kim görməmişdir. Daha sonra özünün idarə etdiyi, atası Şahid2 məxsus olan “BYD" markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib oradan çıxıb getmişdir. Həmin günün sabahısı isə həmin maqnitofonu Sabirabad rayonunda tanımadığı şəxsə 60 manata satmışdır. Bunda başqa o, 03 sentyabr 2023-cü il tarixdə atası Şahid2 məxsus “BYD" markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomaşınla səhər saatlarında İmişli şəhər ərazisində idarə etmişdir. Həmin vaxt İmişli şəhəri, 28 may küçəsi ərazisində yerləşən və bir gün əvvəl də həmin küçədə gördüyü yük avtomaşınlarına məxsus təmir sexinin qarşısına gəlmişdir. Həmin təmir sexində heç bir şəxsin və ətrafda heç bir kameranının olmadığından əmin olduqdan sonra idarə etdiyi avtomobili sexin qarşısında saxlayaraq, sexə daxil olmuşdur. Daha sonra isə həmin sexdə iki ədəd "Kamaz" markalı yük avtomaşınlarının olduğun görüb, həmin avtomaşınların birinə yaxınlaşmış və qapısının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Daha sonra isə həmin yük maşının salon hissəsində iki ədəd səs gücləndiricinin quraşdırıldığını görsə də, lakin maqnitafonun olmadığını görüb, səs gücləndiricilərin bağlandığı yerləri söküb çıxartmışdır. Sonra isə digər “Kamaz” markalı avtomobilin də salonundakı 2 ədəd səs gücləndiricilərı eyni qaydada söküb çıxartmışdır. Oradan uzaqlaşmaq istəyərkən sexin qarşısında bir nəfər şəxsin ona tərəf gəlib səsləndiyini eşitmişdir. O, həmin şəxsə tərəf çevrildikdə ondan nə etdiyini soruşmuş və o, həmin şəxsə təbii ehtiyacını ödəmək üçün, yəni tualet etmək üçün dayandığını demişdir. Həmin şəxs ondan sexə daxil olub-olmamağını soruşduqda isə həmin şəxslə mübahisə etmiş və avtomobilə əyləşib çıxıb getmişdir. Daha sonra həmin 4 ədəd səs gücləndiricini İmişli şəhəri ərazisində tanımadığı şəxsə 100 manata satmışdır. Bundan başqa 27 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində evdə olarkən oğurluq etmək qərarına gəlmiş və təxminən onların evinə 300-400 metr məsafədə, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Cahangir adlı şəxsə məxsus olan avtomobil ehtiyyat hissələrindən oğurluq etmək üçün saat 01 radələrində həmin mağazanın arxa hissəsində yerləşən nəfəslikdən mağazaya daxil olmuşdur. Həmin nəfəsliyin qapısı bağlanmamışdır. Belə ki, o, nəfəsliyin qapısın özünə çəkmiş və qapı açılmışdır. Orada ilk öncə stolun üzərində olan qadın əl çantasında olan pulu, sonra divardan asılı vəziyyətdə olan kişi gödəkçəsinin yan cibində olan pulu, sonra yanda olan stolun üzərində olan balaca qutudakı pulları və qutunun yanında olan plastik qabda olan “50” qəpik pul əskinaslarını götürüb həmin nəfəslikdən çıxıb evə getmişdir. Oradan ümumilikdə 390 ədəd “50” qəpik pul əskinasını, 2 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 15 ədəd 5 manatlıq, 170 ədəd isə 1 manatlıq pul əskinaslarını götürməklə ümumilikdə 1055 manat pul oğurlamışdır. Oğurladığı qəpik pulları evdə olan uşaq beşiyinin altında gizlətmişdir. Təxminən 20-25 gün əvvəl isə İmişli mal bazarından dövlət qeydiyyat nişanını tam xatırlamadığı, sonu 220 olan göy rəngli, “VAZ-2107” markalı avtomobildən tanışı X2 ilə birlikdə bir ədəd “Pioneer” markalı maqintafonu söküb oğurlamışdır. Həmin gün maqintafonu Ceyhunla birlikdə Sabirabad bazarının yaxınlığında Valeh adlı şəxsə 60 manata satmış və pulunu Ceyhunla yarı-yarıya bölmüşdür. Həmin Valeh adlı şəxsin şəxsiyyəti ona məlum deyildir. Əvvəllər Sabirabad bazarında işlədiyi üçün Valeh adlı şəxsi oradan tanımışdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 ifadəsində özünə məxsus olan mağazadan 1990 manat pul oğurlanması barədə bildirmişdir ki, oradan sadəcə 1055 manat pul oğurlamışdır. Beləliklə o, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəyən zərəri ödədiyini, buna görə də barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, təsərrüfat fəaliyyəti ilə məşğul olur. 29 avqust 2023-cü il tarixdə, saat 17 radələrində özünə məxsus olan "VAZ-2107" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu Otuziki kəndi ərazisində təşkil olunan “Mal-qara” bazarına 3 ədəd qoyununu satmaq üçün getmişdir. Avtomobilini İmişli rayonu, Otuziki kəndinə dönən yolda yolun sağ tərəfində saxlayıb avtomobilindən 300 metr uzaqlaşmışdır. Həmin gün saat 19 radələrində o, avtomobilinə qayıtdıqda qapının açıq olduğunu görmüşdür. Belə ki, o, qapıları avtomobilin pultu vasitəsi ilə kilidləmişdir. Bundan sonra avtomobilinə baxdıqda salona quraşdırılmış "Pioneer 5050" markalı maqnitofonun oğurlandığını aşkar etmişdir. Maqnitofonunun 200 manat dəyəri olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin maqnitofonu İmişli şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Buna görə də İmişli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmış, tərəfindən ona dəyən zərər tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ona məxsus olan İmişli şəhəri, H.Əliyev prospektində yerləşən avtomobil ehtiyat hissələri mağazasını işlətmişdir. Belə ki, 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində mağazanı bağlayıb evə getmişdir. 28 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində qeyd etdiyi mağazaya daxil olanda mağazadakı dağılmış əşyaları görüb dərhal anlamışdır ki, mağazaya oğru daxil olmuşdur. Ona görə də mağazanın içərisində olan oturmaq üçün nəzərdə tutulan otağa daxil olub ilk öncə stolun üzərində olan yeşiyə baxıb orda olan 190 manat qəpik pulları yoxladıqda həmin pulların yerində olmadığını görmüşdür. Daha sonra həmin yeşiyin yanında olan qutuda kredit ödənişi üçün saxladığı 500 manat pulun, həmin qutunun yanında olan qadın əl çantasındakı 300 manat pulun, həmin otaqda divardan asılmış gödəkçəsinin sağ və sol ciblərində olan ümumilikdə 1000 manat pulun da oğurlandığını aşkar etmişdir. Daha sonra müəyyən etmişdir ki, mağazanın arxa hissəsindəki nəfəslikdən (fortuçka) naməlum şəxslər daxil olmuşdur. Bundan sonra o, İmişli Rayon Polis Şöbəsinə məlumat vermişdir. Bildirmişdir ki, pul qutusunda olan pulların çoxu müxtəlif rəqəmli pul vəsaitləri olmuşdur. Belə ki, pul rezini ilə bağlanmış müxtəlif növ pul əskinasları və həmçinin 190 manat qədərində 50 qəpiklik dəmir pul əskinasları olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona dəyən zərər tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında baş etibarnamə ilə özünə məxsus olan “Kamaz” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin aylıq təmir tələbatlarını ödəmək üçün qohumu Şahid1 işlətdiyi, İmişli şəhəri, 28 may küçəsində yerləşən təmir sexinə aparmışdır. 03 sentyabr 2023-cü il tarixdə Samid ona həmin yük avtomobilimin salon hissəsində quraşdırılmış 2 ədəd “Pioneer” markalı səsgücləndiricilərin oğurlandığını bildirmişdir. Həmin vaxt onun avtomobilindən başqa bir avtomobilin də salonundan 2 ədəd səs gücləndirici oğurlanmışdır. Hadisə nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Həmçinin Samid ona demişdir ki, həmin gün saat 6 radələrində küçəyə çıxıb yaşadığı evin yaxınlığında, yəni İmişli şəhəri, 28 May küçəsində yerləşən işlətdiyi avtomobil təmir sexinin qarşısında bir nəfər şəxsi və ağ rəngli, “BYD” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada dayandığını və sexin itlərinin hürdüyünü görmüşdür. Həmin yerə yaxınlaşıb oradakı şəxsi səslədikdə həmin şəxs əlində olan ağ rəngli sellofanı avtomobilin arxa oturacağına atıb ona tərəf döndüyünü və bu zaman həmin şəxsdən nə etdiyini soruşduqda həmin şəxs təbii ehtiyacını ödəmək üçün dayandığını demişdir. Samid də həmin şəxsdən sexə daxil olub-olmamağını soruşduqda isə mübahisə etmiş və avtomobilə əyləşib çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin oğurluğu törətmiş şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxslə barışmış, ona dəyən zərər tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin avqust ayının təxminən 26-27 tarixlərində özünə məxsus olan “KAMAZ-5410 yük” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mator hissəsində bəzi təmir tələbatları olduğu üçün həmin yük avtomobilini tanışı Şahid1 işlətdiyi, İmişli şəhəri, 28 may küçəsində yerləşən təmir sexinə aparmışdır. 03 sentyabr 2023-cü il tarixdə Samid ona həmin yük avtomobilimin salon hissəsində quraşdırılmış 2 ədəd “Pioneer” markalı səsgücləndiricilərin oğurlandığını bildirmişdir. Həmin vaxt onun avtomobilindən başqa bir avtomobilin də salonundan 2 ədəd səs gücləndirinin oğurlanmışdır. Hadisə nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Həmçinin Samid ona demişdir ki, həmin gün saat 6 radələrində küçəyə çıxıb yaşadığı evin yaxınlığında, yəni İmişli şəhəri, 28 May küçəsində yerləşən işlətdiyi avtomobil təmir sexinin qarşısında bir nəfər şəxsi və ağ rəngli, “BYD” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada dayandığını və sexin itlərinin hürdüyünü görmüşdür. Həmin yerə yaxınlaşıb oradakı şəxsi səslədikdə həmin şəxs əlində olan ağ rəngli sellofanı idarə etdiyi avtomobilin arxa oturacağına atıb ona tərəf döndüyünü və bu zaman həmin şəxsdən nə etdiyini soruşduqda həmin şəxs ona təbii ehtiyacını ödəmək üçün, yəni tuvaletə çıxdığı üçün dayandığını demişdir. O da həmin şəxsdən sexə daxil olub-olmamağını soruşduqda isə mübahisə etmiş və avtomobilə əyləşib çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin oğurluğu törətmiş şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxslə barışmış, ona dəyən zərər tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 6 radələrində küçəyə çıxmış, yaşadığı evin yaxınlığında, yəni İmişli şəhəri, 28 May küçəsində yerləşən icarəyə götürüb işlətdiyi avtomobil təmir sexinin qarşısında bir nəfər şəxsi və ağ rəngli, “BYD” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada dayandığını və sexin itlərinin hürdüyünü görmüşdür. Həmin yerə yaxınlaşıb oradakı şəxsi səslədikdə həmin şəxs əlində olan ağ rəngli sellofanı avtomobil arxa oturacağına atıb ona tərəf dönmüş və bu zaman o, həmin şəxsdən nə etdiyini soruşduqda həmin şəxs ona təbii ehtiyacını ödəmək üçün dayandığını demişdir. O, həmin şəxsdən sexə daxil olub-olmamağını soruşduqda isə onunla mübahisə etmiş və yenidən təbii ehtiyacını ödəmək üçün həmin yerdə dayandığını bildirib, avtomobilə əyləşib çıxıb getmişdir. Bundan sonra o, avtomobil təmir sexində təmir üçün saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus olan “Kamaz” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin salonundan 2 ədəd səs gücləndiricinin və X4 məxsus olan “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin salonundan da 2 ədəd səs gücləndirici olmaqla ümumilikdə 4 ədəd səs gücləndiricinin oğurlandığını aşkar etmişdir. Həmin yük avtomobillərinin qapıları açıq olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, həmin gördüyü, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin səs gücəndiriciləri oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan avtomobil təmiri sexində usta işləyir. 27 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, təmir sexini bağlayıb çıxıb evə getmişdir. Həmin vaxt orada heç bir şübhəli şəxsi görməmişdir. 28 sentyabr 2023-cü il tarixdə avtomobil təmir sexinə gəldikdən sonra yanlarında yerləşən Cahangirə adlı şəxsə məxsus olan avtomobil ehtiyyat hissələri mağazasından oğurluq olduğunu bilmişdir. Daha sonralar isə ona məlum olmuşdur ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs həmin mağazadan təxminən 2000 manat pul oğurlamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ərizə verərək yaxın qohumu, yəni atası olduğu üçün ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 41); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 47); cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraata birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdrilmişdir. (i.v. 43-44); hadisə yerinə baxış keçirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, Otuziki kəndində təşkil olunan mal-qara bazarının ərazisidir. Hadisə yerinə baxış keçirilərkən ətrafda xeyli sayda avtomobil müşahidə edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs4 şifahi olaraq əli ilə ona məxsus olan “VAZ-2107” markalı, göy rəngli, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin salonundan oğurlanan maqnitofonun yerini göstərmişdir (i.v. 9-11); hadisə yerinə baxış keçirilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhər, 29 May küçəsində yerləşən Şahid1 məxsus yük avtomobillərinin təmir sexidir. Həmin sex asfaltbeton yolla paralel şəkildə yerləşir. Girişdən ön tərəfdə yarımtikililər və onun üzərini örtən dam vardır. Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və digər müştəriyə məxsus olan “Kamaz” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin fotoşəkilləri çəkilmişdir (i.v. 28-29); hadisə yerinə baxış keçirilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, H.Əliyev prospketində yerləşən Zərərçəkmiş şəxs3 məxsus avtomobil ehtiyyat hissələri mağazasıdır. Hadisə yerinə baxış keçirilərkən ətrafda İşıq idarəsi, “İşıq Market”, avtomobil təmir sexi, yolayrıcı bardeorlar müşahidə edilmişdir. Zərərçəkmiş şəxs3 ona məxsus olan mağazadan oğurluğun törədildiyi yeri əyani olaraq göstərmişdir (i.v. 53-56); hadisə yerinə baxış keçirilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, Araz küçəsi ev 1-də yaşayan Şahid2 məxsus fərdi yaşayış evidir. Baxış keçirilərkən boz rəngli darvazadan həyətə daxil olduqda solda və sağda tikililər, 20 metr irəlidə ağ rəngli boya ilə rənglənmiş 1 mərtəbəli yaşayış evi, evin qarşısında çardaq müşahidə edilmişdir. Evin sarı rəngli giriş qapısından evə daxil olduqda 2 yataq otağı, 1 zal, bir mətbəx yerləşir. Uşaq yataq otağındakı yataq dəstinin döşəyinin altında ağ rəngli sellofan torbanın içərisində “50 qəpiklik” pul əskinasları aşkar edilərək götürülmüşdür (i.v. 61-68); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 70-71); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 161-162); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 176-177); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 193-195); şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 92-93); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 111-112); ifadənin yerində yoxlanılması haqqında 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 105-110); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir və probasiya xismətindən yayındığı üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmişdir (i.v. 135-136); İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(036)-41/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 11 (on bir) ay müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 138-141); İmişli Rayon İcra və Probasiya Şöbəsinin 21 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(036)-41/2022 saylı hökmü və onun icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökmü üzrə xx.xx.2023-cü il tarixə kimi cəzasının 05 (beş) ay 09 (doqquz) gününü çəkmiş və 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün çəkilməmiş cəzası qalmışdır; İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(036)-64/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 130-131); İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(036)-10/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə xx.xx.2024-cü il tarixədək uzadılmışdır (i.v. 238-240); sübutların qiymətləndirilməsi haqqında 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, əşyanın tanınmaya təqdim edilməsi, hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə aparılması haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, 390 ədəd “50 qəpiklik” pul əskinaslarının və Təqsirləndirilən şəxs götürülmüş 630 manat pul əskinazlarının maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmaları nəzərə alınmışdır (i.v. 242-250); işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 18 dekabr 2023-cü il tarixli 23/1063 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə, İmişli şəhəri, H.Əliyev prospektində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus avtomobil ehtiyat hissələri mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərinə yapışdırılmış 02 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl-barmaq və 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqaisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izləri xx.xx.1991-ci il tarixində İmişli rayonunda anadan olmuş X1 əlinin şəhadət barmağı, sağ əlinin ovuc və sol əlinin ovuc (03 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir (i.v. 142-145); işdə olan "xxxx" MMC-nin 9 fevral 2024-cü il tarixli mütəxəssis rəyində görünür ki, 29 avqust 2023-cü il tarixdə 1 ədəd "Pioneer" markalı maqnitafonunun orta bazar satış qiyməti 200 (iki yüz) manat, 3 sentyabr 2023-cü il tarixdə 4 ədəd “Kamaz” markalı yük avtomobilinə məxsus olan səs gücləndiricilərin 1 ədədinin orta bazar satış qiyməti 50 (əlli) manat olmuşdur (i.v. 241); Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə özünü düzgün aparmamış, rayon ərazisində düzgün tanınmamışdır, dəfələrlə qonşuları tərəfindən şifahi şikayətlər daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan, həmçinin hazırkı əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarına əsasən İmişli Rayon Məhkəməsinin 1(036)-41/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə mindiyi üçün xx.xx.2023-cü il tarixdə İmişli rayon İcra və probasiya şöbəsi tərəfindən icraata götürülməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən analoji cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 1(036)- 41/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 28 sentyabr 2023-cü il tarixdə Şahid2 yaşadığı fərdi yaşayış evindən götürülmüş 390 ədəd “50 qəpiklik” pul əskinaslarının və Təqsirləndirilən şəxs götürülmüş 630 manat pulun saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)-41/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 05 (beş) ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 28 sentyabr 2023-cü il tarixdə Şahid2 yaşadığı fərdi yaşayış evindən götürülmüş 390 ədəd “50 qəpiklik” pul əskinaslarının və Təqsirləndirilən şəxs götürülmüş 630 manat pulun saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-32/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-32/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver