Məhkəmə qərarları › İş №1(036)-32/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-32/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-32/2025 15.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 460,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Mercedes Benz” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerində daşıyaraq saxlamış, 17 dekabr 2024-cü il tarixdə, saat 18:00-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Gövhərli kəndi ərazisində həmin avtomobillə hərəkətdə olarkən saxlanılmış, avtomobilə baxış keçirilən zaman avtomobilin salonundakı saxlanc yerindən 01 ədəd polietilen torbada təmiz çəkisi – 460,0 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 2022-ci ildə özünə “Mercedes Benz” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobil ilə arada bir taksi fəaliyyəti ilə məşğul olmuşdur. 17 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində İmişli rayonu, Qulubəyli kəndinə bir nəfər müştəri aparmışdır. Geri qayıdarkən, Hacıqabul-Bəhrəmtəpə- Horadiz avtomobil yolunun üzərində yerləşən “Sünbül” adlı kafeni 100-150 metr keçdikdən sonra təbii ehtiyaclarını ödəmək üçün avtomobili yolun sağ kənarında saxlayıb, ağaclıq və qamışlıq əraziyə düşmüş, orada bir ədəd rəngli sellofan torba görmüşdür. Həmin torbanı açıb içərisinə baxdıqda torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün torbadakı predmetin qurudulmuş marixuana olduğunu tanımış və istifadə etmək üçün torbanı götürüb evə aparmaq qərarına gəlmişdir. Həmin sellofan torbanı götürüb avtomobilin salonundakı, “Dirsək altı” adlanan saxlanc yerinə qoymuşdur. Sonra yaşadığı Gövhərli kəndi istiqamətində hərəkət etmişdir. Kənd yoluna dönüb, yaşadığı ev istiqamətində 15-20 metr getdikdən sonra arxadan qara rəngli avtomobilin ona işıq siqnalı verdiyini güzgüdən görüb avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra ona işıq siqnalı verən avtomobildən 4 nəfər şəxs düşdüyünü görmüşdür. Onlar avtomobildən düşdükdən sonra onun tərəfdən avtomobilə yaxınlaşmışlar. Ona polis əməkdaşları olduqlarını deyib avtomobilinə baxış keçirmişlər. Avtomobilinə baxış keçirilən zaman “Dirsək altı” adlanan saxlanc yerindən içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirilmişdir ki, 17 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində İmişli rayonu, Gövhərli kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobildə narkotik vasitə saxlaması və həmin avtomobillə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Gövhərli kənindən keçən hissəsində hərəkətdə olacağı barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, sonra ondan, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Şahid2 və İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra xidməti avtomobilə əyləşib Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, İmişli rayonu ərazisində keçən hissəsinə gedərək, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin video çəkilişlə qeydə alaraq həyata keçirməyə başlamışlar. Video çəkilişə başladıqda əvvəlcə tədbir iştirakçıları özlərini təqdim etmiş, sonra yenidən avtomobilə əyləşib asfalt yolda hərəkətə başlayaraq yolu müşahidəyə götürmüşlər. Müşahidə zamanı, saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlarla əks istiqamətdə, “Azpetrol” Yanacaq doldurma məntəqəsindən Gövhərli kəndi istiqamətində hərəkətdə olduğunu görmüş, dərhal onlar da geri dönüb Təqsirləndirilən şəxs ardınca hərəkətlərinə davam etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşarkən Təqsirləndirilən şəxs avtomobilini saxlaması üçün işıq siqnalından istifadə etmişlər. Təqsirləndirilən şəxs İmişli rayonu, Gövhərli kəndinə 15-20 metr döndükdən sonra avtomobili saxlamışdır. Onlarda idarə etdikləri xidməti avtomobili Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasında saxlayıb dərhal avtomobildən düşüb Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşaraq Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasından düşürdüb ondan özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Bundan sonra avtomobilə baxış keçirməyə başlamışlar. Əvvəlcə avtomobilin arxa yük yerinə baxış keçirmişlər. Oradan qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilin salonuna baxış keçirilmişdir. Avtomobilin salonunda, sürətlər qutusunun arxa hissəsində yerləşən saxlanc yerindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm Təqsirləndirilən şəxs tərəfindən götürülərək təqdim edilmişdir. Sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda yol kənarından tapdığını, istifadə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə xidməti avtomobildən götürülmüş elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilərək götürülmüş və içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba ekspertizaya təqdim edilməsi üçün “DİN”-nin 179 saylı möhürü ilə möhürlənərək yapışqan lentlə qablaşdırılmışdır. Sonra isə ağ kağıza tədbirdə iştirak edənlərin adları və soyadları və aşkar edilmiş narkotik vasitənin növü və haradan aşkar edilməsi barədə qeydlər aparılmışdır. Həmin qeyd tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Üzərində qeyd aparılmış kağız sellofan torbanın üzərinə yapışqan lentlə yapışdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasının otaqlarının birində Təqsirləndirilən şəxs gətirilməsi və avtomobilində aşkar edilmiş narkotik vasitə ilə bağlı raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək, şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, şahid, İmişli RPŞ-nin CAB-nin rəisi Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında, şahid, İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 Əşrəfəli oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vətəndaşın saxlanılması və yoxlanılması barədə 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 17 dekabr 2024-cü il tarixdə İmişli rayonu, Gövhərli kəndi ərazisində yolun kənarında xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Təqsirləndirilən şəxs avtomobilində ön oturacaqların ortasındakı saxlanc yerindən sellofan torbada olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilmiş və marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzi ilə çəkilmiş və sonra qablaşdırılaraq üzəri DİN-nin 179 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, vərəq 11-13); Məhkəmə-bioloji ekspertizasının 18 dekabr 2024-cü il tarixli 18/970 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri və imzalar olan polietilen torbada çəkisi – 460,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 460,0 qram, cəmi tədqiqata sərf edildi - 0,10 qram, qalıq 459,90 qram (cild 1, vərəq 35-38); Məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2025-ci il tarixli 568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, vərəq 132-133); Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1) Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 23); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 47-48); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, vərəq 61-62); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran (CM-nin 61-ci maddəsində göstərilən) hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 459,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 459,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar