Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-33/2021 09.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 1(036)-033/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxx 2021-ci il/saat 11:10 İmişli şəhəri İmişli Rayon Məhkəməsi Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 7 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 11 ünvanda yaşayan Şahid1 İmişli Rayon Polis Şöbəsinin İctimai-Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs telefonla zəng edərək, kürəkəni Təqsirləndirilən şəxs yaşadığı ünvana sərxoş vəziyyətdə gələrək onu söyüb təhqir etdiyini və öldürməklə hədələdiyini bildirmişdir. Polis sahə rəisi Zərərçəkmiş şəxs həmin məlumat əsasında İmişli şəhəri, L.Vəliyev küçəsi, 11 saylı evin yaxınlığına gələrək Təqsirləndirilən şəxs küçə ilə hərəkət etdiyini görüb, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar yaxınlaşaraq, onu nizam-intizama dəvət edib, barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə İmişli Rayon Polis Şöbəsinə aparmaq üçün idarə etdiyi “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəvət etmişdir. Onlar avtomobilə əyləşib İmişli şəhəri, L.Vəliyev küçəsində hərəkətdə olarkən, avtomobilin salonunda Təqsirləndirilən şəxs qayınatası Şahid1 onu polis ilə qorxutduğunu bildiririb, Şahid1 və polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs ondan söyüş söyməməsini tələb etməklə, intizama dəvət etmək istəyən zaman Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq edərək, əvvəlcə qəflətən qəsdən sağ əli ilə onun sifətinin sol tərəfindən 1 (bir) dəfə yumruqla vurmuş, daha sonra hər iki əli ilə ağız və boyun nahiyyəsindən tutub, boğmaq fənni tətbiq edərək, sonuncuya alt dodaq və boyun nahiyyələrində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bu zaman Zərərçəkmiş şəxs avtomobili saxlayıb, Təqsirləndirilən şəxs əlini itələyərək, bədənindən tutub onu saxlamış və hadisə barədə mobil telefonu ilə İmişli Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini davam etdirməklə, qəsdən təpik ilə Zərərçəkmiş şəxs məxsus “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön alın şüşəsini, şüşə təmizləyəni, salon şitini, açar hissəsini, salon güzgüsünü, qabaq sağ qapı örtüyünü qəsdən zədələməklə və sındırmaqla sonuncuya 1335 (min üç yüz otuz beş) AZN məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi birlikdə İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 7 ünvanda yaşayır. O, xx xxxxxx 2007-ci il tarixdə Şahid4 ilə ailə həyatı qurmuş və onların birgə nikahından xx xxxxxxxx 2008-ci ildə “Davud” adlı bir oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə görə, onlar ayrılmaq qərarına gəlmişlər. İmişli Rayon Məhkəməsinin müvafiq qərarı ilə onların rəsmi nikahına xitam verilmişdir. Baş vermiş hadisə bildirir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində sərxoş vəziyyətdə oğlu Davud ilə görüşmək üçün İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 11 ünvanda yaşayan keçmiş qayınatası Şahid1 yaşadığı evə getmişdir. Bu zaman onların arasında ailə münaqişəsi yaranmışdır. Qayınatası Sahibəli kişi İmişli Rayon Polis Şöbəsinin İctimai-Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs telefonla zəng edərək, ondan şikayət etmişdir. Təxminən 15-20 dəqiqə sonra Polis sahə rəisi Zərərçəkmiş şəxs həmin məlumat əsasında İmişli şəhəri, L.Vəliyev küçəsi, 11 saylı evin yaxınlığına gəlmiş və onun həmin küçə ilə hərəkət etdiyini görüb, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar yaxınlaşaraq, onu nizam-intizama dəvət edib, barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə İmişli Rayon Polis Şöbəsinə aparmaq üçün idarə etdiyi “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəvət etmişdir. O, avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Polis əməkdaşı Zərərçəkmiş şəxs avtomobili idarə edən zaman ona qayınatasıgil ilə mehriban olmasını, onlara gedib narazılıq yaratmamasını bildirmişdir. O, isə öz əsəbini cilovlaya bilməyib, qayınatası Sahibəli kişinin və Polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşı Zərərçəkmiş şəxs onu sakitləşdirməyə çalışmış, nalayiq ifadələr işlətməməyi və nizamintizama əməl etməsini tələb etmişdir. Lakin o, yenidən əsəbləşərək, sərxoş vəziyyətdə polis əməkdaşı Zərərçəkmiş şəxs zor tətbiq edərək, qəfildən qəsdən sağ əli ilə onun sifətinin sol tərəfindən 1 (bir) dəfə yumruqla vuraraq, ona bədən xəsarəti yetirmişdir. Bundan başqa, o, qanunsuz hərəkətlərini davam etdirməklə, qəsdən təpik ilə polis əməkdaşı Zərərçəkmiş şəxs məxsus “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön alın şüşəsini, şüşə təmizləyəni, salon şitini, açar hissəsini, salon güzgüsünü, qabaq sağ qapı örtüyünü sındırmışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin İctimai-Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir və polis leytenantıdır. İmişli şəhəri, L.Vəliyev küçəsi xidməti ərazisinə daxildir. Təqsirləndirilən şəxs 2-3 aydır ki, tanıyır, onun ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs ailəsi münaqişəli ailə kimi İmişli Rayon Polis Şöbəsinin İctimai- Təhlükəsizlik Bölməsində qeydiyyatdadır. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:00-22:00 radələrində Təqsirləndirilən şəxs qayınatası Şahid1 onun mobil telefon nömrəsinə zəng edərək, keçmiş kürəkəni Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun yaşadığı evə gələrək, onu təhqir etdiyini və öldürmək ilə hədələdiyini bildirmişdir. O, istifadəsində olan mobil telefon ilə Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək, harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona İmişli şəhəri, L.Vəliyev küçəsinin başında olduğunu bildirmişdir. O, idarə etdiyi “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana getmiş və avtomobildən düşərək, Zaura yaxınlaşıb onu nizam-intizama dəvət etmişdir. Daha sonra isə o, Zauru sakitləşdirməyə çalışmış, onu İmişli Rayon Polis Şöbəsinə aparıb izahatını almaq və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün idarə etdiyi avtomobilə dəvət etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əylmiş, özü isə avtomobili idarə etmişdir. O, avtomobili idarə edən zaman Təqsirləndirilən şəxs qayınatasıgil ilə mehriban olmasını, onlara gedib narazılıq yaratmamasını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs qayınatası Sahibəli kişinin və Polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Zauru sakitləşdirməyə çalışmış, nalayiq ifadələr işlətməməyi və nizam-intizama əməl etməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs yenidən əsəbləşərək, sərxoş vəziyyətdə ona zor tətbiq edərək, qəfildən qəsdən sağ əli ilə onun sifətinin sol tərəfindən 1 (bir) dəfə yumruq zərbəsi vurmaqla, eləcə də, hər iki əli ilə onun ağız və boyun nahiyəsindən tutaraq boğmağa çalışmışmaqla, ona bədən xəsarəti yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs David oğlu qanunsuz hərəkətlərini davam etdirməklə, qəsdən təpik ilə ona məxsus “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön alın şüşəsini, şüşə təmizləyəni, salon şitini, açar hissəsini, salon güzgüsünü, qabaq sağ qapı örtüyünü sındırmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heş bir tələb və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş kürəkənidir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində qızı X2 ona demişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə oğlu Davud ilə görüşmək üçün onun yaşadığı ünvana gəlmiş, həyət darvazasının qapısını təpikləyərək nalayiq ifadələr işlətmiş, lakin Zaurdan qorxub qapını açmamışdır. O, Təqsirləndirilən şəxs hərəkətindən əsəbləşib, mobil telefon vasitəsi ilə İmişli Rayon Polis Şöbəsinin İctimai-Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs zəng edərək, bu barədə məlumat vermişdir. Təxminən 1 (bir) saat sonra polis əməkdaşı Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək ərizə almışdır. Orada olan digər polis əməkdaşı Təqsirləndirilən şəxs polis əməkdaşı Zərərçəkmiş şəxs zor tətbiq etdiyini demişdir. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə sərxoş vəziyyətdə onun yaşadığı ünvana gələrək, onlar ilə münaqişə, dava-dalaş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin İctimai-Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir və polis baş serjantıdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, İmişli şəhər sakini kimi taınıyır, onun ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx xxxxxxx 2020ci il tarixdə, təxminən saat 21:00-22:00 radələrində İmişli Rayon Polis Şöbəsinin İctimai- Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək, İmişli şəhər sakini Şahid1 keçmiş kürəkəni Təqsirləndirilən şəxs şikayət etdiyini və ona hadisə yerinə getməsini bildirmişdir. Təxminən 15 (on beş) dəqiqə sonra Zərərçəkmiş şəxs yenidən onun mobil telefonuna zəng edərək, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ona zor tətbiq edərək, xəsarət yetirdiyini, idarə etdiyi “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğunu, eləcə də, ona İmişli Rayon Polis Şöbəsinə gəlməsini bildirmişdir. O, yaşadığı ünvandan “TAXİ” ilə İmişli Rayon Polis Şöbəsinə getmiş, orada polis əməkdaşı Zərərçəkmiş şəxs dodaq və boğaz nahiyəsində xəsarətlər olduğunu, eləcə də, idarə etdiyi “NİSSAN SUNNY” markalı, **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön şüşəsinin, açar yerinin, salon şitin, salon güzgüzün və digər hissələrin sındırıldığını görmüşdür. Zərərçəkmiş şəxs ona həmin xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. Cinayət işində olan İmişli Rayon Polis Şöbəsinin 16815023 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi, 1-29-dək yaşayış məntəqələrini əhatə edən 1 №-li inzibati sahə polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs təhkim edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 546/20 saylı, xx xxxxxxx 2020-ci il ekspert rəyindən görünür ki, vətəndaş 1992-cı il təvəllüdlü Zərərçəkmiş şəxs alt dodaq və boyun nahiyələrində sıyrıqlar aşkar edilmiş. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan “xxxx” QSC-nin Həkim-Sanitar Xidməti İmişli X4 72 saylı, xx xxxxxx 2020-ci il tarixli məktububdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada ruhiəsəb, stasionar və ya ambulator müalicə olunmayıb və belə bir xəstə qeydiyyata alınmamışdır. Cinayət işində olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 ********* saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “narkoman” xəstəsi kimi həkim-narkoloqun qeydiyyatdındadır. xx xxxxx 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hər hansı xəstəliklə bağlı “İmişli Rayon Mərkəzi Xəstəxanası” X9 müraciət etməmiş, ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işində olan “xxxx” MMC tərəfindən verilmiş 141 saylı, xx xxxxxx 2020-ci il tarixli zərər aktından görünür ki, “NİSSAN SUNNY” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ümumilikdə 1335 (min üç yüz otuz beş) AZN məbləğində maddi zərər dəymişdir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-014/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4777 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Əliyev X6 şəhəri, Q.İsmayılzadə küçəsi, ev 7 ünvanda qeydiyyatdadır və yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 137128 №-li, xx xxxxxx 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 birgə nikahından xx xxxxxxxx 2008-cı ildə “X7” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının hökmün elan olunduğu vaxtdan hesablanmasını, eləcə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin seçilməsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanmasının nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin seçilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-33/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-33/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver