Məhkəmə qərarları › İş №1(036)-33/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-33/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-33/2025 22.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 “Dayanıqlı və Operativ Sosial Təminat Agnetliyi”ndən hər birinə yerli və dişi cinsli 03 baş iribuynuzlu heyvanları alıb verəcəyi barədə yalandan vəd verərək, Misir İbadovun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər birinin 600 manat, Zərərçəkmiş şəxs1 615 manat və Zərərçəkmiş şəxs5 isə 300 manat olmaqla, ümumilikdə 2715 manat pullarını əvvəlcədən vahid niyyətlə ələ keçirmək üçün istifadə etdiyi 4169 73** **** 4314 saylı bank kartına İmişli şəhəri, Araz küçəsi 46 ünvanında yerləşən “Al market” ərzaq mağazasına quraşdırılmış "xxxx" ödəmə terminal vasitəsi ilə 24 fevral 2023-cü il tarixdə, saat 10:31-də göstərilən məbləğdə pulun 2415 manat hissəsinin, 25 fevral 2023-cü il tarixdə isə eyni ünvandan 300 manat hissəsinin köçürülməsinə nail olub 2715 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxslərə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdi ki, o, Zərərçəkmiş şəxs5 tanıyır, Təvəgül onun xalası oğludur. Təvəgül ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Onun həyat yoldaşı X2 onkoloji xəstə olduğundan müalicəsi üçün 4000 manata yaxın pula ehtiyacı var idi. Lakin həmin pulu tapa bilməmişdir. Buna görə də, pul tapmağın yolların fikirləşmişdir. Rayon ərazisində yerləşən “Gülbağı” adlanan çayxanda çay içən vaxt, yaxınlıqda əyləşən adamların maddi vəziyyəti yaxşı olmayanlara dövlət tərəfindən heyvanlar verilməsi barədə söhbət etmələrini eşitmişdir. Həmin söhbətdən sonra ağlına adamları aldadaraq pul ala biləcəyi gəlmişdir. Çayxandan durub evə getmişdir. Evə getdikdən sonra xalası oğlu Təvəgülün isitifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** sayı mobil nömrəsilə zəng edib, Təvəgülə dövlət tərəfindən maddi vəziyyəti yaxşı olmayanlara heyvan verdiklərini, adamının olduğunu, həmin işi düz-qoş edə biləcəyini deyib, heyvan almaq istəyənlərin 600 manat pul ödəməli olduğlarını və əlavə adamlarada düz qoş edə biləcəyinidə demişdir. Təvəgül onunla razılaşıb, əlavə adam tapacağında demişdir. O, Təvəgülə xalası oğlu olduğu üçün 300 manat pul müqabilində işini düz qoş edə biləcəyini demişdir. Təvəgül İmişli rayonu, Cavadxanlı kəndində yaşayır. Təvəgüllə arasında olan razılıqdan 1 həftə sonra ona zəng edərək bir nəfər adamın olduğunu 600 manatdan olmaqla 4 nəfərin yerinə heyvan almaq istədəyini demişdir. O da Təvəgülə problemin olmadığını deyib, ona kart göndərəcəyini və pulları həmin karta köçürtməsini deyib, əlavə 15 manat pul köçürməsinidə istəmişdir. Belə ki, həmin vaxt Bakı şəhərində həyat yoldaşının yanında olmuş, həyat yoldaşına paltar gətirməkdən ötəri rayona gedib-gəlmək üçün 15 manat pulu yol haqqı kimi istəmişdir. Bundan başqa Təvəgül onun özü üçün heyvan almaqdan ötəri 300 manat pulu 1-2 gün ərzində köçürəcəyini demişdir. Təvəgülə oğlu Cəfər Məlikova aid "xxxx" ASC-yə bank kartının şəklini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərmişdir. 24 fevral 2024-cü il tarixdə həmin karta 2415 manat pul köçürdülər. Səhəri günü Təvəgüldə həmin karta 300 manat pul köçürmüşdür. Sonra həmin pulu çıxardıb, yoldaşının mülaicəsi üçün xərcləmişdir. Pul karta köçdükdən sonra Təvəgül ona həmin adamların yanında üzü qara qoymamağını xahiş etmişdir. O, isə Təvəgülə problemin olmadığını demişdir. Pul köçdükdən sonra 1-2 ay ərzində heyvanları alıb verəcəyini demişdir. 1-2 aydan sonra Təvəgül ona zəng edib, işin nə yerdə olduğunu soruşmuşdur. O, isə Təvəgülə 10-15 gün ərzində işi həll edəcəyini demişdir. Lakin vədinə əməl etməmişdir. Bundan sonra Təvəgül ona tez-tez zəng edir, o isə Təvəgülü aldadırmışdır. Ümumilikdə dələduzluq yolu ilə 2715 manat pul ələ keçirmişdir. Hazırda o, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara vurulan ziyandan ödəmişdir. Xəstəliyi ilə əlaqədar bir neçə məhkəmə prosesində iştirak edə bilməmişdir. Vurulan ziyanın ödənilməsinə və zərərçəkmişlərlə barışıq əldə olunmasına baxmayaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X5 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Gülbala ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Gülbala Sabirabad şəhərində yaşayır. 2023-cü ilin fevral ayının əvvəllərində Gülbala istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Sabirabad rayonunun Məşğulluq idarəsində 600 manat pul müqabilində bir adama 3 baş, dişi cinsli, yerli sort olan iribuynuzlu heyvanlar verildiyini, istəyən adama həmin heyvanlardan düz qoş edə biləcəyini demişdir. Bundan əlavə Gülbala ona adamın sayından asılı olmayaraq 600 manat pulu verən adama qeyd edilən heyvanları məşğul idarəsindən alıb verə biləcəyini demişdir. O da bu barədə həmkəndlisi Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Rəşadda onunla razılaşıb, təklifin yaxşı təklif olduğunu demişlər. Bundan sonra isə Rəşad qardaşı Zərərçəkmiş şəxs4, yeznəsi Zərərçəkmiş şəxs2 və yeznəsinin qardaşı Zərərçəkmiş şəxs3 demişdir. Zərərçəkmiş şəxs1 pulu topladıqdan sonra ona zəng edib, pulun hazır olduğunu demişdir. Bundan sonra Gülbalaya zəng edib, 4 nəfər şəxsin 600 manatdan olmaqla, 2400 manat pul düzəltdiyini özünündə 300 manat pul düzəldib verəcəyini, sonra isə qalıq olaraq qalmış 300 manat pulu düzəldib verəcəyini demişdir. Gülbala onunla razılaşıb, əvvəlcə 2400 manat pulun üzərinə əlavə olaraq 15 manat xidməti haqqı əlavə edərək göndərilməsini, daha sonra isə onun 300 manat pul göndərməyini və əlinə pul gəldikdən sonra qalıq olaraq qalmış 300 manat pulu göndərməyini istəyib, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə oğlu Ceyhuna aid bank kartının şəklini ona göndərmişdir. Bundan sonra o, həmin bank kartının şəklini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərib, toplanmış 2400 manat pulun üzərinə 15 manat əlavə etməklə göndərdiyi bank kartına hər hansı bir ödəmə terminalı vasitəsi ilə köçürməsini istəmişdir. Zərərçəkmiş şəxs1 o, deyəni etmişdir. Səhəri gün, ondan 300 manat pulu ödəmə terminalı vasitəsi ilə Gülbalanın oğlu Ceyhunun adına olan bank kartına göndərmişdir. Pulu göndərdikdən sonra Gülbala ona zəng edib, pul göndərən adamların şəxsiyyət vəsiqələrinin və hərbi biletlərinin surətlərini istəmişdir. Onlar da qeyd edilən sənədlərin şəkillərini çəkərək “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Gülbalaya göndərmişlər. Gülbala onlara 01 parel 2023-cü ilə qədər məşğulluq idarəsindən heyvanlar alacağını demişdir. Lakin qeyd edilən tarixdə Gülbala heyvanları alıb onlara verməmiş, müxtəlif bəhanələr gətirərək, tarixi uzatmışdır. Sonradan Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edərək maddi ziyan vurmasını bilmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd etdiyi halların nəzərə alınaraq təqsirləndirilən barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımasa da sifətindən tanıyır. Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin fevral ayının əvvəllərində Təvəgül ona zəng edərək, qohumu Gülbalanın Sabirabad rayon Məşğulluq İdarəsindən 600 manat pul müqabilində 3 baş, dişi cinsli, yerli sort olan heyvanlar alıb verə biləcəyini demişdir. O da Təvəgüllə razılaşıb, bu barədə yaxınlarınada məlumat verəcəyini demişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs4, yeznəsi Zərərçəkmiş şəxs2 və yeznəsi Zərərçəkmiş şəxs2 qardaşı oğlu Zərərçəkmiş şəxs3 demişdir. Onlar adam başına 600 manat olmaqla, 2400 manat pul düzəltmişlər. Pulu düzəltdikdən sonra Təvəgülə zəng edib, bu barədə məlumat vermişlər. Məlumat verdikdən sonra Təvəgül Gübalaya zəng edib deyəcəyini bildirmişdir. Təvəgül Gülbala ilə danışdıqdan sonra Gülbalanın Təvgülə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi bank kartını Təvəgül ona göndərmiş və həmin pulun üzərinə 15 xidmət haqqı əlavə edərək toplanmış pulu həmin karta köçürməyini istəmişdir. 24 fevral 2023-cü il tarixdə, saat 10:31-də, İmişli şəhəri, Araz küçəsində yerləşən “AL market” adlı ərzaq mağazasına quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə X3 məxsus, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 73** **** 4314 saylı bank kartına 2415 manat pul köçürtmüşdür. Gülbala onlara 1 aprel 2023-cü il tarixədək olan müddət ərzində Məşğulluq idarəsindən heyvanları alıb verəcəyini demişdri. Lakin, Gülbala qeyd edilən tarixədək heyvan alıb verə bilməyərək, vədinə əməl etməmişdir. Bundan sonra Gülbalaya dəfələrlə zəng edib danışsalarda Gülbala onlara yalandan vədlər verirmiş. Sonradan Gülbalanın dələduzluq yolu ilə pullarını ələ keçirməsini bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd etdiyi halların nəzərə alınaraq təqsirləndirilən barəsində bəraət verici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımır. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Rəşadda Gülbalanı həmkəndliləri Təvəgül vasitəsi ilə tanımışdır. Gülbala ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Belə ki, 2023-cü ilin fevral ayının əvvəllərində Rəşad ona zəng edərək, Təvəgülün qohumu Gülbalanın Sabirabad rayon məşğulluq İdarəsindən 600 manat pul müqabilində 3 baş, dişi cinsli, yerli sort olan heyvanlar alıb verə biləcəyini demişdir. O da Rəşadla razılaşıb, 600 manat pul düzəltmişdir. Həmin pulu Rəşada vermişdir ki, Gülabalaya versin. Rəşad onun, özünün, qaynı Zərərçəkmiş şəxs2 və Səfərin qardaşı oğlu Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda topladığı 600 manatdan olmaqla, 2415 manat pulu 24 fevral 2023-cü il tarixdə, saat 10:31də, İmişli şəhəri, Araz küçəsində yerləşən “AL market” adlı ərzaq mağazasına quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə Gülbalanın oğlu X3 məxsus, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 73** **** 4314 saylı bank kartına 2415 manat pul köçürmüşdür. Gülbala onlara 1 aprel 2023-cü il tarixədək olan müddət ərzində məşğulluq idarəsindən heyvanları alıb verəcəyini demişdir. Lakin Gülbala qeyd edilən tarixədək onlara heyvan alıb verə bilməyərək, vədinə əməl etməmişdir. Bundan sonra Gülbalaya dəfələrlə zəng edib danışsalarda Gülbala onlara yalandan vədlər vermişdir. Sonradan Gülbalanın dələduzluq yolu ilə onların pullarını ələ keçirməsini bilmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd etdiyi halların nəzərə alınaraq təqsirləndirilən barəsində bəraət verici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 eyni məzmunlu ifadələr verərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2025-ci qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Materialın istintaq aidiyyatı üzrə verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material istintaq aidiyyatı üzrə RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs hesabına 2415 (iki min dörd yüz on beş) manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2023-cü qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material cinayət işi başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə yoxlama təyin edilməsi barədə 25 dekabr 2023-cü qərardan görünür ki, HK-1/1210 və HK-1/1211 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi İsa Əlizadənin 10 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və material üzrə əlvə yoxlama təyin edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 yanvar 2024-cü qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material cinayət işi başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə yoxlama təyin edilməsi barədə 28 dekabr 2024-cü qərardan görünür ki, HK-1/1210 və HK-1/1211 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş və material üzrə əlvə yoxlama təyin edilmişdir. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Məcburi gətirilmə haqqında 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İttiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 fevral 2020-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata xitam verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 26 fevral 2025-ci qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 02 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 -ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün səmimi etirafedici ifadəsi, çoxsaylı zərərçəkmiş şəxslərin ifadələri, istintaq zamanı toplanmış sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə mötəbər sübutlar kimi qəbul edilmiş, ibtidai istintaq zamanı bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs ata adı “Əlibala”, X4 ata adı “Təvəkgül” kimi qeyd edildiyindən, həmin şəxslərin ad, soyad və ata adları yuxarıda qeyd edildiyi, yəni şəxsiyyət vəsiqələrində göstərildiyi kimi oxunmuş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon Prokuroruna təqdim edilmişdir. İş materiallarında olan, 22 may 2025-ci il tarixli zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbləri olmadığını bildirmiş və cinayət işi üzrə icraat xitam verilməsi xahiş etmişlər. İş materiallarında olan, 22 may 2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə barışmışdır, onlara dəymiş ziyan tam ödəmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, o Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 25 fevral 2023-cü il tarixdə törətmişdir. İmişli rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilərək, tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icaat dayandırılmışdır. İmişli rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir.Həmin müddət istisna olmaqla, CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması halları olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair xx.xx.2006-cı il tarixli Qərarında bildirilir ki, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq etmək üçün həmçinin, CPM-in 39-cu maddəsində istisna hal kimi göstərilən CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sonuncu maddəyə müvafiq olaraq cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ittiham üzrə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 356, 358 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar