Məhkəmə qərarları › İş №1(036)-34/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-34/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-34/2021 01.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:15 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə İmişli rayonu, Ağcüyür kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Ağcüyür kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 iyun 2020-ci il tarixdə, saat 20:00 radələrində İmişli rayonu, Qaravəlli kəndində əkin sahələrinin kənarından keçən suvarma kanalının şlyuzunun yaxınlığında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əkin sahəsinin suvarılmasına dair növbəlilik üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs oğlu qəsdən kəllə ilə Zərərçəkmiş şəxs kəllə ilə sifətindən və təpik ilə sol qolundan vurmaqla, sonuncuya sol bazu oynağının ön səthində qançır, üst və alt dodaqda şişkinlik, selikli qişasında solda qansızmalı yaralar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən, yara proyeksiyasında üst çənədə solda 22-23-cü dişlərin travmatik düşməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Ağcüyür kəndində yaşayır. Zərərçəkmiş şəxs yaşadığı qonşu kəndin, yəni İmişli rayonu, Qaravəlli kənd sakini kimi tanıyır. 17 iyun 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində İmişli rayonu, Qaravəlli kəndində çöl torpaq sahəsində əkin sahəsinin suvarılmasına dair növbəlilik üstündə aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu anası Fazilə və arvadı Ayşən xanımın yanında nalayiq ifadələr ilə təhqir etdiyi üçün öz əsəbini cilovlaya bilməyib kəllə ilə sifətindən və təpik ilə sol qolundan vurmaqla, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs ilə bir neçə dəfə barışığa cəhd etmiş, eləcə də, müayinə və müalicə olunması üçün ona müəyyən məbləğ pul təklif etmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi, məhz özünün səbrsizliyi icbatından və eləcə də, təhqir olunduğu üçün cinayət əməlini törətmişdir. Özü cavandır, ailəlidir və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan, azyaşlı uşağı vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qaravəlli kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı qonşu kəndin, yəni İmişli rayonu, Ağcüyür kənd sakini kimi tanıyır. 17 iyun 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində İmişli rayonu, Qaravəlli kəndində çöl torpaq sahəsində əkin sahəsinin suvarılmasına dair növbəlilik üstündə aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə ilə sifətindən və təpik ilə sol qolundan vurmaqla, olan bədən xəsarət yetirmişdir. Belə ki, zərbənin təsirindən onun ağız boşluğunda olan bir neçə dişi sınmış və eləcə də, kürək nahiyəsindən bir neçə xəsarət almışdır. Hal-hazırda onun sağlamlığının bərpa olunması üçün müəyyən məbləğ pul vəsaitinə ehtiyacı vardır. Bu müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən ona sağlamlığına dəymiş maddi zərər ödənilməmişdir. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və onun barışıq təklifini rədd etmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs X6 onun əridir. Zərərçəkmiş şəxs yaşadığı qonşu kəndin, yəni İmişli rayonu, Qaravəlli kənd sakini kimi tanıyır. 17 iyun 2020-ci il tarixdə, səhər vaxtı o və qayınanası Şahid2 Heydar qızı ilə birlikdə əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə İmişli rayonu, Qaravəlli kəndi ərazisində yerləşən çöl pay torpaq sahəsində işləmək üçün getmişdir. Həmin gün, təxminən saat 20:00 radələrində əri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əkin sahəsinin suvarılmasına dair növbəlilik üstündə mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onların yanında əri Təqsirləndirilən şəxs nalayiq ifadələr ilə təhqir etdiyi üçün Şahin də öz əsəbini cilovlaya bilməyib kəllə ilə Asifin sifətindən vurmuşdur. Daha sonra, onlar Şahin ilə Asifi ayırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Heydar qızı Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 379 saylı, 19 iyun 2020-ci il ekspert rəyindən görünür ki, vətəndaş 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunda aşkar edilmiş xəsarətlər: 1. Sol bazu oynağının ön səthində qançır, üst və alt dodaqda şişkinlik, selikli qişasındas solda qansızmalı yaralar və yara proyeksiyasında üst çənədə solda 22, 23-cü dişlərin travmatik düşməsi küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən, 17 iyun 2020-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş üst çənədə solda 22 və 23-cü dişlərin travmatik düşməsi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 379/A saylı, 06 may 2021-ci il əlavə ekspert rəyindən görünür ki, vətəndaş 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunda aşkar edilmiş xəsarətlər: 1. Sol bazu oynağının ön səthində qançır, üst və alt dodaqda şişkinlik, selikli qişasındas solda qansızmalı yaralar və yara proyeksiyasında üst çənədə solda 22, 23-cü dişlərin travmatik düşməsi küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən, 17 iyun 2020-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş üst çənədə solda 22 və 23-cü dişlərin travmatik düşməsi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 3. 14-22-ci dişlərə bərkidilmiş körpüyəbənzər protezdə olan titan dişlərin düşməsi daimi dişlər hesab olunmadığı üçün sağlamlığa zərər vurmanın dərəcəsinin təyini zamanı nəzərə alınmır. Cinayət işində olan 13 fevral 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 302 saylı, 29 iyun 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid3, övladları X5 və X3 ilə birlikdə İmişli rayonu, Məzrəli kəndində yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəcrəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2020-ci il və 11 mart 2021-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 105599 №-li, 11 may 2016cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında 11 may 2016-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 285 № ilə qeyd edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 793582 №-li, 18 iyul 2016cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 birgə nikahından 20 mart 2016-cı ildə “X5” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 059725 №-li, 22 yanvar 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 birgə nikahından 01 yanvar 2018-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxs ilə barışığa cəhd etməsini, ailəli və himayəsində 2 (iki) yetkinlik yaşına tamyana, azyaşlı uşağının olmasını, ibtidai araşdırma müddəti ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar