Məhkəmə qərarları › İş №1(036)-34/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-34/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-34/2023 13.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 6, mənzil 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1, 31-ci məhəllədə yerləşən fərdi evdə kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3643/2020 saylı qətnaməsini və alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən yəni, xx.xx.2021-ci il tarixdən hesablanmaqla Raul və Railin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2980/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(036)-66/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5100 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların bu nikahdan xx.xx.2009-cu il tarixdə Raul və xx.xx.2010-cu il il tarixdə Rail adlı övladları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə evli olduğu vaxtlarda münasibətləri normal olmamışdır. Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində valideyinləri ilə bir evdə yaşadığı üçün, sonuncu onun valideyinləri ilə bir yerdə yaşaya bilmədiyini və başqa ev alaraq orada tək yaşamaq istədiyini bildirmiş, o, isə maddi imkanının buna yol vermədiyindən Zərərçəkmiş şəxs şəxsi ev ala bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayında ondan faktiki olaraq ayrılaraq övladları ilə birlikdə öz valideyinlərinin yaşadığı evə gedərək orada yaşamağa başlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs uşaqların tələbatları artdığını və onlara tək baxa bilmədiyini ona bildirərək uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3643/2020 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin, eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2980/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək Raul və Railin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Buna baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 5100 manat aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların bu nikahdan xx.xx.2009-cu il tarixdə X6 və xx.xx.2010-cu il il tarixdə X7 adlı övladları doğulmuşdur. Təqsirləndirilən şəxs ilə evli olduğu vaxtlar münasibətləri normal olmamış, sadəcə adi bir ailə kimi həyatları davam etmişdir. Onlar evli olduğu müddət ərzində Təqsirləndirilən şəxs qazandığı pulu ancaq özünə xərcləyərək evə gec saatlarında gələrək ona və övladlarına laqeyd yanaşmış, maddi və mənəvi köməkliyi olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında faktiki olaraq ayrılaraq övladları ilə birlikdə valideyinlərinin yanında yaşamağa başlamışdır. Bir müddət övladlarına valideyinlərinin köməkliyi ilə baxsa da, sonradan uşaqların tələbatları artdığı üçün uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3643/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin, eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2980/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək Raul və Railin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyati üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnamələri icra etmədiyi üçün, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 5100,00 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmurları Şahid1 Balaəfəndi oğlu və Şahid2 ifadə verərək yuxarıda təsvir olunan cinayət əməlini təsdiq etmişlər. Beləliklə, iş materialları ilə müəyyən edlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin faktiki halları ilə müəyyən olur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3643/2020 saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2980/2021 saylı qətnamələrinə əsasən Təqsirləndirilən şəxs 5100 manat məbləğində ziyandan Zərərçəkmiş şəxs xeyrinə istintaq zamanı 3000 manat və məhkəmə iclasında 2100 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə qeyd hissəsi əlavə edilmişdir. Həmin qeyddə göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini “Həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək” tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs tərəfindən qüvvəyə minmiş məhkəmə qətnaməsi tam icra edilmiş və artıq əməl öz ictimai təhlükəliliyini itirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-347, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və ona qarşı cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Qərardan 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar