Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-35/2020 05.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1962-ci ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 17 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.1 və 258.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində “Sarısu” ovçuluq təsərrüfatının ərazisində yəni, İmişli rayonu, Məmmədli kəndi istiqamətində yerləşən “Sarısu” gölünün sahilində istifadəsində olan 01 (bir) ədəd zavod üsuli ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm. olan, lülə altı yatağının içərisindəki metal lövhə üzərində “A 5445” nömrəsi həkk olunmuş, “İJ-58” modelli, daxili çaxmaqlı, atəş üçün yararlı, qoşalüləli tüfəng olan yivsiz odlu silahdan istifadə etməklə, ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı Kitabı”-na daxil edilmiş 2 (iki) ədəd ümumilikdə 1320 (min üç yüz iyirmi) AZN dəyərində “Soltanquş” (porphrio porphyrio) quşlarını və 4 (dörd) ədəd ümumilikdə, 22 (iyirmi iki) AZN dəyərində “Yaşılbaş” (Anas platyrhychos) ördəklərini qanunsuz ovlayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda yəni, 1342 (min üç yüz qırx iki) AZN məbləğindəə ziyan vurmuşdur. Həmin tarixdə Su Nəqliyyatında X12 X13 əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan 1 (bir) ədəd qoşalüləli, 16 kalibirli “A 5445” nömrəsi həkk olunmuş, “İJ-58” modelli, qoşalüləli tüfəng olan yivsiz odlu silah, 5 (beş) ədəd 16 kalibirli olmaqla, həmin kalibirə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsullu ilə doldurulmuş, istifadəyə (atəşə) yararlı patronlar, 15 (on beş) ədəd 16 kalibirli olmaqla, həmin kalibirə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizi zavod üsulu ilə hazırlanmış, patronun atəşlə ayrılmış hissəsi olan-giliz, döyüş sursatı hesab edilməyən, istifadəyə yararsız patronlar, 4 (dörd) ədəd ovlanmış vəziyyətdə “Yaşılbaş” (Anas platyrhychos) ördək və 2 (iki) ədəd “Soltanquş” (porphrio porphyrio) quşu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 17 ünvanda yaşayır. Özü fərdi əmək ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə, saat 08:00 radələrində ov etmək üçün İmişli rayonu, Məmmədli kəndi istiqamətində “Sarısu” gölünün sahilinə getmişdir. Üzərində olan 16 kalibrli “İJ-58” markalı qoşa lüləli ov silahından atəş açmaqla, ov etməyə başlamışdır. Həmin gün, təxminən saat 21:30 radələrinədək ümumi sayı 6 (altı) ədəd olmaqla, 2 (iki) Soltan toyuğunu və 4 (dörd) ədəd ördək quşunu ovlamışdır. Evə getmək istəyən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özünü Nəqliyyatda Baş Polis X6 X12 X13 polis əməkdaşları kimi təqdim etmişdir. Polis əməkdaşları atəş səsi eşitdiklərini deyərək, ondan kimin atəş açdığını soruşmuşdur. O, polis əməkdaşlarına odlu ov silahı ilə ümumi sayı 6 (altı) ədəd olmaqla, 2 (iki) Soltan toyuğunu və 4 (dörd) ədəd ördək quşunu ovladığını bildirmişdir. Daha sonra o, könüllü olaraq, ovladığı həmin quşları, odlu ov silahını və silahın patronlarını polis əməkdaşlarına təhvil vermişdir. Eyni zamanda, polis əməkdaşları ondan ov etməsinə və odlu ov silahının istifadəsinə dair müvafiq icazəsinin olub-olmamasını soruşmuşdur. O isə, polis əməkdaşlarına ov etməsinə və odlu ov silahının istifadəsinə dair müvafiq icazəsinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Nəqliyyatda Baş Polis X6 X12 X18 getməyi dəvət etmişlər. O da, polis əməkdaşlarına etiraz etmədən onlar ilə birlikdə Su Nəqliyyatında X12 X18 getmişdir. Dəvət edilmiş hal-şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təqdim etdiyi yivsiz odlu ov silahına, onun patronlarına, ümumi sayı 6 (altı) ədəd olmaqla, 2 (iki) Soltan toyuğuna və 4 (dörd) ədəd ördək quşuna baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və törətdiyi əməlin cinayət olduğunu bilməmişdir. Özü ailəlidir və 3 (üç) uşağı vardır, demək olar ki, ailəyə yeganə qazanc gətirən şəxsdir. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2ifadəsində bildirmişdir ki, o, Nəqliyyatda Baş Polis X6 X12 X13 polis nəfəri vəzifəsində işləyir və polis baş serjantıdır. Eyni zamanda, bildirir ki, xx xxxxxx 2019-cu il tarixdə Nəqliyyatda Baş Polis X6 X12 X13 polis əməkdaşları ilə birgə xidməti ərazidə qanunsuz ov edən şəxslərə qarşı tədbirlər keçirmişlər. Həmin gün, təxminən saat 21:30 radələrində reyd zamanı “Sarısu” gölünün İmişli rayonu, Məmmədli kəndinin ərazisinə düşən hissəsində silah səsi eşidib, həmin yerə yaxınlaşmışlar. Onlar həmin ərazidə 1 (bir) nəfər şəxsin əlində 1 (bir) ədəd ov tüfənginin və 6 (altı) ədəd quşun olmasını müşahidə etmişlər. O, həmin şəxsə yaxınlaşaraq, özünü Nəqliyyatda Baş Polis X6 X12 X13 polis əməkdaşı kimi təqdim edərək, həmin şəxsin kim olduğunu soruşmuşdur. Həmin şəxs özünü “Təqsirləndirilən şəxs kimi” təqdim edərək, odlu ov silahı ilə 2 (iki) ədəd Soltan toyuğunu və 4 (dörd) ədəd ördək quşunu ovladığını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ov etməsinə və odlu ov silahının istifadəsinə dair müvafiq icazəsinin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ov etməsinə və odlu ov silahının istifadəsinə dair müvafiq icazəsinin olmadığını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs özləri ilə birlikdə Nəqliyyatda Baş Polis X6 X12 X18 getməyi dəvət etmişlər. O da, etiraz etmədən onlar ilə birlikdə Su Nəqliyyatında X12 X18 getmişdir. Dəvət edilmiş hal-şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm. olan, lülə altı yatağının içərisindəki metal lövhə üzərində “A 5445” nömrəsi həkk olunmuş, “İJ-58” modelli qoşalüləli tüfəng olan yivsiz odlu silahına, ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı Kitabı”-na daxil edilmiş 2 (iki) ədəd ümumilikdə “Soltanquş” (porphrio porphyrio) quşuna və 4 (dörd) ədəd “Yaşılbaş” (Anas platyrhychos) ördək quşuna baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Milli X5 İnstitutunun 34-0/402 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 6 (altı) ədəd fərd quşunun başında, bədənlərinin müxtəlif yerlərində qırmalar və qırma izləri aşkar olunmuşdur. Həmin 6 (altı) fərd quşdan 4 (dörd) fərdinin Anas platyrhychos-yaşılbaş ördək, 2 (iki) fərdinin isə Porphrio porphyrio- adi soltanquş növüdür. Adi soltanquş (Porphrio porphyrio) Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın İİ nəşrinə daxil edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 84 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin üzvü deyildir. Cinayət işində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamentinin 17/1253 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan və “təbiətə dəymiş ziyan barədə” xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, 1 (bir) fərd yaşılbaş ördək quşunun qanunsuz ovlanmasına görə vurulan ziyan: 1 manat 10 qəpik x 5 (əmsal) = 5.5 manat. 4 (dörd) fərdi yaşılbaş ördək quşuna görə 5.5 manat x 4 (dörd) fərd = 22 manat. 1 (bir) fərd adi soltanquş quşunun qanunsuz ovlanmasına görə vurulan ziyan: 1 manat 10 qəpik x 300 (əmsal) = 330 manat. 2 (iki) fərdi adi soltanquş quşuna görə 330 manat x 2 (dörd) fərd = 660 manat. 2 (iki) fərd adi soltanquş quşuna görə: 660 x 2 qat = 1320 manat. Ümumilikdə heyvanlar aləminə vurulan ziyan 1342 (min üç yüz qırx iki) manat təşkil edir Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29803 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş silah-zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində “A 5445” nömrəsi həkk olunmuş, “ИЖ-58” modelli, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. 2. Tədqiq edilən 5 (beş) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş, patronlardır, istifadəyə (atəşə) yararlıdır. 3. Tədqiq edilən 15 (on beş) ədəd giliz 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfəngindən döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizi zavod üsulu ilə hazırlanmış, patronun atəşlə ayrılmış hissəsidirgilizidir, döyüş sursatı hesab edilmir və istifadəyə yararsızdırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29800/01 saylı, xx xxxxxx 2019-cu il ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 34-0/402 saylı rəyə əsasən 6 (altı) ədəd quşdan 4 (dörd) ədəd Yaşılbaş ördək (Anas platyrhychos), 2 (iki) ədəd adi Soltanquş (Porphrio porphyrio)növlərinə aiddirlər. 2. Təqdim edilmiş 6 (altı) ədəd quş ov aləti ilə ovlanmışdır.
3. Təqdim edilmiş quşlar qida üçün yararlıdır. 4. Tədqiq edilən 2 (iki) adda quşların xx xxxxxx 2019-cu il tarixdə vətəndaş Təqsirləndirilən şəxs tərəfindən İmişli rayonu, Məmmədli kəndi istiqamətində “Sarısu” gölündə qanunsuz ovlamaqla, məşğul olmasından, xx xxxxxx 2019-cu il tarixə aparılmış bioloji tədqiqatın nəticələrini nəzərə alaraq, satış qiymətləri ilə təbiətə vurulmuş maddi ziyanın məbləği aşağıdakı kimi müəyyən edilir: 1 (bir) ədəd Yaşılbaş ördək (Anas platyrhychos) 1.10 (şərti maliyyə vahidi) x 500 manat – 5.50 manat, dörd ədədi 22 manat; 1 (bir) ədəd adi Soltanquş (Porphrio porphyrio) 1.10 (şərti maliyyə vahidi) x 300 manat = 330 manat, iki ədədi 660 manat; ümumilikdə 682 manat müəyyən edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 012-1164/1220 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, “İJ-58” markalı, A-5446 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 013- 1806/1220 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxxx 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 16 kalibrli, “İJ-58” markalı, A-5446 №-li ov tüfəngi barədə DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyestrində məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 356 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “qətimkan tədbirinin haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,...Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X16 İdarəsinə göndərilmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4265 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4, bacısı X7 və övladı X11 ilə birlikdə İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 17 ünvanda qeydiyyatdadır və yaşayır. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.1 və 258.2.3-cü maddələrinə tövsif edilmişdir. Lakin cinayət işinin məhkəmə istintaqı zamanı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 68-VİQD saylı, x xxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.55-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258-ci maddəsinin “Qeyd” hissəsində “dörd yüz manatdan” sözləri “min manatdan yeddi” sözləri ilə əvəz edilmiş və “külli miqdar” dedikdə isə” sözlərindən sonra “yeddi” sözü əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258-ci maddəsinin “Qeyd” hissəsinin tələbinə görə Bu Məcəllənin 258.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli həmçinin zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilmiş əməl kimi qiymətləndirilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət əməli nəticəsində təbiətə vurulmuş ziyanı miqdarı 1342 (min üç yüz qırx iki) AZN məbləği təşkil etdiyi üçün Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 258.2.1-ci maddəsindən 258.1-ci maddəsinə tövsif edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı hesab edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi həmçinin həmin Məcəllənin 258.1-ci maddəsini əhatə etdiyi üçün onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət- Prosessual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, ilk dəfə cinayət əməli törətməsini, ailəli olmasını, bu müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi və eləcə də, qanunlara əməl edəcəyi barədə söz verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə-ballistik və məhkəmə-bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 180 (yüz səksən) AZN məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) ədəd Yaşılbaş ördəyin, 2 (iki) ədəd adi Soltanquş quşunun, o cümlədən, 1 (bir) ədəd, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində “A 5445” nömrəsi həkk olunmuş, “İJ-58” modelli, daxili çaxmaqlı, qoşalüləli tüfəngin və ümumilikdə 20 (iyirmi) ədəd (15 ədəd istifadə edilmiş boş giliz və 5 ədəd dolu patron) patronun Nəqliyyatda Baş Polis X6 X10 yerinə verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə cinayət işində olan mülki iddia ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində qeyd edilmiş işin mübahisəli faktiki halları, daha doğrusu, təbiətə dəymiş maddi zərərinin həcminin məhz 1342 (min üç yüz qırx iki) AZN məbləği təşkil etməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş və işin mübahisəli faktiki halları əsaslandırılmış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Ümumiyyətlə, mülki iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki,məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. X19 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X19 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin haqqında qərar qəbul edilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə-ballistik və məhkəmə-bioloji, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 180 (yüz səksən) AZN məbləğində ekspertiza xərci tutularaq, dövlət nəfinə ödənilsin. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) ədəd Yaşılbaş ördəyin, 2 (iki) ədəd adi Soltanquş quşunun, o cümlədən, 1 (bir) ədəd, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində “A 5445” nömrəsi həkk olunmuş, “İJ-58” modelli, daxili çaxmaqlı, qoşalüləli tüfəngin və ümumilikdə 20 (iyirmi) ədəd (15 ədəd istifadə edilmiş boş giliz və 5 ədəd dolu patron) patronun Nəqliyyatda Baş Polis X6 X10 yerinə verilməsi nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1342 (min üç yüz qırx iki) AZN məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (hesabına köçürülsün) xeyrinə ödənilsin. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Tərlan Nüsrətov