Məhkəmə qərarları › İş №1(036)-35/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-35/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-35/2022 29.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, müdafiəçil Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə İmişli rayonu Soltanmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu Soltanmuradlı kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Nəsirli Ağamalı İsməli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Nəsirli Ağamalı İsməli oğlu ondan ötrü məhkəməyə verilmişdir ki, o, 14 oktyabr 2021-ci il tarixdə saat 21-00 radələrində hasardan keçərək İmişli rayonu, Çahar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə, həmin evin əncərəsindən isə evə qanunsuz daxil olaraq, evin yataq otağındakı dolabdan 600 (altı yüz) manat dəyərində 6 qram çəkidə, 750 əyarlı, 1 ədəd qızıl üzük, 660 (altı yüz altmış) manat dəyərində 8,25 qram çəkidə, 583 əyarlı, 1 ədəd qızıl üzük, 240 (iki yüz qırx) manat dəyərində 3 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağı, 100 (yüz) manat dəyərində 1,25 qram çəkidə, 585 əyarlı, 1 ədəd qızıl qolbağı, 480 (dörd yüz səksən) manat dəyərində 6 qram çəkidə, 583 əyarlı, 1 ədəd qızıl boyunbağı və 160 (yüz altmış) manat dəyərində 2 qram çəkidə, 583 əyyarlı, 1 ədəd qızıl klonu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2240 (iki min iki yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Soltanmuradlı kəndində yaşayır və heç yerdə işləmir. 14.10.2021-ci il tarixdə evdə olarkən İmişli rayonu, Çahar kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs məxsus olanİfərdi yaşayış evindən oğurluq etməyi planlaşdırmış və axşam vaxtı evdən çıxıb İmişli rayonu Çahar kəndinə gedib Zərərçəkmiş şəxs evinin qarşısına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə İmişli rayonu, Soltanmuradlı kəndində olduğları üçün ev sahibsiz olmuşdur. O, hasardan aşaraq həyətə daxil olmuş, evin kilidlənməyən pəncərəni açaraq içəri girib axtararaq yataq otağındakı tünd qəhvəyi rəngli, aksessuar şkafında olan aliminium rəngli dəmir qabın içərisindəki 2 ədəd qızıl üzüyü, 2 ədəd qızıl qolbağı və 1 ədəd qızıl klonu olan qızıl boyunbağını götürərək evdən çıxmış və oğurladığı qızılları yaşadığı evin yaxınlığındakı işıq transformatorının yanında gizlədərək yaşadığı evə getmişdir. 15.10.2021-ci il tarixdə saat 09-00 radələrində evdən çıxaraq həmin qızılları gizlətdiyi yerdən götürmüş, həmin vaxt həmkəndlisi Şahid3la rastlaşaraq ona qızılları satmaq istədiyini bildirmiş və onunla birlikdə yol maşını ilə İmişli şəhərinə gələrək Mərkəzi bazara tərəf getmişlər. Onlar qızıl mağazalarından birinə girib bir ədəd qızıl üzüyü 435 manata satmış və sonra başqa mağazaya girərək bir ədəd qızıl qolbağı 64 manata satmışdır. Şahid3 mağazada öz şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün o, qızılları satdıqdan sonra ona 50 manat pul, 35 manat dəyərində kurtka və 25 manat dəyərində ayaqqabı alıb vermişdir. Daha sonra o, həmin pulun 150 manatına özünə paltar və telefon almış, qalan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaların dəyərini ödəyərək onunla barışıq əldə etdiyini bildirmiş və əməlindən peşmançılıq şəkdiyini ifadə etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Çahar kəndində yaşayır. 17 oktyabr 2021-ci il tarixdə saat 15-00 radələrində İmişli rayonu, Çahar kəndində yerləşən fərdi yaşayış evində otaqların birində qapalı yerdə saxladığı 2 ədəd qızıl qolbaq, 2 ədəd qızıl üzük və 1 ədəd qızıl klonlu qızıl boyunbağını tapa bilməmiş və səhəri gün İmişli rayon polis şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Həmin qızıllar mərhum anası Şəfiqə Quliyevadan miras qalmım və 2500 manat dəyərində olmuşdur. Oğurluq hadisəsinin konkret olaraq vaxt baş verdiyini bilməsə də 14 oktyabr 2021-ci il tarixdə saat 17-00 radələrindən 23-00 radələrinədək bütün ailə üzvləri ilə birlikdə nəvəsi Yağmurun ad günü məclisinin keçirildiyi İmişli rayonu, Soltanmuradlı kəndində olduğundan oğurluq hadisəsinin həmin vaxt baş verdiyini ehtimal edir. Əşyaların oğurlanması evə pəncərədən daxil olmaqla törədilmiş və oğurluq edən şəxs İmişli rayonu, Soltanmuradlı kəndində yaşayan qohumu X3 olmuşdur. Daha sonra ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun evindən oğurladığı qızıl zinət əşyaların dəyərini tam şəkildə ödəmişdir. Ona görə də, ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Soltanmuradlı kəndində yaşayır. 14.10.2021-ci il tarixdə axşam saatlarında İmişli rayonu, Soltanmuradlı kəndində “Ates” adlanan yerdə həmkəndlisi, əvvəllər bir sinifdə oxuduğu X3 ona bir qızıl üzük və bir ədəd qızıl qolbaq göstərərək şəxsiyyət vəsiqəsi olmadığından qızılları satmaq üçün onun şəxsiyyət vəsiqəsindən istifadə etmək istədiyini bildirmişdir. Ağamalıdan qızılların oğurluq olub-olmadığını soruşduqda o, həmin qızılların istədiyi qıza məxsus olduğunu , oğurluq olmadığını bildirmişdir. 15.10.2021-ci il tarixdə saat 10-00 radlərində o, Ağamalı ilə İmişli rayonu, Soltanmuradlı kəndində görüşüb qızılları satmaqdan ötrü İmişli şəhərindəki mərkəzi bazara getmiş, bazarda yerləşən qızıl mağazalarından birinə girib özünün şəxsiyyət vəsiqəsini təqdim edərək qızıl üzüyü 435 manata satmış və oradan çıxıb başqa qızıl mağazasına girərək qızıl qolbağı 64 manata satmışlar. Sonra Ağamalı ona olan 90,0 manat borcunu qaytarmış, üstəlik 35 manat dəyərində kurtka və 25 manat dəyərində ayaqqabı alıb vermişdir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz bazarı”da əlvan metalların alqı-satqısı ilə məşğul olur və həmin ünvanda qızıl mağazası vardır. 15 oktyabr 2021-ci il tarixdə saat 10-00 radələrində əvvəllər tanımadığı iki nəfər mağazaya yaxınlaşaraq ona 01 ədəd qızıl üzük göstərib özlərinə məxsus olduğunu bildirərək satmaq istədiklərini demişlər. Bundan sonra o, həmin qızılı yoxlayaraq 583 əyarlı 8,25 qram çəkidə olduğunu müəyyən edib onlara 435 manat pul təklif etmiş, Şahid3 öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və onlar alqı-satqı etmişlər. O, aldığı qızıl üzüyün məlumatlarını və kimdən aldığını öz qeydiyyat kitabında yazmış, Namiq adlı həmin şəxs qeydiyyat jurnalını imzalayaraq alqı-satqını təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz bazarı”da əlvan metalların alqı-satqısı ilə məşğul olur və həmin ünvanda qızıl mağazası vardır. 15 oktyabr 2021-ci il tarixdə saat 10-00 radələrində əvvəllər tanımadığı iki nəfər mağazaya yaxınlaşaraq ona 01 ədəd qızıl qolbağ göstərib özlərinə məxsus olduğunu bildirərək satmaq istədiklərini demişlər. Bundan sonra o, həmin qızılı yoxlayaraq 583 əyarlı 1,25 qram çəkidə olduğunu müəyyən edib onlara 64,0 manat pul təklif etmiş, Şahid3 öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və onlar alqı-satqı etmişlər. O, aldığı qızıl üzüyün məlumatlarını və kimdən aldığını öz qeydiyyat kitabında yazmış, Namiq adlı həmin şəxs qeydiyyat jurnalını imzalayaraq alqı-satqını təsdiq etmişdir. İşdə olan 02 dekabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə, saat 21-00 radələrində İmişli rayonu, Çahar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə pəncərədən daxil olaraq yataq otağındakı tünd qəhvəyi rəngli, aksessuar şkafında olan aliminium rəngli dəmir qabın içərisindəki 2 ədəd qızıl üzüyü, 2 ədəd qızıl qolbağı və 1 ədəd qızıl klonu olan qızıl boyunbağını oğurlaması haqqında ifadəsində qeyd olunanlarla eyni şəkildə bəhs etmişdir. ( c.i.səh:91-99) İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 14 oktyabr 2021-ci il tarixdə 6 qram çəkidə, 750 əyyarlı 1 ədəd qızıl üzüyün orta bazar satış qiyməti 600 (altı yüz) manat, 8,25 qram çəkidə, 583 əyyarlı 1 ədəd qızıl üzüyün orta bazar satış qiyməti 660 (altı yüz altımış) manat, 3 qram çəkidə, 585 əyyarlı 1 ədəd bilərziyin orta bazar satış qiyməti 240 (iki yüz qırx) manat, 1,25 qram çəkidə, 585 əyyarlı 1 ədəd bilərziyin orta bazar satış qiyməti 100 (yüz) manat, 6 qram çəkidə, 583 əyyarlı 1 ədəd qızıl boyunbağının orta bazar satış qiyməti 480 (dörd yüz səksən) manat, 2 qram çəkidə, 583 əyyarlı klonun orta bazar satış qiyməti isə 160 (yüz altmış) manat olmuşdur.( c.i. səh: 106) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Nəsirli Ağamalı İsməli oğlu AR CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Nəsirli Ağamalı İsməli oğlu əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :108) Nəsirli Ağamalı İsməli oğlunun zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam şəkildə ödəyərək onlarla razılıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan 19.10.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokola əsasən Nəsirli Ağamalı İsməli oğlu həmin gün saat 15-00-da AR CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə şübhə yarandığından tutulmuşdur. ( c.i. səh: 42-43) İşdə olan İmişli RPŞ İB-nin 21.10.2021-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərarına əsasən Nəsirli Ağamalı İsməli oğlu barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilərək İmişli RPŞ MSY-dən dərhal azad edilmişdir. ( c.i. səh:75-76) «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Nəsirli Ağamalı İsməli oğlu AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəsərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və CMnın 69.3-cü maddəsinə əsasən onun 19.10.2021-ci il tarixdən 21.10.2021-ci həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Nəsirli Ağamalı İsməli oğlu Azərbaycan Respublikası CM-nın 177.2.3-cü маддяlərində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Nəsirli Ağamalı İsməli oğlunun 19.10.2021-ci il tarixdən 21.10.2021-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 ( bir) il 5 ( beş) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Nəsirli Ağamalı İsməli oğlunun üzərinə hər gün saat 24-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Nəsirli Ağamalı İsməli oğlunun barəsində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar