Məhkəmə qərarları › İş №1(036)-35/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-35/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-35/2023 14.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi X4 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehtiyev küçəsi, fərdi evdə yaşayan və “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, cavabdeh kimi ondan, xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı qətnaməsini və alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, Səmayə və Məhəmməd Ağazadənin yetkinlik yaşalarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1563/2022 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(036)-713/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 4126,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2006cı il tarixdə rəsmi nikaha daxil olaraq olaraq evlənmiş, onların həmin nikahdan xx.xx.2007-ci il tarixdə ü X5 və xx.xx.2009-cu il tarixdə X3 adında uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən birdəfəlik ayrılmışlar. İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı qətnaməsi əsasən nikahları pozulmuş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə 15 fevral 2013-cü il tarixdən başlayaraq hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment kəsilmişdir. Alimenti hər ay müəyyən edilmiş məbləğdə ödəməli olsa da, sabit qazancı olmadığından hər dəfə tam şəkildə ödəyə bilməmiş və aliment borcu getdikcə artmışdır. Bundan başqa onun görüş zamanı uşaqların özünə verdiyi məbləğlər hesaba alınmamışdır. Qalıq aliment borcunu ödəmək imkanı olmadığına baxmayaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1563/2022 saylı qətnaməsi ilə uşaqların saxlanılmasından ötrü Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin məbləği artırılaraq 05 may 2022-ci il tarixdən başlayaraq hər bir uşaq üçün 193,0 manat olmaqla, ayda cəmi 386,0 manat sabit pul məbləğində müəyyən edilmiş və bu səbəbdən aliment borcu daha da artmışdır. Aliment borcunu ödəməsi üçün icra məmuru tərəfindən ona dəfələrlə bildiriş göndərilmiş, izahatı alınmış və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bütün bunlara baxmayaraq onun maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, övladlarını sevir və onların saxlanmasnda iştirak etmək üçün səylər göstərir. Hazırda birdəfəlik ödəmək imkanı olmadığından qalıq aliment borcunu hissə-hissə ödəmək niyyətindədir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların həmin nikahdan xx.xx.2007-ci il tarixdə X5 və xx.xx.2009-cu il tarixdə X3 adında uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən birdəfəlik yaşamışlar. İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı qətnaməsi əsasən nikahları pozulmuş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə 15 fevral 2013-cü il tarixdən başlayaraq hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment kəsilmişdir. Lakin Təqsirləndirilən şəxs kəsilmiş alimenti könüllü qaydada ödəməmiş və icra tədbirləri görüldükcə qismən ödəmələr edib borclu qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1563/2022 saylı qətnaməsi ilə uşaqların saxlanılmasından ötrü xeyrinə tutulan alimentin məbləği artırılaraq 05 may 2022-ci il tarixdən başlayaraq hər bir uşaq üçün 193,0 manat olmaqla, ayda cəmi 386,0 manat sabit pul məbləğində müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs kəsilmiş alimenti ödəmədiyindən o, uşaqları indiyədək təkbaşına böyütmüşdür. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, о, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsində əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 fevral 2013-cü il tarixdən başlayaraq hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. xx.xx.2013-cü il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanaraq borcluya tələbin könüllü olaraq 10 gün müddətində ödənilməsi üçün bildiriş göndərilmiş, lakin verilmiş müddətdə icra sənədi üzrə tələb könüllü olaraq ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq borclunun qiymətli əmlakının və başqa gəlirlərinin axtarılması istiqamətində məcburi icra hərəkətləri aparılmışdır. Görülmüş tədbirlərə baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda qismən ödənişlər etdiyi üçün aliment borcu getdikcə artmışdır. O, izahat verərək maddi imkanı olmadığını və imkanı olduqca aliment borcunu hissə-hissə ödəyəcəyini göstərmiş, ancaq uzun müddət keçməsinə baxmayaraq heç bir ödəmə etməyərək barəsində olan icra sənədi üzrə tələbi ödəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı dəyişilərək xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanaraq borcluya tələbin könüllü olaraq 10 gün müddətində ödənilməsi üçün bildiriş göndərilmiş, verilmiş müddətdə icra sənədi üzrə tələb könüllü olaraq ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq borclunun qiymətli əmlakının və başqa gəlirlərinin axtarılması istiqamətində yenidən məcburi icra hərəkətləri aparılmış, lakin borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan icra sənədləri üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İmişli Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün yeni müddət təyin edilərək vaxt verilmiş və ona bu barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs ona verilmiş müddət ərzində aliment borcunu ödəməmiş, müddət başa çatdıqdan sonra ona cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq göndərilmişdir. Qeyd olunanlara baxmayaraq borclu Ağayev X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)- 345/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədi üzrə tələbi ödəməməkdə davam etmişdir. Ona görə də, onun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş üzrə şahid İmişli rayon İPŞ-nın rəisi vəzifəsini icra edən Şahid2 Şahid1 ifadəsində qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı qətnaməsinin surətinə əsasən əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 fevral 2013-cü il tarixdən başlayaraq hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. ( c.i.səh: 11-12) İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı icra sənədinin surətinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 fevral 2013-cü il tarixdən başlayaraq hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. ( c.i.səh: 10-12) İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 sayl ıqətnaməsinin surətinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. ( c.i.səh: 16-18) İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı qətnaməsinin surətinə əsasən icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. ( c.i.səh: 14-15) İşdə olan İmişli rayon İB-nın icra məmuru Şahid1 18 iyun 2013-cü il tarixli qərarının surətinə əsasən həmin tarixdə İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı icra sənədi üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh: 19) İşdə olan İmişli rayon İB-nın icra məmuru Şahid1 01 iyun 2022-ci il tarixli qərarının surətinə əsasən həmin tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədi üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh: 20) İşdə olan İmişli rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 3(036)713/2022 saylı qərarının surətinə əsasən Ağayev X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. (c.i. səh: 71-72) . İşdə olan İmişli rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 3(036)202/2022 saylı qərardadının İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ həmin icra sənədləri üzrə tələb tam şəkildə icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. ( c.i. səh: 75) İşdə olan xx.xx.2022-ci il tarixli 11463 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh:53) İşdə olan xx.xx.2022-ci il tarixli 11463 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(036)-345/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1563/2022 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh:54) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. səh :120) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilən cinayətin xarakterini nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri dəyişdirilib “həbs ” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar