Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-35/2024 19.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki şəhər F.X.Xoyski küçəsi 24 nömrəli evdə qeydiyyatda olan və yaşayan, İmişli Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «Seymur» adlı tanışının vasitəsilə, 2000 manat pul müqabilində İİİ qrup əlilliyini İİ qrup əlilliyə dəyişdirəcəyini və aldığı 120 manat pensiyanı 280 manat yüksəldəcəyi barədə yalan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs 30 avqust 2022-ci il tarixdə 200 (iki yüz) manat, 05 sentyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 10 sentyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 11 sentyabr 2022-ci il tarixdə 500 (beş yüz) manat, 13 sentyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat, 24 sentyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 02 oktyabr 2022-ci il tarixdə 100 (bir yüz) manat, 05 oktyabr 2022-ci il tarixdə 200 manat (iki yüz) manat, 07 oktyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat olmaqla cəmi 2000 (iki min) manat pulu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə vahid niyyətlə əhatə olunan qəsdlə, etibarından sui-istifadə etmə və aldatma yolu ələ keçirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «Seymur» adlı tanışının vasitəsi ilə məşğulluq proqramı çərçivəsində mal-qara alıb verəcəyini vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayının əvvəlində 400 ( dörd yüz) manat, 13 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 200 ( iki yüz) manat, 15 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 200 (iki yüz) manat olmaqla, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu cəmi 800 (səkkiz yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra o, 2022-ci ilin oktyabr ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən istintaqa məlum olmayan «Seymur» adlı tanışının vasitəsilə 2700 (iki min yeddi yüz) manat pulun müqabilində Bakı şəhərində tikilmiş sosial evlərdən birini alıb verəcəyini yalan vəd verib aldadaraq, bu məqsədlə 30 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə sonuncunun atası Şahid1 2700 (iki min yeddi yüz) manat pulu təhvil alaraq, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu cəmi 2700 (iki min yeddi yüz) manat pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra, o, 2022-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs X4 işləyən istintaqa məlum olmayan «Rəşad» adlı tanışının vasitəsilə «KAMAZ» markalı avtomobil alıb verəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 17 noyabr 2022-ci il tarixdə 300 (üç yüz) manat, 22 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» plastik bank kartına onlayın üsulla 1000 (bir min) manat, sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 25 noyabr 2022-ci il tarixdə 1000 (bir min) manat, 27 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın üsulla 500 (beş yüz) manat, əlavə olaraq həmin gün sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 500 (beş yüz) manat, 28 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın üsulla 1000 (bir min) manat, 13 dekabr 2022-ci il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə 300 (üç yüz) manat, 22 dekabr 2022-ci il tarixədə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx"a məxsus **********592604 plastik bank kartı hesabından onun istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» kartı vasitəsi ilə onlayın yolla 100 (bir yüz) manat, 31 dekabr 2022-ci il tarixdə 100 (bir yüz) manat pulu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə və sonuncunun əvəzindən atası Şahid1 yaşadığı İmişli rayonu, Şahverdili kəndində yerləşən «Supermarket»də quraşdırılmış «eManat» ödəmə terminalından göndərdiyi 400 (dörd yüz) manat pulu Zərərçəkmiş şəxs adına etibarnamə əsasında aldığı 4169 7385 4972 1862 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kart hesabına köçürtdürməsinə nail olub, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda, yəni 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəki şəhər F.X.Xoyski küçəsi 24 nömrəli evdə qeydiyyatda olsada və hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. O, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyul ayında Xırdalan şəhərində qonşu olmuş və bir-birinə gedib gəlmişlər. 2022-ci ilin iyul ayında o, Yetəri aldadaraq pulların ələ keçirmək qərarına gəlmişdir. Yetərin ankoloji xəstə kimi 3-cü qrup əlillik dərəcəsi almasını, əlilliyinə görə ona hər ay verilən 120 manat əlillik pensiyasın artıra biləcəyini, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Tibbi ekspert komisiyasında Seymur adlı tanışının olmasını, həmin şəxsin köməkliyi ilə onun 3-cü dərəcəli əlillik qrupunu 2-ci dərəcəli əlillik qrupuna keçirib, onun aldığı pensiyanın məbləğinin 120 manatdan 180 manata qaldırmağa söz vermişdir. Bundan ötrü ondan hissə-hissə 2000 manat yaxın pul almışdır. İlkin olaraq sənədlərin düzəldilməsi üçün 30 avqust 2022-ci ildə Xırdalan şəhərində yerləşən Yetərə məxsus evdə ondan 200 manat pul almışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat,xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci ildə 300 manat Yetərdən pul almışdır. Həmin pulları alıb şəxsi etiyacları üçün xərcləmiş, Yetərə heç bir köməklik etməmişdir. Yetərin evinə gedib gəldiyi üçün onun söhbətlərindən eşitmişdir ki, Yetər ev alıb kirayə vermək istəyir. O, Yetərə Əmək və Sosial Müdafiə Nazirliyində işləyən Seymur adlı tanışının vasitəsi ilə məşğulluq proqramı vasitəsi heyvan-qara alıb verəcəyini bildirmişdir. Yetər də inək heyvanı alıb atasına saxlamaq üçün vermək istəməsini bildirmiş, Yetərdən inəyin alıb verilməsindən ötrü 400 manat pul istəmişdır. Yenidən Xırdalan şəhərində Yetərin yaşadığı evdə, sonuncudan xx.xx.2022-ci ildə 200 manat və xx.xx.2022-ci ildə isə 200 manat pul almışdır. Sonradan Yetərə ankoloji xəstə olması ilə əlaqədər Bakı şəhərində tikilmiş sosal evlərdən alıb vermək imkanın olmasını, ona həmin evi Əmək və Sosal Müdafiə Nazirliyində işləyən tanışı Seymurun vasitəsi ilə alıb verəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının son günlərində Yetər atası Zeynal Aslanovla bir yerdə onunla Xırdalan şəhərində görüşmüş və ona Zeynal 2700 manat pulu ev almaq məqsədi ilə vermişdir. Daha sonra X6 Nazirliyində işləyən Rəşad adlı tanışının olmasını, həmin şəxsin vasitəsi ilə “ Kamaz” markalı avtomobil alıb kreditə verə bilcəyi bildirmiş və ilkin olaraq 5300 manat pul istəmişdir. Yetərdən həmin pulların bir hissəsin 4169 7413 5059 2604 nömrəli kart hesabından 40 98 5844 5034 5598 nömrəli “Leo bank” kart hesabına onlayın vasitəsi ilə köçürməklə ələ keçirmişdir. Pulun bir hissəsin isə Yetərdən nəğd şəkildə evində almışdir. Belə ki, 17 noyabr 2022-ci il tarixdə 300 manat, 22 noyabr 2022-ci il tarixdə 1000 manat, 25 noyabr 2022-ci il tarixdə 1000 manat, 27 noyabr 2022-ci il tarixdə hər dəfə 500 manat olmaqla umumilikdə 1000 manat, 28 noyabr 2022-ci il tarixdə 1000 manat, 13 dekabr 2022-ci il tarixdə 200 manat, daha sonra 100 manat olmaqla umumilikdə 300 manat, 22 dekabr 2022-ci il tarixdə 100 manat, 31 dekabr 2022-ci ildə 100 manat pulu Yetərdən karta köçürməklə ələ keçirmüşdür. Sonuncu 400 manat pulu isə Yetərin atası Şahid1 31 dekabr 2022-ci il tarixdə saat 16:48 radələrində Yetərin ona verdiyi etibarnamə əsasında sonuncunun adına aldığı kart hesabına köçürtməklə ələ keçirmişdir. O, Yetərin ona verdiyi 29 avqust 2022-ci il tarixli etibarnamə əsasında Yetərin öz adına "xxxx" ASC-də 4169 7385 4972 1862 nömrəli kart alııb istifadə etmişdir. Həmin kartın nömrəsini Yetərin atası Zeynala telefon vasitəsi ilə bildirmiş, Zeynal da İmişli rayonundan “eManat” ödəmə terminalı vasitəsi ilə onun verdiyi 4169 7385 4972 1862 nömrəli karta 400 manat pulu 31 dekabr 2022-ci ildə saat 16:48-də köçürmüşdür. O, həmin pulu Bakı şəhərində Nizami metrosunun yanında yerləşən "xxxx" ASC-nin bankomatından istifadə etməklə çıxarmışdır. Umumilikdə Yetəri və Zeynalı aldadaraq 10 500 manat pulların ələ keçirmişdir. O, barəsinədə aparılan cinayət işinin istintaqı dövründən, yəni 24 dekabr 2023-cü ildə 2000 manat pulu “Leo bank”dan aldığı 40 98 5844 5034 5598 nömrəli kart hesabından Yetərin "xxxx" ASC-dən adığı 4169 7413 5059 2604 nömrəli kart hesabına onlayın yolu ilə köçürməklə ödəmişdir. Barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İmişli rayon Göbəktala kəndində qeydiyyatda olsada, hazırda Abşeron rayonu, V.Axundov küçəsi Dalan 1-də, 22 nömrəli evdə yaşayır. O, 6 ildir ki, ərindən ayrılmış və azyaşlı oğlu ilə bir yerdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin iyul ayında Xırdalan şəhərində qeyd etdiyi ünvanda qonşu olmuşdur. O, qonşu olduğundan Yeganə tez-tez onun evinə gəlib getmişdir. 2022-ci ilin iyul ayında ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi ekspert komissiyası tərəfindən 3-cü dərəcəli əlillik qrupu verilmişdir. Həmin vaxt 3-cü qrup əlil kimi ona 120 manat pensiya təyin edilmişdir. Yeganə ilə ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Seymur adlı tanışı olmasını, həmin şəxsin vasitəsi ilə onun əlillik qrupunu 3-cü qrupdan 2-ci qrupa keçirib, onun pensiyasın 280 manata kimi yüksəltməsinə kömək edəcəyini vəd etmişdir. Yeganə bunun üçün ondan sənədlərin hazırlanması üçün 200 manat pul istəmişdir. Sonra əlillik dərəcəsinin dəyişdirilməsindən ötrü ondan ümumilikdə 2000 manat yaxın pul istəmişdir. Bu məqsədlə ilk dəfə olaraq 30 avqust 2022ci ildə yaşadığı Xırdalan şəhərində evində Yeganə 200 manat pul vermişdir. Bundan sonrakı tarixlərdə xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci ildə 300 manat da pul vermişdir. Həmin vaxtlar Yeganə yenidən onu aldadaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən Seymur adlı tanışının vasitəsi ilə ona məşğulluq proqramı vasitəsi ilə bir baş inək heyvanı alıb verə biləcəyini bildirmişdir. İnəyi alıb kənddə atasına vermək istəmişdir. O, Yeganə ilə razılaşmış və ilkin olaraq inəyə görə 400 manat pul vermişdir. Bundan sonra Yeganəyə xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 200 manat inək üçün pul vermişdir. Sonradan Yeganə ona ankoloji xəstə olmasını ilə əlaqədar Bakı şəhərində tikilmiş sosal evlərdən birin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində olan tanışı Seymurun vasitəsi ilə alıb verəcəyinə söz vermişdir. Evin ona verilməsindən ötrü Yeganə 2700 manat pul istəmiş və həmin pulu Seymura verəcəyini bildirmişdir. Həmin vaxtlar atası Zeynalı Bakı şəhərinə dəvət etmiş, Zeynal Yeganə ilə Xırdalan şəhərində onun evində görüşmüş və pulları olmadığından atası Yeganənin vasitəsi ilə bankdan 2700 manat kredit götürmüş və onun evində Yeganəyə vermişdir. Bundan sonra Yeganə ona Su Təsərrufat Nazirliyində Rəşad adlı bir tanışı olmasını, onun vasitəsi ilə “EVRO KAMAZ” markalı avtomobil almaq imkanın olmasını ona bildirmişdir. O, da həmin avtomobili İmişli rayonun Göbəktala kəndində yaşayan qardaşı Şahid2 alıb vermək istəmişdir. Yeganə avtomobilin pulunun kreditlə ödənilməsini bildirdiyi üçün atası ilə məsləhətləşib qardaşı Rəşada yük avtomobilini almaq istəmişdir. Bunun üçün Yeganə Rəşada vermək üçün ilkin olaraq 5500 manat pul istəmişdir. “Evro Kamaz” avtomobili alıb vermək üçün Yeganə atası ilə telefonla danışmışdır. Yeganə avtomobil üçün umumilikdə kreditlə 65000 manat pul ödəməli olmalarını bildirmişdir. 5500 manat pulu isə əvvəlcədən, qalan pulu isə hər ay bankda açılan hesab nömrəsinə 1083 manat ödəməklə, 60 ay ərzində 65000 manatı pul ödəmələrini bildirmişdir. Atası kənddə heyvanlarını, qardaşına məxsus traktoru satıb, bir qədər borca pul alıb ona göndərmişdir. Pulun bir hissəsin onun "xxxx" ASC-dən verilmiş 4169 7413 5059 2604 nömrəli kartına köçürmüş, o, da onlayın yolu ilə kartından həmin pulları Yeganənin 4098 5844 5034 5598 nömrəli “Leo bank” kartına köçürmüşdür. Pulun bir hissəsin nəğd şəkillə Yeganəyə evində vermiş, bir hissəsin onlayın yolu ilə Yeganənin kart hesabına köçürmüşdür. 17 noyabr 2022-ci il tarixdə 300 manat, 22 noyabr 2022-ci il tarixdə 1000 manat, 25 noyabr 2022-ci il tarixdə 1000 manat, 27 noyabr 2022-ci il tarixdə hər dəfə 500 manat olmaqla umumilikdə 1000 manat,28 noyabr 2022-ci il tarixdə 1000 manat, 13 dekabr 2022-ci il tarixdə 200 manat, həmin gün yenidən 100 manat olmaqla umumilikdə 300 manat, 22 dekabr 2022-ci il tarixdə 100 manat, 31 dekabr 2022-ci ildə 100 manat Yeganənin kart hesabına pullar köçürtmüşdür. Sonuncu dəfə atası 31 dekabr 2022ci il tarixdə saat 16:48 radələrində İmişli rayonu, Şahverdili kəndində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 400 manat pulu Yeganənin onun adına "xxxx" ASC almış olduğu 4169 7385 4972 1862 nömrəli kartına köçürmüşdür. Yeganə 4169 7385 4972 1862 nömrəli kartı onun adına verdiyi etibarnamə əsasında "xxxx" ASC-nin Xırdalan şəhər filalından almışdır. O, həmin kartın alınmasından məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə atası ona 150 manat kartına pul köçürmüş, o, həmin pulu kartından çıxarıb üzərinə 150 manat pul qoyub Yeganəyə evində vermişdir. 22 noyabr 2022-ci il tarixdə 1000 manat pulu **********592604 plastik bank kartından Yeganənən istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» plastik bank katına onlayın yolla köçürmüşdür. 25 noyabr 2022-ci il tarixdə 1000 manatı nəğd şəkildə Xırdalan şəhərində evində Yeganəyə vermişdir. 27 noyabr 2022-ci il tarixdə atası ona 500 manat kartına pul köçürmüş, o, da həmin pulu Yeganənin Leo bank kartına köçürmüşdür. Həmin gün evində Yeganəyə 500 manat pul vermişdir. 28 noyabr 2022-ci il tarixdə 1000 manatı **********592604 plastik bank kartından Yeganənin istifadəsində olan 4098 5844 5034 5598 nömrəli «Leo bank» plastik bank katına onlayın yolla köçürmüşdür. 13 dekabr 2022-ci il tarixdə atası onun kartına 100 manat pul köçürmüş, o, da həmin 100 manatı çıxarıb üzərinə 200 manat qoyub umumilikdə 300 manatı evində Yeganəyə vermişdir. 22 dekabr 2022-ci il tarixdə 100 manat pulu onlayın yolla Yeganənin kartına köçürmüşdür. 31 dekabr 2022-ci ildə 100 manat pulu isə Yeganəyə nəğd şəkildə evində vermişdir. Sonuncu dəfə 400 manat pulu atası Şahid1 31 dekabr 2022-ci il tarixdə saat 16:48 radələrində İmişli rayonu, Şahverdili kəndində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə onun adına aldığı karta köçürmüşdür. Atası 2700 manat 30 oktyabr 2022-ci tarixdə saat 16 radələrində bankdan Yeganə ilə bir yerdə onlayın üsulla kreditə götürmüş və həmin pulu Yeganə onun telefonu ilə bank işçiləri ilə danışıb atasına adına götüzdürmüş və həmin 2700 manat pulu atası onun üçün sosial ev almaq məqsədi ilə Yeganəyə evində vermişdir. Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli rayon Göbəktala kəndində yaşayır. Qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xırdalan şəhərində yaşayır. Yetər 2023-cü ilin yanvar ayında ankoloji xəstəlikdən əməliyyat olunmuşdur. Qızı Yetər xəstə olarkən Xırdalan şəhərində yaşayan qonşusu, Təqsirləndirilən şəxs ev işlərində köməklik etmək üçün qızının evinə gəlib-getmiş və özünə inam qazanmışdır. Yeganə əvvəlcə qızı Yetərin 3-cü qrup əlillik dərəcəsini 2-ci qurupa keçirmək adı ilə aldadaraq ilkin olaraq 200 manat, sonra isə hissə-hissə 800 manat pul almışdır. Daha sonra Yeganə qızına məşgulluq proqramı vasitəsi ilə inək alıb verəcəyini vəd edib 800 manat pul almışdır. Bundan sonra Yetərə Bakı şəhərində tikilmiş sosal evlərdən alıb verə biləcəyini vəd verib Əmək və X5 Nazirliyində işləyən Seymur adlı tanışının vasitəsi ilə həmin evlərindən alıb verməsinə söz vermişdir. Yeganə qızına ev alınıb verilməsi üçün 2700 manat pul istəmişdir. Qızının pulu olmadığı üçün o, 2022-ci ilin oktyabr ayının sonunda Bakı şəhərinə getmiş, Yeganə ilə görüşmüş, onlayın yolu ilə "xxxx" ASC-nin Xırdalan şəhərində yerləşən bankomatdan 2700 manat pulu kreditə götürmüşdür. Yeganə ilə bir yerdə pulu bankomatdan çıxarmışdır. Yeganə həmin krediti qızı Yetərin telefonu ilə bank işçiləri ilə danışıb onun adına götürmüşdür. Həmin pulu Yeganəyə Xırdalan şəhərində qızının evində vermişdir. Bundan sonra Yeganə oğlu Şahid2 üçün “Kamaz” yük maşını alıb verəcəyini vəd etmişdir. Yeganəni yenidən 2022-ci ilin noyabr ayında onu və qızını aldadaraq Su Təsərrüfatı Nazirliyində işləyən “Rəşad” adlı tanışının vasitəsi “Kamaz” markalı avtomobil alıb verəcəyini vəd etmişdir. “Kamaz” yük avtomobili qızı Yetərin ankoloji xəstə olmasına görə güzəştli şərtlərlə alıb verəcəyini bildirmişdir. Yeganə ilkin olaraq avtomobilin sənədləşməsi və alınması üçün 5500 manat pul istəmişdir. Avtomobilinə görə ümümilikdə 65000 manat pul ödəyəcəklərini, bankda açılacaq bank hesabına hər ay 1083 manat pul ödəməli olmalarını onlara bildirmişdir. Avtomobili alıb oğlu Elvinə vermək istəmiş və kreditlə avtomobil almaq sərfəli olduğundan Yeganənin şərtləri ilə razılaşmış, şəxsi təsərrüfatında saxladığı mal-qaranı, oğlunun traktorun satıb əldə etdiyi pulları hissə-hissə toplayıb qızı Yetərin bank kartına köçürmüşdür. Belə ki, 17 noyabr 2022-ci il tarixdə 300 manat, 22 noyabr 2022-ci il tarixdə 1000 manat, 25 noyabr 2022-ci il tarixdə 1000 manat, 27 noyabr 2022-ci il tarixdə 1000 manat,28 noyabr 2022-ci il tarixdə 1000 manat, 13 dekabr 2022-ci il tarixdə 200 manat, həmin gün yenidən 100 manat olmaqla umumilikdə 300 manat, 22 dekabr 2022-ci il tarixdə 100 manat, 31 dekabr 2022-ci ildə 100 manat pulu qızına göndərmiş və bir hissəsin kart vasitəsi ilə köçürtmüşdür. Bakı şəhərində həmin pulları Yetər Yeganənin kart hesabına köçürmüş, Yeganə də həmin pulları hissə-hissə ələ keçirmişdir. Sonuncu dəfə 400 manat pulu isə 31 dekabr 2022-ci il tarixdə saat 16:48 radələrində İmişli rayonu, Şahverdili kəndində yerləşən mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə Yeganənin ona verdiyi 4169 7385 4972 1862 nömrəli bank kartına köçürmüş və həmin kart Yeganə Yetərin adına "xxxx" ASC-dən almışdır. Yeganə də göndərdiyi həmin 400 manatı pulu çıxarıb götürmüşdür. Yeganə sonradan aldığı pulların müqabilində verdiyi vədlərin heç birinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunda ifadə verməklə Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir (cild 1, i.v. 05); baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki Zərərçəkmiş şəxs pulların bir hissəsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi 1 nömrəli dalanda yerləşən 22 nömrəli evdə vermiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 21-22); materialın ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 1/1731 nömrəli material inzibati ərazi aidiyyati üzrə İmişli rayon polis şöbəsinə göndərilmişdir (cild 1, i.v. 36-38); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir (cild 1, i.v. 53-55); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 58); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 125-127); ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və cinayət işinin icraatının dayandırılması haqqında 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və tutulduqdan İmişli RPŞ-nin MSY-nə təhvil verilməsi və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulduğu vaxta kimi dayandırılmışdır (cild 1, i.v. 129-131); xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən əməliayyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində saxlanaraq İmişli RPŞ-nin MSY-nə thəvil verilmişdir. (cild 1, i.v. 140) cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir (cild 1, i.v. 141-143); Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 2000 manat məbləğində pul vəsaitini dəymiş ziyan kimi xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ödəmişdir. (cild 1, i.v. 170) qətimkan tədbiri seçmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 1, i.v. 171-174); işdə olan müştəri məlumatından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə 409858TRJBHW5598 nömrəli kart hesabı açılmışdır (cild 1, i.v. 178); işdə olan xx.xx.2022-ci il tarixli 18593 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416974******2604 saylı hesabına 200 (iki yüz) manat pul köçürülmüşdür. işdə olan xx.xx.2022-ci il tarixli 17296 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416974******2604 saylı hesabına 1000 (bir min) manat pul köçürülmüşdür. işdə olan xx.xx.2022-ci il tarixli 29923 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416974******2604 saylı hesabına 500 (beş yüz) manat pul köçürülmüşdür. işdə olan xx.xx.2022-ci il tarixli 10420 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416974******2604 saylı hesabına 1000 (bir min) manat pul köçürülmüşdür. işdə olan xx.xx.2022-ci il tarixli 10417 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416974******2604 saylı hesabına 70 (yetmiş) manat pul köçürülmüşdür. işdə olan xx.xx.2022-ci il tarixli 10575 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416974******2604 saylı hesabına 100 (bir yüz) manat pul köçürülmüşdür. işdə olan xx.xx.2022-ci il tarixli 30389 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 416973******1862 saylı hesabına 400 (dörd yüz) manat pul köçürülmüşdür. işdə olan məktubdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən “Azpulmat”-a 105.00 (bir yüz beş) manat məbləğində pul ödənilmişdir. işdə olan AR İİ № 768903 nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilən səalhiyyətlər etibar edilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasını bütün orqanlarında öz təşkilat və müəssisəsində xidmət və agentliklərində, nazirliklərində, onların bütün struktur, bölmə və idarələrində,hüquqi və fiziki şəxslər qarşısında, “Asan” xidmət mərkəzlərində, “Asan” kommunalda, “Dost” xidmətində, Əhalinin Sosial Müdafiə Nazirliyində, Əhalinin Sosial Müdafiə Fondunda İcra Hakimiyyətində X2, "xxxx" ASC və "xxxx" ASC-nin müvafiq filialında onun səlahiyyətli nümayəndəsi olmağı, sənədləşdirmə işlərini aparmağı, sənədləri təqdim etməyi, almağı, arayışlar əldə etməyi, adama olan əlil arabasını və plastik kartı almağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar edir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2027-ci il tarixədək qüvvədədir. işdə olan AR İİ № 820660 nömrəli etibarnamədən görünür ki, Şahid1 tərəfindən verilən səalhiyyətlər etibar edilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasını bütün orqanlarında öz təşkilat və müəssisəsində xidmət və agentliklərində, nazirliklərində, onların bütün struktur, bölmə və idarələrində,hüquqi və fiziki şəxslər qarşısında, “Asan” xidmət mərkəzlərində, “Asan” kommunalda, “Dost” xidmətində, Əhalinin Sosial Müdafiə Nazirliyində, Əhalinin Sosial Müdafiə Fondunda İcra Hakimiyyətində X2, "xxxx" ASC və "xxxx" ASC-nin müvafiq filialında onun səlahiyyətli nümayəndəsi olmağı, sənədləşdirmə işlərini aparmağı, sənədləri təqdim etməyi, almağı, arayışlar əldə etməyi, adama olan əlil arabasını və plastik kartı almağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar edir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2027-ci il tarixədək qüvvədədir. cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (cild 1, i.v. 184-185); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir (cild 1, i.v. 187-189); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrə ilə material icraatdadır (cild 1, i.v. 135-136); sübutların qiymətləndirilməsi haqqında 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Zərərçəkmiş şəxs, Şahid1 istintaqa məlum olmayan Seymur və Rəşad adlı şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün onlar barəsində cinayət işinin başlanması rədd edilmiş və cinayət işində olan ifadələr, digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (cild 1, i.v. 192-199); təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işinin icraatına xitam verilməsi barəsində vəsatəti əsassız hesab olunaraq rədd edilmişdir (cild 1, i.v. 204- 205); İmişli Rayon Məhkəməsinin 1(036)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və olduğu yerin müəyyən edilərək tutulması üçün haqqında axtarış elan edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı dayandırılmışdır (cild 1, i.v. 307-309); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə İmişli RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; İmişli Rayon Məhkəməsinin 1(036)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir; işdə olan "xxxx" ASC-dən təqdim edilmiş ödəniş kartı üzrə çıxarış çədvəlindən görünür ki, 22 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********592604 plastik bank kartı hesabından 27 noyabr 2022-ci il tarixdə onlayn üsulla 1000 (bir min) manat, 27 noyabr 2022-ci il tarixdə eyni üsulla 500( beş yüz) manat, 28 noyabr 2022-ci il tarixdə eyni üsulla 1000 (bir min) manat, 22 dekabr 2022-ci il tarixdə eyni üsulla 100 (bir yüz) manat pul, Zərərçəkmiş şəxs adına olan **********721862 plastik bank kartı hesabından pul xx.xx.2022-ci il tarixdə mədaxil və məxaric olunmaqla kartdan çıxarılmışdır (cild 1, i.v. 106-109); işdə olan xx.xx.2024-cü il tarixli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi zamanı hər iki ağ ciyərin yuxarı payında zəif fibroz kölgəliklər, bronx-damar şəkli güclənməyi müşahidə olunmuşdur. xx.xx.2024-cü il tarixdə USM-müayinəsindən keçmiş və onda “uşaqlıqda 7x9 sm ölçüdə strukturu hetrogen törəmə” aşkar edilmişdir. İlkin tibbi müayinənin nəticəsi olaraq ona “Uşaqlığın leiomiomatozu” diaqnozu qoyulmuşdur; işdə olan Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi var və həmin vaxtadək yekun məhkəmə qərarı çıxarılmamışdır; X3 mülki iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini (2000 manat məbləğində pul vəsaitini) (CM-59.1.14), onkoloji xəstə olmasını, ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxsə barışıq əldə etməməsini və ona dəymiş ziyanı tamamilə ödəməməsini, təqsirləndirilən şəxsin əməllərinin çox epizodlu olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən: 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Odur ki, Təqsirləndirilən şəxs mülki iddiası təmin edilməli, maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Qaffar qızının 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-35/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-35/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver