Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-36/2021 06.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxx 1977-ci il tarixdə İmişli rayonunun Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İmişli rayonunun Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasında elan edilmiş və hazırda davam edən xüsusi karantin rejimi dövründə xx xxxxxx 2020-ci il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili-tibbi yardım şöbəsində burun dəliyindən yaxma üsulu ilə test-analizi verdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə saat 17:22 və 20:03-də ona İcra Tibbi Sığorta üzrə Dövlət Agentliyindən istifadəsindəki ***-***-**-** nömrəli mobil telefona ismarıc göndərilərək testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi, karantin rejimini pozmağa görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, koronavirus (COVİD-19) yoluxucu infeksiyasının daşıyıcısı olduğunu bilə-bilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi Qaydaları”nın 4.5, 4.5.5-ci bəndlərinin tələbinə riayət etməməklə karantin rejimini qəsdən pozaraq yaşadığı İmişli rayonunun Murğuzallı kəndindəki mənzilini (evini) tərk edib, özünə məxsus “VAZ-2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan bacısı Şahid4nın yaşadığı evə getmiş və bununla da koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən etibarən həyat yoldaşı X1 (COVİD-19) infeksiyasına yoluxmaqla əlaqədar olaraq İmişli Mərkəzi Rayon Xəstəxanasında müalicə olunmuşdur. Bununla əlaqədar olaraq digər ailə üzvləri və o, koronavirus (COVİD-19) infeksiyasına yoluxub-yoluxmamağını öyrənmək niyyəti ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının təcili-tibbi yardım şöbəsində xx xxxxxx 2020-ci il tarixdə burun dəliyindən yaxma götürülməsi qaydasında test-analiz vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 20:03-də özünə məxsus «SAMSUNQ» markalı ***-***-**-** nömrəli mobil telefonuna İTS.GOV.AZ-dan SMS gəlmişdir. Həmin SMS-in mətnində «Hörmətli Təqsirləndirilən şəxs. Sizin xx.xx.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz» sözləri yazılmışdır. O, həmin SMS-i oxuduqdan sonra koronavirus (COVİD-19) infeksiyasına yoluxduğunu bilmişdir. Ona görə də həmin vaxtdan sonra İmişli rayonunun Murğuzallı kəndində yerləşən evindən və evinin həyətindən kənara çıxmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində evində tək olduğu və həmin vaxt evində yeməyə çörək olmadığı üçün özünə məxsus "Vaz-2107" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə çörək almaq məqsədi ilə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan bacısı Hədiyyəgilə getmişdir. Bacısı Hədiyyə bir ədəd çörəyi evlərinin həyət qapısından bayırda olmaqla ona vermiş və o, avtomobillə evinə qayıdan zaman evinin həyət qapısından bayırda olmaqla küçədə 3-4 nəfər polis əməkdaşının dayandığını görmüşdür. Avtomobildən düşərək polis əməkdaşlarının yanına gedib özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda yaşayış yerini niyə tərk etməyini soruşduqda o, çörək almaq üçün qonşu kənddə yaşayan bacısı Həddiyənin evinə getdiyini demişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:22-də özünə məxsus işlətdiyi «SAMSUNQ» markalı ***-***-**-** nömrəli mobil telefonuna İTS.GOV.AZ-dan SMS gəlmişdir. Həmin SMS-in mətnində «Hörmətli Təqsirləndirilən şəxs. Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun» sözləri yazılmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində koronavirus (COVİD-19) yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda yaşadığı evi tərk edərək getdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin İTB-nin rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən İmişli rayonunun Murğuzallı kəndində yaşayan Təqsirləndirilən şəxs COVİD-19 diaqnozlu xəstəlikdən evdə müalicə olunurmuş. Təqsirləndirilən şəxs COVİD-19 diaqnozlu xəstəlikdən evdə müalicə olunduğu halda, evdən çıxıb-çıxmadığını yoxlamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə İmişli RPŞ-nin rəis müavini Akif Nəsirov, İmişli RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun Murğuzallı kəndində yerləşən evinə getmişlər. Həmin gün saat 18:35-də evin həyət qapısına çatan zaman qapının bağlı olduğunu görüb Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və sonuncu İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan bacısı Hədiyyədən çörək almaq üçün getdiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Vaz-2107" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmiş və ondan COVİD-19 infeksiyasına yoluxduğu halda yaşayış yerini niyə tərk etməyinin səbəbini soruşduqda sonuncu çörək almaq üçün kənddə yaşayan bacısı Həddiyənin evinə getdiyini demişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 oğlu və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Elburus oğlu işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs onun İmişli rayonunun Murğuzallı kəndində öz evində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdən etibarən Eminin həyat yoldaşı Səidə Qəhrəmanova koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla əlaqədar olaraq İmişli Mərkəzi Rayon Xəstəxanasında müalicə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə isə Eminin də koronavirus (COVİD-19) infeksiyasına yoluxaraq ev şəraitində müalicə olunduğu müəyyən olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Emin ona zəng edərək evdə tək olmasını və çörəyinin olmamasını bildirib ondan evində yeməsi üçün çörək istədikdə o, qardaşına gəlib çörək apara biləcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Emin özünə məxsus VAZ-2107 markalı avtomobillə tək onlara gəlmiş və o da bir ədəd təndir çörəyini evinin həyət qapısından çıxardaraq küçədə qadaşına vermişdir. Emin küçədə çörəyi ondan aldıqdan sonra oradan çıxıb getmişdir. Nə o, nə də onunla birlikdə yaşayan ailə üzvlərindən heç kim koronavirus (COVİD-19) infeksiyasına yoluxmamışdır. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefonun SMS tətbiqindən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə saat 17:22-də İTS.GOV.AZ-dan daxil olmuş SMSin mətnində «X5. Sizin xx.xx.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz» sözləri yazılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-36/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-36/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver