Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-36/2024 19.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs - xx.xx.1991-ci ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 avqust 2009-cu il tarixdən 18 may 2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə İmişli rayonu, Qaradonlu kəndində yerləşən “Araz” adlı yeməkxananı işlədən Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, 3500 manat pulun müqabilində yeməkxananı yanğın-səs siqnalizasiyası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, elektrik naqillərinin müqavimətini yoxlama protokolunun düzəldilməsi adı ilə aldadıb, vahid niyyətlə, Zərərçəkmiş şəxs2 19 dekabr 2022-ci il tarixdə saat 17:18-də İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” adlanan mağazadakı “E-Manat” elektron ödəmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 4127 2093 0819 5202 nömrəli bank kartına köçürdüyü 2000 (iki min) manat, 20 dekabr 2022-ci il saat 11:10-da İmişli rayonu, Qaradonlu kəndində yerləşən “Real” adlanan mağazadan “Pasha Pay” elektron ödəmə sistemi vasitəsilə ona məxsus eyni bank kartına köçürdüyü 400 (dörd yüz) manat, habelə 21 dekabr 2022-ci il saat 17:00 radələrində İmişli şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında Zərərçəkmiş şəxs2 aldığı 1100 (min yüz) manat pulu, cəmi 3500 manat pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 24 avqust 2009-cu il tarixdən 18 may 2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək sonuncuya məxsus İmişli rayonu, Cəfərli kəndində yerləşən qeyri-yaşayış tikilisi üçün tikintiyə icazə rəyinin alınmasına köməklik edəcəyi adı ilə aldadıb 2022-ci ilin dekabr ayının sonlarında ondan İmişli şəhərində yerləşən “Komfort” adlanan yeməkxanada ofisiant işləyən tanışı Şahid2 vasitəsi ilə 1500 (min beş yüz) manat pulu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan əlavə o, 24 avqust 2009-cu il tarixdən 18 may 2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, 10500 (on min beş yüz) manat pulun müqabilində ona məxsus İmişli şəhəri, H.Aslanov küçəsi, 20 ünvanında yerləşən ictimai iaşə obyektinə yanğın-səs siqnalizasiyası, ilkin yanğınsöndürmə vasitələrinin quraşdırılması, odadavamlı məhlulun hopdurulması və elektrik naqillərinin müqavimətini yoxlama protokolunun düzəldilməsi adı ilə aldadıb, vahid niyyətlə, 28 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində qeyd olunan iaşə obyektində Zərərçəkmiş şəxs1 aldığı 8000 (səkkiz min) manat, daha sonra isə Zərərçəkmiş şəxs1 21 fevral 2023-cü il tarixdə, saat 19:26-da İmişli şəhəri, Ağamalıoğlu küçəsində yerləşən "Al market" adlı ərzaq mağzasında olan “Milliön” ödəmə sistemi vasitəsi ilə ona məxsus "xxxx" ASC-nin 4127 2044 4981 9661 nömrəli bank kartına köçürdüyü 2000 (iki min) manat, saat 19:26-da eyni qaydada həmin bank kartına köçürdüyü 500 (beş yüz) manat pulu, cəmi 10500 (on min beş yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verib Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittiham aktında göstərilən qaydada cinayət əməlini törətməsini etiraf etmiş və cinayət nəticəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizələri ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ayrıayrılıqda vurulmuş maddi ziyan aradan qaldırılmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 22534 nömrəli qəbzlə müəyyən olur ki, o, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3875 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixdə "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə ödəniş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və o, törətdiyi əməli etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, onun ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CMnin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-36/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-36/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver