Məhkəmə qərarları › İş №1(036)-36/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-36/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-36/2025 29.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilir ki, o, özgənin əmlakını talama məqsədi ilə 19 noyabr 2024-cü il tarixdə saat 21 radələrində İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs1 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət qapısından qanunsuz daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə daxil olub oradan 04 (dörd) ədəd, dişi cinsli, ayrı-ayrılıqda diri çəkiləri 9 kq olmaqla hər birinin dəyəri 70 (yetmiş) manat olan hind quşlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 280 (iki yüz səksən) manat dəyərində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını talama məqsədi ilə 24 noyabr 2024-cü il tarixdə saat 14 radələrində İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs2 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasardan tullanmaqla qanunsuz daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə daxil olub oradan 02 (iki) ədəd, dişi cinsli, ayrı-ayrılıqda diri çəkiləri 10 kq olmaqla hər birinin dəyəri 80 (səksən) manat olan hind quşlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 160 (bir yüz altımış) manat dəyərində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını talama məqsədi ilə 26 noyabr 2024-cü il tarixdə saat 21 radələrində İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs2 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasardan tullanmaqla qanunsuz daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə daxil olub oradan 06 (altı) ədəd, erkək cinsli, ayrı-ayrılıqda diri çəkiləri 10 kq olmaqla hər birinin dəyəri 80 (səksən) manat olan hind quşlarını gizli yola talamaqla Zərərçəkmiş şəxs2 480(dörd yüz səksən) manat dəyərində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını talama məqsədi ilə 04 dekabr 2024-cü il tarixdə saat 00:00 radələrində İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs1 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət qapısından qanunsuz daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə daxil olub oradan 02 (iki) ədəd, dişi cinsli, 01 (bir) ədəd erkək cinsli, ayrı-ayrılıqda diri çəkiləri 9 kq olmaqla hər birinin dəyəri 70 (yetmiş) manat olan hind quşlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 210 (iki yüz on) manat dəyərində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını talama məqsədi ilə 04 dekabr 2024-cü il tarixdə saat 00:00 radələrində İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs1 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həyət qapısından qanunsuz daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə daxil olub oradan 04 (dörd) ədəd, erkək cinsli, ayrı-ayrılıqda diri çəkiləri 9 kq olmaqla hər birinin dəyəri 70 (yetmiş) manat olan hind quşlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 280 (iki yüz səksən) manat dəyərində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs3 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasardan tullanmaqla qanunsuz yolla daxil olduqdan sonra həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə daxil olub oradan iki ədədi iki illik, hər birinin diri çəkisi 9 kq olmaqla, hər biri isə 100 manat dəyərində, üç ədədi bir illik, hər birinin diri çəkisi 7 kq olmaqla, hər biri 65 manat dəyərində olan hind quşlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 395 (üç yüz doxsan beş) manat dəyərində maddi ziyan vurub saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Çahar kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri, həyat yoldaşı X4, oğlu X15 (xx.xx.2018-ci il təvəllüdlü), ikinci oğlu X14 ilə birlikdə yaşayır. O, İmişli-Qaradonlu yolunun İmişli rayonu, Qaradonlu kəndindən keçən hissəsində yolun üstündə yerləşən yanacaq doldurma məntəqəsində rəhbər işləyir. Zərərçəkmiş şəxs1 həyətindəki hindən hind quşlarını o, oğurlamışdır. Zərərçəkmiş şəxs1 onun bibisinin həyat yoldaşıdır. İmişli şəhər sakini Şahid yeddi-səkkiz ildir ki, tanıdığını, “Mercedec” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin olduğunu, Bakı şəhərinə sərnişin daşınması ilə məşğul olduğunu, Süleymanla ədavəti və düşmənçiliyinin olmadığını bildirmişdir. Süleyman istifadəsində olan ***-***-**-** saylı nömrə ilə təxmini iki ay əvvəl ona zəng edib hind quşu olsa xəbər etməsini, pulu ilə alacağını demiş, o da olsa xəbər edcəyini demişdir. 03 dekabr 2024-cü il tarixdə səhər saatlarında Şahid ona zəng edib hind quşu olarsa deməsini bildirmiş, o da razılaşmışdır. 03 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində o, Süleymana zəng edib hind quşu olmasını və kəndə gəlməsini demişdir. O, sonra Zərərçəkmiş şəxs1 həyətinə açıq dəmir darvazadan keçib daxil olmuşdur. Evin işığı yansa da onu heç kim görməmişdir. Hin həyətdə girən kimi solda olmuşdur. O, hinin taxta qapısını açıb içəri daxil olmuşdur. Orada dəqiq sayını bilmədiyi xeyli sayda hind quşu olmuşdur. O, hind quşlarından dörd ədədinin ayaqlarını özü ilə gətirdiyi iplə bağlamış və sonra yenə də gəldiyi kimi qapıdan çıxmışdır. Sonra təxmini iki yüz metr gedib Çahar kənd qəbristanlığına çatmışdır. Orada gizlənib Süleymanın gəlməsini gözləmişdir. Hind quşlarını özü ilə gətirdiyi ağ meşoka qoymuşdur. Təxmini on beş dəqiq sonra Süleyman gəlmiş və o, hind quşlarının bir ədədini 20 manatdan olmaqla ümumilikdə 80 manata sonuncuya satmışdır. Süleyman da quşları maşının baqaj yerinə qoyub getmişdir. Bundan bir gün sonra isə 5 dekabr 2024-cü il tarixdə, saat 03 radələrində Süleymana zəng edib hind quşu olduğunu və gəlməsini demiş, sonuncu da razılaşmışdır. Sonra yenə eyni qaydada Zərərçəkmiş şəxs1 həyət qapısından içəri daxil olmuşdur. Qapı açıq olmuş, evin işıqları yanmamış, hamı yatmışdır. O, hinə daxil olmuş və oradan dörd ədəd hind quşunu əvvəlki kimi ayaqlarını bağlayıb ağ meşoka qoyub yenə də gəldiyi kimi həyət qapısından çıxmışdır. Həminki kimi qəbristanlığa getmiş və orada gizlənib Süleymanın gəlməsini gözləmişdir. Süleyman təxmini on dəqiqə sonra gəlmiş və yenə bir ədədini 20 manatdan olmaqla 80 manata Süleyamana satmışdır. Ümumi olaraq Zərərçəkmiş şəxs1 8 ədəd hind quşu oğurlamış və bir ədədini 20 manata olmaqla ümumilikdə 160 manata Süleymana satmışdır. Pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir. Süleyman onun satdığı hind quşlarının oğurluq olmasını bilmişdir. Lakin həmin quşlarını onun haradan və necə oğurlamasını bilməmişdir. Sadəcə quşları alıb getmişdir. O da Süleymana quşları əmisinin ya bibisinin qapısından oğurlamasını deməmişdir. Amma gecə yarısı əlində hind quşları olmasından quşların oğurluq olmasını bilmişdir. Zərərçəkmiş şəxs1 həyətindəki hinin qapısında qıfıl olmamışdır. Tək olduğu üçün əlinə sığışanı aparmışdır. Həm də çox götürsəydi apara bilməyəcəyini bildirmişdir. İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs2 tanıdığını, əmisi olmaqla qohumu olduğunu bildirmişdir. Əmisi onunla qonşu yaşamasa da evləri bir kənddə yerləşir. Əmisi ilə münasibəti yaxşıdır, ədavəti və düşmənçiliyi olmamışdır. O, əmisinin həyətyanı sahəsindəki hinində hind quşu saxlamasını bilmişdir. Qohum evi olduğu üçün gediş-gəlişi vardır, evin və həyətin bütün istiqamətlərini tanıyır. X9 izə onun əmisi arvadı olmaqla qohumudur. Onun Qətibə ilə də heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Əmisi Məhbulun həyətindən hind quşlarını o, oğurlamışdır. 25 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində evdən çıxmış və piyada əmisi Məhbulun həyətyanı sahəsinin daş hasarından keçmişdir. Həmin vaxt özü ilə ağ kisə(meşok) də götürmüşdür. Həyətyanı sahədə olan hinin taxta qapısını açmış, orada dəqiq sayını bilmədiyi xeyli sayda hind quşu olmuşdur. O, hind quşlarından iki ədədinin ayaqlarını hində bağlayıb oradan çıxmışdır. Yenidən gəldiyi kimi, həyətyanı sahənin daş hasarının yanına gəliş və orada qoyduğu ağ kisəyə yerləşdirmişdir. Sonra hasaran küçəyə tullanmışdır. Sonra təxmini yüz metr gedib kənddə ara yol adlanan yerə gəlmişdir. Yolda gələn zaman Süleymana zəng edib hind quşunun olduğunu və satdığını demişdir. Təxmini on dəqiqə sonra Süleyman gəlmiş və iki ədəd hind quşunun bir ədədini 20 manat olmaqla ümumilikdə 40 manata satmışdır. Pulunu isə özündə saxlamışdır. Bundan bir gün sonra, 26 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində yenə də eyni qaydada əmisi Məhbulun həyətyanı sahəsinin daş hasarından tullanıb keçmiş və hinə gəlib daxil olmuşdur. Oradan yenə də eyni qaydada dörd ədəd hind quşunu ayağını bağlayıb oğurlamışdır. Sonra əlində gəldiyi yerə tərəf qayıtmış və dörd ədəd hind quşunu ağ kisəyə qoyub hasardan tullanmışdır. Sonra Sleymana zəng edib dörd ədəd də hind quşunun olduğunu demiş, sonuncu da təxmini on dəqiqə sonra gəlmişdir. Həmin vaxt artıq o, əmisi Məhbulun hasarından yüz-yüz əlli metr uzaqlaşmışdır. Sonra Süleyman gəlmiş və o, hind quşlarından erkək olanını 25 manata, üç ədəd dişi quşları isə bir ədədini 20 manat olmaqla ümumilikdə 85 manata Süleymana satmışdır. Pulları da özündə saxlamış və şəxsi ehtiyaclarına xərcləmişdir. Əmisi Məhbulun həyətindəki hindən ümumilikdə 6 ədəd hind quşu oğurlayıb ümumilikdə 125 manat pul əldə etmişdir. Əvvəldən oğurluq barədə fikri olmamış, pula da ehtiyacı olmamışdır. Amma birdən əmisi Məhbulun hind quşunu oğurlayıb satmaq ağlına gəlmiş, bu məqsədlə də gedib hindən oğurluq etmişdir. Hind quşlarının olduğu hinin qarşısına çardağının altının işığı düşmüşdür. Oğurluq barədə əvvəlcədən heç kimə məlumat verməmiş, onu heç kim görməmiş, onu da kiminsə gördüyünü hiss etməmişdir. O, Süleymana hind quşu satan zaman sonuncuya hind quşlarını haradan və necə oğurladığını deməmiş, sonuncu da ondan quşları haradan, kimdən və necə əldə etdiyini soruşmamış, heç o da deməmişdir. Amma onun evindən xeyli uzaqda, gecə yarısı əlində hind quşu, həmçinin həyətində də hind quşu saxlamadığından həmin hind quşlarının oğurluq yolu ilə əldə edilməsi aydın görünmüşdür. Süleymana da bu maraqlı olmamış, sonuncuya hind quşu, on ada pul lazım olmuşdur. Oğurluq əməli barədə Süleymanla məsləhətləşməmiş, ona kömək etməmiş, yaxud köməklik barədə nəsə vəd etməmişdir. Süleyman ona tez-tez zəng edib hind quşu olsa xəbər etməsini demişdir. O da əmisi Məhbulun hind quşlarını oğurlayandan sonra zəng edib hind quşu olduğunu və satdığını demiş, Süleyman da gəlib almışdır. Amma konkret olaraq oğurladığını, yaxud haradan və ya kimdən necə oğurladığını deməmişdir. Hind quşlarının ayaqlarını bağlamaq üçün ipləri özü ilə evdən gətirmiş, adi təsərrüfat ipləri olmuş, həmçinin hind quşlarını qoyduğu ağ kisələri də özü ilə evdən gətirmişdir. Oğurluq etməzdən əvvəl özü ilə fanar, bıçaq, maska və digər alət və vasitələr götürməmiş,sadəcə ip və kisə götürmüşdür. İmişli rayonu Çahar kənd sakini Zərərçəkmiş şəxs3 tanıyır, əvvəllər ciddi münasibəti olmasa da heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs3 onun bibisinin əri Zərərçəkmiş şəxs1 qonşusudur. Rasimin həyətində hind quşları olmasını bilmişdir. 16 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində o, yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs3 evi istiqamətində gəlmişdir. Həmin vaxt küçədə keç kim olmamışdır. O, Zərərçəkmiş şəxs3 həyətyanı sahəsinin küçəyə açılan dəmir darvazasının qarşısına gəlib darvazanı yoxlamış, bağlı olmuşdur. Sonra daş hasardan tullanıb həyətə keçmişdir. Həyətyanı sahədə mişar daşından yardımçı tikililər tikilmiş, qapısı bağlı olan yardımçı tikilinin qapısını açıb içəri daxil olmuşdur. İçəridə sayını bilmədiyi hind quşları olmuşdur. O. ehmalca beş ədəd hind quşunu ayağından tutub hindən çıxarmış və sakitcə gəldiyi tərəfə getmişdir. Dəmir qapının kilidini əli ilə açıb küçəyə çıxmış, qapını isə arxası ilə bağlamışdır. Sonra Çahar kənd qəbristanlığının yanında tanışı Şahid gəlməsini gözləmişdir. Təxmini on dəqiqə gözlədikdən sonra Süleyman gəlmiş və sonuncuya erkək olanı 30 manata, dişi hind quşlarını isə 25 manata satmışdır. Pulları isə özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 həmkəndlisi olduğu, həm də bibisinin qonşusu olduğu üçün həyətində hind quşları olmasını əvvəlcədən bilmişdir. Zərərçəkmiş şəxs3 həyətindən oğurluq etmək haqqında 16 dekabr 2024-cü il tarixdə qərara gəlmiş və bunun üçün Zərərçəkmiş şəxs3 həyətinə girmişdir. Oğurluq etmək niyyəti barədə əvvəlcədən heç kimə deməmişdir. Amma oğurluqdan əvvəl tanışı Şahid zəng edib hind quşu satdığını və bunun üçün kənd qəbristanlığının yanına gəlməli olduğunu demiş, sonuncu da gələnə kimi oğurluq əməlini başa çatdırmışdır. O, hind quşlarının haradan əldə edilməsi haqqında Süleymana bir söz deməmişdir. Süleyman da ondan hind quşlarını haradan və necə əldə etməyini soruşmamışdır. Özü ilə əvvəlcədən evdən çıxan zaman ip götürmüşdür. Lakin hind quşlarını oğurladıqdan sonra ayaqlarını əllərində tutub Çahar kənd qəbristanlığının yanına gəlmiş və orada bağlamışdır. Hind quşlarının iki ədədinin ayaqlarını birləşdirib ayağının altında saxlayan zaman üç ədədinin ayaqlarını bağlamış, sonra da digər ikisinin ayaqlarını birləşdirib bağlamışdır. Həyətyanı sahədə işıq olmamış, onu isə heç kim görməmiş, kiminsə gördüyünü də hiss etməmişdir. O, hind quşlarını oğurlamağa getməzdən əvvəl Süleymana zəng edib satılıq hind quşu olduğunu demiş, sonuncu da gələnə qədər təxmini yarım saat vaxt keçmişdir. Süleyman gəldikdən sonra isə quşları sonuncuya satmışdır. Quşlardan biri erkək, dördü isə dişi cinsli olmuş, erkək olanı 30 manat, dişi olanı isə 25 manata olmaqla ümumi 130 manat pula razılaşdıqlarını, lakin Süleymanın ona 120 manat pul verdiyini və 10 manat borclu qaldığını bildirmişdir. O, hind quşlarını Süleymana gecə saatlarında, yaşadığı kəndin ərazisində, evindən uzaqda satmışdır. Həm də onun hind quşları olsa idi həyətindən sata biləcəyini bildirmişdir. O, bunları nəzərə alıb Süleymanın həmin quşların oğurluq yolu ilə əldə edilməsini bildiyini qeyd etmişdir. Amma konkret olaraq quşları haradan, kimdən və necə əldə etməsi ilə bağlı bir söz deməmiş, Süleyman da bu barədə heç bir söz soruşmamışdır. Ümumiyyətlə hind quşlarının oğurlanması ilə bağlı aralarında heç bir danışıq olmamışdır. O, satmış, Süleyman da almışdır. Oğurluq əməli barədə Süleymanla məsləhətləşməmiş, ona kömək etməmiş, yaxud köməklik barədə nəsə vəd etməmişdir. Süleyman ona tez-tez zəng edib hind quşu olsa xəbər etməsini demiş, o da Zərərçəkmiş şəxs3 hind quşlarını oğurlayandan sonra zəng edib hind quşu olduğunu və satdığını demiş, Süleyman da gəlib almışdır. Hind quşlarının ayaqlarını bağlamaq üçün ipləri özü ilə evdən gətirmişdir. Adi təsərrüfat ipləri olmuşdur. Həmçinin hind quşlarını qoyduğu ağ kisələri də özü ilə evdən gətirmişdir. Oğurluq etməzdən əvvəl özü ilə fanar, bıçaq, maska və digər alət və vasitələr götürməmiş, sadəcə ip götürmüşdür. Süleyman onun satdığı hind quşlarının oğurluq olmasını bilmişdir. Lakin həmin quşları onun haradan və necə oğurlamasını bilməmişdir. Sadəcə quşları alıb getmişdir. O da Süleymana quşları əmisinin ya bibisininin qapısından oğurlamağı deməmiş, amma gecə yarısı əlində hind quşları olmasından quşların oğurluq olduğunun aydın görünməsini bildirmişdir. Süleyman ona tez-tez zəng edib hind quşu olarsa deməsini istəmiş, o da oğurlayıb hind quşu olduğunu, gəlib almasını demişdir. Amma Süleyman satdığı bütün quşların oğurluq olmasını bilsə də haradan və kimdən oğurladığını bilməmişdir. Etdiyi oğurluq əməllərinin hər birini törədən zaman həmin qapıya bir də gələcəyini planlaşdırmamış, oğurluq etdikdən sonra yenə ağlına gəldiyini və gedib etdiyini bildirmişdir. Süleyman ona tez-tez zəng edib hind quşu olarsa deməsini istəmişdir. O da oğurlayıb Süleymana məlumat vermiş, sonuncu da gəlib almışdır. Amma Süleyman satın aldığı bütün quşların haradan və kimdən oğurladığını bilməmişdir Etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, həyətayanı sahəsində özünə məxsus fərdi təsərrüfatı vardır. Ev quşları saxlayır. 19 noyabr 2024-cü il tarixdə saat 18 radələrində həyat yoldaşı İbayeva Hicran Mirzəxan qızı hind quşlarını hinə salmış və qapısını örtmüşdür. Ümumilikdə 16 ədəd hind quşu olmuşdur. 20 noyabr 2024cü il tarixdə, saat 09 radələrində yoldaşı hinin qapısını açıb quşları sayan zaman dörd ədədinin yerində olmadığını aşkar etmişdir. Bu barədə ona demiş, o, isə bir söz deməyib heç yerə müraciət etməmişdir. Sonra hinin qapısına qıfıl almış və qıfıl ilə bağlamışdır. 03 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində quşlar hinə salınmışdır. 04 dekabr 2024-cü il tarixdə, saat 00:50 radələrində həyətə düşmüşdür. Çünki, qonşunun həyətində it hürmüş, maraqlanmaq üçün həyətə düşmüş və hinə tərəf gəlib birdən yenə oğurluq ola biləcəyini düşünmüşdür. Hinin qıfılının yerində olmadığını görüb şübhələnmiş və qapını açmışdır. Orada 12 ədəd quş olmalı olduğu halda üç ədədi yerində olmamışdır. Bundan sonra o, 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları təxmini yarım saat sonra hadisə yerinə gəlmiş, baxış keçirib getmişdir. Həmin gün saat 05 radələrinə qədər yatmamış, evdə olmuşdur. Həmin gün saat 06:30 radələrində yenə də həyətə düşmüş və hinə tərəf gəlib quşları saymaq istədikdə, hinin qapısının açıq olmasını və içəridə olan quşların hamısının çölə çıxdığını görmüşdür. Hind quşlarından dörd ədədi isə yerində olmamışdır. Sonra bu barədə təkrar polisə məlumat vermişdir. Sonra polis şöbəsinə dəvət edilmiş və polis şöbəsinə gəlib izahat vermişdir. Onun ümumi olaraq 11 ədəd hind quşu oğurlanmışdır. Hind quşlarından beş ədədi dişi, altı ədədi isə erkək cinsli olmuşdur. Hər birinin diri çəkisi 9 kq olmaqla, bir ədədi 70 manat dəyərində olmuşdur. Bununla da ona ümumilikdə 770 manat maddi ziyan vurulmuşdur. O, dörd ədəd hind quşuna görə əvvəl müraciət etməmişdir. Lakin dəqiq olaraq ifadəsində oğurlanmış əmlakını qeyd etmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, oğurluq nəticəsində ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, onun həyətyanı sahəsində xırda təsərrüfatı vardır. Ona məxsus 30 ədəd hind quşu olmuşdur. Quşları həyətindəki hində saxlamışdır. 24 noyabr 2024-cü il tarixdə saat 14 radələrində qonşudan yasdan qayıtmış və həyətindəki 30 ədəd hind quşunu saymışdır. Onlardan iki ədədi əskik olmuşdur. İki ədəd olduğu üçün heç yerə müraciət etməmişdir. 25 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində o, həyat yoldaşı X9 ilə birlikdə quşları hinə saldıqlarını və hinin qapısını örtdüklərini bildirmişdir. 26 noyabr 2024-cü il tarixdə hava yağışlı olmuş və buna görə quşları çölə çıxarmadıqlarını bildirmişdir. Həmin gün saat 18 radələrində quşların yemlərini verib yenə də qapını örtmüşdür. 27 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində hinin qapısını açıb quşları sayan zaman bu dəfə də 6 ədəd hind quşunun yerində olmadığını aşkar etdikdən sonra polisə məlumat vermişdir. İki ədəd hind quşunun oğurlanması haqqında polisə məlumat verməsə də lakin sonradan altı ədəd də hind quşunun oğurlanmasından sonra məlumat vermişdir. Ona məxsus səkkiz ədəd hin quşu oğurlanmışdır. Onlardan iki ədədi dişi cinsli, altı ədədi isə erkək cinsli olmuşdur. Hər birinin diri çəkisi 10 kq olmaqla hər biri 80 manat dəyərində olmuş, ona ümumilikdə 640 manat maddi ziyan vurulmuşdur. Hinin qapısında və ya digər yerlərində sındırma və ya kənar müdaxilə izləri aşkar etməmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, oğurluq nəticəsində ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, İmişli rayonu, Çahar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində kiçik təsərrüfatı var və ev quşları saxlayır. Onun özünə məxsus 14 ədəd hind quşu olmuşdur. Həmin hind quşlarını həyətindəki damda, yəni yardımçı tikilidə saxlayır. 16 dekabr 2024-cü il tarixdə saat 22:50 radələrində həyət düşmüş, məqsədi hamamda çimmək üçün su qızdıranı qoşmaq olmuşdur. O, həyətə düşəndə həyət qapısının açıq olduğunu görmüşdür. Gedib qapını örtmüşdür. Sonra yardımçı tikililərin olduğu sırada olan dama tərəf gəlmişdir. Çünki su qızdıran orada olmuşdur. Şaxta xarab etməsin deyə dama yerləşdirmişdir. Həmin sırada olan və hind quşlarını saxladığı damın qapısının açıq olduğunu görmüşdür. Bundan başqa həyətində olan və arxa küçəyə açılan tək dəmir qapının da açıq olmasını aşkar etmişdir. Bütün açıq qapıları örtüb evə keçmişdir. X1 qapıları bağlamasını soruşmuş, sonuncu da bağladığını demişdir. O, isə qapıların açıq olmasını deyəndən sonra anası gəlib dama baxmış və ona hind quşlarından beş ədədinin yerində olmadığını demişdir. O da gəlib baxdıqdan sonra naməlum şəxsin(şəxslərin) 14 ədəd hind quşundan 5 ədədini oğurlamışdır. Həmin naməlum şəxs(şəxslər) həyət qapısı bağlı olduğu üçün daş hasardan həyətə daxil olmuş, sonra həyət qapısını açmış və bundan sonra hind quşlarının saxlandığı damdan beş ədəd hind quşunu oğurlayıb sonra da arxa qapıdan çıxıb getmişdir. O da bundan sonra 102 polis xidmətinə məlumat vermişdir. 16 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində o, evə gəlmiş və onda hər şey qaydasında olmuşdur. Sonra yemək yemiş və saat 22:50 radələrində həyətə düşmüş və oğurluq bundan sonra aşkar edilmişdir. Oğurluq hadisəsi 16 dekabr 2024-cü il tarixdə, saat 21 radələrindən 22:50 radələrinə qədər olan müddət ərzində baş vermişdir. Hind quşlarının saxlandığı yerin qapısında kənar müdaxilə izləri, yaxud qıfıl sınıdırılması müəyyən edilməmişdir. Damın qapısını dəmir mismarla keçəcəklə bağladığını, dəmiri çevirib açdıqlarını və dama daxil olduqlarını bildirmişdir. Hind quşlarını balaca vaxtında bazarda almış, məqsədi kiçik təsərrüfat yaratmaq olmuşdur. Oğurlanmış hind quşları ona məxsus olmuş və maddi ziyan ona vurulmuşdur. Həmçinin beş ədəd hind quşundan biri erkək cinsli, dördü dişi cinsli olmuşdur. İki ədədi iki illik, üç ədədi isə bir illik olmuşdur. İki illik olanların diri çəkisi 9-10 kq, hər biri isə 100 manat dəyərində olmuşdur. Bir illik olan üç ədəd hind quşları da 7-8 kq diri çəkidə olmuş və bir ədədi 65 manat olmuşdur. Ümumilikdə ona 395 manat maddi ziyan vurulmuşdur. Hazırda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, oğurluq nəticəsində ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “Mercedec benz” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-İmişli arası sərnişin daşınması ilə bağlı taksi fəaliyyəti ilə məşğul olur. Ailədə o, həyat yoldaşı X5, oğlu X6, ikinci oğlu X7 yaşayır. İmişli rayonu Çahar kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Elnurun atası Mayıl Əliyevlə münasibəti olmuşdur. Münasibəti yaxşı olmuşdur. Nə Təqsirləndirilən şəxslə, nə də atası Mayıl Əliyevlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs İmişli-Qaradonlu yolunun İmişli rayonu Qaradonlu kəndindən keçən hissəsində, yolun üstündə yanacaq doldurma məntəqəsində işlədiyini bilir. Təqsirləndirilən şəxs ona ümumilikdə, müxtəlif vaxtlarda beş dəfə hind quşu satmışdır. O, həmin hind quşlarının oğurluq olmasını bilməmişdir. 2024-cü noyabr ayının ortalarında, saat 19 radələrində Elnur idarə etdiyi “Lexsus” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil ilə onun yaşadığı ünvana gəlib özündə iki ədəd hind quşu olmasını və satmasını bildirmişdir. O da maşının salonunda ayaqaltıda olan hind quşlarına baxıb almağa razı olmuşdur. Bir ədədini 20 manata olmaqla 40 manata razılaşıb almışdır. Bundan təxminin üç gün sonra, Elnur yenə də idarə etdiyi “Lexsus” markalı avtomobil ilə onun yaşadığı ünvana gəlmiş və ona yenə də satmaq üçün özündə iki ədəd hind quşunun olduğunu bildirmişdir. O da yenə həminki kimi hind quşlarına baxmış və bir ədədini 20 manata olmaqla ümumilikdə 40 manata razılaşıb almışdır. Bundan sonra 2024-cü ilin dekabr ayının əvvəllərində axşam saat 23 radələrində Elnur ona zəng edib özündə satılıq hind quşu olmasını, lakin gələ bilməyəcəyini, onun kəndə gəlməsini demişdir. O da almağa razı olduğu üçün zəng etdiyi gün, saat 24 radələrində İmişli rayonu Çahar kəndi ərazisinə, kənd qəbristanlığının yaxınlığına gəlmiş və Elnurla görüşmüşdür. Həmin vaxt Elnurdan birini 15 manata, üçünü isə 20 manata olmaqla dörd ədəd hind quşu almışdır. Bundan iki üç gün sonra saat 23 radələrində yenə Elnur ona zəng edib hind quşu olmasını və satdığını demişdir. O da razılaşıb İmişli rayonu Çahar kəndi ərazisinə gəlmişdir. Elnurla sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş və ona dörd ədəd hind quşu gətirmişdir. Dördünü 80 manata razılaşdıqlarını və aldığını bildirmişdir. 16 dekabr 2024-cü il tarixdə saat 21 radələrində yenə Elnur ona zəng edib satılıq hind quşu olmasını və istəyib-istəmədiyini bildirmişdir. O da alacağını demişdir. Təxmini on beş dəqiqə sonra Elnurla Çahar kənd qəbristanlığının yaxınlığında görüşmüş və yenə Elnur ona dörd ədəd hind quşu gətirmişdir. Ümumi olaraq 70 manata razılaşdıqlarını, amma Elnura 60 manat pul verdiyini və qalan 10 manatı da verəcəyini bildirdiyini qeyd etmişdir. O, Təqsirləndirilən şəxs hind quşlarını alan zaman bunların haradan olmasını və sonuncunun hind quşlarını haradan əldə etməsini soruşmuşmuş, amma Elnur qapılarından olduğunu və özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs gecə saat 23 radələrində ona müxtəlif sayda hind quşları gətirməsi onda şübhə yaratmamış, çünki, ondan əvvəl də qapısına gətirmiş və özünə məxsus olmasını demişdir. Hind quşlarının ucuz qiymətə satılması da onda şübhə yaratmamış, çünki balaca quşlar olmuşdur. Aldıqğı quşları ya kəsib yeyir, ya da bazarda satmışdır. Aldığı qiymətdən beş manat bahasına sata bilmişdir. O, Təqsirləndirilən şəxs zəng etməmi, sonuncu özü ona zəng edib satılıq hind quşu olduğunu və satdığını demişdir. Həmçinin quşların özünə məxsus olmasını bildirmişdir. O, Elnurdan sonuncu dəfə 16 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində dörd ədəd hind quşu almışdır. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (1-ci cild, i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-ci cild, i.v. 14- 15); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (1-ci cild, i.v. 47-48); cinayət işlərinin bir icraata birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə ilə saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir (1-ci cild, i.v. 65-68); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (1-ci cild, i.v. 71-72); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-ci cild, i.v. 93- 94); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-ci cild, i.v. 102- 103); cinayət əməlinin tövsif olunması haqqında 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq ********* nömrəli cinayət işi həmin Məcəllənin 194.1 və 177.2.3-cü maddələri tövsif olunmuş və istintaq davam etdirilmişdir (1-ci cild, i.v. 140); şübhəli şəxsin tutulması haqqında 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 151-152); cinayət əməlinin tövsif olunması haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 194.1-ci maddələri ilə istintaq ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və istintaq davam etdirilmişdir (1-ci cild, i.v. 194-196); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (1-ci cild, i.v. 198-200); təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçmək haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Əliyev X8 RPŞnin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir (i.v. 225-227); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 03 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (2-ci cild, i.v. 1); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (2-ci cild, i.v. 10-12); qətimkan tədbirinin seçilməsi haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (2-ci cild, i.v. 23-25); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (2-ci cild, i.v. 31-33); sübutların qiymətləndirilməsi haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlıunun və iş üzrə Şahid barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Şahid barəsində Azərbaycan Respublikası CM-in 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilməsi və zərərçəmiş şəxsin şikayət və tələbinin olmamasına görə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda yer alan maddi ziyanın miqdarının hesablanması zamanı zərərçəkmiş şəxsin tələbi əsas, götürülməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus hind quşlarının bir qismini etiraf etməməsi ilə bağlı xüsusatlar iş materialları ilə təkzib edildiyi üçün özünün müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilsin, vəsatət kimi qəbul edilsin və əsassız olduğu üçün rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, baxış keçirilməsi haqqında, üzləşdirmə keçirilməsi haqqında, könüllü təqdim etmə və götürmə aparılması haqqında protokollar, "xxxx" MMC-dən daxil olmuş 11 mart 2025-ci il tarixli məktub, habelə digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 72-88); Zərərçəkmiş şəxs1 29 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 29 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 29 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsiri onun törətdiyi əməli etiraf etməsi, şahid qismində dindirilmiş Şahid verdiyi ifadələrlə, işdə olan protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, cinayət nəticəsində əldə 1805 (bir min səkkiz yüz beş) manat məbləğində maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1805 (bir min səkkiz yüz beş) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut olan – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-36/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 001737 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 2 (iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində İmişli rayonunun hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1805 (bir min səkkiz yüz beş) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar