Məhkəmə qərarları › İş №1(036)-37/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-37/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-37/2023 25.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sərdliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət etmiş şəxs X11 nümayəndəsi X1 və Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş, AR vətəndaşı, evli, İmişli şəhəri, Xəzər küçəsi ev 04-də yaşayan X7 barəsində Аzərbaycan Respublikası CM-nın 147.1-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X14 ondan ötrü məhkəməyə verilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşılan «X4 özbaşınalıq baş alıb gedir» sərlövhəli video yayımda İmişli RMX PHŞnin direktoru X11 ali tibbi təhsili olmayan, narkoman, şərəfsiz və rüşvətxor, müharibə veteranları üçün nəzərdə tutulan dərmanları satdıraraq mənimsəyən, xəstəxananı qumarxanaya çevirən və soyğunçuluq edən şəxs olması barədə ifadələr işlətməklə işgüzar nüfuzuna xələl gətirən,şərəf və ləyaqətini alçaldan həqiqətəuyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Xüsusi ittihamçı X11 nümayəndəsi X5 ittihamı müdafiə edərək göstərmişdir ki, X18 2020-ci ilin noyabr ayında AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsinə təyin olunmuş və indiyədək işini qüsursuz icra etmişdir. O, fəaliyyətində həmişə qanunvericiliyə əsaslanaraq tibb müəssisəsində məyyən edilmiş reqlamentə daim əməl etmiş, öz səlahiyyətləri hüdudlarından heç vaxt kənara çıxmamış və vəzifəsini vicdanla yerinə yetirmişdir.X14 xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşılan «X4 özbaşınalıq baş alıb gedir » sərlövhəli video yayımda İmişli RMX PHŞ-nin direktoru X15 ali tibbi təhsili olmayan, narkoman, şərəfsiz və rüşvətxor, müharibə veteranları üçün nəzərdə tutulandərmanları satdıraraq mənimsəyən, xəstəxananı qumarxanaya çevirən və soyğunçuluq edən şəxs adlandıraraq barəsində səsləndirdiyi ifadələrlə onun işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini alçaldan həqiqətəuyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır.Həmin məlumatların yayılması X11 illər ərzində zəhmət çəkərək gərgin iş fəaliyyəti hesabına qazandığı işgüzar nüfuza xələl gətirmək, etibarını sarsıdaraq onu insanlar arasında hörmətdən salmaq və həkim adını ləkələmək məqsədi daşımışdır. Ona görə də, X18 böhtana görə cinayət məsuliyyətinə cəlb edilməlidir. İş üzrə təqsirləndirilən şəxs X14 ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1993-1996-cı illərdə Cəbrayıl, Füzuli və Horadiz istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş və iki dəfə yaralanaraq kantuziya almışdır. 2015-ci ildə “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin sədri vəzifəsinə seşilmiş, həmin tarixdən indiyədək müharibə veteranları, şəhid ailələri və qazilərin problemlərinin həll olunması, onların məişət şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində vicdanla çalışmış, hər birinin müraciətinə həssaslıqla yanaşaraq qayğılarını azaltmağa çalışmışdır. X11 “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsinə təyin olunmasından sonra müharibə veteranları, şəhid ailələri və qazilərin tibbi müayinə və müalicə prosedurları artıq dərəcədə çətinləşmiş və onların təyin olumuş dərmanlarla pulsuz təminatında uzun fasilələr yaranmışdır. Qeyd olunan halların getdikcə artması ilə əlaqədar narazılıq böyümüş və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinə edilən şikayətlərin sayı çoxalmışdır.Müharibə veteranları üçün nəzərdə tutulan dərmanların mənimsənilməsi halları ilə bağlı şikayətlərin xəstəxananın məsul şəxsləri ilə müzakirə olunması barədə təklifləri X18 tərəfindən rədd edilmiş və sonuncunun göstərişlərini yerinə yetirən mühavizəçilər veteranların xəstəxananın inzibati binasına daxil olmasına imkan verməmişlər.X11 ali tibbi təhsili olmadığına, psixotrop maddələrin aludəçisi olduğuna, zərərli vərdişləri (qumar oynaması) olduğuna, nümunəvi ailə başçısı olmadığına və rüşvətxor olduğuna (şəxsi maraqlarının təmin olunması qarşılığında sağlamlıq haqqında saxta arayışlar vermiş və işdə qalmaları müqabilində əmək kollektivi üzvlərinin hər birindən 3000-5000 manat almışdır) dair təsdiq edilmiş məlumatlar “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin 16 mart 2023-cü il tarixdə keçirilən iclasında müzakirə olunaraq iş fəaliyyəti mənfi qiymətləndirilmiş və İmişli rayon Mərkəzi Xəstəxanasında həqiqi tibb işçisi adına layiq olan peşəkar həkimlərin olduğu nəzərə alınaraq onun rəhbərlikdən və xəstəxanadan kənarlaşdırılmasının vacibliyi qeyd olunmuşdur. X18 vəzifəsini şərəflə yerinə yetirmədiyi üçün çıxış edərkən onu şərəfsiz adlandırmış, onu təhqir etməmişdir. Həmin iclasda çıxışı zamanı səsləndirdiyi fikirlər “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin üzvləri tərəfindən mobil telefon vasitəsilə audiovideo yazı qeydinə alınmış və sonradan “Facebook” sosial şəbəkəsi vasitəsilə yayılaraq həqiqəti əks etdirdiyi üçün izləyicilər tərəfindən bəyənilmişdir. İclasın audio-video yazı qeydinə alınmış səsli görüntülərinin “Facebook” sosial şəbəkəsi vasitəsilə yayılmasını şəxsən həyata keçirilməmiş və icrası barədə heç kimə göstəriş verməmişdir. İş üzrə şahid X8 göstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və yaralanaraq sağlamlığını itirmişdir. “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin üzvüdür və müharibə veteranı adından indiyədək heç vaxt sui-istifadəyə yol verməmişdir. X14 “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin sədri vəzifəsinə seçildiyi vaxtdan etibarən müharibə veteranları, şəhid ailələri və qazilərin problemlərinin həll olunması, onların məişət şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində vicdanla çalışmış və hər kəsin müraciətinə həssaslıqla yanaşmışdır. X11 “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsinə təyin olunmasından sonra müharibə veteranları, şəhid ailələri və qazilərin tibbi müayinə və müalicə prosedurları artıq dərəcədə çətinləşmiş və onların təyin olumuş dərmanlarla təminatında uzun fasilələr yaranmışdır. Qeyd olunan halların getdikcə artması ilə əlaqədar narazılıq günbəgün böyümüş və “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinə edilən şikayətlərin sayı çoxalmışdır.Müharibə veteranları üçün nəzərdə tutulan dərmanların mənimsənilməsi halları ilə bağlı şikayətlərin “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məsul şəxsləri ilə müzakirə olunması barədə təklifləri X18 tərəfindən rədd edilmiş və sonuncunun göstərişlərini yerinə yetirən mühavizəçilər veteranların xəstəxananın inzibati binasına daxil olmasına imkan verməmişlər. Ölkə əhalisinin yalnız səkkiz nəfərində aşkar edilən əzələ-sinir xəstəliyindən əziyyət çəkən arvadı X2 təyin olunmuş “Kalmen” dərmanı 2023-cü ildə verilmədiyindən xəstənin vəziyyəti ağırlaşdığı üçün o, xx.xx.2023-cü il tarixdə İB-nin sədri X9 müraciət etmiş və ondan 100,0 manat alaraq həmin dərmanı aptekdən almışdır. X11 ali tibbi təhsili olmadığına, psixotrop maddələrin aludəçisi olduğuna, zərərli vərdişləri (qumar oynamssı) olduğuna, nümunəvi ailə başçısı olmadığına və rüşvətxor olduğuna (şəxsi maraqlarının təmin olunması qarşılığında sağlamlıq haqqında saxta arayışlar vermiş və işdə qalmaları müqabilində əmək kollektivi üzvlərinin hər birindən 3000-5000 manat almışdır) dair təsdiqini tapmış məlumatlar “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin 16 mart 2023-cü il tarixdə keçirilən iclasında müzakirə olunaraq iş fəaliyyəti mənfi qiymətləndirilmiş və İmişli rayon Mərkəzi Xəstəxanasında həqiqi tibb işçisi adına layiq olan peşəkar həkimlərin olduğu nəzərə alınaraq onun rəhbərlikdən və xəstəxanadan kənarlaşdırılmasının vacibliyi qeyd olunmuşdur. X7 iclasda çıxışı zamanı o, mobil telefon vasitəsilə çəkiliş etmiş və qeydə alınan səsli görüntüləri öz “Facebook” səhifəsində paylaşmışdır.X7 “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X18 barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirdiyi üçün bəyənilmiş və izləyicilər tərəfindən “Facebook” sosial şəbəkəsi vasitəsilə yayılmışdır. X14 iclasın audio-video yazı qeydinə alınmış səsli görüntülərinin “Facebook” sosial şəbəkəsi vasitəsilə yayılması barədə ona göstəriş verməmişdir. İş üzrə şahid X12 gğstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və yaralanaraq sağlamlığını itirmişdir. “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin üzvüdür və müharibə veteranı adından indiyədək heç vaxt sui-istifadəyə yol verməmişdir. X14 “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin sədri vəzifəsinə seçildiyi vaxtdan etibarən müharibə veteranları, şəhid ailələri və qazilərin problemlərinin həll olunması, onların məişət şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində vicdanla çalışmış və hər kəsin müraciətinə həssaslıqla yanaşmışdır. X11 “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsinə təyin olunmasından sonra müharibə veteranları, şəhid ailələri və qazilərin tibbi müayinə və müalicə prosedurları artıq dərəcədə çətinləşdirilmiş və onların təyin olumuş dərmanlarla təminatında uzun fasilələr yaranmışdır. Qeyd olunan halların getdikcə artması ilə əlaqədar narazılıq günbəgün böyümüş və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinə edilən şikayətlərin sayı çoxalmışdır. Müharibə veteranları üçün nəzərdə tutulan dərmanların mənimsənilməsi halları ilə bağlı şikayətlərin “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin həkim kollektivi ilə müzakirə olunması barədə təklifləri X18 tərəfindən rədd edilmiş və sonuncunun göstərişlərini yerinə yetirən mühavizəçilər veteranların xəstəxananın inzibati binasına daxil olmasına imkan verməmişlər. X11 ali tibbi təhsili olmadığına, psixotrop maddələrin aludəçisi olduğuna, zərərli vərdişləri (qumar oynamssı) olduğuna, nümunəvi ailə başçısı olmadığına və rüşvətxor olduğuna (şəxsi maraqlarının təmin olunması qarşılığında sağlamlıq haqqında saxta arayışlar vermiş və işdə qalmaları müqabilində əmək kollektivi üzvlərinin hər birindən 3000-5000 manat almışdır) dair təsdiqini tapmış məlumatlar “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyininİmişli rayon şöbəsinin 16 mart 2023-cü il tarixdə keçirilən iclasında müzakirə olunaraq iş fəaliyyəti mənfi qiymətləndirilmiş və İmişli rayon Mərkəzi Xəstəxanasında həqiqi tibb işçisi adına layiq olan peşəkar həkimlərin olduğu nəzərə alınaraq onun rəhbərlikdən və xəstəxanadan kənarlaşdırılmasının vacibliyi qeyd olunmuşdur.X7 iclasda çıxışı zamanı X8 mobil telefon vasitəsilə çəkiliş etmiş və qeydə alınan səsli görüntüləri öz “Facebook” səhifəsində paylaşmışdır. X7 “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞnin direktoru X18 barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirdiyi üçün bəyənilmiş və izləyicilər tərəfindən “Facebook” sosial şəbəkəsi vasitəsilə yayılmışdır. X14 iclasın audio-video yazı qeydinə alınmış səsli görüntülərinin “Facebook” sosial şəbəkəsi vasitəsilə yayılması barədə heç kimə göstəriş verməmişdir. İş üzrə şahidlər, X3 və X19 şahid X6 izahatında göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan GD diskində qeydə alınan səsli görüntülərə əsasən xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşılan «X4 özbaşınalıq baş alıb gedir» sərlövhəli video yayımda X14 “Azərbaycan Vətən Müharibəsi Veteranları” X13 rayon şöbəsinin iclasında çıxış edərkən İmişli RMX PHŞ-nin direktoru X11 ali tibbi təhsili olmayan, narkoman, şərəfsiz və rüşvətxor, müharibə veteranları üçün nəzərdə tutulan dərmanları satdıraraq mənimsəyən, xəstəxananı qumarxanaya çevirən və soyğunçuluq edən şəxs olması barədə ifadələr işlətmişdir. АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar,sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlar mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşılan «X4 özbaşınalıq baş alıb gedir» sərlövhəli video yayımda X14 tərəfindən səsləndirilən fikirlərdə ifadə olunan X11 ali tibbi təhsili olmayan, narkoman, şərəfsiz və rüşvətxor, müharibə veteranları üçün nəzərdə tutulan dərmanları satdıraraq mənimsəyən, xəstəxananı qumarxanaya çevirən və soyğunçuluq edən şəxs olması barədə məlumatların əldə olunduğu mötəbər mənbə müəyyən edilməmiş və həmin məlumatların həqiqiliyi təsdiq olunmamışdır. AR Konstitusiyasının 46-cı maddəsinin 2-ci bəndinə əsasən ş əxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi İnformasiya vasitələri haqqında» AR Qanunun 10-cu maddəsinin 1-ci abzastına əsasən....., mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanuazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmin Qanunun 44-cü maddəsinin 1-ci abzastına əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin..... həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 nömrəli qərarının 21-ci bəndində izah edilmişdir ki, şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, ailə sirri, şərəf və ləyaqəti qanunun müdafiəsi altındadır.Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın öz hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. AR CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində paylaşılan «X4 özbaşınalıq baş alıb gedir» sərlövhəli video yayımda X14 tərəfindən səsləndirilən ifadələrdə X11 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yer almış və yayılmışdır. Ona görə də, X14 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş AR DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli məlumatına əsasən X14 məhkum edilməmişdir. İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədildən cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq X7 AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş iclah işləri cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: X14 Azərbaycan Respublikası CM-nın 147.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli X7 qazancından tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət İmişli rayon İPŞ-ə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar