Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-38/2021 19.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, H.Aslanov küçəsi ev 16, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 480,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı İmişli şəhəri, H. Aslanov küçəsi ev 16, mənzil 2 ünvanında yerləşən evində saxlamış və 30 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilərkən evin əl damı kimi istifadə etdiyi otağın göy rəngli taxtadan olan giriş qapısının sağ tərəfində yerdə olan şəffaf rəngli sellofan torbadan təmiz çəkisi 480,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuana qəbul edirmiş. 25 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində gəzən zaman yolun kənarından şəffaf rəngdə sellofan torba tapmış və torbanı yerdən götürüb ağzını açıb içərisinə baxdıqda torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik istifadəçisi olduğu üçün həmin torbanı özü istifadə etmək üçün yaşadığı evə aparmışdır. 30 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində evdə olan zaman İmişli rayon polis şöbəsinin əməkdaşları yaşadığı evinə gəlmiş və evdə axtarış aparmaq istədiklərini bildirdikdə o, etiraz etməmişdir. Axtarış zamanı əl damı kimi istifadə etdiyi göy rəngdə taxta qapının girişində sağ tərəfdə zir-zibil yığdı yerdə həmin sellofan torbanın içərisində olan narkotik vasitə marixuana tapılmışdır. O, polis əməkdaşlarına sellofan torbanın içərisində olan qurudulmuş marixuananı özü istifadə etmək üçün evində saxladığını və İmişli şəhəri, H.Aslanov küçəsində piyada gedərkən yolun kənarından tapdığını bildirmişdir. Sonra narkotik vasitə olan qurudulmuş marixuana bir torbaya qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 oktyabr 2020-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı mənzilində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə məlumat qəbul etmiş və dərhal bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs evində axtarış aparılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 30 oktyabr 2020-ci il tarixdə saat 12:00 radələrində o, polis şöbəsinin digər əməkdaşları - Bəhruz Zülfiqarov, Şahid2 və Şahid3 ilə birlikdə İmişli şəhəri, H.Aslanov küçəsi, ev 16 mənzil 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. Təqsirləndirilən şəxsla görüşüb evində baxış aparılacağını bildirdikdə sonuncu etiraz etməmişdir. Sonra o və digər polis əməkdaşları dəvət olunmuş iki hal şahidinin iştirakı ilə evdə axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs evinin giriş hissəsinin sağ tərəfində yerdə olan sellofan torbada spesifik iyə malik, yaşıl rəngli qurudulmuş marixuanaya oxşar narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu saxladığı kütlənin narkotik vasitə qurudulmuş marixana olduğunu, həmin narkotik vasitəni İmişli şəhəri, H.Aslanov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün evində saxladığını bildirmişdir. Həmin narkotik maddə bir torbaya qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 30 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində İmişli şəhəri, H.Aslanov küçəsi ilə piyada keçərkən küçədə bir qrup şəxslərin olmasını görüb onların olduğu yerə yaxınlaşmışdır. Bu zaman orada olan polis əməkdaşları İmişli şəhər sakini Təqsirləndirilən şəxs evində axtarış və götürmə keçiriləcəyini və həmin axtarışda onun hal şahidi qismində iştirak etməyini xahiş etdikdə o, razılaşmışdır. O və digər hal şahidi Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs evində axtarış aparılmış və axtarış zamanı sonuncunun evinin girişində sağ tərəfdə yerdə sellofan torbada spesifik iyə malik, yaşıl rəngli qurudulmuş marixuanaya oxşar narkotik vasitə aşkar edilmişdir. Bu barədə polis əməkdaşları Təqsirləndirilən şəxs soruşduqda sonuncu saxladığı kütlənin narkotik vasitə qurudulmuş marixana olduğunu, həmin narkotik vasitəni küçə ilə piyada gedən zaman yerdən tapdığını və özü istifadə etmək üçün evində saxladığını bildirmişdir. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana bir torbaya qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 31 oktyabr 2020-ci il tarixli, 18-1069 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış 1 ədəd polietilen torbadakı təmiz çəkisi - 480,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 480,0 qram, tədqiqata sərf olundu – 0,02 qr, qalıq - 479,98 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 21 yanvar 2021-ci il tarixli, 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2020-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 479,98 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-38/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-38/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver