Məhkəmə qərarları › İş №1(036)-38/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-38/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-38/2022 23.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15.12.2014-cü il tarixdən başlayaraq, 11.10.2009-cu il təvəllüdlü X4 və 07.12.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 65,00 manat olmaqla, cəmi 130,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs verilməsinə dair Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 yanvar 2015-ci il tarixli, 2(199)-78/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İmişli Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 3(036)- 37/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 01 iyun 2021-ci il tarixinə kimi cəmi 9760,00 manat məbləğində borcunu ödəməyərək, Zərərçəkmiş şəxs qızına maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Bakı şəhərində tanış olmuş və sonradan münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə tanış olarkən Elnarə Savalanova ilə rəsmi nikahda olmuş və sonuncudan rəsmi olaraq boşanmadan Naibə ilə 2009-cu ilin fevral ayının 27-də qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan 11.10.2009-cu il təvəllüdlü Əzəmət, 07.12.2010-cu il təvəllüdlü Aslan adlı iki uşaqları anadan olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan aralarında narazılıqlar yaranmış və bu səbəbdən ayrılmışlar. Bundan sonra Naibə uşaqları tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.01.2015-ci il tarixli qətnaməsinə əsasən 15.12.2014-cü il tarixdən başlayaraq 11.10.2009-cu il təvəllüdlü Əzəmət və 07.12.2010-cu il təvəllüdlü Aslanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 65,00 manat olmaqla, cəmi 130,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Naibəyə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. Bundan əlavə icra məmuru tərəfindən ona qətnamənin icra olunması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün, icra məmuru tərəfindən onun barəsində protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 11.01.2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməmiş və təqdimat verilən 01.06.2021-ci il-ci il tarixə kimi 9760,00 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs ayrıldıqdan sonra ilk dəfə ailə həyatı qurduğu Elnarə Savalanova ilə barışaraq birlikdə yaşayır və bu nikahdan iki az yaşlı övladları vardır. Aylıq əldə etdiyi qazancı himayəsində olan iki azyaşlı övladlarının saxlanılması üçün xərclədiyindən keçmiş həyat yoldaşı Naibənin himayəsində olan iki az yaşlı uşaqlarının saxlanılmasından ötrü məhkəmə qətnaməsi əsasında kəsilən alimentə görə yaranmış borcunu ödəyə bilməmişdir. Lakin, hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan 9760 manat aliment borcunu tam ödəmişdir. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də onun barəsində olan cinayət təqibinə xitam verilməsini və həbsdən azad olunmasını xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Lakin məhkəmə baxışı gedişində onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 2009-cu ildə evlənib qeyri-rəsmi ailə həyatı qurmuş və evli olduğu müddətdə 11.10.2009-cu il təvəllüdlü Əzəmət və 07.12.2010-cu il təvəllüdlü Aslan adında iki övladları anadan olmuşdur. Evli olduqları müddətdə Söhrabla yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları ilə birlikdə ayrı yaşamağa başlamışdır. Ayrılandan sonra Söhrab övladlarının saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, övladlarını tək başına saxlaya bilmədiyindən Söhraba qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.01.2015-ci il tarixli, 2(019)-78/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15.12.2014-cü il tarixdən hesablanmaqla 11.10.2009-cu il təvəllüdlü Əzəmət və 07.12.2010-cu il təvəllüdlü Aslanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 65,00 manat olmaqla, cəmi 130,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilmiş və təqdimat verilən 01.06.2021-ci tarixədək yığılıb qalmış 9760.00 manat aliment borcunu ödəməmişdir. Lakin, hazırda Təqsirləndirilən şəxs ona olan 9760 manat aliment borcunu tam ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Ona görə də Təqsirləndirilən şəxs həbsdən azad olunmasını xahiş edərək sonuncunun ona olan borcunu tam ödəməsi barədə ərizəsini məhkəməyə təqdim edir. Beləliklə, iş materialları ilə müəyyən edlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə qeyd hissəsi əlavə edilmişdir. Həmin qeyddə göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini “Həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək” tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs tərəfindən qüvvəyə minmiş məhkəmə qətnaməsi tam icra edilmiş və artıq əməl öz ictimai təhlükəliliyini itirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan 20 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar