Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-38/2023 25.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, 4 fevral 1976-ci il tarixdə Füzuli rayonu, Zərgər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Füzuli rayonu, Zərgər kəndində qeydiyyatda olmaqla, İmişli şəhəri, N.Savalanov küçəsi ev 18, blok 1, mənzil 18 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında virtual məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, İmişli şəhəri, N.Savalanov küçəsi 53 ünvanında yerləşən üçmərtəbəli qeyri-yaşayış binasına Dövlət reyestrindən çıxarış almaqdan ötrü lazımi olan müvafiq sənədləri hazırlayacağını və Azərbaycan Respublikası FHN-dən tikintiyə razılıq əldə edəcəyini vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə İmişli şəhəri, N.Savalanov küçəsi 93 ünvanında yerləşən “Meyvə-tərəvəz” mağazasında 2017-ci ilin fevral ayının sonlarında 3000 (üç min) manat, 2017-ci ilin mart ayının əvvəllərində 4000 (dörd min) manat, 2017-ci ilin mart ayının ortalarında Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında 5000 (beş min) manat, 2017-ci ilin aprel ayının sonlarında İmişli şəhəri, N.Savalanov küçəsi, 93 ünvanında yerləşən “Meyvə-tərəvəz” mağazasında 3000 (üç min) manat, bundan bir neçə gün sonra yaşadığı İmişli şəhəri, N.Savalanov küçəsi, ev 18, blok 1, mənzil 18 ünvanında 2000 (iki min) manat, 2017-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində 700 (yeddi yüz) manat, 2017-ci ilin iyul ayının əvvəllərində İmişli şəhəri, N.Savalanov küçəsi, ev 53 ünvanında 400 (dörd yüz) manat pulu alıb ələ keçirmiş, lakin vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 18100 (on səkkiz min yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs əri Şahid1 vasitəsi ilə tanımışdır. Şahid1 İmişli şəhər sakini kimi tanımış və onun Əbülfəz adlı qohumuna Bakı şəhəri Masazır qəsəbəsində yerləşən qeyri-yaşayış binasına layihə hazırlanmasında köməklik etmişdir. 2016-cı ilin noyabr ayının ortalarında Əbülfəz ona yeznəsi Şahid1 İmişli şəhərində qeyri-yaşayış binası tikdirməsini və Şahid1 qeyri-yaşayış binasına layihə hazırlanmalı olduğunu demişdir. Həmin layihə müvafiq İcra hakimiyyətinə verilir, həmin icra hakimiyyəti layihəni təsdiq edəndən sonra icazə vərəqəsi verilir ki, həmin icazə vərəqəsi aldıqdan sonra tikintini tikən sahibkar FHN-nin X5 Xidmətinə ərizə və eskiz layihə ilə barəbar təqdim edir. Həmin ərizədən sonra FHN-nin X5 Xidmətini layihəni yoxladıqdan sonra tikinti tikmək üçün müsbət rəy verir. O, Əbülfəzin iştirakı ilə Bakı şəhərinin “20 Yanvar” metrosu yaxınlığında T.Qubdaov ilə görüşmüşdür. Görüş zamanı Şahid1 ona İmişli şəhərində 2 mərtəbəli qeyri-yaşayış binası tikdirmək istədiyini bildirmişdir. O isə Şahid1 əvvəllərdə tanıdığı və layihə işləri ilə məşğul olan “Vedişiraz Holding”ə dəvət etmişdir ki, orada layihə barədə müzakirə etsinlər. O, “Vedişiraz Holdiq”də baş icarçı vəzifəsində işləmişdir. Həmin holdinqə o, Taleh və Əbülfəz ilə birlikdə şirkətin rəhbəri olan X2 yanına getmişlər. Orada olan danışıqlar zamanı Taleh şirkətin rəhbərinə tikdirmək istədiyi binanın bələdiyyədən aldığı torpağın köhnə icazə sənədini təqdim etmişdir. Şahid1 həmin bələdiyyə sənədinə əsasən FHN-nin Geologiya İnstitutuna müraciət edib tikiləsi olan binanın torpağında qazıntı aparıb geoloji rəy verilməsi üçün verməsini məsləhət görmüşlər. O, Şahid1 FHNnin Geologiya İnstitutunda işləyən Famil adlı geoloqun nömrəsini verib, Famil ilə Şahid1 əlaqələndirmişdir ki, Şahid1 gedib Geologiya İnstitutundan geoloji rəy alsın. Bildiyinə görə Şahid1 4500 manat pulu rüsum kimi həmin institutun balansına köçürmüş və Geoloji İnstitut Şahid1 tikinti aparacağı torpaqda qazıntı işləri aparıb təxminən 1 həftə ərzində rəy vermişdir. Şahid1 rəyi alandan sonra ona zəng edib rəyi aldığını demiş və növbəti nə işləri görmək lazım olduğunu soruşmuşdur. O isə Şahid1 holdinqə işləyən baş memara yaxınlaşmasını bildirmişdir. Şahid1 holdinqə gedib layihənin hazırlanması və hazırlanma qiyməti barədə müzakirə etmişdir. İlkin olaraq layihənin hazırlanması üçün Şahid1 23000 manat pul deyilmişdir. Sonradan Şahid1 xahişi ilə həmin layihənin hazırlanmasına 18100 manat danışılmışdır. Həmin 18100 manat layihənin hazırlanmasında 4500 manat geoloji idarəyə köçürülən pul, 2500 manat FHN-nin X5 Xidmətindən ekspert rəyi alınması üçün köçürülən rüsum, 3000 manat ekologiya və gigiyenanin rəyi almması üçün köçürülən pul olmuşdur. Yerdə qalan 8100 manat isə layihə smetası hazırlanması üçün nəzərdə tutulan pul olmuşdur. Əslinə qalanda Şahid1 həmin pulun hamısını birdəfəlik ödəməli idi ki, layihə smetası hazırlanması üçün müqavilə bağlansın. Qeyri-yaşayış binası tikilən torpaq sahəsi Şahid1 arvadı Zərərçəkmiş şəxs adına olmuşdur. Şahid1 isə həmin vaxt arvadı Zərərçəkmiş şəxs adından mülki etibarnamə alıb bütün hərəkətləri görmüşdür. Lakin müqaviləni arvadı Zərərçəkmiş şəxs adına bağlayacaqdı. 9 dekabr 2016-cı il tarixdə Şahid1 müqavilə bağlanan gününə kimi şirkətə ödəməli olduğu 18100 manatı tam ödəməmiş və 5700 manat borcu qalmışdır. Onun və Əbülfəzin həm tanışlığı, həm də xahişi ilə 5700 manat pul köçməmiş layihə smetası hazırlanması üçün müqavilə bağlanmışdı. Həmin müqavilə bağlanan zaman holdinqin mühasibi müqaviləni ona gətirib ona vermiş və o, müqaviləyə imza çəkmişdir. Həmin gün Zərərçəkmiş şəxs Bakı şəhərində neyrocərrahiyyə xəstəxanasında müalicə aldığı üçün, Şahid1 həmin müqaviləni aparıb xəstəxanada arvadı Zərərçəkmiş şəxs qol çəkdirməsini xahiş etmişdir. O da bu barədə holdinqin rəhbərindən xahiş etmiş, holdinq rəhbəri də müaqaviləni aparıb imza çəkdirməyə icazə vermişdir. Şahid1 müqaviləni aparıb təxminən 1 həftə sonra imzaladıb gətirmişdir. Razılaşmaya əsasən layihə smetası 2 mərtəbəli qeyri-yaşayış binası üçün nəzərdə tutulmuşdur. Müqavilə bağlanandan sonra şirkət tərəfindən layihə 1 ay müddətinə hazırlanıb Şahid1 verilmişdir. Şahid1 həmin layihəni İmişli Rayon İcra hakimiyyətinə təqdim etmişdir. İcra Hakimiyyəti layihə smetasına baxıb tikintiyə icazə vərəqəsini hazırlayıb vermişdir. Müqavilə bağlanan müddətdə Şahid1 həmin binanın ikinci mərtəbəsini tikmiş, lakin üstünün dam örütüyünü vurdurmamışdır. İcra hakimiyyətindən rəy alandan sonra həmin rəyi Şahid1 FHN-nin Tikinti nəzarət idarəsinə təqdim etmişdir. İcra hakimiyyətin rəyini FHN-nə təqdim edən zaman isə, Şahid1 binanın 3-cü mərtəbəsini (mansardı) layihədən kənar tikib binanın üstünü bağlamışdı. FHN-nin əməkdaşları Şahid1 müraciəti ilə binaya baxış keçirən zaman, binanın 3 mərtəbəli olduğunu və layihənin isə 2 mərtəbəli bina üçün nəzərədə tutulduğunu görüb, Şahid1 istifadə üçün rədd cavabı verilmişdir. Bundan sonra Şahid1 ondan həmin layihənin dəyişib 3 mərtəbəli bina üçün hazırlamasını xahiş etmişdir. 3 mərtəbəli binanın lahiyəsi hazırlanması üçün Taleh Qubadov İcra hakimiyyətindən 2 mərtəbə, əlavə mansard tipli qeyri-yaşayış binasının tikintinin aparılması icazə vərəqəsi almışdır. Həmin icazə vərəqəsi alandan sonra da Şahid1 borclu olduğu 5700 manat pulu ödəməmişdir. Lakin arada olan tanışılığa görə holdinq işçilərindən 3 mərtəbəli qeyri-yaşayış binasının layihəsinin hazırlanmasını xahiş etmişdir. Layihə 3 mərtəbəli bina üçün hazılanmış və Şahid1 verilmişdir. Təxminən 2019cu ili avqust ayında Şahid1 ona zəng edib verilən layihə smetası və digər sənədlərin holdinqdə olan nüsxəsini ondan istəmişdir. Şahid1 deməsinə görə o, arvadı Zərərçəkmiş şəxs boşandığı üçün həmin obyekti də satmaq istəmiş, sənədlərin hamısı arvadında olduğu üçün obeykti sata bilməmişdir. O isə bir sənədin iki dəfə verilməsinə icazələrinin oldmadığını deyib sənədləri Şahid1 verməkdən imtina etmişdir. O, Zərərçəkmiş şəxs qarşı heç bir vaxt dələduzluq etməmişdir. Ümumiyyətlə Şahid1dan pul almamışdır. Müqavilədə göstərilən pulları isə Şahid1 “Vedişiraz Holdinq” və yuxarıda göstərdiyi dövlət idarələrinə köçürmüşdür. Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsi şər və böhtan xarakterlidir. Müxtəlif idarələrə köçürdüyü pulları yalandan ona verdiyini göstərir. Ümumiyyətlə o, Şahid1la yuxarıda qeyd olunan iş barəsində İmişli şəhərində görüşməmiş, yalnız Bakı şəhərində Yasamal rayonu ərazisində görüşümüşlər. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır, inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 2010-cu ildə İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 53 ünvanında 1 mərtəbədən ibarət yaşayış evi almış və bir müddət sonra həmin evi sökərək yerində 3 mərtəbəli qeyri-yaşayış binası tikdirmişdir. Binasının tikintisi 2016-cı ilin noyabr-dekabr aylarında başa çatmışdır. Həmin vaxt qeyri-yaşayış binasına çıxarış almaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq razılığını almaq lazım olmuşdur. 2017-ci ilin sonlarında tikdirdikləri binaya yaxın yerdə qalan və həmin qeyri-yaşayış binası ilə üzbəüz yerləşən onlara məxsus meyvə bazarından daim alış-veriş edən İmişli şəhər sakini Təqsirləndirilən şəxs binanın tikintisini görüb ona yaxınlaşmış və özünün Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək qeyri-yaşayış binasına çıxarışın alınmasını 18100 manat qarşılığında həll edə biləcəyini demişdir. O, həqiqətən də bu işlə məşğul olub-olmadığını soruşduqda, Teyyub İmişli şəhərində yerləşən bir neçə qeyri-yaşayış binasına da sənəd düzəltdiyini deyib onu inandırmış və növbəti gün Teyyuba 3000 manat pul vermişdir. 2-3 gün sonra Teyyub ona bilmədiyi sənəd gətirib vermişdir. Daha sonra müxtəlif vaxtlarda Teyyuba 13100 manat, ümumlikdə isə 15100 manat nağd pul vermişdir. Hər dəfə ona pul verdikdən sonra 1-2 gün müddət ərzində ona bilmədiyi müxtəlif sənədlər gətirib vermişdir. Sonuncu dəfə Teyyuba 3000 manat pul göndərmişdir. Həmin pulu İmişli şəhərində taksi fəaliyyəti ilə məşğul olan Əfqan adlı tanışına vermiş, Əfqandan həmin pulu poçt vasitəsilə həmin vaxt Bakı şəhərində olduğundan Teyyuba göndərməsini xahiş etmişdir. Əfqan həmin pulu İmişli rayon poçt filialı vasitəsilə Teyyuba göndərmişdir. Daha sonra Teyyub xatırlamadığı mobil nömrəsi ilə ona zəng vurub pulun çatdığını və poçtdan həmin pulu götürdüyünü demişdir. Təxminən 1-2 aydan sonra Teyyub onun işlətdiyi kiçik meyvə bazarına gəlib 9 dekabr 2016-ci il tarixli müqaviləni vermişdir. Həmin müqavilədə qələmlə 18100 manat yazıldığını görüb, həmin müqavilənin qanuni sənəd olduğuna inanmışdır. Daha sonra İmişli şəhərində yerləşən “Fidan” şadlıq sarayının müdiri Kamil və hamının “Fəridənin apteki” kimi tanıdığı apteki işlədən Bəxtiyar ona Teyyuba “ilişdiklərini”, Teyyubun onlardan da eyni qaydada Fövqəladə Hallar Nazirliyindən razılıq almaq üçün pul aldığını, lakin sənədləri düzəltmədiyini, Teyyubun onlara verdikləri sənədlərin saxta olduğunu və Baş Prokurorluğa şikayət etdiklərini demişlər. O da bundan sonra Teyyubun onu aldadaraq 18100 manat pulunu aldığını başa düşmüşdür. Teyyubun atası İxtiyar 2017-ci il tarixdə oğlunun dələduzluq əməlindən xəbər tutub əri X3 müraciət etmiş və 18100 manat məbləğində pulun qaytarılacağına dair söz vermişdir. Həmin vaxt onlar İxtiyara inandıqlarına və Teyyuba yazıqları gəldiyinə görə onun barəsində şikayət etməmişlər. 2018-ci ilin əvvəllərində yeznəsi Fariz Quliyev ilə Bakı şəhərində yerləşən “Azərdövlət Layihə İnstitutu”na getmiş, orada Teyyubun ona verdiyi sənədləri təqdim edib lazım olan sənədləri Fövqəladə Hallar Nazirliyinin qeyri-yaşayış binası ilə bağlı razılığını almaq istəyərkən, orada işləyən əməkdaşlar həmin sənədlərin saxta olduğunu demişlər. O da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından Teyyub adlı şəxsin işləyib-işləməməsini soruşarkən Teyyub adlı şəxsin orada işləmədiyini, həmin şəxsin fırıldaqçı olduğunu, Teyyubla bağlı bir neçə şəxsin şikayət etdiyini demişlər. Sonuncu dəfə Teyyubla 2018-ci ilin dekabr ayında Bakı şəhərində görüşmüşlər. Teyyub həmin vaxt yeznəsi Fariz Quliyevin avtomobilində Farizin, əri Talehin və onun yanında 15 yanvar 2019-cu il tarixədək ona 70000 manat pul veriləcəyini və həmin puldan ona verdiyi 18100 manat pulu qaytacağına söz vermişdir. Lakin, həmin vaxtdan sonra Teyyuba nə qədər zəng vursalar da, mobil telefonu açmamış və telefonu söndürmüşdür. İmişli şəhər sakinlərindən Teyyubun başqa şəxslərə qarşı dələduzluq etdiyi üçün həbs olunduğunu eşitmişdir. Hazırda təqsirləndirilən şəxsdən ona vurulmuş maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qisnində dindirilmiş X6 işin hallarına dair Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsinə uyğun və eyni məzmun daşıyan ifadə verərək, yuxarıda təsvir olunan cinayət əməlini təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2017-ci ilin fevral ayının sonlarında, saat 16 radələrində Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində onlara məxsus obyektinin yanında ona yaxınlaşaraq “qeyri-yaşayış binasına çıxarış almaq üçün müvafiq sənədləşmə işlərinin aparılması ilə əlaqədar danışmışam, puldan müəyyən qədərini ver” – demişdir. O da təəccüblə Təqsirləndirilən şəxs nə üçün bu qədər tez pul istədiyini soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında “3000 manat qabaqcadan verməlisən ki, başalnğıc üçün sənədlərin müəyyən hissəsi hazırlansın. Onun layihə və sistem sənədləri hazırlanmalı və paylanmalıdır. Qalanı sənlik deyil. Pulun yerdə qalan hissəsini sənəd hazır olduqca deyəcəm göndərərsən” – demişdir. O da Təqsirləndirilən şəxs sənədlərə görə ümumilikdə nə qədər pul veriləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona “Qardaşın sənin üçün yığcam formada həll edəcək” – demişdir. Bundan sonra obyektə gedib, orada Zərərçəkmiş şəxs 3000 manat alıb, Təqsirləndirilən şəxs vermişdir. Bu hadisədən 10-15 gün keçdikdən sonra, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Təqsirləndirilən şəxs zəng edərək işlə bağlı 7000 manat pul lazım olduğunu demişdir. O da Təqsirləndirilən şəxs alverin zəif olduğunu, 7000 manat pulun olmadığını demişdir. Təqsirləndirilən şəxs ən azı 5000 manat pul lazım olduğunu demişdir. O da, Təqsirləndirilən şəxs 4000 manat verə biləcəyini demiş və sonuncu onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ona Ağcəbədi rayonuna getidiyini, qayıdan zaman 4000 manat pulu götürəcəyini demişdir. O həmin vaxt evdə olmadığı üçün Zərərçəkmiş şəxs zəng vurub, Təqsirləndirilən şəxs obyektə gələcəyini və 4000 manat pul verməsini demişdir. Həmin gün, yəni 2017-ci ilin mart ayının əvvəllərində, saat 17 radələrində Təqsirləndirilən şəxs obyektə gələrək Zərərçəkmiş şəxs 4000 manat pulu almışdır. Təqsirləndirilən şəxs 4000 manat məbləğində pulu aldıqdan 10 gün sonra, 2017-ci ilin mart ayının ortalarında Bakı şəhərindən ona zəng vuraraq “sənədlər hazırdır, 5000 manat pul lazımdır” – demişdir. O da cavabında Təqsirləndirilən şəxs “Məni sıxma-boğmaya salma. O qədər pul yoxdur. Bilsəydim sənədləşmə bu qədər sürətlə gedəcək heç etdirməzdim” – demişdir. Təqsirləndirilən şəxs isə ona “Məsləhət sənindir. Bu sənəd qalsa 2 ay çəkəcək və işin uzanacaq” – demişdir. Səhəri günü, yəni 2017-ci ilin mart ayının ortalarında səhər saatlarında işin uzanmaması üçün Zərərçəkmiş şəxs 5000 manat pul alıb, İmişli-Bakı xətti üzrə taksi fəaliyyəti göstərən sürücü vasitəsilə Bakı şəhəri, “20 Yanvar” dairəsində Təqsirləndirilən şəxs çatdırması üçün vermişdir. Həmin günü saat 15 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq “20 Yanvar” dairəsinin yaxınlığında taksi sürücüsündən 5000 manat pulu götürdüyünü demişdir. Təqsirləndirilən şəxs 5000 manat pulu aldıqdan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ilə telefonla əlaqə yaradıb danışan zaman, müxtəlif bəhanələr gətirərək problemlər yaşadığını demişdir. 2017-ci ilin aprel ayının əvvəllərində ürək əməliyyatı keçirtmək adı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 5 saylı xəstəxananın həyətində olan çayxanaya çağırıb, Təqsirləndirilən şəxs tikintini sənədləşdirmək üçün gördüyü işlərə dair çəkdiyi xərclərin siyahısını yazdırmış və Təqsirləndirilən şəxs həmin siyahının alt hissəsini imzalamasını istəmişdir. Təqsirləndirilən şəxs çəkdiyi xərcələri yazaraq altında imza çəkmiş, əlavə olaraq Təqsirləndirilən şəxs ona verilmiş 12000 manatdan 1744 manat artıq pul yazmış və həmin pulu özündən xərclədiyini demişdir. 2017-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq 1 ay səbr etməsini, sənədlərin hazır olacağını və qovluq formasında hazır şəkildə ona verəcəyini bildirərək 5000 manat pul istəmişdir. O da Təqsirləndirilən şəxs ilə mübahisə etmiş və ona inamının qalmadığını demişdir. Təqsirləndirilən şəxs and içərək 1 ay ərzində sənədləri hazır edəcəyini demişdir. O işin alınmasına ümid edərək Təqsirləndirilən şəxslə razılaşmış və 5000 manat deyil, 3000 manat pulu olduğunu demişdir. Təqsirləndirilən şəxs ona Əfqan adlı taksi sürücüsünü pulu götürmək üçün göndərəcəyini demişdir. Həmin gün Əfqan obyektə gələrək 3000 manat məbləğində pulu Səkinədən almışdır. 2 gün keçdikdən sonra Təqsirləndirilən şəxs yenə ona zəng vuraraq rayon ərazisində olduğunu, 5000 manat pulun qalığı olaraq 2000 manat pulu gəlib götürəcəyini demiş və həmin gün 2000 manat pulu Zərərçəkmiş şəxs götürmüşdür. 2017-ci ilin iyun ayının sonlarında Bakı şəhərinə gedib, “Koroğlu” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs “Hyunadi” markalı, qara rəngli avtomobili ilə onu Fövqəlada Hallar Nazirliyinin Bakı şəhəri, Xətai rayonunda yerləşən Yanğından Mühafizə İdarəsinə rəy verilməsi üçün aparmışdır. İdarənin qarşısında Təqsirləndirilən şəxs ondan rəy üçün 700 manat pul almışdır. İdarəyə daxil olduqdan təxminən 30 dəqiqə sonra çıxaraq ona “Qardaş rəy hazır olan kimi sənədlərin hamısın sənə göndərəcəm, narahat olma, heç bir problem yoxdur” – demişdir. O da Təqsirləndirilən şəxs inanmışdır. Bu hadisənin üzərindən 1 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq Fövqəlada Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının gələrək binaya baxış keçirəcəyini demiş və onlara 400 manat pulu şirinlik üçün verməsini istəmişdir. 2017-ci ilin iyul ayının əvvəllərində 2 nəfər şəxs əllərində qovluq və bilmədiyi aparat ilə gəlib ölçü işləri aparmışlar. Həmin şəxslərə 400 manat pul vermişdir. X4 Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər getdikdən sonra Təqsirləndirilən şəxs zəng çatmamış, əlaqə saxlaya bilməmişdir. 2018-ci ilin əvvəllərində o, beyin əməliyyatı keçirmiş və buna görə də sonralar Təqsirləndirilən şəxslə bir daha əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. Təqsirləndirilən şəxs şəxsən tanımır və onunla 2018-ci ildə görüşən zaman tanımışdır. Belə ki, 2016-cı ildə qayanası Zərərçəkmiş şəxs İmişli şəhərində özünə 3 mərtəbəli qeyri-yaşayış binası tikdirmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin binanın sənədləşdirilməsindən ötrü 18100 manat məbləğində pul vermiş, sonuncu isə sənədləşəməni düzgün etməmiş və pulu ələ keçirmişdir. 2018-ci ilin əvvəllərində qaynatası Şahid1 beyin əməliyyatı keçirdiyi üçün S.Qubdaova ilə birlikdə Bakı şəhərində “Azərdövlət Layihə İnstutu”na getmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona verdiyi sənədləri orada idarənin əməkdaşlarına təqdim etmişlər. İdarədə sənədlərə baxan Layihə İnistutunun əməkdaşları sənədlərdə uyğunsuzluq olduğunu demişlər. Bundan sonra onlar sənədləri alıb evə gəlmişlər. 2018-ci ilin dekabr ayında o, qayınatası Şahid1 və qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki Qurtuluş 93 yaşayış massivindəki binanın yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada Təqsirləndirilən şəxs evini yaxın zamanlarda satacağını, evdən əldə etidiyi puldan Zərərçəkmiş şəxs pulunu qaytaracağını vədini vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu qaytarmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yay aylarında Şahid1 ilə birlikdə Bakı şəhəri, “Nəsimi” metrostansiyasının yaxınlığında çayxanada görüşmüşlər. Təqsirləndirilən şəxs çayxanada yenə evini satıb ziyanı qaytaracağını demiş və polisə şiakyət etmədikləri üçün onlara təşəkkür etmişdir. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs ona verdiyi tikintiyə aid sənədləri özü ilə gətirmiş və stolun üzərinə qoymuşdur. Çayxanadan çıxarkən Təqsirləndirilən şəxs həmin sənədləri gizlincə götürüb özü ilə aparmaq istəmişdir. O da bunu görüb Təqsirləndirilən şəxs həmin sənədləri geri istəmiş, T.Quyliyev isə gülərək ona “Yadımdan çıxıb. Elə bildim mənim sənədlərimdir” – deyib, sənədləri geri qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, İmişli rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Səkinənin qardaşı Əfsər ilə dosdluq münasibəti vardır. 2016-ci il tarixdə Səkinə sənədsiz qeyri yaşayış binasını tikdirmişdir. Buna görə də Səkinə ilə Teyyub arasında həmin obyektin tikintisinə görə hansısa sənədləşmə üçün pul münasibəti olmuşdur. Onun həmin pul münasibətindən xəbəri olmamışdır. Həmin ərəfələrdə Teyyub ona zəng vuraraq Bakı şəhərində olduğunu, Səkinədə olan “əmanət”i alıb Bakı şəhərinə göndərməsini istəmişdir. O da Teyyubun dediyini etmişdir. Bundan sonra Səkinənin İmişli şəhəri, N.Savalanov küçəsində meyvətərəvəz satdığı obyektə getmişdir. Səkinə ona bağlamada pul vermişdir. O da pulu aldıqdan sonra İmişli-Bakı taksi xətdi üzrə fəaliyyət göstərən, taksi sürcülərinin vasitəsi ilə Bakı şəhərinə, Teyyuba göndərmişdir. Pulu göndərdiyinə görə Teyyub ona 2-3 manat zəhmət haqqı verirmişdir. Bundan başqa həmin ərəfələrdə Səkinədən təxminən 1000 manat pul alıb, Teyyubun yaşadığı İmişli şəhərində “Beş mərtəbə” adlanan binanların qarşısında ona vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 fevral 2023-cü il tarixli, 3-18/2- 600/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Nazirliyin Kadr siyasəti Baş İdarəsində heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 1(101)-366/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən btidai istintaq zamanı 18 dekabr 2015-ci il tarixdən 19 dekabr 2015-ci il tarixədək, 05 mart 2016cı il tarixdən 07 mart 2016-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu, 24 mart 2016-cı il tarixdən 25 dekabr 2016-cı il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı, 19 yanvar 2018-ci il tarixdən 19 iyul 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət olmaqla, ümumilikdə 1 (bir) il 3 (üç) ay 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılmazdan əvvəl hazırkı ittiham üzrə cinayət əməlini törətməsi müəyyən olunur ki, bu hal da cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 19 iyun 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2(iki) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 1(101)-366/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən toplanmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs btidai istintaq zamanı 18 dekabr 2015-ci il tarixdən 19 dekabr 2015-ci il tarixədək, 05 mart 2016-cı il tarixdən 07 mart 2016-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu, 24 mart 2016-cı il tarixdən 25 dekabr 2016-cı il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı, 19 yanvar 2018-ci il tarixdən 19 iyul 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət olmaqla, ümumilikdə 1 (bir) il 3 (üç) ay 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 iyun 2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-38/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-38/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver