Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-39/2020 24.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə şəxslər üzərində zor tətbiq edilməsi iləmüşayiət edilən qərəzlihərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 15-00 radələrində İmişli şəhəri H.Əliyev prospektində yerləşən “İldırım kafe”nin həyətyanı sahəsində həmin kafedə kassir işləyən Zərərçəkmiş şəxs ona pul verməməsini bəhanə etməklə aralarında yaranmış mübahisə zamanı ictimaiqaydanıkobudsurətdəpozaraq, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olanbirgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunanhərəkətləretməklə, özünü cəmiyyətin fövqündə qoyaraq, digərlərindən fərqləndiyini nümayiş etdirib, insanlarda qorxu və narahatçılıq hisləri yaratmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək sonuncu ilə əlbəyaxa olarkən əlində olan həmin bıçağı silah qismində istifadə edib zor tətbiq edərək Zərərçəkmiş şəxsbıçaqla vurub sağ əlin ovuc səthində 5-ci daraq sümüyü proyeksiyasında, sifətin sol yarısında, orta xətt boyunca bel fəqərələri proyeksiyasında yaralar ilə müşayiət olunan, orta xətt boyunca bel fəqərələri proyeksiyasında yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ətrafda olan şəxslərin narahatçılığına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər,yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15-00 radələrində o, atasına məxsus olan “İldırım kafe”yə getmiş və kafedə kassir işləyən Zərərçəkmiş şəxs kafenin yaxınlığından keçən arxın kənarına çağıraraq ondan hər gün olduğu kimi 20 manat pul istəmişdir. Novruzona 10 manat pul verdiyi üçün aralarında mübahisə yaranmış və o, Novruzu nalayiq sözlərlə təhqir edərək onunla əlbəyaxa olmuşdur. Dalaşarkən ayağı büdrəyərək yerə yıxılmış və sifəti yerdəki daşa dəydiyi üçün sifətinin sol tərəfi nahiyyəsindən sıyrıq xəsarəti almışdır. Həmin vaxt yoldan keçən tanımadığı şəxslər onları ayırmış və Novruz ondan ayrılıb kafeyə tərəf gedərkən o, əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı açılıb-qatlanan bıçağı çıxararaq Novruza tərəf gedib onu bıçaqla iki dəfə vurmuşdur. Onları yenə də yoldan keçən tanımadığı şəxslər ayırmış, bundan sonra Novruz ondan ayrılaraq kafeyə tərəf getmiş, o isə bir nəfər polis əməkdaşının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində X2 ilə barışdığını bildirərək əməldən peşman olduğunu ifadə etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “İldırım kafe”də kassir vəzifəsində işləyir və hər gün kafenin sahibi Əflatun İsmayılovun göstərişi ilə Təqsirləndirilən şəxs 20 manat pul verir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15-00 radələrində Təqsirləndirilən şəxs kafeyə gəlmiş və onu kafenin yaxınlığından keçən su arxının kənarına çağıraraq ondan növbəti dəfə pul istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə 30 manat, xx xxxxxx 2020-ci il tarixdə isə 20 manat verildiyinə görə həmin gün Orxana 10 manat pul pul vermişdir. Həmin vaxt Orxan ondan əlavə olaraq 40 manat istəmiş və o, Orxanın atası Əflatuna zəng edib bu barədə bildirdikdə Orxana əlavə pul verilməməsi barədə tapşırıq almışdır. Orxan ondan əlavə pul ala bilmədikdə onu nalayiq sözlərlə təhqir etməyə başlamış və o, dözmədiyi üçün Orxanla əlbəyaxa olaraq onu yumruq zərbələri ilə vurmuşdur. Onları yaxınlıqdan keçən tanımadığı yaşlı bir qadın ayırmış və o, kafeyə tərəf gedərkən Orxan onun arxasınca gəlib kafenin mətbəxi qarşısında onu bıçaqla vurmuşdur. Həmin vaxt Orxan bıçaqla onun qarın nahiyyəsindən vurmaq istərkən o, sağ əli ilə bıçağı tutduğu üçün əli kəsilmiş, sonra Orxan bıçaqla onun bel nahiyyəsindən bir dəfə vurmuşdur. Onlar əlbəyaxa olarkən Orxanın əlindəki bıçaq öz sifətinin sol nahiyyəsini kəsmişdir. Orxan polis əməkdaşının onlara tərəf gəldiyini görüb ondan ayrılıb kənara çəkilmişdir. Zərər çəkmiş şəxs X2 daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə münasibətləri artıq bərpa olunmuş və onunla barışmışdır. Ona görə də, daha şikayətçi deyil. İş üzrə Şahid2 göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “İldırım kafe”də ofisiant vəzifəsində işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15-00 radələrində nahar fasiləsində digər ofisiantlarla birlikdə kabinentlərin birində yemək yeyərkən kafenin arxa hissəsindən səs-küy gəldiyi üçün çölə çıxıb kafeni işlədən Zərərçəkmiş şəxs kafenin sahibinin oğlu Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini və əlinin qanadığını müşahidə etmişdir. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə aparmışlar. İş üzrə Şahid4 Elbrus oğlu ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15-00 radələrində İmişli şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “İldırım kafe”də nahar edərkən kafenin həyətindən səs-küy gəldiyini eşitdiyi üçün çölə çıxıb kafenin arxa tərəfindən keçən arxın kənarına çıxan qapının yaxınlığında bir neçə nəfərin toplaşdığını və onlardan birinin əlinin, digərinin isə üst paltarının qanlı olduğunu müşahidə etmişdir. O, həmin şəxslərə yaxınlaşaraq özünü təqdim edib nə baş verdiyini soruşaraq sonradan adının Orxan olduğunu bildiyi şəxsin həmin kafedə işləyən Novruz adlı şəxsi bıçaqla vurduğunu öyrənmişdir. O, Orxanı rayon polis şöbəsinə gətirib Növbətçi Hissəyə təqdim etmişdir. Həmin vaxt xəsarət alan Zərərçəkmiş şəxs da polis şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən xx xxxxxx 2020-ci il tarixdə saat 15-00 radələrində İmişli şəhəri H.Əliyev prospektində yerləşən “İldırım kafe”nin arxa tərəfindən keçən arxın kənarı ilə gedən piyada yolunda Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. ( c.i.səh7-9; fotocədvəl. Səh: 10-11) İşdə olan xx.xx.2020-ci il tarixli “Tanınmaya təqdim etmə haqqında ” protokola əsasən Zərərçəkmiş şəxs ona təqdim edilən nömrələnmiş dörd ədəd eyni formalı bıçaqlara baxaraq 2 nömrəli bıçağı dəstəyinin rənginə, ölçüsünə və formasına görə tanıyaraq xx xxxxxx 2020-ci il tarixdə saat 15-00 radələrində İmişli şəhəri H.Əliyev prospektində yerləşən “İldırım kafe”nin arxa tərəfindən keçən arxın kənarı ilə gedən yolda Təqsirləndirilən şəxs həmin bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir.( c.i. 1-cild, səh: 34; fotocədvəl, səh:35) İşdə olan İşdə olan AR SN MTE PA ETTB tərəfindən verilmiş xx.xx.2020-ci u il tarixli 22 nömrəli rəyində göstərilmişdir ki, 1993-cü il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş sağ əlin ovuc səthində 5-ci daraq sümüyü proyepksiyasında, sifətin sol yarısında, orta xətt boyunca bel fəqərələri proyeksiyasında yaralar iti kənarlı kəsici xassəyə malik əşyanın (əşyaların, alətlərin) təsirindən, ola bilsin bıçağın təsirindən, alın nahiyyəsində qançır isə küt əşyanın, ola bilsin butulka ilə vurulma təsirindən törənmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunmuş xəsarət – orta xətt boyunca bel fəqərələri proyeksiyasında yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.( c.i.səh:75-76) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18/342 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdi, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir.( c.i. səh: 101) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( c.i. səh 947) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Protokola əsasən Təqsirləndirilən şəxs AR CM-nın 221.3-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində həmin gün, saat 18-00-da tutularaq İmişli RPŞ MSY-ə təhvil verilmişdir. ( c.i.səh: 48-49) İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(036)04/2020 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində «həbs» qətimkan tədbiri seçilməsindən imtina edilərək dərhal həbsdən azad edilmişdir. ( c.i.səh: 72-73) «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törətdiyi cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəsərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 3 gün cəza müddətinə hesablanmalıdır. Onun əməlinin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq CM-nın 70.1-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2( iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün nəzərə alınaraq üzərində 1( bir) il 11 ( on bir) ay 27 ( iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. AR CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 1( bir) il 11 ( on bir) ay 27 ( iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 ( altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə təyin olunan cəza icra olunmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 57,40 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə İmişli Rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Hakim. Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-39/2020
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-39/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver