Məhkəmə qərarları › İş №1(036)-39/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-39/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-39/2025 25.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Universal Vəkil Bürosunun vəkili Müdafiəçi3 və İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla və həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 03 sentyabr 2024-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə sonuncuya və Şahid2 qanunsuz olaraq iki büküm psixotrop maddə olan metamfetamini 75 (yetmiş beş) manata satacağı barədə razılığa gələrək, “Whatsapp” mobil tətbiqi vasitəsilə Şahid1 göndərdiyi "xxxx" ASC-yə məxsus “5239 …. …. 6696” nömrəli plastik bank kartı hesabına 03 sentyabr 2024-ci il tarixdə, saat 14:11-də Şahid1 “MPay” ödəmə terminalı vasitəsi ilə 50 (əlli) manat, həmin gün saat 14:26-da Şahid2 “PaşaPay” ödəmə terminalı vasitəsilə 25 (iyirmi beş) manat, ümumilikdə 75 (yetmiş beş) manat pul köçürməsinə əmin olduqdan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin arxa giriş qapısının qarşısında Şahid1lə görüşərək istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, üzərində saxlamaqla daşıyıb gətirdiyi 1,316 qram çəkidə psixotrop maddə olan metamfetaminin bir ədəd polietilen kəsiyi bükümündə olan 0,453 qramını və bir ədəd polietilen kəsiyi bükümündə olan 0,451 qramını, ümumilikdə 0,904 qramını Şahid1 verərək qanunsuz olaraq satmış, 03 sentyabr 2024-cü il taixdə saat 21 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra orada saat 22:04 radələrində üzərində aparılan şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxlayaraq daşıdığı psixotrop maddə olan mentamfetaminin bir ədəd polietilen kəsiyi bükümündə olan qalan 0,412 qramı əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni istifadə edir, lakin satışı ilə məşğul olmamışdır. On beş gün əvvəl Bakı şəhərinə işi ilə əlaqədar getmişdir. Tanımadığı şəxsdən narkotik vasitə götürmüş və istifadə etmişdir. Şahid1lə də birlikdə istifadə etmişdir. İki büküm narkotik vasitə olub və istifadə edərkən polis əməkdaşları tutmuşdur. Həmin 75 (yetmiş beş) manatı isə borcu olduğu üçün onun kartına atmışdır. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Şahid1 tanıyır və bir qəsəbədə yaşayırlar. Münasibətləri yaxşıdır, aralarında düşmənçilik və ədavət yoxdur. O, İsmayılın psixotrop maddə olan metamfetamindən istifadə etməsini görməmiş, lakin yaşadığı qəsəbədə tutulmamışdan bir həftə əvvəl gecə vaxtı söhbət edərkən, söhbətləri metamfetamindən düşmüş və o, təxminən 7-8 ay qabaq Bakı şəhərində olarkən tanımadığı şəxslər ilə bir dəfə təsadüf nəticəsində metamfetamindən folqa üzərində çəkdiyini demişdir. Söhbət zamanı onlar metamfetamin alıb istifadə etməyi qərara almış, lakin İsmayıl patının harada satıldığını bilmədiyini demişdir. O, İsmayıla işi ilə əlaqədar Bakı şəhərinə gedəcəyini və orada maraqlanacağını, satan olarsa alıb gətirəcəyini demişdir. O,tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərinə getmiş və öz şəxsi işlərini gördükdən sonra müxtəlif tanımadığı şəxslərdən soraqlaşaraq metamfetamini Mübariz adlı şəxsin Bakı şəhərində “Papanin” kimi tanınan Mərkəzi Hərbi Hospitalın yaxınlığında satdığını öyrənmiş və istifadə etmək üçün metamfetamin almışdır. 03 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla İsmayıla zəng edib 75 manat pul göndərməsini, metamfetamin aldığını, günorta saat 14 radələrində rayona gələcəyini demişdir. O, həmkəndlisi Şahid6 quzu almaq üçün 75 manat pul almış və Şahid1 pulu Şahid6 plastik bank kartı hesabına göndərmişdir. O, Bakı şəhərində yaşayan Mübariz adlı şəxsi soraqlaşıb taparaq, ondan 50 manata 3 büküm yəni, qram yarım metamfetamin almışdır. Metamfetaminin qram yarım olmasını ona Mübariz demişdir. O, metamfetaminin 1 bükümünü özündə saxlamış, qalan 2 bükümünü isə İmişli Rayon Mərkəzi Xəstəxanasının arxa giriş qapısında müzhafizəçi işləyən İsmayıla vermişdir. İsmayıl öz növbəsində axşam saat 22 radələrinədək işdə olacağını və metamfetamini birlikdə istifadə edəcəklərini demişdir. O, razılaşaraq İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə gedərkən, İmişli rayon polis şöbəsinin əməkdaşları onun İsmayılın yaınından çıxdığını görmüşlər. O, polislərin ondan şübhələnməsini ağlına gətirməmiş və İsmayılın yanından çıxıb birbaşa yaşadığı Bəhrəmtəpə qəsəbəsinə getmişdir. Həmin gün saat təxminən 21 radələrində Bəhrəmtəpə qəsəbəsindən çıxıb İsmayılın iş yerinə gelərkən İmişli rayon polis şöbəsinin əməkdaşları olan Şahid3, Teymur Hüseynov və Şahid4 tərəfindən saxlanılmışdır. Polislər ona xəstəxanada mühafizəçi işləyən İsmayıla narkotik vasitə satmağını demiş, o, isə baş verənləri danışaraq, İsmayıla narkotik vasitə verdiyini etiraf etmişdir. Polis əməkdaşlarının təklifi ilə o, rayon polis şöbəsinə gəlmiş və şöbədə təhqiqatçı Namiq Fərzəliyev tərəfindən şübhəli şəxs qismində tutularaq, müdafiəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış zamanı o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə olan metamfetamini çıxarıb masa üzərinə qoymuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,50 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin maddə zərfin icərisinə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Həmçinin göstərmişdir ki, Şahid1 onun verdiyi “5239 1517 8278 6696” Kapital banka məxsus plastik bank kartı hesabına göndərilən 75 manat pulun 50 manatını psixotrop maddə metamfetamin üçün, qalan 25 manatnı isə yol kirəsi olaraq göndərmişdir. O da 50 manata 3 (üç) büküm psixotrop maddə metamfetamin alaraq, onun 2 (iki) bükümünü İsmayıla vermiş, 1 (bir) bükümünü isə özü üçün götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, müstəntiq yalandan yazıb ki, əlli manata üç büküm narkotik vasitə olmuşdur. İsmayıl Avdullayevlə təzyiq altında qalıb o, cür ifadə verib. Həmin narkotik iki büküm olmuşdur, bir bükümü 50 (əlli) manatdır və bir bükümündə 0,5 qram olur. Əməliyyat müvəkilləri tərəfindən ona çoxlu fiziki təsirlər olmuş və ayaqlarından yeriyə bilməmişdir. Ayaqlarının altından çoxlu zərbələr aldığından böyrəklərinin ağrısından yeriyə bilməmişdir. Xəsarətlər olmuşdur, lakin istintaq təcridxanasında bildirməmişdir. Həmin xəsarətlər istintaq təcridxanasında aşkar edilməmiş və rayon prokurorluğunda bildirməmişdir. İsmayıl Avdullayevin ona 100 (bir yüz) manat borcu olmuş və 25 manatını ona anası xəstə olduğu üçün bağışlamışdır. 75 (yetmiş beş) manatı isə ona məxsus karta atmışdır. Onunla həmkəndli olduğu üçün daimi danışığı olmuşdur. O, polis əməkdaşları tərəfindən döyülmüş lakin bu barədə heç kimə heç nə deməmişdir. Həmin tutulduğu gün heyvan bazarına gedəcəyi üçün pulu atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kəndçisidir. xx.xx.2025-ci il tarixdə onunla əlaqı saxlamışdır. Ona borcu olmuşdur. Pulun istəyib, karta göndərməsinə bildirmişdir. O da cavabında ondan kart istəmişdir. Təqsirləndirilən şəxs kartının olmadığını, bir yerdən tapıb kartın nömrəsinə deyəcəyini ona bildirmişdir. Ondan bir gün əvvəl narkotik vasitə götürmüşdür. Həmin narkotik vasitəni ona işlədiyi İmişli Mərkəzi Rayon Xəstəxanasında gətirib vermişdir. Narkotik vasitəni ona verib gedəndən sonra o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona İmişli Mərkəzi Rayon Xəstəxanasında iki büküm narkotik vasitə verib getmişdir. Həmin narkotik vasitəni birlikdə yəni Dağıstan və Mənəflə bir yerdə istifadə edəcəkdilər. O, axşam işdən çıxandan sonra görüşəcəkdilər. Barəsində olan cinayət işi ilə əlaqədar olaraq məhkəmədə ifadə verərkən anası vəfat etdiyindən fikirli olmuşdur. Ona əvvəlcədən borcu olmuşdur. Son ifadəsi odur ki, həmin 50 (əlli) manat pulu o, və qalan 25 (iyirmi beş) manat pulu isə Şahid2 narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs atdığı karta atmışlar. Təqsirləndirilən şəxsla danışıqları ancaq narkotik vasitə əldə etmək üçün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, on ay bundan qabaq əməliyyat tədbiri zamanı narkotik vasitəyə görə Şahid1 saxlanılmış və o da bildirmişdir ki, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirini Şahid3 və o, keçirmişdir. Şahid1 xəstəxananın yaxınlığında saxlamışlar. Üzərində metafetamin aşkar olunmuşdur. Həmin vaxt İsmayıl tək olmuşdur. Şahid1 bildirdi ki, Dağıstan adlı şəxsdən almışdır. İsmayıl xəstəxananın çöl qapısının yaxınlığında tutulmuşdur. Təqsirləndirilən şəxs Bəhrəmtəpə ərazisində tutulmuşdur. Dağıstan polis şöbəsinə gətirilərkən üzərindən narkotik vasitə aşkar edilmişdir. Ona heç bir təzyiq göstərilməmişdir. Həmin vaxt çəkiliş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 ona zəng edərək 25 (iyirmi beş) manat pul istəmiş o da onun kartına atmışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, o, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Şahid1 tanıyır, aralarında hər hansı bir düşmənçilik və ya ədavət yoxdur. Hər ikisi psixotrop maddə olan metamfetamin istifadəçiləridir. O, Bəhrəmtəpə qəsəbəsində olarkən İsmayıldan psixotrop maddə satan olarsa, ona da deməsini xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat təxminən 11:49 radələrində İsmayıl ona zəng edərək, metamfetamin satan olması barədə məlumat vermiş və o, bir büküm alacağını demişdir. İsmayılla danışan zamanı sonuncu metamfetamini Dağıstanın təşkil etdiyini və ondan götürəcəyini bildirmişdir. Həmin vaxt həmkəndlisi X12 evinin həyətində işlədiyi üçün o, İsmayıla pulu günorta vaxtı işdən sonra göndərə biləcəyini deyib, həmin gün saat 14:26-da İsmayıla zəng edərək, pulu hara və kimə verməsini soruşmuşdur. Danışıq zamanı İsmayıl ona plastik bank kartı nömrələsini demiş və o, 25 manat pulu həmin hesaba göndərərək, pulun qəbzinin fotoşəklini çəkib İsmayıla göndərmişdir. İsmayıl ona göndərdiyi pulun müqabilində Dağıstandan bir büküm metamfetamin alacağını demişdir. O, saat 17:36 radələrində İsmayılın votsapına: “Salam Qaqa” – yazmış, İsmayılın telefonu sönülü olmuşdur. O, Bəhrəmtəpə qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Namiq adlı şəxsdən xəstəxayanaya gedib İsmayılın xəstəxanada iş yerində olub-olmadığını öyrənməsini xahiş etmiş, Namiq isə İsmayılın iş yerində olmadığını və işdən çıxıb evinə getdiyini demişdir. O, həmin gün saat 19:16-da yenidən İsmayıla votsap proqramında yenidən səs göndərərək: “qaqa sən iş yerində yoxsan və deyirlər çıxıb getmisən və taksiya 15 manat pul vermişəm” - demişdir. Sonradan Dağıstan və İsmayılın tutulduğunu eşitmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İsmayıl ona şifahi kart nömrəsi vermişdir ki, 25 (iyirmi beş) manat pul atsın. Pulu atanda İsmayıla bildirmişdir ki, nakrotik vasitə əldə edən də onun üçün də tapsın. Həmin narkotik vasitəni Dağıstandan aldığını eşitməmiş və Bəhrəmtəpə qəsəbəsində istifadə edəcəkdilər. Dağıstanı bir kəndçi kimi tanımışdır. Narkotik vasitə ilə məşğul olmasından məlumatı olmamışdır. Sonradan o, bildirdi ki, İsmayıla pul atmışdır ki, ona da mal gətirsin lakin Dağıstandan alacağından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, həmin gün İcra şöbəsinə getdiyini və oradan da narkoloji dispanserə aparılacaqdır. Sarıxanlı kəndi ərazisində Dağıstan taksiyə saxla işarəsi vermiş və taksidə yer olmadığından. Dağıstan ona bildirmişdir ki, kartını ver pul atacaqlar və heyvan bazarına gedəcəyini bildirmişdir. O da kartı vermiş və bildirmişdir ki, işini qutarana ki, kartı qaytar. Narkolji analiz verəndən sonra kartını götürmüş və şəhərə getmişdir. Məhkəmə iclasında Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, taksi ilə gedərkən taksiyə əl eləmişdir. Taksidə yer olmadığı üçün onu götürə bilməmişdir. O da ona bildirmişdir ki, heyvan bazarına qurbanlıq heyvan almağa gedir və ona kart lazım olduğunu bildirdi. Həmin pulun kim tərəfindən atıldığını bilməmişdir. Dağıstanla həmkəndlidir. Dağıstan ondan birinci dəfədir ki, kart istəmişdir. Sadə birbank kartı olmuş və ona kartı verəndə boş olmuşdur. İşini qutarandan sonra qayıdıb kartını götürmüşdür. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, o, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 tanıyır, onunla hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və saxlaması barədə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 3 sentyabr 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, bu barədə şöbə rəhbərliyinə məruzə etdikdən sonra həmin gün şöbənin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili X9, Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılaraq müvafiq əmr hazırlanmışdır. Daxil olmuş məlumat ilə bağlı o, əməliyyat qrupunun üzvləri ilə saat təxminən 16:00 radələrində İmişli rayon mərkəzi xəstəxanasının arxa giriş qapsının yaxınlığında olmuş və həmin ərazidə yerləşən xəstəxanaya giriş hissəsinin arxa qapısının yaxınlığında Şahid1 yaxınlaşmışlar. Ona özlərini təqdim etmiş, sonra Şahid1 üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı olduğunu və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Şahid1 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 əynində olan tünd boz rəngli qısaqol köynəyinin sol döş cibində saxladığı “X7” markalı boş siqaret qutusunu çıxarıb ona təqdim etmiş, həmin siqaret qutusunu isə o, Şahid4 vermişdir. İsmayıl həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirmiş və Şahid4 siqaret qutusunun içərisinə baxarkən orada 2 (iki) ədəd sellofan bükümdə ilk görünüşdən kristal madə metamfetaminə bənzər psixotrop maddə aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 həmin maddələri olduğu yerdə, yerdən tapdığını bildirmişdir. Daha sonra Şahid1 üzərindən aşkar olunmuş 2 (iki) bükümün içərisində olan ilk görünüşündən psixotrop maddə metamfetaminlər elektron tərəzidə çəkilmiş və çəkiləri 0,035 qram olmuşdur. Daha sonra aşkar olunmuş psixotrop maddələr ekspertizaya göndərilməsi və dəqiq çəkilərinin müəyyən edilməsi üçün zərfin içərisinə qoyularaq, İmişli rayon polis şöbəsinin 179 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə baxışda iştirak edənlər və İsmayılın özü imza edərək təsdiq etmişdir. Sonradan isə bu barədə məhkəmə kimyəvi ekspertizası rəyi alınmış və həmin ekspertiza rəyində İsmayıl Abdulayevin üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin dəqiq çəkisi 0,904 qram olması müəyyən edilmiş və Şahid1 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddələri çəkdiyi elektron tərəziyə baxıdıqda görmüşdür ki, İsmayılın üzərindən aşkar olunan psixotrop maddələr elektron tərəzinin oz proqramı vasitəsi ilə çəkilmişdir. Daha sonra müəyyən etmişdir ki, 0,035 oz 0,992 qram təşkil edir. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddələr elektron tərəzinin səhvən qram vahidi ilə deyil oz ölcü vahidi ilə çəkmişdir. Toplanmış material araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün İmişli RPŞ-nin təhqiqat bölməsinə verilmiş və Şahid1 araşdırma zamanı üzərindən aşkar olunmuş 2 (iki) büküm ilk görünüşdən psixotrop maddə olan metamfetaminəbənzər maddələri İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs 50 manata aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Namiq Fərzəliyevin əməliyyat tapşırığının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs həmin gün saat təxminən 21:10 radələrində yaşadığı Bəhrəmtəpə qəsəbəsində saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs kimi üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümündə, elektron tərəzidə çəkilərkən çəkisi 0,50 qram olan maddə aşkar olunaraq götürülmüşdür. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, X3 tanıyır. Təqsirləndirilən şəxs dayısı oğludur. Onunla münasibəti var, aralarında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən iki bükümünü həmkəndlisi Şahid1 satması ilə bağlı tutulmuşdur. O, özü narkotik və ya psixotrop maddə istifadə etmir, lakin Dağıstanla arasında müxtəlif vaxtlarda danışığı olmuşdur. Lakin həmin danışıqlarda onunla nə danışmağını isə xatırlamır. **********89 nömrəli mobil nömrə öz istifadəsinddir. **********01 mobil nömrə isə dayısı oğlu Dağıstanın istifadəsində olmuşdur. Ola bilsin ona məxsus mobil telefonu ilə kimsə ona yaxın olan şəxs Dağıstanla yazışıb. Lakin, həmin şəxsin kim olmasını bilmir və xatırlamır. Eşitdiyinə və danışılan söhbətlərdən ona məlum olmuşdur ki, dayısı oğlu Dağıstan həmkəndlisi Şahid1 psixotrop maddə satmış və bunun üçün də tutulmuşdur. O, bu eşitdiklərindən başqa heç nə bilmir və eşitməmişdir. İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 1); İş materiallarında olan cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aidiyyəti üzrə İmişli RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir (1-cild, i.v. 2); İş materiallarında olan “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 03 sentyabr 2024-cü il tarixdə saat 16:11-də İmişli şəhəri, X.Bəylərov kücəsi 92 ünvanda şübhəli şəxs Şahid1 üzərində aparılan şəxsi axtarış zamanı onun əynindəki tünd boz rəngli qısaqol köynəyinin sol ön döş cibindən bir ədəd “X7” markalı siqaret qutusunda saxladığı 2 (iki) ədəd polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür (1-cild, i.v. 12); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 40); İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparlması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01(bir) ədəd sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və istifadəsində olan «Samsung» markalı, üzərində olan ***-***-**-** nömrəsi olan "xxxx" operatoruna məxsus mobil nömrə ilə birlikdə aşkar olunaraq götürülmüşdür (1-cild, i.v. 46-48); İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18/780 nömrəli 04 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,412 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Dağıstan Salamət oğlunun üzərindən aşkar olunmuş 1 bükümdə, Şahid1 üzərindən aşkar olunmuş 2 xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 25 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı) (1-cild, i.v.57-59); İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi barədə qəbul olunmuşdur (1-cild, i.v.63); İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinə, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinə tövsif olunmuş və onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-cild, i.v.82-83); İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 95-96); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1-cild, i.v. 114-117); İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 07 senytabr 2024cü il tarixli protokoldan görünür ki, Şahid1 Adil oğlunun istifadəsində olan "xxxx" markalı üzərində Azercel MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrələri olan mobil telefonun qalereyə bölməsindəki şəkil bölümlərində 3 ədəd qəbzlər olmuş,qəbzlərdən birinin təkrar kopya olması və qəbzin birinin üzərində xx.xx.2024-cü il taixdə saat 14-11 radələrində İmişli şəhəri 28 may küçəsində “Yusif” adlı marketdə quraşdırılmış 5490 nömrəli MPAY ödəmə terminalı vasitəsi ilə 523915…….6696 kart nömrəsinin sahibi S… S… F adlı şəxsin hesabına ********** nömrəli əməliyyatla 50 (əlli) manat, daha sonra həmin bölmədə ikinci qəbzin üzərində xx.xx.2024-cü il tarixdə saat 14:26 radələrində İmişli şəhəri Bəhrəmtəpə qəsəbəsində yerləşən "xxxx" supermarketdə quraşdırılmış 00621 nömrəli PaşhaPay MMC yə məxsus ödəmə terminalı vasitəsi ilə 523915…….6696 kart nömrəsinin sahibi S… S… F adlı şəxsin hesabına **********9 nömrəli əməliyyatla 25 manat pul kösürülməsi aşkar edilmiş, X8 ilə X5 arasında mobil telefonda 03 sentyabr 2024-cü il tarixdə 24 dəfə olmaqla zənglər qeydə alınmış, həmin zənglərin ikisi rədd edilmiş 22 zəngdə isə saat 11:39- da 1 dəqiqə 59 saniyə, 12:06-da 33 saniyə,13:31-də 21 saniyə, 13:31- də 2 dəqiqə 7 saniyə, 13:43 də 12 saniyə, 13-55- də 6 saniyə, 13:56-da 38 saniyə, 13:59-da 48 saniyə, 14:04-də 1 dəqiqə 5 saniyə, 14:06- da 5 saniyə, 14:06- da 1 dəqiqə 50 saniyə, 14:17- də 35 saniyə, 14:19-da 18 saniyə, 14-21-də 12 saniyə, 14:21- də 56 saniyə, 14:23-də 55 saniyə, 14:26-da 38 saniyə, 14:29-da 11 saniyə, 14:30 da 12 saniyə, 14:39-da 39 saniyə, 14:42- də 1 dəqiqə 54 saniyə danışıq aparılmışdır (1-cild, i.v. 132- 150); İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2014-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya məhkəməsi baxışına təyin edilib. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-nin 70-ci maddəsi xaric edilib, 02 il 07 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilib (1-cild, i.v. 241-242); İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 6532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyacı vardır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (1-cild, i.v. 243-244); İş materiallarında olan cinayət işinin ayrılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (2-cild, i.v. 37-38); İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 22 noyabr 2024-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanında qeydiyyatdadır və ailə üzvləri anası X4 və qardaşı X2 ibarətdir (2-cild, i.v. 40); İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 41); İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 4(036)-90/2025 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair təqdimat və vəsatət təmin edilməmişdir (2-cild, i.v. 50-51); İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-145/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İmişli rayon prokuroru Valeh Səmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməsi və İmişli Rayon Məhkəməsinin 4(036)-90/2025 saylı xx.xx.2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (2-cild, i.v. 61-67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli 1393 saylı rəyindən görünür ki, təqdim edilmiş obyektin sensor ekran və «Android13» əməliyyat sistemi ilə təhciz olunmuş bir ədəd «Samsung Galaxy A32» markalı «SM-A325F/DS» modelli «**********08365, **********08367»İMEİ kodlu mobil smartfonun yaddaşından toplanmış mövcüd olan və pozulmuş məlumatlar (telefon kitağcası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto,aidio və video fayıllar «Votsapp» proqramı təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar xarici yaddaş qurğusuna köçürüldü. 2.Təqdim edilmiş «Samsung Galaxy A32»markalı «SM-A325F/DS» modelli mobil smartfonun yaddaşında olub «Vatsapp»proqram təminatının mobil smartfona nə zaman yüklənməsinə dair hər hansısa bir rəqəmsal iz aşkar olunmadı. 3.Təqdim olunan «Samsung Galaxy A32» markalı «SM-A325F/DS» modelli mobil smartfonun yaddaşında olub» Votsapp proqram təminatı 994 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. (2-cild, i.v. 86-89); İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-cild, i.v. 99-100); İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 4(036)-35/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 02 (iki) ay müddətinə uzadılmışdır (2-cild, i.v. 134-141); İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, 13 sentyabr 2024-cü il tarixli qərarı ilə Şahid1 üzərindən götürülmüş ümumi təmiz çəkisi 0,904 qram və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi olan 0,804 qram və Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,412 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,362 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi subut qismində tanınması və ********* nömrəli cinayət işi üzrə 12 noyabr 2024-cü il tarixli qərarıla İmişli RPŞ-nin maddi subutların saxlancı otağına təhvil verilməsi nəzərə alınması, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin dindirmə protokolları, üzləşdirmə protokolları, baxış protokolu, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Şahid1 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş əşya-dəlillər, məhkəmə-fiziki kimyəvi, məhkəmə-narkoloji ekspertizası rəyləri, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, iş üzrə digər istintaq hərəkəti protokolları, sübut növü kimi qiymətləndirilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli 1393 saylı rəyi ilə tədqiqat obyektində olanların 1 ədəd yaddaş qurğusuna köçürülməsi nəzərə alınması, cinayət işinə əlavə edilməsi və iş üzrə maddi subut qismində tanınmış və cinayət işinin istintaq materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqbi başlanması rədd edilməsi, 03 sentyabr 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş «Samsung» markalı, üzərində olan ***-***-**-** nömrəsi olan "xxxx" operatoruna məxsus mobil nömrə iş üzrə maddi sübut qismində tanınması və İmişli rayon polis şöbəsinin saxlancı otağına təhvil verilməsi və Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, üzərində saxlamaqla daşıyıb gətirdiyi 1,316 qram çəkidə psixotrop maddə olan metamfetaminin əldə olunma mənbəyi ilə bağlı ayrıca icraata material ayrılmış və ********* nömrəli cinayət işi üzrə 12 noyabr 2024-cü il tarixli qərarla verilmiş nəticələrin qüvvədə olması nəzərə alınması qərara alınmışdır(2-cild, i.v. 170-180); İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(036)-21/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, təqsirləndirilən şəxs Şahid2 üzərinə İmişli rayon icra və probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanını tərk etməmək, İmişli rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Şahid2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Şahid2 yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi, Şahid2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Şahid2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və Şahid2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və əməlindən peşman olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtiadi istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə mühafizə xidmətində mühafizəçi işləmişdir. Şahid2 ilə bir qəsəbədə yaşayır və sonuncu psixotrop maddə metamfetamin istifadə edir. Onlar birlikdə psixotrop maddə istifadə etmiş və söbət zamanı Mail ona birlikdə istifadə etmək üçün pul müqabilində psixotrop maddə tapmasını xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat təxminən 11:39 radələrində o, Təqsirləndirilən şəxs zəng edərək, 50 manatlıq və 25 manatlıq metamfetamin almaq istədiyini demişdir. Danışıq zamanı Dağıstan ona plastik bank kartının nömrəsini demiş və nömrəni vərəq üzərində qeyd etmişdir. Həmin gün o, İmişli şəhəri, 28 may küçəsində yerləşən “Yusif” adlanan marketdəki “MPay” ödəmə terminalı vasitəsi ilə saat 14:11 radələrində 50 manat pulu Dağıstanın verdiyi 523915…….6696 kart nömrəsinə göndərmiş və ekranda kart sahibinin “S… S… F” adlı şəxs olduğunu görmüşdür. Dağıstanla sonrakı söhbətləri zamanı Dağıstan ona metamfetamini haradan götürəcəyini deməmiş, lakin pulu həmkəndliləri Şahid6 kart hesabına atmağı bildirmişdir. Həmçinin o, Dağıstana əlavə olaraq 25 manat da pul göndərdiyini və bir büküm metamfetaminin də həmkəndlisi Mail üçün götürəcəyini demişdir. Dağıstan ona bükümlərdən birinin iri, digərinin isə xırda olacağını demişdir. O, saat 14-26 radələrində Mail ilə danışıb ona pulu atacağı kart nömrəsini bildirmiş və sonuncu pulu eyni kart hesabı nömrəsinə göndərmişdir. O, Dağıstanla danışmış və sonuncu metamfetamini götürüb özünün gətirəcəyini demişdir. Daha sonra Dağıstan ona iki büküm metamfetamin gətirərək vermiş, hansı ki, həmin bükümlərdan birini o, həmkəndlisi Maillə istifadə edəcəkmiş. 3 sentyabr 2024-cü il tarixdə saat 16:00 radələrində o, işlədiyi İmişli Rayon Mərkəzi Xəstəxanasının arxa giriş qapısında xidmətdə olarkən, ora tanıdığı 3 nəfər mülki geyimdə olan İmişli rayon polis şöbəsinin əməkdaşları gəlmiş və özlərini təqdim etmişlər. Onlardan Şahid3 ona üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını və üzərinə baxış keçiriləcəyini, üzərindəki qanunsuz əşya, psixotrop maddə və narkotik vasitə varsa onları təqdim etməsini demişdir. O da əynində olan tünd boz rəngli qısaqol köynəyinin sol döş cibində “X7” markalı siqaret qutusunun içərisində saxladığı iki ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşı Şahid3 təqdim etmişdir. Sorğu zamanı o, əvvəlcə metafetamini yerdən tapdığını deyərək yalan danışmışdır. Bundan sonra üzərindən aşkar olunan iki bükümdəki psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,035 qram olduğu müəyyən edilmişdir. Onda aşkar olunan psixotrop maddələr zərfin içərisinə qoyularaq İmişli rayon polis şöbəsinin 179 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri baxışda iştirak edənlər və onun özü tərəfindən imzalanmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(036)-16/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Şahid1 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Şahid1 yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Şahid1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Şahid1 yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi, Şahid1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Şahid1 barəsində seçilmiş “başqa getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və Şahid1 ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və əməlindən peşman olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtiadi istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə mühafizə xidmətində mühafizəçi işləmişdir. Şahid2 ilə bir qəsəbədə yaşayır və sonuncu psixotrop maddə metamfetamin istifadə edir. Onlar birlikdə psixotrop maddə istifadə etmiş və söbət zamanı Mail ona birlikdə istifadə etmək üçün pul müqabilində psixotrop maddə tapmasını xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat təxminən 11:39 radələrində o, Təqsirləndirilən şəxs zəng edərək, 50 manatlıq və 25 manatlıq metamfetamin almaq istədiyini demişdir. Danışıq zamanı Dağıstan ona plastik bank kartının nömrəsini demiş və nömrəni vərəq üzərində qeyd etmişdir. Həmin gün o, İmişli şəhəri, 28 may küçəsində yerləşən “Yusif” adlanan marketdəki “MPay” ödəmə terminalı vasitəsi ilə saat 14:11 radələrində 50 manat pulu Dağıstanın verdiyi 523915…….6696 kart nömrəsinə göndərmiş və ekranda kart sahibinin “S… S… F” adlı şəxs olduğunu görmüşdür. Dağıstanla sonrakı söhbətləri zamanı Dağıstan ona metamfetamini haradan götürəcəyini deməmiş, lakin pulu həmkəndliləri Şahid6 kart hesabına atmağı bildirmişdir. Həmçinin o, Dağıstana əlavə olaraq 25 manat da pul göndərdiyini və bir büküm metamfetaminin də həmkəndlisi Mail üçün götürəcəyini demişdir. Dağıstan ona bükümlərdən birinin iri, digərinin isə xırda olacağını demişdir. O, saat 14-26 radələrində Mail ilə danışıb ona pulu atacağı kart nömrəsini bildirmiş və sonuncu pulu eyni kart hesabı nömrəsinə göndərmişdir. O, Dağıstanla danışmış və sonuncu metamfetamini götürüb özünün gətirəcəyini demişdir. Daha sonra Dağıstan ona iki büküm metamfetamin gətirərək vermiş, hansı ki, həmin bükümlərdan birini o, həmkəndlisi Maillə istifadə edəcəkmiş. 3 sentyabr 2024-cü il tarixdə saat 16:00 radələrində o, işlədiyi İmişli Rayon Mərkəzi Xəstəxanasının arxa giriş qapısında xidmətdə olarkən, ora tanıdığı 3 nəfər mülki geyimdə olan İmişli rayon polis şöbəsinin əməkdaşları gəlmiş və özlərini təqdim etmişlər. Onlardan Şahid3 ona üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını və üzərinə baxış keçiriləcəyini, üzərindəki qanunsuz əşya, psixotrop maddə və narkotik vasitə varsa onları təqdim etməsini demişdir. O da əynində olan tünd boz rəngli qısaqol köynəyinin sol döş cibində “X7” markalı siqaret qutusunun içərisində saxladığı iki ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşı Şahid3 təqdim etmişdir. Sorğu zamanı o, əvvəlcə metafetamini yerdən tapdığını deyərək yalan danışmışdır. Bundan sonra üzərindən aşkar olunan iki bükümdəki psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,035 qram olduğu müəyyən edilmişdir. Onda aşkar olunan psixotrop maddələr zərfin içərisinə qoyularaq İmişli rayon polis şöbəsinin 179 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri baxışda iştirak edənlər və onun özü tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, "xxxx" MMC sistemində yalnız nömrələrin konkret olaraq adına rəsmiləşdirildiyi abunəçilər barədə məlumatların qeydiyyatı aparılır, nömrələrin məxsus olmadığı, lakin faktiki istifadəçilərinə dair ayrıca qeydiyyat aparılmır. Məhkəmə iclasında "xxxx" və "xxxx" MMC-ə tərəfindən məhkəmə qərarının icrası ilə bağlı göndərilmiş “DVD-R” diskdə olan fayllara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, əməliyyat müvəkkilləri Şahid4 məxsus, Şahid3 məxsus mobil nömrələrin anten məlumatları tədqiq edilmişdir. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01(bir) ədəd sellofan kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və istifadəsində olan «Samsung» markalı, üzərində olan ***-***-**-** nömrəsi olan "xxxx" operatoruna məxsus mobil nömrə ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş kütlə ilkin zərfə geri qoyularaq, həmin zərflə birlikdə zərfin içərisinə qablaşdırılmış, DİN-nin 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, digər məhkəmə hökmləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 50 (əlli) manat pulu o, qalan 25 (iyirmi beş) manat pulu isə Şahid2 narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs atdığı karta köçürmüşlər. Təqsirləndirilən şəxsla danışıqlar yalnız narkotik vasitə əldə etmək üçün olmuşdur. Bundan başqa, Şahid1 barəsində qəbul edilmiş İmişli Rayon Məhkəməsinin 1(036)- 16/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə də Şahid1 narkotik vasitəni məhz Təqsirləndirilən şəxs alması sübuta yetirilmişdir. Həmin məhkəmə araşdırması zamanı da Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs alması barədə ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin hökm qanuni qüvvəsini aldığı üçün hazırkı iş üzrə həmin hökmdə müəyyən edilmiş hallar hissəsində məcburi xarakter daşıyır. Həmçinin Şahid1 istifadəsində olan "xxxx" markalı, üzərində Azercell MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrələri olan mobil telefonun qalereya bölməsindəki şəkillər arasında 3 ədəd qəbz aşkar edilmişdir. Qəbzlərdən birinin təkrar kopiya olması, digər qəbzlərin isə birində xx.xx.2024-cü il tarixdə saat 14:11 radələrində İmişli şəhəri 28 May küçəsində yerləşən “Yusif” adlı marketdə quraşdırılmış 5490 nömrəli MPAY ödəmə terminalı vasitəsilə 523915…….6696 kart nömrəsinin sahibi S… S… F adlı şəxsin hesabına ********** nömrəli əməliyyatla 50 (əlli) manat pul köçürülməsi, ikinci qəbzdə isə xx.xx.2024-cü il tarixdə saat 14:26 radələrində İmişli şəhəri Bəhrəmtəpə qəsəbəsində yerləşən "xxxx" supermarketdə quraşdırılmış 00621 nömrəli PaşhaPay MMC-yə məxsus ödəmə terminalı vasitəsilə həmin kart hesabına **********9 nömrəli əməliyyatla 25 (iyirmi beş) manat pul köçürülməsi aşkar edilmişdir. Bu fakt da şahid ifadələrini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin pulun ona narkotik vasitə üçün deyil, borcun qaytarılması üçün göndərilməsi barədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadə, Şahid1 həm ibtidai istintaq zamanı, həm hazırkı məhkəmə iclasında, həm də onun öz barəsində baxılan cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadələr, eləcə də Şahid2 ibtidai istintaq zamanı və hazırkı məhkəmə iclasında verdiyi ifadələr həmin pulun məhz narkotik vasitənin alınması üçün göndərildiyini sübut edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin pulun ona narkotik vasitə üçün göndərildiyini etiraf etməsə də, narkotik vasitəni Şahid1 özü tərəfindən əvəzsiz qaydada verdiyini etiraf etmişdir. Bununla da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması, yəni miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlər etmişdir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində guya onun ibtidai istintaq zamanı hər hansı qəddar, qeyri-insani rəftara və hərəkətlərə, o cümlədən işgəncəyə məruz qalması barədə bildirməsi də cinayət məsuliyyətindən yayınmaq məqsədilə edilmiş hərəkətlər olmaqla onun müdafiə hüququnun həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Lakin o, ifadəsində bildirsə də ki, bədənində xəsarətlər olmuşdur, ona verilmiş suallara cavab olaraq bu barədə istintaq təcridxanasında məlumat vermədiyini və həmin xəsarətlərin istintaq təcridxanasında ümumiyyətlə aşkar edilmədiyini bildirmişdir. Həmçinin o, bu barədə heç kəsə, o cümlədən rayon prokurorluğuna məlumat vermədiyini qeyd etmişdir. Bundan başqa, onun tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən də bu barədə heç bir sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi, Universal Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən bildirilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində və onunla keçirilmiş konfidensial görüş zamanı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14 radələrində tanışı İsmayıl ilə birlikdə narkotik vasitə istifadə etmək istəyərkən Ələddin və Rəcəb adlı polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən İsmayıl təlimatlandırılmış və videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı o da orada olmuş, lakin polis əməkdaşları onun kadra düşməməsini təmin etmişlər. Həmin videoçəkilişə baxdıqda aydın görünür ki, polis əməkdaşları tərəfindən çəkiliş səhnələşdirilmişdir. Belə ki, üç polis əməkdaşı guya İsmayılın üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirərək dərhal avtomobilə minib yaxınlıqda yerləşən xəstəxananın giriş qapısında İsmayıla yaxınlaşırlar. Nə hikmətdirsə, üzərində narkotik vasitə olan və polis əməkdaşlarını görən İsmayıl heç yerindən tərpənmir və polis əməkdaşlarını gözləyir. Yaxınlaşan polis əməkdaşı İsmayıldan narkotik vasitəni təqdim etməsini istəyir. İsmayıl narkotik vasitəni təqdim etdikdə isə Şahid3 onun metamfetamin olduğunu bildirir. Həmçinin çəkiliş zamanı İsmayıl iki dəfə əli ilə hasarın kənarını göstərərək narkotik vasitəni oradan tapdığını bildirmişdir. Lakin buna baxmayaraq, sonrakı izahatlarında narkotik vasitənin ona Dağıstan tərəfindən satıldığını bildirmişdir. Buradan da görünür ki, İsmayıl təzyiq altında ifadələrini Dağıstanın əleyhinə vermişdir. Bununla əlaqədar məhkəmə bildirir ki, videoçəkiliş “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Videoda Şahid3 metamfetamin deyil, metamfetaminə bənzər maddənin aşkar olunduğunu qeyd edir. Həmçinin Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni yerdən tapması barədə yalan məlumat verdiyini etiraf etmişdir. Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 verdiyini etiraf etmiş, lakin bunu əvəzli deyil, əvəzsiz şəkildə etdiyini bildirmişdir. Müdafiəçinin çıxışında göstərdiyi kimi, Təqsirləndirilən şəxs mobil telefonunun həmin gün saat 15 radələrindən etibarən söndürülməsi onun məhz həmin vaxt tutulduğunu sübut etmir. Bundan başqa, əməliyyat müvəkkilləri Şahid4 məxsus ***-***-**-**, ***-***-**- **, ***-***-**-** nömrəli mobil telefonların əhatə dairəsinin, eləcə də Şahid3 ***-***-**-** nömrəli mobil telefonunun əhatə dairəsinin yalnız İmişli şəhərində olması onların Bəhrəmtəpə qəsəbəsində olmamasını sübut etmir. Qeyd edilən mülahizələr başqa sübutlarla da öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-də nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 01 ədəd bükümdə olan ilkin təmiz çəkisi 0,412 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,362 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş üzərində ***-***-**-** "xxxx" operatoruna məxsus mobil nömrə və “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılmalı və 07 ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-39/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001734 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 04 (dörd) saat, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq üçün xx.xx.2025-ci il tarixədək hər iş saatı üçün 6 (altı) və xx.xx.2025-ci il tarixdən isə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixədək göstərilən hüquqi yardıma görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən isə göstərilən hüquqi yardıma görə isə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 189 (bir yüz səksən doqquz) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdən 27 noyabr 2024-cü tarixədək həbsdə olduğu 2 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 03 (üç) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 01 ədəd bükümdə olan ilkin təmiz çəkisi 0,412 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,362 qram çəkidə narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş üzərində ***-***-**-** "xxxx" operatoruna məxsus mobil nömrə və “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılsın və 07 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 4 (dörd) saat hüquqi yardıma görə 24 (iyirmi dörd) manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 15 (on beş) saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat olmaqla ümumilikdə 189 (bir yüz səksən doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar