Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-4/2021 10.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 23 avqust 1989-cu ildə Tərtər rayonu, Poladlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ondan 2017-ci ilin avqust ayında İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən fermada 35 baş camış heyvanının hər birini 1100 manatdan olmaqla cəmi 38500 manata alıb baha qiymətə satmaqla pulunu 1 həftə ərzində verəcəyi vədi ilə aldadaraq, həmin heyvanların hamısını müxtəlif tarixlərdə satıb gəlir əldə etsə də, vədinə əməl etməyərək həmin pulun 11600 manatını qaytarıb, qalan 26900 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib 02 yanvar 2018-ci il tarixdə, saat 11:00 radələrində Salyan rayonu, Xalac kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus 11 baş erkək dana heyvanlarının hər birini 1781 manat olmaqla cəmi 19600 manat qiymətinə alıb baha qiymətə satmaqla pulunu 3 gün ərzində verəcəyi vədi ilə aldadaraq, həmin 11 baş erkək dana heyvanlarını aparıb satdıqdan sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 13000 manat qaytarıb, qalan 6600 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib 19 fevral 2018-ci il tarixdə saat 20:00 radələrində İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus şərikli aldıqları 14 baş inək heyvanlarını cəmi 15000 manat qiymətinə alıb baha qiymətə satmaqla pulunu 1 həftə ərzində verəcəyi vədi ilə aldadaraq, həmin 14 baş inəyi aparıb satdıqdan sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 7500 manat qaytarıb, qalan 7500 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X1 etibarından sui-istifadə edib 05 mart 2019-cu il tarixdə saat 10:00 radələrində Ağcəbədi rayon mal bazarı ərazisində Rəhbər Rüstəmova məxsus bir baş yanında balası olan inək heyvanını cəmi 2250 manat qiymətinə alıb 250 manat verdikdən sonra heyvanı baha qiymətə satmaqla qalan pulunu həmin həftə ərzində verəcəyi vədi ilə aldadaraq, həmin bir baş yanında balası olan inək heyvanını aparıb satdıqdan sonra vədinə əməl etməyərək qalan 2000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Tərtər rayonu, Poladlı kəndində yaşayır. Ətraf rayonlarda yerləşən heyvan bazarında heyvan alveri ilə məşğul olur. Zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs2 Kazim oğlunu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və X3 tanıyır. Belə ki, o, əvvəllər həmin şəxslər ilə bir neçə dəfə malqara alveri etmişdir. Lakin alver zamanı maddi zərərə məruz qaldığı üçün zərərçəkmiş şəxslərin bir hissəsinin pulunu onlara ödəyə bilməmişdir. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri yoxdur. Özü ailəlidir və himayəsində 1 (bir) azyaşlı oğlan uşağı vardır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 tanıyır. Əvvəlcə Elxanı tanımışdır. İmişli rayonu, Aranlı kəndində yerləşən özünə məxsus ferma düzəltdirib işləməyə başlamışdır. Fermada camış, inək və qoyun heyvanları vardır. Onun heyvanlarını çobanları otarır. Heyvanlardan satmaq istəyəndə özünə məxsus “UAZ” markalı maşını ilə heyvanı İmişli rayon mal bazarına gətirib satmışdır. Belə ki, təxminən 2017-ci ilin əvvəllərində İmişli rayon mal bazarında heyvan satarkən orada Təqsirləndirilən şəxs görmüş, yanında sonradan tanıdığı qardaşı Şahid5 ilə gəlmiş və heyvan almaq istəmişlər. Elxan onu tanıdığı üçün ondan heyvan almaq istəmiş və ilk dəfə Elxana 1 baş dana heyvanı satmış, pulun yarısını vermiş, yarısını isə borclu qalmış, demişdir ki, gələn həftə bazara gələndə qalan pulu da gətirəcək. Elxan vəd verdiyi kimi növbəti həftə onun satdığı dananın qalan pulunu gətirib vaxtında vermişdir. Bundan sonra, bir neçə dəfə Elxanla qardaşı Şamo İmişli rayon mal bazarında ondan heyvan almışlar, heyvanın pulunu bəzən nağd vermişlər, bəzən də sonra verəcəklərini bildirmişlər və dedikləri vaxtda da pulu vermişlər. Buna görə də onun Elxan və Şamo qardaşları ilə münasibəti daha da möhkəmlənmiş və onun onlara inamı artmışdır. Çünki, həmin vaxtlarda onlar onu aldatmayaraq aldıqları heyvanların pulunu vaxtında ödəmişlər. O, da hər dəfə onlara inanıb heyvanlarını nisyə vermişdir ki, sonra pulun versinlər. Hətta bir neçə dəfə, dəqiq tarixi xatırlamır Elxan və Şamo qardaşları onun fermasına gəlib heyvan alıb vaxtında pulunu vermişlər, onları fermada olan evinə qonaq aparmışdır. Beləcə Elxan və Şamo adlı qardaşlarla münasibəti daha da yaxınlaşmışdır. Belə ki, təxminən 22 avqust 2017-ci il tarixdə axşam vaxtı, fermada çoban işləyən Anar və bu işlərdə arabir ona kömək edən bacanağı Elnurla birlikdə ona məxsus heyvanlardan bir neçəsini satmaq üçün İmişli rayon mal bazarına gətirmişlər, gətirdiyi heyvanların içərisində camış heyvanı da vardır, həmin gecəni səhərə kimi heyvanlardan bir neçəsini satmışlar. 23 avqust 2017-ci il tarixdə saat 12 radələrində onlar mal bazarında olarkən Elxan və Şamo adlı qardaşlar Elxanın özünün idarə etdiyi “Qazel” markalı yük maşını ilə bazara gəlmişlər, onlar onu bazarda görüb camış heyvanı almaq istədiklərini bildirmişlər. Elxan onun fermasına əvvəl gəldiyi üçün fermasında camış heyvanı olduğunu bilmiş və buna görə ona demişdir ki, ondan camış heyvanı almaq istəyir. Onlar 35 baş camış almaq istədiklərini bildirmişlər, Elxanın camışları nisyə ala biləcəyindən ehtiyatlanıb əvvəlcə razı olmasa da Elxan ona demişdir ki, narahat olmasın camışları nağd qiymətə alacaqlar. O, da Elxanı və qardaşı Şamonu tanıdığı üçün və onlarla əvvəllər dəfələrlə malheyvan alveri etdiyi üçün Elxan və Şamoya etiraz etməmiş və hələ ki satmadığı camış heyvanlarını da maşına mindirib onun fermasına qayıtmışlar. Elxan və Şamo da “Qazel” markalı yük maşını ilə onun fermasına gəlmişlər. O, da onları fermada olan evində qonaq edib çay içmişlər, həmin vaxtı Elxan və Şamo adlı qardaşlar bildirmişlər ki, ondan 35 baş camış almaq istəyirlər. Danışıb razılaşmışlar ki, həmin camışların birini 1100 manatdan hesablayacaqlar və onlar ona ümumilikdə 38500 manat pul verməli olmuşlar. Onlar da buna razılaşmışlar. Lakin pulunu sonra verəcəkləri barədə heç bir söz deməmişlər. Elə zənn etmişdir ki, onlar camış heyvanlarını maşına yükləyən kimi onun pulunu verəcəklər. Bundan sonra onlarla birlikdə Qızılkənd kəndinin çıxışında yerləşən kafeyə gedib onlara yemək qonaqlığı vermişdir. Yolda gedərkən Elxan öz rayonlarından olan iki nəfər şəxsə zəng edib “Ateka” kimi tanıdığı Mersedes markalı yük maşınları gətirmələrini bildirmişdir. Onlar kafedə olduqları müddətdə Bərdə rayonundan olan sürücülərin idarə etdiyi 2 ədəd “Ateka” kimi tanıdığı Mersedes markalı yük maşınları gəlmişdir. Sonra Elxan və Şamo adlı qardaşlarla birlikdə həmin maşınlarla onun fermasına getmişlər. Onlar onun fermasından ona məxsus 35 baş camışı həmin “Qazel” maşınlarına yükləmişlər. O, da çobanlarla birlikdə onlara kömək etmişdir. Camış heyvanlarını maşınlara yüklədikdən sonra, Elxan və Şamo camışların pulunu vermək üçün ona yaxınlaşmışlar. Elxan cibindən pul çıxarıb saymış və 3500 manat pul olduğunu bildirib ona uzatmış və qalan pulu 31 avqust 2017-ci il tarixdə olan Qurban bayramından 1 həftə sonra, yəni təxminən sentyabr ayının 10-na kimi verəcəyi barədə vəd vermişdir. Bundan narahat olub əvvəlcə pulu götürməmiş və Elxanla Şamoya demişdir ki, “siz mənə camışları nağd alacağınızı deyirdiniz, indi isə pulun az bir hissəsini verib qalanını sonra verəcəyinizi deyirsiniz, mən bu qədər heyvanı sizə nisyə verə bilmərəm”. Elxanla Şamo onun bu sözlərini eşidəndən sonra Elxan demişdir ki, “mən bir qədər başqa heyvan almışam, pulum az qalıb, camışları Ağdaşın bazarında satıb sənin pulunu verəcəm”. Heyvanları satmaq istəməsə də Elxan və Şamo bir neçə dəfə ona and-aman etmişlər ki, narahat olmasın, pulunu vaxtında verəcəklər. O, da məcbur qalıb onlara inanmış və 3500 manat pulu Elxandan alıb qalan pulu dedikləri vaxta kimi ona verəcəkləri ilə razılaşmışdır. Razılaşmaları təxminən 23 avqust 2017-ci il tarixdə saat 19:21 radələrində olmuşdur. Elxan və Şamo yemək yedikləri vaxtı spirtli içki qəbul etdiklərindən və həm də heyvanla birlikdə getmək üçün hərəsi bir Ateka maşınına minmişlər, onların gəldiyi Qazel maşını isə fermasında saxlamışlar və bildirmişlər ki, pulu gətirəndə gəlib maşını da götürəcəklər. Bundan sonra onlar çıxıb getmişlər, Qazel maşını da fermada qalmışdır. Təxminən 2017-ci ilin sentyabr ayının ortalarında görmüşdür ki, Elxan və Şamo pulu gətirmirlər, buna görə Elxanın telefonuna zəng vurub sonuncudan pulu nə səbəbə gətirmədiyini soruşmuşdur. Elxan da ona demişdir ki, camışların yarısını Ağdaş rayonunun mal bazarında satmış, qalan hissəsini də Sumqayıt şəhərinə kəsinti yerinə satmağa aparır. O, da demişdir ki, “Elxan, satdığın camışların pulunu gətir, satmadığın camışları da fermaya qaytar, sən dediyin vaxtdan keçib”, Elxan isə demişdir ki, “narahat olma, qalan camışları da satıb pulunu tam verəcəm”. Buna görə bir neçə gün gözləmiş və sentyabr ayının ortalarında saat 11:00 radələrində Bakı şəhərində olarkən Elxanla “Yanardağ” adlı ərazidə görüşmüş, orada Elxan ona 3100 manat pul vermiş, demişdir ki, bir həftə ərzində qalan pulun hamısını verəcək. Bundan təxminən 15 gün sonra, 2017-ci ilin sentyabr ayının son günlərində Elxan 5000 manat pul vermiş, həmin vaxtı Bakı şəhərində olduğundan Elxan pulu fermada çoban işləyən Anara vermiş və fermada saxladığı Qazel maşınını da götürüb getmişdir. Beləliklə Elxan və Şamo adlı qardaşları ondan aldıqları 35 baş camış heyvanına görə verməli olduqları 38500 manat puldan 11600 manatını vermişlər. Lakin, həmin vaxtdan Elxan və Şamo adlı qardaşları onu aldadaraq qalan 26900 manat pulu verməmişlər. Onlar onu hər dəfə müxtəlif bəhanələrlə aldadıb pulunu verməmişlər. Hətta bir neçə dəfə Elxan ona telefonda bildirmişdir ki, “sənə pul verməyəcəm, hara istiyirsən şikayət elə”. Son vaxtlarda isə Elxan və Şamo ümumiyyətlə onun telefonlarına cavab vermirlər, başqa nömrələrlə onların telefonuna zəng edib danışanda onunla telefonda kobud danışaraq pulunu verməyəcəklərini bildirmişlər. O, da təxminən 2017-ci ilin noyabr-dekabr aylarında dəqiqləşdirmişdir ki, Elxan və Şamo adlı qardaşlar onu aldadırlar. Hətta bir neçə dəfə onlara başqa nömrə ilə zəng edib danışanda bildirmişdir ki, pulunu verməsələr şikayət edəcək, onlar isə onunla kobud danışıb “hara istəyirsən şikayət elə” demişlər. O, da məcbur qalıb polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, konkret olaraq, 22 avqust 2017-ci il tarixdə Aranlı kəndində yerləşən fermasında Elxan və Şamo adlı qardaşlara hər biri 1100 manat dəyərində 35 baş camış heyvanı satmışdır. Onlar ona həmin gün 3500 manat vermişlər, 2017-ci ilin sentyabr ayının ortalarında Bakı şəhərində 3100 və 2017-ci ilin sentyabr ayının sonlarında isə Aranlı kəndində 5000 manat pul vermişlər. Qalan 29600 manat pulunu isə verməmişlər, onu müxtəlif bəhanələrlə aldadıb əmlakını ələ keçirmişlər. Heyvanları satarkən və 3500 manat pulu alarkən fermasında işləyən Mahmud, Xəyal, Anar adlı çobanlar, Elnur adlı bacanağı orada olmuşdur. Bakı şəhərində Elxandan 3100 manat pulu alanda çoban işləyən Anarın oğlu Elmir yanında olmuşdur, 5000 manat pulu isə çoban işləyən Anarın özünə vermişdir ki, ona versin. Əvvəllər Təqsirləndirilən şəxs və Şahid5 adətən 1-2 baş heyvan satmış və onlar da heyvanların pulunu ona ödəmişlər. Heç vaxtı 35 baş heyvanı bir yerdə nisyə satmamışdır. Buna görə də Təqsirləndirilən şəxs və Şahid5 35 baş camış heyvanının pulundan cəmi 3500 manat hissəsini verib qalan 35000 manat hissəsinin nisyə qalmasından ehtiyat etmiş, narahat olmuş, buna görə əvvəlcə Təqsirləndirilən şəxs və Şahid5 etiraz etmişdir. Lakin onların çox təkidindən sonra və aralarındakı münasibətə görə onu aldatmayacaqlarını fikirləşib razı olmuşdur. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona 26900 (iyirmi altı min doqquz yüz) AZN məbləğində pul ödəmələdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, onun öz şəxsi təsərüfatında olan 11 baş iribuynuzlu erkək danaları olmuşdur. Belə ki, heyvanlarını satmaq istəmişdir. Belə ki, 02 yanvar 2018-ci il tarixdə əvvəllər tanıdığı Salyan Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyən Təyyar Rzaquliyev ona bildirmişdir ki, onun tanışları olan Təqsirləndirilən şəxs və Şahid5 heyvan almaqla məşğul olurlar, o, da demişdir ki, gəlsinlər, heyvanlarını həmin şəxslərə satar. Belə ki, 02 yanvar 2018-ci il tarixdə səhər saat 11:00 radələrində Təqsirləndirilən şəxs və Şahid5 bir nəfər tanımadığı şəxsin idarə etdiyi “Mersedes-Ateka” markalı yük avtomobili ilə onların evin həyətinə gəlmişlər. Təqsirləndirilən şəxs və Şahid5 ona yaxınlaşıb bildirmişlər ki, onlar Təyyar Rzaquliyevi tanıyırlar və ondan heyvan almaq istəyirlər. O, da etiraz etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs və Şahid5 heyvanları şərikinə almaq istədiklərini bildirmişlər. Onlar birlikdə tövləyə gedib heyvanlara baxmışlar, onlarla danışıb razılaşandan sonra Təqsirləndirilən şəxs və Şahid5 ona məxsus 11 baş erkək dana heyvanlarının hər birini 1781 manatdan olmaqla ümumi 19600 manat dəyərində almağa razılaşmışlar. Əvvəlcə elə bilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 almaq istədikləri heyvanların pulunu nağd şəkildə verəcəklər. Çünki, bu barədə Təqsirləndirilən şəxs və Şahid5la danışanda onlar bildirmişlər ki, heyvanları nağd qiymətə alacaqlar. O, da buna görə Təqsirləndirilən şəxs və Şahid5la razılaşmışdır. Onlar 11 baş erkək dana heyvanlarını gəldikləri “Mersedes-Ateka” markalı yük avtomobilinin yük yerinə yığmışlar və heyvanların pulunu verilməsi ilə bağlı söhbət gedəndə Təqsirləndirilən şəxs demişdir ki, “3 gün müddətində, yəni 05 yanvar 2018-ci il tarixə kimi 19600 manat pulun hamısını gətirib verəcəyik”. Təqsirləndirilən şəxs və Şahid5 birinci olan sözlərinə, yəni pulu nağd verəcəkləri barədə sözlərinə əməl etmədiklərini görüb demişdir ki, “mən heyvanları nağd satmaq istəyirəm, heyvanları maşından boşaldın”. Onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs və Şahid5 qardaşları kənara çəkilib öz aralarında söhbət etmişlər və bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb demişdir ki, 6000 manat pulları vardır, həmin pulu versinlər, 3 gündən sonra 05 yanvar 2018-ci il tarixdə Salyan rayonuna “Nurgün” şirkətinə məxsus fermadan heyvan almağa gələcəklər, həmin vaxtı qalan 13600 manat pulunu verəcəklər. Fikirləşmişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları onu aldatmazlar. Buna görə də əvvəlcə heyvanları satmaq istəməsə də sonradan məcbur qalıb razılaşmış və 6000 manat pulu alıb 11 baş erkək dana heyvanlarını Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarına satmışdır ki, qalan 13600 manat pulu 3 gündən sonra verəcəklər. 3 gün keçəndən sonra, 05 yanvar 2018-ci il tarixdə görmüşdür ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarından heç bir xəbər yoxdur, buna görə özü Təqsirləndirilən şəxs və Şahid5 zəng etmiş və bildirmişdir ki, vəd verdikləri vaxtda qalan pulu gətirməmişlər. Onların hər biri ilə ayrı ayrılıqda danışanda onlar demişlər ki, “başımız qarışıqdır, uşaq xəstədir, bir neçə günə pulu verəcəyik”. Buna görə gözləmiş, təxminən 2018-ci ilin yanvar ayının 7-8-i Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının yenə də gəlmədiklərini görüb yenə də onlarla ayrı-ayrılıqda əlaqə saxlamışdır. Dəfələrlə əlaqə saxlayandan sonra, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları ilə danışanda onlara demişdir ki, pulu verməsələr onlardan polisə şikayət edəcək. Bundan sonra, 2018-ci ilin yanvar ayının 8-də Şahid5 poçt vasitəsilə oğlu Şahid6 adına 1000 manat pul göndərmişdir. O, da Təqsirləndirilən şəxs və Şahid5 qardaşları ilə danışanda onlara demişdir ki, “siz qalan 13600 manat pulun hamısını deyil, nə səbəbdən 1000 manat pul göndərmisiniz”. Onlar da demişlər ki, “uşaq xəstədir, başımız qarışıqdır, pulun qalanını bir neçə günə göndərəcəyik”. Hiss etmişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları onu aldadıb qalan pulu vermək istəmirlər. Belə ki, həmin vaxtlarda Rasim adlı şəxs ona zəng edərək demişdir ki, “eşitmişəm sən Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarına heyvan satmısan, əgər heyvanın varsa gəlim mən də səndən heyvan alım”. Rasim adlı şəxsə demişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları ondan aldıqları heyvanların pulunun çox hissəsini verməmişlər, onlar demişlər ki, uşaqları xəstədir, başları buna görə qarışıqdır. Bu sözləri deyib Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının necə adam olmaları barədə Rasim adlı şəxsdən soruşmuşdur. Həmin Rasim adlı şəxs ona demişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarını tanıyır və əlavə olaraq demişdir ki, “səbr elə özün görəcəksən”. Rasim adlı şəxsin bu sözlərindən sonra şübhələnməyə başlamış və bilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları onu aldadırlar. Buna görə həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarına zəng etsə də onlar telefonlarına cavab verməmişlər. Dəfələrlə əlaqə saxlamaq istəsə də onlar telefonlarına cavab vermədikləri üçün tam əmin olmuşdur ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları onu aldadıb qalan pulu verməyəcəklər. Buna görə də Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının Xocalı rayon sakini olduqlarını bilib Xocalı Rayon Polis Şöbəsinin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşdiyini öyrənib təxminən 2018-ci ilin fevral ayının əvvəllərində həmin Polis Şöbəsinin rəisi Eldar Bağırovla telefon əlaqəsi saxlamış və Xocalı rayon sakinləri olan Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının ondan heyvan alıb qalan 12600 manat pulu vermədiklərini bildirmiş və həmin pulun ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan iki gün sonra, Eldar müəllim ona zəng edərək bildirmişdir ki, həmin şəxsləri çağırtdırmış, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları ona 12600 manat pulu vermədiklərini etiraf etmişlər, sabahı günü pulu verəcəklər. Həmin günün sabahısı, ona Eldar müəllim zəng edərək, Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının 6000 manat pulu vermək istədiklərini bildirmiş və 07 fevral 2018-ci il tarixdə bir şəxsin vasitəsi ilə onun oğlu Şahid6 adına həmin 6000 manat pul göndərilmiş, Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının qalan pulu həmin həftənin axırına kimi verəcəklərini bildirmişlər. Belə ki, həmin həftənin axırı olmuş, lakin yenə də Təqsirləndirilən şəxs və Şahid5 qardaşları onu aldadb qalan 6600 manat pulu da verməmişlər. Dəfələrlə Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarına zəng etsə də onlar onun telefon zənglərinə cavab verməmişlər. Hətta bir dəfə Təqsirləndirilən şəxs onun telefonuna cavab verib “bir daha mənə zəng eləmə, sənin pulunu qaytarası deyiləm” sözlərini deyib onunla kobud danışmışdır. Buna görə dəfələrlə Təqsirləndirilən şəxs və Şahid5 qardaşları ilə əlaqə yaratmaq istəsə də onu aldadıb qalan 6600 manat pulunu verməmişlər. Belə ki, bu yaxınlarda eşitmişdir ki, Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının barəsində İmişli Rayon Polis Şöbəsində dələduzluqla cinayət işi aparılır. Buna görə də İmişli Rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Heyvanları Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarına satarkən oğlu Şahid6 və qonşusu X4 onun yanında olmuşdur. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona 6600 (altı min altı yüz) AZN məbləğində pul ödəmələdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 onun həmkəndliləridir, onlarla münasibəti tam normaldır, onlarla birlikdə şərikinə inək alıb satmaqla pul əldə edirlər. Adətən heyvanları Zərərçəkmiş şəxs3 satır, buna görə onlardan inək alan şəxslər əsasən Novruzla inəklərin qiyməti, alqı-satqısı barədə söhbət edirlər. İnəklərin satılmasından əldə edilən gəliri isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5la aralarında üç yerə bölürlər. Şahid7, Təqsirləndirilən şəxs, Natiq və Saqif adlı şəxsləri heyvan alqı-satqısından tanıyır. Onların əsasən Təqsirləndirilən şəxs və Şahid7 ilə heyvan alverləri olmuşdur. Əvvəllər həmin şəxslərlə aralarında mal bazarında heyvan alqı-satqısı etmişlər. Heyvan alqı-satqısı zamanı aralarında heç vaxt alınan heyvanın pulunun ödənilməsi ilə bağlı narazılıq olmamış, onlar nə vaxt heyvan alsalar vaxtında pulunu ödəmişlər. Buna görə də həmin şəxslərə inamları olmuşdur. Belə ki, onlar kənd camaatından bir qədər ucuz inək alıb həmin şəxslərə satmışlar, həmin şəxslər də onlardan aldıqları həmin inəkləri aparıb Tovuzda, Bərdədə, Gəncədə və başqa yerlərdə bir qədər baha satıb həm gəlir əldə etmişlər, həm də pullarını qaytarmışlar. Bu kimi əlaqələrinə əsasən Şahid7 və Təqsirləndirilən şəxsla aralarında münasibətlər daha da yaxşılaşmış və aralarında inam olmuşdur. Həmin şəxslərlə münasibətləri daha da yaxınlaşdığı üçün onları nə vaxtsa aldatmağını güman etməzdilər. Belə ki, 18 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5la birlikdə şərikinə pul qoyub Biləsuvar rayon mal bazarından 11 baş inək heyvanı almışlar, bundan başqa öz kəndlərindən əlavə 3 baş da inək heyvanı almışlar, həmin heyvanları satmaq istəmişlər, həmin gün bərk yağış yağmış, buna görə heyvanları kəndlərinə gətirmişlər ki, növbəti gün həmin heyvanları satarlar. Kəndə gələndə yolda Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, heyvanları almaq istəyir. Elxana demişdir ki, yağış yağır, sonra gəlib heyvanları alar. Həmin gün alınmış heyvanlardan 10 baş inəyi onların evin həyətində, qalan 4 baş inəyi isə Sərhədgilin həyətində saxlamışlar. 19 fevral 2018-ci il tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs Saqif adlı şəxslə birlikdə Natiq adlı şəxsin “Mersedes Ateka” markalı **-HK-*** nömrəli yük maşını ilə kəndlərinə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlardan 14 baş inək heyvanını 15000 manat miqdarında almağa razılaşmışdır. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs almaq istədiyi inəklərin pulunu sonra vermək istəyir. Onlar əvvəlcə inəkləri satmaq istəməmişlər. Təqsirləndirilən şəxs isə çox and-aman edib bildirmişdir ki, onlardan alacağı heyvanların pulunun 8000 manatını 2 gün sonra Natiqin vasitəsi ilə İmişli mal bazarına göndərəcək, qalan 7000 manat hissəsini isə həmin həftənin 6-cı günü axşam Biləsuvar mal bazarına gələndə gətirməli olmuş, yəni 1 həftənin içində 24 fevral 2018-ci il tarixə kimi Təqsirləndirilən şəxs onların 15000 manat pulu ödəməli olmuşdur. Onlar da Təqsirləndirilən şəxs əvvəllər heyvan satdıqlarını və pulunu da vaxtında ödədiyi üçün Elxana inanmışlar. Hətta maşın həyətdən çıxmamış onlar Natiqdən pulun ödənilməsi ilə bağlı hər hansı problem olub-olmayacağını soruşanda Natiq demişdir ki, “narahat olmayın, 15000 manat pul mən alıb gətirəcəm”. Həftənin 3-cü günü, yəni 21 fevral 2018-ci il tarixdə İmişli mal bazarında olarkən Natiq 2500 manat pul gətirib vermiş, onlar Natiqdən soruşmuşlar ki, 8000 manat pul verilməli olmuş, nə səbəbdən 2500 manat pul gətirmişdir. Natiq də demişdir ki, “Elxan mənə 2500 manat pul verib, mən də bunu gətirmişəm, qalan pulu özü ödəyəcək”. Onlar Natiqə demişlər ki, pulu vaxtında ödəmək lazımdır. Natiq də demişdir ki, Təqsirləndirilən şəxs onlardan aldığı inəkləri 4-cü günü Bərdə mal bazarında satacaq, sonra pullarını verəcək. Həmin vaxtı Novruz və Sərhədlə söhbətləşmişlər ki, Təqsirləndirilən şəxs ilk vədlərinə əməl etməmiş, onları aldatmaq istəyir. Ona görə belə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs 21 fevral 2018-ci il tarixdə 8000 manat pulu göndərəcəyinə vəd vermiş və həmin miqdarda pul gətirməsə gəlib heyvanları apara biləcəklərini demişdir. Lakin, Təqsirləndirilən şəxs onlara 2500 manat pul göndərdiyi üçün Novruz və Sərhədlə birlikdə üçü də əmin olmuşlar ki, Elxan onları aldadıb qalan pulu verməyəcək. Buna görə qərara gəlmişlər ki, onlardan xəbərsiz Bərdə mal bazarına getsinlər. Belə ki, 22 fevral 2018-ci il tarixdə Novruz və Sərhədlə birlikdə Bərdə mal bazarına getmişlər. Orada Elxan, Saqif və Natiqi görməmişlər, orada bazarda işləyən şəxslər demişlər ki, həmin şəxslər Tovuz mal bazarına getmişlər. Natiq isə onlara demişdir ki, həmin gün Təqsirləndirilən şəxs Bərdə rayon mal bazarında olacaq. Buna görə Elxanın onları aldatmaq niyyətinə tam əmin olub Novruz və Sərhədlə birlikdə Tovuz rayon mal bazarına getmişlər, lakin orada da həmin şəxsləri tapa bilməmişlər, orada soraqlaşanda öyrənmişlər ki, Təqsirləndirilən şəxs onlardan aldığı heyvanları satıb çıxıb getmişdir. Bilmişlər ki, Təqsirləndirilən şəxs onların Tovuz mal bazarına gələcəklərini bilib heyvanları tez satıb aradan çıxmışdır. Sonradan onlar Bərdə rayonuna qayıtmışlar və Bərdə rayonunda mal bazarının yaxınlığında “Qızılbalıq” restoranında gözləmişlər və orada olarkən Elxanla əlaqə saxlamışlar. Həmin vaxtı Elxan və Saqif onların yanlarına gəlmişlər. Orada olarkən Elxan demişdir ki, onlar həyətlərinə heyvanları almağa gələndə Bəhruz da Natiqin maşınında olmuşdur, əslində də Bəhruz bu heyvan alqı-satqısını təşkil etmiş, lakin onları daha yaxşı tanıdığı üçün maşından düşməmişdir. Hətta Elxan bildirmişdir ki, özünün Bəhruza borcu olmuş, Bəhruz da Elxanı məcbur etmişdir ki, onlardan heyvan alıb satmaqla borcunu qaytarsın. Yəni Elxan onlardan aldıqları heyvanın pulunu ödəmək istəməmiş, onları aldatmaq istəmişdir. Buna görə onlar Elxana iradlarını bildirmişlər. Həmin vaxtı Elxan heyvanların qalan pulundan onlara 4000 manat vermək istəmiş, lakin onlar razılaşmamışlar, buna görə Elxanla Saqif demişlər ki, pulun hamısı Bəhruzdadır, gedib sonuncudan qalan pulu alıb gətirsinlər. Onlar da onların arxası ilə getmişlər. Həmin vaxtı Bəhruz, Elxan və Saqiflə görüşmüşlər, Bəhruz demişdir ki, «mən pul verə bilmərəm». Həmin vaxtı Saqif də 1000 manat verə biləcəyini bildirmiş, həmin pulu da 4000 manat pulun üstünə qoyub onlara 5000 manat pul vermək istəmişlər. Onlar əvvəlcə pulu götürmək istəməmişlər, çünki onlar qalan pulu verməyəcəkdi. Lakin, Elxan da bildirmişdir ki, “bu 5000 manatı götürün, mənə 1 gün vaxt verin qalan pulu ödəyəcəm”. Buna görə məcbur qalıb həmin 5000 manat pulu götürmüşlər və həmin gün gözləməli olmuşlar və Bərdə rayonunda qalmışlar. 23 fevral 2018-ci il tarixdə axşama kimi gözləsələr də nə Elxan, nə Saqif, nə də ki Bəhruz onlara pul verməmişlər. Onlar tam əmin olmuşlar ki, onları aldadıb qalan pulu vermək istəmirlər. Belə ki, onlara 7500 manat pul verməli olmuşlar. Onları yenə aldatdıqlarını görüb həmin gün İmişli rayonuna gəlmişlər. 24 fevral 2018-ci il tarixdə onlar birlikdə İmişli RPŞ-nə getmişlər və Novruz bu Elxanın onları aldatması barədə ərizə ilə müraciət etmişdir. Həmin günü Novruz və Sərhədlə birlikdə yenə Bərdə rayonuna getmişlər, orada Elxan, Saqif, Natiq və Bəhruz və onların valideynləri ilə görüşmüşlər, onlar əvvəlcə pul verə bilməyəcəklərini demişlər. Belə ki, Elxan, Saqif, Bəhruz hər biri bir-birinin boynuna ataraq pulu verməyəcəklərini demişlər. Buna görə bildirmişlər ki, polisə şikayət etmişlər, onlar buna görə qorxmuşlar ki, polis onları çağırıb tuta bilər. Həm də onlar narazılıqlarını bildirmişlər və Novruz orada demişdir ki, “inəklərimizi almısınız, bu günə kimi bizi narahat etmisiniz, neçə gündür yollardayıq, qalan pulumuzu verin çıxaq gedək”. Bundan sonra onlar həmin gün birlikdə yığıb 3000 manat onlara pul vermişlər. Həmin pulun 1000 manatını Natiq, 1500 manatını Bəhruz, qalan 500 manatının əvəzində də Bəhruz Elxanın inəyini onlara vermişdir. Beləcə 3000 manat almışlar. Bununla 2500, 5000 və 3000 manat olmaqla ümumilikdə 10500 manat pul almışlar, qalan 4500 manat pulu da bir həftənin içində verəcəklərini bildirmişlər. Onlar da gözləməyib İmişli rayonuna qayıtmışlar. Lakin buna baxmayaraq, bu günə kimi onlar qalan 4500 manat pullarını verməmişlər. Təqsirləndirilən şəxs hər dəfə də müxtəlif bəhanələr gətirərək onları aldadır. Zərərçəkmiş şəxs4 ifadəsində həmçinin göstərmişdir ki, Elxana bundan əvvəl dəfələrlə inək satmışlar və pulunu sonra vermişdir. Buna görə də Elxana inamları vardır. Dəfələrlə Elxanla bu kimi heyvan alqı-satqıları olduğu üçün və aralarında pul verilməsi ilə bağlı heç bir narazılıq olmadığı üçün Elxana inamları vardır. Onlar tək Elxanla deyil başqa şəxslərə də belə heyvan satıb pulunu sonra qısa müddətdə alırlar. Bu məsələdə isə Təqsirləndirilən şəxs onları aldatdığını sonradan bilmişlər. Təqsirləndirilən şəxs onlardan inəkləri 19 fevral 2018-ci il tarixdə alanda bildirmişdir ki, 21 fevral 2018-ci il tarixdə İmişli rayon mal bazarına gələn vaxtı alınan inəklərin pulundan 8000 manatını onlara verəcək. Lakin həmin vaxtı Elxan Natiqlə 2500 manat pul göndərmişdir. Onlar həmin vaxtı Elxan və Saqifin onları aldatmaqla əmlaklarını ələ keçirmək niyyətlərinin olduğunu bilmişlər. Bundan sonra Novruz və Sərhədlə birlikdə Bərdə rayonunda həmin şəxslərlə görüşəndə Elxan, pulun verilməsini onunla gələn şəxslərin boynuna atmış, onlar bir-birinin boynuna atıb pulu verməyəcəklərini bildirəndə tam əmin olmuşlar ki, Təqsirləndirilən şəxs onları aldatmaqla əmlaklarını ələ keçirmək və onlara pulu verməmək niyyətindədir. Təqsirləndirilən şəxs onlara ilk olaraq 2500 manat pulu göndərəndən sonra qalan pulu vermək niyyəti olmamışdır. Sadəcə onların Bərdəyə və Tovuza gedib təkidlə pullarını tələb etdiklərinə görə qalan puldan əvvəlcə 5000 manat, sonradan onların şikayət etdiklərini görüb 3000 manat hissəsi vermişdir. Yəni onlar həmin rayonlara gedib təkidlə pullarını geri istəməsəydilər, Elxan həmin 8000 manat pulu da onlara verməyəcəkdir. Halhazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 onun həmkəndliləridir, onlarla münasibəti tam normaldır, onlarla birlikdə şərikinə inək alıb satmaqla pul əldə edirlər. Adətən heyvanları Zərərçəkmiş şəxs3 satır, buna görə onlardan inək alan şəxslər əsasən Novruzla inəklərin qiyməti, alqı-satqısı barədə söhbət edirlər. İnəklərin satılmasından əldə edilən gəliri isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la aralarında üç yerə bölürlər. Şahid7, Təqsirləndirilən şəxs, Natiq və Saqif adlı şəxsləri heyvan alqı-satqısından tanıyır. Onların əsasən Təqsirləndirilən şəxs və Şahid7 ilə heyvan alverləri olmuşdur. Əvvəllər həmin şəxslərlə aralarında mal bazarında heyvan alqı-satqısı etmişlər. Heyvan alqı-satqısı zamanı aralarında heç vaxt alınan heyvanın pulunun ödənilməsi ilə bağlı narazılıq olmamış, onlar nə vaxt heyvan alsalar vaxtında pulunu ödəmişlər. Buna görə də həmin şəxslərə inamları olmuşdur. Belə ki, onlar kənd camaatından bir qədər ucuz inək alıb həmin şəxslərə satmışlar, həmin şəxslər də onlardan aldıqları həmin inəkləri aparıb Tovuzda, Bərdədə, Gəncədə və başqa yerlərdə bir qədər baha satıb həm gəlir əldə etmişlər, həm də onların pulunu qaytarmışlar. Bu kimi əlaqələrinə əsasən Şahid7 və Təqsirləndirilən şəxsla aralarında münasibətlər daha da yaxşılaşmış və aralarında inam olmuşdur. Həmin şəxslərlə münasibətləri daha da yaxınlaşdığı üçün onları nə vaxtsa aldatmağını güman etməzdilər. Belə ki, 18 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la birlikdə şərikinə pul qoyub Biləsuvar rayon mal bazarından 11 baş inək heyvanı almışlar, bundan başqa öz kəndlərindən əlavə 3 baş da inək heyvanı almışlar, həmin heyvanları satmaq istəmişlər, həmin gün bərk yağış yağmış, buna görə heyvanları kəndlərinə gətirmişlər ki, növbəti günü həmin heyvanları satarlar. Kəndə gələndə yolda Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, heyvanları almaq istəyir. Elxana demişdir ki, yağış yağır, sonra gəlib heyvanları alar. Həmin gün alınmış heyvanlardan 10 baş inəyi onların evinin həyətində, qalan 4 baş inəyi isə Ehtiramgilin həyətində saxlamışlar. 19 fevral 2018-ci il tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs Saqif adlı şəxslə birlikdə Natiq adlı şəxsin “Mersedes Ateka” markalı **-HK-*** nömrəli yük maşını ilə onların kənlərinə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlardan 14 baş inək heyvanını 15000 manat miqdarında almağa razılaşmışdır. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs almaq istədiyi inəklərin pulunu sonra vermək istəyir. Onlar əvvəlcə inəkləri satmaq istəməmişlər. Təqsirləndirilən şəxs isə çox and-aman edib bildirmişdir ki, onlardan alacağı heyvanların pulunun 8000 manatını 2 gün sonra Natiqin vasitəsi ilə İmişli mal bazarına göndərəcək, qalan 7000 manat hissəsini isə həmin həftənin 6-cı günü axşam Biləsuvar mal bazarına gələndə gətirməli olmuş, yəni 1 həftənin içində 24 fevral 2018-ci il tarixə kimi Təqsirləndirilən şəxs 15000 manat pulu ödəməli olmuşdur. Onlar da Təqsirləndirilən şəxs əvvəllər heyvan satdıqları və pulunu da vaxtında ödədiyi üçün Elxana inanmışlar. Hətta maşın həyətdən çıxmamış Natiqdən pulun ödənilməsi ilə bağlı hər hansı problem olub-olmayacağını soruşanda Natiq demişdir ki, “narahat olmayın, 15000 manat pul mən alıb gətirəcəm”. Həftənin 3-cü günü, yəni 21 fevral 2018-ci il tarixdə İmişli mal bazarında olarkən Natiq 2500 manat pul gətirib vermiş, onlar Natiqdən soruşmuşlar ki, 8000 manat pul verilməli olmuş, nə səbəbdən 2500 manat pul gətirmişdir. Natiq də demişdir ki, “Elxan mənə 2500 manat pul verib, mən də bunu gətirmişəm, qalan pulu özü ödəyəcək”. Onlar Natiqə demişlər ki, pulu vaxtında ödəmək lazımdır. Natiq də demişdir ki, Təqsirləndirilən şəxs aldığı inəkləri 4-cü günü Bərdə mal bazarında satacaq, sonra pullarını verəcək. Həmin vaxtı Novruz və Ehtiramla söhbətləşmişlər ki, Təqsirləndirilən şəxs ilk vədlərinə əməl etməmiş, onları aldatmaq istəyir. Ona görə belə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs 21 fevral 2018-ci il tarixdə 8000 manat pulu göndərəcəyinə vəd vermiş və həmin miqdarda pul gətirməsə gəlib heyvanları apara biləcəklərini demişdir. Lakin, Təqsirləndirilən şəxs onlara 2500 manat pul göndərdiyi üçün Novruz və Ehtiramla birlikdə üçü də əmin olmuşlar ki, Elxan onları aldadıb qalan pulu verməyəcək. Buna görə qərara gəlmişlər ki, onlardan xəbərsiz Bərdə mal bazarına getsinlər. Belə ki, 22 fevral 2018-ci il tarixdə Novruz və Ehtiramla birlikdə Bərdə mal bazarına getmişlər. Orada Elxan, Saqif və Natiqi görməmişlər, orada bazarda işləyən şəxslər demişlər ki, həmin şəxslər Tovuz mal bazarına getmişlər. Natiq isə onlara demişdir ki, həmin gün Təqsirləndirilən şəxs Bərdə rayon mal bazarında olacaq. Buna görə Elxanın onları aldatmaq niyyətinə tam əmin olub Novruz və Ehtiramla birlikdə Tovuz rayon mal bazarına getmişlər, lakin orada da həmin şəxsləri tapa bilməmişlər, orada soraqlaşanda öyrənmişlər ki, Təqsirləndirilən şəxs onlardan alındığı heyvanları satıb çıxıb getmişdir. Bilmişlər ki, Təqsirləndirilən şəxs onların Tovuz mal bazarına gələcəklərini bilib heyvanları tez satıb aradan çıxmışdır. Sonradan Bərdə rayonuna qayıtmışlar və Bərdə rayonunda mal bazarının yaxınlığında “Qızılbalıq” restoranında gözləmişlər və orada olarkən Elxanla əlaqə saxlamışlar. Həmin vaxtı Elxan və Saqif onların yanlarına gəlmişlər. Orada olarkən Elxan demişdir ki, onların həyətə heyvanları almağa gələndə Bəhruz da Natiqin maşınında olmuşdur, əslində də Bəhruz bu heyvan alqı-satqısını təşkil etmiş, lakin onları daha yaxşı tanıdığı üçün maşından düşməmişdir. Hətta Elxan bildirmişdir ki, özünün Bəhruza borcu olmuş, Bəhruz da Elxanı məcbur etmişdir ki, onlardan heyvan alıb satmaqla borcunu qaytarsın. Yəni Elxan onlardan aldıqları heyvanın pulunu ödəmək istəməmiş, onları aldatmaq istəmişdir. Buna görə Elxana iradlarını bildirmişlər. Həmin vaxtı Elxan heyvanların qalan pulundan onlara 4000 manat vermək istəmiş, lakin onlar razılaşmamışlar, buna görə Elxanla Saqif demişlər ki, pulun hamısı Bəhruzdadır, gedib sonuncudan qalan pulu alıb gətirsinlər. Onlar da arxaları ilə getmişlər. Həmin vaxtı Bəhruz, Elxan və Saqiflə görüşmüşlər, Bəhruz demişdir ki, pul verə bilməz. Həmin vaxtı Saqif də 1000 manat verə biləcəyini bildirmiş, həmin pulu da 4000 manat pulun üstünə qoyub onlara 5000 manat pul vermək istəmişlər. Onlar əvvəlcə pulu götürmək istəməmişlər, çünki onlar qalan pulu verməyəcəkdi. Lakin, Elxan da bildirmişdir ki, “bu 5000 manatı götürün, mənə 1 gün vaxt verin qalan pulu ödəyəcəm”. Buna görə onlar məcbur qalıb həmin 5000 manat pulu götürmüşlər və həmin gün gözləməli olmuşlar və Bərdə rayonunda qalmışlar. 23 fevral 2018-ci il tarixdə axşama kimi gözləsələr də nə Elxan, nə Saqif, nə də ki Bəhruz onlara pul verməmişlər. Onlar tam əmin olmuşlar ki, onları aldadıb qalan pulu vermək istəmirlər. Belə ki, onlar 7500 manat pul verməli olmuşlar. Onları yenə aldatdıqlarını görüb həmin gün İmişli rayonuna gəlmişlər. 24 fevral 2018-ci il tarixdə birlikdə İmişli RPŞ-nə getmişlər və Novruz bu Elxanın onları aldatması barədə ərizə ilə müraciət etmişdir. Həmin günü Novruz və Ehtiramla birlikdə yenə Bərdə rayonuna getmişlər, orada Elxan, Saqif, Natiq və Bəhruz və onların valideynləri ilə görüşmüşlər, onlar əvvəlcə pul verə bilməyəcəklərini demişlər. Belə ki, Elxan, Saqif, Bəhruz hər biri bir-birinin boynuna ataraq pulu verməyəcəklərini demişlər. Buna görə bildirmişlər ki, polisə şikayət etmişlər, onlar buna görə qorxmuşlar ki, polis onları çağırıb tuta bilər. Həm də onlar narazılıqlarını bildirmişlər və Novruz orada demişdir ki, “inəklərimizi almısınız, bu günə kimi bizi narahat etmisiniz, neçə gündür yollardayıq, qalan pulumuzu verin çıxaq gedək”. Bundan sonra onlar həmin gün birlikdə yığıb 3000 manat onlara pul vermişlər. Həmin pulun 1000 manatını Natiq, 1500 manatını Bəhruz, qalan 500 manatının əvəzində də Bəhruz Elxanın inəyini onlara vermişdir. Beləcə 3000 manat almışlar. Bununla 2500, 5000 və 3000 manat olmaqla ümumilikdə 10500 manat pul almış olmuşlar, qalan 4500 manat pulu da bir həftənin içində verəcəklərini bildirmişlər. Onlar da gözləməyib İmişli rayonuna qayıtmışlar. Lakin buna baxmayaraq, bu günə kimi onların qalan 4500 manat pullarını verməmişlər. Təqsirləndirilən şəxs hər dəfə də müxtəlif bəhanələr gətirərək onları aldadır. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində bildimişdir ki, onun şəxsi təsərrüfatında iribuynuzlu heyvanları vardır. Həmin heyvanlarını Ağcəbədi, Bərdə, Beyləqan, İmişli, Füzuli rayon mal bazarlarına aparıb satıb pul əldə edib ailəsini dolandırır. Belə ki, həmin mal bazarlarında dəfələrlə Tərtər rayon sakini olan Təqsirləndirilən şəxs inək heyvanları satmış, Təqsirləndirilən şəxs da hər dəfə ona heyvanlanların pulunu ödəmişdir. Bu kimi əlaqələrinə əsasən onun Təqsirləndirilən şəxsla aralarında münasibətlər daha da yaxşılaşmış və onun Təqsirləndirilən şəxs inamı artmışdır. Təqsirləndirilən şəxsla münasibətləri daha da yaxınlaşdığı üçün sonuncunun onu nə vaxtsa aldatmağını güman etməzdi. Belə ki, 05 mart 2019-cu il tarixdə özünə məxsus 1 baş yanıbalalı inək heyvanını Ağcəbədi rayon mal bazarına aparmışdır ki, satıb pul əldə etsin. Bazarda olarkən saat 10:00 radələrində görmüşdür ki, Təqsirləndirilən şəxs onun yanına yaxınlaşır. Təqsirləndirilən şəxs gələn kimi demişdir ki, “Salam Rəhbər kişi, mənə südverən heyvan lazımdır, almaq istəyirəm, bu yanıbalalı inək sənindirsə haqqhesab edək alım”. O, da Təqsirləndirilən şəxs tanıdığı üçün sonuncuya yanıbalalı inəyini satmağı qərara almışdır. Onlar Təqsirləndirilən şəxsla söhbət edərkən sonuncunun yanında təxminən 25-30 yaşlarında bir nəfər şəxs də vardır, həmin şəxs Tərtər rayon Poladlı kəndindən Mübariz Quliyev adlı şəxs olmuşdur. Onun yanında isə bacısı oğlu Şahid10 dayanmışdır. Söhbət zamanı özünə məxsus yanıbalalı inəyini Təqsirləndirilən şəxs 2250 manata satmağı razılaşmışlar. Razılaşandan sonra, Təqsirləndirilən şəxs cibindən 250 manat pulu çıxarıb ona vermiş, demişdir ki, inəyi aparıb maşına yükləsin, onun qalan 2000 manat pulunu da gətirsin. O, da Təqsirləndirilən şəxs tanıdığı və sonuncuya etibar edib inandığı üçün 250 manat pulu alıb yanıbalalı inəyini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da yanındakı şəxslə köməkləşib inəyi mal bazarının kənarında saxladığı yük maşınına tərəf aparmışdır. O, da olduğu yerdə gözləmişdir. Bir qədər keçsə də Təqsirləndirilən şəxs gəlmədiyini görüb bacısı oğlu Şahid10 demişdir ki, Təqsirləndirilən şəxs zəng etsin, Orxan da özünün “***-*******" saylı nömrəsi ilə Təqsirləndirilən şəxs “***-*******” saylı nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs da demişdir ki, “pul xərclənib, həmin həftə təşkil ediləcək Bərdə rayon mal bazarına gəlib pulu götürərsən”. O, da Təqsirləndirilən şəxs tanıdığı üçün sonuncuya inanmışdır. Həmin həftə bacısı oğlu Şahid10lə birlikdə təşkil edilən Bərdə rayon mal bazarına getmişlər. Bazara çatandan sonra, bacısı oğlu Şahid10 Təqsirləndirilən şəxs zəng etmiş, Elxan da demişdir ki, “evdən indi çıxmışam, gözləyin gəlirəm”. Onlar bazarın qurtardığı vaxta kimi gözləsələr də Təqsirləndirilən şəxs yenə də gəlib çıxmamış və onları aldatmışdır. Bazar qurtarandan sonra Orxan yenə də Təqsirləndirilən şəxs nömrəsinə zəng etsə də, Təqsirləndirilən şəxs telefonu söndürdüyü üçün sonuncu ilə əlaqə saxlaya bilməmişlər. Buna görə pulu almadan Ağcəbədi rayonuna qayıtmışlar. Bundan sonra, Orxan dəfələrlə Təqsirləndirilən şəxs zəng vuranda özü telefonu alıb Təqsirləndirilən şəxsla danışmış, sonuncudan pulunu tələb etmiş, Təqsirləndirilən şəxs da demişdir ki, növbəti həftə verəcək. Həmin həftəni gözləmişlər, lakin Təqsirləndirilən şəxs yenə onları aldatmışdır. Hətta bir neçə dəfə Təqsirləndirilən şəxsla danışarkən sonuncu ona demişdir ki, “bu mal bazarında bir nəfəri aldadıb malını ələ keçirim satım sənin pulu ödəyəcəm”. Onda bilmişdir ki, Təqsirləndirilən şəxs təkcə onu deyil çoxlu şəxsləri də dələduzluq yolu ilə aldadıb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, sonuncuya dəfələrlə inək satmış və pulunu vermişdir. Buna görə də Təqsirləndirilən şəxs inamı olmuşdur. Həmin vaxtı da inəyinin pulunu tam almamış Təqsirləndirilən şəxs verəndə də inamına görə vermişdir. Güman etməzdir ki, Təqsirləndirilən şəxs onu aldadacaq. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs çoxlu şəxsləri də onun kimi aldatmış, yəni əvvəlcə aldığı inəklərin pulunu vermiş, özünə inam yaratmış, sonra isə aldatmışdır. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona 1700 (min yeddi yüz) AZN məbləğində pul ödəmələdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildimişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, münasibətləri normal olmuşdur. Qeyrətin Aranlı kəndində çöl otlaq sahəsində ferması vardır, o, da həmin fermada çoban işləyir. Qeyrətin fermasında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlar vardır. Ondan başqa fermada 2 nəfər çoban da işləyir. Qeyrət arabir heyvanlarından mal bazarına satmağa gedəndə o, da sonuncuya kömək edir. Arabir Qeyrətin bacanağı Elnur da onlara köməklik edir. Belə ki, bir neçə dəfə Qeyrətlə birlikdə sonuncuya məxsus heyvanlardan İmişli rayon mal bazarına gətirmişlər və orada heyvanları müxtəlif şəxslərə satmışlar. Qeyrətdən heyvan alan şəxslərdən biri də Bərdə rayonundan olduğunu eşitdiyi Elxan adlı şəxs olmuşdur. Elxan bir neçə dəfə Qeyrətdən heyvan alanda pulunu vaxtında verdiyi üçün Qeyrətin Elxana inamı yaranmış və buna görə də Elxanla Qeyrətin münasibətləri yaxşı olmuşdur. Belə ki, təxminən 22 avqust 2017-ci il tarixdə Qeyrət və Elnurla birlikdə Qeyrətə məxsus heyvanları satmaq üçün İmişli mal bazarına aparmışlar. Həmin günün sabahısı, 23 avqust 2018-ci il tarixdə saat 12:00 radələrində Qeyrətlə birlikdə İmişli mal bazarında olmuşlar, bazarın qurtaran vaxtı olmuş, həmin vaxtı Elxan öz qardaşı Şamo ilə birlikdə bazara gəlmişlər, həmin vaxtı Elxan Qeyrətlə danışıb sonuncudan camış heyvanı almaq istədiyini bildirmişdir. Həmin vaxtı Qeyrətlə bazara gətirdikləri 10 baş camış heyvanından 2 baş camışı satmışlar, qalan 8 baş camışı Qeyrət satmamış və Elxana demişdir ki, qalan 8 baş camışı da götürüb fermaya getsinlər, orada olan camışlarla birlikdə istədiyi qədər camış heyvanı satsın. Beləcə razılaşıb Aranlı kəndində fermaya getmişlər. Orada Elxan və Şamo qardaşları Qeyrətə məxsus 35 baş camışı almaq istədiklərini bildirmişlər. Onlar Qeyrətlə danışıb razılaşmışlar ki, həmin camışların birini 1100 manatdan hesablayacaqlar və onlar Qeyrətə ümumilikdə 38500 manat pul verəcəklərini demişlər. Onlar danışıb buna razılaşmışlar. Onlar camışların pulunu sonra verəcəkləri barədə Qeyrətə heç bir söz deməmişlər. Bundan sonra onlarla birlikdə Qızılkənd kəndinin çıxışında yerləşən kafeyə gedib birlikdə yemək yemişlər. Gedərkən yolda Elxan öz rayonlarından olan iki nəfər şəxsə zəng edib “Ateka” kimi tanıdığı yük maşınları gətirmələrini bildirmişdir. Onlar kafedə olduqları müddətdə 2 ədəd “Ateka” maşınları gəlmişdir. Sonra Elxan və Şamo adlı qardaşlarla birlikdə həmin maşınlarla Qeyrətin fermasına getmişlər. Elxan və Şamo fermada Qeyrətə məxsus 35 baş camışı həmin “Ateka” maşınlarına yükləmişlər. O, da digər çobanlar Xəyal və həmin vaxtı fermada çoban işləyən Nurəli ilə birlikdə kömək edib camışları maşının yük yerinə yığmışlar. Camışları maşınlara yükləyib qurtarandan sonra Elxan Qeyrətə 3500 manat pul verəcəyini, qalan pulu 1 həftənin içərisində camışları satıb pulunu Qeyrətə verəcəyini bildirmişdir. Qeyrət əvvəlcə camışları nağd qiymətə satmaq istədiyini, buna görə də 35 baş camışı maşınlardan yerə boşaltmağı bildirmişdir. Lakin, Elxan və Şamo çox and-aman etmişlər ki, 1 həftənin içərisində qalan 35000 manat pulu verəcəklər. Qeyrət də bir qədər tərəddüdlü halda məcbur qalıb camışları Elxan və Şamoya satmağa razılıq vermiş və 3500 manat pulu Elxandan almışdır. Elxan dəfələrlə 1 həftəyə qalan pulu verəcəyini bildirmişdir. Belə razılaşdıqdan sonra Elxan demişdir ki, onlar camışların yükləndiyi Ateka maşınları ilə gedəcəklər, hər biri bir maşına minəcəklər. Buna görə də onlar gəldikləri Qazel maşını fermada qalmışdır. Bu hadisədən təxminən 2 həftə sonra Elxan bir nəfər taksi ilə Aranlı kəndinə gəlmiş, Elxan ona 5000 manat pul verib Qeyrətə verəcəyini bildirmiş və Qazel maşını da Elxan özü minib sürüb çıxıb getmişdir. O, da həmin 5000 manat pulu sonradan Qeyrətə vermişdir. Bundan bir müddət sonra eşitmişdir ki, Elxan 3100 manat pul da Qeyrətə vermişdir. Qeyrət demişdir ki, Elxan aldığı 35 baş camışa görə ümumilikdə ona 11600 manat pul vermiş, qalan 26900 manat pulu isə verməmişdir. Son vaxtlara kimi də bilir ki, Elxan və sonuncunun qardaşı Şamo Qeyrətdən aldıqları 35 baş camışın pulundan 26900 manat pulu Qeyrətə verməmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Elxan tamamilə yalan danışır. Elxan həmin puldan 11600 manatını Qeyrətə vermişdir. Qalan 26900 manat hissəsini isə Qeyrətə verməmişdir və bu günə kimi də ödəməmişdir. Qeyrət polisə müraciət edənə kimi Elxan demişdir ki, pulunu verəcək. Lakin Qeyrət polisə şikayət edəndən sonra Elxan bunu boynundan atmış və guya Qeyrətə bütün pulu verdiyini bildirmiş, lakin tamamilə yalan danışır. Elxan və Şamo hərəsi bir Ateka maşınına minmiş, buna görə də onlar gəldiyi Qazel maşınını sürməyə heç kim olmamış, çünki onlar ikisi həmin Qazellə gəlmişdir. Buna görə də Elxan maşını fermada saxlayıb bir müddət sonra pulu gətirəndə Qazeli aparacağını bildirmişdir. Lakin Elxan pulu tam yox, cəmi 5000 manat gətirmişdir. Elxan maşını girov kimi saxlamamış, çünki, Qeyrətin Elxana inamı və etibarı vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində bildimişdir ki, Zərərçəkmiş şəxs1 onun bacanağıdır, münasibətləri normal olmuşdur. X9 kəndində çöl otlaq sahəsində ferması vardır. Qeyrətin fermasında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlar vardır. O, da arabir Qeyrətə bu işlərdə köməklik edir. Belə ki, bir neçə dəfə Qeyrətlə birlikdə sonuncuya məxsus heyvanlardan İmişli rayon mal bazarına gətirmişlər və orada heyvanları müxtəlif şəxslərə satmışlar. Qeyrətdən heyvan alan şəxslərdən biri də Bərdə rayonundan olduğunu eşitdiyi Elxan adlı şəxs olmuşdur. Elxan bir neçə dəfə Qeyrətdən heyvan alanda pulunu vaxtında verdiyi üçün Qeyrətin Elxana inamı yaranmış və buna görə də Elxanla Qeyrətin münasibətləri yaxşı olmuşdur. Belə ki, təxminən 22 avqust 2017ci il tarixdə Qeyrətlə birlikdə sonuncuya məxsus heyvanları satmaq üçün İmişli mal bazarına aparmışlar. Həmin günün sabahısı, 23 avqust 2018-ci il tarixdə saat 12:00 radələrində Qeyrətlə birlikdə İmişli mal bazarında olmuşlar, bazarın qurtaran vaxtı olmuş, həmin vaxtı Elxan öz qardaşı Şamo ilə birlikdə bazara gəlmişlər, həmin vaxtı Elxan Qeyrətlə danışıb sonuncudan camış heyvanı almaq istədiyini bildirmişdir. Həmin vaxtı Qeyrətlə bazara gətirdikləri 10 baş camış heyvanından 2 baş camışı satmışlar, qalan 8 baş camışı Qeyrət satmamış və Elxana demişdir ki, qalan 8 baş camışı da götürüb fermaya getsinlər, orada olan camışlarla birlikdə ona istədiyi qədər camış heyvanı satsın. Beləcə razılaşıb Aranlı kəndində fermaya getmişlər. Orada Elxan və Şamo qardaşları Qeyrətə məxsus 35 baş camışı almaq istədiklərini bildirmişlər. Onlar Qeyrətlə danışıb razılaşmışlar ki, həmin camışların birini 1100 manatdan hesablayacaqlar və onlar Qeyrətə ümumilikdə 38500 manat pul verməli olmuşlar. Onlar danışıb buna razılaşmışlar. Onlar camışların pulunu sonra verəcəkləri barədə Qeyrətə heç bir söz deməmişlər. Bundan sonra onlarla birlikdə Qızılkənd kəndinin çıxışında yerləşən kafeyə gedib birlikdə yemək yemişlər. Gedərkən yolda Elxan öz rayonlarından olan iki nəfər şəxsə zəng edib “Ateka” kimi tanıdığı yük maşınları gətirmələrini bildirmişdir. Onlar kafedə olduqları müddətdə 2 ədəd “Ateka” maşınları gəlmişdir. Sonra Elxan və Şamo adlı qardaşlarla birlikdə həmin maşınlarla Qeyrətin fermasına getmişlər. Elxan və Şamo fermada Qeyrətə məxsus 35 baş camışı həmin “Ateka” maşınlarına yükləmişlər. O, da Qeyrət və sonuncunun çobanları ilə birlikdə onlara kömək etmişdir. Camışları maşınlara yükləyib qurtarandan sonra Elxan Qeyrətə 3500 manat pul verəcəyini, qalan pulu 1 həftənin içərisində camışları satıb pulunu Qeyrətə verəcəyini bildirmişdir. Qeyrət əvvəlcə camışları nağd qiymətə satmaq istədiyini, buna görə də 35 baş camışı maşınlardan yerə boşaltmağı bildirmişdir. Lakin, Elxan və Şamo çox and-aman etmişlər ki, 1 həftənin içərisində qalan 35000 manat pulu verəcəklər. Qeyrət də bir qədər tərəddüdlü halda məcbur qalıb camışları Elxan və Şamoya satmağa razılıq vermiş və 3500 manat pulu Elxandan almışdır. Elxan dəfələrlə bildirmişdir ki, 1 həftəyə qalan pulu verəcək. Bu hadisədən bir həftə sonra Qeyrətlə görüşəndə sonuncu ona demişdir ki, Elxan və Şamo qalan 35000 manat pulu verməmişlər. Təxminən 2017-ci ilin sentyabr ayının sonlarında Qeyrətlə görüşəndə sonuncu ona demişdir ki, Elxan aldığı 35 baş camışa görə ümumilikdə 11600 manat pul vermiş, qalan 26900 manat pulu isə verməmişdir. Son vaxtlara kimi də bilir ki, Elxan və sonuncunun qardaşı Şamo Qeyrətdən aldıqları 35 baş camışın pulundan 26900 manat pulu Qeyrətə verməmişlər. Şahid3 ifadəsində həmçinin göstərmişdir ki, Elxan tamamilə yalan danışır. Elxan həmin puldan 11600 manatını Qeyrətə vermişdir. Qalan 26900 manat hissəsini isə Qeyrətə verməmişdir və bu günə kimi də ödəməmişdir. Qeyrət polisə müraciət edənə kimi Elxan demişdir ki, pulunu verəcək. Lakin Qeyrət polisə şikayət edəndən sonra Elxan bunu boynundan atmış və guya Qeyrətə bütün pulu verdiyini bildirmiş, lakin tamamilə yalan danışır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində bildimişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, münasibətləri normaldır. Belə ki, 2017-ci ilin sentyabr ayının ortalarında Elxangilin evinə qonaq getmiş, orada olarkən kürəkəni Təqsirləndirilən şəxs ona demişdir ki, “mənim İmişlidə bir nəfərə borcum var, Qazel maşınım da ordadı, mənimlə gedək borcumu verim maşınımı götürüm”. O, da razılaşıb buna görə idarə etdiyi VAZ 21010 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kürəkəni Təqsirləndirilən şəxs ilə birlikdə İmişli rayonu ərazisinə gəlmişlər, sonradan bilmişdir ki, həmin ərazi İmişli rayonu, Aranlı kəndinə aid olmuşdur. Orada onlar VAZ 2106 markalı maşınla gələn tanımadığı bir nəfər şəxslə görüşmüşlər. Həmin vaxtı, Elxan maşından düşüb həmin şəxslə görüşmüş, sonradan bildiyinə görə Elxan həmin şəxsə 5000 manat borcunu vermiş, sonra Elxan həmin maşına minib özünün Qazel maşınını götürməyə getmişlər. Bir qədər gözləmişdir ki, Elxan özünün idarə etdiyi Qazel maşını ilə gəlsin və onlar maşınlarla rayonlarına getsinlər, lakin bir qədər sonra Elxanla telefonla danışanda sonuncu ona demişdir ki, “əmi gözləmə get, maşın xodlanmır, mən maşını xodlayıb gələcəm”. Bundan sonra maşınının mühərrikini işə salıb Bərdə rayonuna qayıtmışdır. Sonradan bilmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs İmişli rayon Aranlı kənd sakini Zərərçəkmiş şəxs1 aldığı heyvanların pulundan qalan hissəsini ödəmişdir. Lakin, Zərərçəkmiş şəxs1 İmişli RPŞ-nə müraciət edərək kürəkəni Təqsirləndirilən şəxs 26900 manat pulunu vermədiyini bildirir, əslində isə kürəkəni Təqsirləndirilən şəxs Qeyrətdən aldığı heyvanların pulunu tam olaraq ödəmişdir. Kürəkəni Təqsirləndirilən şəxs Qeyrətə 26900 manat borcu olsaydı, Qeyrət Qazel maşınını Elxana qaytarmazdı. Elxan ona bildirmişdir ki, Qeyrətə 2000 manat pul verəcəyi vardır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 ifadəsində bildimişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Onların öz şəxsi təsərüfatlarında 11 baş iribuynuzlu erkək danaları olmuşdur. Belə ki, heyvanlarını satmaq istəmişlər. 02 yanvar 2018-ci il tarixdə atası Sabir demişdir ki, tanıdığı Salyan Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyən Təyyar Rzaquliyev bildirmişdir ki, tanışları olan Təqsirləndirilən şəxs və Şahid5 heyvan almaqla məşğul olurlar, gəlsinlər heyvanlarını həmin şəxslərə satsınlar. Belə ki, 02 yanvar 2018-ci il tarixdə səhər saat 11:00 radələrində o və atası Sabir evdə olmuşlar. Təqsirləndirilən şəxs və Şahid5 bir nəfər tanımadığı şəxsin idarə etdiyi “Mersedes-Ateka” markalı yük avtomobili ilə onların evinin həyətinə gəlmişlər. Təqsirləndirilən şəxs və Şahid5 atasına yaxınlaşıb bildirmişlər ki, onlar Təyyar Rzaquliyevi tanıyırlar və onlardan heyvan almaq istəyirlər. Atası Sabir də etiraz etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs və Şahid5 heyvanları şərikinə almaq istədiklərini bildirmişlər. Onlar birlikdə tövləyə gedib heyvanlara baxmışlar, atası həmin şəxslərə danışıb razılaşandan sonra Təqsirləndirilən şəxs və Şahid5 onlara məxsus 11 baş erkək dana heyvanlarının hər birini 1781 manatdan olmaqla ümumi 19600 manat dəyərində almağa razılaşmışlar. Onlar əvvəlcə elə bilmişlər ki, Təqsirləndirilən şəxs və Şahid5 almaq istədikləri heyvanların pulunu nağd şəkildə verəcəklər. Onlar 11 baş erkək dana heyvanlarını gəldikləri “Mersedes-Ateka” markalı yük avtomobilinin yük yerinə yığmışlar və heyvanların pulunu verilməsi ilə bağlı atası ilə söhbət edəndə Təqsirləndirilən şəxs atasına demişdir ki, 3 gün müddətində, yəni 05 yanvar 2018-ci il tarixə kimi 19600 manat pulun hamısını gətirib verəcəklər. Atası Sabir həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid5 pulu nağd verməyəcəklərini görüb sözlərinə əməl etmədiklərinə görə, onlara demişdir ki, “mən heyvanları nağd satmaq istəyirəm, heyvanları maşından boşaldın”. Atasının bu sözlərindən sonra Təqsirləndirilən şəxs və Şahid5 qardaşları kənara çəkilib öz aralarında söhbət etmişlər və bundan sonra Təqsirləndirilən şəxs atası Sabirə yaxınlaşıb demişdir ki, “üstümüzdə 6000 manat pul var, həmin pulu verək, 3 gündən sonra 05 yanvar 2018-ci il tarixdə Salyan rayonuna “Nurgün” şirkətinə məxsus fermadan heyvan almağa gələcəyik, həmin vaxtı sizin qalan 13600 manat pulunuzu verəcəyik”. Buna görə də atası Sabir əvvəlcə heyvanları satmaq istəməsə də sonradan razılaşmış və 6000 manat pulu alıb 11 baş erkək dana heyvanlarını Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarına satmış, onlar da demişlər ki, qalan 13600 manat pulu 3 gündən sonra, yəni 05 yanvar 2018-ci il tarixə kimi verəcəklər. 05 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarından heç bir xəbər olmadığına görə atası Sabir həmin vaxtı Təqsirləndirilən şəxs, daha sonra da Şahid5 zəng etmiş, həmin vaxtı onlar bir neçə günə pulu verəcəklərini demişlər. Təxminən 2018-ci ilin yanvar ayının 7-8-də atası yenə də onlarla telefonda əlaqə saxlamış, atası dəfələrlə əlaqə saxlayandan sonra, Təqsirləndirilən şəxs və Şahid5 qardaşları ilə danışanda onlara demişdir ki, pulu verməsələr polisə şikayət edəcək. Bundan sonra, 2018-ci ilin yanvar ayının 8-də Şahid5 poçt vasitəsilə onun adına 1000 manat pul göndərmişdir. Lakin qalan pulu göndərməmişlər. Buna görə də atası Sabir Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının Xocalı rayon sakini olduqlarını öyrənmiş və Xocalı rayon Polis Şöbəsinin rəisi Eldar Bağırovla telefon əlaqəsi saxlamış və Xocalı rayon sakinləri olan Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının onlardan heyvan alıb qalan 12600 manat pulu vermədiklərini bildirmişdir. Həmin vaxtı Eldar müəllimin köməkliyi ilə 07 fevral 2018-ci il tarixdə bir şəxsin vasitəsi ilə onun adına 6000 manat pul göndərilmiş, Təqsirləndirilən şəxs və Şahid5 qardaşlarının qalan pulu həmin həftənin axırına kimi verəcəklərini bildirmişlər. Lakin, həmin vaxtdan bu günə kimi Təqsirləndirilən şəxs və Şahid5 onlara 6600 manat pulu verməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid10 ifadəsində bildimişdir ki, X6 onun dayısıdır, Rəhbərin şəxsi təsərrüfatında iribuynuzlu heyvanları vardır. X12 həmin heyvanlarını Ağcəbədi, Bərdə, Beyləqan, İmişli, Füzuli rayon mal bazarlarına aparıb satarkən o, da sonuncuya köməklik etmişdir. Belə ki, dəfələrlə həmin mal bazarlarında X12un heyvanlarını satmaqda kömək edərkən dayısı Tərtər rayon sakini olan Təqsirləndirilən şəxs inək heyvanları satmışdır, Təqsirləndirilən şəxs da hər dəfə X12a heyvanların pulunu ödəmişdir. Belə ki, 05 mart 2019-cu il tarixdə X12 özünə məxsus 1 baş yanıbalalı inək heyvanını Ağcəbədi rayon mal bazarına satmaq üçün aparanda o, da dayısına kömək etmişdir. Bazarda olarkən saat 10 radələrində görmüşdür ki, Təqsirləndirilən şəxs onların yanına yaxınlaşmışdır. Təqsirləndirilən şəxs gələn kimi X12a yaxınlaşıb demişdir ki, “Salam Rəhbər kişi, mənə südverən heyvan lazımdır, almaq istəyirəm, bu yanıbalalı inək sənindirsə haqq-hesab edək alım”. X12 Təqsirləndirilən şəxsla söhbət edərkən Elxanın yanında təxminən 25-30 yaşlarında bir nəfər şəxs də vardır, həmin şəxs Tərtər rayon Poladlı kəndindən Mübariz Quliyev adlı şəxs olmuşdur. Söhbət zamanı X12 özünə məxsus yanıbalalı inəyi Təqsirləndirilən şəxs 2250 manata satmağı razılaşmışdır. Razılaşandan sonra, Təqsirləndirilən şəxs cibindən 250 manat pulu çıxarıb X12a vermiş və demişdir ki, inəyi aparıb maşına yükləsin, qalan 2000 manat pulunu da gətirsin. Onlar da Təqsirləndirilən şəxs tanıdıqları və sonuncuya etibar edib inandıqları üçün X12 250 manat pulu alıb yanıbalalı inəyi Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da yanındakı şəxslə köməkləşib inəyi mal bazarının kənarında saxladığı yük maşınına tərəf aparmışdır. Onlar da olduqları yerdə gözləmişlər. Bir qədər keçsə də Təqsirləndirilən şəxs gəlmədiyinə görə X12 ona demişdir ki, Təqsirləndirilən şəxs zəng etsin. O, da özünün ***-***-**-** saylı nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs da demişdir ki, “pul xərclənib, həmin həftə təşkil ediləcək Bərdə rayon mal bazarına gəlib pulu götürərsən”. Həmin həftə X12la birlikdə təşkil edilən Bərdə rayon mal bazarına getmişlər. Bazara çatandan sonra, Təqsirləndirilən şəxs zəng etmiş, Elxan da demişdir ki, “evdən indi çıxmışam, gözləyin gəlirəm”. Onlar bazarın qurtardığı vaxta kimi gözləsələr də Təqsirləndirilən şəxs yenə də gəlib çıxmamış və onları aldatmışdır. Bazar qurtarandan sonra yenə də Təqsirləndirilən şəxs nömrəsinə zəng etsə də, Təqsirləndirilən şəxs telefonu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmişdir. Buna görə pulu almadan Ağcəbədi rayonuna qayıtmışlar. Bundan sonra, dəfələrlə Təqsirləndirilən şəxs zəng vuranda Təqsirləndirilən şəxsla danışmış, sonuncudan pulu tələb etmiş, Təqsirləndirilən şəxs da demişdir ki, növbəti həftə verəcək. Həmin həftəni gözləmişlər, lakin Təqsirləndirilən şəxs yenə onları aldatmışdır. Hətta bir neçə dəfə Təqsirləndirilən şəxs demişdir ki, “bu mal bazarında bir nəfəri aldadıb malını ələ keçirim satım sizin pulu ödəyəcəm”. Onda bilmişdir ki, Təqsirləndirilən şəxs təkcə X12u deyil, çoxlu şəxsləri də dələduzluq yolu ilə aldadıb pullarını ələ keçirmişdir. Cinayət işində olan 20 iyul 2018-ci il tarixli “axtarış olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2018-ci il tarixdə, saat 17:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə Bakı şəhəri Nizami rayonu ərazisində saxlanılmışdır. Cinayət işində olan 22 iyul 2018-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2018-ci il tarixdə, saat 16:35-də İmişli Rayon Polis X5 Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 28 yanvar 2019-cu il tarixli “axtarış olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2019-cu il tarixdə, saat 21:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə Yevlax rayonu ərazisində saxlanılmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-002/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilərək, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işində olan 10 dekabr 2019-cu il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə, saat 04:40-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə Tərtər rayonu, Poladlı kəndi ərazisində saxlanılmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-065/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilərək, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işində olan Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-003/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin tutulduğu tarixdən hesablanmışdır. Cinayət işində olan 26 mart 2020-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2020-ci il tarixdə, saat 15:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə Tərtər rayonu, Poladlı kəndi ərazisində saxlanılmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-044/2020 saylı, 22 may 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs”də saxlama müddətinin uzadılmasından imtina edilərək, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işində olan 22 may 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-055/2020 saylı, 25 dekabr 2020-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, barəsində “həbs” qətimkan tədbirinin seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin 16820894 saylı, 22 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, İmişli Rayon Polis X5 Yerinə təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının 17/40-4019 saylı, 29 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, 28 sentyabr 2021-ci il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan Xocalı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ********* saylı, 07 iyun 2018-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X11, anası X7 və övladı X8 ilə birlikdə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır. Cinayət işində olan Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ********* saylı, 07 iyun 2018-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri qismən ödəməsini, eləcə də, ailəli və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı “tutulduğu” və “həbs”də saxlanıldığı müddət nəzərə alınaraq, 22 sentyabr 2021-ci il tarixdən hesablanmasını və “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş maddi zərərin ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2018-ci il tarixdən 22 iyul 2018-ci il tarixədək, 28 yanvar 2019cu il tarixdən 30 yanvar 2019-cu il tarixədək, 10 dekabr 2019-cu il tarixdən 11 dekabr 2019-cu il tarixədək tutulduğu 5 (beş) gün və 26 mart 2020-ci il tarixdən 22 may 2020-ci il tarixədək “həbs”də saxlanıldığı 1 (bir) ay, 26 (iyirmi altı) gün ümumilikdə 2 (iki) ay, 1 (bir) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) ay, 1 (bir) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 3 (üç) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimlii cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-4/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-4/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver