Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-4/2022 03.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Müdafiəçi və X1 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə AR CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli Qərarına əsasən barəsində amnistiya aktı tətbiq olunmaqla cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, 03 fevral 2022-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 9 (doqquz) ay 14 (on dörd) gün təşkil edən, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 20 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə AR CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib AR CMnin 67.1 və 67.2-ci maddələrinə əsasən qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli Qərarına əsasən barəsində amnistiya aktı tətbiq olunmaqla cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, 03 fevral 2022-ci il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün təşkil edən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girməklə 07 may 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Xoşçobanlı kəndinə gedərək həmin kəndin ərazisində yol kənarında otlayan Zərərçəkmiş şəxs1 məxsus 150 (bir yüz əlli) manat dəyərində bir baş xırdabuynuzlu dişi qoyun heyvanını avtomobilin salonuna qoyub gizli yolla talamaqla, zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurub oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girməklə 08 may 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Xoşçobanlı kəndinə gedərək, həmin kəndin ərazisində yol kənarında otlayan Zərərçəkmiş şəxs2 məxsus 320 (üç yüz iyirmi) manat dəyərində bir baş xırdabuynuzlu erkək qoç heyvanını avtomobilin salonuna qoyub gizli yolla talamaqla, zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayında özünə məxsus VAZ-2106 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili xarab olmuş və avtomobilini təmir etmək üçün pulu olmamışdır. Əvvəllər bir neçə dəfə Saatlı rayonuna oğurluq etmək üçün gedərkən İmişli rayonunun Xoşçobanlı kəndi ərazisindən keçərkən qoyun heyvanlarının sahibsiz halda yol kənarında otlamasını görmüşdür. 07 may 2021-ci il tarixdə o, tanışı Təqsirləndirilən şəxs2 zəng edib onu İmişli rayonunun Çahar kəndi ərazisində yerləşən "Azpetrol" YDM-nin yaxınılığına çağırmışdır. Oruca oğurluq etmək istədiyini bildirdikdə sonuncu razılaşmışdır. O, idarə etdiyi avtomobillə gedib Orucu götürüb İmişli rayonunun Xoşçobanlı kəndi istiqamətində getmişlər. Saat 14 radələrində Xoşçobanlı kəndinə çatmış və kəndin mərkəzində yerləşən marketlə üzbə-üz yolun kənarında təxminən 25-30 baş xırdabuynuzlu qoyun heyvanının otlamasını görmüşlər. O, idarə etdiyi avtomobili qoyunların yaxınlığına sürüb saxlamış və Orucla birlikdə avtomobildən yerə düşüb ətrafa baxıb heç kimin olmadığını görüb qoyunların içərisindən bir baş quzunu tutub idarə etdiyi avtomobilin salonuna yerləşdirib oradan uzaqlaşmışlar. Orucu yaşadığı Qaradonlu kəndinə aparmış, özü isə yaşadığı Rəsullu kəndinə qayıtmışdır. Bundan bir gün sonra, yəni 08 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la telefonla danışıb oğurluq etmək üçün onu “Motel” deyilən yerə gəlməsini demişdir. Oruca qoyun oğurlayıb aparıb satıb pul əldə edib avtomobilini təmir edəcəyini bildirdikdə sonuncu razılaşmışdır. O, avtomobili idarə edib İmişli rayonunun Xoşçobanlı kəndinə getmişlər. Həmin kəndə çatarkən o, avtomobili idarə etmək üçün Oruca vermiş, özü isə keçib arxada əyləşmişdir. Oruc avtomobili kəndin içərisi ilə asfalt yolla sürüb, ara kəndarası torpaq yola çıxarmış və orada arxın qırağında 15-16 baş qoyun heyvanlarının sahibsiz halda otlamasını görmüşlər. Oruc avtomobili yolun kənarında saxlamış və o, avtomobildən düşüb qoyunların içərisindən bir baş erkək qoçun ayaqlarından yapışıb dartıb avtomobilin arxa salonuna yerləşdirmişdir. Orucu “Motel” deyilən yerə aparıb düşürüb qoçu evlərinə aparmışdır. Evdə ailə üzvlərinə qoçu pulla almasını bildirmişdir. Bir neçə gün sonra qoçu və quzunu İmişli rayonunun Otuziki kəndində təşkil olunan "Mal bazarı"na aparıb quzunu 150 manata, qoçu isə 160 manata tanımadığı şəxsə satmışdır. Həmin puldan Oruca heç nə verməmişdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 07 may 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib İmişli rayonunun Qaradonlu kəndində yerləşən “Azpetrol” YDM-nin yaxınlığına çıxmasını xahiş etmişdir. Sadiq idarə etdiyi “VAZ-2106” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Motel” deyilən yerə gəlib onu oradan götürmüşdür. Saat 14 radələrində o, Sadiqin idarə etdiyi avtomobilə minib qoyun oğurlamaq üçün İmişli rayonunun Xoşçobanlı kəndinə gəlmişlər. Xoşçobanlı kəndinin içərisində yol kənarında sahibsiz halda qoyunların otladığını görüb həmin heyvanlardan oğurlamaq qərarına gəlmişlər. Kəndə çatarkən Sadiq avtomobili idarə etmək üçün ona vermiş, özü isə avtomobildə arxada əyləşmişdir. Sadiq qoyunların sahibsiz olmalarını görüb avtomobildən düşüb bir baş qoyun tutub avtomobilin salonuna yerləşdirmişdir. Sonra Sadiq onu gətirib “Motel” deyilən yerdə düşürüb qoyunu götürüb evlərinə aparmışdır. Həmin oğurluqdan bir gün sonra, yəni 08 may 2021-ci il tarixdə yenidən Sadiq ona zəng edib avtomobilinin təmiri üçün pulu olmadığını bildirib ona qoyun oğurlamaqda kömək etməsini xahiş etdikdə o, razılaşmışdır. Sadiq gəlib onu “Motel” deyilən yerdən götürüb avtomobilinə mindirib İmişli rayonunun Xoşçobanlı kəndinə aparmışdır. Kəndə çatarkən Sadiq avtomobili idarə etmək üçün ona vermişdir. Qoyunlar otlayan yerə çatarkən Sadiq avtomobili saxlatdırıb yerə düşmüş, orada sahibsiz halda otlayan 15-20 baş qoyun heyvanın arasından bir baş erkək qoçu tutub avtomobilin salonuna yerləşdirmişdir. Sonra Sadiq avtomobili idarə edib onu “Motel” deyilən yerdə aparıb düşürüb çıxıb getmişdir. Sadiq həmin heyvanları satandan sonra ona heyvanların pulundan heç nə verməmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı İmişli rayonunun Xoşçobanlı kəndində şəxsi təsərrüfatında 28 baş xırdabuynuzlu qoyun heyvanı olmuşdur. O, hər gün həmin qoyunları otlaması üçün həyətyanı sahəsindən çıxarıb küçəyə ötürürmüş. 07 may 2021-ci il tarixdə o, qoyunları küçəyə çıxarmış və həmin gün işi olduğu üçün onları sahibsiz qoyub işinin arxası ilə getmişdir. Saat 20 radələrində işini həll edib geri qayıtdıqdan sonra qoyunları küçədən həyətə gətirmiş və həmin vaxt qoyunları sayarkən bir baş diri çəkisi təxminən 22 kq, təmiz ətinin çəkisi 12 kq olan, 7 aylıq dişi cinsli quzunun yerində olmadığını görmüşdür. O, həmin quzunu axtarsa da tapa bilməmişdir. Oğurluq hadisəsi ilə əlaqədar dərhal hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Belə ki, qoyunun itməsini zənn edib kənd ərazisində axtarıb tapa biləcəyini fikirləşmiş, lakin axtarışlarının nəticəsiz olmasını görüb 15 may 2021-ci il tarixdə İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus quzunun oğurlanması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, yaşadığı İmişli rayonunun Xoşçobanlı kəndində şəxsi təsərrüfatında 17 baş xırdabuynuzlu qoyun heyvanları olmuşdur. Həmin heyvanları o, kəndlərində yol kənarında otarırmış. 08 may 2021-ci il tarixdə qoyunları otlaması üçün küçələrinə buraxıb, özünə məxsus şəxsi T-40 markalı traktora ot biçən aparatını qoşub kəndlərində ot biçməyə getmişdir. Saat 20 radələrində işdən evə gələrkən həyətdə qoyunların içərisində bir baş erkək qoçu olmadığını aşkar etmişdir. Yaşadığı küçədə və eləcədə Xoşçobanlı kəndinin ərazisində qoçu axtarsa da tapa bilməmişdir. Həmin gün küçələrində naməlum qırmızı rəngdə “Juqili” markalı avtomobilin görünməsini qonşularından eşitmişdir. O, erkək qoçun oğurlandığını bilib həmin gün DİN-nin 102 xidməti məkəzinə zəng edib məlumat vermişdir. Ona məxsus oğurlanmış erkək qoçun diri çəkisi 55-60 kq, bazarda satış qiyməti isə 250 manat olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 08 iyul 2021-ci il tarixli 9/3770 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş 2 yaş, diri çəkisi 55-60 kq qoçun 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 320,00 manat müəyyən edilir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 sentyabr 2021-ci il tarixli 36 nömrəli məktubundan görünür ki, 07 may 2021-ci il tarixdə bir baş əti 12 kq olan, 7 aylıq, dişi cinsi quzunun 07 may 2021-ci il tarixdə orta bazar satış qiyməti 150 (bir yüz əlli) manat olmuşdur. İşə əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(055)- 56/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 7(036)-72/2021 saylı Qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə, Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(055)-56/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. İşdə olan İmişli rayon İcra və Probasiya şöbəsinin 03 fevral 2022-ci il tarixli, 97 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(055)-56/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 fevral 2022-ci il tarixə çəkilməmiş qalan hissəsi 9 (doqquz) ay 14 (on dörd) gün təşkil edir. İşdə olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Orucov X3 Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(055)-56/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 67.1 və 67.2-ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yeni hökmlə təyin olunmuş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 7(004)-180/2021 saylı Qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2n barəsində “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin 03 fevral 2022-ci il tarixli, 21-1/3-889/3 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 03 fevral 2022-ci il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün təşkil edir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və vurulmuş maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Saatlı Rayon Məhkəməsində hökm çıxarılmazdan əvvəl hazırkı ittiham üzrə cinayət əməlini törətməsi müəyyən olunur ki, bu hal da cinayətlərin məcmusunu yaradır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və vurulmuş maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Saatlı Rayon Məhkəməsində hökm çıxarılmazdan əvvəl hazırkı ittiham üzrə cinayət əməlini törətməsi müəyyən olunur ki, bu hal da cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş və çəkilməmiş qalmış 9 (doqquz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırması cəzasının iki günü AR CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 4 (dörd) ay 22 (iyirmi iki) günü AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırması cəzasının iki günü AR CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 8 (səkkiz) ay 29 (iyirmi doqquz) günü AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 03 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-4/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-4/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver