Məhkəmə qərarları › İş №1(036)-4/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-4/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-4/2025 13.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi X16, Müdafiəçilər - İmişli Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.2001-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, H.Əliyev prospekti 109, mənzil 04-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 2008-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 2004-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, H.Əliyev prospekti ev 53 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ki, o, özgənin əmlakını gizili yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 28 iyul 2023-cü il tarixdə, saat 21 radələrində X20 yaşadığı İmişli şəhəri, Ə.Vahid küçəsi ev 25 ünvanındakı fərdi yaşayış evinin həyətinə mişar daşlarından hörülmüş çəpərin üzərindən keçməklə yaşayı. yerində daxil olmuş, o, evin həyətində ətrafı müşahidə etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 evin önündəki dəmir dirək vasitəsi ilə evin ikinci mərtbətəsinə çıxaraq evin kilidli olan taxtadan giriş qapısının kildini sındıraraq evə daxil olmuş, dəhlizdəki dolabda olan pul qutusundan 90 manat, orta otağındakı dolabdan 480 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğa dəstini, 490 manat dəyərində, 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış 1 cüt sırğanı, 385 manat dəyərində 585 əyyarlı, “Türk qızıl”ından hazırlanmış 1 cüt sırğanı, 200 manat dəyərində 585 əyyarlı, “Türk qızıl”ından hazırlanmış 1 ədəd sadə üzüyü, 300 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış üzərində naxışları olan, qaşları olmayan üzüyü, 7000 manat dəyərində, 750 əyyarlı, “İtalyan qızıl”ından hazırlanmış, üzərində birliyant daş qaşları olan üzük, qolbağ, sırğa və boyunbağından ibarət 55 qram çəkidə komplekt dəsti, həmin otağda termonun üzərinə qoyulmuş pul kisəsinin içərisindən 100 manat nağd pulu gizli yolla talayaraq, zərərçəkmiş Coşqun Şükürova ümumilikdə 9045 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Şahid4 ilə birləşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 may 2023-cü il tarixdə saat 02 radələrində İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus birmərtəbəli fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmuş, həmin evin yataq otağındakı televizor altlığının üzərindəki bir ədəd qara rəngli, “LG” markalı, 105 düymlük, dəyəri 750 manat olan plazma televizoru, həmin otaqda olan əşya şkafının üzərində olan bir ədəd çemodan formasında olan qabda, Türkiyə istehsalı 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı olan, dəyəri 200 manat olan qaşıq dəstini, bir ədəd karton qutuda, Türkiyə istehsalı, 55 manat dəyərində dörd ədəd qazanı gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1005 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, birlikdə 11 may 2023-cü il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dayanmış Zərərçəkmiş şəxs4 məxsus **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Renault-Fluence” markalı avtomobilin sürücü tərəfdəki qapısının şüşəsini fiziki güc tətbiq edərək aşağı endirib avtomobili açaraq salondan 100 manat dəyərində bir ədəd ov bıçağını, 3000 manat dəyərində bir ədəd “Hubolt” markalı kişi qol saatını, 1 manat dəyərində bir ədəd saç darağını, pul kisəsinin içərisində olan 120 manat nağd pulu, 50 manat dəyərində bir ədəd suvenir qələmi, 50 manat dəyərində bir ədəd günəş eynəyini, 110 manat dəyərində bir ədəd optik eynəyi, 50 manat dəyərində bir ədəd 50 ml həcmli “Hugo Boss” markalı ətiri, 120 manat dəyərində bir ədəd 50 ml həcmli “Blue de Chanel” markalı ətiri, 850 manat dəyərində bir ədəd “Bally” markalı əl çantasını, həmin çantanın içərisində olan 209 manat nağd pulu, 100 manat dəyərində bir ədəd “Adidas” markalı idman çantasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4760 manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgəninin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, birlikdə 05 iyul 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs5 məxsus İmişli şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə pəncərədən daxil olaraq evin otağında masa üzərində olan Zərərçəkmiş şəxs5 məxsus olan "xxxx" ASC-yə aid, hesabında 190 manat pul olan 4169 7388 7452 5797 nömrəli “Birbank” plastik bankomat kartını gizli yolla taladıqdan sonra İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA MARKET İMİŞHLİ-6” mağazasına gələrək, saat 06:19-da 10 manat, saat 06:20-də 50 manat, saat 07:06-da 50 manat, saat 07:07-də 50 manat, saat 07:09-da 30 manat pulu elektron məlumat daşıyıcısı olan həmin bankomat kartı vasitəsilə informasiya texnologiyası hesab olunan nağdsız ödəniş terminalından istifadə etməklə nağdlaşdıraraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümümilikdə 190 manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizili yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 28 iyul 2023-cü il tarixdə saat 21 radələrində X20 yaşadığı İmişli şəhəri, Ə.Vahid küçəsi ev 25 ünvanındakı fərdi yaşayış evinin həyətyanı sahəsinə hasarın üzərindən keçdikdən sonra, aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs2 evin həyətində pusquda gözləmiş, o isə evin qarşısındakı dəmir dirək vasitəsi ilə evin ikinci mərtəbəsinə çıxaraq, evin taxta qapısını fiziki güc tətbiq etməklə sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla dəhlizdəki dolabda olan pul qutusundan 90 manat nağd pulu, evin yataq otağındakı dolabdan 480 manat dəyərində 585 əyyarlı, 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl dəstini, 490 manat dəyərində 585 əyyarlı 1 cüt qızıl sırğanı, 385 manat dəyərində 585 əyyarlı 1 cüt qızıl sırğanı, 200 manat dəyərində 585 əyyarlı 1 ədəd qızıl üzüyü, 300 manat dəyərində 585 əyyarlı üzərində naxışları olan 1 ədəd qızıl üzüyü, 7000 manat dəyərində 750 əyyarlı üzərində briliant daş qaşları olan 1 ədəd üzük, 1 ədəd qolbağ, 1 cüt sırğa və 1 ədəd boyunbağından ibarət 55 qram çəkidə qızıl dəstini, güzgülü dolabın üzərinə qoyulmuş pul kisəsinin içərisindəki 100 manat nağd pulu gizli yolla talayaraq, zərərçəkmiş C.Şükürova ümumilikdə 9045 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi İmişli şəhəri, S.Qazıyeva küçəsində yerləşən kafenin giriş qapısını fiziki güc tətbiq edib itələməklə açaraq oraya qanunsuz daxil olmuş, oradan 220 manat dəyərində bir ədəd samovarı, 84 manat dəyərində altı ədəd 1 litrlik “Banketnaya” markalı alkoqollu içkini, 72 manat dəyərində altı ədəd 0,7 litrlik “Banketnaya” markalı alkoqollu içkini, 43,60 manat dəyərində dörd ədəd 0,5 litirlik “Banketnaya” markalı alkoqollu içkini, 45 manat dəyərində beş ədəd 0,5 litrilik “Volşebnaya Rıbka” markalı alkoqollu içkini, 27 manat dəyərində üç ədəd 1 litrlik “Medov” markalı alkoqollu içkini, 20 manat dəyərində beş ədəd 0,5 litrlik “Zolotoye Kolso” markalı alkoqollu içkini, 6 manat dəyərində 5 kq çəkidə bir kisə soğanı, 115,20 manat dəyərində 7 kq 200 q çəkidə quzu ətini, 36 manat dəyərində 3 kq çəkidə mal ətini, 21 manat dəyərində 3 kq çəkidə saçaq pendirini, 6 manat dəyərində 6 kq çəkidə kartofu, 53,40 manat dəyərində 89 ədəd blinçiki gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 749,20 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, birlikdə 6 may 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, L.Vəliyev küçəsi ev 19 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, oradan 85 manat dəyərində bir ədəd “Gepas” markalı ət çəkən qurğunu, 70 manat dəyərində iki dəst yorğan-döşək üzlüyünü, 40 manat dəyərində altı ədədli stəkan dəstini, 60 manat dəyərində bir ədəd “Aura” markalı qazan dəstini, 300 manat dəyərində dörd top mis elektrik kabelini, 100 manat dəyərində iki top elektrik kabelini, 25 manat dəyərində bir ədəd sərinkeşi, 25 manat dəyərində iki ədəd 6 litrlik aliminium materiallı qazanı, 50 manat dəyərində iki ədəd xurustal vazanı, 20 manat dəyərində bir ədəd Rusiya Federasiyasının istehsalı olan aşsüzəni, 80 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan iki ədəd yun ədyalı, 30 manat dəyərində iki ədəd Rusiya Federasiyasının istehsalı olan sinini, 50 manat dəyərində bir ədəd Türkiyə Respublikasının istehsalı olan süfrəni, 146 manat dəyərində iki ədəd Türkiyə Respublikasının istehsalı olan çarpayı örtüyünü, 90 manat dəyərində 10 metrlik Türkiyə Respublikasının istehsalı olan pərdəni, 50 manat dəyərində bir ədəd güldanı, habelə, vahid niyyətlə əhatə olunan qəsdlə 08 may 2023-cü il tarixdə saat 01 radələrində həmin evin həyətyanı sahəsindəki hamamın çöl divarına bərkidilmiş 130 manat dəyərində bir ədəd Türkiyə Respublikasının istehsalı olan 30 litrlik su qızdırıcını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1351 manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, birlikdə 11 may 2023-cü il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dayanmış Zərərçəkmiş şəxs4 məxsus **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Renault-Fluence” markalı avtomobilin sürücü tərəfdəki qapısının şüşəsini fiziki güc tətbiq edərək aşağı endirib avtomobili açaraq salondan 100 manat dəyərində bir ədəd ov bıçağını, 3000 manat dəyərində bir ədəd “Hubolt” markalı kişi qol saatını, 1 manat dəyərində bir ədəd saç darağını, pul kisəsinin içərisində olan 120 manat nağd pulu, 50 manat dəyərində bir ədəd suvenir qələmi, 50 manat dəyərində bir ədəd günəş eynəyini, 110 manat dəyərində bir ədəd optik eynəyi, 50 manat dəyərində bir ədəd 50 ml həcmli “Hugo Boss” markalı ətiri, 120 manat dəyərində bir ədəd 50 ml həcmli “Blue de Chanel” markalı ətiri, 850 manat dəyərində bir ədəd “Bally” markalı əl çantasını, həmin çantanın içərisində olan 209 manat nağd pulu, 100 manat dəyərində bir ədəd “Adidas” markalı idman çantasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4760 manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə X16 iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli şəhər sakini Şahid4 təxminən 2 ildir ki, tanıyır. Son 6-7 ayda Şahid4 ilə yaxın münasibət saxlamışdır. Tez-tez İmişli rayonu ərazisində olan çayxanalarda bir yerdə otururlarmış. Onun Cahid ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. İmişli şəhər sakini Zərərçəkmiş şəxs3 isə tanımamış, heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs3 evinin ünvanını da bilməmişdir. 10 may 2023cü il tarixdə, saat 22 radələrində İmişli şəhərində yerləşən “Heydər Əliyev adına mərkəzi parkın” qurtaracağında yerləşən “Raypo” adlanan yerdəki kafeyə getmişdir. Kafenin həyətinə daxil olanda Cahidi orada stolda əyləşən görmüşdür. Cahid tək olmuş və pivə içirmiş. Cahidlə salamlaşıb stolunda oturmuş və bir bakal pivə içmişdir. Söhbət zamanı yanlarında heç kim olmamışdır. Təxminən yarım saat sonra oradan durmuş, kafenin pulunu Cahid vermiş, Amma nə qədər pul verdiyini bilməmişdir. Sonra birlikdə İmişli şəhər 2 saylı tam orta məktəbin qarşısından siqaret almağa getmişlər. Market bağlı olduğu üçün siqaret alabilməmiş, birlikdə məktəbin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına getmişlər. Orada Cahid ona gözləməsini deyərək getmişdir. O da Cahidi yanacaq doldurma məntəqəsinin yanında oturub gözləmişdir. Cahiddən hara getdiyini soruşduqda gələcəyini bildirmişdir. Təxminən yarım saat sonra Cahid əlində ağ rəngli pastelə bükülmüş vəziyyətdə bir ədəd qara rəngli plazma markalı televizor gətirmişdir. O, Cahiddən televizoru kimə məxsus olduğunu soruşduqda, Cahid televizorun özünün olduğunu və aparıb satacağını demişdir. Cahid televizorun özünün olduğunu dedikdən sonra televizorun oğurluq olması onun ağlına gəlməmişdir. Daha sonra H.Aslanov küçəsi ilə irəliləmiş və İmişli şəhər mərkəzi poçtunun yaxınlığında əvvəllər tanımadığı bir nəfər şəxsin idarə etdiyi qara rəngli “VAZ 2106” markalı avqotmobili Cahid saxlatdırmışdır. Həmin avtomobil taksi olmuş, dövlət qeydiyyat nişanını xatırlamamışdır. O da arxa oturacaqda əyləşmişdir. Cahid televizoru da onun yanına qoymuş, özü də qabaq oturacaqda əyləşmişdir. Birlikdə İmişli rayonu, Otuziki kəndində təşkil edilən “Mal-qara” bazarına getmişlər. Orada bazarın giriş hissəsində gözləmişdir. Cahid televizoru əlində bazarın içərisinə aparmış, orada onun bilmədiyi və görmədiyi şəxsə satdıqdan sonra qayıtmışdır. O, Cahidin televizoru neçəyə satmasını bilməsədə, Cahid ona yaxınlaşanda 01 ədəd 100 manatlıq pul əskinası göstərmişdir. Sonra birlikdə “Mal-qara” bazarının qarşısında sürücüsünü əvvəllər tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “VAZ 2107” markalı taksiyə əyləşib birlikdə İmişli şəhəri, H.Əliyev prospektinə, “köhnə kruq” adlanan yerə gəlmişlər. O, avtomobildən düşüb piyada evine getmişdir. Sağollaşan zaman Cahid ona sabah görüşəcəklərini demiş, Cahid isə həmin avtomobillə harasa getmişdir. O, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, bununla bağlı ayağında qolbaq olduğunu, həmçinin Nəsimi rayon məhkəməsində Fuadın işi olmasını bildirmişdir. 10 may 2023-cü il tarixdə Fuadla birlikdə İmişli şəhərindən çıxaraq Bakı şəhərinə yola düşmüşlər. Çünki, 12 may 2023-cü il tarixdə Fuadın Nəsimi rayon məhəkəmsində işi olmuşdur. Onlar Bakı şəhərinə çatdıqdan sonra saat 21 radələri olmuşdur. Fuadla birlikdə Əcəmi metrostansiyası yaxınlığındakı çay evinə getmişlər. Çay evində Fuadla oturub hər biri 4 bakal pivə içmişdir. Pivə içdikdən sonra Fuad ona Bakı şəhərinə gəldikdə Rasim adlı şəxsin evinin həyətində kirayəlik otaqlarda qaldığını, bir dəfə Rasim adlı şəxsin evinin həyətindəki kirayə otaqlarda qalan zaman bir nəfər qızla olduğu üçün Rasimin onu döydüyünü və buna görə gedib Rasimin yaşadığı evin həyətindəki otaqlarda Şahin adlı şəxsi axtarmaq istədiyini, həmçinin oğurluq etmək istədiyini demişdir. O, orada Fuada qoşulub birlikdə Rasim adlı şəxsin yaşadığı evin həyətinə getmişlər. Həyətə daxil olduqdan sonra həyətdə “Renault” markalı boz rəngli avtomobil olmuşdur. Fuadla birlikdə Şahini axtarsalarda tapa bilməmişlər. Sonra Fuadla birlikdə avtomobilə yaxınlaşmış, o, avtomobilin şüşəsinin bir qədər açıq olduğunu görüb əli ilə güc tətbiq edərək şüşəni bir qədər aşağı salmış və avtomobilin qapısını açıb, avtomobildən 2 ədəd bıçaq, 1 ədəd kişi üçün qol saatı, 1 ədəd əl çantası, üzərində etibarsızdır yazılmış pul əskinazlarını götürüb Fuadla birlikdə Rasimin yaşadığı evin həyətindən çıxmışlar. Sonra onlar Əcəmi metrostansiyası yaxınlığındakı çay evinə gəlmiş və Fuadla həmin çay evində oturmuşlar. Növbəti gün, yəni 12 may 2023-cü il tarixdə Fuad Nəsimi rayon məhkəməsinə getdikdən sonra birlikdə İmişli şəhərinə qayıtmışlar. 20 may 2023-cü il tarixdə İmişli şəhərində evdə olarkən evlərinə polis əməkdaşları gəlmişlər və Nəsimi rayonu ərazisində avtomobildən oğurluq etdikləri üçün Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə dəvət edilmişdir. Həmçinin tanışı Fuadıda polis əməkdaşları dəvət edib polis bölməsinə gətirmişlər. Fuadın Rasim adlı şəxslə ədavəti və Rasim adlı şəxsə acıqlı olduğuna görə çay evində olarkən Rasimin evinin həyətindən oğurluq edəcəyini bildirmişdir. O da həmin vaxt Fuadla birlikdə Rasim adlı şəxsin yaşadığı evə tərəf getmişdir. Bundan başqa o, 04 iyul 2023-cü ildə saat 18 radələrində gündüz vaxtı İmişli şəhəri, H.Əliyev adına park ilə gələn vaxt Ramizlə görüşmüşdür. Ramiz, Fuadla bir yerəd olmuşdur. O, Ramiz, Fuad İmişli şəhəri, H. Əliyev adına parkda oturub çayxanada adama bir bakal pivə içmişlər.Sonra pakda gəzişmişlər.Parkda olarkən Ramiz sabah, yəni 05 iyul 2023-cü ildə ad günü olduğunu və ad gününü bir yerdə qeyd etmək istədiyini demişdir. Sonra saat 23 radələrində evinə getmiş, gecə saat 24 radələrində yenidən parka gəlmişdir. Gecə pakda gəzişərkən Ramiz də parka gəlmişdir. Ramiz Fuadla bir yerdə gəlmişdir.Əllərindəki dəmir bankada olan pivəni içirmişlər. Parkda oturacaqda oturan zaman əlavə 2 litrlik pivə alıb orada içərkən söhbət etmişlər. Sonra yanlarına Elxanda gəlmişdir. İçkili olduqları üçün dördü də bir yerdə H.Əliyev prospekti ilə “Daş körpü” deyilən yerə getmişlər. Həmin küçədə gəzərkən Ramiz ilə o, bir evin küçə darvazasın qapısının üzərində asma kilid olduğunu görmüşdür. Ramiz ilə o, bir-birilərinə evə girmək, evdə pul olarsa oğurlamaq barədə demişlər. Həmin vaxt gecə saat 5 radələri olmuşdur. Evin həyətinə küçədən hasardan atılıb Ramizlə keçmişlər. Fuad və Elxan isə küçədə qalmışlar. Elxan onlar həyətə keçərkən uzaqlaşaraq yaxınlığıda olan mağaza tərəf getmişdir. Onlar evin həyətində olarkən, Fuad küçədə olmuş, evə girmək istəyəndə hasardan Fuad başına qaldırıb onlara: “Qaqa mən getdim, özünüz bilərsiniz” - demişdir. Fuad gedərkən Ramizlə evə girmək üçün yer axtarırmışlar. Evə giriş pilləkənin yuxarı tərəfindən solda olan pəncərədən girmişlər. Pəncərəni o, əli ilə itələyib açmış və evə daxil olmuşlar. Evdə çoxlu şipiris və iynələr görmüşlər. Əllərində olan alışqanın işığı ilə evdə pul axtarmışlar. Lakin pul tapmamışlar. Evdə girişdə olan solda birinci otaqda stolun üzərində iki ədəd pul kartı görmüşdür. O, həmin kartları götürüb Ramizə vermişdir. Ramiz də cibinə qoymuşdur. Daha evdən heç nə götürməmişdir. Evə girdikləri pəncərədən bayıra çıxmışlar. Evin içərisində iynələr görmüş, başqa heç nəyə əl vurmayıb evdən çıxmışlar. Sonra küçəyə çıxmışlar. Fuad və Elxanı görməmişlər. Oğurladığları kartlara baxanda birinin “Bir bank”, digərinin isə “Leo bank” kartı olmasını görmüşlər. Gecə saat 05 radələrində evdən çıxıb İmişi şəhərinin mərkəzinə gəlmişlər. Şəhər mərkəzində gecə vaxtı olduğu üçün “X60 6” açıq olmuşdur. Orada bir oğlan satıcı olmuşdur. Girib “Bir bank” kartını oğlana vermiş, marketdən 10 manatlıq kolbasa, su, siqaret almış və pulu kartdan çıxarmasını xahiş etmişlər. Oğlan kartdan 10 manat silmişdir. 10 manat çıxandan bir neçə dəqiqə sonra Ramiz yenidən kartı oğlana vermiş və oğlana: “Kartdan vur görək pul çıxaçaq” - demişdir. Ramiz 5 manatlıq mal almış və kartdan 50 manat pul silməsini satıcıdan xahiş etmişdir. Satıcıda 5 manatlıq su və ərzaq verib, kartdan 50 manat pul çıxarmışdır. 45 manatı kassadan onlara nəğd şəkildə qaytarmışdır. Marketdən çıxıb getmiş, 10-20 dəqiqə sonra yenidən “X60 6” marketinə qayıtmışlar. Kartdan 50 manat pul çıxarmaq istəmişlər. Orada olan satcıya: “5 manatlıq ərzaq və su ver, kartdan 50 manat pul çıxart - demişdir. O, da 5 manatlıq ərzaq verib, onlara 45 manat nəğd pul qaytarmışdır. Yenə də təkrarən satıcıay: “Kartdan yenə də 50 manat pul çıxarıb ver” – demişdir. Satıcı da kartdan 50 manat nəğd pul silib, “X60 6” mağazasının kassasından onlara nəğd 50 manat pul vermişdir. Sonda kartdan 30 manatda pul sildirib satıcıdan 30 manat pul almışdır. Həmin satıcının adının Aydın olmasını soradan bilmişdir. Satıcıya kartı oğurlamağlarını deməmişlər. Ramiz oğlana kartın özünə məxsus olmasını, ad günü olduğunu, kartdan pulu bu məqsədlə çıxarmasını bildirmişdir. Sonra onlar oradan uaqlaşaraq Ramizgilin evinə getmişlər. Ramiz ona 10 manat pul vermiş, qalan pulu isə özü götürmüşdür. Ramizgildə 01 saat olandan sonra onunla Ramiz parka gəlmiş, oradan da çıxıb evinə getmişdir. Səhəri gün Ramiz oğurladığları katdan çıxardığı pulu dediyinə dediyinə görə kazinoda uduzmuşdur. Bu hadisənin səhəri gün o, Fuad, Elxan və Ramiz parkda oturub yeyib içməmişdir. Oğurluq etmələri, yəni kartı oğurlamağlarını Fuada və Elxana deməmişlər. Bundan başqa o, 28 iyul 2023-cü il tarixdə, saat 20 radələrində İmişli şəhəri ərazisində boş-bekar gəzirmiş. İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Hacı Tofiq”in məscidinə getmişdir. Məscidə verilən esan vaxtı tanışlarından Elxanında iştirak etdiyini görmüşdür. Elxan onu görüb məscidin qapısının qarşısında çıxmışdır. Onlar görüşüb siqaret çəkməyə başlamışlar. Elxan ona bir yerə gedib-gəlməyi təklif etmişdir. O da Elxanla razılaşmışdır. Onlar birlikdə piyada prospektə yaxın axan su kanalının üzərindəki yolla İmişli şəhəri ərazisində yerləşən “Göy” məscidə tərəf getmişlər. Məscidin yaxınlığında Elxan ona 2 mərtəbəli evi göstərib, həmin evdən oğurluq etməyi təklif etmişdir. O da Elxanla razılaşmışdır. Daş çəpərdən evin həyətinə keçmişlər. Elxan evin birinci mərtəbəsinə evlə üzbə-üz dayandıqda evin sağ tərəfindən plastik pəncərədən daxil olmuşdur. Elxan pəncərəni əli ilə itələyəib açmışdır. O, evin birinci mərtəbəsinə daxil olmamışdır. Elxan isə birinci mərtəbəyə daxil olub bir şey tapmamışdır. Bundan sonra evin ön hissəsində olan dəmir dirəkdən tuturaq evin ikinci mərtəbəsində dırmanmışdır. Evin ikinci mərtəbəsinəd əvvəlcə Elxan, sonra isə o çıxmışdır. Çıxdıqdan sonra Elxan 2 taylı taxta qapının cəftəsindən tutaraq silkələmiş və qapı açılmışdır. Qapı açıldıqdan sonra evə daxil olub dəhlizdə mebelin üzərindən 5 manatlıq qəpik pul əskinaslarını götürüb, yarısını öz cibinə, yarısını isə Elxana vermişdir. Elxan pulları cibinə qoymuşdur. Sonra isə Elxan həmin dolabda olan 1 ədəd pul qutusunun içərisindən 90 manat dəyərində manatlıq pul əskinaslarını götürüb cibinə qoymuşdur. Bundan sonra Elxan əlindəki mobil telefonun işığı ilə sağ tərəfdən başlayaraq evin otağlarında olan dolabları və digər yerləri gəzmışdır. Sağ tərəfdəki birinci otaqdan hər hansı bir dəyərli əşya və ya pul tapa bilməmişdir. Evin orta otağında olan dolabdan isə bir ədəd yumru orta ölçülü çantanı görmüşlər. Elxan çantanın ağzını açıb içərisindən 2 ədəd qutunu götürmüşdür. Elxan qutuları götürüb ağzını açdı, qutuların içərəsindən qızıllar çıxmış və qızılları topa halda cibinə tökmüşdür. Qızılları götürdükdən sonra evdən çıxmışlar. Başqa heç bir əşya götürməmişlər. Evdən çıxarkən evin daş çəpərin üzərindən aşıb, piyada H.Əliyev adına parka gəlmişlər. Elxan parkda ona 1 paçka siqaret verib, ona: “Gözlə burda gələcəm” – deyib getmişdir. Bundan sonra Elxandan xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospekti ev 53 ünvanında anası X21 ilə birlikdə yaşayır. Özü rəsmi qaydada heç bir yerdə işləmir. 22 avqust 2022-ci il tarixdə İmişli rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 1772.1,177.22 və 177.2.3-cü maddəəlri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və cinayət törətdiyinə görə barəsində 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin həmin cəza təyin edilsədə ona qolbaq vurulmamışdır. İmişli rayonu ərazisində “Depo” kimi tanınan ərazidə yaşayan üzdən tanıdığı Səbuhi adlı şəxsdən 2023cü ilin fevral ayında 10 günlük 20 manat borca pul almış və aldığı pulu qaytara bilmədiyinə görə oğurluq edib Səbuhinin pulunu qaytarmaq fikrinə düşmüşdür. Buna görə də o, 12 mart 2023-cü il tarixdə İmişli şəhəri, S.Qazıyeva küçəsində bayraq meydanın yaxınlığında yerləşən kafedən oğurluq etmək qərarına gəlmiş və ətrafda bir kimsənin olmadığını görüb həmin kafeyə asfalt yol tərəfdə yerləşən hasardan atlanıb kafenin həyətinə düşmüş və kafenin həyətinə düşdükdən sonra kafenin mətbəx hissəsində olan plastik materiallı qapısını geriyə basıb açmış və kafenin içərisinə daxil olub oradan mətbəxə keçmiş və mətbəxdə sol tərəfdə yerdə samovar görmüşdür. Daha sonra mətbəxin içərisində rəfin üstündə 4 ədədi 1 litirlik “banketnaya”, 4 ədədi 05 litirlik “banketnaya”, 5 ədədi 1 litirlik “Volşebnaya Rıbka”, 3 ədəd 1 litirlik “Medov” arağı və 3 ədəd 05 litirlik “Zolotoye kolso” araqlarını orada yerdən tapdığı lazımsız ağ polietilen kisəyə yığmış və kafenin həyətindən çıxıb bayraq meydanı tərəfə gələndə orada tanıdığı Şahid2 görmüş və Həsəndən ona köməklik etməsini istəmişdir. Şahid2 həmin vaxt parkın içərisi ilə gəzirmiş. Həsən onun sözündən sonra ona kömək edib kisədə oğurladığı əşyaları aparmış və ona kisənin içərisində olan samovarı yaxınlıqda çayxana işlədən Mircəlalı görmüşdür. Mircələla samovarı olduğunu və satdığını demişdir. Mircəlalda onun göstərdiyi samovara baxmış və 20 manata ala biləcəyini dediyi üçün həmin samovarı Mircəlala satmışdır. Mircəlal ondan samovarı haradan əldə etdiyini soruşmamışdır. Soruşsaydı Mircələla evdən gətirdiyini deyəcəkmiş. Bundan sonra Şahid2 Adil oğlu ona kömək etdiyinə görə polietilen kisənin içərisində olan 1 ədəd “Volşebnaya Rıbka” arağıın çıxarıb vermişdir. Həsən çıxıb getdikdən sonra həmin oğurladığı araqları özü tək aparıb parkın içərisində tikintisi yarımçıq qalmış binanın həyətində daşların tərəfdə gizlətmişdir. Səhəri isə həmin araqları aparıb İmişli rayon mərkəzi bazarın arxa tərəfində yerləşən marketə satmışdır. Satıcını isə tanımamışdır. Satıcıya isə şənlik evində ofisiant işlədiyini demiş və həmin araqları ona toydan verdikləri üçün yığmış və satmaq istədiyni demişdir. Marketin satıçısı onun sözünə inanmış və satıcıya verdiyi 19 ədəd araqları ondan alıb bunun müqabilində 40 manat pul vermişdir. Əldə etdiyi 60 manat puldan 20 manat Səbuhinin pulunu qaytarmış və qalan 40 manatı isə özü üçün xərcələmişdir. Bundan başqa o, 06 may 2023-cü il tarixdə tanışı Allahşükür Qasımlı ilə birlikdə Allahşükürün evinin yaxınlığında görüşmüşdür. Allahşükür ona Lətif Vəliyev küçəsində darvazası bağlı olan ev olduğunu və həmin evdən oğurluq etməyi təklif etmişdir. Allahşükürün sözü ilə razılaşmış və piyada saat təxminən 23 radələrində birlikdə Allahşükürün göstərdiyi evə tərəf getmişlər. Lətif Vəliyev küçəsində yerləşən evin darvazasının üzərində kilid olduğu, evin işığının sönülü olmasını gördükdən sonra evdə kimsənin olmadığına əmin olmuşlar. Evdə heç kimin olmadığına əmin olduğdan sonra Allahşükür ilə birlikdə evin hasarının üstündən keçib evin həyətinə düşmüşlər. Sonra Allaşükür evin pəncərəsindən evin içərisinə keçmiş və evin içərisindən 01 ədəd aliminum materiallı qazan və 01 ədəd sərinkeşi çıxarıb ona vermiş və birlikdə həmin əşyaları evdən götürüb çıxanda hamamın divarında 5 dəqiqəlik su qzdırıcısını da görmüşlər. Həmin su qızdırıcısını apara bilməyəcəkləri üçün, sonradan aparmaq barədə Allahşükürlə razılığa gəlmişdir. Bundan sonra aliminum materiallı təxminən 6 litir su tutumlu olan qazan və 01 ədəd sərinkeş götürdüyü üçün piyada yol ilə keçərkən tanımadığı taksiyə əl etmiş və “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi və sürücüsünü tanımadığı ağ rəngli taksi avtomobili Allahşükürün əl işarəsindən sonra saxlamış, birlikdə həmin avtomobilə əyləşmiş və avtomobili bayraq meydanına sürdürmüşlər. Həmin avtomobildən Allaşükür düşmüş və düşərkən avtomobildə olan sərinkeşi və aliminum materiallı qazanı götürmüş və Allahşükürün həmin qazanı hara aparmasını bilməmişdir. O isə avtomobildə qalmış və avtommobili dəmiryol vağzalının yaxınlığına körpünün yanına sürdürmüş orada düşmüşdür. Avtomobilin pulun isə Allahşükür vermişdir. 08 may 2023-cü il tarixdə axşam saat 1 radələrində İmişli şəhərində yerləşən H.Əliyev parkına çıxmış və parkda Allahşükürü görmüşdür. Allahşükür ona üzərində 15 manat pulu olduğunu bildirirək yeyib içməyə getməyi təklif emtişdir. O da heç bir narazılıq etməmiş, 5 manat pulu olmasını və özünün də parkın içərisində olan kafeyə getdiyini demişdir. Bir qədər vaxtdan sonra onu parkın içərisində X7 yeməkxanasında olarkən Allahşükür 01 ədəd, 0,7 litirlik “Orqanik” markalı araq alıb gətirmiş və Allahşükürlə həmin yeməkxanada 01 ədəd, 0,7 litirlik arağı əyləşib sifariş verdiyi pomidor yumurta ilə yemiş və arağı içmişlər. Həmin yeməyin pulu 5 manat tutduğu üçün yeməyin pulunu o vermişdir. Hava artıq qaralmış, saat təxminən 01 radələri olarmış ki, Allaşükür ona əvvəl oğurluq etdikləri evin hamamının divarında olan 5 dəqiqəlik su qızdırıcını sökərək oğurlamağı təklif etmiş, o da Allaşükürün sözü ilə razılaşmışdır. Bundan sonra Allaşükürlə birlikdə oğurluq edəcyi evin qarşısına gəlib birlikdə hasarın üstündən evin həyətinə keçmiş, evin həyətində olan hamamın divarındakı 5 dəqiqəlik su qızdırıcını əlləri ilə açmış, həyətdən çıxarıb birlikdə əlləri ilə götürmüş və həmin su qızdırıcını Allahşükürün evinin yaxınlığından keçərək 2 nömrəli məktəbin baş tərfinə gətirmişlər. Allaşükür oradan çıxıb getmiş, o isə həmin su qızıdırıcını Vasifin yeməkxanasının həyətinə gətirib qoymuş, lakin həmin vaxtı yeməkxana bağlı olmuş, heç kəs olmamışdır. Səhər tezdən həmin yeməkxananın həyətinə gəlmiş və həmin yeməkxanada bir kəs olmadığı vaxtda 5 dəqiqəlik su qızdırıcısını hissələrə bölmüş, su qızdırıcının içərisində olan mis hissəsini götürmüşdür. Həmin misi gətirib daş körpü deyilən metal qəbulu məntəqəsinə 11 manata satmışdır. Su qızdırıcısından əldə etdiyi pul ona, sərinkeşdən və aliminum qazandan əldə edilən pul isə Allahşükürə qaldığı üçün öz aralarında razılaşmışlar. Onun Allaşkürün aliminum materiallı qazanı və sərinkeşi neçə manata və kimə satmasını bilməmişdir. Bundan başqa o, sonuncu dəfə Nəsimi rayonu ərazisində cinayət törətdiyinə görə barəsində olan cinayət işi Nəsimi rayon məhkəməsinə göndərilmiş və 11 may 2023-cü il tarixdə məhkəmə iclasına çağırılmışdır. Bu səbəbdən 10 may 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə İmişli şəhərindən çıxıb yol maşını ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəldikdə artıq saat 21 radələrində birlikdə Əcəmi metrostansiyası yaxınlığına çay evlərinin birində çay içmək üçün getmişlər. Çay evinə çatdıqda Vüsal ilə pivə sifariş vermiş və adama 4 bakal pivə içmişlər. Zərərçəkmiş şəxs4 əvvəlcədən tanımış və sonuncu yaşadığı evin həyətində gecələmək üçün otaqlar verdiyini bilmiş, hətta əvvəllərdə bir neçə dəfə orada qalmışdır. Rasim otaqları gecələməyə adama 3-5 manata verirmiş. Buna görə Bakı şəhərində qalmağa yerləri olmadığı üçün Vüsal ilə Rasimin evinə gedib həyətində olan otaqların birində gecələmək barədə qərara gəlmişlər. Həmin vaxt 11 may 2023-cü il tarixə keçmişdi və saat 02 radələri olmuşdur. O, Vüsal ilə çay evindən çıxıb birlikdə Rasimin evinin yanına gəlmişlər. Orada o, Rasimin evinin həyətinə keçmiş, Rasimi çağırmış, heç kim çıxmadığından otaqların boş olub-olmadığına baxmaq üçün evin arxa tərəfinə keçmiş, Vüsal isə qarşı tərəfdə qalmışdır. Təxminən 5 dəqiqə ərzində otaqların boş olub-olmadığına baxıb geri qayıtdıqda Vüsalın onu çöldə gözlədiyini və əlində çanta olduğunu görmüşdür. Vüsaldan çantanın nə olduğunu soruşduqda, “gedək qabaqda deyəcəm” – cavabını vermişdir. Onlar bir qədər hərəkət etdikdən sonra Vüsal Rasimin evinin həyətində olan Renault markalı avtomobilə daxil olub avtomobildən oğurluq etdiyini bildirmişdir. Vüsal ilə oğurladığı əşyalar baxdıqda Vüsalın avtomobildən 2 ədəd bıçaq, bir ədəd kişi qol saatı, üzərində etibarsız sözü yazılmış pul əskinasları və bir ədəd çiyinə taxılan çanta oğurladığını müəyyən etmişdir. Onlar həmin əşyaları götürüb təkrarən Əcəmi metrostansiyası istiqamətinə hərəkət etmiş, yolda olarkən üzərində etibarsız yazılmış pulları cırıb yandırmaqla məhv etmişlər. Digər əşyalar Vüsalda olmuşdur. Vüsal ilə gecəni çay evində qalmışlar. O, səhər saatlarında Nəsimi rayon məhkəməsinə getmiş, lakin məhkəmə 16 may 2023-cü il tarixə təxirə salınmışdır. Daha sonra Vüsal ilə Bakı şəhərində öz işləri ilə məşğul olmuş və axşam saatlarında Vüsal ilə ikisi İmişli şəhərinə qayıtmışlar. 16 may 2023-cü il tarixdə isə Nəsimi rayon məhkəməsinə gəlmiş və məhkəmə iclas zalında ona 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Həmçinin əvvəlcədən ayağında qolbaq olduğu və aldığı cəza çəkdiyi cəzanın üstünə gəlmişdir. O, həmin gün İmişli şəhərinə qayıtmışdır. 20 may 2023-cü il tarixdə İmişli şəhərində evdə olarkən evilərinə polis əməkdaşları gəlmiş və onu Nəsimi rayonu ərazisində avtomobildən oğurluq etdikləri üçün Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə dəvət etmişlər. Həmçinin tanışı Vüsalı da polis əməkdaşları dəvət edib polis bölməsinə gətirmişlər. Bundan başqa o, 04 aprel 2023-cü il tarixdə dostları Şahid6, Təqsirləndirilən şəxs1 və Elxan adlı oğlanla bir yerdə İmişli şəhərində çayxanda oturub söhbət etmişdir. Həmin vaxt Ramiz sabah ad günü olduğunu demişdir. Saat 14 radələridə bir yerdə İmişli rayon Mərkəzində Köbələk adlanan çayxanada oturub adama iki bakal pivə içmişlər. Həmin gün saat 24 radlərinə kimi bir yerdə olmuş, sonra bir-birilərindən ayrılmışlar. Ayrıldıqdan sonra Vüsal və Ramiz çıxıb getmişdir. Gedərkən Ramiz sabah tezdən yenidən bu çayxanaya gəlib ad gününü burada qeyd etməyi təklif etdi. O da 5 aprel 2023-cü ildə tarixdə, saat 08-də yuxudan durub həmin çayxana gəlmişdir. Gələndən sonra Ramiz və Vüsal da həmin “Göbələk” adlanan çayxanaya gəlmişlər. Özləri ilə kolbasa, çörək, siqaret, çibsi alıb gətirmişdilər. Həmin gün cibində 5-10 manat pul olmuş, həmin pula da pivə almış və içmişlər. Həmin günü axşam Ramiz və Vüsalla çayxanada olmuş, hərdən bir çayxanadan çıxıb evə getmişlər. Axşam çayxanada olan polislər, Elvin Gözəlov və başqa polis nəfəri gəlib onu, Vüsalı və Ramizi tutub rayon polis şöbəsinə gətirmişdir. Rayon polis şöbəsində ona məlum olmuşdur ki, Ramiz və Vusal İmişli şəhərində bir evə girmiş, tanmadığı şəxsə məxsus "xxxx" ASC-yə aid kartı oğurlamış, oğurladıqları kartda 190 manat pul olmuş və həmin pulu aparıb İmişli şəhərində “Oba market” mağazasında ərzaq alaraq, bir hissəsin isə nəğd pul şəkildə çıxarmışdır. Kartın hansı evdən oğurlanmasını bilməmiş və kartın oğurlanmasında iştirak etməmişdir. Oğurluq hadisəsi baş verən zaman Vusal və Ramiz, Elxanla bir yerdə 4 iyul 2023-cü il tarixdə, gecə saat 05 radələrində “Daş körpü” deyilən yerə getmiş, Elxan da onlarla birlikdə daş körpiyə gəzəgəzə getmişdir. Lakin ora gedəndə oğurluq məqsədi ilə getməmişlər. Küçədə oğurluq olan həyətin qapısı bağlı olmasını Ramiz və Vusal görüb həmin evdən oğurluq etmək istədikləri bildirmişlər. O və Elxan həyətə keçməmiş, Ramiz ilə Vüsal həyətə hasardan atılıb keçmişlər. O, bir qədər gözləmiş, Elxan siqaret almaq üçün getmiş, sonra isə o, Elxanın arxasınca getmişdir. Təxminən gecə saat 05 radələrində. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 İbtidai istintaq zamanı verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 iyul 2023-cü il tarixdə, saat 18 radələrində küçəyə çıxıb İmişli şəhəri, H.Əliyev prospektində metal qəbulu ilə məşğul olan Qədir adlı tanışına verdiyi 15 manat borcu almağa gedirmiş. Qədirə 25 iyul 2023-cü il saat 20 radələrində “Sabir” adına parkda çayxanada olarkən 40 manat pul vermişdir. Qədir həmin puldan 25 manatını həmin gün saat 23 radələrində qaytarmışdı. Prospektlə paralel yerləşən kanalın üzəri ilə “Göy” məscidə tərəf gedirmiş. Bu vaxt qarşısına Vüsal çıxmışdır. Vüsal ondan haraya getdiyini soruşmuşdur. O isə Vüsala borc verdiyi şəxsdən pulunu almağa getdiyini demişdir. Vüsalda onunla birilikdə getmişdir. Vüsal pulu alıb gələnə qədər kanalın üzərindəki yolda onu gözləməyini demiş, Vüsalda ona yemək yeyib, o gələnə qədər kanalın üzərindəki yola gələcəyini demişdir. O, deyilən qaydada etmişdir. Lakin “Aşura” günü ilə əlaqədar olaraq metal qəbulu məntəqəsi işləmədiyinə görə Qədir işdə olmamış və pulunu ala bilməmişdir. Vüsal ilə görüşmək üçün deyilən yerə gəlmişdir. Oraya gəlib 30 dəqiqə Vüsalı gözləmişdir. Vüsalın gəlmədiyini görüb, getmək istəmişdir. Bu vaxt Vüsalın gəldiyini görmüşdür. Vüsalla görüşüb piyada söhbət edə-edə evlərinin yanına gəlmişlər. Söhbət zamanı Vüsal ona: “Qızıl var sata bilərsən” – demişdir. O da Vüsaldan qızılı haradan əldə etdiyini soruşmuşdur. Vüsal ona qızılları evdən götürdüyünü demişdir. O da Vüsala “yox” cavabını vermişdir. Sonra isə birlikdə dəmir yol vağzalına tərəf getmişlər. Vağzalda Nahid adlı şəxs onları qarşılamışdır. Nahid dosdu Təqsirləndirilən şəxs3 atalığıdır. Nahid ilə söhbət edə-edə “Gənclər Mərkəzi”nin qarşısına gəlmişlər. Vüsal Nahidə 3 ədəd üzük, 1 ədəd qolbağ, 1 cüt sırğa, 1 ədəd tək sırğa vermişdir. Nahidlə görüşən zaman saat 22 radələri olarmış. Vüsal qızılları Nahidə verdikdən sonra Nahid bir nəfərə zəng vurub olduğları yerə çağırmışdır. Nahidin çağırdığı adam 10 dəqiqə ərzində onların yanlarına gəlmişdir.Nahidin qızılları tanışına təqdim etmişdir. Tanışı qızıllara baxıb, oğurluq olub-olmadığını soruşmuşdur. Vüsal isə oğurluq olmadığını, evdən götürdüyünü demişdir. Nahidin tanışı qızılları götürüb çəkməyə aparacağını, bundan sonra çəkiyə uyğun pul verəcəyini demişdir. Vüsalda razılaşmışdır. Bundan sonra Vüsal onlardan uzağlaşıb kanalın yanına gedib-gələcəyini demişdir. Nahidin qızıl alan tanışı Nahidə zəng vurub qızılların 355 manat etdiyini bildirmişdir. Onlar razılaşmışlar. Nahidin tanışı onlarla “Asan” xidmətin qarşısında görüşəcəyini bildirmiş, onlarda razılaşıb deyilən yerə taksi ilə getmiş və Nahidin tanışından 400 manat pul almışdır. Artıq pul almağlarına səbəb, Nahidin tanışının qızıl əşyaların içərisindən 1 ədədinin qızıl olub-olmamasını bilməməsi olmuşdur. Həmin qızıl əşyası təmiz qızıl olmadığı təqdirdə Nahidin tanışı onlardan 45 manat geri alacağmış. Pulu aldıqdan sonra taksi ilə “Köhnə Univermaq” adlanan yerə gəlib orada düşmüşlər. Sonra həmin puldan Nahidə 30 manat pul vermişdir. Qalan pulu cibinə qoyub evə gəlmişdir. Evə gəldikdən 15 dəqiqə sonra küçəyə çıxmış və Vüsalın onu gözlədiyini görmüşdür. Vüsala 200 manat pul vermiş, özü isə 100 manat pul götürmüşdür. Həmin puldan 25 manatını özü üçün xərcləmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayır. 21 yanvar 2023-cü il tarixdə İmişli şəhəri, S.Qazıyeva küçəsində, yəni, “Bayraq meydanı” adlanan yerin yaxınlığında yerləşən və İmaməli adlı şəxsə məxsus olan obyekti icarəyə götürüb kafe kimi işlədirmiş. Həmin kafedə müxtəlif qazan yeməkləri, kabablar və digər yeməklər hazırlayıb müştərilərə xidmət göstərirmiş. Aşpaz kimi isə özü işləyirmiş. Kafeni səhər saat 09 radələrində açır və axşam saat 24 radələrində bağlayırmış. 11 fevral 2023-cü il tarixdə kafeni bağlayıb yaşadığı evinə getmiş və səhər saat 11:45-də kafeyə gəlmiş və kafenin çöl qapsını açıb içəri keçəndə kafenin içərisində plastik materialdan olan qapı açıq vəziyyətdə olduğunu görmüşdür. Kafenin içərisindən mətbəxə keçmiş, mətbəxdə olan latun materiallı 10 litir tutumlu 150 manat dəyərində samovarın, 6 ədəd, hər biri 14 manat olmaqla 84 manat dəyərində 1 litirlik “Banketnaya”, 6 ədəd, hər biri 12 manat olmaqla 72 manat dəyərində 700 qramlıq “Banketnaya”, 4 ədəd, hər biri 10 manat olmaqla 40 manat dəyərində 500 qramlıq “Banketnaya”, 5 ədəd, hər biri 9 manat olmaqla 45 manat dəyərində 500 qramlıq “Volşebnaya Rıbka”, 3 ədəd, hər biri 9 manat olmaqla 27 manat dəyərində 1 litirlik “Medov”, 5 ədəd, hər biri 4 manat olmaqla 20 manat dəyərində 500 qramlıq “Zolotoye kolso” araqları, 5 kq çəkidə, hər kilosu 1,20 manat olmaqla 6 manat dəyərində bir kisə soğanı, 7,20 kq çəkidə, hər kilosu 15 manat olmaqla 108 manat dəyərində quzu ətini, 3 kq çəkidə, hər kilosu 12 manat olmaqla 36 manat dəyərində mal ətini, 3 kq çəkidə, hər kilosu 7 manat olmaqla 21 manat dəyərində saçaq pendirini, 6 kq çəkidə, hər kilosu 1 manat olmaqla 6 manat dəyərində kartof kisəsini, 89 ədəd, hər biri 60 qəpik olmaqla 53,40 manat dəyərində bilinçikləri naməlum şəxs kafenin həyətinə hasarı aşıb keçməklə kafenin plastik materiallı qapsından içəri keçməklə oğurlamış və bu oğurluq nətiçəsində ona 668,4 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasnın 25 may 2023-cü il tarixli 9/2970 nömrəli rəyini təsdiqələmiş, həmin vaxt hesablamanı səhv apardığını bildimişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, o, yaşadığı 15 mart 2023-cü il tarixdən, 16 may 2023-cü il tarixə keçən günədək İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən evindən olmamışdır. Həmin vaxt ərzində onun evindən oğurluq hadisəsi baş vermişdir. Evindən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd 70 diametrli yeni, 20 manat dəyərində Rusiya istehsalı olan aşsüzən, 2 ədəd Türkiyyə Respublikasının istehsalı olan hər biri 1,5x2 metr ölçüdə olan hər biri 40 manat və 80 manat dəyərində yun materiallı ədyal, 1 ədədi 130 manat dəyərində 5 dəqiqəlik Türkiyyə Respublikasının istehsalı olan 30 litir su tutumlu su qızdırcını da hamamın divarından oğurlanmışdır. 2 ədəd dəmir materiallı sadə hər biri 15 manat olmaqla 30 manat dəyərində Rusiya istehsalı olan podnislər, 1 ədəd 1,5x2,5 metr uzunluğunlda 50 manat dəyərində Türkiyyə Respublikasının istehsalı olan süfrə, 2 ədəd Türkiyyə Respublikasının istehsalı olan hər biri 73 manat olmaqla 146 manat dəyərində pokrıval,10 metr uzunluğunda hər metri 9 manat olan 90 manat dəyərində yeni Türkiyyə Respublikasının istehsalı olan pərdə, 1 ədəd Çexoslavakiya Respublikasının istehsalı olan 50 manat dəyərində güldan da oğurlanmışdır. Bu oğurluq cinayət əməli nəticəsində ona 1351 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, Təqsirləndirilən şəxs3 qarşı şikayətçi olduğunu və ona dəyən ziyanın ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, İmişli şəhər R.Əliyev küçəsində yerləşən ünvanda təxminən on beş ildir ki, yaşayır. Övladları böyüyəndən sonra, həmçinin evi yaxınlıqda yerləşən kafe ilə ilə yanaşı olduğu üçün həmin evdən çıxıb İmişli şəhəri Muğan küçəsində kirayə yaşayır. Kirayəyə 2023-cü ilin yanvar ayının sonlarından çıxmışdır. Evdən çıxmağına baxmayaraq mütəmadi olaraq, iki gündən bir gəlib R.Əliyev küçəsindəki evinə baxıb gedir. Sonuncu dəfə 08 may 2023-cü il tarixdə gəlib evə baxıb getmiş, hər şey qaydasında olmuşdur. 10 may 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getməmişdən qabaq evə gəlmiş, evin həyətinə daxil olan zaman giriş qapısı ilə yanaşı olan pəncərənin qoruyucu dəmirlərinin yarısını açılmış vəziyyətdə, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, qapını açıb içəri keçmiş və yataq otağına daxil olanda otağın giriş qapısı ilə üzbəüz olan televizor altlığının üzərindəki plazma televizorunun yerində olmadığını görmüşdür. O, evdə axtarış apardıqdan sonra otaqda olan əşya şkafının üzərindəki qazan dəsti və qaşıq dəsti də yerində olmadığını öyrənmişdir. Bundan sonra evdə oğurluq olmasından əmin olub polisə məlumat vermişdir. Yaşadığı evdən ona məxsus bir ədəd “LG” markalı, 105 dm-lik, qara rəngli, 750 manat dəyərində plazma televizorun, bir ədəd Türkiyə istehsalı çemodan formasında olan qabda 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı olan, 200 manat dəyərində qaşıq dəsti və bir ədəd qutuda, Türkiyə istehsalı, içərisində biri-birinin içərisnə böyükdən balacaya doğru yığılmış, 55 manat dəyərində qazan dəstinin oğurlandığını, bununla da ona ümumilikdə 1005 manat maddi ziyan vurulduğunu bildirmişdir. O, əlavə ifadəsində istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2023-cü il tarixli, 9/4332 nömrəli rəyi ilə razılaşmır. Çünki yaşadığı evdən oğurlanan qazan və yemək dəstlərinin heç biri istifadə edilməmişdir. O, həmin dəstləri qutuda istifadəsiz və təzə formada saxlamışdır. Qazan dəstini bir il bundan öncə 55 manata, qaşıq dəstini isə 200 manata almış, aldığı gündən bəri də heç istifadə etməmişdir. Televizora gəlincə isə həmin televizoru da qeyd edilən ərəflərdə 750 manata almış, kirayədə yaşadığı üçün həmin televizoru da çox istifadə etməmişdir. 105 düyüm ölçüdə olan plazma televizorun qiymətinin hazırda müxtəlif qitmətə, yəni 750 manatdan yuxarı olduğunu qeyd etmişdir. Aldığı əşyaların qiymətini olduğu kimi deməklə vurulan maddi ziyanın miqdarının 1005 (bir min beş) manat olduğunu əvvəlki ifadəsində qeyd etməklə bir daha təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş zərərçəkmiş şəxs X11 elan edilmiş ifadəsindən görünür ki, “Renault” markalı **-BZ-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Hər gün işlərini bitirdikdən sonra həmin avtomobili yaşadığı evin həyətində saxlayır. 10 may 2023-cü il tarixdə, saat 23 radələrində həmin avtomobili yaşadığı ünvan 3 ünvanın qarşısında saxlayaraq yaşadığı evə getmişdir. 11 may 2023-cü il tarixdə saat 09 radələrində avtomobilə yaxınlaşan zaman onun ön sol yan qapısının şüşəsinin tam endiyini görmüşdür. Avtomobili saxlayan zaman pəncərələrini tam bağlandığından əmin olmuşdur. Həmin zaman avtomobilin şüşəsini kənar şəxs müdaxilə edib açmasını düşünmüşdür. Dərhal avtomobilin saxlanc yerlərinə baxmışdır. Qoltuq altında olan 1 ədəd açılıb-bağlanan təxmini ölçüsü 20 sm olan 100 manat dəyərində olan ov bıçağını, 1 ədəd 3 il əvvəl dostu tərəfindən hədiyyə olunmuş təxminən 3000 manat dəyərində, qızılı rəngli, kəməri qara dəridən olan “Hubolt” saatını, 1 ədəd 1 manat dəyərində olan saç darağını, digər saxlanc yerindən pul kisəsinin içərisində olan 120 manat pulu, 1 ədəd markasını xatırlamadığı 50 manat dəyərində suvenir qələmi, 1 ədəd markasını xatırlmadığı, üzərində hansısa yazı olmayan 50 manat dəyərində gün eynəyini, 1 ədəd xüsusi sifarişlə hazırlanmış 110 manat dəyərində olan optik eynəyi, 1 ədəd az işlənmiş “Hugo Bos” markalı, 50ml. olan 50 manatlıq ətiri, 1 ədəd “Bleu de Chanel” markalı, 50 ml-lıq 120 manat dəyərində olan ətiri, sol-sürücü oturacağının üzərinə qoymuş olduğu, dostum tərəfindən hədiyyə olunmuş qara dəridən 10x20 ölçülü olan təxminən 850 manat dəyəri olan “Bally” markalı əl çantası, onun içərisində olan 1 ədəd 200 manatlıq və 9 ədəd 1 manatlıq pul əskinasnı, 1 ədəd üzərindəki rəqəmlərini xatırlamadığı pulsuz əldə etdiyi bank kartı olan “Leo kartı”, ona və həyat yoldaşına məxsus olan 2 ədəd ümumvətəndaş pasportunu, həmin çantanın yanında olan 5 il öncə dotu tərəfindən hədiyyə olunmuş 100 manat dəyərində olan “Adidas” markalı idman çantasını, içərisində olan maddi dəyəri olmayan 1 ədəd 8 sm-lik açılıb-bağlanan suvenir bıçağı, 1 ədəd 12 sm-lik maddi dəyəri olmayan açılıb-bağlanan “turist” bıçağının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4760 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı şikayətçi olduğunu və ona dəyən ziyanın ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 17 ünvanında yaşayır. Həmin ev onun özünə məxsusdur. Onun həyat yoldaşı vəfat etdiyindən, həmin evdə tək yaşayır. Oğlu Şahid5 isə Bakı şəhərində yaşayır və işləyir. O bir aydır ki, Laçın rayonuna getmiş, orda ev tikintisi ilə məşğul olur. "xxxx" ASC-nin İmişli filalından öz adına bir bank kartı almışdır. Həmin karta 200 manat pul atmışdır. Ondan başqa evdə “Leo bank” kartı da olmuşdur. Laçın rayonuna işləmək üçün gedəndə həmin kartları evdə stolun üstünə qoymuşdur. 5 iyul 2023-cü il tarixdə, saat 6 radələrində Laçın rayonunda olarkən onun 055 *** ** ** saylımobil nömrəsinə mesaj gəlmiş və həmin mesajlarda kartdan bir dəfə 10 manat, 3 dəfə 50 manat, bir dəfə də 30 manat pulların çıxarıldığı yazılmışdır. İlk dəfə pul çıxarılanda özü də təccüblənmişdir. Laçın rayonunda olduğu üçün oğlu Şafiqə zəng vurub Bakı şəhərindən İmişli rayonuna gedərək evindən kartın necə yoxa çıxması və ya kim tərəfindən oğurlanması ilə maraqlanmasını istəmişdir. Şafidə gəlib rayon polis şöbəsinə ərizə ilə məlumat vermişdir. Ona məxsus oğurlanmış "xxxx" ASC-dən verilmiş kartın nömrəsi 4169 7388 7452 5797 nömrə olmuş, “Leo bank” kartın nömrəsi isə yadında deyildir. Həmin məlumatları, yəni pulların çıxarılması vaxtı və tarixləri, harada çıxarılması ***-***-**-** nömrəsindən istifadə etdiyi “Samsunq A12” markalımobil telefonunun yaddaşında saxlamışdır. 5 iyul 2023-cü il tarixdə, saat 06:19-da kartdan 10 manat ilk dəfə pul çıxarılmış, kartda 190 manat pul qalmışdır. Saat 06:20-də 50 manat, saat 07:06-da 50 manat pul çıxarılmış, saat 07:07-də isə 50 manat pul çıxarılmış, kartda 40 manat pul qalmışdır. Saat 07:09-da 30 manat pul çıxarılmış, kartda isə 10 manat pul qalmışdır. Həmin pullar eyni bir ticarət obyektindən, yəni İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA MARKET İMİŞHLİ 6” ticarət obyektində odeniş terminalı vasitəsi ilə çıxarılmşdır. “Leo bank”a məxsus ikinci kartında isə pul olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş zərərçəkmiş şəxs X20 elan edilmiş ifadəsindən görünür ki, o, 28 iyul 2023-cü il tarixdə, saat 18 radələrində evdən çıxaraq ailə üzvüləri ilə birlikdə məscidə getmişdir. Saat 22 radələrində evə qayıtmışdır. Evə qayıtdıqda evin giriş qapısı sındırılmış və açıq vəziyyətdə olmuşdur. Evdən çıxarkən evin qapısını açarla kilidləmişdir. Evə daxil olub, qızıl-zinət əşyalarını saxladığı yataq otağına girmiş və oradan paltar dolabına gizlətdiyi qızılların oğurlandığını, dolabın dağıldığını görmüşdür. Evdə heç bir əşyaya əlini vurmayıb 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məlumat verdikdən sonra evinə polis əməkdaşları gəlmiş və baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs və şəxslər əvvəlcə evinin birinci mərtəbəsinə pəncərədən daxil olmuşdur. Evin birinci mərtəbəsində hər hansı bir dəyərli əşya tapmayıb, evin ikinci mərtəbəsinə, evin önündə olan dəmir dirək vasitəsi ilə dırmanaraq eyvana çıxmış, oradan qapının açarını sındıraraq evinə daxil olmuşdur. Evin yataq otağındakı paltar dolabında gizlətdiyi qızıl-zinət əşyalarının bir qisminin oğurlandığı məlum olmuşdur. Dolabın içərisində gizlətdiyi digər qızıl əşyaları oğurlanmamışdır. Bundan başqa dəhlizdə olan dolabdakı pul qutusunun içərisindən 90 manat nağd pulu oğurlanmışdır. Evindən 480 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğa dəsti, 490 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış 1 cüt sırğa, 385 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış 1 cüt sırğa, 200 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış 1 ədəd sadə üzük, 300 manat dəyərində 585 əyyarlı “Türk qızıl”ından hazırlanmış üzərində naxışları olan, qaşları olmayan üzük oğurlanmışdır. Həmçinin dolabdan qutuda saxladığı 7000 manat dəyərində, 750 əyyarlı, “İtalyan qızıl”ından hazırlanmış, üzərində birliyant daş qaşları olan üzük, qolbağ, sırğa və boyunbağından ibarət 55 qram çəkidə komplekt dəsti oğurlanmışdır. Bundan baqa həmin otağda termonun üzərinə qoyulmuş pul kisəsinin içərisindən 100 manat nağd pulda oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 9045 manat maddi ziyan dəymişdir. Belə ki, evindən ümumlikdə 8855 manat dəyərində qızıl-zinət əşyaları, 190 manat nağd pulu oğurlanmışdır. Evindən oğurlanmış qızıl-zinət əşyalarının şəkillərin istintaqa təqdim etmişdir. İş üzrə zərərçəkmiş X33 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2 oktaybr 2023-cü il tarixli, 3- 16-16/2-6/4845-9/6983 nömrəli rəyi ilə razı deyildir və istintaqa verdiyi ilkin ifadəsini təsdiq edərək, ona ümumilikdə 9045 manat maddi ziyan dəydiyini, həmçinin evindən 7000 manat dəyərində qızıl komplektinin oğurlanmasını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, S.Rzayev küçəsində yerləşən nömrəsiz evdə yaşayır. Özü hazırda İmişli şəhəri, H.Əliyev parkında yerləşən çayxanada çay satışını təşkil edir və oradan əldə etdiyi qazancla ailəsini dolanıdırır. 12 fevral 2023-cü il tarixdə, gecə saat 24 radələrində işlədiyi çayxanaya üzdən tanıdığı Təqsirləndirilən şəxs3 gələrək smovar satdığını ona demişdir. O da samovara baxdıqdan sonra yaxşı olacağı təqdirdə alacağını bildirmişdir. Fuaddan smovarı hardan götürdüyünü soruşmuşdur. Fuad isə smovarı evlərindən gətirdyini və pula ehtyacı olduğu üçün satdığıdemiş, bundan sonra o, Fuad ilə razılaşmışdır. Fuad ona smovarı yaşadığı evdən gedib götürüb gətirəcəyini demişdir. Təxminən bu danışığılarından 10-15 dəqiqə vaxt keçdikdən sonra Fuad əlində bir ədəd samovarı ilə çayxanaya gəlmiş, o, samovara baxmış və Fuaddan samovarı necə manata satdığını soruşmuşdur. Fuad isə pul borcu olduğunu və samovarı satıb borclu olduğu pulu verəcəyini demişdir. O da Fuaddan nə qədər pul borcu olmasını soruşduqda Fuad ona 20 manat borcu olduğunu bildirmişdir. O, smovara 20 manat verə biləcəyini dediyi üçün Fuad onunla razılaşmış və smovara görə Fuada 20 manat pul verib smovarı almışdır. Daha sonra Fuad çıxıb getmişdir. Səhəri isə polis əməkdaşları ondan samovar alıb-almadığını soruşmuş, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs3 smovar aldığını və samovarın çayxanada olduğunu bildirmişdir. 14 fevral 2023-cü il tarixdə Fuad Aabbaslının ona 20 manata satdığı smovarı polis şöbəsinə gətirib vermiş və smovarı ondan protokol əsasında götürmüşlər. Daha sonra Fuad tərəfindən oğurlanmış smovarın bayraq meydanının yaxınlığında kafe işlədən Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. O, həmin samovarın oğurluq olmasını bilməmiş, nə də Təqsirləndirilən şəxs3 ona həmin smovarı satarkən oğurluq olduğunu deməmişdir. Fuad satdığı smovarı evlərindən gətirdiyni və özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, E.İbrahimov küçəsi ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs3 İmişli şəhər sakini kimi tanımışdır. Onun Fuad ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. O, Fuad ilə hər hansı bir oğurluq cinayətini törətməmiş, haradan nə kimi əşya oğurlaması barədə məlumatı olmamışdır. Fuad ona spirtli içki verməmiş, Fuada oğurladığı oğurladığı smovar və ərzaq məhsullarını aparmaqda köməklik göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, H.Əliyev prospektində daş körpü deyilən yerdə qara metalın alışı və satışı ilə məşqul olur. Yəni, istifadəyə yararsız dəmir tullantı materiallar alıb satır. İmişli şəhər sakini X8 rayon ərazisində bir neçə dəfə görmüş və ona tullantı dəmir materialları və əlvan metallar satdığı üçün üzdən tanımışdır. İşlədiyi metal qəbulu məntəqəsində videomüşahidə kamerası var və sahibkarlıq fəaliyyəti göstərməyi ilə bağlı bütün sənədləri qaydasında olmuşdur. Allahşükür Qasımlı may aynın əvvələrində dəqiq tarixini xatırlamadığı vaxtda işlədiyi metal qəbulu məntəqəsinə bir ədəd aliminum materiallı əzik formada qazan, mühərrik sarğısı və mis materiallı yanmış sim naqilləri gətirdiyi üçün həmin qeyd edilən tullantı əlvan materiallı məlumatlara görə 8,70 qəpik pul vermişdir. Aliminium materiallı qazan 370 qram olduğundan və aliminimum materialın bir kilosu 2,70 qəpik olduğundan 1 manat və əlvan metalın bir kilosu 8,7 manat olduğundan 1,130 qram is materiallı yanmış elektrik kabeli və mühərrik sarğısı gətirdiyindən cəmi 7,70 manat təşkil etmiş və Allahşükürə ümumilikdə 8,70 manat pul vermişdir. Allahşükürün gətirib ona satmış olduğu əlvan materiallı məmulatların oğurluq olmasını bilməmiş və Allahşükür ona həmin əşyaları yaşadığı evdən gətirdiyini bildirmişdir. O da qeyd olunan əşyaların yararsız halda olduğunu görüb şübhə doğurmadığı üçün almışdır. Sonradan isə Allahşükür Qasımlı polis əməkdaşları ilə birlikdə onun işlədiyi məntəqəyə gəldiyi zaman həmin əşyaların oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhər sakini Vüsal adlı şəxslə rayon ərazisində tanış olmuş, bir neçə dəfə çayxanada otumuş və təxminən iki aydır ki, tanıyır. Münasibətləri bu cür yaranmışdır. 10 may 2023-cü il tarixdə saat 01 radələrində Vüsal ilə birlikdə İmişli şəhəri “H.Əliyev” adına parkda görüşdüyünü, görüş zaman söhbət etdiyini və birlikdə həmin parkın yaxınlığında yerləşən “Raypo” adlanan kafeyə getdiklərini, orada əyləşib yeyib-içən zaman iki nəfərə 0,700 ml araq içdiklərini bildirmişdir. Yeyib-içən zaman Vüsalın İmişli şəhəri “Pambıq zavodunun” yaxınlığında bir ev olduğunu və həmin evin də boş olduğunu bildirdiyini qeyd etmişdir. Vüsal həmin evdə televizor olduğunu və həmin televizoru oğurlamağı təklif etdikdə o da razılaşmışdır. Gecə saat 02 radələrində piyada İmişli şəhəri Muğan küçəsində yerləşən həmin evə getdiklərini, evin ağ rəngli daravazasının olduğunu, evdə isə işıqlar yanmadığı üçün heç kimin olmadığını bildirmişdir. O, evin həyətinin hasarından içəri keçmişdir. Vüsal isə qabaqcadan aralarında olan razılaşmaya görə küçədə dayanıb ətarfı güdməli, kimsə gələndə xəbər verməli olduğunu qeyd etmişdir. O, hasardan tullanıb içəri keçmiş, evin pəncərəsi açıq olmuşdur. İlk öncə qapını yoxlayıb bağlı olduğundan əmin olmuşdur. Sonra pəncərəni əli ilə itələyib açmış və pənəcərədən içəri otağa daxil olmuşdur. Otaqda televizor altlığının üzərində bir ədəd qara rəngli plazma televizor olmuş, televizor isə elektrikə taxılı olmamışdır. Televizoru götürən vaxt Vüsal da həyətə keçmiş, pəncərənin qarşısında dayanmışdır. O, televizoru pəncərədən Vüsala vermiş, sonuncu televizoru aldıqdan sonra o da pəncərədən çölə çıxmışdır. Vüsal hasardan küçəyə keçdikdən sonra o, televizoru hasarın üzərindən Vüsala vermiş, ardı ilə o, küçəyə keçmişdir. Televizor onun əlində piyada İmişli şəhəri “Aşıq Ələsgər” küçəsində yerləşən “Kral” şadlıq sarayının qarşısına gəldiklərini, oradan dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli və sürücüsünü tanınmadığı “Vaz 2107” markalı taksiyə əyləşib İmişli rayonu Otuziki kəndində təşkil edilən heyvan bazarına gəldiklərini bildirmişdir. Məqəsdlərinin isə oğurluq yolu ilə əldə etdikləri televizoru satıb pul əldə etmək olmuşdur. Televizoru orada İmişli şəhər sakini kimi tanıdığı Vüsal adlı şəxsə 200 manata satmış, Vüsalın isə televizorun oğurluq olub-olmadığını soruşmadığını bildirmişdir. O, Vüsala televizoru evdən gətirdiyini demiş, sonuncu isə televizorun oğurluq olduğunu bilmədiyini qeyd etmişdir. Televizoru satdıqdan sonra əldə etdikləri 200 manat pulu yarı böldüklərini və 100 manatını Vüsala verib, qalan 100 manatı da özü götürdüyünü, oradan da rayona yenə də dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli və sürücüsünü tanınmadığı “Vaz 2107” markalı taksiyə əyləşib qayıtdıqlarını bildirmişdir. “Ramaşka” marketin qarşısında düşdüklərini, taksi pulu olaraq üç manatı da özü verdiyini, həmçinin televizoru aparanda da həmin taksiyə üç manat pulu da özünün verdiyini, oradan da Vüsalla sağollaşıb ayrıldıqlarını, əldə etdiyi 100 manat pulu isə özü üçün xərclədiyini bildirmişdir. Qeyd edilən oğurluq əməlindən savayı heç bir cinayət əməlinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 evindən oğurluq etmək təklifi Vüsal tərəfindən gəlmiş və o da qəbul etmişdir. Vüsal həmin evdə televizor olduğunu ona yeyib içən zaman demişdir. Vüsalın həmin evdə televizor olması barədə məlumatı necə əldə etməsi ilə bağlı fikrinin olmadığını, sadəcə evdə televizor olduğunu və oğurlamağı təklif etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə və həmin günü İmişli RPŞ-yə ünvanladığı müraciətində yaşadığı evdən televizor və cehizlik əşyaların oğurlandığını bildirməsi ilə bağlı isə Vüsal ilə birlikdə həmin evdən yalnız bir ədəd televizor oğurladıqlarını, heç bir cehizlik əşya oğurlamadıqlarını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş X7 elan edilmiş ifadəsindən görünür ki, İmişli şəhəri “Heydər Əliyev” adına parkın yaxınlığında, “Raypo” adlanan yerdə kafe işlədir. 10 may 2023-cü il tarixdə saat 01 radələrində İmişli rayonu Otuziki kəndində təşkil edilən heyvan bazarından işlətdiyi kafe üçün quzu almağa getmişdir. Saat 03 radələrində heyvan bazarında iki nəfər üzdən tanıdığı cavan uşaq görmüş, uşaqlardan birinin əlində qara rəngli plazma markalı televizor olmuşdur. Yaxınlaşıb televizoru soruşmuş, Vüsal və Cahid də satdıqlarını bildirmişlər. Qiymətini isə 250 manata desələr də sonradan razılaşıb 200 manata almışdır. Vüsal və Cahidin uzaqlaşıb getdiklərini bildirmişdir. Məqsədi həmin televizoru aldığı qiymətdən baha satmaq olmuşdur. Bir nəfər orta yaşlı, yəni 50-55 yaşı olan, balaca boy, saqqalı, başında boz rəngli yay papağı olan, ayağında qaloş olan kişi yaxınlaşıb həmin televizoru satılıq olduğunu soruşmuş, televizoru 300 manata desə də sonda 230 manata razılaşıb həmin şəxsə satmışdır. Bundan bir həftə sonra, yəni 17 may 2023-cü il tarixdə İmişli rayon polis şöbəsindən onu çağırdıqlarını, orada həmin gün, yəni 10 may 2023-cü il tarixdə Vüsal və Cahiddən aldığı televizorun oğurluq olduğunu dediklərini bildirsələr də o, həmin televizoru alan zaman oğurluq olduğunu bilmədiyini bildirmişdir. O, televizoru alan zaman Vüsal və Cahiddən televizorun oğurluq olub-olmadığını soruşduqda sonuncular televizorun oğurluq olmadığını, sabah şəxsiyyət vəsiqələrini gətirib göstərəcəklərini bildirmişdir. O, Vüsal və Cahidin İmişli şəhəri Muğan küçəsində yerləşən evə daxil olub həmin televizoru oradan oğurladıqlarını sonradan öyrənmişdir. Vüsal və Cahidi şəxsən də olmasa üzdən tanıdığını bildirmişdir. Çünki, hər iki şəxs ona televizoru satan gecə, yəni 09 may 2023-cü il tarixdə saat 18 radələrindən saat 21 radələrinədək onun işlətdiyi kafedə yeyib-içmişdir. Yeyib-içən şəxslər beş-altı nəfər olmuş, içərilərindən bir nəfər Fuad adlı şəxsi tanıdığını bildirmişdir. Yeyib-içən şəxslər 110 manat hesab verməli olduqları halda 50 manat vermiş, o, dükana gedib gələnə kimi isə qaçıb getdiklərini bildirmişdir. Lakin Vüsal və Cahidi yeyib-içən şəxslərin içərisində görmədiyi üçün heyvan bazarında tanıya bilməmişdir. Vüsal və Cahid televizorun özlərinə məxsus olduğunu, onu tanıdıqlarını, onun kafe işlətdiyini, Bakı şəhərinə getmək üçün yol pulu lazım olduğunu, həmçinin telefon işlətmədiklərini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid5 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, Ş.Qurbanov küçəsi 17 nömrəli evdə yaşamış, hal-hazırda da həmin evdə daimi qeydiyyatdadır. Onunla bir yerdə atası Zərərçəkmiş şəxs5 yaşayır. 2020-ci ildə X28 ilə evlənmiş, Şahxanım adlı qız övladı vardır. Ailəsi ilə köçüb Bakı şəhərində yaşayır. Atası isə İmişli şəhərində olan evlərində yaşayır. Atası bir aydır kı, Laçın rayonunda “Bakı Abadlıq Şirkəti”nin işçisi kimi yeni tikilən evlərin inşası ilə əlaqədar gedib işləyir. Atası evə bir aydır ki, işi ilə əlaqədar gəlib-gedə bilməmişdir. 5 iyul 2023-cü il tarixdə, saat 12 radələrində atası ona zəng vurub adına "xxxx" ASC-də açdırdığı 4169 7388 7452 5797 nömrəli bank kartında olan puldan hissə-hissə pul çıxarıldığını bildirmişdir. Həmin kartdan pulun çıxarılması atasının ***-***-**-** mobil nömrəsinə mesaj göndərilməklə məlumat verilmişdir. Həmin məlumatları, yəni pulların çıxarılması vaxtı və tarixləri, yeri, onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna atası mobil telefonu vasitəsi ilə “Whatçap” ani mesajlaşma proqramı vasitəsi ilə göndərmişdir. 5 iyul 2023-cü il tarixdə, saat 06:19-da kartdan 10 manat ilk dəfə pul çıxarılmış, kartda 190 manat pul qalmışdır. Saat 06:20-də 50 manat, saat 07:06-da 50 manat pul çıxarılmış, saat 07:07-də isə 50 manat pul çıxarılmış, kartda 40 manat pul qalmışdır. Saat 07:09-da 30 manat pul çıxarılmış, kartda isə 10 manat pul qalmışdır. Həmin pullar eyni bir ticarət obyektindən yəni, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA MARKET İMİŞHLİ 6” ticarət obyektində odəniş terminalı vasitəsi ilə çıxarılmşdır. Mən rayon polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları ilə birlikdə baxış keçirmək üçün İmişli şəhəri, Ş.Qurbanov küçəsinə olan evlərinə getmiş, onun iştirakı ilə evə baxış keçirilmişdir. Evə baxış zamanı evin girişində eyvanın və giriş qapısının sol tərəfində yerləşən evin taxta pəncərəsinin açıq vəziyyətdə olmasını görmüşlər. Həmin pəncərə itələməklə açılmışdır. Pəncərnin qoruyucu tor-tor plastik setkasın bıçaqla kəsib pəncərənin arxasını vurulmuş dəmir mismarı yerindən çıxararaq içəri keçmişlər. Sonra evdə otaqları baxdıqda, otaqlarda döşəmənin üzərinə bəzi əşyaların dağılmasını görmüşlər. Atasına məxsus olan həmin bir kartında yerində olmadığı baxıb müəyyən etmişlər. Həmin kartdan başqa atasının cibində olan 01 ədəd Leo banka məxsus ikinci kartıda oğurlanmışdır. Lakin həmin kartda pul olmamış və həmin kartdan pul çıxarılmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, o, atası X37, anası X29, iki qardaşı Ramil və Yusif, nənəsi Həşimov Zenfiradan ilə birlikdə İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ev 30 ünvanında yaşayır. O, evin ortancıl oğludur. Əvvəllər məhkum olunmamışdır. İmişli şəhər sakinləri Fuadı, Elxanı və Vüsalı 5 ildir ki, tanıyır. Hərdən onlarla oturub çayxanalarda çay içmiş, əvvəllər bir yerdə oğurluq etməmişlər. 4 iyul 2023-cü il tarixdə, saat 18 radələrində o, Elxan və Vüsal bir yerdə İmişli şəhər mərkəzi parkında “Göbələk” adlanan çayxanda oturub pivə içmişlər. Həmin gün sonra parkda gedib pivə içməkdə davam etmişlər. Onun 5 iyul 2023-cü ildə 18 yaşı tamam olurmuş. O, yanında olan uşaqlara ad gününü bir yerdə qeyd etməyi təklif etmişdir. Parkda olarkən 4 iyul 2023cü il tarixdən, 5 iyul 2023-cü il tarixə keçən gecə pivə içib sərxoş olmuşlar. Sərxoş olduğları üçün gəzə–gəzə gedib İmişli şəhəri “Daş körpü” deyilən yerə getmişlər. Fuad və Elxan da onlarla birlikdə getmişlər. İmişli rayonu, Cəfərli kəndinə gedən yol ilə küçədə gəzirşərkən bir evin küçə darvazasın qapısı asma qıfılla bağlı olmasını görmüşlər. Vüsal ona: “Gəl evə girək, evdən pul olsa oğurlayaq, saba sənin ad gününü əməli başlı qeyd edək” - demişdir. O da Vüsalla razılaşmışdır. O və Vüsal həyətə keçmiş, Elxan və Fuad küçədə qalmışlar. Onlar həyətə keçənə kimi Elxan ilə Fuad çıxıb getmişlər. Fuad və Elxan oğurluq etmək ücün onlarla həyətə keçməmişlər. O və Vüsal həyətə keçmişdir. Evə əvvəlcə o daxil olmamış, evin qarşısında durmamış, Vüsal evə pəncərədən daxil olmuş, o, pəncərənin qarşısında gözləmişdir. Vüsal evə daxil olub alışqan işığında evdə pul axtarırmış. Vüsalın gəlmədiyini görüb, pəncərədən ayağını evin içərisinə atıb keçmək istəyən vaxt Vüsal onun qarşısına gəlmişdir. Vüsal ona əlində iki ədəd bank kartını göstərməklə, biri "xxxx" ASC-yə aid bank kartı, biri isə də “Leo bank” kartı tapdığını demişdir. O evdə axtarış aparmamışdır. Vüsaldan kartları alıb cibinə qoyub evdən çıxmışdır. Küçəyə keçdikləri hasardan atılıb çıxmışlar. Fuad və Elxan küçədə olmamışdır. Vüsal ona acdığını demişdir. Evdən çıxanda hava işıqlaşırmış. Sonra taksi avtomobillə İmişli şəhərinin mərkəzinə gəlmişlər. Gecə saat 6 radələrində şəhər mərkəzində gecə vaxtı olduğu üçün “X60 6” marketi açıq olmuşdur. Həmin market 24 saat işləyir. Orada bir oğlan satıcı olmuşdur. Girib bir bank kartını oğlana vermişdir. Kartı Vüsala verərək terminala salıb 10 manat çıxarmasını və marketdən nə istəyirsənsə götürməsini demişdir. Vüsalda marketdən kolbasa, su, siqaret almışdır. Sonra yendə satıcıya kartdan 50 manat çıxartmasını demişdir. Satıcıda kartı “X60 6” da olan terminala salıb 50 manatda kartdan çıxarmışdır. Həmin pulun 30 manatın nəğd şəkildə vermiş, 20 manatına ərzaq və siqaret, çipsi və sair əşyalar almışdır. Sonra o, Vüsalla “X60 6” mağazasından çıxıb parka getmişlər. Saat 07 radələrində yenidən “X60 6” mağazısına qayıtmışlar. Həmin satıcı oğlan orada olmuşdur. Yenidən bir kartı verib kartda olan pulları çıxarmasını xahiş etmişdir. Oğlana pulu görə nəsə alacığını demişdir. Oğlan onun sözləri ilə bir dəfə 50 manat, bir dəfə 50 manat, bir dəfə də 30 manat pulları kartın hesabından çıxarmış və kassadan onlara nəğd pullar vermişdir. Vüsal yendə acmdığını demişdir. Artıq səhər açılmışdı. Orada olan dönərxanaya getmiş, dönər alıb yemişlər. Vüsal ona 15 manat pul lazım olduğunu demişdir. O da də çıxarıb Vüsala puldan 15 manat vermişdir. Sonra Cənnət çay evinə getmiş, 10 manatlıq orada oturub şakalatla çay içmişlər. Vüsal 15 manatı alıb çay içdikdən sonra çıxıb getmişdir. Daha sonra Vüsal gəlmədi, sonra telefonda sosial şəbəkədə “Kazino” oynunda 100 manat kartdan çıxardığı pulu uduzmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid7 elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, C.Dədəkşiyev küçəsi 21 nömrəli evdə yaşayır. Azərbaycan Dövlət Neft Sənaye Ünversitetinin nəzdində olan Bakı neft energetika kollecinin ekologiya üzrə ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərli istifadə edilməsi fakültəsini 2022-ci ildə bitirmişdir. 2023-cü ilin iyun ayının ortalarında “X60 6” ticarət obyektində kassir satıcı kimi işə düzəlmişdir. 4-5 gün idi ki, işə gündüz vaxtı, saat 8-dən 18-ə kimi işə çıxmış, sonradan gecə növbəsində saat 22-dən 8 kimi mağazada satıcı kimi işləməyə başlamışdır. 5 iyul 2023-cü ildə növbə yoldaşı, X34 ilə işdə olmuşdur. Saat 6 radələrində mağazaya iki oğlan girmişdir. Onları mağazada işlədiyi günlərdə gecə vaxtı mağazaya gəlib alver etdikləri üçün görmüşdür. Biri Vusal digəri isə Ramiz adlı oğlanlar olmuşdur. Ramiz ona bir ədəd bir bank kartı vermiş, mağazada olan istifadə etdiyi ödəmə teminalına kartı göstərmişdir. Kartda olan puldan aldığı ərzaq məhsulların pulu, yəni 10 manat çıxılmış, aldığı su, siqaret və başqa əşyaları götürüb ikinci oğlanla çıxıb getmişdir. Bir neçə dəqiqə keçəndən sonra qayıtmış, Ramiz ona ad günü olduğunu, uşaqlarla oturub yeyib içdiklərini, küçədə olan bakomatın işləmədiyini, pul lazım olduğunu, kartda olan puldan çıxarmaq istədiyini, çıxara bilmdiyini bildirirək, ondan kartdakı pulu mağazada olan post-terminal vasitəsi ilə çıxarmasını xahiş etmişdir. O da kartı yenidən əlində olan post-terminala yaxılaşdırmış, Ramizin sözü ilə kartdan 50 manat pulu çıxarıb çekini mağazanın kassasına qoymuş, 50 manat kassadan nəğd pulu götürüb Ramizə vermişdir. Ramizdə çıxıb getmişdir. Kartın kimə məxsus olmasını da satıcı kimi təcürbəsi olmadığına görə soruşmamışdır. Əslində Ramizə nəğd şəkildə terminal vasitəsi ilə pul çıxarıb verməli deyilmiş, bu barədə də bilməmişdir. Təxminən yarım saat keçəndən sonra Ramiz yenə də Vüsal adlı oğlanla gəlmiş, yenə də terminal vasitə ilə kartda olan puldan çıxarıb vermişdir. Bir dəfə 50 manat post-terminal vasitəsi ilə çek yazıb nəğd 50 manat pul vermiş, təkrar bir dəfə də yenə də eyni qaydada 50 manat pul kartdan çek yazıb pul silib vermiş, bir-iki dəqiqə də sonra yenə də 30 manat pul çıxarıb nəğd şəkildə Ramizə vermişdir. Pulları çıxarıb verəndə kartın kimə məxsus olmasını soruşmamış və kartdan da nəğd pul silməyin qadağın olunmasınıda “X60 6” ticarət obyektinin müdiri ona bildirməmişdir. Ramizə cəmi 10 manatlıq ərzaq satmış, qalan 180 manatı isə hissə-hissə terminal vasitəsi ilə çıxardaraq onlara təqdim etdiyi bir kartdan pulu ödəmə qəbz yazıb, nəğdləşdirmişdir. Həmin hadisədən iki gün sonra ərizə yazıb işdən çıxmışdır. Daha “X60 6” ticarət obyektində satıcı işləməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid8 elan edilmiş ifadəsindən görünür ki, 28 iyul 2023-cü il tarixdə, saat 21 radələrində rayon ərazisindən yaşadığı evinəg gələrkən Elxan adlı tanışı ona zəng vurub onunla işi olduğunu bildirmişdir. O da Elxandan nə işi olduğunu soruşduqda təkrarən Elxan ona: “İşim var” deyərək, İmişli vağzalının yanında çağırmışdır. O da deyilən yerə piyada getmişdir. Deyilən ünvana çatdıqda Elxan yanında Vüsal adlı tanışı ilə onu gözləyirmiş.Həmin vaxt Elxan ona satılıq qızılları olduğunu, həmin qızılları satmaq üçün müştəri olub-olmadığını soruşmuşdur. O da Elxandan qızılların oğurluq olubomadığını soruşmuşdur. Elxan isə satacağı qızılların Vüsalın evindən götürdüyünü bildirmişdir. O da tanışı Şahid9 zəng edib satılıq qızıllar olduğunu bildirmişdir. Səyyad ondan qızılların oğurluq olub-olmadığını soruşduqda o, Səyyada qızılların Vüsalın evinin qızılları olmasını bildirmişdir. Bundan sonra Səyyad ilə “Gənclər Mərkəzi”nin yanında görüşmüş, sonra isə Səyyadı Elxana yönəltmişdir.Təxminən 15-20 dəqiqə sonra Səyyad Elxana bilmədiyi məbləğdə pul verərək getmişdir. O, qızılları və Səyyadın Elxana verdiyi pulu görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid9 elan edilmiş ifadəsindən görünür ki, 28 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Şahid8 dəqiq xatırlamadığı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, vaxib pul olduğunu, haazırda əlində qızıl olduğunu və həmin qızılları almağı ona təklif etmişdir. O da Nahidə qızıllara baxmaq istədiyini bildirmişdir. Həmin gün bir neçə dəqiqədən sonra Nahidlə İmişli şəhəri ərazisində yerləşən “Gənclər Mərkəzi”nin qarşısında görüşmüşdür. Həmin vaxt Nahidin yanında adını Elxan kimi bildiyi gənc oğlanda gəlmişdir. Elxan adlı şəxs həmin vaxt ona 1 ədəd bilərzik, 2 cüt sırğa, 1 tay sırğa və 3 ədəd üzük təqdim etmişdir. O da təqdim edilmiş əşyalara 400 manat pul verəcəyini bildirmişdir. Onun üzərində pul az olduğu üçün evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra Nahidə “Sokol” YDM-ə gəlməsini izah etmişdir. Həmin gün saat 21:30 radələrində qeyd edilən ünvanda Nahid və yanında gələn Elxan adlı şəxslə yenidən görüşmüşdür. Orada 400 manat nəğd pulu Elxan adlı şəxsə vermiş və qızılları təhvil elmışdır. Daha sonra oradan kənarlaşıb evinə getmişdir. 29 iyul 2023-cü il tarixdə, saat 15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları ona zəng edərək rayon polis şöbəsinə dəvət etmişlər. O, şöbədə olan zaman ona satılan qızılların oğurluq olduğunu bilmişdir. Bundan sonra o, həmin qızılları gətirərək təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib istintaq aparılmışdır (1-cild, i.v. 1); baxış keçirilməsi haqqında 28 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer X20 İmişli şəhəri, Ə.Vahid küçəsi ev 25 ünvanıdır. Evin həyətinə giriş piyadalar üçün nəzərdə tutulmuş tək qapıdandır. Evin sol tərəfində bağ, sağ tərəfində isə 2 mərtəbəli fərdi yaşayış evi yerləşir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, naməl şəxs(lər) əvvəlcə evin sağ tərəfindəki pəncərədən evin birinci mərətəbəsinə daxil olmuş, lakin hər hansı bir əşya oğurlamamışdır. Baxışın davamında məlum olmuşdur ki, naməlum şəxs evin önündəki dəmir dirəkdən tutaraq evin ikinci mərtəbəsinə çıxmış və evin dəhlizinə düşmüşdür. Bundan sonra evin taxtadan olan qapısını sındıraraq evə daxil olmuşdur. Evin zalında, sağ tərəfdə olan dolabdan içərisində pul olan qutulardan pul götürmüşdür. Baxış davamında evin baş tərəfindəki birinci otaqdakı dolabda olan əşyalar dağıdılmış lakin hər hansı bir əşya oğurlanmamışdır. Evin ikinci otağından, sol tərəfdə yerləşən dolabdan isə qızıl zinət əşyaları və həmin otağda olan termodan isə pul oğurlanmışdır. Qeyd edilən yerlərə baxış keçirilən zaman əl-barmaq izləri götürülmüş və şəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (1-cild, i.v. 07-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X33 zərərçəkmiş şəxs qismində tanınmışdır (1cild, i.v. 21); qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 Vüsal Səbi oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır (1-cild, i.v. 35); şübhəli şəxsin tutulması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 50-51); şübhəli şəxsin tutulması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:30 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 67-68); cinayət işinin tövsif olunması haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuş və istintaq davam etdirilmişdir (1-cild, i.v. 87-88); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1-cild, i.v. 90-91); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1-cild, i.v. 101- 102); Azərbaycan Respublikası Medalının İ-11194 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (1-cild, i.v. 117); Azərbaycan Respublikası Medalının İ-43935 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (1-cild, i.v. 117); Qətimkan tədbiri seçmək barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “valideyinin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (1-cild, i.v. 126-127); İmişli Rayon Məhkəməsinin 4(036)-48/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (1-cild, i.v. 130- 132); cinayət işlərinin bir icraata birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi il aparılmış və cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (1-cild, i.v. 151-152); cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanıma və icraata qəbul edilməsi haqqında 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib istintaq aparılmış və Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 156); baxış keçirilməsi haqqında 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs5 Şərafət oğlunun yaşadığı fərdi evi yaşayış evidir. Həmin evin həyəti dəmri darvaza və daş hasarla əhatə olunmuşdur. Həyətin sol tərəfindən baö yerləşir. Həyətin ortasında 5 otaqlı, dəhliz və mətəxdən ibarət 1 mərtəbəli ev yerləşir. Evin eyvanında qalxan pilləkələrdən stul və taxta pəncərə yerləşir. Həmin pəncərə aılmış vəziyyətdədir. Evin qarşısında dairəvi zal yerləşir. Zalın ətrafında otaqlara keçid qapıları vardır. Baxış iştirakçısı Şahid5 bank kartlarını evin pəncərəsindən asılmış qara rəngli pencəyin olmasını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək baxıış protokoluna əlavə edilmişdir (1-cild, i.v. 178-185); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2023-cü il tarixli 9/2970 nömrəli rəyindən görünür ki, 1 ədəd 10 litir tutumlu smovar 220 manat, 6 ədəd 1 litirlik, 84 manat dəyərində “Banketnaya” alkoqollu içki, 6 ədəd 0,7 litirlik, 72 manat dəyərində “Banketnaya” alkoqollu içki, 4 ədəd 0,5 litirlik, 43,69 manat dəyərində “Banketnaya” alkoqollu içki, 5 ədəd 0,5 litrilik, 45 manat dəyərində “Volşebnaya Rıbka” alkoqollu içki, 3 ədəd 1 litrlik, 27 manat dəyərində “Medov” alkoqollu içki, 5 ədəd 0,5 litrlik, 20 manat dəyərində “Zolotoye Kolso” alkoqollu içki, 5 kq çəkidə, 6 manat dəyərində bir kisə soğan, 7,20 kq çəkidə, 115,20 manat dəyəriində quzu əti, 3 kq çəkidə, 36 manat dəyərində mal əti, 3 kq çəkidə, 21 manat dəyərində saçaq pendiri, 6 kq çəkidə, 6 manat dəyərində kartof, 89 ədəd, 53,40 manat dəyərində bilinçik, ümumi dəyəri 749,20 manat müəyyən edilmişdir (1-cild, i.v. 181-184); cinayət işinin tövsif edilməsi haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələrinə tövsif olunmuş (1-cild, i.v. 219-220); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (1-cild, i.v. 222- 223); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (1-cild, i.v. 235); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, İmişli Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (1-cild, i.v. 236-237); cinayət işinin icraata qəbul olunması haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir (1cild, i.v. 238); baxış keçirilməsi haqqında 10 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan İmişli şəhər, R.Əliyev küçəsində yerləşən və Zərərçəkmiş şəxs3 məxsus birmərtəbəli fərdi yaşayış evidir. Ev köhnə tikilidir, giriş qapısı ortada, sağ və siol tərəflərində isə iki ədəd pəncərə vardır. Giriş qapısı dəmirdəndir və açarla açılıb-bağlanan kilidi vardır. Pəncərənin dəmir örtüyü yarımçıq açılmış vəziyyətdə, kənar taxtaları isə aralı vəziyyətdədir. Zərərçəkmiş şəxs3 naməlum şəxs(şəxslərin) evin həmin pəncərəsindən içəri daxil olduqlarını, yataq otağına daxil olub, orada giriş qapısı ilə üzbəüz olan televizoru, daha sonra həmin otaqdakı əşya şkafının üzərində olan qazan və qaşıq dəstlərini oğurladıqlarını bildirmişdir. Evin pəncərəsi çöldən içəriyə açılmış vəziyyətdədir. Zərərçəkmiş şəxs3 oğurluq edən şəxs (şəxslərin) evin giriş qapısından deyil, pəncərədən istifadə etdiklərini bildirmişdir (2-cild, i.v. 01-06); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (2-cild, i.v. 38); mülki iddiaçı qismində tanınma haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 mülki iddiaçı qismində tanınmışdır (2-cild, i.v. 47); ifadələrin yerində yoxlanması haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid4 10 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs3 məxsus, İmişli şəhər R.Əliyev küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etdiklərini, evin həyətyanı sahəsinin hasarından keçdiyini, Təqsirləndirilən şəxs1 isə küçədə dayanadığını və ətrafı güddüyünü, evin taxta pəncərəsini arxadan əli ilə itələdiyini, pəncərə açıldıqdan sonra içəri daxil olub evin yataq otağındakı plazma markalı televizoru yerindən götürüb daxil olduğu pəncərədən də Təqsirləndirilən şəxs1 verdiyini, pəncərədən həyətə düşdüyünü, sonra yenidən hasardan küçəyə keçdiyini və televizoru Təqsirləndirilən şəxs1 köməyi ilə küçəyə keçirdiyini, birlikdə piyada uzaqlaşdıqlarını qeyd etməklə istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bütün hərəkətləri bir daha əyani olaraq göstərmişdir (2-cild, i.v. 48-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (2-cild, i.v. 65); məcburi gətirilmə haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məcburi olaraq İmişli Rayon Polis X19 gətirilməsi barədə qərar qəbul edilmişdir (2-cild, i.v. 110); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2023-cü il tarixli 9/4332 nömrəli rəyindən görünür ki, ekspertiza qərarında göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi paramterlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 650, 00 müəyyən edilir. O cümlədən: 01 ədəd “LG” markalı, 105 düyüm ölçüdə, plazma televizor-500,00 manat; 01 ədəd Türkiyə istehsalı, çemodan formalı qabın içərisində olan 12 ədəd yemək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığından ibarət qaşıq dəsti-120, 00 manat; Ümumi karton qutuda olmaqla Türkiyə istehsalı, böyükdən kiçiyə olmaqla bir-birinin içərisinə yığılmış formada dörd ədəd yemək qazanı-30,00 manatdır (2-cild, i.v. 157-159); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 5 avqust 2023-cü il tarixli 3-13-11/2-9636/2023 saylı məktubundan görünür ki, İmişli rayon polis şöbəsinin 31 iyul 2023-cü il tarixli 3-13-83/2-9792/23 saylı nömrəli məktubu vasitəsi ilə 28 iyul 2023-cü il tarixdə İmişli şəhəri, Ə.Vahid küçəsi ev 25 ünvanında yaşayan, X24 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 3 avqust 2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərində 01 ədədi (pəncərə setkasının çərçivəsi üzərindən götürülmüş) (ADİS-in məlumat bankına İmişli RPŞ və Nəsimi MSY RPŞ) 2 may 2008-ci il tarixdə İmişli rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 sağ əlinin şahədət barmağının əksi ilə eynilik müəyyən etmişdir (2-cild, i.v. 178-183); İmişli Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (1-cild, i.v. 205-217); cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi il aparılmışdır (2cild, i.v. 227-231); baxış keçirilməsi haqqında 11 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer vətəndaş Rəşad Almuradovun avtomobilindən oğurluq hadisəsi baş veridiyi ünvan 4 ünvanında ümumi yaşayış sahəsidir. Baxış zamanı müəyyən olundu ki, həmin həyətin giriş qapısı boz rəngdə boyanmış, dəmir metaldan ibarətdir. Həyərin giriş qapısı ilə übəüz istiqamətində iki mərtəbəli, sağ tərəfdə isə hasar mövcüddur. Hasar boyu kol və güllər əkilmişdir. Baxış zamanı müəyyən olundu ki, avtomobilin sol yan ön qapısı naməlum üsul ilə açılaraq saxalnc yerlərindən oğurluq edilmişdir. Baxış zamanı həyətdə müşahidə kamerası quraşdırılmadığı müəyyən edilmişdir. Baxış zamanı şəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (2-cild, i.v. 241-246); şübhəli şəxsin tutulması haqqında 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 15:00 radələrində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (3-cild, i.v. 17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (3-cild, i.v. 43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (3-cild, i.v. 51-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (3-cild, i.v. 63-64); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (3-cild, i.v. 79-80); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (3-cild, i.v. 87); məhkəmə-əmtəəşünaslıq ekspertizaısnın 21 iyun 2023-cü il tarixli, 9/3941 nömrəli rəyinə əsasən 3 il əvvəl alınmış, 1 ədəd üzərində “X59 Bang 582888 vendome” yazıları olan, istifadə olunmuş, kəməri qara rəngli qolsaatı 200 manat, 1 ədəd istifadə olunmuş, üzərində “Stainless steel.U.S,A” yazıları olan bıçaq, 1 ədəd istifadə olunmuş üzərində markalanma göstəriciləri olmayan 30 manat dəyərində bıçaq, 1 ədəd qara rəngli, istifadə olunmuş, üzərində “Nike” yazısı olan 10 manat dəyərində çanta, qeyd edilən əşyaların ümumi dəyəri 2023-cü ilin may ayına 250 manat dəyərində müəyyən edilmişdir (3-cild, i.v. 95-98); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində axtarış elan edilmişdir (3-cild, i.v. 104-105); baxış keçirilməsi haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, L.Vəliyev küçəsində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Həmin ünvanda yaşayış yoxdur. Evin həyətinə göy rəngli dəmir qapıdan daxil olur. Qapının sağ tərəfində yarımtikili, eyni zamanda qapı ilə üzbəüz bir mərtbələi, çiy kərpicdən tikilmiş yaşayış evi vardır. Evdə əşyaların ümumiyyətlə olmadığı, əşyaların dağınıq olduğu müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (3-cild, i.v. 121-124); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (3-cild, i.v. 142); hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, S.Qazıyeva küçəsində yerləşən kafedir. Həmin kafenin mətbəxə girişi plastik qapıdandır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs1 həmin mətbəcdən ərzaq və içki məhsullarının oğurlandığını bildirmişdir. Mətbəxə daxil olduqda sağ və sol tərəfdə masa yerləşir. Masanın altında ağ rəngli qablaşdırmada spirtli içkilərin yığıldığı və həmin içkilərin bəzi hissələrinin yerdə olmağı baxış zamanı müəyyən edilmişdir. Baxış təbii işıqlandırılmış hava şəraitində keçirilmiş, baxış zamanı hadisə yeri “Redmi” markalı mobil telefonla şəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (3-cild, i.v. 231- 236); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (4-cild, i.v. 1; şübhəli şəxsin tutulması haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 18:20 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (4-cild, i.v. 24-25); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (4-cild, i.v. 30-31); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (4-cild, i.v. 40-41); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2023-cü il tarixli 9/2970 nömrəli rəyindən görünür ki, 1 ədəd 10 litir tutumlu smovar 220 manat, 6 ədəd 1 litirlik, 84 manat dəyərində “Banketnaya” alkoqollu içki, 6 ədəd 0,7 litirlik, 72 manat dəyərində “Banketnaya” alkoqollu içki, 4 ədəd 0,5 litirlik, 43,69 manat dəyərində “Banketnaya” alkoqollu içki, 5 ədəd 0,5 litrilik, 45 manat dəyərində “Volşebnaya Rıbka” alkoqollu içki, 3 ədəd 1 litrlik, 27 manat dəyərində “Medov” alkoqollu içki, 5 ədəd 0,5 litrlik, 20 manat dəyərində “Zolotoye Kolso” alkoqollu içki, 5 kq çəkidə, 6 manat dəyərində bir kisə soğan, 7,20 kq çəkidə, 115,20 manat dəyəriində quzu əti, 3 kq çəkidə, 36 manat dəyərində mal əti, 3 kq çəkidə, 21 manat dəyərində saçaq pendiri, 6 kq çəkidə, 6 manat dəyərində kartof, 89 ədəd, 53,40 manat dəyərində bilinçik, ümumi dəyəri 749,20 manat müəyyən edilmişdir (4-cild, i.v. 65-68); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 İmişli şəhəri, H.Əliyev prospekti, ev 53 ünvanında qeydiyyatdadır və ailə tərkibi anası X4 bacısı X5 ibarətdir (4-cild, i.v. 82); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (4-cild, i.v. 83); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2023-cü il tarixli 9/4333 nömrəli rəyindən görünür ki, 1 ədəd Türkiyən istehsalı olan “Gepas” firmasına məxsus istifadə olunmamış 220 volt elektrik cəryanı ilə işləyən ət çəkən qurğu 160 manat, 2 dəst Türkiyə Respublikasının istehsalı olan 1,5x2 metr uzunluğunda istifadə olunmamış yatacaq yorğan döşək üzlüyü 70 manat, 1 dəst istifadə olunmamış 6 ədəddən ibarət Türkiyə Respublikasının istehsalı olan stəkan dəsti 12 manat, 1 ədəd “Aura” markalı, 10 litr su tutumu olan Türkiyə Respublikasının istehsalı olan istifadə olunmamış qazan 60 manat, 4 otp, hər topu 50 metr uzunluğunda olan istifadə olunamış, Türkiyə Resublikasının istehsalı olan 4x4 adlanan mis kabel 80 manat, 2 top, hər topöu 50 metr uzunluğunda olan, istifadə olunmamış, Türkiyə Respublikasının istehsalı olan 6 ml-li mis materiallı kabel, 1 ədəd, Türkiyə Resublikasının istehsalı olan işlənmiş sərinkeş 30 manat, 6 litr su tutumu olan aliminium materiallı Rusiya istehsalı olan, istifadə olunmamış 2 ədəd qazan 100 manat, 2 ədəd Çexoslayavkiya Respublikasının istehsalı olan, istifadə olunmamış xurustal vaza 80 manat, 1 ədəd Rusiya istehsalı olan, istifadə olunmamış aşsüzən 20 manat, 2 ədəd Türkiyə Resublikasının istehsalı olan, hər biri 1,5x2 metr olan, istifadə olunmamış yun materiallı ədyal 80 manat, 1 ədəd Türkiyə Resublikasının istehsalı olan 30 litrlik su tutumu olan, 5 dəqiqəlik istifadə olunmamış qazla işləyən su qızıdırıcı 120 manat, 2 ədəd istifadə olunmamış dəmir materiallı sadə Rusiya istehsalı olan podnis 60 manat, 1 ədəd 1,5x2,5 metr uzunluğunda istifadə olunmamış Türkiyə Resublikasının istehsalı olan süfrə 25 manat, 2 ədəd Türkiyə Resublikasının istehsalı olan, istifadəm olunmamış 10 metr uzunluğunda olan pərdə aydın deyil, 1 ədəd Çexoslavakiya Respublikasının istehsalı olan istifadə olunmamış güldan 40 manat, ümumi dəyəri nəzəri hesablama yolu 2023-cü ilin may ayına 1057 manat təşkil edir (4-cild, i.v. 181-184); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktaybr 2023-cü il tarixli, 3-16-16/2- 6/4845-9/6983 nömrəli rəyindən görünür ki, 1 ədəd sarı rəngli, üzərində 585 damğası olan, 1,50 qram çəkidə 583/585 əyyarlı üzük 127 manat, 1 ədəd sarı rəngli, 583/585 əyyarlı, 1,12 qram çəkidə üzük 95 manat, 1 ədəd üzrədində rəngsiz şəffaf qaşı olan, həmçinin “Cartier Leve 760 6666” yazısı olan, sarı rəngli, qiymətsiz metal ərintisi 4,65 qram çəkidə qolbaq 5 manat, 1 ədəd üzrədində rəngsiz şəffaf qaşı olan, həmçinin “Cartier Leve 1P6633001” yazısı olan, sarı rəngli, qiymətsiz metal ərintisi 20,16 qram çəkidə 15 manat, 1 cüt sarı rəngli, üzərində “14K” damğası olan 583/585 əyyarlı 2,95 qram çəkidə sırğa 233 manat, 1 cüt sarı rəngli, üzərində “585” damğası olan, 583/585 əyyarlı, 2,95 qram çəkidə sırğa 250 manat, 1 tay sarı rəngli, üzərində “585” damğası olan 583/585 əyyarlı, 2,15 qram çəkidə 182 manat dəyərində sırğanın ümumi qiyməti 2023-cü ilin iyul ayına 907 manat müəyyən edilmişdir (4-cild, i.v. 186-188); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 İmişli şəhəri, H.Əliyev prospekti, ev 53 ünvanında qeydiyyatdadır və ailə tərkibi anası X12 ibarətdir (4-cild, i.v. 225); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (4-cild, i.v. 226); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli şəhəri, H.Əliyev prospekti, ev 04 ünvanında qeydiyyatdadır və ailə tərkibi atası X22, anası X9, qardaşı X13 və X14 ibarətdir (4-cild, i.v. 227); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (4-cild, i.v. 228); sübutların qiymətləndirilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid6 əməllərində Azərbaycan Respublikası CM-in 170ci maddəsinin tərkib əlamətləri olmadığından, onlar barəsində cinayət təqibinin başlanınlması rədd edilmiş, Şahid7 Elimdar oğlunun əməlində Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqbinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs X6 barəsində İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsində 440341 nömrəli axtarış işi A.Qasımlıya yenidən ittiham etmək mümkün olmadığından, həmçinin təqsirləndirilən Şahid6 yaşadığı yeri müəyyən edib ittiham elan etmək mümkün olmadığından, təqsirləndirilən şəxslər X6 və Şahid6 barələrində ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmaqla zəruri sənədlərin surətləri və əsilləri çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X17 barələrində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X6 barələrində Azərbaycan Respublikası CM-nin 186, 180.2.3 və 181.2.3-cü -cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə şahidlər Şahid1, Şahid3, X7 və Şahid9 əməllərində Azərbaycan Respublikası CM-in 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqbinin başlanması rədd edilmiş, ibtidai istinaq zamanı Şahid4 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi 11 avqust 2023-cü il tarixdə ittiham aktı ilə İmişli rayon məhkəməsinə göndərildiyi üçün, Şahid4 ********* nömrəli cinayət işi üzrə ifadəsi şahid qismində verdiyi ifadə kimi nəzərə alınmış, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs4 avtomobilindən oğurluq etmədiyini, həmin oğurluğu Təqsirləndirilən şəxs1 etdiyini bildirməklə öz müdafiəsi üçün dəlil gətirdiyindən, təqsirləndirilən Təqsirləndirilən şəxs3 həmin ifadələri işin faktiki halları, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmədindirmə istintaq hərəkəti protokolları və digər istintaq sənədləri ilə təkzib olunduğundan öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 evindən oğurluq etmədiyini, həmçinin X20 evindən 7000 manat dəyərində qızıl komplektini oğurlamadığını, Şərafət İmsayılovanın evindən oğurluğu Şahid4 etdiyini bildirməklə öz müdafiəsi üçün dəlil gətirdiyindən, Təqsirləndirilən şəxs1 həmin ifadələri işin faktiki halları, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə-dindirmə istintaq hərəkəti protokolları və digər istintaq sənədləri ilə təkzib olunduğundan öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ümumiyyətlə X20 evindən oğurluq etmədiyini, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 etdiyini bildirməklə öz müdafəsi üçün dəlil gətirdiyindən, Təqsirləndirilən şəxs2 həmin ifadələri işin faktiki halları, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə-dindirmə istintaq hərəkəti protokolları və digər istintaq sənədləri ilə təkzib olunduğundan öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmiş, istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X33 və Zərərçəkmiş şəxs4 ifadələri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi müxtəlif olduğundan, zərərçəkmiş şəxslər məhkəmə-ekspertiza rəyləri ilə razı olmadığından, zərərəçəkmiş şəxslərin ifadələrində göstərilən məbləğlər əsas götürülmüş, zərərçəkmiş şəxs X20 7000 manat dəyərində qızıl komplektinin oğurlanması əsasında dəymiş maddi ziyanı müəyyən etmək məqsədi ilə Coşqun Rəhimovun ifadəsidə göstərdiyi xüsusatlar əsas götürülməli və ittihamın məzmununda əks etdirilməsi nəzərə alınmış, istintaq zamanı iş üzrə Şahid9 istintaqa könüllü olaraq təqdim etdiyi, 28 iyul 2023-cü il tarixdə, saat 18 radələrindən saat 22 radələrinədək zərərkəmiş şəxs X20 evindən oğurlanmış 3 ədəd üzük, 1 ədəd qolbaq, 2 cüt sırğa və 1 tay sırğa cinayət işi üzrə maddi sübut kimi tanınsın və məhkəməyə qədər saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, istintaq zamanı iş zürə Şahid1 istintaqa könüllü təqdim etdiyi, 12 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 obyektindən oğurlanmış smovar və istintaq zamanı aşkar edilərək götürülmüş 0,5 litlrilik “volşebnaya rıbka” arağı maddi sübut kimi tanınsın və məhkəməyə qədər saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmış, istintaq zamanı iş ürə “Nike” yazılmış əl çantası, 1 ədəd “Hubolt” markalı qol saatını, 1 ədəd kiçik ölçülü və 1 ədəd böyük öçülü bıçaq maddi sübut kimi tanınsın və məhkəməyə qədər saxlanılması üçün Zərərçəkmiş şəxs4 Ramiz oğluna qaytarılması nəzərə alınmış, iş üzrə bəzi istintaq sənədlərində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 soyadı “Cəfərzadə” kimi qeyd edildiyindən, həmin şəxsin ad, soyad və ata adları yuxarıda qeyd edildiyi, yəni şəxsiyyət vəsiqəsində göstərildiyi kimi oxunmuş, ibtidai istintaq zamanı bəzi istintaq sənədlərində təqsirləndirilən şəxs X6 iki soyadı, yəni “İsmayılov” soyadınında olması nəzərə alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən Azərcell” MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və iş üzrə mühüm əhəmiyyətə malik olan hər hansı bir məlumat əldə olunmamış və bu barədə 6 oktyabr 2023- cü il tarixdə protokol tərtib olunaraq cinayət işinin istintaq materiallarına əlavə olunması nəzərə alınmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə onların özlərinin etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, hadisə yerilərinə baxış, ifadənin yerində yoxlanılması və üzləşdirmə istintaq hərəkətləri protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir (4-cild, i.v. 5-37); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (4cild, i.v. 46-48); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (4-cild, i.v. 59-60); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (4-cild, i.v. 69-71); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (4-cild, i.v. 82-83); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (4-cild, i.v. 199-195); Zərərçəkmiş şəxs3 06 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 05 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 31 may 2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs1 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs3 və X3 oğurladıqları cəmi 1351 manat dəyərində əmlakın yaxud həmin əmlakın dəyərində yəni 1351 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-51/2024 nömrəli hökmü ilə hökm edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 3003,50 (üç min üç manat əlli qəpik) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslər X15, X23 və X18 ödənilməsi nəzərə alınsın. Maddi sübut olan – məhkəmə daktiloskopik ekspertizasının 02 aprel 2024-cü il tarixli 24/691 nömrəli rəyinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izlərinin əksi olan zərf işinin materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 271103 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 12 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasının 07 ay 10 gününü çəkmiş 21 aprel 2025-ci il tarixədək 05 ay 02 gün çəkilməmiş cəzası qalmışdır; İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 271103 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasının 08 ay 01 gününü çəkmiş 13 may 2025-ci il tarixədək 09 ay 25 gün çəkilməmiş cəzası qalmışdır; İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 271103 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 cəzası 11 oktyabr 2024-cü il tarixdə başa çatdığı üçün İmişli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində; 85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə olaraq ödəməsini (CM-59.1.12-59.1.13), Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı qismən olaraq ödəməsini (CM-59.1.12-59.1.14), Təqsirləndirilən şəxs2 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) iştirak etməsini, “Suqovuşanın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini (CM-nin 59.2), təqsirləndirilən şəxslərin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirlərini etiraf etməsini, əməlindən peşman olmalarını, gənc olmalarını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Hazırki cinayət işində göstərilən əməlin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi sübuta yetirildiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 analoji cinayət törətməsinə görə əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail oluna bilməyəcəyini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin islah olunması yalnız onların cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə onlara müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onların azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alınmaqla təqsirləndirilən şəxslərin islah olunması yalnız onların cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, onun İmişli Rayon Məhkəməsinin 4(036)-57/2025 nömrəli 24 aprel 2025-ci il tarixli qərarı ilə həbs edilməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 6 (altı) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 24 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. (CPM-132). Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə Təqsirləndirilən şəxs3 və X3 oğurladıqları cəmi 1351 manat dəyərində əmlakın yaxud həmin əmlakın dəyərində yəni 1351 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb etsə də, hazırki cinayət işində mülki cavabdeh kimi yalnız Təqsirləndirilən şəxs3 çıxış edir. X17 isə digər cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanındığı və barəsində cinayət işi olduğu üçün onların birgə vurmuş olduğu ziyanın məbləğinin araşdırılmasını və ədalətli bölgüsünü hazırki cinayət işi üzrə icraat zamanı müəyyən etmək mümkün deyil. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 və X10 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs2 izah olunmalıdır. İş üzrə maddi sübut 28 iyul 2023-cü il tarixdə, saat 18 radələrindən saat 22 radələrinədək zərərkəmiş şəxs X20 evindən oğurlanmış 3 ədəd üzük, 1 ədəd qolbaq, 2 cüt sırğa və 1 tay sırğanın saxlanılması üçün sahibi X25, 12 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 obyektindən oğurlanmış samovar və istintaq zamanı aşkar edilərək götürülmüş 0,5 litrlik “volşebnaya rıbka” arağının saxlanılması üçün Zərərçəkmiş şəxs1 və “Nike” yazılmış əl çantasının, 1 ədəd “Hubolt” markalı qol saatının, 1 ədəd kiçik ölçülü və 1 ədəd böyük öçülü bıçağın saxlanılması üçün Zərərçəkmiş şəxs4 Ramiz oğluna qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(036)-87/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 001309 saylı orderə əsasən vəkil Müdafiəçi4, xx.xx.2024-cü il tarixli, 001371 saylı orderə əsasən vəkil Müdafiəçi5 və xx.xx.2024-cü il tarixli, 001512 saylı orderə əsasən vəkil Müdafiəçi1 və onların vəkili təyin etmişdir. Müdafiəçi4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 70 (yetmiş) saat vaxt sərf etmiş, Müdafiəçi5 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 70 (yetmiş) saat vaxt sərf etmiş və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 70 (yetmiş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat və Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, onun İmişli Rayon Məhkəməsinin 4(036)-57/2025 nömrəli 24 aprel 2025-ci il tarixli qərarı ilə həbs edilməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 6 (altı) gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 24 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi baxılmamış saxlanılsın, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut 28 iyul 2023-cü il tarixdə, saat 18 radələrindən saat 22 radələrinədək zərərkəmiş şəxs X20 evindən oğurlanmış 3 ədəd üzük, 1 ədəd qolbaq, 2 cüt sırğa və 1 tay sırğanın saxlanılması üçün sahibi X25, 12 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 obyektindən oğurlanmış samovar və istintaq zamanı aşkar edilərək götürülmüş 0,5 litrlik “volşebnaya rıbka” arağının saxlanılması üçün Zərərçəkmiş şəxs1 və “Nike” yazılmış əl çantasının, 1 ədəd “Hubolt” markalı qol saatının, 1 ədəd kiçik ölçülü və 1 ədəd böyük öçülü bıçağın saxlanılması üçün Zərərçəkmiş şəxs4 Ramiz oğluna qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat və Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar