Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-40/2021 06.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, Həzi Aslanov küçəsi ev 100-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 0,599 qram çəkidə narkotik vasitə olan heroini və 0,314 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış, 21 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı İmişli şəhəri, X.Bəylərov küçəsində saxlanılıb polis şöbəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,121 qram, 0,098 qram, 0,220 qram, 0,160 qram, ümumi təmiz çəkisi - 0,599 qram narkotik vasitə olan heroin və 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,060 qram, 0,254 qram, ümumi təmiz çəkisi - 0,314 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, təxminən iki il olardı ki, narkotik vasitə heroin qəbul edirmiş. Təxminən 2020-ci ilin oktyabr ayında Bakı şəhərində “Memar Əcəmi” metrosunun yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin almışdır. Aldığı narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin 6 ədəd xırda bükümlərdə olmaqla sarı rəngli “kinder qabı”nın içərisinə yığılmışdır. Bükümlərin 4 ədədi heroin olmaqla sellofan kəsiyi, 2 ədədi isə metamfetamin olmaqla siqaret kağızı kəsiyində olmuşdur. Aldığı həmin narkotik vasitələri özü istifadə etmək üçün cibinə qoyub taksi ilə Bakı şəhərindən yaşadığı İmişli rayonuna gəlmişdir. Bir neçə gün sonra, yəni 21 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb mağazaya gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Bakı şəhərindən aldığı narkotik vasitələr üzərində olmuşdur. Polis şöbəsində dəvət olunmuş iki hal şahidinin və vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı sarı rəngli kinder qabının içərisində olan narkotik vasitələr əynində olan gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, narkotik vasitələr qablaşdırılmış və protokolun doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını deməsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 21 oktyabr 2020-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroin gəzdirməsi və həmin gün saat 16 radələrində İmişli şəhəri, X.Bəylərov küçəsində ola biləcəyi barədə məlumat aldıqdan dərhal sonra rəhbərliyin müvafiq göstərişi əsasında onun saxlanılması barədə qərar qəbul olunmuş və qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Sonra o, həmin gün saat 16:00 radələrində şöbənin digər əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs İmişli şəhəri, X.Bəylərov küçəsinin kəsişməsi istiqamətində hərəkət etdiyini görüb ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət olunmuş iki hal şahidinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən sarı rəngli «kinder qabı» aşkar olunaraq götürülmüşdür. Həmin «kinder qabı» açıldıqda içərisində 4 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli toz şəklində olan narkotik vasitə heroinə oxşar kütlə, 2 ədəd kağız bükümün içərisində isə ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərdə olan maddələrin nə olduğu və haradan əldə etdiyi soruşduqda sonuncu «kinder qabı»nı həmin gün yoldan tapdığını, qabın içərisində olan bükülülərin narkotik vasitə olduğunu və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, narkotik vasitələr qablaşdırılmış və protokolun doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Rafiq oğlu ifadəsində göstərdi ki, 21 oktyabr 2020-ci il tarixdə saat 16:15 radələrində İmişli şəhərində «Bazarstore» marketin qarşısından keçərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsində bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etdikdə o, etiraz etməyərək razılaşmışdır. Polis şöbəsində onun, digər hal şahidinin və vəkilin iştirakı ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən sarı rəngli «kinder qabı» aşkar olunaraq götürülmüşdür. Həmin «kinder qabı» polis əməkdaşları tərəfindən açıldıqda içərisində 4 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli toz şəklində spesifik iyə malik kütlə, 2 ədəd kağız bükümün içərisində isə ağ rəngli kristall halda olan kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərdə olan maddələrin nə olduğu və haradan əldə etdiyini soruşduqda sonuncu «kinder qabı»nı həmin gün yoldan tapdığını, qabın içərisində olan bükülülərin narkotik vasitə olduğunu və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, narkotik vasitələr qablaşdırılmış və protokolun doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 işin hallarına dair Şahid3 Rafiq oğlunun ifadəsinə uyğun ifadə verdi. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 18/1051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs oğunun üzərindən...” sözləri yazılmış kağız paketdə: -4 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,121 qram, 0,098 qram, 0,220 qram, 0,160 qram, ümumi təmiz çəkisi – 0,599 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkbili narkotik vasitə heroindir; Heroinin ümumi təmiz çəkisi – 0,599 qr, cəmi tədqiqata sərf edildi - 0,16 qr (hər ob – 0,04 qr), qalıq – 0,439 qr. -2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,060 qram, 0,254 qram, ümumi təmiz çəkisi – 0,314 qram olan maddələr kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi – 0,314 qr, cəmi tədqiqata sərf edildi - 0,08 qr (hər ob – 0,04 qr), qalıq – 0,234 qr. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2020-ci il tarixli, 3423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş 18 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 077-528-30-5, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında 10 yanvar 2019-cu il tarixdən 11 oktyabr 2020-ci il tarixədək gün ərzində narkotik vasitlərin alqı-satqısı mövzusunda çoxsaylı SMS yazışmaları aparılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini qismən də olsa etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 21 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,439 qram narkotik vasitə olan heroin və 0,234 qram metanfetamin kütləsi məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş, “Azərcell Telecom MMC”dən daxil olmuş 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-40/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-40/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver