Məhkəmə qərarları › İş №1(036)-40/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-40/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-40/2023 09.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə mişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, “Tornado” şirkətində mühafizəçi vəzifəsində işləyən, evli, İmişli şəhəri P.Həsənov küçəsi, ev 196-da yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında бахараг M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 10 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən bir otaqlı fərdi yaşayış evinin içərisində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı otaqda istilik üçün nəzərdə tutulmuş qaz sobasının üzərindəki çuğun materiallı çaydanda olan qaynar suyu qəsdən Zərərçəkmiş şəxs üzərinə tökməklə ona sifətin sağ yanaq nahiyyəsində, sol mil-bilək oynağının arxa səthində, sağ budun yuxarı və aşağı 1/3-nin bayır səthində, sağ saidin aşağı 1/3-də yanıqla nəticələnən sağlamlığ sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2010-cu ilin aprel ayının 16-da rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nigahdan qızı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adında uşaqları olmuş və İmişli rayon məhkəməsinin 05 may 2018-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Boşanmadan sonra uşaqlar Zamilənin himayəsində qalmış və saxlanmalarından ötrü üzərinə ayda 400 manat aliment öhdəliyi qoyulmuşdur. Boşanmaqlarına baxmayaraq o, 2023-cü ilin yanvar ayınadək İmişli rayonu Qaralar kəndindəki evlərində Zamilə ilə birlikdə yaşamağa davam etmiş və uşaqların bütün xərclərini qarşılamışdır. Onların boşanması Zamilənin özünə sosial yardım düzəltdirmək niyyəti ilə əlaqədar olmuş və onlar bu barədə razılaşmışdır. O, Cəbrayıl rayonunda fəaliyyət göstərən ANAMA-da işləmiş və 2022-ci ilin noyabr ayının əvvəllərində işdən çıxıb Bakı şəhərinə fəaliyyət göstərən “Tornada” şirkətində mühafizəçi düzəlmişdir. Boşanmadan sonrakı müddətdə Zamilə ondan daha çox aliment ödəməyi tələb etdiyinə görə aralarında mübahisələr olmuşdur. O, Bakı şəhərində olarkən Zamilə dəfələrlə ona zəng edib evə dəvət etmiş, sonuncu dəfə isə 2023-cü ilin yanvar ayının 9-da zəng edib evə gəlməsini və gələrkən çörək almasını xahiş etmişdir. O, Zamilənin çağırışından sonra İmişli rayonu Yuxarı Qaralar kəndinə gedib mağazaların birindən 25 manat dəyərində bazarlıq edərək uşaqlarının yanına getmiş və gecəni orada qalmışdır. Səhəri gün uşaqlar məktəbə getdikdən sonra Zamilənin qeyri-rəsmi münasibət saxladığı Etibar adlı şəxs telefonla zəng etmişdir. O, Etibarı görməsə də, 2022-ci ilin oktyabr ayında Zamilənin kənddəki mağazadan kişi qol saatı alıb ona hədiyyə etməsi barədə eşidmişdir. 2022-ci ilin dekabr ayında Zamilədən mağazadan aldığı saatı gətirib göstərməsini tələb etdikdə Zamilə guya hansısa qohumunun həmin saatdan xoşu gəldiyini və saatı həmin şəxsə verib əvəzində qolbağı aldığını demişdir. O, Zamiləyə inanmamış və ondan başqa bir şəxslə münasibətinin olub olmadığını dəfələrlə soruşmuşdur. Zamilə əvvəlcə boyun qaçırsa da, sonradan Etibar adlı şəxslə dini kəbin kəsdirdiyini etiraf etmiş və kəbin kağızını ona göstərmişdir. O, aralarındakı dini kəbin qüvvədə olarkən başqası ilə kəbin kəsdirməyin düzgün olmadığını bildirmiş və həmin kəbin kağızını gətirib rayonun axunduna göstərmişdir. Axund həmin kəbinin batil olduğunu bildirmiş və kəbini geri oxumuşdur. Zamilənin kəbin kəsdirməydə məqsədi ona acıq vermək olmuşdur. Çünki, o, 2022-ci ilin oktyabr ayında tanış olduğu bir qadınla kəbin kəsdirmiş, Zamilə həmin qadına mesaj yazaraq ailəsindən uzaq durmasını tələb etmişdir. Həmin qadın kəbinlərinin şəklini Zamiləyə göndərdiyi üçün Zamilə Etibarla kəbin kəsdirmişdir. 2023-cü ilin yanvar ayının 10-da səhər saatlarında Etibar zəng vurarkən Zamilənin telefonu onda olmuş, o, zəngi açıb Etibara niyə zəng vurduğunu soruşduqda Etibar telefonu sahibinə verməsini bildirmişdir. O, telefonu Zamiləyə uzatmış, lakin sonuncu telefonu götürməmiş və o, telefonu söndürərək evdəki qaz sobasının yanında üzü üstə uzanmışdır. Həmin vaxt başının arxasından vurulduğunu hiss etmiş, ayağa durub çevrilmək istəyərkən Zamilə əlindəki əşya ilə bir dəfə də burun nahiyəsinə vurmuş və sonra sobanın üstündən çaydanı götürüb qaynar suyu onun üstünə tökmək istəmişdir. Lakin o, sağ əlini yerə dayayaraq sol əli ilə çaydanı qaytardığı üçün çaydan aşmış və qaynar su Zamilənin üstünə tökülmüşdür. Burnundan qan axdığı üçün o, əli ilə üzünü tutub qapının yanında dayanmış, Zamilə stəkanı sobaya vurub sındıraraq üstünə gəlmiş, o, isə stəkanın sınığını Zamilədən almaq istəyərkən əlinə xəsarət yetirmişdir. Zamilə qaçıb getdikdən sonra o, polis şöbəsinə gələrək hadisə barədə məlumat vermiş, Zamilə isə 102 xidmətinə zəng edib barəsində şikayət etmişdir. Həmin hadisədən sonra o, uşaqlara görə yenə də Zamilə ilə telefonda dəfələrlə əlaqə saxlamış, Zamilə də öz növbəsində ona zəng edərək evə çağırmış və o, uşaqlar qorxduğu üçün hərdən bir gedərək onlarla qalmışdır. 9 yanvar 2023-cü il tarixdə o,, Zamiləyə cinsi əlaqədə olmaqla bağlı təklif etməmiş, buna görə onun paltarlarını cırmamış və qaynar suyu üstünə tökməmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2010-cu ilin aprel ayının 16-da rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nigahdan qızı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adında uşaqları olmuş və İmişli rayon məhkəməsinin 05 may 2018-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Boşanmadan sonra uşaqlar onun himayəsində saxlanılmış və saxlanmalarından ötrü Təqsirləndirilən şəxs üzərinə ayda 250 manat aliment öhdəliyi qoyulmiuşdur. Boşanmadan sonra o,uşaqlarla birlikdə İmişli rayonu Yuxarı Qaralar kəndində, qardaşı Nurlanın həyətyanı sahəsinində tikdirdiyi iki otaqlı evdə yaşamış və 2018-ci ilin dekabr ayının sonlarında İslamla barışaraq 2020-ci ilin dekabr ayınadək həmin evdə onunla birlikdə yaşamışdır. Həmin müddətdə İslamla aralarında tez-tez dolanacaq üstündə münaqişə baş vermiş, İslam Rusiyaya getmək istədikdə isə aliment öhdəliyi olduğu üçün sərhəddən keçə bilməyərək geri qayıtmışdır. 2020-ci ilin dekabr ayının sonlarında İslam ondan birdəfəlik ayrılaraq evdən getmiş və ancaq uşaqları görmək üçün hərdən bir gəlmişdir. 9 yanvar 2023-cü il tarixdə saat 20 radələrində İslam gələrək uşaqları görmək istədiyini bildirmiş, o, İslamı evə qəbul etmiş və həmin gün birlikdə qalmışlar. 2023-cü il yanvar ayının 10-da, saat 13-00 radələrində o, uşaqları məktəbə yola salandan sonra İslamla evdə tək qalmışdır. O, evdəki sobanın yanında arxası üstə uzandığı vaxt İslam şalvarını və köynəyini çıxararaq ona cinsi əlaqədə olmağı təklif etmiş və ondan rədd cavabı alandan sonra paltarlarını geyinib ona yaxınlaşmışdır. İslam əli ilə onun köynəyinin yaxasından tutaraq nəyə görə onunla cinsi əlaqədə olmaq istəmədiyini soruşduqda ona başqası ilə evli olduğunu bildirərək çıxıb getməsini tələb etdiyinə görə mübahisə etmişlər. O, uzandığı vəziyyətdə ondan sağ tərəfində olan stolun kənarından yapışmış, stolun üzərinə sərilən örtük dartıldığı üçün qablar yerə tökülmüşdür. İslamın özünü itirdiyini görüb özündən uzaqlaşdırmaq məqsədilə sağ əli ilə bir dəfə yumruqla onun burun nahiyyəsinə zərbə vurmuş, sonra uzandığı yerdən qalxıb çölə çıxmaq istəyərkən İslam köynəyinin arxa boyun hissəsindən yapışaraq onu geri çəkmiş və sol qolunun bilək nahiyyəsindən yapışmışdır. O, üzünü İslama tərəf çevirəndə sonuncunun qaz sobasının üstündəki qaynayan çaydanın dəstəyindən tutduğunu görmüş və çaydandakı suyu onun üstünə tökəcəyini bilib sağ əli ilə özünü müdafiə edərkən İslam çaydandakı qaynar suyu üstünə töküb onun sağ qol və sağ ayaq nahiyəsini yandırmışdır. O, İslamın əlindən çıxıb bayıra qaçmış və bacısı Şahid2 yaşadığı evə gedərək zəng edib polisə hadisə barədə məlumat verəndən sonra İmişli rayon mərkəzi xəstəxanasına gəlmişdir. Həmin vaxtdan sonra İslam tez-tez ona zənglər etmiş və ya mesajlar yazaraq onu öldürməklə hədələmişdir. 2020-ci ilin yanvar ayının 16-da o, İmisli şəhəri H.Əliyev prospektində yerləşən “Mədəniyyət Mərkəzinin” qarşısında Etibar adlı şəxslə tanış olmuş, onunla telefonla əlaqə saxlamış və İmişli rayonu Yuxarı Qaralar kəndində yerləşən evində onunla görüşürmüşdür. Etibarla münasibətləri barədə qohumlarının məlumatı olmuş və onunla münasibəti barədə İslama demişdir. 2022-ci ilin dekabr ayının 3-də o, Etibarla dini nikah bağlamış və şəhadətnamənin şəklini 2022-ci ilin dekabr ayının 10-da ondan uzaq durması üçün İslama göndərmişdir. Lakin İslam öz əməllərinə davam edərək onu mütəmadi olaraq narahat etmiş və 10 yanvar 2023-cü il tarixdə evinə gələrək həmin hadisəni törətmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki,o, Zərərçəkmiş şəxs doğma bacısıdır və onunla eyni kənddə, İmişli rayonu Yuxarı Qaralar kəndində yaşayır. Zamilə Təqsirləndirilən şəxslə 2010-cu ilin aprel ayının 16-da evlənmiş , onların birgə nigahdan iki qız övladı olmuş və 2018-ci ilin may ayında rəsmi şəkildə boşanmışlar. İslam ayrıldıqdan sonra bir müddət Zamilənin yanında yaşamış və sonra başqa bir qadınla evlənməsinə baxmayaraq tez-tez Zamiləni telefonla narahat etmiş və onu ölümlə hədələmişdir. Onların həm evli olduqları müddətdə, həm də ayrıldıqdan sonra tez-tez münaqişələri olmuş, İslam həmişə Zamiləni döyərək təhqir etmişdir. Zamilə İslamdan boşanandan sonra 2020-ci ilin yanvar ayının 16-da Etibar adlı şəxslə tanış olmuş, onunla münasibət qurmuş və 2022-ci ilin dekabr ayinin 23-də onunla dini nikahla evlənmişdir. Etibar Bakı şəhərində yaşadığından ara-sıra Zamilənin yanına gəlib-getmişdir. 10 yanvar 2023-cü il tarixdə, saat 14-00 radələrində Zamilə onun evinə gələrək 09 yanvar 2023-cü il tarixdə saat 20 radələrində İslamın yenə də gələrək onun evində gecələdiyini və səhəri gün cinsi münasibətdə olmaq istəyi rədd edildiyi üçün onunla mübahisə etdiyini, mübahisə zamanı İslamın burun nahiyyəsinə bir dəfə yumruqla vurduğunu, İslamın isə qaz sobasının üstündəki qaynar çaydanın suyunu onun üstünə tökərək sağ əlini və sağ qıçını yandırdığını bildirmişdir. Zamilə onunla birlikdə İmişli rayon xəstəxanasına getmiş və sonra polisə şikayət etmişdir. İşdə olan AR SN MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 28 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin ovuc səthində 5-ci daraq sümüyü və 4-cü barmağın 2-ci falanqası proyeksiyalarında yaralar iti kənarlı kəsici xassəyə malik əşyanın (əşyaların) ola bilsin şüşə parçasının təsirindən, sifətin sağ yanaq nahiyyəsində, sol mil-bilək oynağının arxa səthində, sağ budun yuxarı və aşağı 1/3-nin bayır səthində, sağ saidin aşağı 1/3-də yanıq sahələri (İ, İİ dərəcəli yanıq) istilik amilinin, ola bilsin qaynar suyun yerli təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitlərdə əmələ gələ bilərdi. ( c.i.səh: 28-29) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşin materiallarında olan AR DİN-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh :69) İşə əlavə edilmiş İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)242/2018 saylı qətnaməsinin surətinə əsasən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2012-ci il tarixli 352 saylı nikah akt qeydi pozulmuş, birgə nigahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 Zamilə Sətdər qızının yanında qalmış və saxlanmalarından ötrü Təqsirləndirilən şəxs ayda 250 manat aliment tutulması nəzərdə tutulmuşdur. Himayəsində iki nəfər azyaşlı uşağı olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RPŞ-nin 17 mart 2023-cü il tarixli 856 saylı qərarına əsasən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq İmişli RPŞ MSY-ə təhvil verilmiş və həmin gün barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini və cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, o, AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasına məhkum edilməli və CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdə həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmaların aparıldığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar