Məhkəmə qərarları › İş №1(036)-40/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-40/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-40/2025 12.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid1, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə ünvan 1 kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 kəndində qeydiyyatda olan və həmin yaşayan, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X10 ittiham elan olunmuşdur ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs Mail oğlunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyətilə zərərçəkmiş Zərərçəkmiş şəxs Mail oğluna həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, xuliqanlıq hərəkətlərinə davam edərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs Şahid1 müqavimət göstərməklə ona ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda qohumu Şahid2 idarə etdiyi “LADA Priora” markalı, “K331KH750” dövlət qeydiyyat nişanlı avtomobildə Kürdəmir rayonunun Mollakənd kəndindən İmişli rayonunun Telişli kəndi istiqamətində hərəkətdə olarkən onlarla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs Mail oğlunun idarə etdiyi “KAMAZ” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə qarşı qəza şəraiti yaratdıqdan sonra sürücü Şahid2 yanacaq doldurmaq üçün avtomobili İmişli rayonunun Telişli kəndi ərazisində yerləşən Şahid1 məxsus “Nuroil” yanacaq doldurma məntəqəsində saxlamış, bu zaman sürücü Zərərçəkmiş şəxs da yanacaq doldurma məntəqəsinə dönərək, yaratdığı qəza şəraitinə görə yanacaq doldurma məntəqəsində Şahid2 irad bildirərkən, Təqsirləndirilən şəxs öz şəxsiyyətini başqalarının şəxsiyyətlərinin fövqündə qoyaraq, ictimai yerdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq və davranış normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək yanacaq doldurma məntəqəsinin normal iş fəaliyyətini pozmaqla cəmiyyətin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs Mail oğlunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ayaq nahiyəsinə fənd tətbiq etməklə yerə yıxaraq, xuliqanlıq niyyətilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi vurub, sonuncuya sağ-sol almacıq və əng sümüklərinin, burun sümüyünün sınığı, alt dodağın selikli qişasında və üst damaqda solda yaralardan ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, hadisə yerində olan yanacaq doldurma məntəqəsinin sahibi Şahid1 ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirib, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs yaxınlaşaraq sakitləşməsini, ictimai qaydaya riayət etməklə, cəmiyyətə hörmətsizlik etməməsini, əks halda hadisə barədə aidiyyəti qurumlara məlumat verəcəyini bildirdikdə, o, Şahid1 müqavimət göstərərək ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar bir neçə dəfə yıxmağa cəhd etmiş, daha sonra isə yanacaq doldurma məntəqəsinin inzibati binasının girişindəki pilləkənlərdən qəsdən əli ilə itələyib yerə yıxaraq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Şahid1 müqavimət göstərməklə, sonuncuya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyətilə sağ mil sümüyünün tipik yerində sınığı, sağ diz oynağının ön səthində sıyrıqlardən ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuraraq, qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində yeznəsi İlqarla birlikdə İmişli rayonu, Telişli kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə getmişlər. Onlar yanacaq doldurma məntəqəsinə çatdıqdan sonra yük avtomobili onlardan sonra yanacaq doldurma məntəqəsində dayanmışdır. İlqar avtomobildən aşağı düşmüş, o isə avtomobildə oturub telefona baxmışdır. Təxminən bir neçə dəqiqədən sonra İlqarla yük avtomobilinin sürücüsünün arasında sözlü mübahisə etdiyini görmüşdür. Bu zaman avtomobildən düşüb onların yanına yaxınlaşmışdır. Həmin vaxt yük avtomobilinin sürücüsünün söydüyünü eşitmişdir. Əvvəlcə yük avtomobilin sürücüsünə əvvəlcə xəbərdarlıq etmiş, lakin sürücü təkrar söyüş söymüş və o, sürücünün qolundan çəkərək yerə yıxmış və yumruq zərbəsi ilə sifət nahiyəsindən bir dəfə vurmuşdur. Yük avtomobilinin sürücüsünü vurduqdan sonra yeznəsi İlqar sürücünü vurduğunu görüb bir böyük kimi onu şillə vuraraq yük avtomobilinin sürücüsünün yanından uzaqlaşdırmışdır. İlqar yerə yıxılan yük avtomobilinin sürücüsünə yardım etmək üçün yaxınlıqda olan şəxslərdən su istəyib, kömək edirmiş. Bu vaxt yanacaqdoldurma məntəqəsinin müdiri olan Nuru adlı şəxsin də söyüş söydüyünü eşitmişdir. Nurudan söyüş söyməməsini istəmişdir. Lakin Nuru təkrar söyüş söydüyü üçün itələyib nərdivanın üzərindən yerə yıxmışdır. Yeznəsi İlqar onun sakitləşmədiyini görüb orada olan taksiyə mindirirək evə yola salmış, İlqar özü isə orada qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmin vaxt içkili olmuşdur. Yeznəsi ilə birlikdə İmişli rayonu istiqamətindən gələn zaman yolda “Kamaz” markalı avtomobili ötmə əməliyyatı edərək keçmişlər. Bundan sonra “Nuroil” yanacaq doldurma məntəqəsinə döndüklərini, həmin “Kamaz” markalı avtomobilin sürcüsü də ora dönmüş və onlara yaxınlaşaraq mübahisə etmişdir. O, dəfələrlə “Kamaz” markalı avtomobilin sürücüsünə söyüş söyməməsi üçün xəbərdarlıq etmişdir. Əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxslərlə barışmış və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, etibarnamə əsasında “Kamaz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. Həmin avtomobillə yük daşıyıb pul qazanır. 12 oktyabr 2024-cü ildə Tovuz rayonuna yük boşaldıb Kürdəmir-İmişli yolu ilə rayona qayıdırmış. Yolda onu ötmək istəyən minik avtomobili yanından keçərkən avtomobili onun idarə etdiyi yük avtomobilinin yaxını ilə idarə edərək qəza vəziyyəti yaratmışdır. O da idarə etdiyi yük avtomobilini kənara çəkərək qəzadan yayınmışdır. Bundan sonra minik avtomobili ötmə etdikdən sonra, Telişi kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinə dönmüşdür. O da həmin minik avtomobilinin ardıyca yanacaq doldurma məntəqəsinə daxil olub, həmin avtomobilin sürücüsünə irad bildirmək istəmişdir. Minik avtomobilinin sürücüsü ilə danışan zaman, sürücünün nəfəsindən spirt qoxusu gəlmişdir. Minik avtomobilinin sürücüsü ilə söhbət edən zaman, minik avtomobilindən bir nəfər düşüb onların yanına gəlib dayanmışdır. Minik avtomobilinin sürücüsü ilə söhbət edərkən, söhbətləri mübahisəyə çevrilmiş və onlar sözlü olaraq mübahisə etməyə başlamışlar. Həmin vaxt minik avtomobilindən düşüb onun yanında dayan şəxs əvvəlcə ona fənd tətbiq edərək yerə yıxmış, yerə yıxıldıqdan sonra bir dəfə yumruqla sağ gözündən vurmuşdur. Bu vaxt özündən getmişdir. Ətrafda olan adamlar onun özünə gəlməyinə köməklik etmişlər. Bundan sonra o, çıxıb getmişdir. Yanacaq doldurma məntəqəsində baş verənlərdən xəbəri olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmamasını bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər həmin şəxsləri tanımamışdır. Yol gələn zaman “Piriora” markalı avtomobili idarə edən şəxs avtomobili “Kür” çayının üzərində qəza şəaritində ötmə əməliyyatı aparmışdır. Bundan sonra onlar “Nuroil” yanacaq doldurma məntəqəsinə dönmüşlər və o da həmin yerə dönmüş və onlara yaxınlaşaraq mübahisə etmişdir. Mübahisə zaman onun xəbəri olmadan kimsə vurmuşdur. Vurulduqdan sonra həç nədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 bildirdi ki, o, onun İmişli rayonu, Telişli kəndi ərazisində yerləşən özünə məxsus yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və özüdə orada işləyir. 12 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində yanacaqdoldurma məntəqəsində olan zaman ilk öncə “Priora” markalı avtomobil yanacaq doldurmaq üçün məntəqəyə yaxınlaşmışdır. Avtomobilin sürücüsü ünvan 1 kənd sakini kimi tanıdığı İlqar şəxs olmuşdur. İlqardan 2-3 dəqiqə sonra isə “Kamaz” markalı yük avtomobili yanacaq doldurma məntəqəsinə gəlmişdir. Yük avtomobilinin sürücüsü avtomobildən düşüb deyinə-deyinə İlqara yaxınlaşaraq nəyə görə qəza vəziyyətini yaratdığını İlqardan soruşduğundan, onların arasında sözlü mübahisə yaranmışdır. Həmin vaxt yanacaq doldurma məntəqəsində ailəli müştərilər olmuş, buna görə də, oda mübahisə edənləri oradan itələyərək nisbətən kənara, dizel aparatının yanına qədər uzaqlaşdırmışdır. Onlar yenə də, mübahisələrinə davam etmişlər. O da kənardan mübahisə edənlərə baxmışdır. Bu vaxt “Priora” markalı avtomobildən bir nəfər sərnişin düşərək mübahisə yerinə yaxınlaşmışdır. Hansı ki, sonradan həmin şəxsin adının Alşan olduğunu bilmişdir. Alşan bir neçə dəqiqə mübahisəyə baxdıqdan sonra qəfil yük avtomobilinin sürücüsünə arxadan fənd ataraq yerə yıxaraq sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra İlqar Alşanın üzərinə hücum edərək yük avtomobilinin sürücüsünü vurduğuna görə bir neçə dəfə şillə zərbəsi ilə vurmuşdur. O, İlqar ilə birlikdə yük avtomobilinin sürücüsünə yardım edərək, kənara apararaq əl üzünüə su vurmuşdur. Avtomobilimdə olan salfeti gətirib yük avtomobilinin sürücüsünə vermişdir. Alşanın və orada olanların yanında yanacaq doldurma məntəqəsində müşahidə kamerası olduğunu, buna görə də, polisə və təcili tibbi yardım xidmətinə məlumat verəcəyini demişdir. Onun bu sözlərindən sonra Alşan onun ardıyca gələrək bir neçə dəfə fənd tətbiq edərək yerə yıxmaq istəmişdir. Həmin vaxtlarda İlqar Alşanı ondan uzaqlaşdırdığından Alşan onu yıxa bilməmişdir. Alşan onu yıxmaq istədiyi ərəfədə yük avtomobilinin sürücüsünü avtomobilə mindirirək uzaqlaşdırmaq istəmişlər. O isə buna etiraz edib, sürücünün bu vəziyətdə hadisə törədə biləcəyini deyib, sürücünü avtomobildən düşürdüb yanacaq doldurma məntəqəsinin yanında əyləşdirmişdir. Sonra isə yük avtomobilini işçilərinin köməkliyi ilə kənara sürdürüb saxlatdırmışdır. Bundan sonra sürücüyə təcilli yardım göstərilməsi üçün 103 xidmdətinə və hadisə ilə bağlı 102 xidmətinə məlumat vermək üçün otağa keçmək istəyərkən, Alşan ona məlumat verəcəyini bilirmişdir. Buna görə də, onun təcilli-tibbi yardıma və polisə məlumat verməyini istəməmişdir. Alşan onu yanacaq doldurma məntəqsinin binasının qarşısında saxlayıb, əl hərəkətləri ilə mübahisə etməyə başlamışdır. Bu vaxt Alşan onu nəridvanın üzərindən yerə yıxmışdır. Yerə yıxılanda onun qolu sınmışdır. Alşan onu yerdə vurmaq istəyən zaman yenə İlqar hadisənin qarşısını almış və Alşanın onu vurmasına imkan verməmişdir. İlqar Alşanı bir neçə dəfə şillə ilə vurub, onun yanından uzaqlaşdırmışdır. Bundan sonra özünə gələrək hadisə barəsində DİN 102 xidmətinə və Təcilli-tibbi yardım xidmətinə məlumat vermişdir. Məlumat verdikdən sonra hadisə yerinə təcilli-tibbi yardım avtomobili gələrək onu və yük avtomobilinin sürücüsü həmin avtomobilə minərək xəstəxanaya aparmışlar. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmamasını bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Alşanı tanımamışdır. Həmin vaxt onlar müabisə edən zaman Alşan avtobildən düşüb gəldi və Eldarı arxadan vurdu. Təcili yardım çağırmaq üçün içəri keçərkən onun qolundan tutaraq onu pilləkandan yerə yıxmış və nəticədə onun qolu sınmışdır. Hazırda onunla barışmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Lada Priorora” markalı, “K331KH750” nömrə nişanlı avtomobili vardır. Həmin avtomobili baş etibarnamə əsasında idarə edir. 12 oktyabr 2024cü il tarixdə, saat 16 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda İmişli rayonu, Telişli kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə dönərək yanacaq vurmaq üçün avtomobili saxlamışdır. Qaynı Alşanda onunla birlikdə avtomobildə olmuşdur. Avtomobili yeni saxlayan zaman arxadan “Kamaz” markalı yük avtomobili gələrək onun avtomobilinin yanında dayanmışdır. Yük avtomobilindən düşən ağsaqqal bir şəxs ona yolda avtomobili diqqətlə sürməyini və yol hərəkətlərinə riayət etməli olduğunu demişdir. O da həmin şəxsdən üzrxahlıq edib və avtomobilinə doğru getmişdir. Avtomobilinin yanında dayananda qəflətən arxadan səs-küy gəldiyini eşitmiş və geri döndüyündə qaynı Alşanın həmin şəxslə mübahisə etdiyini və kişinin sifətinin qan içində olduğunu görmüşdür. O, Alşanı həmin şəxsdən aralaşdıraraq və nəyə görə döyməsinin səbəbini soruşmuş Alşan ona həmin şəxsin onun ünvanına nalayiq ifadələr işlədərək söydüyü üçün döydüyünü demişdir. O, döyülən şəxsin sifətinin qanını yuyan zaman Alşan yanacaq doldurma məntəqəsinin müdiri Nuru adlı şəxsi də döyməsini görmüşdür. Alşanın bu hərəkətini gördükdən sonra özü də əsəbləşərək Alşanı şillə ilə vuraraq oradan uzaqlaşdırmışdır. Döyülən şəxsi nə qədər həkimə aparmaq istəsə də getməmişdir. Alşan orada başqa bir avtomobilə əyləşib getmişdir. O, yanacaq doldurma məntəqəsində qalıb döyülmüş hər iki şəxsə yardım etdikdən sonra öz avtomobilinə əyləşərək evinə getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus “Lada Priorora” markalı, “K331KH750” nömrə nişanlı avtomobillə yol gələrkən yolda “Kamaz” markalı yük avtomobili ötmə əməliyyatı edərək keçmişdir. “Kamaz” markalı yük avtomobilin sürcüsü yanacaq doldurma məntəqəsinin həyətində onun üzərinə gəlmiş və onu söyüb təhqir etmişdir. Onu dəfələrlə sakitləşməyə dəvət etsə də o, heç bir məhəl qoymamışdır. Bundan sonra qaynı onun söyüşlərini eşitmiş və onun üzərinə gələrək onu yumruqla bir dəfə vurmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Telişili kəndi ərazisində yerləşən, Şahid1 məxsus “Nuroil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. O, bir gündən bir olmaqla növbəyə çıxır. 12 oktyabr 2024-cü il tarixdə növbədə olmuşdur. Həmin gün saat 16 radələrində yanacaq doldurma məntəqəsinə ünvan 1 kənd sakini kimi tanıdığı İlqar adlı şəxs “Priora” markalı avtomobili ilə yanacaq götürmək üçün məntəqəyə gəlmişdir. İlqardan sonra həmkəndlisi Eldar idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə yanacaq doldurma məntəqəsinə gəlib kənarda dayanmışdır. Eldar avtomobilindən düşüb deyinə-deyinə İlqara yaxınlaşaraq mübahisə etməyə başlamışdır. Onların arasındakı mübahisədən başa düşmüşdür ki, İlqar yolda Eldar təhlükə yaratmışdır. Onlar mübahisə edən zaman yanacaq doldurma məntəqəsinin müdiri Şahid1 onlara yaxınlaşıb, yanacaq doldurma məntəqəsində ailəli müştərilərinin olduğunu deyib irad bildirərək onları itələyərək nisbətən kənara, dizel aparatının yanına aparmışdır. Həmin vaxt İlqarın avtomobilindən bir nəfər şəxs düşüb onlara yaxınlaşmışdır. Sonradan İlqarın avtomobilindən düşən şəxsin adının Alşan olmasını bilmişdir. Alşan bir neçə dəqiqə mübahisəyə qulaq asdıqdan sonra qəfil yük avtomobilinin sürücüsünə arxadan fənd ataraq yerə yıxaraq və sifət nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra İlqar Eldarı vurduğu üçün Alşanın sifətindən bir neçə dəfə şillə ilə vuraraq Eldarın yanından uzaqlaşdırmış, sonra isə Eldara yardım etmişdir. Bu vaxt Şahid1 avtomobilindən salfet gətirib Eldara vermişdir. Sonra isə hadisə barəsində polisə məlumat verəcəyini demişdir. Nurunun bu sözlərini Eldarı vuran Alşan eşitmişdir. Bundan sonra Alşan Nuruya bir neçə dəfə fənd atıb yıxmaq istəmişdir. Alşan Nurunun polisə məlumat verməsini istəməmişdir. Həmçinin Nuru baş vermiş hadisə barəsində polisə məlumat verdikdən sonra yanacaq doldurma məntəqəsinə quraşdırılmış müşahidə kamerasının yaddaşında olan görüntüləridə təqdim edəcəyini demişdir. Alşanın Nuru yıxmaq istəməsinə İlqar mane olmuşdur. Eldara yardım etdikdən sonra onu yük avtomobilinə mindirib yola salmaq istəmişlər. Nuru buna mane olaraq, Eldarın bu vəziyyətdə avtomobil idarə edərək qəza törədə biləcəyini deyib avtomobildən düşürtmüşdür. Bundan sonra isə Eldarın avtomobilini kənara verib saxlamışdır. Eldar isə yanacaq doldurma məntəqəsinin yaxınlığında əyləşmişdir. Nuru yanacaq doldurma məntəqəsinin binasına daxil olub təcili tibbi yardım xidmətinə və polisə məlumat vermək istəyərkən Alşan isə Nurunu təqib etmişdir. Alşan Nurunu yanacaq doldurma məntəqəsinin binasının qarşısında, nərdivanın üstündə saxlayıb mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Alşan Nurunun ünvanına “Sən iş verənsən? Polisə niyə məlumat verirsən” demişdir. Mübahisə zamanı Alşan Nurunun nərdivanın üzərindən yerə yıxaraq məlumat verməsinin qarşısını almaq istəmişdir. Alşan Nurunu yerə yıxdıqdan sonra Nurunun sağ qolu sınmışdır. Bu vaxt İlqar Alşanın üzərinə hücum edərək Alşanı bir neçə dəfə şillə zərbəsi ilə vuraraq Nurunun yanından uzaqlaşdırmışdır. Sonra isə Alşanı baş bir avtomobilə mindirib evlərinə göndərmişlər. X20-tibbi yardım xidmətinə və 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Bundan sonra hadisə yerinə təcili-tibbi yardım xidmətinin əməkdaşları və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş baında olduğu üçün Alşanın Eldarı vurduğunu yox mübahisə etdiyini görmüşdür. Nuru yanacaq doldurma məntəqəsinin sahibidir. Onlar mübahisə edən zaman Nuru onlara yaxınlaşıb sakit olmalarını, burda başqa şəxslərin və ailə uşaqların olmasını bildirdi. Bundan sonra Nuru otağa gedərkən Alşan onun qolundan tutmuş və o da yerə yıxalaraq qolu sınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid1 az ağır dərəcəli bədən xəsarəti alması fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (1-cild, i.v. 1); - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın 14 oktyabr 2024-cü il tarixli 648 saylı rəyi ilə müəyyən edilir ki, Şahid1 bədəni üzərində - sağ mil sümüyünün tipik yerində sınığı, sağ diz oynağının öt səthində sıyrıqlardan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır vuramaya aid xəsarətlər aşkar edilmişdir (1-cild, i.v. 14-15); - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın 02 noyabr 2024-cü il tarixli 693 saylı rəyi ilə müəyyən edilir kiZərərçəkmiş şəxs bədəni üzərində sağ mil sümüyünün tipik yerində sınığı, sağ diz oynağının ön səthində sıyrıqlardan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır vuramaya aid xəsarətlər aşkar edilmişdir (1-cild, i.v. 33-34); - baxış keçirilməsi haqqında 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Telişli kəndi ərazisindən hissəsində, həmin kəndin ərazisində yerləşən “NurOil” adlı yanacaq doldurma məntəqəsində baş vermişdir. Baxış iştirakçısı Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanacaq doldurma məntəqəsinin ərazisində, benzin və dizel yanacaq aparatlarının arasında vurmsını bildirirək həmin yeri göstərmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs onu yanacaq doldurma məntəqəsinin binasının qarşısında nərdivanın üzərində itələyərək yıxdığı yeri göstərmişdir. Yanacaq doldurma məntəqəsinə quraşdırılmış müşahidə kamerasındakı görüntürlərə baxarkən, birinci görüntüdə 2 nəfər şəxsin hərəkətlərindən sözlü olaraq mübahisə etdiyi, yanlarında başqa 2 nəfər şəxsin olduğu, sonradan Alşar Heydarovun həmin şəxslərə yaxınlaşdığı görünür. Görüntüdə Təqsirləndirilən şəxs qəfil Zərərçəkmiş şəxs ayaq nahiyəsindən vuraraq yerə yıxıb, sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurması görünür. İkinci görüntüdə yanacaq doldurma məntəqəsinin sahibi Şahid1 ilə Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsinin binasının qarşısında sözlü olaraq mübahisə etməsi müşahidə edilir. Şahid1 nərdivanın üzərində, Təqsirləndirilən şəxs isə onun qarşısında yerdə dayanmışdır. Təqsirləndirilən şəxs nərdivanın üzərində çıxaraq Şahid1 tutaraq sonuncu nərdivanın üzərindən yerə yıxır. Sonra onların yanına İlqa Məmmədov və ətrafdakı insanlar gəlir, Şahid2 Təqsirləndirilən şəxs bir-neçə dəfə sillə ilə vuraraq oradan uzaqlaşdırır. Qeyd edilən hadisələri özündə əks görünü yanacaq doldurma məntəqəsinə quraşdırılmış müşahidə kamerasının yaddaş qurğusundan 01 ədəd “DVD” diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir (1-cild, i.v. 26-32); - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 39); - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 49); - məcburi gətirilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Polis Şöbəsinin istintaq bölməsinə məcburi gətirilməsi qərara alınmışdır (1-cild, i.v. 39); - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (1-cild, i.v. 75-76); - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (1-cild, i.v. 68); - Kürdəmir RİHB-nın Mollakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Heydarov X11 rayonu, Mollakənd kəndində qeydiyyatda olmasına baxmayaraq halhazırda ərazidə yaşamır. Təsərrüfatbaşına kitabına əsasən Təqsirləndirilən şəxs ailə tərkibi anası X2, yoldaşı X4, oğlu X12, qızları X6 və X3 ibarətdir (1-cild, i.v. 83); - cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 25044009 saylı cinayət işi üzrə icraat təzələnmişdir (1-cild, i.v. 86-87); - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (1-cild, i.v. 108-109); - xx.xx.2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsindən, həmin Məcəllənin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir (1-cild, i.v. 117-118); - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1,127.2.3 və 221.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (1-cild, i.v. 120-121); - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X7 15 mart 2025-cin il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Şahid2 barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi həmin Məcəllənin 53.1.9-cu maddəsinin tələblərinə əsasən xitam verilmiş, Hadisə yerinə baxış keçirilməsi haqqında 01 noyabr 2025-ci il tarixli protokola əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM- nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, üzləşdirmə-dindirmə istintaq hərəkəti protokolları, hadisə yerinə baxış keçirilməsi haqqında, məhkəmə-tibbi ekspertizasının rəyləri və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməli və digər istintaq hərəkətləri ilə sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir (1-cild, i.v. 133-140); Zərərçəkmiş şəxs və Şahid1 01 may 2025-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə Zərərçəkmiş şəxs və Şahid1 vurulmuş ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, “Nuroil” yanacaq doldurma məntəqəsinin ərazisində Təqsirləndirilən şəxs qəfil Zərərçəkmiş şəxs ayaq nahiyəsindən vuraraq yerə yıxıb, sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurması görünür. İkinci görüntüdə yanacaq doldurma məntəqəsinin sahibi Şahid1 ilə Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsinin binasının qarşısında sözlü olaraq mübahisə etməsi müşahidə edilir. Şahid1 pilləkənin üzərində, Təqsirləndirilən şəxs isə onun qarşısında yerdə dayanmışdır. Təqsirləndirilən şəxs pilləkənin üzərində çıxaraq Şahid1 tutaraq sonuncu pilləkənin üzərindən yerə yıxmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici və şahidin ifadələri,istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1,127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsinşəxsiyyətinəuyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (59.1.12), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzaya hesablanmalı, (CM-69.3) öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 kəndi ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-40/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001739 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün xx.xx.2025-ci il tarixədək 07 (yeddi) saat, xx.xx.2025-ci il tarixdən isə 9 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq üçün xx.xx.2025-ci il tarixədək hər iş saatı üçün 6 (altı), xx.xx.2025-ci il tarixdən isə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixədək göstərilən hüquqi yardıma görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən isə göstərilən hüquqi yardıma görə isə 99 (doxsan doqquz) manat olmaqla, cəmi 141 (bir yüz qırx bir) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin344-349, 351-353, 356, 358 və 384-385-cimaddələrinirəhbərtutaraq, HÖKME TDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 221.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 127.2.1, 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 221.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixədək göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən isə göstərdiyi hüquqi yardıma görə isə 99 (doxsan doqquz) manat olmaqla, cəmi 141 (bir yüz qırx bir) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar