Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-41/2024 30.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhər, Aran küçəsi ev 31 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 19 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində İmişli rayonu, Qaralar kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Super market” ərzaq mağazasının anbar hissəsinin dam örtüyünü yerindən çıxarıb oradan əvvəlcə anbara, sonra isə anbardan mağazanın içərisinə açılan qapıdan gizli yolla daxil olub kassa hissəsinin yanındakı qutuya yığılmış 300 (üç yüz) manat məbləğində dəmir pulları, kassa hissəsinin altındakı qutuya yığılmış hər birinin dəyəri 4 manat 30 qəpik olmaqla 50 ədəd “Sobranie” markalı, ümumi dəyəri 215 (iki yüz on beş) manat olan, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla 50 ədəd “Winchester” markalı, ümumi dəyəri 145 (yüz qırx beş) manat olan, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 60 ədəd “Winiston” markalı, ümumi dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat olan, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla, 70 ədəd “Palmall” markalı, ümumi dəyəri 203 (iki yüz üç) manat olan, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla 100 ədəd ”LD” markalı, ümumi dəyəri 340 (üç yüz qırx) manat olan, hər birinin dəyəri 4 manat olmaqla 80 ədəd “Kent 4” markalı, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan siqaret qutuları olmaqla ümumilikdə 1451 (bir min dörd yüz əlli bir) manat dəyərində siqaret markalarını, hər paçkasının dəyəri 17 manat 50 qəpik olmaqla, beş paçka, hər paçkada isə 30 ədəd olmaqla 150 ədəd, ümumilikdə 87 manat 50 qəpik dəyərində “Dirol” markalı saqqızları gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1838 manat 50 qəpik (bir min səkkiz yüz otuz səkkiz manat əlli qəpik) dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 oktyabr 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs5 məxsus İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən «Nar market» ərzaq mağazasının anbar hissəsinin tavanını özü ilə gətirdiyi dəmir kəsən qayçı ilə kəsərək oradan əvvəlcə anbara, sonra isə anbardan mağazanın dəmir lövhələrdən ibarət divarını kəsib sındırmaqla mağazanın içərisinə qanunsuz daxil olub kassadan 200 (iki yüz) manat məbləğdə nağd pul, 40 ədəd 1 AZN, 12 ədəd 2 AZN, 15 ədəd 3 AZN, 8 ədəd 5 AZN “Azercell” mobil operatoruna məxsus, 15 ədəd 1 AZN, 15 ədəd 2 AZN, 10 ədəd 3 AZN, 1 ədəd 10 AZN “Bakcell” mobil operatoruna məxsus və 5 ədəd 2 AZN, 3 ədəd 5 AZN «Azərfon» mobil operatoruna məxsus danışıq kartları olmaqla ümumilikdə 259 (iki yüz əlli doqquz) manat dəyərində danışıq kartlarını, kassanın arxa tərəfindəki divardan asılmış taxta rəflərin üzərindəki hər birinin dəyəri 4 manat 30 qəpik olmaqla 42 ədəd «Sobranie» markalı, ümumi dəyəri 180 manat 60 qəpik olan, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla 16 ədəd « Sobranie Compact» markalı, ümumi dəyəri 67 manat 20 qəpik olan, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla 16 ədəd «LD» markalı, ümumi dəyəri 54 manat 40 qəpik olan, hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla 16 ədəd « LD Compact» markalı, ümumi dəyəri 51 manat 20 qəpik olan, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla 16 ədəd «Winiston» markalı, ümumi dəyəri 60 manat 80 qəpik olan, hər birinin dəyəri 4 manat olmaqla 20 ədəd «Kent 4» markalı, ümumi dəyəri 80 manat olan, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla 16 ədəd «Winchester» markalı, ümumi dəyəri 46 manat 40 qəpik olan, hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla 26 ədəd «Palmal» markalı, ümumi dəyəri 62 manat 40 qəpik olan, hər birinin dəyəri 2 manat 60 qəpik olmaqla 42 ədəd «Want» markalı, ümumi dəyəri 109 manat 20 qəpik olan, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla 58 ədəd «Argo» markalı, ümumi dəyəri 127 manat 60 qəpik olan, hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla 10 ədəd «Keno» markalı, ümumi dəyəri 24 manat olan siqaret qutuları olmaqla, ümumilikdə 863 manat 80 qəpik (səkkiz yüz altımış üç manat səksən qəpik) dəyərində siqaret markalarını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1322 manat 80 qəpik (bir min üç yüz iyirmi iki manat səksən qəpik) manat dəyərində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 20 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində İmişli rayonu, Gövhərli kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus mağazaya dam örtüyünü yerindən çıxarıb daxil olaraq kassa hissədən 42 manat dəyərində qəpik pul, 5 manat kağız pul, kassa hissəsinin üstündə olan 1 ədəd nasaz vəziyyətdə, dəyəri 60 manat olan “Alcatel” markalı mobil telefonu, hər birinin dəyəri 4 manat 40 qəpik olmaqla olan 9 ədəd “Sobranie” markalı, ümumi dəyəri 39 manat 60 qəpik olan, hər birinin qiyməti 4 manat olmaqla, 5 ədəd “Kent 4” markalı, ümumi dəyəri 20 manat olan, hər birinin qiyməti 3 manat 80 qəpik olmaqla 11 ədəd “Winston” markalı, ümumi dəyəri 41 manat 80 qəpik olan, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla 9 ədəd “LD” markalı, ümumi dəyəri 30 manat 60 qəpik olan, hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla 8 ədəd “Rothmans” markalı, ümumi dəyəri 23 manat 20 qəpik olan, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla 12 ədəd “Palmall” markalı, ümumi dəyəri 34 manat 80 qəpik olan, hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla 9 ədəd “Winchestr” markalı, ümumi dəyəri 26 manat 10 qəpik olan, hər birinin qiyməti 2 manat 70 qəpik olmaqla 4 ədəd “West” markalı, ümumi dəyəri 10 manat 80 qəpik olan, hər birinin qiyməti 2 manat 40 qəpik olmaqla 10 ədəd “Viceroy” markalı, ümumi dəyəri 24 manat olan, hər birinin qiyməti 2 manat 40 qəpik olmaqla 8 ədəd “Magna” markalı, ümumi dəyəri 19 manat 20 qəpik olan, hər birinin qiyməti 2 manat 20 qəpik olmaqla 6 ədəd “Argo” markalı, ümumi dəyəri 13 manat 20 qəpik olan siqaret qutuları olmaqla, ümumilikdə 283 manat 30 qəpik (iki yüz səksən üç manat otuz qəpik) manat dəyərində siqaret markalarını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 390 manat 30 qəpik (üç yüz doxsan manat otuz qəpik) dəyərində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 4 noyabr 2023-cü il tarixdə saat 05:43-də İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus “Məhəllə market” ərzaq mağazasının pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz mağazaya daxil olub, mağazanın giriş qapısından sağda yerləşən kassasından müxtəlif əskinaslardan ibarət 105 AZN məbləğdə nağd pulu, kassanın altındakı şkafdan bir ədəd “SamsungA71” markalı, **********99172 İMEİ 1 kodlu və 98B8BC200B3 MAC kodlu, 400 (dörd yüz) manat dəyərində mobil telefonu, kassanın arxa tərəfindəki divardan asılmış taxta rəflərin üzərindəki hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla 7 ədəd “Argo” (nazik) markalı, ümumi dəyəri 16 manat 80 qəpik olan, hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla 9 ədəd “Magna” qara markalı, ümumi dəyəri 21 manat 60 qəpik olan, hər birinin dəyəri 2 manat 60 qəpik olmaqla 3 ədəd “Classic” markalı, ümumi dəyəri 7 manat 80 qəpik olan, hər birinin dəyəri 2 manat 60 qəpik olmaqla 7 ədəd “West” markalı, ümumi dəyəri 18 manat 20 qəpik olan, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla 7 ədəd “Rothmans” markalı, ümumi dəyəri 20 manat 30 qəpik olan, hər birinin dəyəri 2 manat 0,90 qəpik olan 11 ədəd “Rothmans Mentol” markalı, ümumi dəyəri 31 manat 90 qəpik olan, hər biri 2 manat 90 qəpik olmaqla 23 ədəd “Pallmal” markalı, ümumi dəyəri 66 manat 70 qəpik olan, hər birinin dəyəri 4 manat olmaqla 23 ədəd “Kent 4” markalı, ümumi dəyəri 92 manat olan, hər birinin dəyəri 4 manat olmaqla 3 ədəd “Kent 1” markalı, ümumi dəyəri 12 manat olan siqaret qutuları olmaqla ümumilikdə, 287 manat 30 qəpik dəyərində siqaret markalarını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 792 manat 30 qəpik (yeddi yüz doxsan iki manat otuz qəpik) dəyərində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 7 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində müvəqqəti yaşamasına icazə verilmiş ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus evin yataq otağındakı çarpayının altından bir cüt 100 manat dəyərində ayaqqabını, bir ədəd sarı rəngli metaldan, üzərində 10 ədəd, hər birinin ölçüsü 0,005 karat brilyant qaşları və üzərində 14 ədəd, hər birinin ölçüsü 0,002 karat, 5/4 keyfiyyətli briliyant qaşları olan 585 əyarlı, 7,59 qram təmiz çəkidə, 1500 (bir min beş yüz) manat dəyərində qızıl üzüyü, sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs8 məxsus bir ədəd 1000 (bir min) manat dəyərində qızıl üzüyü, bir ədəd 1300 (bir min üç yüz) manat dəyərində üzərində “K” hərfi formasında klonu olan qızıl boyunbağını və bir ədəd 1000 (bir min) manat dəyərində qızıl qolbağını gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs7 1600 (bir min altı yüz) manat və Zərərçəkmiş şəxs8 isə 3300 (üç min üç yüz) manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 25 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində İmişli şəhəri, Aran küçəsi 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə qanunsuz olaraq qapıdan daxil olub, yataq otağında olan əşya şkafının üzərindəki Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 500 (beş yüz) manat dəyərində, “Redmi Note11” markalı, İMEİ1: **********79644, İMEİ2: **********79651 kodlu mobil telefonu və həmin mobil telefonun üzərindəki “Azercell” mobil operatoruna məxsus 3 (üç) manat dəyərində nömrəni, sonuncuya məxsus şalvarın cibindən 25 (iyirmi beş) manat məbləğdə nağd pulu, daha sonra evin digər yataq otağında olan əşya şkafının üzərindən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 300 (üç yüz) manat dəyərində, “Redmi 9A” markalı, İMEİ1: **********25911, İMEİ2: **********25929 kodlu mobil telefonu və həmin mobil telefonun üzərindəki “Azercell” mobil operatoruna məxsus 3 (üç) manat dəyərində nömrəni gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 528 (beş yüz iyirmi səkkiz) manat və Zərərçəkmiş şəxs2 isə 303(üç yüz üç) manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib birinci epizod üzrə ifadəsində bildirmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə günorta saatlarında İmişli rayonu Qaralar kəndinin giriş hissəsində su arxında balıq tutan zaman Qaralar kəndi dairəsində yerləşən ərzaq mağazası diqqətini çəkmiş və oradan oğurluq etmək qərarına gəlmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində yaşadığı İmişli şəhəri Aran küçəsində yerləşən evdən çıxıb piyada həmin mağaza istiqamətində gəlmiş, mağazanın qapıları bağlı olmuş və dəmir barmaqlıqlar olmuşdur. Mağazanın arxa tərəfindən damın üzərinə çıxmış, dam örtüyü köhnə olduğu üçün asanlıqla qaldırmışdır. Damdan mağazanın anbar hissəsinə düşmüş, anbardan mağazanın içərisinə açılan açıq qapı vasitəsilə mağazanın içərisinə daxil olmuşdur. Kassa hissəsini açıb 30 manat məbləğində 10, 20 və 50 qəpiklərdən ibarət dəmir pulları götürmüş, pullar sellofan torbada olmuşdur. Sonra mağazadan götürdüyü sellofan torbanın içərisinə kassanın altındakı şkafda olan 25 blok müxtəlif markalardan olan siqaretləri yığmışdır. Hər blokda 10 ədəd siqaret qutusu olmuş, siqaretlər isə “Sobranie” ,“Kent”, “Argo” və digər markalarda olmuşdur. Sonra mağazadan girdiyi yerdən də çıxıb piyada yaşadığı evə gəlmiş və siqaretləri həyətdə olan quş damına atmışdır. Səhər isə siqaretləri götürüb bir hissəsini Daşburun adlanan yerdə, bir hissəsini isə Beyləqan rayonunda tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxs3 mağazasından 5 blok ümumi dəyəri 215 manat olan “Sobranie”, 5 blok ümumi dəyəri 145 manat olan “Vinçester”, 6 blok ümumi dəyəri 228 manat olan “Viniston”, 7 blok ümumi dəyəri 203 manat olan “Palmall”, 10 blok ümumi dəyəri 340 manat olan “LD”, 8 blok ümumi dəyəri 320 manat olan “Kent 4” markaları olmaqla siqaretlərin, hər paçkada 30 ədəd olmaqla beş paçka “Dirol” markalı saqqızları deyil, qeyd etdiyi əmlakları oğurlamışdır. Oğurlanmış siqaretləri evinin həyətinə aparmış və orada gizlətmişdir. Sonra da Beyləqan və Bərdə rayon bazarlarında satmışdır. Təqsirləndirilən şəxs ikinci epizod üzrə ifadəsində bildirmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə, gecə saat 04 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən və Zərərçəkmiş şəxs5 məxsus ərzaq mağazasına daxil olmuşdur. Mağazaya girməzdən əvvəl yaşadığı evdən əyninə geyinmək üçün qara rəngli papaqlı gödəkçə götürmüş və dəmir yol xəttinin kənarı ilə piyada gəzə-gəzə həmin mağazanın qarşısına gəlmişdir. Üzərində pulu olmadığı üçün məqsədi mağazalardan birinə girib oradan oğurluq etmək olmuşdur. O, dəmir yol xəttinin kənarı ilə gələrkən zibillikdən bir ədəd dəmir kəsən paslanmış qayçı tapmış, həmin qayçını da özü ilə götürmüşdür. İmişli şəhəri T.İsmayılov küçəsinə də dəmir yol xəttinin kənarı ilə gəzə-gəzə gəlmiş və oradan da “Nar” market adlı mağaza qarşısına çıxmışdır. Mağazanın qapısı dəmir jalüz pərdədən olmaqla bağlı olmuşdur. Çöldən girməyə pəncərəsi olmamışdır. O, mağazaya daxil olmaq üçün arxa tərəfdəki hasarın üstünə çıxmış və oradan da qaz xəttinin köməyi ilə mağazanın tavanına çıxmışdır. Tavanın dəmir dam örtüyünü həmin dəmir kəsən qayçı ilə kəsib oradan mağazanın anbar hissəsinə daxil olmuşdur. Anbarla mağazanın arasında dəmir list arakəsmə olmuş, həmin arakəsməni aralayıb oradan mağazaya daxil olmuşdur. Mağazadakı kassadan bir ədəd 20 manatlıq, təxmini sayını bilmədiyi 5 və 1 manatlıq əskinaslardan ibarət ümumi olaraq 55 manat kağız pul götürmüşdür. Sonra kassadan, yəni şkafdan 140 manat dəyərində 1, 2, 5 və 10 AZN dəyərində “Azercell”, “Bakcell” və “Azərfon” danışıq kartlarını tapıb götürmüşdür. Pulları və danışıq kartlarını cibinə qoymuşdur. Kassanın arxa tərəfindəki taxta rəflərin üzərində isə siqaretlər olmuşdur. Orada müxtəlif markalarda, yəni, “Sobranie”, “LD”, “Compact LD”, “Winiston”, “Kent 4”, “Winçester”, “Palmal”, “Want”, “Argo” markalı siqaretlər olmuşdur. Həmin siqaretləri kassanın yanında olan sellofan torbanı götürüb içərisinə yığmış və mağazaya daxil olduğu qaydada oradan çıxmışdır. Əvvəlcə mağazadan anbara keçmiş, çıxarkən ayaqlarının altına taxta nərdivan qoymuş və tavana dırmaşmışdır. Sındırdığı yerdən də çölə çıxmışdır. Çıxarkən içərisində siqaret olan sellofan torbalardan biri əlindən düşmüş və mağazanın anbarında qalmışdır. Bir sellofan torbada, təxmini 40 ədəd siqaret qutusunu çıxara bilmiş və özü ilə aparmışdır. Susadığı üçün mağazadan bir ədəd də enerji içkisi götürüb içmiş, qabını orada saxlamışdır. Zərərçəkmiş şəxs5 ifadəsində mağazadan 200 (iki yüz) manat məbləğdə nağd pul, 40 ədəd 1 AZN, 12 ədəd 2 AZN, 15 ədəd 3 AZN, 8 ədəd 5 AZN “Azercell”, 15 ədəd 1 AZN, 15 ədəd 2 AZN, 10 ədəd 3 AZN, 1 ədəd 10 AZN “Bakcell” və 5 ədəd 2 AZN, 3 ədəd 5 AZN «Azərfon» mobil operatoruna məxsus danışıq kartları olmaqla ümumilikdə 259 (iki yüz əlli doqquz) manat dəyərində danışıq kartlarının, 42 ədəd « Sobranie» markalı, ümumi dəyəri 180 manat 60 qəpik olan, 16 ədəd « Sobranie Compact» markalı, ümumi dəyəri 67 manat 20 qəpik olan, 16 ədəd «LD» markalı, ümumi dəyəri 54 manat 40 qəpik olan, 16 ədəd « LD Compact» markalı, ümumi dəyəri 51 manat 20 qəpik olan, 20 ədəd «Kent 4» markalı, ümumi dəyəri 80 manat olan, 16 ədəd «Winchester» markalı, ümumi dəyəri 46 manat 40 qəpik olan, 26 ədəd «Palmal» markalı, ümumi dəyəri 75 manat 40 qəpik olan, 42 ədəd «Want» markalı, ümumi dəyəri 109 manat 20 qəpik olan, 58 ədəd «Argo» markalı, ümumi dəyəri 127 manat 60 qəpik olan, 10 ədəd «Keno» markalı, ümumi dəyəri 24 manat olan siqaret qutuları olmaqla, ümumilikdə 876,8 ( səkkiz yüz yetmiş altı manat səksən qəpik) manat dəyərində siqaret markalarını gizli yolla talamaqla, ümumilikdə 1335 manat 80 qəpik (min üç yüz otuz beş manat səksən qəpik) dəyərində maddi ziyan vurulmasını bildirməsi yalandır. Belə ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mağazasından oğurladığı əmlakların dəqiq siyahısını bildirmiş, qalan əmlakları isə Zərərçəkmiş şəxs5 yalandan artırmışdır. Zərərçəkmiş şəxs5 mağazasından oğurladığı siqaretləri Şahid6 satmış, pullarını xərcləmişdir. Oğurluq zamanı tək olmuş və kameraya düşməmək üçün başına papaq keçirmişdir. Təqsirləndirilən şəxs üçüncü epizod üzrə ifadəsində bildirmişdir ki, 19 oktyabr 2023cü il tarixdə İmişli rayonu, Gövhərli kəndi ərazisində avtomobil yolunun üzərində yerləşən avtomobil dayanacağında Bakı şəhərinə şəxsi işi ilə bağlı sənəd göndərmək üçün Beyləqan rayonundan olan tanımadığı taksi sürücüsünü gözləyən zaman saat 23 radələri olmuşdur. Yolun digər tərəfində Mirzə Market adlanan mağazanın sahibinin oranı bağlayıb çıxıb getdiyini gördükdən sonra taksini gözləməyə davam etmişdir. 20 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində həmin tanımadığı taksi sürücüsü rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes E class” markalı avtomobillə gəlib ondan sənədləri götürüb aparmışdır. Bundan sonra həmin qarşıda olan “Mirzə Market” adlanan mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün yolun digər tərəfinə keçib mağazanın sağ tərəfində yerləşən avtomobil təmiri yerindən mağazanın arxasına keçmişdir. Orada elektrik naqilinin köməyi ilə mağazanın damına qalxmış, nazik dəmir dam örtüyünü əli ilə özünə tərəf çəkən zaman həmin dəmir dam örtüyünün bir hissəsi mismarlanmış yerdən çıxaraq qopmuşdur. Həmin yerdən mağazanın içərisinə düşməyə çalışan zaman isə lambirin tavan olduğu tavanın bir hissəsini əli ilə yuxarı tərəfə çəkib qatlayaraq sındırmış və bundan sonra mağazanın içərisində divardan asılı olan “vitrin” vasitəsi ilə düşmüşdür. Həmin mağazada piştaxtaya yığılmış 9 qutu “Sobranie” markalı siqaret, 5 qutu “Kent 4” markalı siqaret, 11 qutu “Winston” markalı siqaret, 9 qutu “LD” markalı siqaret, 8 qutu “Rothmans” markalı siqaret, 12 qutu “Palmall” markalı siqaret, 9 qutu “Winchestr” markalı siqaret, 4 qutu “West” markalı siqaret, 10 qutu “Viceroy” markalı siqaret, 8 qutu “Magna” markal siqaret, 6 qutu “Argo” markalı siqaretləri götürüb mağazadan götürüdüyü sellofan torbaya yığmışdır. Piştaxtanın altında olan çəkməcəni açmış və orada olan qutunun içərisindən 42 manat qəpik pulları götürmüşdür. Bundan sonra piştaxanın yanında olan qutunun altından isə 5 manat kağız pulu götürmüşdür. Sonra isə piştaxanın üzərində olan tərəzinin yanından bir ədəd “Alcatel” markalı, işlək vəziyyətdə olmayan mobil telefonu da götürüb cibinə qoymuşdur. Susadığı üçün mağazada olan adını bilmədiyi enerji içkilərindən birini götürüb içmiş və sonra həmin enerji içkisinin qabını mağazaya tullayıb, mağazaya düşdüyü tavandan çıxıb oradan uzaqlaşıb evə getmişdir. Həmin hadisə zamanı tək olmuşdur. Siqaretləri özü istifadə etmiş, pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Mobil telefon isə işləmədiyi üçün yol kənarına atmışdır. Təqsirləndirilən şəxs dördüncü epizod üzrə ifadəsində bildirmişdir ki, İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Məhəllə market” ictimai iaşə obyektində edilən oğurluq cinayətini o, törətmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 5 radələrində o, İmişli şəhəri, A.Ələsgər küçəsində piyada hərəkət edən zaman həmin mağazanın qarşısından keçmiş və mağazaya daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə mağazanın ətrafına baxmış və içəri girə bilmək üçün rahat üsul seçmişdir. Bu məqsədlə mağazanın arxa tərəfinə keçib oradan kolluq hissədə çəpəri tullanıb İmişli Taun dispanserinin bağçasına düşmüşdür. Həmin mağazanın arxa pəncərəsi bağçaya açılmış, daş hasara dırmaşıb əli ilə mağazanın pəncərəsini itələmişdir. Pəncərə açılıb içəriyə düşmüşdür. Nəfəslikdən içəri daxil olmuş, divarlara məhsulların yığılması üçün rəflər bərkidilmiş, həmin rəflərin üzərinə ayağını qoyaraq içəri düşdükdən sonra mağazanın giriş qapısının yanında olan kassaya yaxınlaşıb kassanı əli ilə dartıb asanlıqla açmışdır. Oradan 35 manat pul götürmüş, pullar 10, 5 və 1 manatlıq əskinaslar olmuşdur. Bundan başqa 50 qəpiklərdən ibarət 10 manat da pul əlavə götürmüşdür. Sonra kassanın aşağısından, şkafdan bir ədəd sönülü vəziyyətdə mobil telefon götürmüşdür. Kassanın arxa tərəfində divara bərkidilmiş taxta rəflərin üzərində müxtəlif siqaret markaları olmuş, həmin rəfin yaxınlığında yerdə olan bir ədəd göy rəngli böyük ölçülü sellofan torbanı götürmüş və rəfdə olan siqaret qutularını həmin torbaya yığmışdır. Siqaretlərin hamısının adları yadında qalmasa da bütün markalardan, yəni “Arqo”, “Sobranie”, “Kent”, “Winiston” olmuşdur. Oradan ümumilikdə 61 ədəd siqaret qutusu götürmüşdür. Sonra isə siqaretlər olan torbanı ayağını rəflərin üzərinə qoyaraq divara çıxmaqla daxil olduğu pəncərədən çölə atmışdır. Daxil olduğu kimi həmin nəfəslikdən də çölə çıxdıqdan sonra yenə də mağazanın arxa tərəfindəki kolluq hissədə olan çəpəri aşıb, piyada əlində torba İmişli şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etmişdir. H.Əliyev prospektini keçib İmişli şəhəri, Xəqani küçəsində yerləşən su arxının kənarı ilə İmişli şəhəri Araz küçəsi istiqamətində hərəkət etmişdir. Su arxının kənarında mağazadan götürdüyü bir ədəd mobil telefonu suya atmışdır. O, telefonu söndürüb yandırmağa cəhd etmiş, lakin ekranında heç bir yazı olmadığı üçün suya atmaq qərarına gəlmişdir. Piyada İmişli şəhəri Araz küçəsi istiqamətində hərəkət edib, İmişli rayonu Qaralar kəndindin giriş hissəsinə çatmış və oradan da tanımadığı “VAZ2107” markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 Yanvar adlanan yerdə taksidən düşmüşdür. Taksiyə isə 10 manat yol pulu vermişdir. Bakı şəhərinə gəldikdən sonra Əhmədli qəsəbəsi istiqamətində gəlmiş və orada ünvanını xatırlamadığı bir nəfər şəxsin səyyari siqaret satdığını görüb mağazanı bankrot etməsini və malları satdığını demişdir. Həmin şəxslə oğurladığı 61 ədəd siqaret qutularının hər biri üçün 2 manat 50 qəpik pula razılaşmış və ümumi olaraq 152 manat 50 qəpik alıb siqaretləri satmışdır. Həmin şəxsin xarici görkəmi və oranın ünvanı yadında qalmamışdır. Bundan sonra Bakı şəhərində qalmışdır. Zərərçəkmiş şəxs6 mağazadan 105 manat nağd pul və 7 ədəd “Argo” (nazik) markalı, 9 ədəd “Magna” (qara) markalı, 3 ədəd “Classic” markalı, 7 ədəd “Vest” markalı, 7 ədəd “Rothmans” markalı, 11 ədəd “Rothmans Mentol” markalı, 23 ədəd “Pallmal” markalı, 23 ədəd “Kent 4” markalı, 2 ədəd “Kent 1” markalı, 1 ədəd “Kent 1” markalı siqaret qutuları olmaqla ümumilikdə 94 ədəd siqaret qutusunun, bir ədəd mobil telefonun oğurlanmasını habelə pəncərənin sınmasınını bildirməsi yalandır. Belə ki, o, kassadan 35 manat kağız pul və 10 manat da 50 qəpiklərdən ibarət olmaqla ümumi 45 manat pul götürmüşdür. Divardakı rəfdən isə ümumi olaraq 61 ədəd siqaret götürmüşdür. Mobil telefonu götürməyi və pəncərəni sındırmağını da etiraf etmişdir. Mağazaya daxil olarkən əlində fəhlə əlcəyi olmuş, başında isə gödəkçəsinin papağı olmuşdur. Əlcəyi isə özü ilə əvvəlcədən gətirməmiş, mağazanın arxa tərəfində bağçada zibillik yerdən tapmışdır. Təqsirləndirilən şəxs beşinci epizod üzrə ifadəsində bildirmişdir ki, 04 noyabr 2023cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Qalmağa yeri olmadığı üçün ünvan 4 ünvanında yerləşən və bacısı oğlu Zərərçəkmiş şəxs7 yaşadığı evə gəlmişdir. O, Kamrana bir neçə günlük Bakı şəhərində olacağı və sonuncu ilə birlikdə qalmaq istədiyini bildirmişdir. Kamran da razı olmuş və onu evinə qəbul etmişdir. Kamranın həyat yoldaşı Aysel evdə olmamış, İmişli şəhərinə getmişdir. Evdə Kamran və o, ikisi olmuşdur. Kamran ona evin bütün otaqlarından istifadə etməyə icazə vermişdir. Evin həyət qapısının və evin giriş qapısının açarlarının surətini ona vermişdir. 07 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Kamran evdən çıxmışdır. Haraya getdiyini bilməmişdir. Evdə tək olan zaman oğurluq etmək qərarına gəlmiş və Kamranın yataq otağındakı çarpayının altına baxmışdır. Çarpayının altında bir cüt ayaqqabını və çarpayının altında olan qutunun içərisindəki 01 ədəd sarı rəngli qızıldan olan üzərində brilyant qaşları olan kişi üzüyünü, 01 ədəd sarı rəngli qızıldan olan üzərində brilyant qaşları olan kişi üzüyünü, 01 ədəd qadın üzüyünü, 01 ədəd üzərində “K” hərifi formasında klonu olan boyunbağını və 01 ədəd qızıl qolbağını götürdükdən sonra evin qapsını bağlayıb evin açarını üzərində saxlamış, həyətdən çıxıb həyət qapısını bağlayıb açarı özü ilə götürüb getmişdir. O, həmin qızılları satmaq istəmişdir. Lakin şəxsiyyət vəsiqəsi üzərində olmamış, ona görə bu formada daha ucuz qiymətə satmağı planlaşdırmışdır. Buna görə də tanışı Şahid7 ilə telefonda danışıb 20 Yanvar metrosunun yaxınlığında görüşmüşdür. Bu zaman Elşada ona məxsus olan bir ədəd qızıl üzüyün olmasını və lombarda qoyub pul götürmək istədiyini demişdir. Elşad həmin üzüyün oğurluq olmasını bilməmişdir, bunu Elşada deməmişdir. Üzüyün özünə məxsus olmasını demişdir. Həmçinin satmaq niyyətinin olmasını deməmişdir. Çünki, onun üzüyü satmaq niyyətinin olmasını Elşad bilərsə, sonuncunun şübhələnə biləcəyini qeyd etmişdir. Buna görə də lombarda qoymaq istədiyini demişdir. Elşadla birlikdə “Üçüncü mikrorayon dairəsi” adlanan yerə getmiş və oradakı lombardların birinə daxil olmuşlar. Elşad üzüyün özünə məxsus olmasını bildirib həmin üzüyü girov qoymuş və 400 manat pul almışlar. Lombarddan çıxandan sonra girov biletini və 400 manat pulu Elşaddan alıb getmişdir. Həmin pulu da xərcləmişdir. Bundan bir gün sonra isə qalan qızılları satmaq niyyəti ilə Nizami rayonu 8-ci kilometr ərazisinə getmiş və orada tanımadığı qızıl mağazalarının birinin yanında tanımadığı bir şəxsə geri qalan qızılları, yəni bir ədəd qızıl qadın üzüyünü, bir ədəd üzərində “K” hərifi formasında klonu olan boyunbağını və 01 ədəd qızıl qolbağını 500 manat qarşılığında satmışdır. O, həmin qızılların özünə məxsus olduğunu demişdir. Bir neçə gün Bakı şəhərində qaldıqdan sonra İmişliyə rayonuna qayıtmışdır. Lombardın ona verdiyi girov biletini isə atmışdır. Ayaqqabıları isə oğurladığı gündən geyinmiş, lakin ayağında cırıldığı üçün İmişli rayonu ərazisində olan zibil qablarından birinə atmışdır. Oğurluq əməlini təkbaşına etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğunun evindən edilmiş oğurluqların onunla heç bir əlaqəsi yoxdur, o həmin şəxslərin evlərindən oğurluq etməmişdir. Polis əməkdaşlarının təzyiq və işgəncələrinə məruz qaldığından ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğunun evindən edilmiş oğurluqların da onun tərəfindən edildiyini etiraf etməyə məcbur qalmışdır. Ona görə də zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğunun evindən edilmiş oğurluqlara münasibətdə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamın altıncı epizodu üzrə verdiyi ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməlləri özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, məhkəmə iclasında zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Zərərçəkmiş şəxs2 tanıyır, hər ikisi ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Xankişinin evinə daxil olmamışdır. Həyətinə heç vaxt girməmişdir. Tanısa da münasibət saxlamamışdır. Xankişinin evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 evindən aşkar edilən əl barmaq izlərinə inanmır. Onun əl izinin Xankişinin evindən çıxması yalandır. Xankişinin evindən baş vermiş oğurluqla onun heç bir əlaqəsi olmamışdır. Törətdiyi bütün oğurluq əməllərini etiraf etmişdir. İş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla bağlı qeyd etmişdir ki, Murad sonuncunu tanıyır, taksi fəaliyyəti ilə məşğul olur. “Mercedec” markalı avtomobil sürür. Murada zəng edib onu Daşburuna aparmasını demiş, həmin vaxtı Qaralar kəndindəki mağazadan oğurladığı siqaretlərdən 30 blokunu satmağa getmişdir. Amma bu barədə Murada heç nə deməmişdir. Sonuncuya taksi kimi onu aparmasını demiş, avtomobili saxlayıb siqaret almaq istədiyini dedikdə o, vaxt itirməmək üçün Murada özündə siqaret olduğunu bildirib sumkada olan siqaretlərdən iki paçkasını sonuncuya vermişdir. Murad siqaretlər barədə soruşduqda heç nə deməmişdir. Daşburuna çatanda isə maşını saxlatdırmış və mərkəzdə olan üç-dörd mağazaya eyni sözü deyib siqaretləri satmışdır. Mağaza sahiblərinə dükanını batırdığını və malları satdığını demişdir. Neçəyə satdığını xatırlamır. Sonra geri qayıtmış və Muradla birlikdə İmişliyə gəlmişdir. Bundan başqa həmin Qaralar kəndindəki mağazadan oğurladığı siqaretlərin yarısını da Bərdə rayonunda heyvan bazarında tanımadığı şəxsə satmışdır. Neçəyə satmağı da yadında deyil. Həmin vaxt da Muradla getmişdir. Muradın bu işlərlə heç bir əlaqəsi və məlumatı olmamışdır. Maşına götürdüyü adam isə onun türmə yoldaşı olmuş, adı Rasimdir və əslən Gəncə şəhərindən olmaqla, Xan bağı adlanan yerə yaxın yerdə qalır. Rasimin də bu əməlləri ilə heç bir əlaqəsi olmamışdır. Sadəcə həmin gün onunla görüşməyə gəlmişdir. Amma o, Bərdəyə getdiyi üçün Rasimi də götürməyi və birlikdə geri qayıtmağı qərara almışdır. Bərdədə heyvan bazarına Rasimlə birlikdə düşsə də sonuncu siqaretləri satmağını görməmiş, kənarda olmuşdur. İş üzrə Şahid4 ifadəsində göstərdiyi xüsusatlarla bağlı qeyd etmişdir ki, Şahid4 evinə apardığı siqaretlər Şahid1lə Bərdə və Daşburun adlı yerlərə getdiyi zaman orada satdığı siqaretlər olmuşdur. İş üzrə Şahid3 ifadəsində göstərdiyi xüsusatlarla bağlı qeyd etmişdir ki, bacısı Yeganənin evinə aparıb qoyduğu siqaretlər Qaralar kəndindən oğurladığı siqaretlərin qalanı, konturlar isə T.İsmayılov küçəsindəki mağazadan oğurladığı konturlar olmuş, amma Yeganənin dediyi kimi 300 ədəd yox 142 manatlıq kontur kartları olmuşdur. Şahid6 beş ya altı qutu siqaret satmışdır. Həsən də ona on manat pul vermişdir. O, siqaretlərin özünə məxsus olmasını deyib satmış, yəni Həsənin həmin siqaretlərin oğurluq olmasından məlumatı olmamışdır. Qalan siqaretləri isə müxtəlif heyvan bazarlarında satmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 25 noyabr 2023-cü il tarixdə, gecə saat təxminən 02:20-də oğlu Tağı onu oyadıb evlərinin arxasındakı yonca kiplərinin yığıldığı ot tayasının yanmasını bildirmişdir. Bütün ev sakinləri onun ardınca həyətə düşmüş, evdə isə iki azyaşlı nəvəsi qalmışdır. O, evin arxa tərəfinə keçib 200 ədəd ot bağlamasının yandığını görmüşdür. Alovun şiddətli olması səbəbilə ot bağlamalarını yanğından çıxara bilməmiş, tayaya yaxın durmamışlar. Həmin vaxt onunla qonşuluqda yaşayan yeznəsi X3 onun həyətinə gəlmiş, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və 101 yanğınsöndürə xidmətinə məlumat vemişdir. Yanğın oraya gələn yanğınsöndürənlər tərəfindən söndürülmüş, lakin yonca kipləri yararsız vəziyyətə düşmüşdür. Yanğınsöndürənlər tayadakı yanğını söndürən zaman həyat yoldaşı Vəfalı və gəlini Aynurə evə keçmiş, bundan sonra o, və oğlu Tağı saat 03 radələrində evə girmişdir. O, yataq otağındakı oturacağın üstündə olan mobil telefonunu götürmək istədikdə telefonun yerində olmadığını, oğlu Tağı isə sonuncunun da telefonunun dolabın üzərində olmadığını və bununla da yanğın zamanı kiminsə evə daxil olaraq telefonları oğurlamsını bilmişdir. Bundan sonra məlum olmuşdur ki, naməlum şəxs yanğın zamanı evə gizli yolla qapıdan keçmiş ona və oğlu Tağıya məxsus telefonları oğurlamışdır. Sonra o, şalvarının cibinə baxmış və cibində olan 25 manat pulun da oğurlanmasını bilmişdir. Evə baxan zaman naməlum şəxsin evin qonaq otağında olan pəncərədən düşüb getdiyini və pəncərənin açıq vəziyyətdə olmasını görmüşdür. Pəncərinin qarşısına vurulmuş tor cırılmış vəziyyətdə olmuşdur. Həmin gün yaşadığı evə gələn polis əməkdaşlarına hadisə barədə bildirmiş, oğlu Tağı da ərizə yazmışdır. Onun yaşadığı evin həyətinə keçib ot tayasını yandıran, eləcə də ona məxsus evə daxil olub ona və oğlu Tağıya məxsus mobil telefonları, eləcə də ona məxsu 25 manat pulu oğurlayan şəxsi görməmiş və şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Həmin naməlum şəxs oğlu Tağıya məxsus “Redmi 9A” markalı, İMEİ: 1: **********25911, İMEİ2: **********25929 kodlu,üzərində ***-***-**-** “Azercell” mobil nömrəsi olan mobil telefonu, və ona məxsus “Redmi Note 11” markalı, İMEİ 1 **********79644, İMEİ2 **********79651 kodlu, üzərində ***-***-**-** “Azercell” mobil nömrəsi olan mobil telefonu oğurlamışdır. Oğlu Tağı “Redmi 9A” markalı mobil telefonu 300 manata, nömrəsini isə 3 manat almışdır. Özü isə “Redmi Note 9” markalı mobil telefonu 500 manata almış, nömrənin qiyməti isə 3 manatdır. Bu oğurluq əməli nəticəsində oğlu Tağıya 303 manat, ona isə həmçinin 25 manat nağd pulu oğurlandığı üçün 528 manat maddi ziyan vurulmuşdur. Həmçinin bir ədəd yonca kipinin qiyməti 5 manat olmaqla 200 ədəd yonca kipinin yanması nəticəsində ona əlavə olaraq 1000 manat da maddi ziyan vurulmuşdur. Həmin yanan yonca kipləri ona məxsusdur. Həmçinin yaşadığı evdən polis əməkdaşları qonaq otağındakı pəncərənin üzərindən 6 (altı) ədəd əl-barmaq izləri götürmüş, bu barədə protokol tərtib edilmişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 25 noyabr 2023-cü il tarixdə, gecə saat təxminən 02:20-də ayaqyoluna gedən zaman evlərinin arxasında olan ot tayasından alov qalxdığını görmüş və dərhal bu barədə atasına məlumat vermişdir. Bütün ev sakinləri həyətə düşmüş, evdə isə iki azyaşlı uşağı qalmışdır. Alovun şiddətli olması səbəbindən ot bağlamalarını yanğından çıxara bilməmiş, tayaya yaxın durmamışlar. Həmin vaxt onunla qonşuluqda yaşayan yeznəsi X3 gəlmiş, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və 101 yanğınsöndürmə xidmətinə məlumat vermişdir. Yanğın oraya gələn yanğınsöndürənlər tərəfindən söndürülmüş, lakin yonca kipləri yanmışdır. Yanğınsöndürənlər tayadakı yanğını söndürən zaman anası Vəfalı və arvadı Aynurəyə evə keçməsini demiş, bundan sonra o, və atası Xankişi saat 03 radələrində evə girmişdir. Atası yataq otağındakı oturacağın üstündə olan mobil telefonunu götürmək istədikdə telefonun yerində olmadığını, o, isə özünün də telefonunun dolabın üzərində olmadığını və bununla da yanğın zamanı kiminsə evə daxil olaraq telefonları oğurlamasını bilmişdir. Bundan sonra məlum olmuşdur ki, naməlum şəxs yanğın zamanı evə gizli yolla qapıdan keçmiş ona və atasına məxsus telefonları oğurlamışdır. Sonra atası şalvarının cibinə baxmış və cibində olan 25 manat pulun da oğurlanmasını bilmişdir. Evə baxan zaman naməlum şəxsin evin qonaq otağında olan pəncərədən düşüb getdiyini və pəncərənin açıq vəziyyətdə olmasını görmüşdür. Pəncərinin qarşısına vurulmuş tor cırılmış vəziyyətdə olmuşdur. Həmin gün yaşadığı evə gələn polis əməkdaşlarına hadisə barədə bildirmiş və bu barədə ərizə yazmışdır. Onun yaşadığı evin həyətinə keçib ot tayasını yandıran, eləcə də ona məxsus evə daxil olub ona və atasına məxsus mobil telefonları, eləcə də atasına məxsus 25 manat pulu oğurlayan şəxsi görməmiş və şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Həmin naməlum şəxs atasına məxsus “Redmi 9A” markalı, İMEİ: 1: **********25911, İMEİ2: **********25929 kodlu,üzərində ***-***-**-** “Azercell” mobil nömrəsi olan mobil telefonu, və ona “Redmi Note 11” markalı, İMEİ 1 **********79644, İMEİ2 **********79651 kodlu, üzərində ***-***-**-** “Azercell” mobil nömrəsi olan mobil telefonu oğurlamışdır. O, “Redmi 9A” markalı mobil telefonu 300 manata, nömrəsini isə 3 manat almışdır. Atası isə “Redmi Note 9” markalı mobil telefonu 500 manata almış, nömrənin qiyməti isə 3 manatdır. Bu oğurluq əməli nəticəsində ona 303 manat, atasına isə həmçinin 25 manat nağd pulu oğurlandığı üçün 528 manat maddi ziyan vurulmuşdur. Həmçinin bir ədəd yonca kipinin qiyməti 5 manat olmaqla 200 ədəd yonca kipinin yanması nəticəsində atasına əlavə olaraq 1000 manat da maddi ziyan vurulmuşdur. Həmin yanan yonca kipləri atası Xankişiyə məxsusdur. Həmçinin yaşadığı evdən polis əməkdaşları qonaq otağındakı pəncərənin üzərindən 6(altı) ədəd əl-barmaq izləri götürmüş, bu barədə protokol tərtib edilmişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, İmişli rayonu Qaralar kəndi ərazisində özünə məxsus “Super market” adlı ərzaq mağazası vardır. Mağzada özü fəaliyyət göstərir. 18 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində mağazanı bağlayıb evə getmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində gəlib mağazanı açmışdır. Mağazaya daxil olan zaman kassa hissədə olan siqaret yığılmış yeşiyin aşmasını görmüş və hesab etmişdir mağazaya pişik daxil olub. Sonra kassaya keçib şkafın relsli çəkməsinin yerdə olduğunu görmüşdür. Sonra mağazının ikinci otağına, anbar hissəsinə keçəndə mağazanın tavanından işıq düşməsini görmüş və bundan sonra bilmişdir ki, mağazadan oğurluq edilmişdir. İçəri daxil olan şəxs mağazanın anbar hissəsinin çölə açılan qapısını dartmış, lakin aça bilməmişdir. Buna görə də tavanı söküb oradan anbara, sonra isə anbarın mağazanın içərisinə açılan qapısından içəri keçmişdir. Qapının arxasındakı açar üzərində olduğu üçün asanlıqla mağazanın satış hissəsinə keçə bilmişdir. Orada kassada olan yeşikdəki müxtəlif siqaret markaları, saqqız blokları, kassanın yanındakı qutuda olan 300 manat dəyərində isə dəmir pulları oğurlamışdır. O, təhlükəsizlik kamerasından baxıb görmüşdür ki, içəri daxil olan şəxs kassada olan siqaret bloklarını bir-bir götürüb anbarın çölə açılan qapısından çıxmış və orada olan meşoka yığmışdır. Oğurladıqları malları yığdığı meşoku isə sonda özü ilə götürüb aparmışdır. Hadisə xx.xx.2023-cü il tarixdə, səhər saat 04 radələrində baş vermişdir. Mağzadan 5 blok, hər blokda 10 ədəd olmaqla, bir paçkasının qiyməti 4 manat 30 qəpik olan və ümumi dəyəri 215 manat olan “Sobranie”, 5 blok, hər blokda 10 ədəd olmaqla, bir paçkasının qiyməti 2 manat 90 qəpik olan və ümumi dəyəri 145 manat olan “Vinçester”, 6 blok, hər blokda 10 ədəd olmaqla, bir paçkasının qiyməti 3 manat 80 qəpik olan və ümumi dəyəri 228 manat olan “Viniston”, 7 blok, hər blokda 10 ədəd olmaqla, bir paçkasının qiyməti 2 manat 90 qəpik olan və ümumi dəyəri 203 manat olan “Palmall”, 10 blok, hər blokda 10 ədəd olmaqla, bir paçkasının qiyməti 3 manat 40 qəpik olan və ümumi dəyəri 340 manat olan “LD”, 8 blok, hər blokda 10 ədəd olmaqla, bir paçkasının qiyməti 4 manat olan və ümumi dəyəri 320 manat olan “Kent 4” markaları olmaqla siqaretlər oğurlanmışdır. Hər paçkada 30 ədəd olmaqla beş paçka və 150 ədəd “Dirol” markalı saqqızlar oğurlanmışdır. Hər paçkanın qiyməti 17 manat 50 qəpik olmaqla ümumi dəyəri 87 manat 50 qəpik etmiş, 300 manat dəyərində dəmir pullar oğurlanmışdır. Bununla da dəymiş maddi ziyanın miqdarı 1838 manat 50 qəpik təşkil etmişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, özünə məxsus İmişli rayonu Gövhərli kəndində “Mirzə Market” adlı ərzaq mağazası vardır. 19 okytabr 2023-cü il tarixdə 23 radələrində mağazanı bağlayıb evə getmişdir. 20 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində mağazaya gəlib qapıları açıb işıqları yandırdıqda mağazanın damının söküldüyünü görmüşdür. Bu zaman mağazadakı malları yoxladıqda mağazanın kassasından 42 manat dəyərində dəmir pul, 5 manat kağız əskinas, kassa hissəsinin üstündə olan, dəyəri 60 manat olan “Alcatel” markalı mobil telefon, kassa hissəsinin yanına düzülmüş hər birinin dəyəri 4 manat 40 qəpik olmaqla olan 9 qutu “Sobranie” markalı, ümumi dəyəri 39 manat 60 qəpik olan, hər birinin qiyməti 4 manat olmaqla, 5 qutu “Kent 4” markalı, ümumi dəyəri 20 manat olan, hər birinin qiyməti 3 manat 80 qəpik olmala 11 qutu “Winston” markalı, ümumi dəyəri 41 manat 80 qəpik olan, hər birinin dəyəri 3 manat 40 qəpik olmaqla 9 qutu “LD” markalı, ümumi dəyəri 30 manat 60 qəpik olan, hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla 8 qutu “Rothmans” markalı, ümumi dəyəri 23 manat 20 qəpik olan, hər birinin dəyəri 2 manat 90 qəpik olmaqla 12 qutu “Palmall” markalı, ümumi dəyəri 34 manat 80 qəpik olan, hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla 9 qutu “Winchestr” markalı, ümumi dəyəri 26 manat 10 qəpik olan, hər birinin qiyməti 2 manat 70 qəpik olmaqla 4 qutu “West” markalı, ümumi dəyəri 10 manat 80 qəpik olan, hər birinin qiyməti 2 manat 40 qəpik olmaqla 10 qutu “Viceroy” markalı, ümumi dəyəri 24 manat olan, hər birinin qiyməti 2 manat 40 qəpik olmaqla 8 qutu “Magna” markalı, ümumi dəyəri 19 manat 20 qəpik olan, hər birinin qiyməti 2 manat 20 qəpik olmaqla 6 qutu “Argo” markalı, ümumi dəyəri 13 manat 20 qəpik olan siqaretlərin naməlum şəxs tərəfindən oğurlandığını bilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 390 manat 30 qəpik maddi ziyan dəymişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsində görünür ki, İmişli şəhəri T.İsmayılov küçəsində özünə məxsus şəxsi «Nar market» adlanan ərzaq mağazası vardır və o, həmin mağazada on ildir ki, alver ilə məşğul olur. Hər gün səhər saat 8-dən axşam saat 21 radələrinə kimi mağazada olur, mağazadan çıxanda jalüz qapını endirib, aşağı hissədən hər iki tərəfdən keçirmə qıfılla bağlayıb evinə gedir. Mağazanın sol tərəfində iki jalüz qapıdan ibarət və üzəri dəmir şiferlə bağlanmış anbar vardır. Həmin anbarın qapılarını da daimi qıfılla bağlı saxlayır. 13 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində mağazanın qonşuluğında yaşayan Zülfiqar adlı şəxs ona zəng edib mağazanın tavanının sındırılmasını, şiferin yuxarı qaldırılmasını demişdir. O da dərhal yaşadığı evdən çıxıb mağazanın olduğu yerə gəlmişdir. Mağazanın tavanın sındırılmasını görüb DİN-nin 102 xidmətini zəng edib oğurluq edilməsi barəsində məlumat vermişdir. Mağazanın qapısını açmamışdır. Polislərin ora gəlməsini gözləmiş, zəngdən 10-15 dəqiqə sonra mağazanın olduğu yerə polis əməkdaşları gəlmişdir. O, bundan sonra polislərin iştirakı ilə mağazanın qapısını açmışdır. Mağazanın içərisinə baxanda mağazanın anbar tərəfdən aranı kəsən dəmir lövhələrdən biri əyilmiş və oradan oğru mağazaya daxil olmuşdur. Oğru mağazaya girmək üçün əvvəlcə anbarın dəmir tavanın kəsib ordan anbara, anbardan isə dəmir lövhəni əyərək mağaza daxil olmuşdur. Onun mağazasında kamera vardır, o, həmin kamerada oğrunun mağazaya necə daxil olmasını görmüşdür. 13 oktyabr 2023-cü il tarixə keçən gecə saat 04:27-də oğru mağazaya anbardan keçmiş və mağazada, 200 manat pul, 200 manat kontur kartların və 500-600 manat dəyərində müxtəlif markalı siqaretləri yığıb aparmışdır. Girdiyi yerdən anbara keçib, anbarda isə ayağının altına anbarda təmir işlərində istifadə edilən taxtadan düzəldilmiş duracağı qoyub oradan tavana dırmanaraq çıxıb getmişdir. Həmin şəxs maskalı olduğu üçün tanaya bilməmişdir. Mağazadan 200 manat nağd pul, 40 ədəd 1 manatlıq, 12 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq, 8 ədəd 5 manatlıq “Azercell” kartları, 15 ədəd 1 manatlıq, 15 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq , 1 ədəd 10 manatlıq “Bakcell” kartları və 5 ədəd 2 manatlıq, 3 ədəd 5 manatlıq «Nar» kontur kartları oğurlanıbdır. Daha sonra 42 ədəd «Sobraniya» siqareti hər bir ədəd 4 manat 30 qəpikdən, 16 ədəd «Kompakt Sobraniya» siqareti hər bir ədədin satış qiyməti 4 manat 20 qəpik, 16 ədəd «LD» markalı hər biri 3 manat 40 qəpik olmaqla, 16 ədəd «Kampakt LD» markalı 3 manat 20 qəpik olmaqla, 16 ədəd «Winiston» markalı hər biri 3 manat 80 qəpik olmaqla, 20 ədəd «Kent 4» markalı hər birinin qiyməti 4 manat olmaqla, 16 ədəd «Winçester» markalı hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla, 26 ədəd «Palma» markalı, hər birinin 2 manat 40 qəpik olmaqla, 42 ədəd «Want» markalı hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla, 58 ədəd «Arqo» markalı hər birinin 2 manat 20 qəpik olmaqla, 10 ədəd «Keno» markalı hər biri 2 manat 40 qəpik olmaqla, siqaretləri oğurlayıb aparılmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1272 manat 80 qəpik maddi ziyan dəymişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Məhəllə market” adlı ərzaq mağazası ona məxsusdur. Həmin mağazanı oğlu Şahid2, kürəkəni X6 və lazım olduqda özü işlədir. Mağazanın yerləşdiyi obyekti icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində kürəkəni X6 mağazanın qapılarını bağlayaraq getmişdir. Mağazanın içərisində bir ədəd təhlükəsizlik kamerası vardır. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində oğlu Cahangir mağazanı açarkən mağazadan oğurluq edilməsi faktını aşkar etmişdir. Mağazanın arxa tərəfindən, “Taun” dispanserinin həyətinə açılan kiçik pəncərənin açıldığını və oradan naməlum şəxsin mağazaya daxil olduğunu müəyyən etmişdir. Həmin naməlum şəxsin mağazaya daxil olması mağazanın içərisindəki təhlükəsizlik kamerasına düşmüşdür. Mağazaya pəncərədən daxil olan naməlum şəxs pəncərəni çöldən içəriyə açmış, sonra da yerindən çıxararaq mağazanın içərisinə qoymuşdur. Mağazaya daxil olan şəxs giriş qapısından sağda yerləşən kassa hissəsində olan 70 ədəd 1 AZN, 2 ədəd 10 AZN və 3 ədəd 5 AZN əskinaslardan ibarət ümumilikdə 105 AZN məbləğində nağd pulu kassadan götürmüşdür. Kassanı sındırmadan açmışdır. Kassanın altındakı şkafdan isə bir ədəd “Samsung A71” markalı mobil telefonu və kassanın arxa tərəfindəki divara düzəldilmiş taxta rəflərin üzərinə yığılmış müxtəlif markada olan siqaretləri də oğurlamışdır. Həmin şəxs mağazaya daxil olduğu pəncərədən də bayıra çıxmışdır. Kamera görüntülərindən də həmin şəxsin oğurladığı siqaretləri torbaya dolduraraq oradan çıxması görünmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə, səhər saat 05 radələrində baş vermişdir. Mağazadan hər birinin dəyəri 2 manat 0,40 qəpik olan 7 ədəd “Argo” (nazik) markalı, ümumi dəyəri 16 manat 0,80 qəpik olan siqaret qutusu, hər birinin dəyəri 2 manat 0,40 qəpik olan 9 ədəd “Magna” qara markalı, ümumi dəyəri 21 manat 0, 60 qəpik olan siqaret qutusu, hər birinin dəyəri 2 manat 0,60 qəpik olan 3 ədəd “Classic” markalı, ümumi dəyəri 7 manat 0, 80 qəpik olan siqaret qutusu, hər biri 2 manat 0,60 qəpik olan 7 ədəd “Vest” markalı, ümumi dəyəri 18 manat 0, 20 qəpik olan siqaret qutusu, hər biri 2 manat 0,90 qəpik olan 7 ədəd “Rothmans” markalı, ümumi dəyəri 20 manat 0, 30 qəpik olan siqaret qutusu, hər biri 2 manat 0,90 qəpik olan 11 ədəd “Rothmans Mentol” markalı, ümumi dəyəri 31 manat 0, 90 qəpik olan siqaret qutusu, hər biri 2 manat 0,90 qəpik olan 23 ədəd “Pallmal” markalı, ümumi dəyəri 66 manat 0, 70 qəpik olan siqaret qutusu, hər biri 4 manat olan 23 ədəd “Kent 4” markalı, ümumi dəyəri 92 manat olan siqaret qutusu, hər biri 4 manat olan 2 ədəd “Kent 1” markalı, ümumi dəyəri 8 manat olan siqaret qutusu, 4 manat dəyərində 1 ədəd “Kent 1” markalı siqaret qutusu olmaqla ümumilikdə 287 manat 0,30 qəpik təşkil etmişdir. Bir ədəd “SamsungA71” markalı mobil telefonun dəyəri isə 400 (dörd yüz) manat təşkil etmiş, həmin mobil telefonun İMEİ 1 kodu:**********99172; MAC kodu:98B8BC200B3-dür. Mağazanın pənəcərəsi də sındırılmışdır. Pəncərə plastik materialdan olub, havalandırma məqsədilə quraşdırılmışdır, ölüçü isə 60x40 ölçüdədir. Həmin pəncərənin dəyəri 80 manat təşkil etmişdir. Bununla da ona ümumilikdə 872 manat 30 qəpik maddi ziyan dəymişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 elan olunmuş ifadəsindən görünür ki, ünvan 1-də yerləşən evdə həyat yoldaşı Zərərçəkmiş şəxs8 ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə yoldaşı Aysel İmişli rayonuna getmişdir. Həmin gün dayısı Təqsirləndirilən şəxs ona zəng edərək İmişlidən Bakıya gəldiyini, bir neçə gün onlarda qalmaq istədiyini bildirmişdir. O da evdə tək olduğu üçün etiraz etməmiş və Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum olunmasından ehtiyat edib evdə olan və ona məxsus bir ədəd qızıl nişan üzüyünü, yoldaşına məxsus bir ədəd qızıl nişan üzüyünü, bir ədəd qızıl qolbağı və bir ədəd üzərinə qızıl ”K” hərifi yazılmış klonu olan boyunbağını üzərində götürmüşdür. Dayısı Elbrus 07 noyabr 2023-cü il tarixədək onlarda qalmışdır. Həmin gün, Elbrus gedəcəyini bildirdiyindən o, birlikdə çıxmağı təklif etmişdir. Lakin, Elbrus bunu qəbul etməmişdir. 07 noyabr 2023-cü il tarixdə evdən çıxmalı olduğundan həmişə üzərində daşıdığı qızıl əşyalarını evin yataq otağında olan çarpayının baş hissəsində çarpayının altına öz qutuları ilə birlikdə qoymuşdur. Həmin vaxt Elbrus evin digər otağında olmuşdur. Həmin gün saat 17 radələrində şəxsi işi ilə bağlı evdən çıxmışdır. Saat 22 radələrində evə qayıdanda küçə qapısı bağlı olmuş, o, küçə qapısını özündə olan açarla açıb həyətə daxil olmuşdur. Bu zaman evin qapısının bağlı olduğunu görmüş, lakin qapının açarı üzərində olmuşdur. Evə daxil olub baxış keçirən zaman evin dağınıq olmadığını, yataq otağında çarpayının altında gizlətdiyi qızıl əşyalarını və həmin çarpayının altında saxladığı ona məxsus 100 manat dəyərində bir cüt ayaqqabının yerində olmadığını görmüşdür. Dayısı Elbrus onlarda qaldığından o evin və küçə qapısının açarını Elbrusa vermişdir. Evdən çıxanda isə Elbrusa evin qapısının açarını sayğacın içərisinə qoymasını, küçə qapısını isə bağladıqdan sonra açarı həyətə atmasını demişdir. Onun evindən ona məxsus bir ədəd 1500 manat dəyərində sarı qızıldan olan, üzərində brilliant qaşları olan qızıl üzük, yoldaşı Zərərçəkmiş şəxs8 məxsus bir ədəd 1000 manat dəyərində qızıl üzük, bir ədəd 1300 manat dəyərində üzərində “K” hərifi olan klonla birlikdə boyunbağı və bir ədəd 1000 manat dəyərində qızıl qolbaq, ona məxsus 100 manat dəyərində bir cüt ayaqqabı oğurlanmışdır. Bununla ona 1600 manat, həyat yoldaşı Zərərçəkmiş şəxs8 isə 3300 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilməmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İmişli rayonuna gəlmişdir. Həmin dövrdə yoldaşı Kamran sonuncunun dayısı Təqsirləndirilən şəxs ilə birlikdə evdə qalmışdır. 07 noyabr 2023-cü il tarixdə gecə saatlarında Kamran ona zəng edib evdən oğurluq edilməsini bildirmişdir. Evdən yoldaşı Kamrana məxsus bir ədəd 1500 manat dəyərində sarı qızıldan olan, üzərində brilliant qaşları olan qızıl üzük, ona məxsus bir ədəd 1000 manat dəyərində qızıl üzük, bir ədəd 1300 manat dəyərində üzərində “K” hərfi olan klonla birlikdə boyunbağı və bir ədəd 1000 manat dəyərində qızıl qolbaq, yoldaşı Kamrana məxsus 100 manat dəyərində bir cüt ayaqqabı oğurlanmışdır. Bununla Kamrana 1600 manat, ona isə 3300 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilməmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 2023-cü ilin avqust ayının ortalarında Elburus ona zəng edib Daşburun deyilən yerə getmək istədiyini demiş, o isə 30 manat pula razılaşıb səhər saat 09 radələrində Elburusu yaşadığı evin qarşısından götürmüşdür. Həmin vaxt Elbrusun əlində bir ədəd göy rəngli orta boylu idman çantası olmuşdur. Yolda gedəndə Elburusdan siqaret istəmiş, sonuncu isə ona sumkasından iki ədəd “sobranie” markalı siqaret çıxarıb vermişdir. O, çantada siqaret olmasını bundan sonra bilmişdir. Birlikdə Daşburun adlı yerə getmişlər, Elbrus mərkəzdə avtomobili saxlatdırmış və o, Elburusu yarım saat gözləmiş, sonra isə sonuncu əlindəki çanta ilə geri dönmüş və Beyləqan rayonun içərisi ilə getməsini istəmişdir. Beyləqan rayonunun bazarında da maşını saxlatdıraraq maşından düşmüş, yarım saatdan artıq gözlədikdən sonra əlində yenə də həmin çanta ilə geri dönmüş və o, bu dəfə çantanın formasından içərisinin boş olduğunu hiss etmişdir. O, Elbrusdan bu siqaretləri hardan əldə etməsi barədə soruşmamış, Elburusu gətirib evlərinin qarşısında düşürmüşdür. Həmin vaxt saat 13 radələri olmuşdur. Bundan təxminən on gün sonra Elbrus yenidən ona zəng edib Bərdə rayonuna qaynanası evinə gedəcəyini demişdir. Elbrusla 50 manata razılaşmış və səhər saat 10 radlərində Elburusu və sonuncunun xahişi ilə İmişli şəhəri H.Əliyev prospektində yerləşən Mədəniyyət mərkəzinin qarşısından adını bilmədiyi bir nəfəri də götürüb hər ikisini Bərdə rayonuna heyvan bazarına aparmışdır. Elburusun əlində yenə də həmin göy rəngli idman sumkası olmuşdur. O, hər ikisini təxmini yarım saat gözləmiş və Elburusla həmin şəxs geri dönmüşdür. Elburus ona qaynanası evinə gedəcəyini desə də, Bərdə heyvan bazarından birbaşa evə getməyi istəmişdir. Saat 15 radələrində rayona çatmışlar və o, Elburusu və sonuncunun tanışını Elbrusun yaşadığı küçədə düşmüşdür. O, Elburusun siqaretləri haradan və necə əldə etməsi, yaxud getdikləri yerdə satması və ya kiməsə verməsi haqqında heç bir məlumatı olmamışdır. O, həmçinin çantada siqaret olmasını Elburusun ona siqaret verməsindən sonra bilmişdir. O, taksi sürücüsü kimi Elburusu Beyləqan və Bərdə rayonlarına aparıb pulunu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İmişli şəhəri A.Ələsgər küçəsində yerləşən “Məhəllə market” adlı ərzaq mağazası atası Zərərçəkmiş şəxs6 məxsusdur. Həmin mağazanı o, özü olmayanda isə kürəkəni X6 işlədir. Mağazanın yerləşdiyi obyekti icarəyə götürmüşlər. xx.xx.2023-cü il tarixdə saat 23 radələridə kürəkəni X6 mağazanın qapılarını bağlayaraq evə getmişdir. Mağazanın içərisində bir ədəd təhlükəsizlik kamerası vardır. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində o, mağazanı açarkən mağazadan oğurluq edilməsi faktını aşkar etmişdir. Mağazanın arxa tərəfindən “Taun” dispanserinin həyətinə açılan kiçik pəncərənin açıldığını və oradan naməlum şəxsin mağazaya daxil olduğunu müəyyən etmişdir. Həmin naməlum şəxsin mağazaya daxil olması mağazanın içərisindəki təhlükəsizlik kamerasına düşmüşdür. Mağazaya pəncərədən daxil olan naməlum şəxs pəncərəni çöldən içəriyə açmış və sonra da yerindən çıxararaq mağazanın içərisinə qoymuşdur. Mağazanın giriş qapısından sağda yerləşən kassa hissəsində olan 70 ədəd 1 AZN, 2 ədəd 10 AZN və 3 ədəd 5 AZN əskinaslardan ibarət ümumi 105 AZN məbləğdə nağd pulu kassadan götürmüşdür. Kassanı sındırmadan açmışdır. Kassanın altındakı şkafdan isə bir ədəd “Samsung A71” markalı markalı mobil telefonu, kassanın arxa tərəfindəki divara düzəldilmiş taxta rəflərin üzərinə yığılmış müxtəlif markada olan siqaretləri oğurlamışdır. Həmin şəxs mağazaya daxil olduğu pəncərədən də bayıra çıxmışdır. Kamera görüntülərindən həmin şəxsin oğurladığı siqaretləri torbaya dolduraraq oradan çıxmaı görünmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə, səhər saat 05 radələrində baş vermişdir. O, oğurluq faktını aşkar etdikdən sonra dərhal atasına məlumat vermişdir. Məhkəmə iclasında Şahid4nın elan olunmuş ifadəsindən görünür ki, Elburus Muradov onun oğludur və onlar birlikdə yaşayırlar. 2023-cü ilin oktyabr ayının ortalarında səhər saatlarında o, evdən Elburusun əlində bir ədəd yanı güllü sellofan torba apardığını görmüşdür. Həmin torbanın görünüşündən içərisindəkilərin siqaret blokları olması aydın görünmüşdür. O, Elburusdan həmin sellofanın içərisində olan əşyaların siqaretə oxşamasını və haradan əldə etməsini soruşduqda sonuncu işlədiyini və pulunun qarşılığında verdiklərini demişdir. O, Elbrusdan kimin qapısında işlədiyini və nəyə görə pulun qarşılığında siqaret verdiklərini soruşmamış, Elburus da çıxıb getmişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin oktyabr ayının sonlarında səhər saatlarında yenə Elburusun əlində yanı güllü olan sellofan torba görmüş və bu dəfə də Elbrusdan siqaretlərin haradan olmasını soruşmuşdur. Sellofanın formasından içindəkilərin bütöv blokda olan siqaretlər olması aydın görünmüşdür. Elburus yenə də keçən dəfə dediyi kimi işin qarşılığında verdiklərini deyib çıxıb getmişdir. Bundan sonra 2023-cü ilin noyabr ayının əvvəllərində, səhər saatlarında Elburusu əlində bir ədəd un kisəsi olan ağ meşokda həyətdə görmüş və qapıdan çıxmışdır. O, meşokdan görmüşdür ki, meşokun yarısından siqaret paçkaları vardır. Amma bu dəfə keçən dəfəkilərdən fərqli olaraq siqaretlər blok şəklində deyil, ayrı-ayrı, qutu-qutu olmuşdur. Onların həyətində yarımtikili evi və yardımçı tikililəri vardır. Elburus həmin sellofan torbaları həmin tikililərin birində gecə gətirib gizlətmiş və səhər açılanda, saat təxminən 9 radələrində çıxarıb aparmışdır. O, səhər yuxudan oyananda Elburusun əlində sellofanları görmüşdür. Sonra həmin siqaretləri haraya və kiminlə aparması, satması barədə heç bir məlumatı olmamışdır. Çünki, soruşsa da Elburus heç nə deməmişdir. Sadəcə iş gördüyünü və qarşılığında verdiklərini demişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Elburus Muradov onun qardaşıdır. Elburus anası Şahid4 ilə birlikdə qalır, o isə ayrılıqda yaşayır. 2023-cü ilin sentyabr ayının sonlarında, səhər saat 11 radələrində Elburus əlində bir ədəd qara rəngli idman çantası və bir ədəd də böyük qara rəngli sellofan torba ilə qapısına gəlmişdir. O, Elbrusdan bunların nə olmasını soruşduqda sonuncu işlədiyini, pulun qarşılığında bunları verdiklərini bildirmişdir. Amma kiminlə harada işləməsini və çantanın içərisində nə olmasını, nəyə görə, nəyin qarşılığında vermələrini soruşmamış, çünki maraqlı olmamışdır. Elburus çantaları onun evinə qoymağı və bir saatdan sonra gəlib götürəcəyini bildirmişdir. O, çantaları gətirib evin yataq otağına qoymasına icazə vermişdir. Elburus getdikdən sonra maraqlı qaldığı üçün gəlib çantaların ağzını açmışdır. Çantada olanlar siqaret blokları olmuşdur. Orada müxtəlif markalar olmuş, tanıdıqlarından “Vest”, “Sobranie”, “Kent”, “Argo”, “Viniston” markalı və digər tanımadığı markalar olmuşdur. Blokdakı siqaretlərin bəziləri göy rəngdə, bəziləri ağ rəngdə olmuşdur. Amma saymamışdır. O, Elburusun siqaretəri gəlib götürməsini gözləmişdir. Dediyi bir saat tamam olsa da Elburus gəlib çıxmamışdır. O, həmin gün saat 18 radələrində Elburusa zəng etmiş və gəlib bu çantaları götürməsini istəmişdir. O, çantada olanarın siqaret olmasını deməmiş, Elburus da bu barədə ona heç nə deməmişdir. Sadəcə gəlib çantaları götürməsini demiş, sonuncu da gələcəyini demiş, bundan təxmini bir saat sonra, həmin gün Elburus saat 19 radələrində gəlib çantaları aparmışdır. Elburus siqaretləri aparmağa gələndə çantaların ağzının bağlanmasından şübhə etmişdir ki, o çantanı açmışdır. O, bunu Elbrusun hərəkətlərindən hiss etmiş, buna görə də sonuncu şübhə etmişdir ki, birdən o, içərisindən nəsə götürər. Elburus çantaların ağzını açıb bir-bir siqaretləri saymağa başlamış və o zaman çantada 47 blok siqaret olmasını bilmişdir. Bundan sonra 2023-cü ilin oktyabr ayının sonlarında, günorta saat 14 radələrində Elburus yenə onun yaşadığı evə gəlmiş, bu dəfə əlində kontur kağızları olmuşdur. O, qardaşı olduğu üçün evinə gedibgəlməsinə etiraz etmir. Konturlar paçka-paçka olmuş və Azercell, Bakcell və Azərfon nömrələrə məxsus konturlar olmuşdur. O, bu konturları haradan əldə etməsi və ya bununla bağlı Elbrusdan heç nə soruşmamışdır. Elburus konturları onun evində gəlib saymış və o, sayanda üç yüzdən artıq kontur olmasını görmüşdür. Konturlar müxtəlif məbləğlərdə, ucuz və bahalıları qarışıq olmuşdur. Bundan sonra Elburus kiminləsə telefonda danışmış və çıxıb getmişdir. Amma kiminlə və nə danışdığını bilməmiş, çünki yavaş səslə danışmışdır. Həmin konturlar barəsində danışmasını hesab etmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdə İmişli rayon polis şöbəsinin əməkldaşları onu Əzizalı adlı şəxslə narkotik vasitə heroin istifadə edən zaman tutmuş, İmişli RPŞ-nin MSY-dən azad edilən zaman barəsində polisin nəzarəti alıtna vermə qətimkan tədbiri seçilmişdir. O vaxtdan bəri evdə olmuşdur. İmişli şəhər sakini Həsən adlı şəxs 20 oktyabr 2023-cü il tarixdə, saat 14-15 radələrində ona zəng edib harada olmasını soruşmuş, o, isə İmişli şəhəri ərazisində olmasını demişdir. Ona 6 qutu “Vinchester”, “Palmall” markalı siqaretləri olduğunu, həmin siqarteləri satmaq istədiyini demişdir. O, Həsənlə görüşmək üçün İmişli şəhər H.Əliyev adına parka gəlmiş, parkda Həsən ona üç qutu “Vinchester”, 3 qutu da “Palmall” markalı siqaret göstərmişdir. Həsən bu siqaretləri sata biləcəyini demiş, o isə problemli olub-olmadığını soruşmuşdur. Həsən də narahat olmamağı demişdir. Həsənin verdiyi siqaretləri satıb bir qutu da özü çəkməsi üçün götürəcəyini bildirmişdir. O, həmin siqarteləri götürüb İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən bir mağazaya daxil olmuş, həmin mağazanı işlədən şəxsə altı ədəd siqareti olmasını, satmaq istədiyini demiş və bir ədədini iki manatdan təklif etmişdir. Mağaza sahibi isə siqarteləri almaqdan imtina etmişdir. Sonra isə siqaretləri gətirib Həsənin özünə qaytarmışdır. O, Rəmzi Nəbi oğluna məxsus mağazadan oğurluq etməmiş və Həsənin ona verdiyi siqaretləri oğurluq yolu ilə əldə etməsini bilməmişdir. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsindən görünür ki, 18 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində İmişli şəhərində yerləşən “Sabir” parkında olarkənə adını bilmədiyi, “Eban” ləqəbi ilə tanıdığı şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ona üzərində 5-6 ədəd siqareti olmasını, ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O da siqaretdən istifadə etdiyi üçün almaq istəmişdir. Qiymətini soruşduqda üç ədəd “Vinchester” markalı, üç ədəd də “Palmall” markalı siqretləri olmasını, bir ədədini iki manata satacağını demişdir. O da 10 manat pul verib siqaretləri almışdır. Alanda siqaretlərin nazik olmasını görmüş, lakin, o, qalın siqaret çəkdiyini bildirmişdir. O, Uğur adlı tanışına siqaretləri iki manatlıq qalın siqaretlərlə dəyişib gətirməsini, əvəzində isə bir qutu siqaret verəcəyini demişdir. Uğur mağazalardan bir neçəsinə getdiyini, lakin siqaretləri nə dəyişdirə bildiyini, nə də sata bildiyini demişdir. O da siqaretləri götürdüyünü və özü istifadə etdiyini demişdir. Polis əməkdaşları onu şöbəyə gətirən zaman siqaretləri Ebandan aldığını, dəyişmək üçün Uğura verdiyini bildirmişdir. İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatı olmamışdır. Eban siqaretləri Bakı şəhərindən göndərdiklərini, oğurluq yolu ilə əldə edilmədiyini bildirmiş, həmçinin siqaretlərin sayının altı qutu, yəni az olmasına görə oğurluq olmasını düşünməmişdir. Məhkəmə iclasında Şahid7 elan olunmuş ifadəsindən görünür ki, 07 noyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs naməlum nömrədən ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Elbrusla 20 Yanvar metrostasniyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Elbrus özünə məxsus qızıl üzüyün olmasını, həmin üzüyü lombarda qoyub pul götürmək istədiyini, lakin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Elbrus həmin üzüyü onun şəxsiyyət vəsiqəsi ilə lombarda girov qoymağı xahiş etmişdir. O, Elbrusdan üzüyün həqiqətən özünə məxsus olub-olmadığını bildirmiş, Elbrus and içmişdir ki, üzük həqiqətən də özünə məxsusdur. Buna görə də o, Elbrusa inanmış və birlikdə “Üçün kruqu” adlanan əraziyə gedib orada olan lombardların birinə girərərək üzüyü girov qoyub 400 manat pul götürmüşlər. Həmin pulların hamısını Elbrus götürmüşdür. O, Elbrusdan pul almamış və üzüyün cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə iclasında Şahid8 elan olunmuş ifadəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən “X4” məxsus lombardda nəzarətçi kimi işləyir. Onun vəzifəsi girov qoyulmaq üçün gətirlən əşyaları qəbul etmək, girov əvəzinə pulları vermək, ödənişləri qəbul etmək, girov biletlərini tərtib etməkdən ibarətdir. 07 noyabr 2023-cü il taridə Şahid7 yanında bir nəfərlə lombarda gəlmiş, bir ədəd üzərində brilliant qaşları olan üzüyü girov qoyub pul götürmək istədiklərini bildirmişlər. O, həmin üzüyü qəbul edib, ******* nömrəli girov biletini tərtib etmiş, bileti həmin şəxslərə verib kötüyünü özündə saxlamışdır. Üzüyün qarşılığında həmin şəxslərə 400 manat pul vermişdir. Girovun şərtlərinə görə girov qoyan şəxs hər ay girov qoyulan gün 16 manat pul ödəməlidir. 07 dekabr 2023-cü il tarixdə Şahid3, Şahid7 ilə birlikdə lombarda gəlmiş və sonuncunun girov qoyduğu qızıl üzüyün onun oğlunun evindən oğurlanmasını və həmin üzüyün ödənişini edib geri götürmək istədiyini bildirmişdir. Şahid7 də deyilənləri təsdiq etdikdən sonra Şahid3 ilə razılaşmış, girov dəyərinin və faizin ödənilməsindən sonra üzüyü təqdim edə biləcəyini bildirmişdir. Şahid3 üzüyün 400 manat dəyrini və 16 manat faizini ödədikdən sonra o, üzüyü saxlanc yerindən gətirəcəyini, növbəti gün gəlib götürəcəyini demişdir. 12 dekabr 2023-cü il tarixdə Şahid3 lombarda gəlib həmin üzüyü ondan təhvil almışdır. Şahid7 üzüyü girov qoyan zaman üzüyün yanındakı şəxsə məxsus olmasını, lakin sonuncunun şəxsiyyət vəsiqəsinin üzərində olmadığı üçün öz şəxsiyyət vəsiqəsi ilə qoymaq istədiyini bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Baxış keçirilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu Qaralar kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Super market” ərzaq mağazasıdır. Hadisə yerinin ətrafında yanacaqdoldurma məntəqəsi, mağazalar, ətkəsmə yerləri müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs3 ona məxsus mağazadan oğuruq edilən yerləri göstərmişdir. Hadisə yerinə baxış gündüz vaxtı, təbii işıqlandırılmış şəraitdə keçirilmişdir. (cild 1, səhifə 8-11); Baxış keçirilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus mağazadır. Mağazanın eni və uzunluğu 5x11 olmaqla 55 kv\metrdir. Mağazanın giriş qapısı dəmir və şüşə qapılardan ibarətdir. Mağazanın sol küncündə piştaxta və kassa vardır. Mağazanın girişi və sol divarı daşdan sağ divarı isə dəmir lövhələdən ibarətdir. Mağazanın sağ tərfində 10x11 metr ölçüdə anbar yerləşir. Anbarın 3x3 ölçüdə dəmir qapısəı vardır. Jalüz formasındadır.Anbarın arxa sol küncündə tavana vurulmuş dəmir örtük sındırılmış və kəsilmiş, örtüyün alt hissəsinə döşənmiş sellofan döşəmə vurulmuşdur. Həmin yerdə taxtadan düzəldilmiş ayaqaltı stol vardır. Həmin divarın sol tərəfindən mağazada olan arakəsmə dəmirlərdən biri kəsilmiş və bir tərəfdən çıxarılmışdır. Həmin yerdə dəmir lövhənin yaxınlığında bir ədəd qırmızı alışqan vardır. R.Nəsirob həmin alışqanın naməlum şəxsdən düşüb qalmasını bildirmişdir. Mağazanın soyuducusunun üzərində olan bir ədəd enrji içkisinin də mağazadan oğurluq edən şəxs tərəfindən içildikdən sonra oraya qoyulub gedilməsini də bildirmişdir. Zərərçəkmiş şəxs5 mağazadan oğurlanmış pulların konturların, siqaretlərin yerini göstərmişdir. Hadisə yerində dəmir lövhənin sındırıldığı yerdə eksperti kriminalist tərəfindən əl barmaq izləri götürülmüşdür. Bir ədəd alışqan və bir ədəd enerji içkisi qabı boş qutuya qoyularaq ekspertiza üçün götürülmüşdür. Hadisə yerinə baxış zamanı mağazada siyirməyə qoyulmuş beş ədəd 5 manatlıq, bir ədəd 2 manatlıq “ Bakcell” mobil operatoruna, bir ədəd 5 manatlıq və iki ədəd 2 manatlıq “Nar” mobil operatoruna məxsus danışıq kartları götürülmüş, fotoşəkillər çəkilmişdir. (cild 1, səhifə 184-194); Baxış keçirilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu Gövhərli kəndində yerləşən və Zərərçəkmiş şəxs4 məxsus ərzaq mağazasıdır. Mağazanın tavanından daxil olunma izləri aşkar edilmişdir. Mağazanın yanında digər ticarət obyektləri vardır. Mağazanın giriş qapısı yaşıl rəngli plastik materialdandır. Giriş qapısının üzəri dəmir barmaqlıqlarla örtülmüşdür. Mağazanın daxili dağıdılmış vəziyyətdədir. Mağazanın içərisindən bir ədəd “Full” markalı içki qabı götürülərək qablaşdırılmışdır. (cild 1, səhifə 12-18); Baxış keçirilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri Aran küçəsi 11 ünvanında yerləşən evin həyətidir. Ev Zərərçəkmiş şəxs1 məxsusdur. Giriş dəmir qapıdandır. Girişdən solda yaşayış evi yerləşir. Evin qarşısı talvardır. Yaşayış evinin arxa hissəsində küncdə yanğın hadisəsi baş vermiş, həmin yanğın İmişli rayon YMX-nin əməkdaşları tərəfindən söndürülmüşdür.Yanan yanğın yonca kipləri olmuşdur. Yanmış yanğın kipləri 10x3 metr sahədə olmuşdur. Zərərçəkmiş şəxs1 iki yüz ədəd yonca kipinin yanmasını bildirmişdir. Hər biri beş manat olmuşdur. Yanğın qəsdən ona məlum olmayan şəxs tərəfindən törədilmişdir. Yanğın nəticəsində elektrik xətti, qaz boru xətti vəı ya digər qısaqapanmaya məruz qala biləcək obyekt yoxdur. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə yanğının söndürülməsinə başı qarışdığından naməlum şəxs evdə heç kimin olmamasından istifadə edib giriş qapısından daxil olub evdən oğurluq etmişdir. Evin içərisinə giriş dəmir qapıdandır. Pilləkənlə qalxanda sağda mətbəx, qarşısında qonaq otağı yerləşir. Sol tərəfdə zal və zala açılan iki yataq otağı vardır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, naməlum şəxs ona məxsus üç manat dəyərində ***-***-**-** saylı nömrəsi olan 300 manat dəyərində “Redmi9A” markalı, İMEİ1**********25911, İMEİ2:**********25929 kodlu mobil telefonu yaşadığı otaqda paltar şkafının üzərindən oğurlamışdır. Daha sonra yataq otağında həmin paltar şkafının içərisinə axtarış aparıldığı, səliqənin pozulması müəyyən olunmuşdur. Həmin otaqda bir ədəd pəncərə olmuşdur. İkinci yataq otağında, sol küncdə bir ədəd əşya şkafı, sağda çarpayı yerləşir. Şkafın içərisi axtarılmış, səliqə pozulmuşdur. Naməlum şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus üzərində üç manat dəyərində ***-***-**-** saylı nömrə olan “Redmi Note11” markalı İMEİ:1 **********79644; İMEİ2:**********79651 kodlu 500 manat dəyərində mobil telefonunun və cibindən 25 manat məbləğdə nağd pulunun oğurlanmasını bildirmişdir. Bundan başqa digər qapıdan giriş hissədən sağda yerləşən otağa baxış keçirilən zaman plastik materiallı pəncərəinin tor setkasının cırılmış vəziyyətdə olamsı müəyyən edilmişdir. Plastik pəncərədn iş üçün əhəmiyyət kəsb etdiyindən əl barmaq izləri götürülərək qablaşdırılmışdır. (cild 2, səhifə 110-125); Baxış keçirilməsi haqqında 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri A.Ələsgər küçəsində yerləşən ərzaq mağazasıdır. Marketin qarşısında “Məhəllə” market reklam şəkli asılmışdır. Marketin qapısı şüşədəndir. Girişdən sağda kassa aparatı vardır. Girişlə üzbəüz divarda, sağda yuxarıda təhlükəsizlik kamerası vardır. Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə oğlu Şahid2 saat 09 radələrində mağazaya gələn zaman oğurluq edilmsini aşkar etdiyini bildirmişdir. Girişlə üzbəüz divarın orta tərəfində, yuxarıda nəfəslik üçün 60x40 ölçüdə nəfəslik vardır. Nəfəslik, yəni pəncərə yerindən çıxarılmış və yerdə ərzaq məhsulları qutularına söykənmişdir. Nəfəslikdə cırılmış halda tor setka vardır. Zərərçəkmiş şəxs6 mağazaya daxil olan naməlum şəxsin kassadan 105 manat məbləğdə nağd pul, kassanın altındakı şkafdan bir ədəd “Samsung A71” markalı mobil telefonu, kassanın arxasındakı taxta rəflərdə olan müxtəlif markalı siqaretləri oğurlamasını bildirmişdir. Naməlum şəxsin girdiyi yerdən də çıxdığını bildirmişdir. Mağazanın nəfəsliyi içəri açılsa da nəfəslikdən baxdıqda İmişli şəhəri “Taun” dispanserinin həyəti görünür. Kassaya baxış zamanı hər hansı zorakılıq və ya sındırmaya xarakterik izlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs6 hadisənin səhər saat 05 radələrində baş verdiyini, oğurlanmış əmlakın dəqiq siyahısını, dəymiş maddi ziyanın miqdarını təqdim edəcəyini bildirmişdir. Mağazanın pəncərəsindən daktiloskopik ekspertiza üçün əl barmaq izləri götürülüb qablaşdırılmışdır. (cild 1, səhifə 82-90); Baxış keçirilməsi haqqında 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən, “Happy” marketin yaxınlığında yerləşən evdir. Həyət evinin dəmir qapısı tünd rənglidir. Giriş qapısından içəri daxil olan zaman üzbəüz mətbəx, sol tərəfdə yaşayış üçün iç-içə olan iki otaq vardır. Yaşayış otağına daxil olan kimi birinci zal, həmin zaldan ikinci otağa, yataq otağına daxil olunur. Oğurlanmış qızıl əşyaları yataq otağındakı çarpayının altından oğurlanmışdır. (cild 2, səhifə 158-163); İfadənin yerində yoxlanması haqqında 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid7 ünvan 5 ünvanında yerləşən üzərində “qızılın yüksək qiymətləndirilməsi” yazılan “Lombardı” göstərmiş, və qeyd etmişdir ki, 07 noyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun özünə məxsus olduğunu bildirdiyi bir ədəd qızıl üzüyü öz adından həmin lombarda girov qoyaraq 400 manat pul aldığını və həmin pulu orada Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. (cild 2, səhifə 294- 295); İfadələrin yerində yoxlanması haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə İmişli RPŞ-nin inzibati binasının qarşısından İmişli RPŞ-nin MSY-nin, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli şəhəri A.Ələsgər küçəsində yerləşən “Məhəllə market” ictimai iyaşə obyektinin qarşısına gəlinmiş, həmin yerə çatanda şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobili saxlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq 04 noyabr 2023-cü il tarixdə saat 05 radələrində həmin mağazanın qarşısından piyada keçərkən mağazadan oğurluq etmək qərarın gəldiyini, bu məqsədlə mağazanın ətrafına baxdığını, içəriyə daxil olmaq üçün İmişli Taun dispanserinin bağçasına mağazanın arxa hissəsində olan kolluq çəpərdən keçdiyini, mağazanın arxa nəfəsliyini hasara çıxaraq əli ilə içəri itələdiyini və nəfəsliyi yerindən çıxaraq mağazanın içərisinə düşdüyünü, oradan içəri daxil olub mağazanın divara bərkidilmiş, üzərinə mallar yığılan rəfərinin üzərinə ayaqlarını qoyaraq içəri düşdüyünü, sonra kassa hissəni əli ilə asanlıqla açıb oradan 35 manat kağız pul və 10 manat dəyərində 50 qəpiklərdən ibarət dəmir pulları götürdüyünü, sonra kassanın altındakı şkafda olan bir ədəd mobil telefonu götürdüyünü, kassanın arxa tərəfində olan rəfdəki siqaret qutularını isə yerdən götürdüyü sellofan torbaya yığdıqdan sonra mağazaya daxil olduğu nəfəslikdən də geri çıxaraq getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs İmişli şəhəri Xəqani küçəsi ilə hərəkət edib su arxının kənarında mağazadan götürdüyü mobil telefonu suya atdığını, oradan da piyada hərəkət edib İmişli rayonu Qaralar kəndinin girişindən tanımadığı VAZ 2107 markalı maşına minib Bakı şəhərinə getdiyini bildirmişdir. (cild 1, səhifə 151-158); İfadənin yerində yoxlanması haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri T.İsmayıoov küçəsində yerləşən “Nar” market ərzaq mağazasından oğurluq etməsi ilə bağlı xüsusatları əyani göstərmək təklif edilmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs mağazaya anbarın tavanını sındırıb daxil olduğu yeri göstərmiş, mağazanın divarı kimi bərkidilmiş dəmir lövhədən mağazaya daxil olduğu yeri göstərmiş, mağazadan pul və konturları oğurladığı yeri əyani göstərmiş, daha sonra siqaretləri oğurladığı piştaxtanı əyani olaraq göstərmişdir. (cild 1, səhifə 252-257); İfadələrin yerində yoxlanması haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu Gövhərli kəndində yerləşən və Zərərçəkmiş şəxs4 məxsus “Mirzə market” adlanan mağazanı göstərmiş, sonra isə mağazaya daxil olduğu yeri, mağazanın üstünə çıxdığı yeri, mağazaya daxil olduğu yeri, siqaretləri, pulları və mobil telefonu oğurladığı yerləri əyani olaraq göstərmişdir. (cild 2, səhifə 50-55); İfadələrin yerində yoxlanması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə İmişli RPŞ-nin inzibati binasının qarşısından İmişli RPŞ-nin MSY-nin, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli rayonu Qaralar kəndində yerləşən “Super market” ictimai iyaşə obyektinin qarşısına gedilmiş, həmin yerə çatanda Təqsirləndirilən şəxs avtomobili saxlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq 19 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində mağazanın qapılarının bağlı olduğunu, dəmir barmaqlıqlar olduğunu, mağazanın arxa tərəfindən damın üzərinə çıxıb dam örtüyünü qopartdığını, anbar hissəyə düşdüyünü bildirmişdir. Sonra anbardan mağazanın içərisinə açılan açıq qapı olduğunu, həmin qapıdan da mağazanın içərisinə daxil olduğunu, kaasa hissəini açıb oradan 30 manat məbləğdə 10, 20 və 50 qəpiklərdən ibarət dəmir pulları götürdüyünü bildirmişdir. Pullar sellofan torbada olmuşdur. Sonra mağazadan götürdüyü sellofan torbanın içərisinə kassanın altındakı şkafda olan 25 blok müxtəlif markalardan olan siqaretləri yığmış, hər blokda 10 ədəd siqaret qutusu olmuşdur. Siqaretlər müxtəlif markada olmuşdur. “Sobranie” ,“Kent”, “Argo” və digər markaları olmuşdur. Sonra mağazadan girdiyi yerdən də çıxmış və piyada yaşadığı İmişli şəhəri Aran küçəsi ev 31 ünvanında yerləşən evə gəlmişdir. Sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Aran küçəsi 31 ünvanında yerləşən evin həyətinə getmişlər. Təqsirləndirilən şəxs mağazalardan oğurladığı siqaretləri anası Şahid4 dediyi kimi həyətdə olan ev quşları üçün nəzərdə tutulan damın içərisində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən xüsusatları ardıcıllıqla hadisə yerlərində əyani şəkildə göstərmiş və fotoşəkilləri çəkilmişdir. (cild 2, səhifə 212-215); İfadələrin yerində yoxlanması haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi 65/1-də yerləşən evi göstərib, həmin evin yataq otağındakı çarpayının altından bir cüt ayaqqabını və həmin çarpayının altında yuxarı tərəfə qoyulmuş, qutunun içindən bir ədəd sarı qızıldan olan üzərində brillinat qaşları olan kişi üzüyünü, bir ədəd qadın üzüyünü, bir ədəd üzərində “K” hərifi formasında klon olan boyunbağını və bir ədəd qolbağını oğurladığını bildirmiş, evin qapısını göstərib qızıl əşyalarını və ayaqqabını oğurladıqdan sonra özündə olan açarla kilidlədiyini, açarı qapının üzərində saxladığını, sonra həyət qapısından küçəyə çıxaraq həyət qapısını özündə olan açarla kilidləyib və açarı özü ilə götürüb getdiyini bildirmişdir. (cild 2, səhifə 325-327); Könüllü təqdim etmə və götürmə haqqında 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 bir ədəd qızılı rəngli, üzərində qaşları olan üzüyü istintaqa təqdim edərək üzüyün dayısı Təqsirləndirilən şəxs tərəfindən 07 noyabr 2023-cü il tarixdə yaşadığı ünvan 1-də yerləşən evinin yataq otağındakı çarpayının altından oğurlandığını, həmin üzüyün anası Şahid3 ilə birlikdə 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanışı Şahid7 ilə birlikdə sonuncunun adından lombarda girov qoyulduğunu, həmin lombarda 400 manat pul və faizi 16 manat pulu ödədikdən sonra girovdan azad etdiyini bildirmiş, həmin üzük isə istintaq əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. (cild 2, səhifə 296-297); Tədqiqat üçün nümunələrin götürülməsi haqqında 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ağız suyu nümunəsinin götürülməsi qaydası izah olunmuşdur. Təqsirləndirilən şəxs razılığı əsasında İmişli RPŞ-nin İstintaq bölməsinə məxsus xidməti otaqda İmişli RPŞ-nin X2 baş inspektoru, polis kapitanı Səməd Möhbalızadə tərəfindən yaxma vasitəsilə Təqsirləndirilən şəxs ağız nahiyyəsindən nümunə götürülərək tədqiqat üçün əhəmiyyətini itirməməsi üçün sınaq şüşəsinə əlavə edilməklə müvafiq qaydada qablaşdırılmış və zərflər üçün möhürü ilə möhürlənmişdir. (cild 2, səhifə 33-35); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 fevral 2024-cü il tarixli, 9/255 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus ərzaq mağazasından oğurlanmış 42 ədəd «Sobranie» markalı siqaretlərin hər biri 4,30 manatdan 180,60 manat, 16 ədəd «Sobranie Compact» markalı siqaretlərin hər biri 4,30 manatdan 68,80 manat, 16 ədəd «LD» markalı markalı siqaretlərin hər biri 3,30 manatdan 52,80 manat, 16 ədəd «LD Compact» markalı markalı siqaretlərin hər biri 3,30 manatdan 52,80 manat, 20 ədəd «Kent 4» markalı markalı siqaretlərin hər biri 3,90 manatdan 78,00 manat, 16 ədəd «Winchester» markalı markalı siqaretlərin hər biri 2,90 manatdan 46,40 manat, 26 ədəd «Palmal» markalı markalı siqaretlərin hər biri 2,60 manatdan 67,60 manat, 42 ədəd «Want» markalı markalı siqaretlərin hər biri 2,60 manatdan 109,20 manat, 58 ədəd «Argo» markalı markalı siqaretlərin hər biri 2,20 manatdan 127,60 manat,10 ədəd «Keno» markalı markalı siqaretlərin hər biri 2,40 manatdan 24,00 manat olmaqla ümumi dəyəri 807,8 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs6 məxsus mağazadan oğurlanmış bir ədəd “Samsung A71” markalı, **********99172 İMEİ1 kodlu və 98B8BC200B3 MAC kodlu mobil telefonun dəyəri 250 manat, 7 ədəd “Argo” (nazik) markalı siqaretlərin hər biri 2,20 manatdan 15,40 manat, 9 ədəd “Magna” qara markalı siqaretlərin hər biri 2,20 manatdan 19,80 manat, 3 ədəd “Classic” markalı siqaretlərin hər biri 2,50 manatdan 7,50 manat, 7 ədəd “West” markalı siqaretlərin hər biri 2,60 manatdan 18,20 manat, 7 ədəd “Rothmans” markalı siqaretlərin hər biri 2,80 manatdan 19,60 manat, 11 ədəd “Rothmans Mentol” markalı siqaretlərin hər biri 2,90 manatdan 31,90 manat, 23 ədəd “Pallmal” markalı siqaretlərin hər biri 2,60 manatdan 59,80 manat, 23 ədəd “Kent 4” markalı siqaretlərin hər biri 3,90 manatdan 89,70 manat, 3 ədəd “Kent 1” markalı siqaretlərin hər biri 3,90 manatdan 11,70 manat, bir ədəd plastik materiallı, havalandırma məqsədilə istifadə edilən, 60x40 ölçüdə olan pəncərənin dəyəri isə 40 manat müəyyən edilməklə ümumi olaraq 563,60 manat təşkil etmişdir. (cild 3, səhifə 12-15); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 fevral 2024-cü il tarixli, 9/257 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus ərzaq mağazasından oğurlanmış 01 ədəd “Alcatel” markalı , sadə mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəyəri 15 manat, 09 ədəd “sobranie” markalı siqaretlərin hər biri 4,30 manat olmaqla 38,70 manat, 05 ədəd “Kent4” markalı siqaretlərin hər biri 3,90 manat olmaqla 19,50 manat, 11 ədəd “VViniston” markalı siqaretlərin hər biri 3,50 manat olmaqla 38,50 manat, 09 ədəd “LD” markalı siqaretlərin hər biri 3,30 manat olmaqla 29,70 manat, 08 ədəd “Rothmans” markalı siqaretlərin hər biri 2,90 manat olmaqla 23,20 manat,12 ədəd “Palmall” markalı siqaretlərin hər biri 2,60 manat olmaqla 31,20 manat, 09 ədəd “VVinchester” markalı siqaretlərin hər biri 2,90 manat olmaqla 26,10 manat,04 ədəd “VVest” markalı siqaretlərin hər biri 2,20 manat olmaqla 8,80 manat, 10 ədəd “Viceroy” markalı siqaretlərin hər biri 2,40 manat olmaqla 24 manat,08 ədəd “Magna” markalı siqaretlərin hər biri 2,20 manat olmaqla 17,60 manat,06 ədəd “Argo” markalı siqaretlərin hər biri 2,20 manat olmaqla 13,20 manat olmaqla ümumi olaraq 285, 5 manat təşkil etmişdir. (cild 3, səhifə 8-11); Kompleks fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2024cü il tarixli, 6/780-9/930 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf və qara rəngli qaşları olan üzük- metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,59 qramdır, qaşları brilyantdır, 10 ədəd ağ şəffaf qaşların hər birinin ölçüsü 0,005 karat, 14 ədəd qara rəngli qaşların hər birinin ölçüsü 0,002 karat, 5/4 keyfiyyətlidirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş üzüyün 2023-cü ilin noyabr ayına olan bazar qiyməti ilə dəyəri təxminən 655,0 manat müəyyən edilmişdir. (cild 3, səhifə 20- 23); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2024-cü il tarixli, 9/258 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ərzaq mağazasından oğurlanmış 50 ədəd “Sobranie” markalı siqaretləin hər biri 4,30 manat olmaqla 215,00 manat, 50 ədəd “Winçester” markalı markalı siqaretləin hər biri 2,90 manat olmaqla 145,00 manat, 60 ədəd “Winiston” markalı markalı siqaretləin hər biri 3,50 manat olmaqla 210,00 manat, 70 ədəd “Palmall” markalı markalı siqaretləin hər biri 2,60 manat olmaqla 182,00 manat, 100 ədəd “LD” markalı markalı siqaretləin hər biri 3,30 manat olmaqla 330,00 manat, 80 ədəd “Kent 4” markalı siqaretləin hər biri 3,90 manat olmaqla 312,00 manat, 150 ədəd “Dirol” markalı saqqızların hər biri 0,70 manat olmaqla 105,00 manat müəyyən edilməklə ümumi olaraq 1499,00 manat təşkil etmişdir. (cild 3, səhifə 16-19); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 4 mart 2024-cü il tarixli, 9/533 saylı rəyindən görünür ki, “Redmi Note 11 markalı, İMEİ 1: **********79644, İMEİ 2: **********79651 kodlu mobil telefonun dəyəri 180 manat, “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrənin dəyəri 4 manat, 200 ədəd yonca bitkisindən ibarət ot bağlamalarının hər biri 5 manat olmaqla ümumi 1000 manat, “Redmi 9А” markalı İMEİ1: **********25911, İMEİ2: **********25929 kodlu mobil telefonun dəyəri 90 manat, “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrənin dəyəri 4 manat olmaqla ümumilikdə göstərilən malların dəyəri 1278 (bir min iki yüz yetmiş səkkiz) manat təşkil etmişdir. (cild 3, səhifə 34-37); Daktilskopik ekspertizasının 16 fevral 2024-cü il tarixli, 24/360 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus, İmişli şəhəri Aran küçəsində yerləşən evdə baş vermiş oğurluq faktı ilə bağlı götürülmüş əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan beş ədəd əl-barmaq izi xx.xx.1981-ci ildə İmişli şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, adsız, sol əlinin böyük, şəhadət və adsız barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. (cild 3, səhifə 24-30); Məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/505R saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İmişli rayonu Gövhərli kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus ərzaq mağazasından baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş 01 ədəd “Full” markalı metal içki qabı və xx.xx.2023-cü il tarixdə İmişli şəhəri T.İsmayıov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş 01 ədəd “Roar X” markalı metal içki qabı üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). (cild 3, səhifə 38-42); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 57-58); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, səhifə 73-74); Şübhəli şəxsin tutulması haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, səhifə 131- 132); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 161- 162); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, səhifə 174-176); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 233- 234); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan eidilmişdir. (cild 1, səhifə 263-264); İmişli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 4(036)-69/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, səhifə 289-291); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. (cild 2, səhifə 1-4); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 56-57); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan eidilmişdir. (cild 2, səhifə 77-79); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. (cild 2, səhifə 100-103); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 169- 170); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. (cild 2, səhifə 245-248); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 328); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan eidilmişdir. (cild 3, səhifə 103-106); İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-04/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İmişli rayon İcra və Probasiya şöbəsinin 30 oktyabr 2024-cü il tarixli 15-69-2 nömrəli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)- 04/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixədək cəzasının 7 ay 28 gününü çəkmiş və 2 (iki) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğunun evindən edilmiş oğurluqların onunla heç bir əlaqəsinin olmadığını, həmin şəxslərin evlərindən oğurluq etmədiyini və polis əməkdaşlarının təzyiq və işgəncələrinə məruz qaldığı üçün ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində sonuncuların evindən oğurluq etməsini etiraf etməyə məcbur qalması barədə məhkəmə iclasında verdiyi ifadəsi iş materialları ilə təkzib olunmaqla yanaşı gətirdiyi dəlillərin öz əksini tapmaması və qeyd olunan xüsusatlara dair mötəbər sübutların müəyyən edilməməsi onun ibtidai istintaq zamanı ilkin ifadələrinin doğru olduğuna dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, onun özünün ilkin ifadələri, zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki epizod üzrə zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və eyni zamanda himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-04/2023 saylı hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd qızıl üzüyün sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalı, bir ədəd “Full” və bir ədəd “RoarX” markalı içki qabları məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının xərci – 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 66 (altımış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-04/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 1 (bir) il 1 (bir) ay 29 (iyirmi doqquz) günü hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd qızıl üzüyün sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın, digər maddi sübutlar bir ədəd “Full” və bir ədəd “RoarX” markalı içki qabları məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 350 ( üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-41/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-41/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver