Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-41/2025 13.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə A-43683 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli, İJ-18E modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq İmişli şəhəri, N.ünvan 1, “Bizim kafe” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 17:40-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18:59-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı bel nahiyəsinin sağ tərəfindən A-43683 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 28 kalibrli, İJ-18E modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə saat 17:40-da İmişli şəhəri, N.ünvan 1ndə yerləşən “Bizim kafe” restoranının yaxınlığında olduğu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxalayıb, onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üzərində gəzdirməkdə şübhəli olduğunu və bu səbəbdən onun üzərində və avtomobilində axtarış aparacaqlarını bildirmişlər. O, üzərində və avtomobilində axtarış aparılmasına heç bir etiraz etməmişdir. Axtarış zamanı onun nə üzərindən nə də avtomobilindən odlu silah və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Buna da etiraz etməyib polis əməkdaşları ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində xidməti iş otaqlarının birində üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə odlu silah və ya qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, məhkəmə iclasında ifadəsi elan edilmiş şahidin ifadəsi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə saat 17:40-da İmişli şəhəri, N.ünvan 1ndə yerləşən “Bizim kafe” restoranının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində tüfəng vardır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş və bundan sonra İmişli Rayon Polis Şöbəsində xidməti iş otaqlarının birində üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin video çəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edib, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində tüfəng olduğunu bildirmişdir. Daha sonra həmin tüfəngi belinin sağ tərəfində saxladığını bildirmiş və polis əməkdaşlarının müşayiəti ilə həmin tüfəng götürülərək masanın üzərinə qoyulmuşdur. Daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu və 01 ədəd üzərində 4169 7388 4908 9192 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra təqdim etdiyi tüfəng polis əməkdaşı tərəfindən qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində aşkar edilmiş tüfəngi saxlanılmazdan təxminən 3-4 gün əvvəl İmişli rayonunda meşəlik ərazidən tapmış, ondan istifadə etməmiş, istifadə üçün heç kimə verməmiş və həmin predmeti üzərində daşımasından heç kimin məlumatı olmamışdır. Təqdim etdiyi 01 ədəd “Honor” markalı mobil telefon isə özünə məxsus olmuşdur, həmin telefon və üzərində 4169 7388 4908 9192 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış prosesi başa çatmışdır. Prosesin keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Əməlindən peşmançılığının nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib, saxlaması və gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və həmin qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X2 və X6 eləcə də Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X5 daxil edilmişdir. 18 fevral 2025-ci il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs olacağı İmişli şəhəri, N.ünvan 1 ünvanına getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 17:40-da İmişli şəhəri, N.ünvan 1ndə yerləşən “Bizim kafe” restoranının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və ona da özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən birlikdə Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tüfəng olduğunu bildirmişdir. Daha sonra həmin tüfəngi sağ bel nahiyəsində saxladığını bildirmişdir və əməkdaşların müşayiəti ilə həmin predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ciblərindən 01 ədəd “Honor” markalı mobil telefonu və 01 ədəd üzərində 4169 7388 4908 9192 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tüfəng tipli predmetə baxış zamanı həmin predmetin lülə və qundaq hissəsinin kəsilmiş vəziyyətdə olması və üzərində “Модел ИЖ 18-Е” yazısının olması müşahidə edilmişdir. Daha sonra həmin predmet təhqiqatçı tərəfindən qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş predmeti təxminən 3-4 gün əvvəl İmişli rayonunda meşəlik ərazidən tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini, və həmin predmeti üzərində daşımasından heç kimin məlumatının olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Honor” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** mobil nömrəsinin olduğunu bildirmişdir. Aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon və üzərində 4169 7388 4908 9192 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. İştirakçılara ucadan oxunmuş protokol düzgün tərtib edildiyindən iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 fevral 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs İmişli şəhəri, N.ünvan 1ndə yerləşən “Bizim kafe” restoranının yaxınlığında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 18:59-dan etibarən video çəkiliş ilə İmişli Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, üzərində tüfəng olduğunu bildirmişdir. Daha sonra həmin tüfəngi sağ bel nahiyəsində saxladığını bildirmiş və əməkdaşların müşayiəti ilə həmin predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu və 01 ədəd bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 18 fevral 2025-ci il tarixdə saat 18:59-da başlamış və həmin tarixdə saat 19:13-də başa çatmışdır (i.v. 27-28); Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd A-43683 №-li silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 28 kalibrli İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 299 mm, ümumi uzunluğu 445 mm olan silah öz ilkin təyinatını itirmiş İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır (i.v. 39-43); Məhkəmə-tibbi ekspertizasının 05 mart 2025-ci il tarixli 100/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 18xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş üz, qarın nahiyələrinin, hər iki yuxarı və sol aşağı ətraflarının çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (i.v. 137-140); Şübhəli şəxsin tutulması haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); Şəxsi axtarış və götürmə aparılması haqqında 18 fevral 2025-ci il tarixli protokoldan və CD diskdə olan audio-video yazıdan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin video çəkiliş vasitəsi ilə Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tüfəng olduğunu bildirmişdir. Daha sonra həmin tüfəngi sağ bel nahiyəsində saxladığını bildirdi və əməkdaşların müşayiəti ilə həmin predmet götürülərək masanın üzərinə qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ‘‘Honor” markalı mobil telefonu və 01 ədəd üzərində 4169 7388 4908 9192 rəqəmləri qeyd olunmuş "Birbank” bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tüfəng tipli predmetə baxış zamanı həmin predmetin lülə və qundaq hissəsinin kəsilmiş vəziyyətdə olması və üzərində “Модел ИЖ 18-Е” yazısının olması müşahidə edilmişdir. Daha sonra həmin predmet qara rəngli sellofan torbada qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 27-29); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 70-71); Qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(005)-205/2025 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 90-92); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 141-142); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, özünün və şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-23/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v. 124-129); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-23/2021 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (i.v. 122-123); Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-23/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilsə də o, qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd A-43683 nömrəli, İJ-18E modelli odlu silah Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nin silah sursat anbarına təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd A-43683 nömrəli, İJ-18E modelli odlu silah dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-41/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-41/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver