Məhkəmə qərarları › İş №1(036)-42/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-42/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-42/2023 11.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5, müdafiəçilər, Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, 16 oktyabr 1961-ci il tarixdə İmişli rayonu, Yuxarı Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, İmişli rayonu, Yuxarı Qaralar kəndində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə,

2. xx xxxxx 1958-ci il tarixdə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İmişli şəhəri, Meliorator qəsəbəsi ev 11, mənzil 12-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında,

MÜƏYYƏNETDİ:

Təqsirləndirilən şəxs1 ondan ötrü məhkəməyə verilmişdir ki, o, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə Təqsirləndirilən şəxs2 2021-ci ilin yanvar və mart aylarında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Bakı-İmişli marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olan, istintaqa məlum olmayan şəxslərdən hər dəfə 1500 (min beş yüz) manat olmaqla iki dəfəyə göndərdiyi ümumilikdə 3000 (üç min) manat pulu İmişli şəhəri, Meliorator qəsəbəsində yerləşən 11 saylı evin yaxınlığında, 2021-ci ilin mart ayının sonlarında isə Zərərçəkmiş şəxs1 anası Şahid1 göndərdiyi 300 (üç yüz) manat pulu İmişli şəhəri, A.Şadlınski 24 küçəsində yerləşən İmişli şəhər Poliklinikasının inzibati binasının qarşısında götürüb onunla aralarında bölmüş, o, Təqsirləndirilən şəxs2la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir;Bundan başqa o, Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək niyyətilə ona təyin olunmuş müavinətin xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə dayandırılmayacağını, müavinətin verilməsinin davam edəcəyini vəd verib aldatmış, bu məqsədlə 2021-ci ilin avqust ayında İmişli şəhəri, Ə.Qurbanov küçəsində yerləşən 24 nömrəli evdə Zərərçəkmiş şəxs3 1000 (min) manat pulunu alıb ələ keçirmiş və sosial müavinətin verilməsinin davam edəcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs3 1000 (min) manat dəyərində əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir;Bundan başqa o, Zərərçəkmiş şəxs2nın əmlakını ələ keçirmək niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəldəcəklərini vəd verib aldatmış, bu məqsədlə Təqsirləndirilən şəxs2 2021-ci ilin oktyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat və 1200 (min iki yüz) manat olmaqla iki dəfəyə ümumilikdə 1500 (min beş yüz) manat pulunu İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında götürüb aralarında bölmüş, o, Təqsirləndirilən şəxs2la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir;Bundan başqa o, Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək niyyətilə ona təyin olunmuş və xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyinə görə verilməsi dayandırılmış müavinətin yenidən veriləcəyini vəd verib aldatmış, bu məqsədlə 2021-ci ilin avqust ayının ortalarında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 400 (dörd yüz) manat, 2022-ci ilin yanvar ayının əvvəlində isə 600 (altı yüz) manat pulunu İmişli şəhəri, X.Bəylərov küçəsi 12 ünvanında yerləşən “İmişli Mərkəzi Rayon Xəstəxanası” X13 inzibati binasının həyətində alıb ələ keçirmiş və dayandırılmış sosial müavinətin yenidən veriləcəyi barədə vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs4 1000 (min) manat dəyərində əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir;Bundan başqa o, Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək niyyətilə tanışları X2 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs5 İmişli rayonu, Muradxanlı kəndindəki fermasında sağıcı işləyən işçisi X1 üçün sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə o, 2019-cu ilin noyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2500 (iki min beş yüz) manat, 2022-ci ilin yanvar ayında isə 500 (beş yüz) manat pulunu İmişli şəhəri, X.Bəylərov küçəsi 12 ünvanında yerləşən “İmişli Mərkəzi Rayon Xəstəxanası” X9rşısındakı çayxanada götürüb qrup üzvləri ilə aralarında bölmüş və o əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 3000 (üç min) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü məhkəməyə verilmişdir ki, o, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə o, 2021-ci ilin yanvar və mart aylarında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Bakı-İmişli marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olan, istintaqa məlum olmayan şəxslərdən hər dəfə 1500 (min beş yüz) manat olmaqla iki dəfəyə göndərdiyi ümumilikdə 3000 (üç min) manat pulu İmişli şəhəri, Meliorator qəsəbəsində yerləşən 11 saylı evin yaxınlığında, 2021-ci ilin mart ayının sonlarında isə Zərərçəkmiş şəxs1 anası Şahid1 göndərdiyi 300 (üç yüz) manat pulu İmişli şəhəri, A.Şadlınski 24 küçəsində yerləşən İmişli şəhər Poliklinikasının inzibati binasının qarşısında götürüb aralarında bölmüş, o, Təqsirləndirilən şəxs1la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir;Bundan başqa o, Zərərçəkmiş şəxs2nın əmlakını ələ keçirmək niyyətilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlilliyə görə sosial müavinət düzəldəcəklərini vəd verib aldatmış, bu məqsədlə o, 2021-ci ilin oktyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat və 1200 (min iki yüz) manat olmaqla iki dəfəyə ümumilikdə 1500 (min beş yüz) manat pulunu İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında götürüb aralarında bölmüş, o, Təqsirləndirilən şəxs1la birlikdə əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir;Bundan başqa o, Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək niyyətilə tanışları X2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs5 İmişli rayonu, Muradxanlı kəndindəki fermasında sağıcı işləyən işçisi X1 üçün sosial müavinət düzəltdirəcəklərini vəd verib aldatmış, bu məqsədlə Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2500 (iki min beş yüz) manat, 2022-ci ilin yanvar ayında isə 500 (beş yüz) manat pulunu İmişli şəhəri, X.Bəylərov küçəsi 12 ünvanında yerləşən “İmişli Mərkəzi Rayon Xəstəxanası” X9rşısındakı çayxanada götürüb qrup üzvləri ilə aralarında bölmüş və o, əlilliyə görə sosial müavinət düzəltdirmək barədə vədlərinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 3000 (üç min) manat dəyərində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvələrində Qəhrəman ona zəng vurub bir nəfərin pensiya məsələsini həll etmək lazım olduğunu demişdir. Həmin gün rayon ərazisində görüşmüş, Qəhrəman Əlibəy adlı uzaq qohumunun sənədlərini göstərib, pensiya məsələsinə köməklik etmək lazım olduğunu demişdir. O da həmin sənədlər baxıb, Əlibəyin ürək xəstəliyindən əziyyət çəkdiyini görmüş, sənədləri toplandıqdan sonra bu işi 3300 manata həll olacağını demişdir. Təxminən 5-10 günə Əlibəyin bütün sənədlərini toplamış, əlavə sənədləri isə öz xəsətləyi ilə əlaqədar olaraq “Kardiologiya İnstitut”undan tanıdığı Sevinc adlı həkimindən toplayacağmış. Həmin vaxt Sevinc adlı həkim “Kardiologiya İnstitut”unda şöbə müdürü vəzifəsində işləmişdir. 2021-ci ilin yanvar ayında Sevinc ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Kardiologiya İnstitu”unda görüşmüş, həmin vaxt Sevinc sənədlərə görə ondan 1100 manat pul istəmişdir. O da Sevinclə razılaşmışdır. İmişli rayonuna qayıtdıqdan sonra Qəhrəmanla rayon ərazisində görüşüb bu barədə ona demiş, Qəhrəman isə qohumundan pul istəyəcəyini bildirmişdir. Bundan 1-2 gün sonra Qəhrəman ona zəng vurub 1500 manat pul aldığını və gəlib götürə biləcəyini demişdir. 2021-ci ilin yanvar ayının sonlarında Qəhrəmandan 1500 manat pulu yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsindəki evindən götürmüşdür. Həmin 1500 manat pulun 400 manatını özü üçün xərcləmiş, yerdə qalan 1100 manatını isə “Kardioligiya İnstitu”nunda Sevinc adlı həkimə vermişdir. Təxminən 20-25 gün sonra yenidən Bakı şəhərində gedib Sevinc adlı həkimdən Əlibəyin xəstəliyi barədə epikiriz götürüb rayona qayıtmışdır. Rayona qayıtdıqdan sonra Əlibəyin sənədlərini pensiya məsələsi ilə bağlı İmişli Rayon Mərkəzi Xəstəxanasında “TƏBİB”-də qeydiyyatdan keçirtmişdir. Təxminən 10-15 gün sonra Əlibəyə pensiya təyin edilməsi barədə imtina cavabı gəlmişdir. Sonra Qəhrəman ilə rayon ərazisində görüşmüş, vəziyyəti ona başa salmış, əlavə olaraq Qəhrəmandan yerdə qalan pulu alıb yenidən sənədlərlə “TƏBİB” sisteminə yerləşdirmək lazım olduğunu demişdir. Qəhrəman onunla razılaşmışdır. Qəhrəman isə 2021-ci ilin mart ayında ona zəng vuraraq qohumlarında 1500 manat pul aldığını və yaşadığı evində olduğunu demişdir. Bundan sonra Qəhrəmangilə getmiş və sonuncudan həmin puldan 400 manatını götürmüş, 1100 manatını isə ona vermişdir. O, pulu aldıqdan sonra yenidən Bakı şəhərinə gedib, “Kardioligiya İnstitu”nda 1100 manat pulu Sevinc adlı həkimə vermiş, Sevinc həmin puldan 100 manatını ona qaytarmışdır. Təxminən 15-20 gün sonra yenidən Sevincdən epikiriz alıb İmişli Rayon Mərkəzi Xəstəxanasında “TƏBİB” sisteminə yerləşdirmişdir. Yenə Əlibəyə imtina cavabı gəlmişdir. Bundan sonra yerdə qalan 300 manat pulu xərcləri üçün Qəhrəmandan pensiya düzəltdirmək istəyən qohumundan almasını istəmişdir. Qəhrəman 300 manat pulu aldıqdan sonra ona zəng vurub pulu aldığını demişdir. O da həmin puldan 100 manatını Qəhrəmana vermiş, 200 manatını isə özü üçün götürmüşdür. Ümumilikdə 3300 manat puldan, 2100 manatını Sevinc adlı həkimə vermiş, 700 manatını özü üçün xərcləmiş, 500 manatını isə Qəhrəmana vermişdir. O, həmçinin ifadəsində hal-hazırda Zərərçəkmiş şəxs1 vurulmuş 3300 manat məbləğində ziyandan 2400 manatı ödənilmiş, qalan 900 manatı isə qısa vaxtda qaytarılacağını bildirmişdir;Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 tanıyır, Gülayə ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Gülayəni onunla Kənan adlı şəxs tanış etmişdir. Belə ki, 2021-ci ilin yay aylarında tanımadığı nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Zəng edən adının Kənan olduğunu, əslən İmişli rayon Ölcələr kəndindən Kamalın oğlu olduğunu demişdir. O da Kənanı atası Kamala görə tanımışdır. Kənan ona bir nəfər qadına pensiyasını bərpa etmək lazım olduğunu demişdir. Onlar həmin gün İmişli rayonu ərazisində görüşmək barəsində razılığa gəlmişlər. O, Kənanla görüşdükdən sonra birlikdə özlərinə məxsus nəqliyyat vasitələri ilə Gülayənin evinə getmişlər. Kənan Gülayini çağırmış, Gülayə evdən həyətə çıxmış, Kənan evin həyətində onu Gülayə ilə tanış edərək, tanıdığı etibarlı adam olduğunu demişdir. Sonra Gülayə xəstəlik sənədlərini gətirib ona həmin sənədlərlə pensiya aldığını, lakin 2021-ci ilin sentyabr ayında pensiyasının kəsiləcəyini demişdir. O sənədlərə baxmışdır. Gülayə ona 1000 manat pula gücünün çatdığını demişdir. O da razılaşmışdır. 2021-ci ilin avqust sonlarında Gülayənin yaşadığı evinə gedib orada 1000 manat pul və xəstəlik sənədlərini Gülayədən almışdır. Həmin pulu səhəri günü Şirvan şəhər mərkəzi xəstəxanasının həkimi S.Azayevə vermişdir. Sonra S.Azayevdən Gülayənin işi barəsində soruşduqda sonuncu hər dəfəsində düzələcəyi cavabını vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs3 pulunu tam olaraq ödəmişdir;Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Tərbiyə Cəfərovanı tanışı Qəhrəman vasitəsi ilə tanımışıdır. Qəhrəman 2021-ci ilin oktyabr ayında ona zəng vuraraq, bir nəfər qadının gözündə problem olduğuna görə linza taxdığını və pensiya düzəltmək lazım olduğunu demişdir. O da problemin olmadığını demişdir. Səhəri gün İmişli şəhəri, H.Əliyev prospektində “Nuray” şadlıq sarayının birinci mərtəbəsində yerləşən çayxanaların birinin qarşısında Qəhrəman ilə görüşmüş, Qəhrəman telefonda dediyi pensiya məsələsini üzbəüz ona demişdir. O da Qəhrəmana həmin qadını Bakı şəhərində yerləşən “Zərifə Əliyeva” adına göz klinikasına apardıqdan sonra bir söz deyə biləcəyini, həmçinin bu işin 1000 manat məbləğində həll olacağını, əvvəlcədən həkimdə növbə tutmaq üçün əlavə 300 manat pulunda lazım olduğunuda demişdir. 2021-ci ilin oktyabr ayında saat 18 radələrində Qəhrəman ilə “Nuray” şadlıq sarayının qarşısında görüşüb 300 manat pulu Qəhrəmandan almışdır. Bundan bir neçə gün sonra Qəhrəmana zəng vurub həmin qadının və pulun yerdə qalan hissəsinin hazır olmasını istəmişdir. Səhəri gün “Nuray” şadlıq sarayının qarşısında görüşüb, 1000 manat pulu Qəhrəmandan almışdır. Pulu aldıqdan sonra qadının səhər saat 6 üçün hazır olmasını və Bakı şəhərinə “Zərifə Əliyeva” adına göz klinikasın aparacağını demişdir. Səhəri günü Qəhrəman Bakı- İmişli xətti üzrə taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsin avtomobilini sifariş etmiş və həmin avtomobillə o, Qəhrəman və Tərbiyyə adlı qadınla göz klinikasına getmişlər. Bakı şəhərinə gedərkən, yol üstü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına dönərək orada həkim işləyən, əvvəllər tanıdığı X7 işi ilə bağlı aldığı 1000 manat pulu vermişdir. Sabir Azayev ona Tərbiyəyə xəstəliyin ağır dərəcəli olması ilə bağlı tibbi sənəd ermək üçün həkimlərə tapşırdığını demişdir. Həmin gün Tərbiyyə “Zərifə Əliyev”a adına xəstəxandan yoxlanışdan keçmiş, yoxlanışdan keçdikdən sonra orada olan həkimlərin biri 20-25 gündən sonra Tərbiyyənin gözündə olan problemlərlə bağlı sənədin hazır olacağını demişdir. O, buna görə də Bakı şəhərində qalmış, Tərbiyyə isə İmişli rayonuna qayıtmışdır. Tərbiyyənin pensiya məsələsi ilə bağlı ümumlikdə 1300 manat pul almışdır. Həmin pulun 300 manatını xəstəxana üçün xərcləmiş, 1000 manatını isə Sabir Azayevə vermişdir. Hal-hazırda Tərbiyə Cəfərovanın pulu tam olaraq ödənilmişdir;Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstəmişdir ki, Zərərçəkmiş şəxs4 2021-ci ilin avqust ayında qaynı Həmid Şahvələdovun yaşadığı İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən evində qonaq olarkən orada görüb tanımış, çünki Ədibə Həmidgillə eyni binada kirayə mənzildə yaşayır. Ədibə həmin vaxt ona dayandırılmış pensiyasını bərpa etdirmək istədiyini demiş, o da Bakı şəhərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gedib maraqlanacağını demişdir. Bundan 2 gün sonra Ədibə ona zəng edib pensiya işi ilə bağlı evinə dəvət etmiş və o da getmişdir. Ədibənin yaşadığı mənzildə pensiyasını bərpası barədə söhbət etmiş, Ədibə ona xəstəliyi ilə bağlı sənədlərini təqdim etmişdir. 2021-ci ilin avqust ayının ortalarında Ədibənin pensiya məsələsi ilə bağlı İmişli rayon mərkəzi Xəstəxanasında görüşüb və ondan işi ilə bağlı 400 manat pul almışdır. Pulu aldıqdan sonra Bakı şəhərində “Zərifə Əliyevə” adına göz klinikasının yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə getmiş, orada Ədibənin ona verdiyi sənədləri ümumi şöbəyə təqdim etmişdir. Orada Ədibənin heç bir xəstələyinin olmadığını demişlər. Bundan sonra İmişli rayonuna qayıtmış və bu barədə Ədibəyə demişdir. Ədibə isə ona Respublika Mərkəzi Xəsətəxanasında ürəyində olan xəstəliklə bağlı müayinə olub, yenidən sənəd alıb ona verəcəyini demişdir. O da Ədibəyə müayinədən sonra sənədlərinə yenidən baxılacağını cavabını vermişdir. Bundan başqa Ədibənin pensiyası ilə bağlı 2022-ci ilin yanvar ayının əvvəlində yenə İmişli Rayon Mərkəzəi Xəstəxanasının həyətində Ədibədən pensiya işi ilə bağlı 600 manat almışdır ki, əlavə sənədlər toplasın. Lakin, X5 Ədibəyə pensiya düşmədiyini demişlər. Hal-hazırda Zərərçəkmiş şəxs4 pulunu tam olaraq ödəmişdir;Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstəmişdir ki, Zərərçəkmiş şəxs5 tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. 2019-cu ilin noyabr ayında Azad xatırlamadığı mobil nömrəsi ilə zəng vuraraq Qəhrəmanın qohumu olmasını bildirirərək, ondan pensiya məsələsi ilə bağlı köməklik etməsini istəmişdir. O da Azadla razılaşmışdır. Onlar İmişli Rayon Mərkəzi xəstəxananın qarşısındakı çayxananada görüşmüşlər. Azad ona bir nəfər qadının sənədlərini göstərib, pensiya düşüb-düşmədiyini soruşmuşdur. O da sənədlərə baxdıqdan sonra düzələ biləcəyini, 3000 manat xərci olduğunu demişdir. Bundan sonra onlar ayrılmışlar. Ayrıldıqdan sonra o, bu barədə Bayrəməli adlı tanışına demişdir. Bayrəməli ona bu işi həll edəcəyini cavabını vermişdir. O da Bayrəməli ilə razılaşmışdır. Həmin ərəfələrdə Azad ona zəng vurub görüşmək istədiyini demiş, oda Azadla razılaşmış və onlar yenə xəstəxananın qarşısındakı çayxanada görüşmüşlər. Qəhrəmanda onlarla bir yerdə olmuşdur. Orada Azad pensiya məsələsi ilə bağlı ona 2500 manat məbləğində pul vermişdir. Azad iş düzəldikdən sonra yerdə qalan 500 manatı verəcəyini demişdir. Sonra Qəhrəmanla birlikdə “Nuray” şadlıq sarayının birinci mərtəbəsində yerləşən çayxanaya getmişlər. Həmin vaxt Bayraməlidə oraya gəlmişdir. O, məsələni Bayraməliyə deyib, 2500 manat pul aldığını demişdir. Bayrəməli isə işi həll edəcəyini deyib, 2500 manat pulu onlardan almışdır. Sonra isə həmin puldan Qəhrəmana və ona ayrı-ayrılıqda 150 manat pul vermişdir. Bayrəməli tarixini xatırlamadığı vaxtda intihar etdiyi üçün Azadın pensiya məsələsinin ardıyca düşən olmamışdır. Təxminən 2022-ci ilin mart ayında Azad ona zəng vurub görüşmək istədiyini demiş və onlar İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmüşlər. Azad ondan işin nə üçün ləngidyini soruşduqda sonuncuya Bayrəməli ilə bağlı olduğunu, yəni Bayrəməlinin özünü intihar edərək öldürməsini Azada demişdir. Azad yerdə qalan 500 manatı da ona vermiş və pensiya məsələsini həll etməsini istəmişdir. Bundan sonra oraya Qəhrəman gəlmiş, Azad isə oradan çıxıb getmişdir. Azadın verdiyi 500 manat pulu özü üçün götürüb xərcləmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs5 pulu tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar aylarında Zərərçəkmiş şəxs1ın anası Ceyran həmin vaxt onun istfadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq tanışlıq vermiş və sonra onunla görüşmüşdür. Ceyran ona oğlu Əlibəyin ürəyində problem olduğunu, buna görədə Əlibəyə pensiya düzlətmək istədiyini demiş, o da tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub Əlibəyin pensiya məsələsi barədə demişdir. Elşən buna görə 3300 manat məbləğində pul istəmiş və o da Ceyrana zəng vurub bu barədə məlumat vermişdir. Ceyran onunla razılaşmışdır. 2021-ci ilin yanvar ayında Əlibəy ona zəng vurub, pensiya işinin nə yerdə olduğunu soruşmuşdur. Oda Əlibəyə anası Ceyranla razılaşdığını, pul gələn vaxt işi həll edəcəyi cavabını vermişdir. Bundan 2-3 gün sonra Əlibəy ona zəng vuraraq 1500 manat pulu Bakı-İmişli xətti üzrə işləyən taksilərin birindən göndəridiyini demişdir. Həmin gün axşam saatlarında yaşadığı evin yaxınlığında 1500 manat pulu taksi sücürüsündən almışdır. Pulu aldıqdan sonra Elşənə zəng vurub, 1500 manat pul aldığını, gəlib götürə biləcəyini demiş, Elşənlə danışdıqdan 1-2 saat sonra sonuncu gəlib pulu götürmüşdür. 2021-ci ilin mart ayında Elşən ona zəng vuraraq həkimlərə pul verəcəyini və pulun qalan hissəsini istəmişdir. O da Ceyrana zəng vurub tanışının yerdə qalan pulu istədiyini demişdir. 2-3 gündən sonra Ceyran ona zəng vurub pul göndərdiklərini demişdir. 2021-ci ilin mart ayının ortalarında yenə yaşadığı evin yaxınlığında 1500 manat taksi sücürüsündən almışdır. Pulu aldıqdan sonra Elşənə zəng vurub yenə 1500 manat pul aldığını demiş, pulu aldığının səhəri günü Elşən yaşadığı ünvanın qarşısına gəlib 1500 manat puldan 1100 manatı Elşənə vermiş, 400 manatını özü üçün götürmüşdür. Həmin vaxta qədər Elşənə 2600 manat pul vermişdir. O, Elşənlə görüşən vaxt ondan Əlibəyin pensiya məsələsinin nə yerdə olduğunu soruşduqda sonuncu ona sistemdən “otkaz” gəldiyini, Əlibəyin müalicəsini davam etdiyini demişdir. O da Əlibəyin özünə zəng vuraraq bu barədə məlumat vermişdir. Xatırlamadığı vaxtda Elşən ondan qalıq olaraq qalmış 300 manat məbləğində pulu istəmişdir. Yenə Ceyrana zəng vurub, tanışının 300 manat pul istədiyini demişdir. Ceyranla danışdıqdan 4-5 gün sonra polikilinikanm qarşısında Ceyran 300 mant məbləğində pulu ona vermişdir. O, Elşənə 300 manat pulu verdikdən sonra sonuncu həmin puldan 100 manatını ona qaytarmışdır. Bundan 2 ay sonra Əlibəyə zəng vurub müalicəsi bitdikdən sonra pensiyasının düzələcəyini demiş, lakin Əlibəy onunla razılaşmayıb verdiyi pulunu tələb etmişdir. O, həmçinin ifadəsində hal-hazırda Zərərçəkmiş şəxs1 vurulmuş 3300 manat məbləğində ziyandan 2400 manatı ödənilmiş, qalan 900 manatı isə qısa vaxtda qaytarılacağını bildirmişdir; Zərərçəkmiş şəxs2 tanışı Şahid4 vasitəsi ilə tanımışdır. 2021-ci ilin oktyabr ayında, səhər saatlarında Allahverdi ona zəng vuraraq görüşmək istədiyini demişdir. Oda razılaşıb, həmin gün günorta saatlarında İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının birinci mərtəbəsindəki çayxanada Allahverdi ilə görüşmüşdür. Allahverdi ona bir nəfər qadının gözündə görmə problemi olduğunu deyib, həmin qadına pensiya düzəltmək lazım olduğunu demişdir. O da Allahverdiyə bir nəfər tanışı olduğunu, tanışına dedikdən sonra söz deyə biləcəyini demişdir. Allahverdi onunla razılaşmışdır. Səhəri günü Elşənlə “Nuray” şadlıq sarayının birinci mərtəbəsindəki çayxanada görüşmüş və məsələni ona demişdir. Elşən həmin qadını Bakı şəhərinə “Zərifə Əliyeva” adına göz klinikasına apardıqdan sonra bir söz deyə biləcəyini demişdir. Bundan sonra o, Allahverdiyə zəng vurub 1500 manata işin həll olacağını, əvvəlcədən həkimdə növbə tutmaq üçün 300 manat məbləğində pulun lazım olduğunu demişdir. 2021-ci ilin oktyabr ayında, saat 17 radələrində Allahevrdi ilə “Nuray” şadlıq sarayının qarşısında görüşüb 300 manat pulu almış, həmin günü saat 18 radələrində Elşənə vermişdir. 300 manatı aldıqdan bir neçə gün sonra Elşənə ona zəng vurub, ondan Allahevrdiyə zəng vurub qadının və pulu yerdə qalan hissəsinin hazır olmasını demişdir. O da Allahevrdiyə zəng vurub bu barədə demişdir. Allahevrdi ilə telefonla danışdıqdan sonra, səhəri günü “Nuray” şadlıq sarayının qarşısında görüşüb, 1200 manat pulu Allahverdidən almışdır. Həmin pulun 100 manatını özü üçün götürmüş, 100 manatını Allahverdiyə olan 60 manat məbləğindəki borcu üçün 40 manat isə əziyyəti üçün vermişdir. Pulu aldıqdan sonra Allahverdiyə Tərbiyyənin səhər saat 6 üçün hazır olmasını və Bakı şəhərinə “Zərifə Əliyeva” adına göz klinikasın aparacağını demişdir. Allahverdi ona Tərbiyyənin hazır olduğunu cavabını vermişdir. Səhəri günü o, Bakı-İmişli xətti üzrə taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsin avtomobilini sifariş etmiş və həmin avtomobillə o, Elşən və Tərbiyyə göz klinikasına getmişlər. Orada Tərbiyyə yoxlanışdan keçmiş, yoxlanışdan keçdikdən sonra orada olan həkimlərin biri 20-25 gündən sonra Tərbiyyənin gözündə olan problemlərlə bağlı sənədlərin hazır olacağını demişdir. Tərbiyyənin pensiya məsələsi ilə bağlı ümumlikdə 1300 manat pul alınmışdır. Hal-hazırda Tərbiyə Cəfərovanın pulu tam olaraq ödənilmişdir; 2019-cu ilin oktyabr aylarında İmişli RMX-da olarkən təsadüfən Zərərçəkmiş şəxs5la qarşılaşmış, sonuncu ona işçisinə pensiya düzəltmək istədiyini demişdir. O da tanışı olduğunu demişdir. Həmin vaxt təsadüfən Elşəni xəstəxananın həyətində görmüş və Azadla tanış etmişdir. O, Azadın pensiya məsələsin Elşənə demişdir. 2019-cu ilin noyabr ayının sonlarında Azad ona zəng vurub pensiya məsələsinə görə Elşənin ondan 3000 manat məbləğində pul istədiyini və Elşənin etibarlı bir adam olub-olmadığını soruşmuşdur. O, Azada Elşənin etibarlı və iş görən adam olduğunu demişdir. Azadla danışdıqdan sonra həmin gün İmişli RMX-nın qarşısında yerləşən çayxanaların qarşısında Elşənlə görüşmüş, orada Azad Elşənə 2500 manat pul vermiş, yerdə qalan 500 manatı isə işi qurtardıqdan sonra verəcəyini demişdir. Pulu aldıqdan sonra Elşənlə birlikdə sonuncunun tanışı Bayraməli adlı şəxslə “Nuray” şadlıq sarayının qarşısındakı çayxanada görüşmüşlər. Həmin vaxt Elşənin Bayraməli adlı şəxsə nə qədər pul verməsi onun yadında qalmamış, lakin, Bayarməli həmin puldan hər birinə 150 manat pul vermişdir. 2022-ci ilin yanvar ayının 5-10-u arası tarixlərdə yenə Azad ona zəng vurub Elşənə pul verəcəyini, onun da orada olmasını bildirmişdir. Bundan sonra onlar İmişli RMX-nın qarşısında yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt Azad Elşənə qalan 500 manat pulu da vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs5 pulu tam olaraq ödənilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Uşaq vaxtlarından skarliyoz və ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmiş və xəstəliyinə görə hərbi xidmətdə olmamışdır. Təxminən 1 il 6 ay bundan əvvəl anası Ceyran ona xəstəliyimə görə pensiya düşdüyünü və bunu Qəhrəman adlı şəxsin düzəldə biləcəyini demişdir. Bundan sonra o, Qəhrəmanın mobil nömrəsinə zəng edib telefonla danışan zaman ondan pensiyanı necə düzəldəcəyini soruşmuşdur. Qəhrəman isə ondan 3400 manat məbləğində pul istəmiş və sonuncu ilə razılaşmışdır. Bundan 2 gün sonra, yəni 2021-ci ilin yanvar ayının sonunda axşam saatlarında Bakı şəhəri, 3-cü mikrorayon dairəsində Bakı-İmişli xətti üzrə fəaliyyət göstərən tanımadığı taksi sürücüsünə 1500 manat pul vermişdir ki, həmin pulu İmişli rayonunda Təqsirləndirilən şəxs2 versin. Taksi sürücüsünə Təqsirləndirilən şəxs2 mobil nömrəsinidə vermişdir. Həmin gün Təqsirləndirilən şəxs2 ona zəng edərək İmişli rayonu, Yalavac kəndində pulu götürdüyünü demişdir. 1500 manat məbləğində pulu göndərdikdən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 yenə ona zəng vururaraq ondan 3400 manatdan qalıq olaraq qalmış 1900 manat məbləğində pulu göndərməsini istəmişdir. O da danışdıqları gün Təqsirləndirilən şəxs2 1900 manat məbləğində pulu yenə yanvar ayının sonlarında həmin yerdən taksi ilə göndərmişdir. Bu dəfə Təqsirləndirilən şəxs2 ona yenə pulu Yalavac kəndində götürdüyünü demişdir. O da Təqsirləndirilən şəxs2 işi neçə günə həll edəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə ona pensiyanı 6 ay müddətinə düzəldəcəyini demişdir. Həmin vaxtlarda o, heç bir komisaydan və ya yoxlanışdan keçməmişdir. Çünki, Təqsirləndirilən şəxs2 ona həmin məsələlərin hər birini özünün həll edəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ondan şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini almışdır. Lakin, bu hadisənin üzərindən 6 ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 verdiyi vədinə əməl etməyərək, onun pensiya düzəltməmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs2 onun işini həll etməmişdir və pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hal-hazırda ona vurulmuş 3300 manat məbləğində ziyandan 2400 manatı təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, qalan 900 manatı isə ödənilməmiş qalmışdır. Məhkəmədən pulunun qalan hisəsinin ödənilməsini xahiş etmişdir. İş ürə Şahid1 ifadəsində oğlu Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 iş yoldaşı Kənan adlı şəxsin vasitəsi ilə tanımışıdr. Təqsirləndirilən şəxs1 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2007-ci ildən 2-ci qrup əlilliyinə görə pensiya almışdır. 2021-ci ilin sentyabr ayında pensiyalar ilə bağlı keçiriləcək tibbi komisyadan keçə bilməyib, pensiyasının kəsiləcəyindən qorxmuşdur. Buna görə də, qabaqcadan pensiyasının kəsilməsinin qarşısını almaq üçün kömək edəcək adam axtarmışdır. Bu barədə iş yoldaşlarına da müraciət etmişdir. Müraciəti zamanı Kənan adlı iş yoldaşı qohumu Təqsirləndirilən şəxs1 bu işləri həll etdiyini bildirmişdir. Bu söhbətdən bir-iki gün sonra Kənan Elşən ilə birlikdə onun evinə gəlmişlər. Kənan ona Elşəni təqdim edib, çox adama pensiya düzəltdiyini, problemsiz adam olduğunu, belə işlərlə bağlı Bakı şəhərində tanışları olduğunu demişdir. O da Kənana inanmışdır. O da işinin alınacağı təqdirdə nə qədər pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 işin qarşılığında ondan 3000 manat məbləğində pul istəmişdir. O da 3000 manat pula gücünün çatmadığını dedikdən sonra, 1000 manat məbləğində pula razılaşmışlar. Elşən ona oktyabr ayında yox, noyabr ayında 2 aylıq pensiyasını birdən alacağınıda demişdir. Aralarında olan razılıqdan 1 həftə sonra, 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmiş, ondan pul və xəstəliy ilə bağlı sənədlərini istəmişdir. O da 1000 manat pulu və xəstəliklə bağlı sənədlərini Elşənə vermişdir. Elşən pulu aldığdan sonra pensiya problemini 2 ay ərzində həll edəcəyini demişdir. O da razılaşmışdır. 2021-ci ilin oktyabr ayından pensiyasını ala bilməmişdir. Noyabr ayına kimi gözləmişdir. Lakin, pensiyası bərpa edilməmişdir. O da Elşənə dəfələrlə zəng vurmuş, həmin zənglərin cəmi birinə cavab verərək pensiya məsələsini qısa vaxt ərzində həll edəcəyini demişdir. Sonralar Elşən zəngə cavab vermədiyinə görə, Kənanla birlikdə Elşənin İmişli rayon Qaralar kəndindəki evinə getmişlər. Elşən həmin vaxtlarda evdə olmamışdır. Hər dəfəsində ailə üzvüləri Elşənin Bakı şəhərində olduğunu demişlər. Elşən onun 1000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənildiyindən ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Şahid3 Kamil oğlu ifadəsində Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, gözlərində olan problemə görə özünə pensiya düzəltdirmək istəmiş, tanışı Tarif adlı şəxs Allahverdi adlı tanışının ayrı-ayrı adamlara pensiya düzəltdirməkdə köməklik göstərdiyini demiş, o da bununla razılaşmışdır. Tarif onun pensiya almasına köməklik etmək üçün müxtəlif şəxslərlə maraqlanmış və tanışı Allahverdinin vasitəsi ilə Elşən və Qəhrəman adlı şəxslərlə tanış olmuşdur. 2021-ci ilin oktyabr ayında Tarif ilə birlikdə İmişli şəhəri ərazisində “Nuray” şadlıq sarayının qarşısında Allahverdi adlı şəxslə görüşmüş və sonuncu Tarifdən onun sənədlərini istəmişdir. O da gözündəki xəstəliklə bağlı sənədləri Allahverdiyə təqdim etmişdir. Həmin vaxt sənədlərin müddətinin bitməsinə 10 gün vaxt qalmışdır. Allahverdi həmin sənədlərin apardıqdan üç gün sonra yenidən onlarla görüşüb işin düzələcəyini, buna görə Bakı şəhərinə getmək lazım olduğunu demişdir. Allahverdi həmçinin ondan 300 manat pulu bu işə sərf etmək üçün almışdır. Bu söhbətdən 10 gün keçdikdən sonra Allahverdi onunla əlaqə saxlayıb Bakıya gediləcəyini, buna görə də əlavə olaraq 1200 manat da pul düzəltmək lazım olduğunu demişdir. O, bundan sonra yenə də İmişli şəhəri ərazisində ”Nuray” şadlıq sarayının qarşısında 1200 manat pulu Allahverdiyə vermişdir. Bundan bir neçə gün sonra Allahverdi ona zəng edib səhər saat 6 radələrində Bakı şəhərinə gediləcəyini demişdir. Səhəri gün səhər saat 6-da yaşadığı evin qapısının qarşısında tanımadığı bir taksi dayanmış, bir nəfər şəxs özünü təqdim edərək adının Qəhraman olduğunu bildirmişdir. O, Qəhrəmana Allahverdi adlı şəxslə gedəcəyini dedikdə, Qəhrəman ona “narahat olmayın elə Allahverdi ilə biz birlikdəyik onun yerinə sizi Bakı şəhərinə Elşənlə mən aparcam” cavabını vermişdir. Bundan sonra onlar İmişli rayon Qaralar kəndinə gedib oradan Elşən adlı şəxsidə götürüb birlikdə Bakı şəhərinə “Zərifə Əliyeva” adına göz xəstəxanasına getmişlər. Klinikaya çatdıqdan sonra Qəhrəman aşağıda gözləmiş, özü isə Elşənlə birlikdə xəstəxananın binasına daxil olmuşlar. Orada həkim müayinəsindən keçdikdən sonra İmişli rayonuna qayıtmış, Elşən və Qəhrəman isə Bakı şəhərində qalmışdır. Təxminən 10 gün sonra İmişli rayon mərkəzi xəstəxanasından sənədlərinə imtina gəldiyini öyrənmişdir. Bundan sonra Allahverdi ilə telefonla əlaqə saxlayaraq işinin nə yerdə oluğunu öyrənmək istəmiş, həmin vaxt telefonda Allahverdiyə işini düzəltməsini, ya da pulları alıb özünə qaytarmasını bildirmiş, Allahverdi isə ona hər dəfəsində işinin düzələcəyini demişdir. Hazırda baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənildiyindən onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində mülki işçi kimi işləyir. Təqsirləndirilən şəxs1 son 3-4 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 ilə heç bir ədavət və düşmənçilyi yoxdur. 2011-ci il tarixdən xəstəliyi ilə əlaqədar olaraq pensiya almışdır. 2021-ci ilin may ayında pensiyanın verilməsi dayandırılmışdır. Pensiyanın dayandırılmasına səbəb 5 il ərzində keçirilən yoxlanışdan keçməməsi olmuşdur. Yoxlanış 5 ildə bir dəfə keçirildiyindən yoxlanışın keçəcəyi vaxtı unutmuş və keçməmişdir. Sonradan müvafiq instansiyalara pensiyasının bərpa olunması üçün müraciət etmişdir. Müraciətindən sonra ona xəstəxanalara yönəldib, xəstəlik sənədlərini yenidən toplamasını istəmişlər. O da təxminən avqust ayına qədər sənədlərinin az bir hissəsini toplaya bilmişdir. 2021-ci ilin avqust ayının əvvəlində xəstəxanaya gedib-gələrkən Elşən adlı şəxsi tanımışdır. Belə ki, onun kimi pensiyasını bərpa etmək istəyənlər xəstəxanada Elşəni göstərib, pensiya məsələsini həll etdiyini demişlər. Bundan sonra özü Elşənə yaxınlaşıb pensiyanın kəsilməsi barədə məlumat vermişdir. Elşən ona “səni Bakıda xəstəxanaya aparacam, yenidən həkim yoxlanışlarından keçib, müəyyən sənədləri toplayacağsan” sözlərini demişdir. O da Elşənə tək gedə biləcəyi cavabını vermişdir. Elşən isə ona problem olmadığını, gedə biləcəyi təqdirdə xəstəxanadan müvafiq sənədləri aldığdan sonra ona verməli olduğumu demişdir. Həmin vaxt Elşən ondan 400 manat pul istəmiş, o da sonuncuya 1-2 günə verə biləcəyini demişdir. 2021-ci ilin avqust ayının ortalarında X11 Rayon Xəstəxanasında görüşüb 400 manat pulu sonuncuya vermişdir. İşi ilə əlaqədar olaraq 2021-ci ilin dekabr ayının əvvəlində İmişi RMX-dan göndəriş alıb Bakı şəhərinə getmiş, Bakı şəhərində 5 saylı xəstəxananın arxa tərəfində yerləşən, adını tam xatırlamadığı “Kardiologiya İnstitu” adlanan klinikdan həkim yoxlanışlarından keçib cavablarını alaraq İmişli rayonuna qayıtmışdır. Bundan sonra Elşənlə 2022ci ilin yanvar ayında yenə İmişli MRX-da görüşüb sənədləri ona vermişdir. Elşən müəyyən xərclər üçün 600 manat pul lazım olduğunu demiş, o da pulu hazırladıqdan sonra verəcəyini demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Elşənlə İmişli RMX-da görüşüb, xəstəxananın həyətində 600 manat pul vermişdir. Elşən pulu aldıqdan sonra ona 1-2 dəfə də xəstəxananada müalicə üçün müraciət etməsini istəmişdir. Elşənin bu istəyini icra edib xəstəliyi ilə bağlı müvafiq sənədləri toplayıb sonuncuya vermişdir. Elşən ona sistemin sənədləri qəbul edən kimi pensiyanın bərpa olacağını bildirmişdir. Bundan sonra Elşənlə 3-4 ay ərzində əlaqə saxlamamış, Elşəndən bir səs çıxmadığını görüb evinə və xəstəxanaya dəfələrlə getmiş, Elşəni tapa bilməmiş, zəng vurmuş, zənglərinə cavab verən olmamışdır. Hazırda baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənildiyindən ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, onun özünə məxsus İmişli rayon Muradxanlı kənd ərazsində ferması vardır. İmişli rayonu, Ağamalılar kənd sakini X1 fermada sağıcı kimi işləyir. 2019-cu ildə Tünzalə ağır xəstəlikdən Bakı şəhərində yerləşən Respublika Mərkəzi Xəstəxanasında 5-6 ay müayinə olunmuşdur. Tünzalə müayinədən sonra işə başlamışdır. Tünzalə işləri görən zaman ağrıları artmışdır. O da Tünzaləyə kömək etmək istəmişdir. Bunun üçün Tünzalədən xəstəlik sənədlərini istəmiş və sonuncu da həmin sənədləri ona təqdim etmişdir. O da sənədləri götürüb, İmişli mərkəzi rayon xəstəxanasına Tünzaləyə pensiya düşüb-düşmədiyini öyrənmək üçün getmişdir. Xəstxanada qarşısına Qəhraman Əmirov çıxmışdır. Onun Qəhraman ilə əvvəldən münasibəti olduğundan sonuncu ondan nə üçün xəstəxanaya gəldiyini soruşmuş və o da sonuncuya işçisi olan Tünzalə adlı qadına pensiya düşüb-düşmədiyini öyrənmək üçün gəldiyini demişdir. Qəhrəman isə ona tanışı olduğunu və pensiya düzəldə biləcəyini demişdir. Xəstəxanada olarkən Qəhraman tanışına zəng vurub “Qohum adam var. Ona köməklik edə bilərsən” sözlərini demiş, Qəhrəman telefonla danışıb qurtardıqdan sonra tanışının Təqsirləndirilən şəxs1 olduğunu deyib, Elşənin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini ona vermiş və o da nömrəni öz telefonunun yaddaşına yazmışdır. Sonra Tünzalənin xəstəlik sənədlərini xəstəxananın qeydiyyat şöbəsində yoxlatdırmışdır. Şöbədə ona Tünzalənin sənədlərinin tam olmadığını, digər müayinələrini yarımçıq etdiyini demişlər. Bu hadisənin üzərindən 2-3 gün keçdikdən sonra Elşənə zəng vurub tanışlıq vermiş, sonuncu ona İmişli mərkəzi rayon xəsətəxanasının qarşısında yerləşən çayxanada görüşməyi təklif etmişdir. Həmin gün günorta saatlarında Elşənlə deyilən yerdə görüşmüşlər. Elşən Tünzalənin sənədlərinə baxıb problemin olmadığını, düzələ biləcəyini və xərci olduğunu demişdir. Elşəndən xərcinin nə qədər olduğunu soruşmuş, Elşən 3000 manat xərci olduğunu və 3 ay müddətinə düzəldəcəyini demişdir. O, Elşənlə razılaşmışdır. Bu söhbətin üzərindən 1 həftə keçdikdən sonra Qəhramana zəng vurub, Elşənlə danışdığını və işi düzəldəcəyi barədə söz verdiyini, bunun üçün 3000 manat pul istədiyini demiş və buna görədə Elşənin etibarlı bir adam olub-olmadığını soruşmuşdur. Qəhrəman isə ona Elşənin düz adama oxşadığını, problemin olmayacağını demişdir. Sonra Qəhrəmanla birlikdə gedib Elşənlə görüşüb pul verməyi təklif etmişdir. Qəhrəman onunla razılaşmışdır. Onlar birlikdə yenə xəstəxananın qarşısındakı çayxanada görüşmüşlər. Elşənlə görüşən zaman, Elşənə 2500 manat pul və sənədləri vermiş, yerdə qalan 500 manatı isə iş düzəldikdən sonra verəcəyini demişdir. Elşən onunla razılaşmışdır. Bu hadisənin üzərindən 3 ay keçdikdən sonra Elşənə zəng vurub işin nə üçün hazır olmadığını soruşmuş, sonuncu ona pandemiya ərəfəsi olduğu üçün işlərin dayandığını, buna görədə iş görə bilmədiyini bildirmişdir. Pandemiya bitdikdən sonra dəfələrlə Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşmuşdur. Elşən ona bu gün-sabah həll olacağını deyərək onu yola vermişdir. 2022-ci ilin yanvar ayının 5-10-u arası tarixlərdə Elşənə zəng vurub, işin nə üçün düzəlmədiyini soruşmuşdur. Elşən ona mart ayında işin hazır olacağını, əlavə xərcə düşdüyünü deyib, yerdə qalan 500 manat məbləğində olan puluda istəmişdir. Səhəri günü Qəhrəmanla görüşüb, yenə xəstəxananın qarşısında yerləşən çayxanaların birində görüşüb, 500 manat məbləğində pulu Elşənə vermişdir. 2022-ci ilin mart ayında Elşənə zəg vurub işin nə yerdə olduğunu soruşmuş, Elşən yenə ona mart ayının sonunadək işin hazır olacağını demişdir. Həmin gündən bəri Elşənə dəfələrlə zəng vurmuş, lakin onun zənglərinə cavab verməmişdir. Elşən ona yalandan vəd verib aldatmaqla 3000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənildiyindən onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Şahid4 ifadəsində göstəmişdir ki, təxminən bir il əvvəl İmişli rayondakı çayxanaların birində oturan vaxt Şahid2 ondan 2011-ci ildən xəstəliyi ilə bağlı pensiya aldığı və verilməsi dayandırılmış pensiyasının bərpə edilib edilmədiyini soruşmuş, o da Tarifə yaxınlarda düzələcyini demişdir. Tarif ondan imkanı daxilində işçisinin anasınada pensiya düzəltməsinə köməklik etməsini xahiş etmişdir. O da Tarifə maraqlanıb məlumat verəcəyini demişdir. Bu söhbətdən bir gün sonra İmişli şəhərində yerləşən “Nuray” şadlıq sarayının qarşısında Qəhrəman adlı şəxsi görmüş və onu 2009-cu ildən tanıyır. Qəhrəman onun işçisi olmuşdur. Söhbət əsnasında Qəhrəmana bir nəfər adam olduğunu və ona pensiya işinə köməklik göstərmək lazım olduğunu demişdir. Qəhrəman isə ona bu işi həll edə biləcəyini demişdir. Bundan sonra o, Tarifin yanına getmiş və Qəhrəman adlı şəxsin pensiya düzəltmək işinə kömək edə biləciyini demişdir. Tarif də ona köməklik etməsi üçün Qəhrəmandan xahiş etməsini istəmişdir. Bundan sonra Qəhrəmanla görüşüb işin qiymətini soruşmuşdur. Qəhrəmanda işi 1500 manata həll edəcəyini demişdir. Qəhrəman ona pulun 300 manatını əvvəlcədən Bakıya şəhərində növbə tutması üçün verməli olduğunu demiş, o da bu sözləri Tarifə demişdir. Tarif də onunla razılaşıb 300 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra Qəhrəmanla əlaqə saxlayıb 300 manat pulu aldığını demiş, sonra Qəhrəmanla İmişli şəhəri ərazisində görüşüb həmin pulu sonuncuya vermişdir. Təxminən 10-15 gün sonra Qəhrəman mobil telefonla onunla əlaqə saxlayıb Bakı şəhərində növbə götürdüyünü və qalan 1200 manat pulu hazırlamasını, gecə saat 04 radələrində birlikdə Bakı şəhərinə gedəcəkələrini bildirmişdir. Buna görə Tarifə qalan 1200 manat pulu hazır etməsini demişdir. Həmin gün Tarifdən aldığı 1200 manat pulu Qəhrəmana vermişdir. Bundan sonra Tərbiyə xanım Qəhrəmanla birlikdə Bakı şəhərinə getmişlər. 20 gün sonra Tərbiyyə adlı qadının sənədlərinə imtina cavabı gəlmişdir. Təkrar müayinədən keçməsinə baxmayaraq yenə də imtina cavabı gəlmişdir. Bundan sonra işin düzəlmədiyini görən Tarif ondan iş düzəlmədiyi üçün Qəhramana verdiyi pulu alıb qaytarmasını istəmişdir. O, bu sözərləri Qəhrəmana dedikdən sonra sonuncu ona narahat olmamalarını, özünün hər şeyi həll edəcəyini və həmin qadına pensiya düzəltdirəcəyini demişdir. Həmin gündən bəri hələ də pensiya işi düzəlməmiş və Tərbiyyənində pulunu qaytarılmamışdır. Təxminən 4 ay əvvəl Elşən adlı şəxs onunla əlaqə saxlayıb Tariflə onu İmişli şəhəri ərazisində olan çayxanaların birinə dəvət etmişlər. Onlar söhbət edən zaman Elşən onlara səbirli olmalarını, gec-tez pensiya işini özünün həll edəcəyini, düzəlmədiyi və yaxud düzəlməsi üçün tələb olunan vaxtı gözləmələri üçün öz cibindən pulu qaytaracağını demişdir. Elşən həmin vaxt özü pulları Qəhrəmanın ona verdiyni və bu işə cavabdeh olduğunu etiraf etmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq hələ də iş düzəlməmişdir. İş üzrə Şahid2 ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Mil-Muğan regional filalının 19 yanvar 2023-cü il tarixli 3-17-1/2-10799/2023 saylı məktubda göstərilmişdir: - Zərərçəkmiş şəxs4 İİ dərəcəli əlilliyə görə 31 yanvar 2021-ci il tarixədək 259,78 (iki yüz əlli doqquz manat, yetmiş səkkiz qəpik) mmanat məbləğində pensiya almış, 1 iyun 2021-ci il tarixdən əlillik müddəti bitdiyinə görə pensiya ödənişi dayandırılmışdır (iş nömrəsi: 070840). Hal-hazırda heç bir növ müavinət və təqaüd almır. - Zərərçəkmiş şəxs2 hal-hazırda heç bir növ müavinət, təqaüd və pensiya almır. - Zərərçəkmiş şəxs3 İİ dərəcəli əlilliyə görə 30 sentyabr 2021-ci il tarixədək 259,78 (iki yüz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pensiya almış və 1 oktaybr 2021-ci il tarixdən əlillik müddəti bitdiyinə görə pensiya ödənişi dayandırılmışdır (iş nömrəsi: 031713). Halhazırda heç bir növ müavinət və təqaüd almır. (cild 1. i/v 233) İşdə olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” X12 25 yanvar 2023-cü il tarixli PHŞ-6-46/2- 94/2023 saylı məktubda göstərilmişdir ki; - İmişli rayonu, Cəfərli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 14, mənzil 9 ünvanında yaşayan 23 sentyabr 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 7 dekabr 2021-ci il tarixdə “Stenokardiyanın digər formaları, Mitral (qapağın) çatmamazlığı, 31 mart 2022-ci il və 21 may 2022-ci il tarixlərdə “Stenokardiyanın digər formaları” , 29 avqust 2022-ci il tarixdə “Buynuz qişanın neovaskulyarizasiyyası” diaqnozları ilə “İmişli RMX” PHŞ-nə ambulator müraciətləri olmuşdur. - İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 10, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşayan, 18 oktyabr 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 şəkər xəstəsi kimi qeydiyyatdadır. Zərərçəkmiş şəxs2 17 dekabr 2021-ci il və 11 aprel 2022ci il tarixlərdə “Göz yaşı axacaqlarının stenozu v çatışmamazlığı”, 19 dekabr 2022-ci il tarixdə “Digər atopik dermatiplər”, 20 aprel 2022-ci il tarixdə “Yuxu pozğunluğu”, 02 sentyabr 2022-ci il tarixdə “baş ağrılarının digər sindromları” diaqnozu ilə xəstəxanay ambulator müraciətləri olmuşdur. O, 15 yanvar 2016-cı il tarixdə saat 09:20-də “Uşaqlığın leyomioması” diaqnozu ilə xəstəxanaya və daxil olmuş və 23 yanvar 2016-cı il tarixdə saat 12:00-da xəstəxanadan çıxmışdır. - İmişli şəhəri, Ə.Qurbanov küçəsi ev 24 ünvanında qeydiyyatda olmaqla yaşayan 15 dekabr 2022-ci il tarixdə anadan olmuş,Zərərçəkmiş şəxs3 hər-hansı bir xəstəliklə bağlı xəstəxanaya müraciət etməmişdir. Məktubda adı qeyd olunan hər üç vətəndaş ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. (cild 1. i/v 239-240) İşdə olan “İmişli rayon Mərkəzi Xəstəxanası” X13 17 mart 2023-cü il tarrixli PHŞ-6-46/2- 382/2023 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1, X1nın və Zərərçəkmiş şəxs2nın “İmişli RMX” PHŞ-dəm X3 müraciətləri barədə elektron alt sistemə işlənmiş Forma 88 və imtina verilməsi barədə cavablar məktuba əlavə olunmuşdur. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 barələrində elektron alt sistemdə hər hansı bir məlumat aşkar edilməmişdir. (cild 2. i/v 73-84) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, hər biri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumla, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs1 məhkum edilməmişdir. (c.i.1-ci cild, i/v 211) İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs2 məhkum edilməmişdir. (c.i.1-ci cild, i/v 113) Zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin böyük hissəsini ödəyərək onlarla barışıq əldə etməsi və əməlindən səmimi peşmanlıq çəkməsi Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən hallardır. Zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin böyük hissəsini ödəyərək onlarla ə barışıq əldə etməsi və əməlindən səmimi peşmanlıq çəkməsi Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan 14 fevral 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 2. i/v 46-51) İşdə olan 18 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 2. i/v 149-154) İşdə olan İmişli Rayon Məhkəməsinin 1(036)-42/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilib olduğu yerin müəyyən edilərək tutulması üçün haqqında axtarış elan edilmişdir. İşdə olan AR DİN RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 83/2-14931 saylı məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində İmişli RPŞnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə İmişli rayonu Qaralar kəndi ərazisində tutularaq İmişli RPŞ MSY-ə təhvil verilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin Qərarın 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən həbsdə saxlandığı müddət onun cəza müddətinə hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 ( iki) il 4 (dörd) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 ( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar