Məhkəmə qərarları › İş №1(036)-42/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-42/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-42/2024 21.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X7, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1999-cu ildə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 15 oktyabr 2023-cü il tarixdə, saat 21:40 radələrində idarə etdiyi “BMW 528” markalı, **-TV-*** dövlət qedyiyyat nişanlı avtomobillə İmişli rayonu, Murğuzallı kəndindən İmişli rayonu, Mürsəlli kəndi istiqamətində hərəkətə başlamamışdan əvvəl, Murğuzallı kəndi ərazisində yola bitişik ərazidən əsas yola çıxarkən, yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-cı maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, idarə etdiyi avtomobili İmişli rayonu, Mürsəlli kəndi istiqamətində idarə etmək üçün torpaq yoldan əsas asfalt beton yola çıxararaq sol tərəfindən, yəni İmişli rayonu, Mürsəlli kəndi istiqamətindən İmişli rayonu, Murğuzallı kəndi istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib hərəkətini davam etdirmiş və nəticədə avtomobilin qabaq sağ tərəfi ilə onunla əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, **-LO- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə İmişli-Qaraqaşlı-Saatlı avtomobil yolunun İmişli rayonunun Murğuzallı kəndinin ərazisindən keçən hissəsində toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və ehtiyatsızlıqdan “VAZ-2106” markalı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması, soldan 3, 4, 5, 6, 7, 8, 9, 10-cu və sağdan 3, 4, 5, 6, 7, 8, 9-cu qabırğaların yerdəyişən sınığı, ikitərəfli hematorarksla müşayiət olunan döş qəfəsinin qapalı küt travnası, sağ gözün bayır bucaq nahiyəsində yara, sağ bud çanaq oynağın yumşaq toxumalarının əzilməsi, sifətin və burunun sıyrıqlarından ibarət sağlamlığa ağır zərər vurulmasına, ehtiyatsızlıqdan sərnişin Zərərçəkmiş şəxs3 çənəaltı nahiyədə yara, sağ çənə sümüyünün oynaq başının qəlpəli, yerdəyişmiş sınığı, bədən səthində sıyrıqlardan ibarət sağlamlığına az ağır zərər vurulmasına, ehtiyatsızlıqdan sərnişin Zərərçəkmiş şəxs2 gözün üst qapağında yara, sağ qamış sümüyünün iç kondilusunda (iç topuqda) yerinidəyişməyən sınığı, sol mil-biləmk oynağın yumşaq toxumaların əziyindən ibarət sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərdi ki, atası Azad Süleymanova məxsus “BMW” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili etirbnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün “BD” seriyalı 023174 nömrəli sürücülük vəsiqəsi vardır. 15 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində qardaşı Nurpaşa ilə birlikdə onlarla eyni kənddə yaşayan bibisi Lətifə Quliyevanın evinə qonaq getmiş və həmin vaxt avtomobili özü idarə etmişdir. Təxminən saat 21:30 radələrində bibisigildən geri qayıdan zaman asfaltbeton örtüklü yola çıxmazdan əvvəl İmişli rayonu, Murğuzallı kəndi istiqamətinə, yəni onların hərəkətinin əks istiqamətindən bir avtomobil gəldiyini görmüşdür. Həmin avtomobil onlardan uzaq olduğu üçün yola çıxmış və yola düzəldikdən sonra həmin avtomobil işıqlarını yaxın işıqlara keçirtmişdir. Həmin vaxt aralarında 50-60 metr məsafə olmuşdur. O, öz yolu ilə, digər avtomobil isə öz yolu ilə hərəkətinə davam etmişdir. Həmin avtomobil onlara çatmağına 8- 9 metr qalmış ani olaraq istiqamətini dəyişərək onların üzərinə doğru hərəkət etmişdir. Məsafə az olduğu üçün hadisədən yayına bilməmiş və həmin avtomobil ilə toqquşmuşdur. Toqquşmadan sonra zərbənin təsirindən idarə etdiyi avtombil burularaq əks yola düşmüş, digər avtomobil isə onun hərəkət etdiyi yolun üzərində qalmışdır. Hadisə baş verdikdən sonra avtomobildən dərhal düşmüş və digər avtomobildə olan sürücü və sərnişinlərə kömək edib avtomobildən düşürtmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, “VAZ 2106” markalı avtomobillə toqquşmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır, bu ifadəni təyin olunacaq cəzadan yaxa qurtarmağa yönəlmiş və özünü müdafiə xarakterli ifadələr hesab edir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədindirmə istintaq hərəkəti, hadisə yerinə və avtomobilə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-yol nəqliyyat hadisələri, məhkəmə-tibbi və məhkəmə kimyəvi ekspertizalarının rəyləri, və digər istintaq hərəkətləri protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, həyat yoldaşı Rita Abdullayevanın adına olan “VAZ-2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili etibarnamə əsasında idarə edir. 15 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində oğlu Əfras toydan içkili halda evə gəlmişdir. Həmin vaxt Əfras özünü narahat hiss etdiyinə görə onu xəstəxanaya aparıb, müayinə etdirmək üçün oğlunu həmin avtomobilin arxa oturacağına mindirmişlər. Nəvəsi Rəvanə sürücü tərəfdən arxada oturmuş, digər nəvəsi Rövşən isə ön sərnişin oturacağında oturmuşdur. O, avtomobili idarə edib İmişli rayonu istiqamətində hərəkət etmişdir. İmişli rayonu, Murğuzallı kəndi ərazisində 70 metr məsafədən yolun getidiyi istiqamtə sağ tərəfdən bir avtomobilin ara yoldan əsas yola çıxmaq istədiyini görmüşdür. Həmin avtomobilə uzaq vuran işığı yandırıb-söndürməklə işarə vermişdir. 50 metr məsafə qalmış sonradan ona məlum olan “BMW” markalı avtomobil yola çıxmış və 20 metr məsafədən üzərinə doğru gəldiyini görmüşdür. O, avtomobilin üzərinə gəldiyini görən kimi əyləcdən istifadə edərək, avtomobili yolun əks istiqamətinə sürmüşdür ki, hadisədən yayınsın. Həmin vaxt “BMW” markalı avtomobil öz yoluna qayıtmış və toqquşma hadisəsi baş vermişdir. Hadisə zaman o, və avtomobildə olan sərnişinlər müxatəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün xəstəxanaya aparılmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, 15 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində atası Əfras toydan içkili vəziyyətdə evə gəlmişdir. Atası həmin vaxt özünü narahat hiss etdiyinə görə babası Şakir atasını xəstəxanaya aparıb, müayinə etdirmək istəmişdir. Onlar babasına məxsus “VAZ 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişlər. Bacısı sürücü tərəfdən arxada oturmuş, atası isə uzanaraq başını bacısı Rəvanənin dizinin üzərinə qoymuş, o isə ön sərnişin oturacağında oturmuşdur. Babası avtomobili idarə edərək İmişli rayonu istiqamətində hərəkət etmişlər. İmişli rayonu, Murğuzallı kəndi ərazisində babası Şakir “Ay Allah bu nağarır” sözlərini 2 dəfə təkar etmişdir. Həmin vaxt o, başını aşağı salaraq əlində olan mobil telefonla oyun oynayırdı. Babasının bu sözlərindən sonra başını qaldırıb yola baxmışdır. Qarşıdan gələn avtomobilin işığı onun gözünə düşmüş və elə bu vaxt toqquşma hadisəsi baş vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərdi ki, 15 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində toydan içkili halda evə gəlmişdir. Həmin vaxt özünü narahat hiss etmişdir. Bunu görən də atası Şakir onu xəstəxanaya aparıb, müayinə etdirmək istəmişdir. Atası onu özünə məxsus “VAZ 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına otuzdurmuşdur. Qızı Rəvanə sürücü tərəfdən arxada oturmuş o isə uzanaraq başını Rəvanənin dizinin üzərinə qoymuşdur. Oğlu Rövşən isə ön sərnişin oturacağında oturmuşdur. Atası avtomobili idarə edərək İmişli rayonu istiqamətində hərəkət etmişlər. İmişli rayonu, Murğuzallı kəndi ərazisində olarkən qəfildən möhkəm səs eşitmişdir. Bundan sonra onların avtomobili ilə başqa avtomobilin toqquşmasını bilmiş və həmin vaxt baş verən hadisəni görməmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək göstərdi ki, atası Azad Süleymanova məxsus “BMW” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 15 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində onlarla eyni kənddə yaşayan bibisi Lətifə Quliyevanın evinə qardaşı Qorxmazla birlikdə qonaq getmişlər və həmin vaxt atasına məxsus avtomobili Qorxmaz idarə etmişdir. Təxminən, saat 21:30 radələrində bibisigildən çıxaraq evilərinə qayıdan zaman asfaltbeton örtüklü yola çıxmazdan əvvəl İmişli rayonu, Murğuzallı kəndi istiqamətinə, yəni onların hərəkət istiqamətinin əks istiqamətində bir avtomobil gəldiyini görmüşlər. Həmin avtomobil onlardan uzaq olduğu üçün qardaşı yola çıxmışdır. Yola düzəldikdən sonra həmin avtomobil işıqlarını yaxın işıqlara keçirtmişdir. Həmin vaxt aralarında 50-60 metr məsafə olmuşdur. Hər şey normal qaydasında olmuşdur. Onlar öz yolunda, digər avtomobil isə öz yolu ilə hərəkətinə davam edirmiş. Həmin avtomobilin onlara çatmağına 8-9 metr qalmış ani olaraq istiqamətini dəyişərək onların üzərinə doğru hərəkət etmişdir. Məsafə az olduğu üçün qardaşı Qorxmaz hadisədən yayına bilməmiş və həmin qarşıdan gələn avtomobil ilə toqquşmuşdur. Toqquşmadan sonra zərbənin təsirindən onların avtombili burularaq əks yola düşmüş, digər avtomobil isə onlaırn hərəkət etdiyi yolun üzərində qalmışdır. Hadisə baş verdikdən sonra avtomobildən dərhal düşmüşlər və digər avtomobildə olan sürücü və sərnişinlərə kömək edib avtomobildən düşürtmüşlər. Həmin vaxt onlara məlum oldu ki, “VAZ 2106” markalı avtomobillə toqquşmuşlar və avtomobildə olan sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərmək üçün təcili tibbi yardım xidmətinə zəng etmişdir. Həmin vaxt oraya gələn digər şəxslər də onlara köməklik etmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli protokolla müəyyən olur ki, hadisə İmişli rayonu, Murğuzallı kəndi ərazisində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü, yolda qırıq qırıq xətt olmaqla, quru və hamardır. Həmin yolda hərəkət surəti 60 km/saatdır. Asfalt yolun hərəkət hissəsinin eni 5,60 metr olmaqla, 2 zolaqlıdır. Yolun İmişli rayonu, Murğuzallı kəndi istqamətində hər iki tərəfdən 1,0 metr enində yol çiyni vardır. Yol çiynindən sonra İmişli rayonu, Murğuzallı kəndi istiqamətinə qaz borusu, Mürsəlli kəndi istiqamətində isə boş sahə vardır. Hadisə zamanı "BMW 528" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində bir nəfər sərnişin olmuş, yük yerində əlavə yük olmamışdır. “Vaz 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə 3 nəfər sərnişin olmuş, yük yerində isə əlavə yük olmamışdır. Hadisə asfalt yolun üzərində İmişli rayonu, Murğuzallı kəndi istiqamətində "BMW 528" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkət istiqamətində baş vermişdir. “VAZ 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qarşı tərəfin hərəkət zolağına çıxmaqla 12 metr uzunluğunda tək təkərin tormoz izi vardır. "BMW 528" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə aid sürtünmə və ya tormoz izi aşkar edilməmişdir. "BMW 528" markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı minik avtomobil hadisə yerindən, yolun əks istiqamətində, İmişli rayonu, Murğuzallı kəndi istiqamətində 6,10 metr məsafəyə düşmüş “VAZ 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində, İmişli rayonu, Mürsəlli kəndi istiqamətində düşmüş, toqquşmadan sonra avtomobillər arasında məsafə 4,80 metrdir. Toqquşma yol nəqliyyat hadisəsi asfalt yolun sol kənarından 2.20 metr məsafədə "BMW 528" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkət zolağında baş vermişdir. “Avtomobilə və nəqliyyat vasitəsinə baxış keçiriləmsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil “BMW 528” markalı, **-TV-*** dövlət qedyiyyat nişanlı minik avtomobilidir. Avtomobil 1996-cı ilin buraxılışı olmaqla, açıq yasəmən metallik rəngdədir. Avtomobilin ban nömrəsi isə WBADD61090BR0209-dİr. BD № 453303 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil X4 mülkiyyətindədir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin idarə edilməsi barədə verilmiş etibarnamə əsasında avtomobili idarə edir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin salonu və bayır kuzov hissəsi təmiz vəziyyətdədir. Avtomobilin mühərrik hissəsinin qapısı, sağ ön hissəsi, sağ uzaq vuran və duman əlehinə işıqları sınmış, radiotor barmaqlıları və bufer sınmış, sağ yan qanad əzilmişdir. Avtomobilin ön sərnişin oturacağında hava yastığı açılmışdır. "xxxx" MMC-nin 16 oktyabr 2023-cü il tarixli zərər aktından görünür ki, “BMW 528” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4730 (dörd min yeddi yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. “Avtomobilə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil “VAZ 2106” markalı, **-LO-*** dövlət qedyiyyat nişanlı minik avtomobilidir. Avtomobil 1990-cı ilin buraxılışı olmaqla, boz metallik rəngdədir. Avtomobilin ban nömrəsi isə XTA210630L22364994-dür . AD № 068813 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil X5 mülkiyyətindədir. Zərərçəkmiş şəxs1 avtomobili nəqliyyat vasitəsinin idarə edilməsi haqqında verilmiş etibarnamə əsasında idarə edir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin salonu və bayır kuzov hissəsi qismən çirkli vəziyyətdədir. Avtomobilin ön hissəsi, bütöv, sağ və sol qapıları, əzilmiş, alın şüşəsi, ön işıqlar, yan güzgülərsol ön disk və təkər, ön oturacağlar, şit, rul hissəsi sınmışdır. "xxxx" MMC-nin 16 oktyabr 2023-cü il tarixli zərər aktından görünür ki, “Vaz 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3255 (üç min iki yüz əlli beş) manat məbləğində maddi ziyan dəymişdir. İmişli Regional Qİ və TB şöbəsindən daxil olmuş 14 yanvar 2024-cü il tarixli, 016-3-13- 164/2-49/2024 saylı mətubdan görünür ki, İmişli rayonu, Murğuzallı kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “B1,B,C1,C” dərəcəli, 023174 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. İmişli rayonu, Mürsəlli kənd sakini Zərərçəkmiş şəxs1 18.10. 2019-cu il tarixdə “B” dərəcəli, AF 502098 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 15 oktyabr 2023-cü il tarixli, 576 nömrəli aktında görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə ayıq olmuşdur. Məhkəmə kimyəvi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 3788/K nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil, spirtləri, babitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metafetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələti, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2023-cü il tarixli, 855 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 – çənəaltı nahiyədə yara, sağ çənə sümüyünün oynaq başının qəlpəli, yerdəyişmiş sınığı, bədən səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şaraitdə, yəni 15 oktyabr 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmət-tibbi ekspertizasının 10 noyabr 2023-cü il tarixli, 856 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 – sol gözün üst qapağında yara, sağ qamış sümüyünün iç kondilusunda (iç topuqda) yerini dəyişməyən sınığı, sol mil-biləmk oynağın yumşaq toxumaların əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 15 oktyabr 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 28 fevral 2024-cü il tarixli, 113 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 – baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması, soldan 3,4,5,6,7,8,9,10-cu və sağdan 3,4,5, 6,7,8,9-cu qabırğaların yerdəyişən sınığı, ikitərəfli hematorarksla müşayiət olunan döş qəfəsinin qapalı küt travnası, sağ ngözün bayır bucaq nahiyəsində yara, sağ bud çanaq oynağın yumşaq toxumalarının əzilməsi, sifətin və burunun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 15 oktyabr 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 5 mart 2024-cü il tarixli, 8/463 nömrəli rəyindən görünür ki, “BMW 528” markalı, **-TV-*** dövlət qedyiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 16 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının Murğuzalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirir və onun təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olaraq tanınmış “BMW” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və İmişli Rayon Polis Şöbəsinin müvəqqəti duracağında saxlanılan “VAZ 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olaraq tanınmış “BMW” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olaraq tanınmış və İmişli Rayon Polis Şöbəsinin müvəqqəti duracağında saxlanılan “VAZ 2106” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin ekspertizasının keçirilməsi ilə əlaqədar 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar