Məhkəmə qərarları › İş №1(036)-42/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-42/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-42/2025 23.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X10 şikayətini onunla əsaslandırmışdır ki, Təhsilmedia.az saytının redaktoru X11 “Facebook” sosial şəbəkəsində “Təhsil formu” adlı səhifə üzərindən anası, Sabirabad rayon Əhmədabad kənd ümumtəhsil məktəbinin keçmiş direktoru X4 barəsində şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuzuna xələl gətirən və həqiqətə uyğun olmayan yalan məlumatlar yaymışdır. Ona görə də hesab edir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalı, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib 3 ilədək müddətə və həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Xüsusi ittihamçı X10 məhkəməyə ərizə təqdim edərək şikayətin baxılmamış saxlanılmasına xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin baxılmamış saxlanılması cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmadığından xüsusi ittihamçı X5 bu barədə ərizəsinə müsbət hüquqi qiymət vermək mümkün deyildir. Digər tərəfdən xüsusi ittihamçının ittihamdan imtina edib-etməməsi məsələsi də məhkəməyə məlum deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə materiallar üzrə baxılaraq CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması, habelə onun icraata qəbul edilib-edilməməsi üçün əsasların mövcudluğu müəyyən edilməlidir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin materiallarını tədqiq edərək hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, X11 tərəfindən X6 qarşı hər hansı hüquq pozmalarına yol verilməmiş, hüququnun pozulması ehtimal olunan şəxs X3r. İş materiallarından görünür ki, X4 tərəfindən X6 təmsilçiliklə bağlı etibarnamə verilmiş, həmin etibarnaməyə əsasən X1 Nəsibə Hüseynqulu qızının adından məhkəməyə verilmiş ərizə və şikayətləri imzalamaqda səlahiyyətli olmuşdur. Lakin xüsusi ittiham qaydasında şikayət X2 adından deyil, təmsil edən X5 adından verilmişdir. Məhkəmə qeyd edir ki, X4 tərəfindən X6 verilmiş etibarnamə sonuncunun özünü xüsusi ittihamçı qismində cəlb etməsinə əsas vermir. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət hüququ olmayan şəxs tərəfindən verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 №-li Qərarına əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar