Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-43/2023 29.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi , Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və müdafiəçi X12 iştirakı ilə, xx.xx.1956-cı ildə İmişli rayonu Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, İmişli rayonu Qaravəlli kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə və "xxxx" MMC barəsində Azərbaycan Respublikası CM-nın 308.2 və 313-cü maddələri ilə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 19 yanvar 2018-ci il tarixli qərarla təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı İmişli rayonu, Qaravəlli kəndi olan "xxxx" MMC üzrə (VÖEN: **********) 31 yanvar 2018-ci il tarixli əmrə əsasən, həmin Cəmiyyətlərin direktoru olmaqla 19 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 iyul 2018-ci il tarixli 90-k nömrəli əmrinə əsasən həmin tarixdən İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi 91 ünvanında fəaliyyət göstərən İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilməklə, həmin Xəstəxananın 29 noyabr 2019-cu il tarixdə X39 çevrilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ üzrə 27 fevral 2020-ci il tarixli 47-1 nömrəli əmrə əsasən həmin tarixdən “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsinə keçirilməklə 01 iyun 2021-ci il tarixə kimi həmin vəzifədə işləmiş X10 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü, habelə rəhbərlik etdiyi hüquqi şəxs "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış və 2018-2019-cu illərdə İmişli rayon Mərkəzi Xəstəxanasına 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması”, 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” və 221200 “Mətbəə xərci” xərc yarımmaddələri üzrə malların satınalınması üçün nəzərdə tutulmuş və onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq, habelə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib tamah niyyəti ilə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursuna daxil etmək məqsədilə aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq, 2018-2019-cu illəri əhatə edən dövr ərzində həmin xərc yarımmaddələri üzrə satınalma müqavilələri ilə onlara həvalə edilmiş öhdəlikləri icra etməmək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq elektron qaimələr tərtib etməklə satınalınması nəzərdə tutulan malların İmişli rayon Mərkəzi Xəstəxanasına tam təhvil verilməsinə dair informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edib alqı-satqı münasibətləri görüntüsü yaratmaq, bununla da onlara etibar edilən pul vəsaitlərini müvafiq hesaba köçürərək nağdlaşdırmaqla bir hissəsini kotirovka sorğusunun məqsədlərinə uyğun sərf edib, qalan hissəsini aralarında bölərək, o cümlədən, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 9.889 manat olduğu “Mətbəə xərci” (221200) və 27.750 manat olduğu “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” (221100) xərc yarımmaddələri üzrə elan edilmiş kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il tarixli yekun protokolları ilə qalib elan edilmiş və İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında 25 iyun 2018-ci il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmaqla dövlət büdcəsindən "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ49AZPO******************** nömrəli hesabına EAAK 069679 nömrəli, 25 iyun 2018-ci il tarixli elektron qaimə və 27 iyun 2018-ci il tarixli, 4528 nömrəli ödəniş tapşırığı əsasında 4.450 manat, EAAK 072179 nömrəli, 25 iyun 2018-ci il tarixli elektron qaimə və 28 iyun 2018-ci il tarixli, 4624 nömrəli ödəniş tapşırığı əsasında 4.950 manat pul vəsaiti köçürülmüş, habelə cinayətkar qrupun üzvü Eynulla Qasımovun “Dövlət satınalmaları haqqında” 27 dekabr 2001-ci il Qanununun tələblərinə zidd olaraq “Tender komissiyasının yaradılması haqqında” 05 dekabr 2018-ci il tarixli 922(26) nömrəli əmrlə təşkil edilmiş komissiya üzvlərinin iştirakı təmin edilmədən, satınalma prosedurları keçirilmədən satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 32.390 manat olduğu “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” (225200) xərc yarımmaddəsi üzrə elan edilmiş kotirovka sorğuları üzrə qalib elan edilməsinə dair 19 aprel 2019cu il tarixli yekun protokolların nəticələrinin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin protokolu imzalamalarına dair cinayətdən xəbərsiz olan tender komissiyasının rəhbəri Şahid5 və komissiyanın digər üzvlərinə göstəriş verməklə, həmin protokollar əsasında İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında cinayətdən xəbərsiz olan Şahid5 tərəfindən öz imzası və Xəstəxananın “İmişli Mərkəzi Rayon Xəstəxanası” yazıları və Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edilmiş 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmış, özünün təsis etməklə təkbaşına rəhbərlik etdiyi "xxxx" MMC-ə məxsus gücləndirilmiş elektron imza vasitəsilə istintaqla müəyyən edilməyən ünvanda quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterdən istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “Eqaimə” altbölməsinə daxil olaraq xx.xx.2019-cu il tarixli, EAAW 811646 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” (225200) xərc yarımmaddəsi üzrə 22.492 manat dəyərində malların verilməsinə dair, xx.xx.2019-cu il tarixli, EBAE 036749 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya qeyd edilən xərc yarımmaddəsi üzrə 9.638 manat dəyərində malların verilməsinə dair informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edildikdən sonra, cinayətkar qrupun üzvü Eynulla Qasımov həmin saxta elektron qaimələr əsasında dövlət büdcəsindən həmin Cəmiyyətin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ49AZPO******************** nömrəli hesabına xx.xx.2018-ci il tarixli, 6556 nömrəli, xx.xx.2018-ci il tarixli, 7200 nömrəli, xx.xx.2018-ci il tarixli, 11102 nömrəli, xx.xx.2019-cu il tarixli, 5232 nömrəli və xx.xx.2019-cu il tarixli, 10764 nömrəli ödəniş tapşırıqları əsasında 56.964 manat məbləğində pul vəsaitini qeyd edilən saxta əsaslarla köçürüb həmin pul vəsaitinin özü tərəfindən istintaqla dəqiq müəyyən edilməyən tarixdə nağdlaşdırılmaqla əldə edilməsinə nail olaraq cinayətkar niyyətini həyata keçirib həmin Cəmiyyətin hesabına əvvəldən köçürülmüş və özü tərəfindən istintaqla dəqiq müəyyən edilməyən tarixdə nağdlaşdırılmış 9.400 manat da daxil olmaqla ümumilikdə 66.364 manat məbləğdə pul vəsaitindən “Mətbəə xərci” (221200) xərc yarımmaddəsi üzrə alınması nəzərdə tutulmuş hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 350 manat dəyərində 1.750 ədəd tələbnamə forması, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 500 manat dəyərində 2.500 ədəd sağlamlıq arayış cədvəli, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 200 manat dəyərində 1.000 ədəd analizə salınma blankı, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 400 manat dəyərində 2000 ədəd menyu tələbnamə, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 400 manat dəyərində 2000 ədəd mühasibatlıq blankı, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 600 manat dəyərində 3.000 ədəd idarənin firma blankı, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 600 manat dəyərində 3.000 ədəd arayış blankı, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 500 manat dəyərində 2.500 ədəd göndəriş blankı, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 500 manat dəyərində 2.500 ədəd qan analizi blankı, hər birinin dəyəri 0,20 manat olmaqla, cəmi 400 manat dəyərində 2000 ədəd sidik analizi blankı, “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” (221100) xərc yarımmaddəsi üzrə hər birinin dəyəri 8,50 manat olmaqla, cəmi 170 manat dəyərində 20 ədəd qeydiyyat üçün kitab, hər birinin dəyəri 7,55 manat olmaqla, cəmi 75,50 manat dəyərində 10 ədəd mühasibat sənədlərinin tikilməsi üçün qovluq, hər birinin dəyəri 0,93 manat olmaqla, cəmi 697,50 manat dəyərində 750 ədəd qələm, “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” (225200) xərc yarımmaddəsi üzrə alınması nəzərdə tutulmuş hər birinin dəyəri 42 manat olmaqla, cəmi 798 manat dəyərində 19 ədəd yataq dəsti, hər birinin dəyəri 290 manat olmaqla, cəmi 2.320 manat dəyərində 8 ədəd təcili tibbi yardım paltarının alınması üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 8.511 manat pul vəsaitini Eynulla Qasımovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talayıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmiş, həmin hərəkətləri ilə dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış pul vəsaitlərinin dövlətin bu sahədə fəaliyyət məqsədlərinə uyğun sərfi və vəsaitdən səmərəli istifadə edilməsi, qorunması üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi informasiya resursuna vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2018-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində "xxxx" MMC və "xxxx" MMC-ni təsis etmişdir. "xxxx" MMC-nin fəaliyyət sahəsi digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, "xxxx" MMC-nin fəaliyyət sahəsi isə pambığın becərilməsi olmuşdur. 2018-ci ilin yaz-yay aylarında İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahid3 xəstəxana üçün müxtəlif malların alınmasından ötrü pul vəsaitlərini nağdlaşdırmağı təklif etdikdə sonuncu ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Şahid3 keçiriləcək satınalmalarda təsis etdiyi Cəmiyyətləri qalib edərək həmin Cəmiyyətlə müqavilə bağlamalı, onun tərtib etdiyi elektron qaimələr əsasında Cəmiyyətin hesabına köçürüləcək pul vəsaitlərini nağdlaşdıraraq sonuncuya verməli, Şahid3 isə həmin vəsaitin 7% məbləğində ödəniş etməli olmuşdur. Belə ki, pul vəsaitlərinin nağdlaşdırılması zamanı 0,5% bank rüsumu, 1% nağdlaşdırma üçün dövlət rüsumu, 2% vergi xərcləri, 3,5% isə özünün qazancı olmuşdur. Bunlardan əlavə müqavilələrin hazırlanmasını da o, özü həyata keçirmişdir. Beləliklə, 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” və 221200 “Mətbəə xərci” xərc yarımmaddələri üzrə 18 may 2018-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında Tender komissiyasının yekun protokolları üzrə təsisçisi olduğu "xxxx" MMC qalib elan edilmişdir. Bundan sonra "xxxx" MMC ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında 25 iyun 2018-ci il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən 27.500 manat dəyərində 16 adda dəftərxana ləvazimatı və sair, habelə 9.639 manat dəyərində 11 adda çap məmulatını “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə təhvil verməyi, sonuncu isə "xxxx" MMC-nin hesabına həmin məbləğdə pul vəsaiti köçürməyi öz öhdəsinə götürmüşdür. Lakin Şahid3lə aralarında olan yuxarıda qeyd edilmiş şifahi razılaşmaya əsasən o, qeyd edilən malları satmasına dair elektron qaimələr hazırlamalı, qeyd edilən vəsait "xxxx" MMC-nin hesabına köçürüldükdən sonra həmin vəsaiti nağdlaşdıraraq Şahid3 verməli, sonuncu isə həmin əməliyyatlar üzrə Cəmiyyətin vergi borclarının ödənməsi və özünə qazanc kimi nağdlaşdırılan vəsaitin 7% məbləğində pulu ona verməli olmuşdur. Buna baxmayaraq Şahid3 işlədiyi dövr ərzində hər müqavilə üzrə cəmi bir dəfə, 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 072179 nömrəli qaimə əsasında 12.380 manat, 221200 “Mətbəə xərci” xərc yarımmaddəsi üzrə isə xx.xx.2018-ci il tarixli, 069679 nömrəli qaimə əsasında 4.450 manat pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitləri X24a vermişdir. Belə ki, 2018-ci ilin iyul ayında İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahid3 işdən çıxarılmış, həmin vəzifəyə Eynulla Qasımov təyin edilmişdir. Eynulla Qasımov vəzifəyə təyin edildikdən sonra onu yanına dəvət etdikdə, Şahid3 dövründə olan razılaşmanı bildirmiş, sonuncu həmin razılaşmaya əsasən işləyəcəklərini demişdir. Bundan sonra 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 521423 nömrəli qaimə əsasında 8.500 manat, xx.xx.2018-ci il tarixli, 633384 nömrəli qaimə əsasında 6.620 manat pul vəsaiti, 221200 “Mətbəə xərci” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 179327 nömrəli qaimə əsasında 2.540 manat, xx.xx.2018-ci il tarixli, 633384 nömrəli qaimə əsasında 2.649 manat pul vəsaiti Cəmiyyətin hesabına köçürülmüş o, həmin vəsaiti nağdlaşdıraraq Eynulla Qasımova vermiş və həmin vəsaitin 7% məbləğini geri almışdır. X24 eyni qaydada işləməyi təklif etdiyindən 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” xərc yarımmaddəsi üzrə 19 aprel 2019-cu il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında Tender komissiyasının yekun protokolu üzrə təsisçisi olduğu "xxxx" MMC qalib elan edilmişdir. Bundan sonra "xxxx" MMC ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında 03 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 32.130 manat dəyərində 11 adda yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimləri “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə təhvil verməyi, sonuncu isə "xxxx" MMC-nin hesabına həmin məbləğdə pul vəsaiti köçürməyi öz öhdəsinə götürmüşdür. X27 aralarında olan şifahi razılaşmaya əsasən o, qeyd edilən malları satmasına dair elektron qaimələr hazırlamalı, qeyd edilən vəsait "xxxx" MMC-nin hesabına köçürüldükdən sonra həmin vəsaiti nağdlaşdıraraq sonuncuya verməli, sonuncu isə həmin əməliyyatlar üzrə Cəmiyyətin vergi borclarının ödənməsi və özünə qazanc kimi nağdlaşdırılan vəsaitin 7% məbləğində pul verməli olmuşdur. Həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixli, 811646 nömrəli qaimə əsasında 22.492 manat, xx.xx.2019-cu il tarixli, 036749 nömrəli qaimə əsasında 9.638 manat pul vəsaiti Cəmiyyətin hesabına köçürülmüş, o, həmin vəsaiti nağdlaşdıraraq Eynulla Qasımova vermiş və həmin vəsaitin 7% məbləğində geri almışdır. Hazırda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə dəymiş maddi ziyan tam ödənilmiş, zərəçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Eyni zamanda bildirir ki, gələcəkdə bir daha belə hallara yol verməyəcək və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Maliyyə şöbəsinin müdiri – baş mühasib vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, X35 şöbələri və tibb müəssisələri üzrə maddi-məsul şəxslərin öhdələrində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 20 nəfər maddi-məsul şəxs üzrə cəmi 295 ədəd 70.378,33 manat dəyərində, o cümlədən 197 ədəd 24.490,55 manat dəyərində bərk inventar, 38 ədəd 3.604 manat dəyərində yumşaq inventarlar, 60 ədəd 42.283,78 manat dəyərində maşın və avadanlıqların çatışmazlığı müəyyən edilmişdir. Qeyd edilən inventarlar ümumiyyətlə alınmamış və paylanmamışdır. Bir çox hallarda həmin inventarların təhvil verilməsinə dair qaimələr Eynulla Qasımovun tapşırı əsasında Təsərrüfat şöbəsi tərəfindən maddi-məsul şəxslərə imzalatdırılsa da, mallar onlara verilməmişdir. Belə ki, kotirovka sorğuları və tenderlər formal olaraq keçirilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi olmadan hüquqi şəxs yaratmış şəxslərlə əlbir olaraq pul vəsaitləri nağdlaşdırılmışdır. Qeyd edilən maliyyə maxinasiyaları Eynulla Qasımov və İmişli rayonu üzrə Maliyyə İdarəsinin sabiq müdiri Rəhim Rəhimov tərəfindən həyata keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Maliyyə şöbəsinin mühasibatlıq bölməsinin mühasibi vəzifəsində işləyən Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2012-ci il tarixldən xx.xx.2018-ci il tarixədək İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional maliyyə müfəttişliyi tərəfindən 01 aprel 2016-cı il tarixdən 01 iyun 2018-ci il tarixə kimi olan dövrü əhatə edən təftiş aparılmış və 29 iyun 2018-ci il tarixli aktla müəyyən edilmiş çatışmazlıqların büdcəyə bərpası təmin olunmuşdur. 11 iyun 2018-ci il tarixdən yoxlama aparılmış və faktiki olaraq işdən çıxarıldığını bilmişdir. Bundan sonra cəmi 1 ay 5 gün müddətinə həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 iyul 2018-ci il tarixli 90-k nömrəli əmri ilə Eynulla Qasımov baş həkim vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövr ərzində inventarın alınması və sair məsələlər Xəstəxananın təsərrüfat şöbəsinin müdiri Hafiz Əliyevə həvalə edilmişdir. X40-19 virusuna yoluxmuş və ölmüşdür. İmişli rayonu ərazisində Təqsirləndirilən şəxs və Şahin Şükürovun təsis etdikləri Cəmiyyətlər vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılması işi ilə məşğul olduqları hamıya məlum olmuşdur. Həmin şəxslər özləri ona müraciət edərək pul vəsaitlərini nağdlaşdırmaqda köməklik edə biləcəklərini bildirmiş və həmin vəsaitin hazırda xatırlamadığı hissəsini qazanc kimi istəmişlər. 18 may 2018-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokollarına əsasən 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri”, 223200 “Maşınların ehtiyyat hissələri xərcləri” və 221200 “Mətbəə xərci” xərc yarımmaddələri üzrə "xxxx" MMC, 221310 “İdarənin digər xərcləri” xərc yarımmaddəsi üzrə "xxxx" MMC, 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” və 311220 “Digər maşın və avadanlıqlar” xərc yarımmaddələri üzrə "xxxx" MMC qalib elan edilmiş və həmin Cəmiyyətlərlə 25 iyun 2018-ci il tarixdə mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Habelə 18 aprel 2018-ci il tarixli Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokollarına əsasən Bərk inventarın alınması və avadanlıqların alınması üzrə "xxxx" MMC qalib elan edilmiş və həmin Cəmiyyətlə 25 aprel 2018-ci il tarixdə mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Lakin işlədiyi dövrdə həmin şikrətlərə pul vəsaitləri köçürülməmiş, habelə həmin Cəmiyyətlərin rəhbərləri tərəfindən ona pul verilməmişdir. İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ilin dekabr ayında İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilmiş və 2018-ci ilin avqust ayınadək həmin vəzifədə işləmişdir. Daha sonra TTYS-da şöbə müdiri vəzifəsinə keçirilmiş və 11 fevral 2022-ci il tarixdə təqaüdə çıxmışdır. 2018-ci ilin iyul ayınadək İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahid3 olmuşdur. Şahid3 tərəfindən verilmiş 5 yanvar 2018-ci il tarixli 04(3) nömrəli əmrə əsasən yaradılmış İmişli rayon Mərkəzi Xəstəxanasının tender komissiyasının sədri təyin edilmişdir. Həmin komissiya faktiki olaraq fəaliyyət göstərməmiş, habelə sədr və üzvlərin adları formal olaraq əmrə salınmışdır. 2018-ci il ərzində heç bir satınalma keçirilməmiş, satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokolu sədr kimi özünün və komissiyanın digər üzvlərinin iştirakı olmadan, habelə fikirləri nəzərə alınmadan tərtib edilmişdir. Həmin satınalmalarda kimlərin iştirak etməsi, kimin qalib elan olunması və hansı malların alınması barədə məlumatı olmamışdır. 18 may 2018-ci il tarixli satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokollarında tender komissiyasının sədri qrafasındakı imzalar özünə məxsusdur. Həmin imzaları baş həkim Şahid3 göstərişi ilə icra etmişdir. Daha sonra Eynulla Qasımov həmin Xəstəxananın baş həkimi təyin edilmişdir. X28 işlədiyi dövr ərzində başqa vəzifəyə təyin edildiyindən tender komissiyasının sədri olmamışdır. İş üzrə şahid “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin sığortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, İmişli rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi, mərhum Eynulla Qasımovun 5 dekabr 2018-ci il tarixli, 922(26) nömrəli əmri ilə yaradılmış tender komissiyasının sədri təyin edilmişdir. X23 və tender komissiyasının digər üzvlərinə satınalmalarda konkret hüquqi şəxslərin qalib elan edilməsinə dair göstəriş vermişdir. İmişli rayonu üzrə Maliyyə İdarəsinin sabiq rəisi Rəhim Rəhimov ona satınalmaların nəticələrinə dair hər hansı göstəriş verməmişdir. Habelə Ramiz və Şahin adlı şəxsləri onlara təqdim edərək Xəstəxananın əvvəllər də onların rəhbərlik etdikləri Cəmiyyətlərlə işlədiyini bildirmişdir. Belə ki, satınalmalar yalnız kağız üzərində keçirilmiş, formal olaraq sənədləşdirmə işləri aparılmış, Xəstəxananın baş mühasibi Şahid1 tərəfindən kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolu hazırlanaraq ona və komissiyanın digər üzvlərinə təqdim olunmuşdur və onlar öz növbələrində həmin sənədləri imzalamışlar. Beləliklə 2019-cu il ərzində cəmi 6 satınalma keçirilmiş, həmin satınalmalarda ehtimal edilən məbləğ 50.000 manatdan az olduğundan kotirovka sorğusu üsulundan istifadə edilmişdir. Belə ki, 19 aprel 2019-cu il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokollarına əsasən 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” və 223200 “Maşınların ehtiyyat hissələri xərcləri” xərc yarımmaddələri üzrə "xxxx" MMC, 221200 “Mətbəə xərci” xərc yarımmaddəsi üzrə "xxxx" MMC, 221310 “İdarənin digər xərcləri” və 311220 “Digər maşın və avadanlıqlar” yarımmaddələri üzrə "xxxx" MMC, 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” xərc yarımmaddəsi üzrə "xxxx" MMC qalib elan edilmiş və həmin Cəmiyyətlərlə 03 iyul 2019-cu il tarixdə mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən "İmişli Rayon Mərkəzi Xəstəxanası" X37 yoxlama aparılan zaman qeyd edilən Cəmiyyətlər tərəfindən müqavilədə göstərilən malların yerində olmadığı müəyyən edilmişdir. Bu barədə mərhum Eynulla Qasımovla danışdıqda, sonuncu həmin çatışmazlıqları özünün aradan qaldıracağını bildirmişdir. İş üzrə Şahid6 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən İmişli RMX-in Təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. X35 şöbələri və tibb müəssisələri üzrə maddi-məsul şəxslərin öhdələrində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 20 nəfər maddiməsul şəxs üzrə cəmi 295 ədəd 70.378,33 manat dəyərində, o cümlədən 197 ədəd 24.490,55 manat dəyərində bərk inventar, 38 ədəd 3.604 manat dəyərində yumşaq inventarlar, 60 ədəd 42.283,78 manat dəyərində maşın və avadanlıqların çatışmazlığı müəyyən edilmişdir. Ümumiyyətlə inventarların alınması ilə Eynulla Qasımov özü məşğul olmuşdur. Eynulla Qasımov təhvil verilməmiş inventarlara dair qaimələri təqdim edərək imzalatdırmış, habelə təhvil verilmədiyi halda həmin inventarları maddi-məsul şəxslər arasında bölüşdürməsini tapşırmışdır. İşdən çıxmamaq üçün məcbur qalaraq Eynulla Qasımovun göstərişlərini icra etmişdir. İnventarın maddi-məsul şəxslərin hesabına verilməsinə dair qaimələri hazırlamış, Eynulla Qasımov həmin şəxsləri işdən çıxarmaq hədəsi ilə məcbur edərək həmin qaimələri sonunculara imzalatmışdır. Habelə satınalma komissiyalarının üzvü olmamış və satınalma keçirilməsinin şahidi olmamışdır. İş üzrə Şahid7 ifadəsində göstərmişdir ki, 01 avqust 2018-ci il tarixdən İmişli rayon mərkəzi xəstəxanasında mühasib kimi işə başlamışdır. 2021-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Maliyyə şöbəsinin mühasibatlıq bölməsinin mühasibi vəzifəsinə keçirilmişdir. Ona inventarların uçotunun aparılması, hesaba verilməsi və məxaricə silinməsi vəzifələri həvalə edilmişdir. İnventarların mədaxil və məxarici Şahid6 tərəfindən mühasibatlığa təqdim edilən qaimə tələbnamə və hesabatlara əsasən aparılmışdır. İnventarların faktiki qalığı onun tərəfindən yoxlanılmamışdır. İnventarizasiya şifahi qaydada aparılmış, yerində inventarlar yoxlanılmamışdır.10 saylı Regional maliyyə müfəttişliyi tərəfindən X35 şöbələri və tibb müəssisələri üzrə maddi-məsul şəxslərin öhdələrində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 20 nəfər maddiməsul şəxs üzrə cəmi 295 ədəd 70.378,33 manat dəyərində, o cümlədən 197 ədəd 24.490,55 manat dəyərində bərk inventar, 38 ədəd 3.604 manat dəyərində yumşaq inventarlar, 60 ədəd 42.283,78 manat dəyərində maşın və avadanlıqların çatışmazlığı müəyyən edilmişdir. Həmin inventarların maddi-məsul şəxslərin hesabına işlənilməsi Şahid6 təqdim etdiyi qaimələr əsasında aparılmışdır. Sonuncu qaimə təqdim etdikcə həmin qaimədə qeyd edilən inventarlar onun hesabından həmin maddi məsul şəxsin hesabına keçirilmişdir. İş üzrə Şahid13 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən İmişli RMX-da Vərəm şöbəsinin təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Vərəm şöbəsinin malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 2018-ci ilə aid 1 ədəd tibbi dolab 390 manat, 2 ədəd stol 330 manat, 3 ədəd stul İSO 144 manat, 1 ədəd ştativ 99,8 manat, 1 ədəd işıq tənzimləyici 98,5 (98,45) manat, 2 ədəd tibbi biks 189,1 manat, 2 ədəd elektrik qızdırıcı 197 manat, 2 ədəd termometr 6 manat, 1 ədəd sterilizator 88,5 manat, 5 ədəd xəstə üçün dolab 480 manat, 2 ədəd paltar dolabı 430 manat, 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd asılqan 54 manat, cəmi 2.736,9 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. 2018-ci ildə ona qeyd edilən inventarların heç biri təhvil verilməmiş, habelə o, hər hansı bir təhvil-təslim aktını imzalamamışdır.Həmin inventarların onun hesabına verilməsi barədə heç bir məlumatı olmamışdır. İş üzrə şahidlər, Şahid8, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid14, Şahid15, Şahid16, Şahid17, Şahid18, Şahid19, Şahid20 qızı, Şahid22, X6, Şahid23h Rafiq oğlu və X13 ifadələrində 2018-2019-cu illərdə aktlarda göstərilən inventarların hamısının onlara təhvil verilmədiyi, bir çox hallarda Şahid6 inventarın təhvil-təslim aktının onlara imzalatdırdığı, həmin inventarların təhvil veriləcəyi bildirilsə də sonradan onlara təhvil verilmədiyi, qeyd edilən aktların Eynulla Qasımovun göstərişi əsasında onlara imza edildiyini bildirmişlər. İşdə olan AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional maliyyə müfəttişliyi tərəfindən verilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” X35 01 iyun 2018-ci il tarixdən 01 iyun 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair 10 dekabr 2021-ci il tarixli aktdan görünür ki, İcbari Tibbi Sığorta üzrə X30 Ərazi Bölmələrini İdarəetmə Birliyi “İmişli Rayon Mərkəzi Xəstəxanası” X35 02 avqust 2021-ci il tarixli 353-C nömrəli əmri ilə yaradılmış inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə 10 saylı Regional maliyyə müfəttişliyinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi X32 tərəfindən X35 şöbələri və tibb müəssisələri üzrə maddi-məsul şəxslərin öhdələrində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 20 nəfər maddi-məsul şəxs üzrə cəmi 295 ədəd 70.378,33 manat, o cümlədən 197 ədəd 24490,55 manat bərk inventar, 38 ədəd 3.604 manat yumşaq inventarlar, 60 ədəd 42.283,78 manat məbləğində maşın və avadanlıqların, o cümlədən Sarıxanlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri, maddi-məsul şəxs X7 hesabı üzrə 19 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd televizor 320 manat, 1 ədəd çarpayı (krovat) 186 manat, 1 ədəd tibbi şirmo 280 manat, 1 ədəd zibil qabı 195,5 manat, 5 ədəd stul İSO 240 manat, 1 ədəd bir siyirməli stol 165 manat və 1 ədəd sənəd dolabı 230 manat, cəmi 1616,5 manat məbləğində, Aranlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri, maddiməsul şəxs Şahid11 hesabı üzrə 20 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd elektrik piletka 98,5 manat, 1 ədəd xəstə üçün dolab 96 manat, 2 ədəd stol 1 siyirməli 330 manat, 1 ədəd tibbi şirmo 280 manat və 1 ədəd zibil qabı 69,75 manat, cəmi1.104,25 manat məbləğində, Yeni Bəhrəmtəpə (Fin şəhərçiyi) həkim məntəqəsinin müdiri, maddi-məsul şəxs X8 hesabı üzrə 17 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd kondisoner (2018) 1.250 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, cəmi 2.300 manat məbləğində, Xoşçobanlı kənd tibb məntəqəsinin müdiri, maddi-məsul şəxs Şahid9 Hüseyn oğlunun hesabı üzrə 17 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd asılqan 68 manat, 1 ədəd yelpik 35 manat, 1 ədəd ştativ 95 manat, 1 ədəd sənəd dolabı 230 manat, cəmi 428 manat məbləğində, Terapiya şöbəsinin təsərrüfat bacısı, maddiməsul şəxs Şahid18 hesabı üzrə 02 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2 ədəd soyuducu (2018 və 2019) 2.100 manat, 1 ədəd hərəkətli masa 185 manat, 2 ədəd stul İSO (2019) 96 manat, 10 ədəd stul İSO (2018) 480 manat, 6 ədəd döşək (2018) 276 manat, 1 ədəd stol (2018) 165 manat, 6 ədəd xəstə üçün dolab (2018) 576 manat, 1 ədəd dərman şkafı (2018) 390 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 12 ədəd yataq dəsti (2019) 504 manat, 1 ədəd tozsoran 175 manat, 1 ədəd tibbi tapçan (2018) 270 manat, 1 ədəd printer (2018) 630 manat, 5 ədəd xalça (2018) 210 manat, cəmi 6.287 manat məbləğində, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid17 hesabı üzrə 16 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd soyuducu (2019) 1.050 manat, 1 ədəd şkaf (2019) 230 manat, 1 ədəd elektrik peçi (2019) 120 manat, 1 ədəd yemək bişirmə peçi (2018) 98,5 manat, 2 ədəd hərəkətli masa (2018) 370 manat, 1 ədəd kondinsioner (2018) 1.250 manat, 1 ədəd tozsoran (2019) 175 manat, cəmi 3.293,5 manat məbləğində, Uşaq şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid16 hesabı üzrə 09 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd kreslo (2020) 520 manat, 1 ədəd piletka (2018) 120 manat, 1 ədəd sentrafuqa (2018) 1.272 manat, 2 ədəd mikraskop (2018) 1.316 manat, 4 ədəd şkaf (2018) 860 manat, 1 ədəd stol 1 siyirməli (2018) 165 manat, 5 ədəd xəstə üçün dolab (2018) 480 manat, 3 ədəd ştativ (2018) 299,4 manat, 3 ədəd zibil qabı (2018) 174,9 manat, 1 ədəd printer (2018) 630 manat, 2 ədəd elektrik qızdırıcı (2018) 197 manat, 1 ədəd tibbi şirmo (2018) 280 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 2 ədəd elektrik piletka (2018) 250 manat, 1 ədəd tibbi biks (2018) 94,55 manat, 1 ədəd işıq tənzimləyici (2018) 98,45 manat, 1 ədəd asılqan (2018) 54 manat, cəmi 7.041,3 manat məbləğində, Mama-ginekologiya şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid15 hesabı üzrə 02 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd “Uğur” soyuducu, 1 ədəd “Abşeron” soyuducu artıqlığı, 1 ədəd dərman saxlamaq üçün soyuducu 4.608 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, cəmi 5.658 manat məbləğində, Təcili və X17 şöbəsinin baş feldşeri, maddi-məsul şəxs Şahid8 hesabı üzrə 06 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd üç yerli oturacaq 265 manat, 4 ədəd portret 60 manat, 1 ədəd pansuman arabası 785,7 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 1 ədəd tozsoran 175 manat, 8 ədəd təcili yardım paltarı (2019) 2.320 manat, cəmi 3.835,7 manat məbləğində, Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs X1 hesabı üzrə 12 avqust 2021-ci il tarixə öhdəsində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 6 ədəd mexaniki çarpayı 4.428 manat, 3 ədəd hərəkətli dayaq (2018) 285 manat, 40 metr karniz (2018) 880 manat, 1 ədəd printer (2018) 630 manat, 1 ədəd sənəd dolabı 230 manat, 3 ədəd elektrik peçi (2018) 295,5 manat, 24 ədəd əl üçün karset (2018) 1.116 manat, 9 ədəd portret 135 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, 1 ədəd soyuducu (2019) 1.050 manat, 1 dəst otaq üçün mebel (2018) 1.800 manat, cəmi 11.899,5 manat məbləğində, Hemodializ şöbəsinin müdiri, maddi-məsul şəxs Şahid19 hesabı üzrə 03 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd zibil qabı (2018) 58,3 manat, 1 ədəd pansuman arabası 785,7 manat və 7 ədəd yataq dəsti 294 manat, cəmi 1.138 manat məbləğində, Reanimasiya şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs X9 hesabı üzrə 12 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd inqolyasiya aparatı 1.102 manat, 1 ədəd printer (2019) 630 manat, 1 ədəd tozsoran (2018) 175 manat, 2 ədəd sudno (2018) 192 manat, 1 ədəd tibbi biks (2018) 94,55 manat, cəmi 2.193,55 manat məbləğində, Vərəm şöbəsinin təsərrüfat bacısı, maddiməsul şəxs Şahid13 hesabı üzrə 19 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2018-ci ilə aid 1 ədəd tibbi dolab 390 manat, 2 ədəd stol 330 manat, 3 ədəd stul İSO 144 manat, 1 ədəd ştativ 99,8 manat, 1 ədəd işıq tənzimləyici 98,5 (98,45) manat, 2 ədəd tibbi biks 189,1 manat, 2 ədəd elektrik qızdırıcı 197 manat, 2 ədəd termometr 6 manat, 1 ədəd sterilizator 88,5 manat, 5 ədəd xəstə üçün dolab 480 manat, 2 ədəd paltar dolabı 430 manat, 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd asılqan 54 manat, cəmi 2.736,9 manat məbləğində, Poliklinika şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs X2 hesabı üzrə 16 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 4 ədəd tibbi biks 378,2 manat, 2018-ci ilə aid 1 ədəd soyuducu 1.050 manat, 1 ədəd qabaq stolu 165 manat, 1 ədəd şirmo 280 manat, 1 ədəd zibil qabı dəmir 69,75 manat, 1 ədəd 58,3 manat, 1 ədəd elektrik pletkası 98,5 manat, 1 ədəd elektrikli pilitə 45,50 manat, 2 ədəd boy ölçən 86,76 manat, 1 ədəd UPS 135 manat, 1 ədəd aparat tanometr 99,12 manat, cəmi 2466,13 manat məbləğində, Laboratoriya şöbəsinin müdiri, maddi-məsul şəxs Şahid23h Rafiq oğlunun hesabı üzrə 17 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2018-ci ilə aid 1 ədəd paltar dolabı 215 manat, 1 ədəd sentrafuqa 1.820 manat, 1 ədəd kondinsioner 1.250 manat, 1 ədəd mikraskop 3.700 manat, 1 ədəd soyuducu 1.050 manat, 2 ədəd şirma 560 manat, 1 ədəd katric 120 manat, cəmi 8.715 manat məbləğində, Anbar bölməsinin müdiri, maddi-məsul şəxs Şahid10 hesabı üzrə 19 avqust 2021-ci il tarixə öhdəsində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 2019-cu ilə aid cəmi 4 ədəd soyuducu 4.200 manat məbləğində, Cərrahiyyə şöbəsinin həkim-otorinolorinqoloqu, maddi-məsul şəxs X15 hesabı üzrə 06 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman cəmi 1 ədəd sənəd üçün şkaf 171 manat məbləğində, Şüa-diaqnostika bölməsinin həkimi, maddi-məsul şəxs X14 hesabı üzrə 06 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd bayraq 12 manat, 1 ədəd gerb 10 manat, 1 ədəd şəkil 10 manat, 1 ədəd himn 10 manat, 1 ədəd portret 15 manat, cəmi 57 manat məbləğində, Aptek bölməsinin müdiri, həkim provizor, maddi-məsul şəxs X3 hesabı üzrə 04 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd soyuducu cəmi 4.608 manat məbləğində, Cərrahiyyə şöbəsinin müdiri, maddi-məsul şəxs X11 hesabı üzrə 16 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2019-cu ilə aid 1 ədəd printer cəmi 630 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir; “İmişli Rayon Mərkəzi Xəstəxanası” X37 25 iyun 2018-ci il tarixdə 069679 nömrəli elektron qaimə-fakturaya əsasən "xxxx" MMC-yə köçürülmüş büdcə vəsaiti müqabilində alınması rəsmiləşdirilmiş cəmi 4.450 manat məbləğində müxtəlif mühasibat və tibbi blankları paylanma cədvəli və istifadə olunması barədə akt tərtib edilmədən məxaric olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X37 25 iyun 2018-ci il tarixdə 072179 nömrəli elektron qaimə-fakturaya əsasən "xxxx" MMC-yə köçürülmüş büdcə vəsaiti müqabilində alınması rəsmiləşdirilmiş 12.380 manat məbləğində dəftərxana ləvazimatlarının paylanması barədə tərtib olunmuş cədvələ cəmi 943 manat məbləğində dəftərxana ləvazimatları, o cümlədən 20 ədəd 170 manatlıq qeydiyyat kitabı, 10 ədəd 75,5 manatlıq qovluq, 750 ədəd 697,5 manatlıq qələm qeyd edilməmiş və maddiməsul şəxslərə paylanması barədə cədvəl və istifadə olunması barədə akt tərtib edilmədən məxaric olunmuşdur. (c.i.cild 1, səh: 76-108) İşdə olan "xxxx" MMC-dən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 103-1-16/2/2129-22 nömrəli məktuba əlavə edilmiş maliyyə əməliyyatlarına dair sənədlərlə dövlət büdcəsindən "xxxx" MMC-nin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ49AZPO******************** nömrəli hesabına 27 iyun 2018-ci il tarixli, 4528 nömrəli, 28 iyun 2018-ci il tarixli, 4624 nömrəli, xx.xx.2018ci il tarixli, 6556 nömrəli, xx.xx.2018-ci il tarixli, 7200 nömrəli, xx.xx.2018-ci il tarixli, 11102 nömrəli, xx.xx.2019-cu il tarixli, 5232 nömrəli və xx.xx.2019-cu il tarixli, 10764 nömrəli ödəniş tapşırıqları əsasında cəmi 66.364 manat məbləğdə pul vəsaiti köçürülməsi və həmin vəsaitlərin kassadan nağdlaşdırılması öz təsdiqini tapmışdır. ( c.i.cild 3, səh: 25-91) İşdə olan AR İN Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 02 sentyabr 2022-ci il tarixli, **********37400 nömrəli məktuba əlavə edilmiş "xxxx" MMC-nin qeydiyyat sənədləri, habelə nizamnaməsindən görünür ki, həmin Cəmiyyət Təqsirləndirilən şəxs tərəfindən 19 yanvar 2018-ci il tarixli qərarla təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Həmin Cəmiyyətin hüquqi ünvanı İmişli rayonu, Qaravəlli kəndidir. (c.i.cild 2, səh: 203-205) İşdə olan maliyyə sənədlərindən görünür ki, “Mətbəə xərci” (221200) xərc yarımmaddəsi üzrə alınması nəzərdə tutulmuş hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 350 manat dəyərində 1.750 ədəd tələbnamə forması, hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 500 manat dəyərində 2.500 ədəd sağlamlıq arayış cədvəli, hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 200 manat dəyərində 1.000 ədəd analizə salınma blankı, hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 400 manat dəyərində 2000 ədəd menyu tələbnamə, hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 400 manat dəyərində 2000 ədəd mühasibatlıq blankı, hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 600 manat dəyərində 3.000 ədəd idarənin firma blankı, hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 600 manat dəyərində 3.000 ədəd arayış blankı, hər birinin dəyəri 0,2 manat olmaqla,cəmi 500 manat dəyərində 2.500 ədəd göndəriş blankı,hər birinin dəyəri 0,2 manat olmaqla, cəmi 500 manat dəyərində 2.500 ədəd qan analizi blankı, hər birinin dəyəri 0,2 manat olmaqla,cəmi 400 manat dəyərində2000 ədəd sidik analizi blankı,“Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” (221100) xərc yarımmaddəsi üzrə hər birinin dəyəri 8,5 manat olmaqla, cəmi 170 manat dəyərində 20 ədəd qeydiyyat üçün kitab, hər birinin dəyəri 7,55 manat olmaqla, cəmi 75,5 manat dəyərində 10 ədəd mühasibat sənədlərinin tikilməsi üçün qovluq,hər birinin dəyəri 0,93 manat olmaqla, cəmi 697,5 manat dəyərində 750 ədəd qələm, olmaqla cəmi 5.339 manat dəyərində mallar alınmamış və Xəstəxanaya təhvil verilməmişdir.( c.i.cild 1, səh: 114-117) İşdə olan "xxxx" MMC-nin qeydiyyat sənədlərinə əsasən Təqsirləndirilən şəxs cəmiyyəti 19 yanvar 2018-ci il tarixdə təsis etmiş və 31 yanvar 2018-ci il tarixdən həmin cəmiyyətin direktoru vəzifəsini icra etmişdir. AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təsis edərək rəhbərlik etdiyi hüquqi şəxs – "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış və 2018-2019-cu illərdə İmişli rayon Mərkəzi Xəstəxanasına 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması”, 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” və 221200 “Mətbəə xərci” xərc yarımmaddələri üzrə malların satınalınması üçün nəzərdə tutulmuş və ona etibar edilmiş cəmi 8.511 manat pul vəsaitini mənimsəməklə talayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş,"xxxx" MMC-yə məxsus gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.etaxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq elektron qaimələr tərtib etməklə satınalınması nəzərdə tutulan malların İmişli rayon Mərkəzi Xəstəxanasına tam təhvil verilməsinə dair informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edərək AR CMnın 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. AR CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, AR CM-nın 313-cü maddəsində nəzərdə tutulmuş əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması və Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsində nəzərdə tutulan cinayəti törətdiyi gündən iki ildən artıq müddət keçməsi nəzərə alınaraq o, barəsində CM-nın müvafiq maddəsi ilə olan cinayət işi üzrə məsuliyyətindən azad edilməli və həmin hissədə işin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs AR CM-nın 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələri ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində cinayət hüquqi tədbirlər tətbiq edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c.i. cild 3, səh: 94-96) İşdə olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında” 26 may 2023-cü il tarixli qərarının surətinə əsasən İmişli rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi mərhum X5 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vurulmuş ümumilikdə 98.349,62 manat məbləğində maddi ziyan tam ödənilmişdir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərərin tam şəkildə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 179.2.1, 179.2.3 və 179.2.4; 46.2; 66.4-cü maddələri ilə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına və CM-nın 308.1-ci maddəsi ilə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə cəzasına məhkum edilib AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalıdır; İş üzrə maddi sübut olan sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 46.2-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs əlavə cəza qismində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilsin. AR CM-nın 66.4-cü maddəsinə əsasən təyin edilən cəzalar birləşdirilərək Təqsirləndirilən şəxs üzərində 2 ( iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 ( iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə cəzasına məhkum edilsin. AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 ( iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə "xxxx" MMC ləğv edilsin. İş üzrə maddi sübut olan sənədlər (kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il və 19 aprel 2019-cu il tarixli yekun protokolları, İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında 25 iyun 2018-ci il və 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri EAAK 069679 nömrəli, 25 iyun 2018-ci il tarixli, EAAK 072179 nömrəli, 25 iyun 2018-ci il tarixli, EAAW 811646 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE 036749 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələr, 27 iyun 2018-ci il tarixli, 4528 nömrəli, 28 iyun 2018-ci il tarixli, 4624 nömrəli,xx.xx.2018-ci il tarixli, 6556 nömrəli, xx.xx.2018-ci il tarixli, 7200 nömrəli, xx.xx.2018-ci il tarixli, 11102 nömrəli, xx.xx.2019-cu il tarixli, 5232 nömrəli və xx.xx.2019-cu il tarixli, 10764 nömrəli ödəniş tapşırıqları, habelə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional maliyyə müfəttişliyindən daxil olmuş inventarizasiyaya və mühasibat, tibbi blank və dəftərxana ləvazimatlarına artıq sərf edilmiş büdcə vəsaitlərinə dair sənədlər,Şahid1 13 iyul 2022-ci il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi satınalmalara dair sənədlər, ödəniş tapşırıqları, elektron qaimə, daxili qaimə və tələbnamələr,"xxxx" MMC-dən daxil olmuş 24 noyabr2022-ci il tarixli,103-1-16/2/2129-22 nömrəli məktuba əlavə edilmiş bank əməliyyatlarına dair sənədlər) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-43/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-43/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver