Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-43/2024 05.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi İmişli Rayon İcra Hakimiyyəti Başçısının Yetkinlik X9 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının Məsul katibi Qanuni nümayəndə, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2006-cı il tarixdə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olmaqla, İmişli şəhəri, M.Əsədov küçəsində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının ortalarında saat 16 radələrində kirayə əsasında yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsi 8, mənzil 1 ünvanında yerləşən evin qonaq otağında cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 26 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində kirayə əsasında yaşadığı İmişli şəhəri, M.Əsədov küçəsi 9 ünvanında yerləşən mənzildə cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası X14 ilə kənddə öz evlərində yaşamışdır. Anadan olarkən o, anasından ayrılmışdır. Onu anası böyütmüşdür. Aranlı kəndində fərdi yaşayış evləri vardır. X2 hazırda onlardan ayrı, Ağdam rayonu, Quzanlı kəndində yaşayır. Atası anasından ayrıldıqdan sonra evlənmiş və başqa ailəsi və uşaqları vardır. 3 ildir ki, anasıyla kənddən köçüb İmişli şəhərində kirayə tutduğu evlərdə kirəyəşin kimi qalırlar. Əvvələr İmişli şəhərində “Nərgizim” şadlıq evində günəmuzd ofisiant kimi işləmişdir. 2 il əvvəl onlar “Kral” şadlıq evindən 200-300 metr aralıda 2 mərtəbəli yaşayış binasında kirayədə qalmışlar. Həmin ünvan İmişli şəhəri, Həsənoğlu küçəsi ev 3, mənzil 2 ünvanında kirayədə yaşadıqları yer olmuşdur. Orada Xalidə adlı riyaziyyat müəllimi ilə qapı qonşusu olmuş və binanın girişində 1-ci mərtəbədə qonşu yaşamışlar. Xalidə müəllimə evində şagirdlərə məşğələ keçir və şagirdlər riyaziyyat fənnindən məşgələ dəslərinə gəlib-gediblər. O da məhəllədə olarkən gəlib-gedən şagirdləri görmüşdür. Dəqiq gününü xatırlamadığı vaxtda, 2022-ci ilin sentyabr-oktyabr ayı ərzində Nuray adlı qızı Xalidə müəllimənin yanına kurs hazırlıqlarına gəlib-gedərkən görmüş və tanımışdır. Bir gün məhəllədə oturarkən Nuray yanından keçərkən üzünə baxıb gülmüş, o da əsəbləşib, Nuraydan nə üçün gülməsini soruşmuşdur. İlk tanışlıq belə olmuşdur. Sonra Nurayla bir qədər söhbət etmiş, tanış olarkən Nuray ona mobil telefonu olduğunu, “İnstagram” sosial şəbəkəsindən “Nuray” adlı profildən istifadə etdiyini və mobil nömrəsi olmadığını bildirmişdir. O da Nuraya “İnstagram” sosial şəbəkəsində adının “Nihad-030” olmasını bildirmişdir. Bir həftə Nurayla “İnstagram” sosial şəbəkəsində danışmışdır. Nuray məhəllədə Xalidə müəllimənin yanına hazırlığa gəlib-gedərkən də rastlaşıb danışmışlar. Bir gün Nuray “podyezdə” onunla rastlaşmış, ondan içməyə su istəmiş və otağa keçib onu öpmüşdür. O da Nurayın dodağından öpmüşdür. Daha sonra aralarında heç nə olmamış və Nuray çıxıb getmişdir. Bir neçə gün keçdikdən sonra Nuraya 2 manata qızıl rəngdə barmağına taxmaq üçün üzük almışdır. Həmin üzüyü Nuraya vermək istəmişdir. “İnstagram” sosial şəbəkəsində Nuraya üzük almağını və hədiyyə etmək istədiyini demişdir. Nuray da həmişə Xalidə müəllimənin yanına hazırlığa 15-20 dəqiqə tez gəlmişdir. Həmin günü o, evdə olmuş, Nuray qapını döymüş, o da qapını açmışdır. Nuray evə girmiş, o da üzüyü Nuraya bağışlamışdır. Evdə olan taxta uzanıb öpüşmüş, lakin aralarında öpüşməkdən başqa heç bir münasibət olmamışdır. İkinci dəfə Nurayın evlərinə girməsini qonşular görmüş və anası Elviraya xəbər vermişlər. Buna görə də onlar həmin evdən çıxmışlar. İmişli şəhəri, H.Aslanov küçəsi ev 8, mənzil 1 ünvanında kirayəçi kimi yaşamışlar. Təxminən 2022-ci oktyabr ayında Nurayla hələ küsmədiyi vaxtda, hansı ki, həmin vaxt “Nərgizim” şadlıq sarayının yanında avtoyuma yerində işləyəndə Nurayla küçədə rastlaşmış və sonra Nuraya “İnstagram” sosial şəbəkəsində “Salam” yazıb haləhval tutmuşdur. Təxminən bir neçə gün sonra onun Nuray yaşadığı binaya gəlmişdir. Nurayı yaşadığı küçədə görüb evinin yerini bildirmişdir. O, evə getmiş, Nurayda arxasıyca evinə gəlmişdir. Saat 15-16 radələri olardı. Evləri binanın birinci mərtəbəsində olmuş evin qapısını açıb əvvəlcə evə girmiş və Nuray da arxasınca gəlmişdir. Oturub əvvəlcə divanda söhbət etmiş və öpüşmüşlər. Nuray ona: “Mən səninlə cinsi əlaqədə olmaq istəyirəm” demişdir. O, isə Nuraya qorxduğunu bildirmişdir. Nuray əlinin içi ilə onun alnından vurub ona: “Kim biləcək, qorxma” - demişdir. Otaqda yerə xalça sərilmişdi. Nurayın əynində qara kofta, lasin “kalkotka” olmuşdur. Əvvəlcə Nurayın əynində olan lasin “kalkotka”sını və sonra isə tursiyini çıxartmışdır. Nurayı arxası üstə yerə uzandırmış, özü əynində olan göy rəngdə cins şalvarı və tursiyi aşağı çəkib cinsiyyət orqanını çıxararaq Nuraya uzandığı yerdən öndən cinsiyyət orqanına salmışdır. Təxminən 5-6 dəqiqə Nurayla cinsi əlaqədə olmuş, özündən gələn spermanı Nurayın cinsiyyət orqanına deyil, xalçanın üzərinə tökmüşdür. Evdə olan salfetka ilə özünü təmizləmiş, Nuray isə ayaqyoluna çıxıb gedərək orada yuyunmuşdur. Nurayla olarkən bakirə olmamış, “açıq” olmuş və ona görə də Nuraydan qan gəlməmişdir. Nuray, ona yaşının 15 olmasını bildirmiş və o da inanmışdır. Həmin vaxtlar avtoyuma sexinə işə getməli olduğuna görə tələsdiyindən Nuraya işə gedəcəyini deyib və tez çıxıb getməsini tapşırmışdır. Nuray evdən çıxmış və o da işə getmişdir. Təxminən bir ay Nurayla “İnstagram” sosial şəbəkəsində danışmış və sonra münasibətləri kəsilmişdir. Münasibətlərini kəsməyinə səbəb isə Nurayın yalan danışması və başqa oğlanlara söhbətlər etməsi olmuşdur. O da daha Nurayla görüşməmişdir. 26 oktyabr 2023-cü il saat 18 radələrində yeni kirayədə yaşadıqları İmişli şəhəri, M.Əsədov küçəsindəki ev 9 ünvanındakı mənzilin “balkon”unda duran vaxt, Nurayın “Voenkomat” tərəfdən gəlməsini görmüşdür. O, balkonda durub telefonla danışırmış, Nuraydan orada nə gəzməsini soruşmuş, Nuray da ona diş həkiminin yanından gəlməsini və zibilə düşdüyünü demişdir. O, küçədən keçən avtomobillərin səsindən Nurayın dediklərini eşitməmiş və Nuraydan “podyez”ə gəlməsini və sözünü deməsini istəmişdir. Nuray da hərlənib arxa girişdən evin ikinci mərtəbəsinə qapının qabağına gəlmişdir. Nuray ona zibilə düşdüyünü deyib və ondan 20 manat pul istəyərək qaytaracağını bildirmişdir. O da Nuraya tapıb verəcəyini və üstündə pulunun olmadığını demişdir. Nuray ona: “Axşam sizə gələcəm pulu verərsən” – demişdir. O da “Hə” demiş və Nurayda çıxıb getmişdir. Axşam “Soliton” mağazasının yanında olan vaxt Nurayın Azərin adlı rəfiqəsi ilə kursdan çıxıb "xxxx" ASC-yə tərəf gəlmələrini görmüşdür. Nurayın arxasınca gəlib yolda Nurayı keçmişdir. Nuray da Azərindən ayrılıb onun arxasıyca gəlmişdir. O, evlərinə qalxmış əynindəki paltarı dəyişdirmişdir. Nurayın gəlmədiyini görmüşdür. Sonra evdən çıxıb həyətə düşmüşdür. Nuray həyətdə binanın yanında durduğunu görmüş və birgə evə qalxmışlar. Otaqda zalda divanda oturub söhbət etmişlər. Nuray ondan 20 manatı istəmiş və o da pulunun olmadığını demişdir. Sonra Nuray ayağa durub onun dodağından öpmüş və o da Nurayın dodağından öpmüşdür. Nurayın əynində göy rəngli cins şalvar və ağ rəngdə kofta olmuşdur. Nuray əynindəki şalvarı və tursiyini çıxardaraq təmiz soyunmuş və o da cins şalvarını çıxarmışdır. Cinsiyyət orqanını çıxarıb Nurayla təxminən 20-25 dəqiqə cinsi əlaqədə olmuşdur. Nurayla cinsi əlaqədə olarkən spermanı boşalda bilməmişdir. Nuray onunla cinsi əlaqədə olarkən boynundan sorub “Zasos” qoymuşdur. Nuray da onun boynunu sorub “Zasos” qoymuşdur. “Zasos”u qoymağı Nuray ona təklif etmişdir. Yenə də Nurayın ağzına cinsi orqanına verərkən özündən spermanı boşalda bilməmişdir. Sonra Nuray ona: “Evə gecikirəm, evə getmək istəyirəm” - demişdir. Hava qaralırdı, Nurayı dəmiryolu xəttinə kimi aparıb ötürmüşdür. Bundan sonra Nurayı görməmişdir. Həmin gün anası işdən evə gələndə və onun boynunda “Zasos”u görmüşdür. Anası ondan boynuna nə olduğunu soruşmuş və o da uşaqlarla zarafatlaşarkən çimdikləşdiklərini demişdir. Anası isə ona inanmamış və təkid etmişdir. O da anasına heç nə deməmişdir. Həmin gün məhəllədə olan Ümid adlı oğlan Nurayla evə girərkən görmüşdür. Anası Ümiddən onun boynuna nə olmasını soruşmuş və Ümid də anasına Nurayla görüşməyini demişdir. Anası da Nurayın oxuduğu 2 saylı tam orta məktəbinə getmiş, Nurayın onunla görüşməsini, sevgili olmasını nənəsi və müəllimələrə bildirmişdir. Təqsirləndirlən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinsi əlaqədə olmağı o, zərərçəkmiş şəxsə təklif etmişdir. Nuray əvvəl 16 yaşı olduğunu demişdir. Sonradan yaşı az olduğunu bilmişdir, məktəbdə oxuduğunu bilirmiş. İki dəfə təbii yolla cinsi əlaqədə olmuş, başqa formada cinsi əlaqədə olmamışdır. 2022-ci il və 2023-cü ilin oktyabr aylarında olmaqla cəmi iki dəfə cinsi əlaqədə olmuşdur. Əvvəlcədən bakirə olub-olmamasını soruşmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Əvvəldən törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında cinayət işi üzrə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, İmişli şəhəri, Xiyabani küçəsi 18 nömrəli evdə nənəsi X11, atası X5, qardaşı X12 bir yerdə yaşayır. Anası onlardan ayrı yaşayır və atası isə onunla evdə normal yola getmir. Atasıyla elə yaxın ünsiyyətdə olmur. O, İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbdə oxusa da, h hazırda isə məktəbdə adına söz danışılandan sonra utandığı üçün məktəbə getmir. 7-ci sinifdə oxuyarkən Riyaziyyat və İngilis dili fənlərindən hazırlığa getməyə başlamışdır. 2022-ci ilin sentyabr ayında Xalidə adlı riyaziyyat müəlliməsinin yanına riyaziyyat dərslərindən hazırlığa gedərkən müəllimə ilə qonşuluqda yaşayan Nihat adlı oğlanla rastlaşmış, Nihat ona yaxınlaşıb adını demiş və onunla tanış olmuşdur. Onu evlərinə kimi gətirib ötürmüşdür. Nuray ona nənəsinin “Redmi” markalı mobil telefon alıb verməsini və “İnstagram” sosial şəbəkəsini istifadə etməsini bildirmişdir. “İnstaqram” sosial şəbəkəsində “11.Nuray” adından istifadə etməsini Nihata bildirmişdir. Sonradan Nihat “İnstagram” sosial şəbəkəsi vasitə ilə ona yazmışdır. 2022-ci ilin oktyabr ayında Xalidə müəllimənin yanına gedərkən yolda evlərinin yanında Nihatla rastlaşmışdır. Xalidə müəllimənin evindən çıxanda Nihat onu evlərinə dəvət etmiş və Nihatla divanda oturmuşlar. Sonra divandan durub yataq otağına keçmişlər. Otaqda taxta uzanmışlar. Nihat ondan şalvarını aşağı çəkməsini, onu daldan etmək istədiyini bildirmiş və o, isə buna etiraz edərək evdən çıxıb getmişdir. Həmin gündən sonra Nihatgil həmin evdən köçüb başqa evdə yaşamışlar. Nihat hazırlığa gedəndə onu “Yeni market” deyilən mağazanın yanında görüb evlərinə aparmış, evdə otağa keçmişlər. Nihat onun əynində olan şalvarı aşağı çəkib onu soyundurmuş və kürəyi üstə yerə uzatmış və evdə olan xalçanın üstündə şalvarını dizinə qədər aşağı çəkib cinsiyyət orqanını onun cinsiyyət orqanına soxmuşdur və onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, Nihata heç bir etiraz etməmişdir, çünki Nihatı sevmişdir və Nihatla özü də olmaq istəmişdir. Nihat onunla cinsi əlaqdə olub qutarandan sonra salfetka ilə özünü təmizləmişdir. Həmin vaxt bakirə olmuşdur. Ondan qan gəlmişdir. Sonra Nihat tələsdiyini bildirib evdən çıxmışdır. O, evlərinə getmişdir. Nihatla ilk dəfə olandan sonra “İnstagram” sosial şəbəkəsində bir aya yaxın müddətdə danışmışdır. Sonra o, Elşəni sevdiyini bildirdiyinə görə Nihat ondan küsmüşdür. Nihatla uzun müddət küsülü qalmışlar. 26 oktyabr 2023-cü il saat 13 radələrində İmişli şəhər Dəmiryol xəstəxanasının qarşısında 5 mərtəbəli binanın həyətində Zaman adlı şəxsin diş həkimi işləyən arvadına dişlərinə breket taxdırmaq üçün gedib-qayıdarkən M.Əsədov küçəsində İcra Hakimiyyətinin yanında yerləşən binanın ikinci mərtəsində mənzilin eyvanından Nihatın küçəyə baxdığını görmüşdür. Nihat ona sözünün olduğunu deyib həyətə gəlməsini istəmişdir. Evin giriş hissəsində görüşmüşlər. Nihat ona barışmağı təklif etmiş, o da Nihata zibilə düşdüyünü bildirib 20 manat pul verməsini istəmişdir. O, nisyə paltar almış və lakini pulunu verə bilməmişdir. Ona görə də Nihatdan pul istəmişdir. 26 oktyabr 2023-cü ildə saat 17:30-da Poçtun yanında yerləşən kurs mərkəzindən məşğələdən çıxarkən sinif yoldaşı Azərin də yanında olmuşdur. Nihat onları görüb arxalarınca gəlmiş, o, Azərindən ayrılıb Nihatla birləşmiş və Nihat onu ikinci mərtəbədə yerləşən kirayə qaldıqları evə aparmışdır. Orada divanda oturub öpüşmüşlər. Nihat onun əynində olan cins şalvarını və tursiyini aşağı çəkmiş və divanda onunla ön nahiyəsindən cinsi əlaqədə olmuşdur. Nihat onu arxasından da eləmək istəsə də o, razı olmamışdır. Həmin vaxt Nihatın necə boşalmasını görə bilməmişdir. Təqsirləndirlən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü könüllü olaraq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuşdur. Ona 13 yaşı olsa da, 14 yaşının olduğunu demişdir. Ona cinsi əlaqə olmağı Təqsirləndirilən şəxs etmişdir. Birinci dəfə qeyri- təbii yolla əlaqə olmaq istəsə də, razı olmamış və onların evindən uzaqlaşmışdır. Sonrada başqa gün təbii yolla cinsi əlaqə də olmuşdur. Yalnız təbii yolla iki dəfə 2022-ci ilin və 2023-cü ilin oktyabr aylarında Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onun sevdiyini düşündüyü üçün istintaqda bakirəliyinin bibisi oğlu Elşənin pozduğunu söyləmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur və barəsində yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda bildirdi ki, Təqsirləndirilən şəxs valideyini yəni anası X15 onun işlədiyi yerə yəni İmişli Rayon İcra Hakimiyətinin inzibati binasına daxil olaraq onu söyüb təhqir etməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin məkətəbinin 8 A sinifində oxuyur və X17 isə 11 A sinifində oxuyur. Nuray 4-cü sinifdən, Sadiq isə 1-ci sinifdən həmin məktbədə oxuyur. Nuray son 2 il ərzində məktəbdə özünü yaxşı aparmamışdır. Dərs zamanı müəllimlərdən icazələr alaraq qardaşı ilə görüşmək adı ilə dərsdən yayınmışdır. Dəfələrlə Nurayın atası və nənəsini məktəbə dəvət edib və Nurayın hərəkətləri barəsində məlumat vermişlər. Nuray məktəbə hər gün gəlib getmişdir. Lakin Nurayın oğlanlarla görüşüb sevişdiklərini görməmişdir. 27 oktyabr 2023-cü ildə saat 10 radələrində bir qadın məktəbə gəlmişdir. Həmin qadını məktəbdə ilk növbədə sinifdən xaric işlər üzrə təşkilatçı müavin Aksana müəllimə qəbul etmişdir. Qadın Nihat adlı oğlanın anası Elvira olmuşdur. Elvira Aksana müəlliməyə və məktəbin direktoru Famil müəllimə Nurayın onun oğlu ilə görüşməsini və oğlundan əl çəkməsini istədiyini bildirmişdir. Onlar da bundan sonra Nurayın nənəsi Naibəni məktəbə dəvət etmiş və nəvəsinə Nuray barəsində məktəbə şikayət edildiyini demişlər. Nurayın nənəsi Naibəni və Nihatın anası Elviranı bir yerdə məktəbdə qəbul edib görüşdürmüş və evlərinə yola salmışlar. Sonra Nurayın nənəsi Naibənin rayon polis şöbəsinə şikayət etməsini eşitmişdir. Cinayət işinin 182-184-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 28 dekabr 2023-cü il tarixli 3625 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir psixi xəstəlik qeyd olunmayıb, hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda psixiatrik müalicəyə ehtiyacı yoxdur. Öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Ünsiyyətcil, düşdüyü mühitə tez uyğunlaşmaq, aqressiv danışanlara meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda yalan danışmağa, özündən uydurmağa meyillik aşkar edilmədi. Cinayət işinin 206-209-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 31 yanvar 2024-cü il tarixli 234 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əvvəllər hər hansı bir psixi xəstəlik qeyd olunmayıb və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda qərarda göstərilən, ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi və ya göstərilən psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Ona qarşı törədilən əməl zamanı həmin əməllərin faktiki xarakterini dərk etmək iqtidarında olmamışdır. O, psixi vəziyyətinə görə öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindədir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) hesab olunur. Əqli və psixi inkişafına görə hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs sərbəstliyə və müstəqilliyə can atmaq, fəallıq, ünsiyyətcillik, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs özündən uydurub yalan danışmağa meyillik aşkar edilmir. Cinayət işinin 8-9 vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 813 nömrəli ekspert rəyindən görünür ki, aşkar edilmiş sol süd vəzi üzərində qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 5-7 günə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, sol saidin aşağı 1/3-nin ön səthində sağalmış yaranın izi-çapıq iti kənarlı kəsici xassəyə malik əşyanın (alətin) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 1-1,5 ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, sol saidin aşağı 1/3-nin ön səthində səthi yaralar iti kənarlı kəsici xassəyə malik əşyanın, əşyaların (alətin, alətlərin) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 5-7 günə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin girəcəyində və onun selikli qişasında, həmçinin düz bağırsağın selikli qişasında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir əlamət aşkar edilmədi. Cinayət işində olan 08 avqust 2024-ci il tarixli Zərərçəkmiş şəxs onun özü və qanuni təmsilçisi tərəfindən imzalanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə öz razılığı ilə yaxın münasibətdə olmuşdur və hazırda barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 210-223-cü vərəqəsində olan sübutların qiymətləndirilməsi barədə 20 mart 2024-cü il tarixli qərarı ilə qərara alınmışdır ki, cinayət işi Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsindən həmin Məcəllənin 152.1 və 152.2-ci maddələrinə tövsif edilsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1 və 152.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunsun, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğu üçün barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 149-cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 150-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 152.4.1- ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin, X6 və X7 əməllərində Azərbaycan Respublikası CM-in 152-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqbinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin, X10 ilə cinsi əlaqə olmuş X8 və X13 barələrində Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi icraata ayrılsın və cinayəti işindən zəruri sənədlərin surətləri və əsilləri ayrılmış cinayət işinə əlavə edilsin, zərərçəkmiş şəxs və şahid ifadələri, kompleks məhkəmə-psixiatrik və nəhkəməpsixoloji ekspertiza və məhkəmə-tibbi rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilsin və cinayət işinin materiallarına əlavə edilmiş, telefon danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil oİmuş disk və məhkəmə kopmüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş disk cinayət işinə əlavə edilsin. Cinayət işinin 263-264-cü vərəqəsində olan 23 mart 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “valideyinin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 235-236-cı vərəqəsində olan 23 mart 2024-cü il tarixli qanuni nümayəndə qismində tanınma haqqında qərardan görünür ki, X3 Nihat Rəşad oğlunun qanuni nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluq barədə heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 80-85-ci vərəqəsində olan üzləşdirmə protokolundan görsənir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2 dəfə cinsi əlaqədə olmasını bildirmiş və Təqsirləndirilən şəxs həmin faktı təsdiqləmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddələrində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut telefon danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş disk və məhkəmə komputer-texniki eskpertizasının rəyinə əlavə edilmiş 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 53.65 (əlli üç manat, altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli (iş № 1(036)-43/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 001408 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il, 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Telefon danışıqlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş disk və məhkəmə komputer-texniki eskpertizasının rəyinə əlavə edilmiş 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 53.65 (əlli üç manat, altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-43/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-43/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver