Məhkəmə qərarları › İş №1(036)-43/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-43/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-43/2025 11.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, N.nərimanov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 0,207 qram çəkidə narkotik vasitə olan heroini üzərində daşıyaraq saxlamış, 03 fevral 2025-ci il tarixdə saat 20:01 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, İmişli şəhəri, İmamverdi Əliyev küçəsində piyada hərəkətdə olan zaman saxlanılıb polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman əynindəki qara rəngli dəri gödəkcəsinin sol yan iç cibindən bir ədəd kibrit qutusunun içərisində saxladığı 2 ədəd ağ kağız bükümdə ayrı - ayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,112 qram olmaqla, ümumi təmiz çəkisi 0,207 qram oanunsuz olaraq əldə etdiyi xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, onda heroin olmamışdır, sadəcə nəşə olmuşdur. Bütün video çəkilişlər əsassızdır. Onu poçtun qarşısında saxlayıb əli və qolunu bağlayaraq ona təzyiq göstərmişlər. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə ona görə imza atmışdır ki, onu və ailə üzvlərini narkotik vasitələrin satışı ilə hədələmişlər. Polis əməkdaşları tərəfindən onun sağ ayağına xəsarətlər yetirilmişdir. O, xəstə anasının olmasına görə həmin maddə ilə özünü təqsirli bilmişdir. Xəsarət alması ilə bağlı sənədlər var. Özünün xəstə olmasını, yaşlı və xəstə valideyinlərinin olmasını nəzərə alaraq baəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadə edir. Həmin vaxt üzərində az miqdarda nəşə olmuşdur. Həmin nəşədən az miqdarını istifadə etdiyini və qalan miqdarı isə yadından çıxaraq istifadə etdiyi siqaret qutusunda qalmışdır. Həmin vaxt sağ qıçında zədələr olmuşdur. Bu barədə prokurorluqda araşdırmalar aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə başda o, olmaqla X4 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Elburus oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində xidməti avtomobil ilə İmişli şəhəri, N.Nərimanov küçəsinə gedib orada avtomobilin içərisində Təqsirləndirilən şəxs piyada şəkildə həmin küçə ilə hərəkətdə olmasını gözləmişlər. Belə ki, onlar Təqsirləndirilən şəxs həmin küçə ilə piyada şəkildə gələcəyini bilmişlər. Onlar avtomobilin içərisində oturub gözləyən zaman Təqsirləndirilən şəxs küçə ilə piyada şəkildə hərəkət etdiyini görüb dərhal avtomobil ilə onun gəldiyi istiqamətdə sürüb onun yanında avtomobili saxlamışlar. Onlar hər üçü dərhal avtomobildən düşüb saat 20:01-də Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, özünü Təqsirləndirilən şəxs təqdim etmiş və ona saxlanılmasının mahiyyətini izah eləmişdir. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs də həmin vaxt əynində olan qara rəngli gödəkcənin sol içəri yan cibindən üzərində Fesko sözü yazılan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş və içərisində iki ədəd ağ kağız bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kağız bükümlər elektron tərəzi ilə çəkilmiş və çəkiləri 0,14 və 0,15 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin iki ədəd ağ kağız bükümdə olan heroinə oxşar kütlələr qablaşdırılmış və üzəri DİN-in 179 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs İmişli RPŞ-yə dəvət etmişlər və oda heç bir etiraz etmədən idarə etdiyi xidməti avtomobillə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqların birində İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 Fərzalıyevə narkotik vasitələri əldə etməkdə şübhəli olduğunu bildirib ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İmişli rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Daha sonra vəkil Müdafiəçi şöbənin inzibati binasına dəvət edilmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra vəkil Müdafiəçi şöbənin inzibati binasına gəlmişdir. Təhqiqatçı videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də silah və döyüş sursatı, həmçinin qanunla qadağan olunmuş əşya və ya predmetlər varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nə varsa təqdim etməsi istənilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan iç cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq pul əskinazı və 1 ədəd qara rəngli üzərində “Birbank” yazılmış hesab kartını təqdim edərək stolun üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış davam etdirilsədə Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra zərurətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşlarının 3 fevral 2025-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə ola heroinə bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmışdır. Zərfin içərisindən 01 ədəd kibrit qutusunda 02 ədəd ağ rəngli kağız kəsiyi bükümündə xarici görünüşünə görə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə vasitəsilə çəkilərək, 01 ədəd bükümdə 0,13 qram çəkidə və 01 ədəd bükümdə 0,15 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr ilkin zərfə geri qoyularaq həmin zərflə birlikdə zərfin içərisinə qablaşdırılmışdır. DİN-in 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs onun və İmişli rayon polis şöbəsinin digər əməkdaşları tərəfindən saxlanılan zaman, üzərinə şəxsi axtarış keçirilən zaman, bundan sonra İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilən zaman və İmişli rayon polis şöbəsinin inzibati binasında saxlanılan zaman hər hansı zorakılıq hərəkətlərinə və ya qeyri-insani davranışlara məruz qalmamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X13 Bölməsinin 4 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/87 saylı rəyi ona elan edilmişdir. Həmin rəydə göstərilmiş 0,095 qram, 0,112 qram, ümumi çəkisi – 0,207 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, nəyə görə ifadə verməyi ona aydındır. Özü rəsmi olaraq İmişli RPŞ-nin X4 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdu. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə başda o, olmaqla İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Elburus oğlu və İmişli RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində xidməti avtomobil ilə İmişli şəhəri, N.Nərimanov küçəsinə gedib orada avtomobilin içərisində Təqsirləndirilən şəxs piyada şəkildə həmin küçə ilə hərəkətdə olmasını gözləmişlər. Belə ki, onlar Təqsirləndirilən şəxs həmin küçə ilə piyada şəkildə gələcəyini bilmişlər. Onlar avtomobilin içərisində oturub gözləyən zaman Təqsirləndirilən şəxs küçə ilə piyada şəkildə hərəkət etdiyini görüb dərhal avtomobil ilə onun gəldiyi istiqamətdə sürüb onun yanında avtomobili saxlamışlar. Onlar hər üçü dərhal avtomobildən düşüb saat 20:01-də Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, özünü Təqsirləndirilən şəxs təqdim etmiş və ona saxlanılmasının mahiyyətini izah eləmişdir. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs də həmin vaxt əynində olan qara rəngli gödəkcənin sol içəri yan cibindən üzərində Fesko sözü yazılan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş və içərisində iki ədəd ağ kağız bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kağız bükümlər elektron tərəzi ilə çəkilmiş və çəkiləri 0,14 və 0,15 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin iki ədəd ağ kağız bükümdə olan heroinə oxşar kütlələr qablaşdırılmış və üzəri DİN-in 179 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs İmişli RPŞ-yə dəvət etmişlər və oda heç bir etiraz etmədən idarə etdiyi xidməti avtomobillə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqların birində İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 Fərzalıyevə narkotik vasitələri əldə etməkdə şübhəli olduğunu bildirib ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İmişli rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Daha sonra vəkil Müdafiəçi şöbənin inzibati binasına dəvət edilmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra vəkil Müdafiəçi şöbənin inzibati binasına gəlmişdir. Təhqiqatçı videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də silah və döyüş sursatı, həmçinin qanunla qadağan olunmuş əşya və ya predmetlər varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nə varsa təqdim etməsi istənilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan iç cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 7 ədəd 1 manatlıq pul əskinazı və 1 ədəd qara rəngli üzərində “Birbank” yazılmış hesab kartını təqdim edərək stolun üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış davam etdirilsədə Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra zərurətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşlarının 3 fevral 2025-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə ola heroinə bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmışdır. Zərfin içərisindən 01 ədəd kibrit qutusunda 02 ədəd ağ rəngli kağız kəsiyi bükümündə xarici görünüşünə görə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə vasitəsilə çəkilərək, 01 ədəd bükümdə 0,13 qram çəkidə və 01 ədəd bükümdə 0,15 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr ilkin zərfə geri qoyularaq həmin zərflə birlikdə zərfin içərisinə qablaşdırılmışdır. DİN-in 179 nömrəli möhürü üzərinə vurularaq dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs onun və İmişli rayon polis şöbəsinin digər əməkdaşları tərəfindən saxlanılan zaman, üzərinə şəxsi axtarış keçirilən zaman, bundan sonra İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilən zaman və İmişli rayon polis şöbəsinin inzibati binasında saxlanılan zaman hər hansı zorakılıq hərəkətlərinə və ya qeyri-insani davranışlara məruz qalmamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X13 Bölməsinin 4 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/87 saylı rəyi ona elan edilmişdir. Həmin rəydə göstərilmiş 0,095 qram, 0,112 qram, ümumi çəkisi – 0,207 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyatı üzrə İmişli RPŞ-nin İB-nə göndərilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:32 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış süni işıqlandırma şəraitində İmişli rayon polis şöbəsinin inzibati binasında otaqların birində aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində narkotik vasitə və ya qanunla saxlanılması, gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə varsa təqdim etsin. O, isə cavab verərək üzərində heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Turan Fərzəliyevin üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmiş narkotik vasitə olan heroinə bənzər kütləyə baxış keçirilməsi üçün zərf açılmış, zərfin içərisindən 01 ədəd kibrit qutusunda 02 ədəd ağ rəngli kağız kəsiyi bükümündə xarici görünüşünə görə narkotik vasitə olan heroinəbənzər kütlələr aşkar edilmiş, aşkar edilmiş kütlələr elektron tərəzi vasitəsilə çəkilərək, 01 ədəd bükümdə 0,13 qram çəkidə və 01 ədəd bükümdə 0,15 qram çəkidə olması müəyyən edilmişdir. Axtarış keçirilən zaman video çəkilişdən istifadə olundu, həyata keçirilən video çəkiliş faylı 01 ədəd «CD» diskə köçürülərək protokola əlavə olundu. Protokol iştirakçılara ucadan oxundu, düzgün tərtib olunmuşdur və qeydlər daxil olmadı. Doğruluğu imzalarla təsdiq olunmuşdur (i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli, 18/87 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,095 qram, 0,112 qram, ümumi çəkisi - 0,207 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir (İ siyahı). (i.v. 40-42); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir (i.v. 48a-48b); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 56-57); İmişli Rayon Məhkəməsinin 4(036)-29/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1cild, i.v. 88-93); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-53-12-1/2-25/2025 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 12 ünvanında yaşayır və ailə tərkibi atası X2 və anası X5 ibarətdir (i.v. 141); İmişli Rayon İcra Hakimiyyətinin Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 142); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib və o, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 (altı) ay azaldılıb və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 152-154); İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-59/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin xx.xx.2025-ci il tarixli 1870 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 158- 159); sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci naddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən və məzmununa əlavələr edilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, 03 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, vətəndaşın saxlanılması və üzərinin yoxlanılması haqqında” protokolu, 03 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin 04 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/87 saylı rəyi, çoxsaylı şahid ifadələri və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0,207 qram, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,107 qram (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə) narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır (i.v. 182-189); İmişli Rayon Prokurorluğunun 167Ş-25 nömrəli məktubu ilə bildirilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən İmişli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zoraklığa məruz qalması barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xüsusi məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X7 tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2025-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X6 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, xidməti araşdırmalar idarəsində toplanmış 254-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunsun və qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Səbail Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilsin. Qərarən əsaslandırıcı hissəsində göstərilmişdir ki, aparılmış araşdırma ilə Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, psixi təsirə, işgəncəyə, şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya, digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs məxsus olan tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Təcridxananın Tibbi-sanitar hissəsində müayinə olunan zaman sağ budun bayır səthinin orta üçdə birində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yazılı izahatda həmin xəsarətləri həbs olunan zaman almışdır. Məhkəmə istintaqı zamanı 02 ədəd “CD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,095 və 0,112 qram olan, ümumi çəkisi 0,207 qram çəkidə narkotik vasitə olan heroini, bir ədəd "xxxx" ASC-yə aid olan kartı, bir ədəd “Samsung” markalı mobil telefon, müəyyən məbləğdə pul əskinazlarını göstərərək bunların özünə məxsus olmasını bildirdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video görüntüləri ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən əsasən 01 ədəd kibrit qutusunda olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,095 və 0,112 qram olan, ümumi çəkisi 0,207 qram çəkidə narkotik vasitə olan heroin xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin onda heroin olmaması, sadəcə nəşə olması, saxlanılarkən ona təzyiq göstərilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin narkotik vasitə olan narkotik vasitə olan heroin xeyli miqdarda istifadə etməsi ittihamda qeyd olunan hallarla üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Belə ki, məhkəmə istintaqı zamanı onun ibtidai istinaq zamanı hər hansı qəddar, qeyriinsani rəftar və hərəkətlərə, o cümlədən işgəncəyə məruz qalması müəyyən edilməmişdir. İş materiallarında olan İmişli Rayon Prokurorluğunun 167Ş-25 nömrəli məktubu ilə bildirilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən İmişli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zoraklığa məruz qalması barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xüsusi məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X7 tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2025-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X6 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, xidməti araşdırmalar idarəsində toplanmış 254-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunsun və qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Səbail Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilsin. Qərarən əsaslandırıcı hissəsində göstərilmişdir ki, aparılmış araşdırma ilə Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, psixi təsirə, işgəncəyə, şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya, digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məxsus olan tibbi kitabçası qeyd edilmiş xəsarətlərə və saxlanılarkən ona təzyiq göstərilməsi ilə bağlı ittihamlarına hüquqi qiymət verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs barəsində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 1(036)-59/2021 saylı hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan İmişli Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunda olan iki ədəd bükümdə ayrı-ayrılıqda ilkin təmiz çəkisi 0,095 və 0,112 qram olan, ümumi çəkisi 0,207 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,107 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-43/2025) qərarını icra edərək, xx.xx.2025ci il tarixli, 001756 saylı orderə əsasən vəkil Müdafiəçi ona vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 (səkkiz) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş 01 ədəd kibrit qutusunda olan iki ədəd bükümdə ayrı-ayrılıqda ilkin təmiz çəkisi 0,095 və 0,112 qram olan, ümumi çəkisi 0,207 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,107 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar