Məhkəmə qərarları › İş №1(036)-44/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-44/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-44/2022 01.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 Asif oğlu, Zərərçəkmiş şəxs2 Asif oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Sosial Xidmətlər Agentliyinin 24 saylı filialında aparıcı mütəxəssis vəzifəsində işləyən, İmişli rayonu Sarıxanlı kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 20 noyabr 2021-сi il tarixdə saat 19-00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarına riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz-21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat surətlə İmişli rayonu, Sarxanlı kəndinin “Sarıxanlı döngəsi” adlanan hissəsində Sarxanlı-İmişli avtomobil yolu ilə İmişli şəhəri istiqamətində hərəkət edərkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi surətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, idarə etdiyi avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməyərək, nəqliyyat vasitəsini qarşı əks hərəkət zolağı ilə, yəni nəqliyyat vasitəsinin sol hissəsi qarşı sol hərəkət hissəsində olmaqla idarə edərək, hərəkət üçün təhlükə yaratmış və qarşı əks hərəkət zolağında avtomobilin qabaq sol tərəfi ilə onunla əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 Asif oğlunun idarə etdiyi “Vaz-21063” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Vaz- 21063” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Asif oğluna ehtiyatsızlıqdan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol 6-cı qabırğanın yerdəyişməyən sınığı, sağ incik sümüyü başının yerdəyişməyən sınığı, sağ diz oynağının hemartozu, bayır kollateral bağın zədələnməsi, bel-oma nahiyəsinin əzələ-bağ aparatının gərilməsi, sağ böyrək nahiyəsinin dərialtı hematoması, sol diz və aşıq-baldır oynağının və sol pəncənin əzilməsi, bədənin və sifətin çoxsaylı səthi yaralarından ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına, həmin avtomobildə olan sərnişinlər- Zərərçəkmiş şəxs2 Asif oğluna ehtiyatsızlıqdan sol bazunun aşağı 1/3-nin bayır səthində qançır, sol budun orta 1/3-nin bayır səthində, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqlar, sol 5-ci qabırğanın qeyri-tam sınığından (çatı) ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan alın nahiyəsində solda qançır və sıyrıq, dilin uc hissəsində yaradan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına dərəcəsi təyin olunmayan zərər vurulmasına, Zərərçəkmiş şəxs4 ehtiyatsızlıqdan baldırın aşağı 1/3-nin ön səthində, sifətin sol yarısında sıyrıqlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 sağlamlığına dərəcəsi təyin olunmayan zərər vurulmasına, habelə yol-nəqliyyat hadisəsi zamanı “Vaz-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan zədələməklə, onun sahibi Zərərçəkmiş şəxs1 Asif oğluna 3957 (üç min doqquz yüz əlli yeddi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sarxanlı-Bəhrəmtəpə avtomobil yolu ilə əmisi oğlu Şahid2 ilə birlikdə Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt qohumu Şahid1 idarə etdiyi əfər “Mercedes-Benz” markalı avtomobil ondan irəlidə hərəkət etmiş, yolun İmişli rayonu “Sarıxanlı əyrisi” adlanan hissəsində gözləmədiyi halda Zəfər əyləci basıb avtomobili yolun sağ çiyin tərəfinə çəkmişdir. O, Zəfərin idarə etdiyi avtomobillə arxadan toqquşmamaq üçün əyləcdən istifadə etmişdir. Sonradan ona aydın olmuşdur ki, qarşıdan gələn avtomobil yolun əks hərəkət zolağına çıxdığından Zəfər idarə etdiyi avtomobili qismən yolun sağ çiyni ilə idarə etdiyi üçün qarşıdan gələn avtomobil Zəfərin idarə etdiyi “Mercedes” markalı avtomobilin yanından keçərək onun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşmuşdur. Hadisə baş verdikdən sonra o, xəstəxanaya aparılaraq xx.xx.2021-ci il tarixdən aldığı xəsarətlərdən sol ayağının bud hissəsindən açıq əməliyyat olunmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobildə yük olmamışdır. Hadisə vaxtı “VAZ-21074” markalı avtomobili 60 km/saat sürətlə idarə etmiş, qarşısına çıxan avtomobili 15-20 metr məsafədən görmüşdür. İş üzrə Təqsirləndirilən şəxs daha sonra ifadəsində iş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyərək onlarla barışdığını bildirmiş və əməlindən səmimi peşmançılıq çəkdiyini ifadə etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 Asif oğlu ifadəsində göstərmişdir ki, 20 noyabr 2021-ci il tarixdə saat 19-00 radələrində idarə etdiyi “Vaz 21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Zərərçəkmiş şəxs2, iş yoldaşları və həmkəndliləri X6, Zərərçəkmiş şəxs3 və hadisə baş verdiyi yerdən təxminən 300 metr geridə avtomobilinə mindirdiyi X7 ilə birlikdə yaşadığları İmişli rayonu, Boşçallar kəndi istiqamətində hərəkətdə olarkən hava qaranlıq olmuşdur. 30 km/saat sürətlə idarə etdiyi avtomobillə İmişli rayonu, Sarxanlı kəndi istiqamətində yolun əyri hissəsindən dönən zaman, onunla əks istiqamətdə hərəkət edən “Mercedes” markalı avtomobil sürətlə keçmişdir. “Mercedes” markalı avtomobil keçdikdən 15-20 metr sonra “VAZ-21074” markalı avtomobil yolun döngəli hissəsindən onun qarşısına çıxmışdır. O, dərhal əyləcdən istifadə etmiş və həmin “Mercedes” markalı avtomobilin arxası ilə gələn, “VAZ-21074” markalı avtomobil onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. O, hadisə baş verməmişdən əvvəl onun həmkəndlisi Sərdar Həsənovu avtomobilinə mindirərkən “Mercedes” markalı avtomobilin işıqını görmüş, lakin “VAZ- 21074” markalı avtomobili görməmişdir. Belə ki, yolun döngə hissəsinin sol tərəfində kol örtüyü olmuşdur. Buna görə də o, avtomobili qismən yolun sağ hissəsi ilə idarə etmişdir. Hadisə baş verdikdən sonra toqquşan hər iki avtomobil hadisə yerində qalmışdır. Onun avtomobilinin ön hissəsi zərbənin təsirindən həmin avtomobilə tərəf dönmüşdür. Hadisədən sonra onun avtomobilində olan sərnişinlər avtomobildən düşmüş, daha sonra onun avtomobildən düşməsinə kömək etmişlər. Sərnişinlər onu avtomobilin arxa sol qapısından düşürdərək avtomobilin arxa təkərinin yanına uzatmışlar. Daha sonra Təcili-tibbi yardım avtomobili gələrək, onu İmişli rayon Mərkəzi xəstəxanasına aparmışlar. Sonra o, göndərişlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına getmiş və orada müalicə olunmuşdur. Zərərçəkmiş şəxs1 Asif oğlu daha sonra ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs ona hər cür maddi və mənəvi yardım etmişdır. Ona görə də, onunla barışmışdır, daha heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2 Asif oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ifadələrində Zərərçəkmiş şəxs1 Asif oğlunun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmiş və hər biri öz növbəsində Təqsirləndirilən şəxs ilə barışdığını və ondan şikayətçi olmadığını bildirmişdir. İş üzrə şahid X8 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində İmişli rayonu Boşçallar kəndində yerləşən, yaşadığı evə getmək üçün İmişli rayonu, “Sarxanlı əyrisi” adlanan yerdə avtomobil gözləyərkən həmkəndlisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oradan keçmiş və avtomobili saxlayıb onu götürmüşdür. Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2, həmkəndliləri X6, Zərərçəkmiş şəxs3 da avtomobildə olmuşlar. Avtomobil İmişli rayonu, Boşçallar kəndi istiqamətində hərəkətə davam etmişdir. Emin avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir. Avtomobil ilə İmişli rayonu, Sarxanlı kəndi istiqamətində yolun əyri hissəsindən dönən zaman, onlarla üzbəüz “Mercedes” markalı avtomobil sürətlə keçmişdir. Həmin “Mercedes” markalı avtomobil keçdikdən sonra ani vaxt ərzində əyləc səsi eşitmişdir. “Mercedes” markalı avtomobilin arxası ilə gələn, onun görmədiyi avtomobil Eminin idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə baş verdikdən sonra Eminin idarə etdiyi avtomobil toqquşduğu yerdə qalmış və ön hissəsi zərbənin təsirindən toqquşduğu avtomobilə tərəf dönmüşdür. Hadisədən sonra onlar avtomobildən düşmüş və Emini avtomobilin arxa sol qapısından düşürtmüşlər. O, digər avtomobilin “VAZ-21074” markalı olduğunu və həmin avtomobildən iki nəfər şəxsin düşdüyünü görmüş, lakin həmin avtomobilin dövlət qeydiyyat nişanını görməmişdir. Həmin vaxt hadisədən əvvəl oradan keçən “Mercedes” markalı avtomobil geri qayıtmış və “VAZ-21074” markalı avtomobilin sürücüsünü avtomobilinə mindirərək aparmışdır. Daha sonra Təcili-tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və Emini İmişli rayon Mərkəzi xəstəxanasına aparmışdır. İş üzrə Şahid1 Lənkaran oğlu ifadəsində göstərmişdir ki, 20 noyabr 2021-ci il tarixdə saat 19- 00 radələrində o, idarə etdiyi “Mercedes-Benz E 320” markalı avtomobillə İmişli rayonu Sarxanlı kəndindən, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olarkən, dayısı oğlu Xəzri idarə etdiyi “VAZ-2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun arxası ilə hərəkət etmişdir. İmişli rayonu, Sarxanlı kəndinin ərazisində, Sarxanlı döngəsində əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun qarşısına çıxmış, o, dərhal avtomobili qismən yolun sağ tərəfinə çəkmiş və həmin avtomobil onun yanından keçərək hərəkətinə davam etmişdir. Bir qədər keçəndən sonra toqquşma səsi eşitmiş, dərhal dönüb geri qayıtmış və dayısı oğlu Xəzrinin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə onun yanından keçən “VAZ-2106” markalı avtomobilin toqquşduğunu görmüşdür. O, dərhal avtomobili saxlamış, Xəzrini avtomobildən çıxartmış və idarə etdiyi avtomobilə mindirərək İmişli rayon Mərkəzi xəstəxanasına aparmışdır. O, yolun kəskin döngəsi olduğu üçün avtomobili 50-55 km/saat sürətlə, Xəzri isə avtomobili təxminən 60 km/saatdan bir qədər yuxarı sürətlə idarə etmişdir. İşdə olan AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 308-8-1222 saylı məlumata əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. ( c.i.səh:50) İşdə olan AD 704795 nömrəli NV-nin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Vaz- 21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobill xx.xx.2020-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. ( c.i.səh: 23) İşdə olan xx.xx.2021-ci il tarixli ƏN-Vİİ 937926 nömrəli X1 edilməsi haqqında Etibarnamənin surətinə əsasən X3 qaydada sığortalanmış “Vaz-21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etmək və barəsində sərəncam verməkdən ötrü Təqsirləndirilən şəxs vermişdir ( c.i.səh: 23) İşdə olan AD ******* nömrəli NV-nin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Vaz- 21063” markalı 22BB 623dövlət qeydiyyat nişanlı avtomobill xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alınmışdır. ( c.i.səh: 24) İşdə olan xx.xx.2021-ci il tarixli ƏN-Vİİ 517908 nömrəli X1 edilməsi haqqında Etibarnamənin surətinə əsasən X2 qaydada sığortalanmış Vaz-21063” markalı 22BB 623dövlət qeydiyyat nişanlı avtomobill xx.xx.2021-ci i il tarixədək idarə etmək və barəsində sərəncam verməkdən ötrü Zərərçəkmiş şəxs1 Asif oğluna vermişdir ( c.i.səh: 24) İşdə olan İmişli MRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 89 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Təqsirləndirilən şəxs ayıq olmuşdur. (c.i.səh: 20-21) İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokolda göstərilmişdir ki, yol nəqliyyat hadisəsinin yeri İmişli rayonu Sarıxanlı kəndi ərazisindən keçən avtomobil yolu, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfaltbeton, ötrüyün vəziyyəti quru, yol örtüyünün eni 5,4 metr, iki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 2,7 metrdir; yolun hərəkət hissəsinə sağ və sol tərəfdən boş torpaq sahəsi birləşir. Hadisə yerində tormozlama izləri və şin izləri müəyyən edilməmişdir. Hadisə nəticəsində “Vaz-21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfdən toqquşmuş və hər iki nəqliyyat vasitəsi qarşı-qarşıya köndələn dayanmışdır. ( c.i. səh: 87-10; fotocədvəl, səh 11-19) ) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8/652 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş məlumatlara əsasən Vaz-21074” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur;“Vaz-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Asif oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. ( c.i.səh: 138-139) İşdə olan АR SN МТЕ və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 904 saylı ekspert rəyində göstərilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində baldırın aşağı 1/3-nin ön səthində, sifətin sol yarısında sıyrıqlar aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən təsviri hissədə göstərilən şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.. ( c.i.səh: 42-43) İşdə olan АR SN МТЕ və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 903 saylı ekspert rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində alın nahiyəsində solda qançır və sıyrıq, dilin uc hissəsində yara aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən təsviri hissədə göstərilən şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. ( c.i.səh: 40-41) İşdə olan АR SN МТЕ və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 905 saylı ekspert rəyində göstərilmişdir ki, 1984-cü il il təvəllüdlü Zərərçəkmiş şəxs2 Asif oğlunun məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sol bazunun aşağı 1/3-nin bayır səthində qançır, sol budun orta 1/3-nin bayır səthində, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqlar, sol 5-ci qabırğanın qeyri-tam sınığı (çatı) aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən təsviri hissədə göstərilən şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. ( c.i.səh: 44-45) İşdə olan АR SN МТЕ və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 41 saylı ekspert rəyində göstərilmişdir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Asif oğlunun məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol 6-cı qabırğanın yerdəyişməyən sınığı, sağ incik sümüyü başının yerdəyişməyən sınığı, sağ diz oynağının hemartozu, bayır kollateral bağın zədələnməsi, bel-oma nahiyəsinin əzələ-bağ aparatının gərilməsi, sağ böyrək nahiyəsinin dərialtı hematoması, sol diz və aşıq-baldır oynağının və sol pəncənin əzilməsi, bədənin və sifətin çoxsaylı səthi yaraları aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən təsviri hissədə göstərilən şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. ( c.i.səh: 67-69) İşdə olan “VAZ Təmir stansiyası” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Zərər Aktına əsasən “VAZ 21063” markalı ** BB *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi zərər 3957,0 manat təşkil edir. ( c.i.səh:91) АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nın 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişlər. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və hər biri CM–nın Xüsusi hissəsinin müvafq maddəsi ilə təqsirli bilinib Umumi hissəsinin normaları nəzərə alınmaqla cəzalandırılmalıdır. АR CМ-нин 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. səh: 128-129) İşdə olan İmişli RİHB-nin Sarxanlı və Buludlu kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur . ( c.i.səh:95) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyərək onlarla barışıq əldə etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzanı yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən hallar və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzasına məhkum edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 ( altı min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 185 (yüz səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut, İmişli RPŞ-nin duracağında saxlanılan VAZ 21063 markalı ** BB *** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs1 Asif oğluna verilsin; Təqsirləndirilən şəxs saxlanılan VAZ 21074 markalı ** CA *** dövlət nömrə nişanlı avtomobil onun özünə verilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar