Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-45/2022 29.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, otra təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, M.Cəfərov küçəsi ev 26-da qeydiyyatda oan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 09 noyabr 2021-ci il tarixdə saat 21-00 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ehtiva edərək, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əsaslı səbəb olmadan əvvəlcə Zərərçəkmiş şəxs1 yumruq və təpiklə vuraraq döyməklə ona beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün altında yara, üst və alt dodağın selikli qişasında ortada qansızmalar, sağ əlin arxa səthində 2-3-cü daraq sümükləri proyeksiyasında, boynun sağ yan səthində, sol onurğayanı xətt boyunca bel nahiyəsində qançırlar, sağ və sol diz oynaqlarının ön səthində, boynun sağ və sol yan səthlərində sıyrıqlar, sol gicgah nahiyəsində yumşaq toxumaların şişkinliyi ilə müşayiət edilən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirmiş, bununlada o, həmin evdə və qonşuluqda yaşayanların narahatçılığına, həmçinin, qorxu və həyəcan hisləri keçirmələrinə səbəb olmuş, daha sonra heç bir əsaslı səbəb olmadan ictimai borcunu yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə atası Zərərçəkmiş şəxs1 döyülməsini görüb ona kömək etmək istəyən Zərərçəkmiş şəxs3 saçından yapışıb yerə yıxıb yumuqla vuraraq döyməklə ona sol bazunun orta 1/3-nin ön səthində , sol saidin aşağı 1/3-nin arxa səthində, sağ bazunun aşağı 1/3-nin arxa səthində, doş qəfəsinin ön səthində, döş sümyü proyeksiyasında qançırlar, sağ dirsək oynağının arxa səthində, sol körpüsük sümüyü proyeksiyasında, sağ əlin arxa səthində 4-cü daraq sümüyü proyeksiyasında sıyrıqlar ilə müşayiət edilən dərəcəsinə təyin ediməyən xəsarətlər yetirmiş, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək, ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirmək və ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə onun qərəzli xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan, müqavimət göstərməklə qəsdən yumruqla vuraraq ona sağ bazunun aşağı 1/3-nin ön səthində , sağ əlin 2-ci daraq sümüyü proyeksiyasında arxa səthində qançırlar ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirib axşam vaxtı ətrafda yaşayan qonşuların və Zərərçəkmiş şəxs1 ailə üzvlərinin narahatçılığına səbəb olan, təxminin 40 dəqiqə ərzində onlarda qorxu və həyəcan hissləri yaratmaqla qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünüqismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 ilə təxminən 3 il əvvəl “İnstagram” sosial şəbəkə vasitəsi ilə tanış olmuş, onunla telefon vasitəsi ilə danışmış və bir neçə dəfə Bakı şəhərində görüşmüşdür. Sonradan münasibətləri sevgiyə çevrilmiş, lakin Aynurla evlənmək istəyi anası və qardaşı tərəfindən qəbul edilməmişdir. Bütün bunlara baxmayaraq ailə qurmaq məqsədi ilə 23 sentyabr 2021-ci il tarixdə Aynurun yaşadığı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə gəlmiş və onu öz istəyi ilə yaşadığı evin yaxınlığındakı küçədən götürüb taksi ilə özünün yaşadığı Bərdə şəhərinə aparmışdır. Bərdə şəhərində əvvəlcə Aynuru xalası evində 2 gün saxlamış və sonra öz evlərinə aparmışdır. Bir neçə gün keçəndən sonra Bakı şəhərində tikitidə fəhlə işlədiyi üçün Aynurla Bakı şəhərinə gedib qardaşı Elvin Məmmədlinin yaşadığı evdə bir müddət qalmış, xx.xx.2021-ci il tarixdə Aynurun anası Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəlib onları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindəki evlərinə qonaq gətirmişdir. Aynurun valideynlərinə məxsus olan evdə o, 3 gün qalmış, xx.xx.2021-ci il tarixdə Aynuran atası Zakirlə həyətdə quzu ətindən kabab bişirib yemişlər. Aynurun 44 günlük Vətən müharibəsində şəhid olmuş dayısı oğlu Fərid Vəliyevin qəbrini ziyarət etmək məqsədilə Aynuru 11 noyabr 2021-ci il tarixdə Beyləqan rayonuna aparmaqdan ötrü 09 noyabr 2021-ci ildə gündüz vaxtı Bərdə şəhərində yaşayan əmisi oğlu X3 zəng edib gəlib onları Beyləqan rayonuna aparmasını xahiş etmiş, Əli isə gələ bilməyəcəyini bildirmişdir. Sonra o, qardaşı Sənan Məmmədliyə zəng edib ondan pul istəmiş, lakin ala bilməmiş və psixoloji problemləri olduğuna görə qohumların hərəkətindən bərk əsəbləşmişdir. Həmin gün Aynurun atası Zərərçəkmiş şəxs1lə həyətə söhbət edib siqaret çəkərkən özündən asılı olmayan səbəbdən sonuncunu yumruqla vuraraq yerə yıxmış və yerdə yumruqla başına və bədəninə vurmaqda davam etmişdir. Həmin vaxt Zakirin harayına arvadı Ceyran gəlib onları ayırmaq isəmiş, lakin Ceyranı da yumruqla vuraraq özündən kənarlaşdırmışdır. Sonra Aynur gəlmiş, onu tutub geri çəkmək istərkən bir dəfə də onun sinəsindən yumruqla vurmuş, saçından tutub dartaraq küçəyə çıxarmış və adamların yığışdığını görərək Aynuru buraxıb itələyərək qaçmış, su kanalından keçərək sərhəd xəttinin keçdiyi əraziyə çıxmışdır. Təxminən bir saat keçəndən sonra o, yenidən Aynurgilin evinə qayıtmış və hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən İmişli RPŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşmançılıq çəkdiyini və Zərərçəkmiş şəxs3 ilə barışmaq istədiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə iki ildir ki, tanış olmuş, onu sevmiş və xx.xx.2021-ci il tarixdə Vaqifə qoşulub Bərdə şəhərinə gedərək onunla qeyri-rəsmi surətdə ər-arvad kimi birlikdə yaşamışdır. Onlar Bərdə şəhərində Vaqifin atasına məxsus olan evdə iki gün qaldıqdan sonra sonuncunun qardaşının Bakı şəhəri, Binə qəsəbəsindəki evinə getmiş və 06 noyabr 2021-ci il tarixədək orada qalmışlar. 06 noyabr 2021-ci ildə anası Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəlib Vaqiflə birlikdə onu İmişli rayonu Bəhrəmtəpə qəsəbəsindəki evlərinə gətirmişdir. Vaqif 2 gün onlarda qalmış və həmin müddətdə ondan atasının evdə pulu harada saxlamasını soruşduğu üçün Vaqifin atasına məxsus pulu ələ keçirmək istəməsindən şübhələnmişdir. xx.xx.2021-ci il tarixdə saat 21-00 radələrində evdə olarkən atası Zakirin qışqıraraq haray saldığını eşitmiş və anası Ceyranla həyətə çıxaraq Vaqifin atası Zakiri yerə yıxıb boğduğunu görmüşdür. Vaqifə kömək etmək istərkən Vaqif əvvəlcə Ceyranı yumruqla vuraraq kənarlaşdırmış, sonra onun sinəsindən yumruqla vurmuş və saçından tutub sürüyərək onu həyətdən çölə çıxartmışdır. Həmin vaxt səs-küyə qonşular yığışmış və DİN-in 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişlər. Vaqif adamların toplandığını görüb onu buraxaraq qaçmış və su kanalından keçərək sərhəd xəttinin keçdiyi əraziyə çıxmışdır. Az müddətdən sonra polis əməkdaşları gəlmiş və bir qədər gözlədikdən sonra çıxıb getmişlər. Polis əməkdaşları gedəndən sonra Vaqif qayıdaraq həyətə girmiş, qonşular onu hamama salıb saxlamış və polisə zəng etmişlər. Polis əməkdaşları dərhal qayıtmış və Vaqifi tutaraq polis şöbəsinə aparmışlar. X5 daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində təhqir olunmuş və şəxsiyyəti alçalmışdır. Ona görə də, onun layiq olduğu kimi cəzalandırılmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxslər,Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər biri ifadəsində X1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır, Zərərçəkmiş şəxs1lə qonşudur və İmişli rayon Suvarma Sistemləri İdarəsində nəzərətçi işləyir. 09 noyabr 2021-ci il tarixdə, saat 21-00 radələrində su kanalın yanında su nasoslarına nəzarət edərkən Zakirin həyətindən qışqırıq səsləri eşitmiş və səs gələn həyətə tərəf gedərkən bir nəfər oğlanın Zakirin həyətindən çıxıb özünü su kanalına atmasını və çoxlu sayda insanların ora toplaşamasını görmüşdür. Zakir həyətində yerə yıxılmış və sifəti qanamışdır. Hadisə yerinə toplaşan adamlardan Zakirin kürəkəni Vaqif adlı şəxs tərəfindən döyüldüyünü öyrənmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır və Zərərçəkmiş şəxs1lə qonşudur. 09 noyabr 2021-ci il tarixdə saat 21-00 radələrində idarə etdiyi avtomobillə gedərkən Zakirin evinin yanında qışqırıq səsləri eşitmiş və çoxlu sayda adamların Zakirin həyətinə toplaşdığını görüb avtomobili yolda saxlayıb yerə düşərkən bir nəfər cavan oğlanın Zakirin qızı Aynurun saçından yapışb süriyərək kanala tərəf aparmasını görmüşdür. Həmin oğlan onu görüb Aynurəni buraxmış və özünü su kanalına atmışdır. Həmin vaxt Zakiri həyətində yerə yıxılmış və sifəti qanamış halda görmüşdür. Zakir təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya göndərildikdən sonra o, avtomobilinə minib evinə getmişdir. İş üzrə Şahid4 ifadəsində Şahid2 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə Şahid3 qızı ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır və Zərərçəkmiş şəxs1lə qonşudur. 09 noyabr 2021-ci ildə saat 21-00 radələrində Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona zəng vurub onları həyətlərində öldürdüklərini bildirmişdir. O, evdən küçəyə çıxıb Zakirin həyətinə tərəf gedərkən oradan səs-küy eşitmiş və yaxınlaşarkən Vaqifin Zakiri yerə yıxıb yumruq və təpiklə vurmasını, Ceyranın və Aynurun isə Zakiri Vaqifin əlindən almağa çalışdıqlarını, Vaqifin Zakiri buraxıb Aynurun saçından yapışaraq sürüməsini, Ceyranı isə yumruqla vurmasını müşahidə etmişdir. Vaqif həyətə digər qoşuların da gəldiyini görüb Aynuru buraxaraq kanala tərəf qaçıb yoxa çıxmışdır. Zakiri həyətində yerə yıxılmış, sifəti qanamış, sol gözü isə şişmiş halda görmüşdür. Sonra İmişli MRX-dan təcili-tibbi yardım avtomobili ilə tibb içşiçiləri gəlmiş və Zakiri avtomobilə mindirib xəstəxanaya aparmışlar. Zakirin evində bir-iki saat qalandan sonra çıxıb evinə getmiş, lakin az müddətdən sonra Aynur zəng vuraraq Vaqifin qayıtdığını bildirdiyi üçün yenidən onlara getmiş və Vaqifi Aynurgilin həyətində görərək sakitləşdirib əl-üzünü yumaq üçün hamama salmışdır. Həmin vaxt polis əməkdaşları gəlmiş və Vaqifi İmişli RPŞ-nə aparmışlar. İşdə olan AR SN MTE və PAB PHŞ-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 854 nömrəli rəyində göstərilmişdir, 1954-cü il təvəllüdlü X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün altında yara, üst və alt dodağın selikli qişasında ortada qansızmalar, sağ əlin arxa səthində 2-3-cü daraq sümükləri proyeksiyasında, boynun sağ yan səthində, sol onurğayanı xətt boyunca bel nahiyəsində qançırlar, sağ və sol diz oynaqlarının ön səthində, boynun sağ və sol yan səthlərində sıyrıqlar, sol gicgah nahiyəsində yumşaq toxumaların şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. ( c.i.səh:46-47) İşdə olan AR SN MTE və PAB PHŞ-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 855 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər- sol bazunun orta 1/3-nin ön səthində, sol saidin aşağı 1/3-nin arxa səthində, sağ bazunun aşağı 1/3-nin arxa səthində, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasında qançırlar, sağ dirsək oynağının arxa səthində,sol körpüsük sümüyü proyeksiyasında, sağ əlin arxa səthində 4-cü daraq sümüyü proyeksiyasında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.( c.i.səh: 40-41) İşdə olan AR SN MTE və PAB PHŞ-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 863 nömrəli rəyində göstərilmişdir: Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthindən aşkar edilmiş xəsarətlər- sağ bazunun aşağı 1/3-nin ön səthində,sağ əlin 2ci daraq sümüyü proyeksiyasında arxa səthində qançırlar küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.( c.i.səh: 48-49) İşdə olan AR SN Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 5264 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəli aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.( c.i. səh: 194-195) İşdə olan AR SN MPEM tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 13 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. Onda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli tördən zaman fiziloji affekt vəziyyətində olmamşdır. ( c.i.səh:197-201) АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, və onların hər biri CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi lə təqsirli bilinərək Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. səh: 188-189) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(036)124/2021 saylı qərarının surətinə Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. ( c.i. 1-cü cild, səh:112-114) Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs əməlinə görə məsuliyyət nəzərdə tutan AR CM-nın müvafiq maddəsinin saksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı və CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.2.2-ci маддяsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1( bir) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-45/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-45/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver