Məhkəmə qərarları › İş №1(036)-45/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-45/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-45/2023 09.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Kamil oğlunun və Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olan, İmişli rayonu Çahar kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ötrü məhkəməyə verilmişdir ki, o, 14 yanvar 2021-ci il tarixdə saat 21 radələrində bibisi Şahid yaşadığı evə ötürərkən İmişli şəhəri, T.İsmayılov küçəsində sonuncunun keçmiş əri Zərərçəkmiş şəxs Kamil oğlu ilə arasında qısqanclıq zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən yumruqla bir dəfə vurub yerə yıxmaqla, sağ gicgah-ənsə nahiyəsində hematoma, beyin silkələnməsi halında qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İmişli rayon Çahar kəndində qeydiyyatda olsa da, hazırda anası ilə birlikdə İmişli şəhəri, 20 Yanvar küçəsində kirayədə yaşayır. Onun bibisi Şahid İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2-də yaşayır və Zərərçəkmiş şəxslə bir il bundan qabaq boşanmışdır. Zərərçəkmiş şəxs boşandıqdan sonra Cəmaləni yaşadıqları evdən çıxartmaq məqsədilə onun əxlaqsız olması barədə yalan şayələr yayaraq özünü biabır etmişdir. 14 yanvar 2023-cü il saat 21-00 radələrində o, Cəmaləni azyaşlı qızları Leyla və Leyli ilə birlikdə digər bibisi İlhamənin evindən götürüb öz evlərinə apararkən Cəmalənin yaşadığı evin qarşısından keçən küçədə İspən arxadan gəlib onlara çatmış və “sənə deməmişəm bura gəlmə” deyərək əli ilə onun boğazından yapışıb boğmağa başlamışdır. O, İsbəni özündən kənarlaşdırmaq üçün əllərindən tutub itələmiş, İspən yerə yıxılmış və onu da özünə tərəf çəkərək yerə yıxılmışdır. Cəmalə onları ayıraraq dalaşmalarına imkan verməmişdir. İş üzrə Zərərçəkmiş şəxs Kamil oğlu ifadəsində göstərmişdir ki, o, Şahid ilə 6 fevral 2012-ci il tarixdə evlənərək onunla birlikdə İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 20, mənzil 2-də yaşamış və birgə nikahdan Leyla və Leyli adında iki ekiz qızları olmuşdur. Cəmalə ögey qardaşı Kamilin oğlu Ümidlə yaxın münasibədə olandan sonra onunla yola getməmiş və ailədaxili münasibətləri pozulmuşdur. Ümidi bir neçə dəfə Cəmalə ilə birlikdə evdə yarıçılpaq vəziyyətdə görüb evindən qovsa da, Ümid onun sözlərinə əhəmiyyət verməmiş və Cəmalə ilə əlaqələrini kəsməyərək onlara gəlib-getməkdə davam etmişdir. İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cəmalə ilə boşanmış və iki uşağa görə hər ay 300 manat aliment ödəməsinə qərar verilmişdir. Hazırda Cəmalə uşaqlarla birlikdə onun evində yaşayır və Ümid də tez-tez ora gəlib-gedir. 14 yanvar 2023-cü il saat 21 radələrində o, işlədiyi İmişli şəhərində yerləşən “Sultan” marketdə olarkən Ümidin Cəmalə və azyaşlı qızları ilə birlikdə evinə tərəf getdiklərini görüb onların arxasınca getmiş və İmişli şəhəri, T.İsmayılov küçəsində küçədə onlara çataraq Ümiddən evinə nə üçün gəldiyini soruşmuşdur. Ümid onu söyərək ayağına badalaq vurmuş və sağ əli ilə yumruqla baş nahiyəsinə bir dəfə vuraraq onu yerə yıxmışdır. Cəmalə Ümidi tutaraq onu yerdə vurmasına imkan verməmiş, o, bir neçə dəqiqə yerdə huşsuz halda qaldıqdan sonra ayağa qalxmış, Ümiddən qorxduğu üçün öz evinə getməmiş və İmişli rayonu, Çahar kəndində yerləşən xalası evinə gedərək DİN-nin 102 xidmətinə zəng edib Ümid tərəfindən döyülməsi barəsində məlumat vermişdir. İş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə evlənərək onunla birlikdə İmişli şəhəri, T.İsmayılov küçəsi ev 20, mənzil 2-də yaşamış, onların Leyla və Leyli adında iki qızı olmuş və 2022-ci ilin dekabr ayında boşanmışlar. 14 yanvar 2022-ci il saat 21 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs ilə birlikdə bacısı İhamənin evindən yaşadığı evə gələrkən İsbən onları evlərinin yaxınlığında görüb arxalarınca gəlmiş və onlara çataraq Ümidin üzərinə hücüm edib boğazından yapışmışdır. Ümid İsbənin əllərindən tutub vurmaq istədikdə o, Ümidi tutaraq vurmağa qoymamış, həmin vaxt Ümid əlləri ilə İsbəni özündən kənara itələmiş və İsbən yerə yıxılaraq başından xəsarət almışdır. Bundan sonra o, Ümidi tutub oradan kənarlaşdırmışdır. İşdə olan n AR SN Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 45 nömrəli rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gicgah-ənsə nahiyəsində hematoma, beyin silkələnməsi halında qapalı kəllə-beyin travması bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümldən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilməsi mümkündür.dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (c.i. səh: 49-50) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşin materiallarında olan AR DİN-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh :130) İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs AR CM-nın 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 360 ( üç yüz altmış) saat ictimai işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli cəzanı çəkməyə başladığı gündən və andan hesablansın. Cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar