Məhkəmə qərarları › İş №1(036)-45/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-45/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-45/2024 09.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla, İmişli rayonu Gövhərli kəndində yaşayan, barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İmişli rayonu Gövhərli kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 sentyabr 2023-cü il qeydiyyat tarixli, **********17 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0,12 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsində fərdi yaşayış evinə bitişik, birinci mərtəbəsini anbar, ikinci mərtəbəsini isə açıq eyvan kimi istifadə etmək məqsədilə ikimərtəbəli tikilinin inşa edilməsi ilə bağlı tikinti işləri aparan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, İmişli Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə sənədi olmadan aparılan tikinti işlərini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş dövlət tikinti müfəttişliyinin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş 25 avqust 2023-cü il tarixli, 218675-Ö nömrəli texniki baxış aktına əsasən, həmin Agentliyin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş “tikinti işlərinin dayandırılması barədə” 28 avqust 2023-cü il tarixli, 0733 nömrəli qərarı 30 avqust 2023-cü il tarixdə rəsmi olaraq göndərişli poçtla almasına baxmayaraq, qərarı rəsmi olaraq aldığı vaxt həmin torpaq sahəsində birinci mərtəbəsində uzunluğu 9 metr, eni 11 metr sahədə 3,8 metr hündürlüyündə mişar daşlarından hörgü işləri aparılmış, beton kəmər çəkilərək üzəri beton plitələrlə örtülmüş, ikinci mərtəbəsində mişar daşlarından 3 metr hündürlüyündə 6 ədəd sütunlar hörülərək beton kəmərlə bağlanmış tikinti işlərini dayandırmayaraq, 30 avqust 2023-cü il tarixdən tikinti işlərini davam etdirərək, ikinci mərtəbənin dam örtüyünün taxta konstruksiyasını quraşdırtdıraraq, dam örtüyünü vurduraraq, uzunluğu 9 metr, eni 11 metr, hündürlüyü 6,8 metr tikili inşa etdirərək, 15 sentyabr 2023-cü il tarixdə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərini başa çatdıraraq, “qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması” barədə 28 avqust 2023-cü il tarixli, 0733 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, İmişli rayonu Gövhərli kəndində xüsusi mülkiyyətində 12 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi, ikinci mərtəbəsi isə yaşayış sahəsi kimi nəzərdə tutulmuş fərdi yaşayış evinin inşasına dair ona İmişli Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 26 may 2015-ci il tarixli, 20 nömrəli sərəncam verilmişdir. Evinin lahiyəsini İmişli Rayon İcra Hakimiyyəti ilə razılaşdırmışdır. 2015-ci ildə evini inşa etdikdən sonra, təxminən 2017-ci ildə evin birinci mərtəbəsini qeyri-yaşayış sahəsi kimi istifadə etməyə başlamışdır. 2020-ci ildə evinin arxasında artırma etmək qərarına gəlmiş və həmin vaxt mişar daşlarından 1 metr hündürlüyündə hörgü işi gördükdən sonra apardığı işləri dayandırmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində yenidən tikinti işlərinə başlamışdır. Tikilinin birinci mərtəbəsinin kənarlarını ikiqat mişar daşlarla hörmüş, üzərini beton kəmərlə bağlamış, ikinci mərtəbədə mişar daşlarından 6 ədəd sütun hörərək, üzərləri ilə beton kəmər çəkdikdən sonra 2023-cü ilin avqust ayının sonlarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Ağentliyinin əməkdaşları gələrək ondan inşa etdiyi tikiliyə dair layihə və icazə sənədlərini istəmişlər. Onlara evinin artırma etdiyi hissənin tikintisinə dair icazəsinin olmadığını bildirmişdir. Həmin şəxslər apardığı tikinti işlərinin layihəsinin çəkilməli, həmin layihəni rayon İcra Hakimiyyəti ilə razılaşdıraraq tikinti işlərinə icazə almalı olduğunu bildirmələrinə baxmayaraq, onlara etiraz etmişdir. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Ağentliyinin əməkdaşları getmişlər, lakin bir neçə gün sonra yenidən qayıdaraq ona apardığı tikinti işlərinin dayandırılmasına dair qərar təqdim edərək, həmin qərarı imza edib qəbul etməsini istəmişlər. Lakin, həmin qərarı imza etməkdən imtina etdiyi üçün həmin şəxslər çıxıb getmişlər. 30 sentyabr 2023-cü il tarixdə ona poçt vasitəsilə göndərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 28 avqust 2023-cü il tarixli, 0733 nömrəli tikinti işlərinin dayandırılması barədə qərarı qəbul etmişdir. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Ağentliyi tərəfindən apardığı tikinti işlərinin dayandırılması barədə verilmiş qərarın tələblərinə əməl etmədən, tikinti işlərini davam etdirmiş və 2023-cü ilin sentyabr ayının 15-nə kimi evinin artırma etdiyi hissəsinin damını quraşdıraraq üzərinə dam örtüyü vurmuşdur. İnşa etdiyi tikilinin layihəsi yoxdur və inşasına başlamaq üçün İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək icazə almamışdır. Tikili evinə bitşik inşa edilmiş, hündürlüyü 6,8 metr olamaqla 9x11 metr ölçüdədir. İnşa etdiyi tikilinin birinci mərtəbəsi ikiqat mişar daşlarından hörülərək, üzəri beton kəmərlə bağlanmış, daxilində otaq bölgüsü aparılmamışdır. Tikilin birinci mərtəbəsinin üzəri beton plitələrdən istifadə edilməklə örtülmüşdür. İkinci mərtəbə isə mişar daşlarından hörülərək beton kəmərlə bağlanmış 6 ədəd sütun üzərində quraşdırılmış dam örtüyündən ibarətdir. Tikilinin birinci mərtəbəsini anbar, ikinci mərtəbəsini isə açıq eyvan və həmin eyvandan evinə giriş-çıxış kimi istifadə etmək məqsədi ilə inşa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş dövlət tikinti müfəttişliyinin dövlət əhəmiyyətli obyektlər üzrə dövlət tikinti müfəttişliyinin baş mütəxəssis-böyük inspektoru Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs İmişli rayonu Gövhərli kəndində yerləşən özünə məxsus ikimərtəbəli fərdi yaşayış evində yaşayır və evin birinci mərtəbəsini market kimi istifadə edir. Təxminən 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində artırma etmək məqsədi ilə tikinti işlərinə başlamış, lakin həmin işlərə başladıqdan az sonra apardığı işləri yarımçıq saxlamışdır. 2023-cü ilin avqust ayının 25-də Muğan Regional Tikinti Müfəttişliyinin baş məsləhətçisi-baş müfəttişi Şahid3 ilə birlikdə əraziyə baxış keçirərkən, Təqsirləndirilən şəxs tikinti işlərinə yenidən başladığını, tikilinin 11x9 metr ölçüdə, 3 metr hündürlükdə hörgü işlərini başa çatdırdığını, beton kəmər çəkərək, üzərinə beton plitələr düzdüyünü aşkar etmişlər. Həmin vaxt yerində 218675-ö nömrəli texniki baxış aktı tərtib etmişlər. Bundan sonra 28 avqust 2023-cü il tarixdə həmin tikililnin inşası ilə əlaqədar tikinti işlərinin dayandırılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən qəbul edilmiş 0733 nömrəli qərarı 29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tikinti aparılan ünvanda təqdim etmişlər. Lakin sonuncu həmin qərarı qəbul etməkdən imtina etdiyi üçün həmin qərar 29 avqust 2023-cü il tarixdə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmişdir. 30 avqust 2023-cü il tarixdə əraziyə baxış keçirən zaman Təqsirləndirilən şəxs ona edilmiş xəbərdarlıqlara baxmayaraq, apardığı tikinti işlərini davam etdirdiyini aşkar etmiş və yerində 218918-ö nömrəli akt tərtib etmişdir. 8 sentyabr 2023-cü il tarixdə isə təkrar həmin ünvanda olduğu zaman Təqsirləndirilən şəxs artıq ikinci mərtəbədə sütunların hördüyünü və həmin sütunların üzəri ilə beton kəmərin çəkdiyini aşkar etmiş, daha sonra isə tikilinin damını vurmuşdur. Tikinti işlərinə başlamazdan əvvəl sifarişçi tikintiyə icazə almaq üçün ilk növbədə Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edir və ərizəsinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, inşa edəcəyi tikilinin layihəsini, sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə edir. Rayon İcra Hakimiyyəti sifariçi tərəfindən təqdim edilmiş sənədlərin tamlığını yoxlayır, sənədlərin tamlığı təmin edildikdən sonra tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəy verilməsi üçün təqdim edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, Rayon İcra Hakimiyyəti qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, Rayon İcra Hakimiyyəti layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə tikinti işlərinə başlamaq üçün icazə verir, layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə isə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Lakin Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməmiş, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla heç bir icazə almadan və razılaşdırmadan İmişli rayonunun Gövhərli kəndində apardığı tikinti işlərini davam etdirərək başa vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tikintidə Təhlükəsiziyə Nəzarət Dövlət Agentliyi Baş dövlət tikinti müfəttişliyinin muğan regional tikinti müfəttişliyinin baş məsləhətçisi-baş müfəttişi Əsədov X1 Elbin Əbdül oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid4 Fəzulla oğlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs İmişli rayonu Gövhərli kəndində özünə məxsus ikimərtəbəli fərdi yaşayış evində yaşayır və evin birinci mərtəbəsini market kimi istifadə edir. Təxminən 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində artırma etmək məqsədi ilə tikinti işlərinə başlamış, lakin həmin işlərə başladıqdan az sonra apardığı işləri yarımçıq saxlamışdır. 2023-cü ilin təxminən may ayında Təqsirləndirilən şəxs yenidən tikinti işlərinə başlamış, həmin vaxt İmişli Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və Qaradonlu bələdiyyəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs apardığı işlərə baxış keçirərək, yerində akt tərtib etmişlər, apardığı tikinti işlərini dayandırması barədə Təqsirləndirilən şəxs məlumatlandırmışlar. Bu barədə aidiyyəti qurumlara İmişli Rayon İcara Hakimiyyəti tərəfindən məktublar ünvanlanmışdır. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs yenidən tikinti işlərinə davam etməyə başlamışdır. Həmin vaxt da Təqsirləndirilən şəxs apardığı işlərə baxış keçirərək, yerində akt tərtib etmişlər və apardığı tikinti işlərini dayandırması barədə Təqsirləndirilən şəxs məlumatlandırmışlar. Lakin ona edilmiş xəbərdarlıqlara baxmayaraq, Təqsirləndirilən şəxs apardığı tikinti işlərini dayandırmayaraq, tikilinin inşasını başa çatdırmışdır. Təqsirləndirilən şəxs İmişli rayonu, Gövhərli kəndi ərazisində yerləşən evinin arxa hissəsində, evinə bitişik inşa etdiyi tikilinin inşasına başlamaq üçün rəsmi qaydada İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək icazə almamışdır. 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs apardığı tikinti işləri aşkar edilərkən orada mişar daşlarından özül yerinin bünövrəsi hörülmüş, sonradan gizlin şəkildə hörgü işləri müxtəlif zaman ərəfəsində aparılmışdır. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs tikinti işlərini davam etdirməsi aşkar edilən zaman tikilinin 11x9 metr ölçüdə, 3 metr hündürlükdə hörgü işləri başa çatmış, beton kəmər atılmış, üzərinə isə beton pilitələr düzülmüşdür. Avqust ayında barəsində akt tərtib etdikdən sonra Təqsirləndirilən şəxs tikilinin ikinci mərtəbəsində sütunlar hörərək üzəri ilə beton kəmər çəkmiş, ardınca isə tikilinin dam örtüyünü vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Şahid5, böyük məsləhətçisi Şahid7 Nərman oğlu və İmişli rayonu Qaradonlu bələdiyyəsinin sədri Şahid2 Şahid4 Fəzulla oğlu ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş Tikintidə Təhlükəsiziyə Nəzarət Dövlət Agentliyi Baş dövlət tikinti müfəttişliyinin muğan regional tikinti müfəttişliyinin rəisi vəzifəsini icra edən Rövşən Əsədovun xx.xx.2023-cü il tarixli xidməti məlumatda göstərilmişdir ki, müfəttişliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirlən zaman, İmişli rayonu, Gövhərli kəndində fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən tikintiyə icazə sənədi olmadan tikinti işlərinin aparıldığı müəyyən edilmiş, Agentlik tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinə uyğun olaraq tikintinin dayandırılması, obyektin tikintisinə icazə səndənlərinin təqdim edilməsi barədə 28 avqust 2023-cü il tarixli 0733 nömrəli qərar xx.xx.2023-cü il tarixdə poçtla vasitəsilə yaşadığı ünvana göndərildikdən sonra Təqsirləndirilən şəxs pozuntuları aradan qaldırmadan tikinti işlərini davam etdirmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, tədqiq olunan obyekt İmişli rayonu Gövhərli kəndində yerləşən, Təqsirləndirilən şəxs məxsus, birinci mərtəbəsi qeyri-yaşayış, ikinci mərtəbəsi isə yaşayış sahəsi kimi istifadə edilən fərdi yaşayış evinin arxa hissəsində, evə bitşik inşa edilmiş ikimərtəbəli tikilidir. Tikilinin birinci mərtəbəsinin kənar divarları mişar daşlarından istifadə edilməklə hörülmüşdür. Birinci mərtəbənin daxilində, mərkəzdə mişar daşlarından hörülmüş sütunlar üzərində 9 metr beton “rigel” (kəmər) atılmışdır. Birinci mərtəbənin üzəri beton plitələrdən istifadə edilməklə örtülmüşdür. Tikilinin ikinci mərtəbəsində mişar daşlarından istifadə edilməklə hörülmüş sütunlar beton kəmərlə bağlanaraq, üzərində damın taxta konstruksiyası quraşdırılmışdır. Tikilinin damı dalğavari dam örtüyü ilə örtülmüşdür. Tikilinin uzunluğu 9 metr, eni 11 metr, hündürlüyü 6,8 metr, birinci mərtəbəsinin yerdən hündürlüyü 3,8 metr, ikinci mərtəbənin döşəməsi ilə tavanı arasında olan hündürlük isə 3 metrdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 25 sentyabr 2023-cü il tarixli 3-18-2/2-8257/2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədə əsasən Tikintidə X3 Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən İmişli rayonu, Gövhərli kəndində təyinatı məlum olmayan tikinti işlərinin aparılması ilə əlaqədar İmişli rayonu, Gövhərli kəndində yaşayan, fiziki şəxs Təqsirləndirilən şəxs barəsində 28 avqust 2023-cü il tarixli 0733 nömrəli “tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 noyabr 2023-cü il tarixli, 13-13/2-1/16- 10261/2023-cü il tarixli məktubuna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektronməlumat bazasında Təqsirləndirilən şəxs İmişli rayonu, Qaradonlu kəndi ərazisində xx.xx.2020 il tarixdə, **********4 nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. İmişli Rayon İcara Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-53-4/2-1761/2023 nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsəsən, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq apardığı tikinti işlərinin dayandırması barədə Təqsirləndirilən şəxs özünə 29 avqust 2023-cü il tarixdə 5-53-2/2-1318/2023 nömərli, apardığı tikinti işlərini dayandırması üçün Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün İmişli Rayon Polis Şöbəsinə 1 iyun 2023 tarixdə 5-53-1/2-794/2023 nömərli məktublar göndərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən İmişli rayonu, Gövhərli kəndində apardığı özbaşına tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş dövlət tikinti müfəttişliyi tərəfindən 25 avqust 2023-cü il tarixdə, 218675-Ö nömrəli texniki baxış aktı tərtib olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən Təqsirləndirilən şəxs İmişli rayonu, Gövhərli kəndində apardığı özbaşına tikinti işləri ilə əlaqədar 28 avqust 2023-cü il tarixli 0733 nömrəli “tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqa ərizə ilə müraciət edərək, poçt vasitəsilə göndərilmiş FHN-nin Tikintidə X3 Agentliyinin 28 avqust 2023-cü il tarixli tikinti işlərinin dayandırılması barədə 0733 nömrəli qərarın, barəsində Tikintidə X3 Agentliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* protokolun və İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-53-2/2-1318/2023 məktubun surətlərini cinayət işi materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-53-12-18/2 № 13 nömrəli məktubuna əsəsən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 15 sentyabr 2023-cü il qeydiyyat tarixli, **********17 reyestr nömrəli çıxarışla Təqsirləndirilən şəxs xüsusi mülkiyyətinə verilmiş 0,12 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi faktiki olaraq İmişli rayonu Gövhərli kəndi ərazisində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-45/2-2505/ nömrəli məktubuna əsəsən Ərazi İdarəsinin elektron bazasında yerləşdirilmiş inzibati ərazi vahidlərinin sərhəd xəritələrinə əsasən **********17 reyestr nömrəli çıxarışda Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0,12 hektar torpaq sahəsi faktiki olaraq İmişli rayonu Gövhərli kəndində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/8008 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən İmişli rayonu, Qaradonlu kənd ərazi dairəsinin Gövhərli kəndi ərazisində yerləşən vətəndaş Təqsirləndirilən şəxs tərəfindən uzunluğu 11 metr, eni 9 metr, hündürlüyü isə 6.8 metr ölçüdə ikimərtəbəli tikilinin inşa edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.20-ci bəndinə (“tikinti obyektlərinin yenidən qurulması (rekonstruksiyası)”) əsasən, İmişli rayonu, Qaradonlu kənd ərazi dairəsinin Gövhərli kəndi ərazisində yerləşən vətəndaş Təqsirləndirilən şəxs tərəfindən aparılmış işlər mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirməklə, onlarda yenidən planlaşdırma işlərinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2-ci bəndlərinin tələblərinə əsasən aparılmış tikinti işlərinə dair müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 24 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə tikinti-texniki ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********000000944, büdcə təsnifat kodu 142595 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə təqsirli bilinib, aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə tikinti-texniki ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********000000944, büdcə təsnifat kodu 142595 hesabına keçirilsin. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar