Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-45/2025 05.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxx 2010-cu ildə İmişli rayonu, Soltanmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, yetkinlik yaşına çatmayan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Soltanmuradlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 8 iyun 2024-cü il tarixdə, saat 14 radələrində İmişli şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq vəziyyətdə olan ön sağ qapısını açıb avtomobilin saxlanc yeri hesab edilən sandıqça (bardaçok) hissəsinə qanunsuz daxil olub oradan 300 (üç yüz) manat məbləğdə kağız pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 300 (üç yüz) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2024-cü il tarixdə, saat 21 radələrində İmişli şəhəri S.Behrəngi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs3 istifadəsində olan “Mercedec Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin açıq vəziyyətdə olan ön sağ qapısını açıb avtomobilin sürətlər qutusunun qarşısındakı əşyaların saxlanması üçün nəzərdə tutulmuş saxlanc yerini əli ilə toxunub açmaqla qanunsuz daxil olub oradan 125 (bir yüz iyirmi beş) manat kağız pulu və bir ədəd 100(bir yüz) manat dəyərində “Samsung A3” markalı mobil telefonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 225 (iki yüz iyirmi beş) manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində İmişli şəhəri Ə.Həziyev küçəsi 9 ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evinin giriş qapısında olan qıfılın açarını həmin evin sağ yan tərəfindəki kərpicin altından götürüb açmaqla qanunsuz olaraq evə daxil olub yataq otağındakı stolun üstündə olan televizorun yanından bir ədəd “İphone6” markalı, 150(bir yüz əlli) manat dəyərində mobil telefonu və bir ədəd 7(yeddi) manat dəyərində gün eynəyini gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 157 (bir yüz əlli yeddi) manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını talama məqsədi ilə 27 yanvar 2025-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri Q.İsmayılzadə küçəsi ev 12 ünvanında yerləşən fərdi yaşayış evinə həyətyanı sahəsinə mişar daşından hörülmüş hasardan tullanmaqla qanunsuz daxil olduqdan sonra həyətdəki evin giriş qapısından qanunsuz yolla daxil olaraq həmin birinci mərtəbəsindəki zal hissədə olan jurnal stolun üzərindən bir ədəd “Samsung S4mini” markalı 20 (iyirmi) manat dəyərində mobil telefonu, həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı, “Azercell MMC” mobil operatoruna məxsus 3 (üç) manat dəyərində mobil nömrəni, bir ədəd “Gucci” markalı, 300 (üç yüz) manat dəyərində gümüşü rəngli qol saatını, pul qabının içərisindən 80(səksən) manat məbləğdə nağd pulu, evin ikinci mərtəbəsindəki dəhliz hissədə olan stolun yanından bir ədəd “Acer” markalı, 500(beş yüz) manat dəyərində dizüstü kompüteri, dəhlizin baş tərəfindəki saxlanc yeri hesab edilən kitab rəfinin alt hissəsindən bir ədəd “Tab” markalı, 30(otuz) manat dəyərində məktəbli çantasını, dəhlizin sol tərəfində yerləşən yataq otağındakı divara bərkidilmiş və saxlanc yeri hesab edilən əşya şkafının siyirməsindəki zinət əşyası qabından bir cüt sadə qaşlı, 4 qram çəkidə, Rusiya istehsalı, 400 (dörd yüz) manat dəyərində qızıl sırğanı, həmin otaqdakı saxlanc yeri hesab edilən paltar şkafının alt hissəsindəki əl çantasından bir ədəd, üzərində mobil nömrə olmayan “Samsung” markalı, 30(otuz) manat dəyərində mobil telefonu, dəhlizin sağ tərəfindəki yataq otağındakı saxlanc yeri hesab edilən güzgülü əşya şkafında olan zinət əşyası qabından iki ədəd, hər birinin üzərində 0.2 karat çəkidə brilyant qaşı olan, hər biri 4 qram çəkidə, Rusiya istehsalı, hər biri 1500(bir min beş yüz) manat dəyərində olan qızıl üzükləri, bir ədəd gül formalı, 2 qram çəkidə, Rusiya istehsalı, 200(iki yüz) manat dəyərində qızıl üzüyü, bir ədəd üzərində sadə formalı çəhrayı qaşı olan, 5 qram çəkidə, Rusiya istehsalı, 500(beş yüz) manat dəyərində qızıl üzüyü, bir ədəd 20 qram çəkidə, Rusiya istehsalı, 2000 (iki min) manat dəyərində tırtıl formalı “ərəb sepi” adlı boyunbağını, bir ədəd üzərində “Allah” sözü yazılan, 6 qram çəkidə, Rusiya istehsalı, 800(səkkiz yüz) manat dəyərində qızıl klonu, bir ədəd romb formalı, 6 qram çəkidə, Rusiya istehsalı, 600(altı yüz) manat dəyərində qızıl klonu, bir cüt, üzərində 0.2 karat çəkidə, altı ədəd brilyant qaşları olan, 5 qram çəkidə, Rusiya istehsalı, 800(səkkiz yüz) manat dəyərində qızıl sırğanı oğurlamaqla Zərərçəkmiş şəxs1 9263 (doqquz min iki yüz altmış üç) manat dəyərində maddi ziyan vurub xeyli miqdarda təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ittihamın birinci epizoduna münasibətdə ifadəsində bildirmişdir ki, 08 iyun 2024-cü il tarixdə, saat 14 radələrində o, İmişli şəhəri N.Nərimanov küçəsində piyada gəzən zaman küçədə yolun kənarında ağ rəngli “VAZ21074” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilin dayanmasını görmüş və oğurluq etmək qərarına gəlmişdir. Buna görə də maşına yaxınlaşmış və qapısının açıq olduğunu yoxlamışdır. O, maşına daxil olmuş və bardaçok hissəni açmışdır. Orada üç ədəd 100 AZN əskinaslardan ibarət 300 manat pul olmuşdur. O, pulları götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etdikdən sonra maşının qapısını açıq qoyub getmişdir. Oğurluq edən zaman onu heç kim görməmişdir. Təqsirləndirilən şəxs ittihamın ikinci epizodu üzrə ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə, saat 21 radələrində o, piyada İmişli şəhəri, S.Behrəngi küçəsində piyada gəzərkən yolun kənarında “Mercedec” markalı avtomobilin dayandığını və avtomobilin yanında heç kimin olmadığını görüb oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, avtomobilə yaxınlaşıb sərnişin tərəfdən qapısını açmış və bardaçok hissəsini yoxlamış, lakin orada heç nə olmamışdır. Sonra sürət qutusunun qarşısında olan saxlanc yerini açmış və oradan 80 manat pul oğurlamışdır. Pullar 1, 5 və 10 AZN-lik əskinaslar olmuşdur. Sonra da qapını örtüb çıxıb getmişdir. Pulları da özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ittihamın üçüncü epizodu üzrə ifadəsində göstərmişdir ki, 08 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində o, nənəsi Zərərçəkmiş şəxs4 yaşadığı evə gedərək hasardan həyətə tullanmışdır. Evin giriş qapısında qıfıl olmuşdur. Qıfılın açarını nənəsi evin yan tərəfindəki bişmiş kərpicin içərisinə qoymuş, bunu əvvəllər görmüşdür. O, açarı oradan götürmüş və evə daxil olaraq mətbəxdə yemək yemiş, sonra isə evin yataq otağına daxil olmuşdur. Orada televizorun yanında olan bir ədəd “İPhone 6” markalı mobil telefon və bir ədəd günəş eynəyini götürüb evdən çıxmışdır. Qıfılı yenidən bağlamış və açarı da götürdüyü yerə qoymuşdur. Oğurladığı mobil telefonu 08 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində İmişli şəhəri H.Aslanov küçəsində piyada gəzərkən Natiq adlı şəxsə 40 manata satmış, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ittihamın dördüncü epizodu üzrə ifadəsində göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixdə, saat 20:30 radələrində İmişli şəhəri Q.İsmayılzadə küçəsində piyada gəzərkən bir nəfər əvvəllər tanımadığı şəxsin həyət qapısından küçəyə çıxdığını və qapının qarşısında dayanan qara rəngli minik avtomobilinə mindiyini görmüşdür. Maşına minən zaman həmin şəxs ailə üzvlərinə tez gəlmələri üçün səslənmişdir. Maşını işə salıb içərisində oturmuş, sonra isə maşın işlək vəziyyətdə maşından düşmüş və həyətə daxil olmuşdur. O, həmin vaxt ailə üzvlərinin birlikdə harasa getdiklərini və evin boş olacağını bilmişdir. Buna görə də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Küçənin başında, həmin evdən təxminən 50 metr məsafədə kənarda dayanmış və çıxıb getmələrini gözləmişdir. Beş dəqiqə sonra həmin şəxs ailə üzvləri ilə birlikdə maşına minib getmişdir. Maşına minən həmin kişi, iki nəfər onunla həmyaşıd ola biləcək oğlan uşağı, bir nəfər orta yaşlı qadın və bir nəfər də qız uşağı olmuşdur. Həmin şəxslər getdikdən sonra gəlib həyətin hasarından həyətə tullanmışdır. Həyətə düşəndə bir həyətdə iki ev olduğunu, evlərin ortasında isə çardaq olduğunu görmüşdür. Evin iki giriş qapısı olmuşdur. Birinci dəmir qapı həyət qapısı ilə üzbəüz olmuş, ikinci dəmir qapı isə evin sağ tərəfində olmuşdur. Birinci dəmir qapını yoxlamış, bağlı olmuşdur. İkinci dəmir qapını isə açıq olmuşdur. Həmin qapıdan evin içərisinə daxil olmuşdur. Evin giriş qapısından solda divanın qarşısındakı jurnal masasının üstündə olan bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd pul qabının içərisində olan 80 manat pulu götürüb cibinə qoymuşdur. Sonra pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbədə pilləkənlə üzbəüz stolun yanında bir ədəd kompüter görmüşdür. Həmin yerdə kitab şkafının alt gözündə olan məktəbli çantasını götürüb kompüteri və birinci mərtəbədən götürdüyü telefonu çantaya qoymuşdur. Bundan sonra qapısı koridora açılan otaqlardan birinə daxil olmuş, orada güzgülü əşya şkafının siyirməsini çəkib orada zinət əşyaları qabının içərisində olan bir neçə sırğanı götürüb cibinə qoymuşdur. Sonra həmin otaqda olan əşya şkafının qapısını açıb şkafın alt hissəsində olan əl çantasının içərisindəki “Samsung” markalı mobil telefonu da götürüb məktəb çantasının içərisinə qoymuşdur. Daha sonra ikinci yataq otağına daxil olmuş, orada olan güzgülü şkafın birinci siyirməsini çəkərək siyirmədəki zinət əşyası qabının içərisində olan çoxlu sayda üzük, boyunbağı və sırğaları da götürüb cibinə qoymuşdur. Sonra da evdən çıxmış və kompüterlə telefonlar olan çantanı həyətdə olan ikinci evin arxasında gizlətmişdir. Bundan sonra hasardan tullanıb küçəyə çıxmış və piyada İmişli şəhəri N.Savalanov küçəsində yerləşən mağazalardan birinin qarşısına gəlmiş, orada Vüsal adlı tanışını görmüşdür. Vüsal da rayon ərazisində oğurluq əməlləri ilə məşğul olur. O, Vüsala işi olduğunu demiş, piyada gəzə-gəzə İmişli şəhəri Xəqani küçəsində yerləşən su arxının üstünə gəlmişdir. “Yeni evlənənlər” adlı yeməkxananın arxa tərəfində Vüsala bir evdən oğurluq etməsini, cibinə yığdığı qızılları çıxarıb Vüsala göstərmişdir. Vüsal qızıl əşyalarının içərisindən bir topa seçib götürmüş, ona bunların qızıl olduğunu, qalanlarının isə sadə bəzək əşyası olduğunu bildirmişdir. Ondan götürdükərini cibinə qoymuş və getmişdir. O da əlində qalanları orada olan su arxına atmışdır. Sonra isə yenidən oğurluq etdiyi evə gəlmişdir. Həyətin hasarından tullanmış və çantanı gizlətdiyi yerdən götürüb yenidən küçəyə çıxmışdır. Oradan isə piyada İmişli şəhərinin çıxacağına gəlmiş və yol maşınlarından birinə minib İmişli rayonu Soltanmuradlı kəndində yerləşən evinə getmişdir. 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində o, həmin məktəbli çantasını və içərisində olan kompüterlə telefonları satmaq üçün özü ilə götürmüşdür. Rayona çatanda isə polis əməkdaşları onu yaxalayıb Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27 yanvar 2025-ci il tarixdə, saat 20:30 radələrində ailə üzvlərinə birlikdə evdən çıxıb İmişli şəhəri, Ş.Qurbanov küçəsində yaşayan qohumlarından birinin evinə getməyə hazırlaşmışlar. O, küçəyə çıxmış və istifadəsində olan “Kia Cİd” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb ailə üzvlərini gözləmişdir. Təxmini beş dəqiqə sonra ailə üzvləri gəlmişdir. Evin iki giriş qapısı var, qapılardan həyət qapısı ilə üzbəüz olan giriş qapısını bağlamış, lakin evin sağ tərəfində olan ikinci giriş qapısını isə açıq qoymuş, örtmüşdür. Qonaq getdiyi yerdə təxminən saat yarım oturub saat 22:30 radələrində evə qayıtmışlar. Evə qayıtdıqdan sonra mətbəxdə stolun üstündə olmuş ona məxsus “Samsung S4mini” markalı mobil telefonun yerində olmadığını görüb onu axtarmağa başlamış, lakin tapa bilməmişdir. Stolun üstündə olan pul qabını açıb içərisinə baxanda 80 manat pulunun da yerində olmadığını görmüşdür. Bundan sonra ailə üzvləri yataq otağında çəkməcədə olan qızıl-zinət əşyalarının da yerində olmadığını aşkar etmişdir. İkinci mərtəbəyə qalxdıqda solda yerləşən yataq otağında olan çəkməcənin içərisindəki qabdan bir cüt brilyant qaşlı sırğanın yerində olmadığını aşkar etdikdən sonra ikinci yataq otağına baxdıqda orada da olan çəkməcədəki zinət əşyası qablarından iki ədəd brilyant qaşlı üzüyün, bir ədəd gül formalı üzüyün, bir ədəd çəhrayı qaşlı üzüyün, bir ədəd tırtıl formalı “ərəb sepi”nin, bir ədəd üzərində ərəb əlifbası ilə “Allah” sözü yazılmış qızıl klonun, bir ədəd romb formalı qızıl klonun, bir ədəd gümüşü rəngli saatın və bir cüt qızıl sırğanın yerində olmadığını aşkar etmişlər. Bundan başqa ikinci mərtəbəyə qalxanda solda olan otaqdakı çəkməcədən həmçinin bir ədəd “Samsung” markalı mobil telefonun, ikinci mərtəbəyə qalxdıqda koridor kimi istifadə edilən hissədəki stolun yanından bir ədəd “Acer” markalı kompüterin də yerində olmadığını aşkar etmişlər. Bundan sonra o və ailə üzvləri evdən oğurluq edildiyini anlamışlar. Oğurluq hadisəsi 27 yanvar 2025-ci il tarixdə, saat 20:30-dan 22:30-dək olan müddət arasında baş vermişdir. Evinin zal hissəsindəki jurnal stolunun üzərindən ona məxsus pul qabından 80 (səksən) manat nağd pul, bir ədəd “Samsung S4mini” markalı 20 (iyirmi) manat dəyərində mobil telefon, həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı, 3(üç) manat dəyərində “Azercell MMC” mobil operatoruna məxsus mobil nömrə, bir ədəd “Gucci” markalı, 300 (üç yüz) manat dəyərində gümüşü rəngli qol saatı, ikinci mərtəbəyə qalxdıqda koridor hissədə olan stolun yanından bir ədəd “Acer” markalı, 500 (beş yüz) manat dəyərində dizüstü kompüter, koridorun baş tərəfindəki kitab rəfinin alt hissəsindən bir ədəd “Tab” markalı, 30 (otuz) manat dəyərində məktəbli çantası, koridorun sol tərəfində yerləşən yataq otağında olan güzgülü əşya şkafının birinci siyirməsindəki zinət əşyası qabından bir cüt sadə qaşlı, 4 qram çəkidə, 400 (dörd yüz) manat dəyərində qızıl sırğa, həmin otaqda olan paltar şkafının alt hissəsindəki əl çantasından bir ədəd, üzərində mobil nömrə olmayan “Samsung” markalı, 30 (otuz) manat dəyərində mobil telefon, koridorun sağ tərəfindəki yataq otağında olan güzgülü əşya şkafındakı zinət əşyası qabından iki ədəd, hər birinin üzərində 0.2 karat çəkidə brilyant qaşı olan, hər biri 4 qram çəkidə və hər biri 1500 (bir min beş yüz) manat dəyərində olan qızıl üzüklər, bir ədəd gül formalı, 2 qram çəkidə, 200 (iki yüz) manat dəyərində qızıl üzük, bir ədəd üzərində sadə formalı çəhrayı qaşı olan, 5 qram çəkidə, 500 (beş yüz) manat dəyərində qızıl üzük, bir ədəd 20 qram çəkidə, 2000 (iki min) manat dəyərində tırtıl formalı “ərəb sepi” adlı boyunbağı, bir ədəd üzərində “Allah” sözü yazılan, 6 qram çəkidə, 800 (səkkiz yüz) manat dəyərində qızıl klon, bir ədəd romb formalı, 6 qram çəkidə, 600 (altı yüz) manat dəyərində qızıl klon, bir cüt, üzərində 0.2 karat çəkidə, altı ədəd brilyant qaşları olan, 5 qram çəkidə, 800 (səkkiz yüz) manat dəyərində qızıl sırğa oğurlanmışdır. Bununla da ona ümumilikdə 9.263 (doqquz min iki yüz altmış üç) manat maddi ziyan vurulmuşdur. Həmin əşyalardan bir ədəd “Acer” markalı, 500 (beş yüz) manat dəyərində dizüstü kompüter, bir ədəd “Gucci” markalı, 300 (üç yüz) manat dəyərində gümüşü rəngli qol saatı, “Samsung” markalı, 30 (otuz) manat dəyərində mobil telefon, bir ədəd “Samsung S4mini” markalı 20 (iyirmi) manat dəyərində mobil telefon və bir ədəd “Tab” markalı, 30 (otuz) manat dəyərində məktəbli çantası ibtidai istintaq zamanı onun özünə qaytarıldığından ona dəymiş maddi ziyanın ümumi məbləği 8,383 (səkkiz min üç yüz səksən üç) manat təşkil edir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 iyun 2024-cü il tarixdə, saat 14 radələrində o, özünə məxsus “VAZ21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, N.ünvan 2 ünvanında yerləşən qohumunun evinə qonaq getmişdir. Həmin vaxt o, avtomobili küçədə saxlamışdır. Bir qədər sonra qohumu gəlib ona bildirmişdir ki, küçədə bir nəfər doqquz on yaşlı uşağı onun avtomobilindən düşürmüş, avtomobildə nə işi olduğunu soruşduqda isə həmin uşaq qapının açıq olduğunu və bağlamaq istədiyini demişdir. O, dərhal küçəyə çıxmış və avtomobilə baxmış və avtomobilin ön sərnişin oturacağının qarşısında, şit hissədə olan bardaçokunda, yəni saxlanc yerində olan 300 manat pulunun yerində olmadığını görüb dərhal Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat verib maşınından oğurluq edilməsini bildirmişdir. Sonradan oğurluq edən şəxsin İmişli rayonu Soltanmuradlı kənd sakini, azyaşlı uşaq Təqsirləndirilən şəxs Davud oğlu olmasını öyrənmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və onun Təqsirləndirilən şəxs Davud oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 19 iyun 2024-cü il tarixdə, saat 16 radələrində o, istifadəsində olan “Mercedec Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş və avtomobili küçədə saxlamışdır. Həmin gün yorğun olmuş, evə daxil olub yatıb istirahət etmişdir. 20 iyun 2024cü il tarixdə, saat 00:30 radələrində küçəyə çıxmış və ara-sıra məşğul olduğu taksi fəaliyyəti üçün maşına minmək istəmişdir. Maşına minəndən sonra avtomobilin sürət qutusunun qarşısında olan saxlanc yerinin açıq olduğunu görmüşdür. Həmin yerdə onun özünə məxsus 125 manat xırda pulu və bir ədəd “Samsung A3” markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonradan oğurluq edən şəxsin İmişli rayonu Soltanmuradlı kənd sakini, azyaşlı uşaq Təqsirləndirilən şəxs Davud oğlu olmasını öyrənmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və onun Təqsirləndirilən şəxs Davud oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Davud oğlu onun nəvəsidir. Zaur mərhum qızı X3 övladıdır. Qızı bir neçə il əvvəl dünyasını dəyişmişdir. Zaurun atası X5 isə Zəngilan rayonunda işğaldan azad edilmiş ərazilərdə tikinti işlərində işləyir, bir neçə aydan bir kəndə gəlir. Buna görə də Zaura nəzarət edə bilmir. O, isə yaşlı qadındır. Zaur buna görə nəzarətsiz qalıb rayon ərazisində xırda oğurluq əməlləri ilə məşğul olur. O da buna görə Zauru yaşadığı evə qoymur. 8 noyabr 2024-cü il tarixdə, saat 9:30 radələrində yaşadığı evdən çıxmış və bazarlıq etmək üçün rayon mərkəzinə getmişdir. Evin qapısını isə həmişəki kimi qıfıl ilə bağlayıb açarı da evin yan tərəfindəki bişmiş kərpicin altına qoymuşdur. Saat 13:30 radələrində isə evə qayıtmışdır. O, açarı gizlətdiyi yerdən götürmüş və qapını açmışdır. İçəri daxil olub çantalarını evə qoymuşdur. Sonra yataq otağına keçmişdir. Həmin vaxt otaqda olan divanın üstündə saç fenini görmüşdür. O, saç fenini oraya qoymamışdır. Sonra evə nəzər salanda stolun üstündə olan televizorun yanındakı sellofan torbadakı bir ədəd “İphone6” markalı mobil telefonun və bir ədəd gün eynəyinin yerində olmadığını görmüşdür. Sonra evdə digər əşyalara baxmış, yerində olmuş, evdə heç nə dağılmamışdır. Qapı isə qırılmamış, pəncərə bağlı olmuşdur. O, açarı həmişə qeyd etdiyi yerə, evin yan tərəfindəki kərpicin altına qoyur. Zaur da bunu əvvəldən bilmişdir. O, həmin vaxt evə daxil olan şəxsin açardan istifadə etməsini, açarın yerini isə Zaurdan başqa heç kim bilmədiyinə görə evinə daxil olan şəxsin nəvəsi Zaur olmasını bilmişdir. Bundan sonra gəlib polis şöbəsinə məlumat vermişdir. Oğurlanmış əşyalar onun mərhum oğlu X4 məxsus olmuşdur. Oğlu dünyasını dəyişdikdən sonra əşyaları ona miras qalmış və o da yadigar saxlamışdır. Mərhum oğlu Xəqani telefonu dünyasını dəyişməzdən bir neçə ay əvvəl 150 manata almışdır. Eynək isə sadə gün eynəyi olmuş və 7 manata almışdır. Bununla da ona 157 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 Gülhüseyin oğlu ifadəsində göstərmişdir ki, İmişli rayonu Soltanmuradlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Zaur rayon ərazisində xırda oğurluq əməlləri ilə məşğuldur. İmişli RPŞ-nin İstintaq bölməsindən daxil olmuş 31 yanvar 2025-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 12 ünvanında yerləşən və İmişli şəhəri, Vaqif küçəsində yerləşən fərdi yaşayış evlərindən oğurluq hadisələrini törədən naməlum şəxsin (şəxslər) müəyyən edilməsi istiqamətində keçirilmiş ƏAT zamanı həmin oğurluq əməllərinin İmişli rayonu Soltanmuradlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Həmin şəxs rayon ərazisində müəyyən edilərək İmişli RPŞ-yə gətirilmişdir. 31 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Dərhal həmin küçəyə getmiş və Zauru piyada hərəkətdə olan görmüşdür. Zaura yaxınlaşıb oğurluq əməlləri törədilməsi ilə bağlı məlumatlar daxil olduğunu və polis şöbəsinə getməli olduğunu bildirmiş və Zaur da razılaşıb onunla birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt Zaurun əlində bir ədəd qara rəngli çanta olmuşdur. Çantanın içində isə iki ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “Acer” markalı kompüter olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs qolunda isə bir ədəd göy rəngli qol saatı olmuşdur. Mobil telefonları və kompüteri İmişli şəhəri Q.İsmayılzadə küçəsi 12 saylı evdən oğurladığını bildirmişdir. Həmin əşyalar da sübut əhəmiyyəti kəsb etdiyindən istintaqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs digər oğurluq cinayətlərində iştirakının olub-olmaması istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, İmişli rayonu ərazisində oğurluqla məşğul olur. Buna görə də İmişli RPŞ-nin İstintaq bölməsində onun barəsində cinayət işi vardır. İmişli rayonu Soltanmuradlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs də İmişli rayonu ərazisində xırda oğurluq əməlləri ilə məşğul olur. O, Zaurun haradan və nə vaxt oğurluq etməsini bilmir. Zauru tez-tez İmişli rayonu ərazisində piyada gəzən görür. Əsasən də şadlıq saraylarının qarşısında dayanır və gəlin maşınlarının qarşısını kəsir. 2025-ci ilin yanvar ayının sonlarında saat 20 radələrində İmişli şəhəri Xəqani küçəsində, su arxının kənarında piyada gedən zaman Zaurla qarşılaşmışdır. Zaurla söhbət zamanı sonuncunun əlində bir ədəd gümüşü rəngli qol saatının olduğunu görüb saatın haradan olmasını soruşmuş, Zaur isə özünün olduğunu demişdir. O, Zaurdan saatı ona verməsini istəmiş, sonuncu isə razı olmamışdır. O, nə qədər istəsə də saatı ona verməmişdir. Sonra o, çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs ilə görüşən zaman sonuncunun əlində çanta, yaxud digər bu kimi əşyalar olmamış və ona heç bir qızıl əşyası verməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Hacı oğluna məxsus fərdi yaşayış evindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1-2); Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Acer” markalı kompüter, iki ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “Gucci” markalı qol saatı və bir ədəd məktəbli çantası götürülmüş, “Acer” markalı kompüter qara rəngli, kabellidir, ofis üçün nəzərdə tutulmuş və dizüstüdür, birinci mobil telefon “Samsung J2” markalıdır, qara rənglidir, köhnə modellidir, üzərində mobil nömrə olmamış, ikinci mobil telefon “Samsung” markalıdır, qara rənglidir, ekran hissəsində çatlar olmuş, üzərində mobil nömrə olmamış, bir ədəd qol saatı gümüşü rənglidir, metal materiallıdır, içərisinə “Gucci” sözü yazılmışdır, əqrəbləri dayanmış vəziyyətdədir, bir ədəd məktəbli çantası qara rənglidir, parça materiallıdır, üzərinə “Tab” sözü yazılmışdır (cild 1, vərəq 46-47); Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1707 saylı rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, S.Behrəngi küçəsində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus “Mercedec” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi (avtomobilin qapısı üzərindən götürülmüş) xx.xx.2010-cu ildə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir (cild 1, vərəq 246-255); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur (cild 1, vərəq 77-79); Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 100-101); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elan edilmişdir (cild 1, vərəq 103-104); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 116-119); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, vərəq 4-5); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, vərəq 20-23); Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13 maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etməsini və sonuncuların ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 2-ci hissəsinin 5-ci abzasında qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını, habelə onun oğurluq cinayətlərinə aludəçi olmaqla mütəmadi olaraq bu qəbildən olan cinayət əməlləri törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalından həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd “Acer” markalı kompüter, 2 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Tab” markalı məktəbli çantası və 1 ədəd “Gucci” markalı qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məhkəmə məsrəflərini ödəməyə imkanı olmadığından o, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcini ödəməkdən azad edilməli və Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 05 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd “Acer” markalı kompüter, 2 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Tab” markalı məktəbli çantası və 1 ədəd “Gucci” markalı qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcini ödəməkdən azad edilsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-45/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-45/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver