Məhkəmə qərarları › İş №1(036)-46/2020

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-46/2020

08.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-46/2020 08.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in İİİ siyahısına daxil edilən son istifadə tarixi göstəricilərinə görə istifadəyə yararlı, təsiredici maddəsi feobarbarbital ümumi çəkisi 1,4 qram olan cəmi 14 həb “Phenobarbital 100”, xx xxxx 2005-ci iltarixliAzərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş «Güclü təsir edən maddələrin və onların küllü miqdarının siyahısına daxil edilən təsiredici maddəsi tramadol ümumi çəkisi 1,5 qram olan cəmi 10 həb “Contramal tramadol hydrochloride 150 mg 20”, təsiredici maddəsi nandrolon 08 2023 cəmi 02 ampula “Retobalil 50 mq/ml” və təsiredici maddəsi klonazepam ümumi çəkisi 0,02 qram olan cəmi 10 həb “Clonazepam-Sobhan 2…22” dərman peraparatlarını əldə edibişlədiyi İmişli şəhəri Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptekə daşıyaraq orada gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxxx 2019-cu il tarixdə saat 14:44 radələrində Təqsirləndirilən şəxs təsiredici maddəsi nandrolon 08 2023 cəmi 02 ampula “Retobalil 50 mq/ml”dərman preparatını nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən aptek məntəqəsinə müraciət etmiş Şahid3 26 manata satdıqdan sonra saxlanılmış və baxış zamanı Pərfiz Səlimov Təqsirləndirilən şəxs tərəfindən ona qanunsuz satılmış təsiredici maddəsi nandrolon 08 2023 cəmi 02 ampula “Retobalil 50 mq/ml”dərman preparatını, Mirkamil Cəfərli isə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirində istifadə etmək məqsədi ilə əvvəlcədən Şahid3 verilmiş və sonuncu tərəfindən 02 ampula “Retobalil 50 mq/ml” dərman preparatı alınan zaman ona təqdim olunmuş etdiyibirədəd Bseriyalı 22999001 nömrəli 20 (iyirmi)manatlıq, birədədCseriyalı 15064162 nömrəli 5 (beş) manatlıqvə birədəd Gseriyalı 05528761 nömrəli 1 manatlıq pul əskinazlarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin tarixdə saat 14:55 radələrində Təqsirləndirilən şəxs işlədiyi İmişli şəhəri Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptekə keçirilən baxış zamanı aptekin dərmanlar saxlanılan hissəsindən təsiredici maddəsi feobarbarbital ümumi çəkisi 1, qram olan cəmi 14 həb “Phenobarbital 100”, təsiredici maddəsi tramadol ümumi çəkisi 1,5 qram olan cəmi 10 həb “Contramal tramadol hydrochloride 150 mg 20” və təsiredici maddəsi klonazepam ümumi çəkisi 0,02 qram olan cəmi 10 həb “Clonazepam-Sobhan 2…22” dərman peraparatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 234.2 və 240.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə X2 bitirib həmin tarixdən İmişli şəhərində fəaliyyət göstərən apteklərdə əczaçı kimi fəaliyyət göstərmiş və 2019-cu ilin avqust ayından İmişli şəhəri, Q.İsmayılov küçəsində fəaliyyət göstərən «Fəridə» aptekdə əczaçı işləmişdir. Həmin aptek «xxxxxx» MMC-yə məxsus lisenziya əsasında fəaliyyət göstərir və aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə yoxdur. 2019-cu ilin avqust ayının axırlarında səhər vaxtı işə piyada gedərkən yolda sellofan torba görmüş və götürüb açaraq içərisində 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam”, 14 həb “Fenobarbital”, 02 ədəd “Retobalil” ampulası aşkar etmişdir. Üzərində qeyd olunan yararlılıq müddəti ötmədiyi üçün həmin dərmanları satıb gəlir əldə etmək məqsədilə işlədiyi aptekə gətirmiş və şkafa qoyaraq bu barədə heç kimə bildirməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən günorta vaxtı bir nəfər şəxs aptekə gəlib ondan 2 ampula “Retobalil” dərmanı istəmişdir. O, həmin dərmanın aprekdə olduğunu və qiymətinin isə 26 manat olduğunu bildirərək həmin şəxsdən 26 manat alıb həmin məbləğin ödənilməsinə dair çek təqdim etmiş və şkafda saxladığı 2 ampula “Retobalil” dərmanını həmin şəxə vermişdir. Həmin şəxs getdikdən bir qədər sonra aptekə mülki geyimli şəxlər daxil olub özlərini polis əməkdaşları kimi təqdim etmiş və bir qədər əvvəl 2 ampula güclü təsiredici “Retobalil” dərmanı satması barədə ondan soruşmuşlar. O, polis əməkdaşlarına 26 manat müqabilində 2 ampula güclü təsiredici “Retobalil” dərmanı satdığını etiraf etmiş və bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq əskinaslardan ibarət 26 manat pulu təqdim etmişdir. Həmin vaxt aptekin müdiri Şahid6 aptekə gəlmiş, polis əməkdaşları «Fəridə» aptekin fəaliyyəti ilə bağlı əməliyyat-axtarış tədbiri həyata keçirilməsi barədə qərarla Şahid6 tanış edib ondan aptekə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə almışlar. Bundan sonra aptekdə olan şkafa baxış keçirilərkən 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam”, 14 həb “Fenobarbital” aşkarlanmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində Şahid6 həmin dərmanların aptekə gətirilməsindən xəbəri olmadığını bildirərək əməlindən peşman olduğunu ifadə etmişdir. İş üzrə Şahid1ifadəsindəgöstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhər sakini Şahid3 Baş X1 İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək İmişli şəhəri, Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptekdə qanunsuz olaraq psixotrop tərkibli dərman preparatlarının, o cümlədən güclü təsiredici “Retobalil” dərman preparatının satıldığını bildirmiş və lazım gələrsə qeyd olunan aptekdə baş verən bu cür halların qarşısının alınmasına köməklik edə biləcəyini göstərmişdir. Həmin məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyat-axtarış tədbiri həyata keçirilməsi barədə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, idarənin digər əməliyyat müvəkkili Şahid2 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə Şahid3 şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan iki nəfər vətəndaş hal şahidi qismində dəvət olunaraq onlara hüquq və vəzifələri izah olunmuş və hal şahidlərinin iştirakı ilə DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd seriya nömrəsi B22999001 olan 20 manatlıq, bir ədəd seriya nömrəsi C15064162 olan 5 manatlıq və bir ədəd seriya nömrəsi G055287762 olan 1 manatlıq pul əskinaslarından ibarət 26 manat Şahid3 verilmişdir. Bundan dərhal sonra əməliyyat qrupunun üzvləri hal şahidləri və Şahid3 birlikdə qeyd olunan ünvana getmiş və həmin gün saat 14:30 radələrində aptekin yaxınlığına çataraq kənarda dayanıb müşahidə aparmışlar. Şahid3 onların müşahidəsi altında aptekə daxil olmuş və təxminən 05-10 dəqiqədən sonra aptekdən çıxaraq onlara yaxınlaşıb əlində tutduğu 02 ədəd ampulada “Retobalil” dərman preparatını və həmin dərman preparatının alınmasına görə 26 manat pulun ödənilməsinə dair saat 14:44-də vurulmuş kassa çekini verərək qeyd olunan dərman preparatını aptekdə işləyən Mirhakim adlı şəxsdən aldığını bildirmişdir. Onlar dərhal aptekin qarşısından aptekə daxil olub özlərini və hal şahidlərini aptekdəki şəxsə təqdim edərək ondan kim olduğunu soruşmuş və onun aptekdə qeyri rəsmi işləyən əczaçı Təqsirləndirilən şəxs olduğunu öyrənib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı elan etmiş və bir qədər əvvəl onun tərəfindən Şahid3 qanunsuz olaraq 02 ədəd ampulada “Retobalil dərman preparatının 26 manata satıldığını bildirib həmin dərman preparatını və 26 manat pulun ödənilməsi ilə bağlı kassa çekini göstərmişlər. Təqsirləndirilən şəxs aptekin «xxxxxx» MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərdiyini və aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirərək bir qədər əvvəl vətəndaşa qanunsuz olaraq 02 ədəd ampulada “Retobalil dərman preparatını 26 manata sataraq pulun ödənilməsinə dair kassa çekini təqdim etdiyini təsdiq etmiş və məhz nəzarət qaydasında mal alınması əməliyyataxtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid3 verilmiş bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilməsi üçün onların dəvəti ilə gəlmiş aptekin müdiri Şahid6 razılıq alınmış və Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman pereparatlarını könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs aptekin dərmanlar saxlanılan hissəsindən 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam” və 14 həb “Fenobarbital” dərman peraparatları gətirərək təqdim etmiş və həmin dərman pereparatlarını 26 manata satdığı 02 ədəd ampulada “Retobalil” dərmanı ilə birlikdə avqust ayının axırlarında yerdən taparaq satıb gəlir əldə etmək məqsədilə aptekin müdiri Şahid6 xəbərsiz aprekdə saxladığını bildirmişdir. Həmin dərman preparatları baxış keçirildikdən sonra hal şahidlərinin iştirakı ilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşıŞahid2ifadəsində Şahid1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid SəlimovPərvizAbbasəli oğluifadəsində göstərmişdir ki, o, şəxsi işi ilə əlaqədar İmişli rayonunda olarkən İmişli şəhərində fəaliyyət göstərən Şahid6 məxsus olan «Fəridə» aptekdə xüsusi lisenziya olmadan güclü təsiredici dərman preparatlarının satılması barədə məlumat almış və vətəndaş kimi bu məsələ onu narahat etdiyi üçün gələcədkə daha çox fəsadlar törətməsinin qarşısını almaq məqsədilə bu barədə şikayət etmək qərarına gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə o, Baş X1 İdarəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermiş və həmin aptekdə qanunsuz olaraq psixotrop tərkibli dərmanların satışını həyata keçirən şəxs və ya şəxslərin əməllərinin ifşa olunmasında lazım olarsa köməklik də edə biləcəyini bildirmişdir. Ona qeyd olunan aptekdə qanunsuz olaraq psixotrop tərkibli və ya güclü təsiredici dərman preparatlarının satılmasının qarşısının alınması məqsədilə keçiriləcək əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak etməsi təklif olunduqda o, polisə kömək etməyi vətəndaşlıq borcu hesab etdiyi üçün razılaşmışdır. Bundan sonra iki nəfər hal şahidi dəvət edilib ona həmin şəxslərin iştirakı ilə bir ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinaslarından ibarət cəmi 26 manat pul verilərək bu barədə protokol tərtib edilmiş və pulların kserosurəti çıxarılmışdır. Əməliyyat qrupunun üzvləri həmin gün onunla və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana getmiş və saat 14:30 radələrində aptekin yaxınlığına çataraq kənarda dayanıb müşahidə aparmışlar. O, polis əməkdaşlarının müşahidəsi altında aptekə daxil olmuş, Mirhakim adlı satıcıdan 26 manata 02 ədəd ampulada “Retobalil” dərman preparatını alaraq pulun ödənilməsinə dair çeki götürmüş və aptekdən çıxaraq aldığı 02 ədəd ampulada “Retobalil” dərman preparatını və həmin dərman preparatının alınmasına görə 26 manat pulun ödənilməsinə dair kassa çekini polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları dərhal aptekə daxil olub özlərini və hal şahidlərini aptekdəki şəxsə təqdim edərək ondan kim olduğunu soruşmuş və onun aptekdə qeyri rəsmi işləyən əczaçı Təqsirləndirilən şəxs olduğunu öyrənib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı elan edərək bir qədər əvvəl onun tərəfindən 02 ədəd ampulada “Retobalil dərman preparatının 26 manata satıldığını bildirib həmin dərman preparatını və 26 manat pulun ödənilməsi ilə bağlı kassa çekini göstərmişlər. Təqsirləndirilən şəxs aptekin «xxxxxx» MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərdiyini və aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirərək bir qədər əvvəl vətəndaşa qanunsuz olaraq 02 ədəd ampulada “Retobalil dərman preparatını 26 manata sataraq pulun ödənilməsinə dair kassa çekini təqdim etdiyini təsdiq etmiş və məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə ayrılmış bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Daha sonra aptekin müdiri Şahid6 çağırılaraq ondann ümumi şəkildə aptekə baxış keçirilməsi üçün razılıq alınmış və Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman pereparatlarını könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs aptekin dərmanlar saxlanılan hissəsindən 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam” və 14 həb “Fenobarbital” dərman peraparatları gətirərək təqdim etmiş və həmin dərman pereparatlarını 26 manata satdığı 02 ədəd ampulada “Retobalil” dərmanı ilə birlikdə avqust ayının axırlarında yerdən taparaq satıb gəlir əldə etmək məqsədilə aptekin müdiri Şahid6 xəbərsiz aprekdə saxladığını bildirmişdir. Həmin dərman preparatları baxış keçirildikdən sonra onun və hal şahidlərinin iştirakı ilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə Şahid4ifadəsində göstərmişdir ki,xx xxxxxxxx 2019-cu il tarixdə saat 11-00 radələrində şəxsi işləri ilə əlaqədar AR DİN Baş X1 İdarəsinin yaxınlığında olarkən polis əməkdaşları onu psixotrop tərkibli və güclü təsiredici dərman preparatlarının qanunsuz qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə keçirilməsi nəzərdə tutulan tədbirdə hal şahidi qismində iştirak etmək üçün AR DİN BMCMİ-ə dəvət etmiş və İmişli şəhəri, Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptekdə psixotrop maddələrin və güclü təsir edici dərman pereperatlarının qanunsuz satılmasının qarşısının alınması ilə bağlı əməliyyat-axtarış tədbiri keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış, ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş və sonra keçiriləcək tədbirdə şərti alıcı qismində iştirak etməsi nəzərdə tutululan Şahid3 adlı şəxsə onların iştirakı ilə, bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarından ibarət 26 manat pul verilərək bu barədə protokol tərtib edilmiş və pulların kserosurəti çıxarılmışdır. Sonra o, tədbirdə iştirak edən digər hal şahidi, şərti alıcı Şahid3 və polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmiş və həmin gün saat 14:30 radələrində aptekin yaxınlığına çatmışlar. Şahid3 polis əməkdaşlarının müşahidəsi altında aptekə daxil olmuş və təxminən 05-10 dəqiqədən sonra aptekdən çıxaraq pilis əməkdaşlarına yaxınlaşıb əlində tutduğu 02 ədəd ampulada “Retobalil” dərman preparatını və həmin dərman preparatının alınmasına görə 26 manat pulun ödənilməsinə dair saat 14:44-də vurulmuş kassa çekini verərək qeyd olunan dərman preparatını aptekdə işləyən Mirhakim adlı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt o və tədirdə iştirak edən digər hal şahidi polis əməkdaşları ilə birlikdə aptekə daxil olmuş, polis əməkdaşları özlərini və hal şahidlərini aptekdəki şəxsə təqdim edərək ondan kim olduğunu soruşmuş və onun aptekdə qeyri rəsmi işləyən əczaçı Təqsirləndirilən şəxs olduğunu öyrənib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı elan etmiş və bir qədər əvvəl onun tərəfindən Şahid3 qanunsuz olaraq 02 ədəd ampulada “Retobalil dərman preparatının 26 manata satıldığını bildirib həmin dərman preparatını və 26 manat pulun ödənilməsi ilə bağlı kassa çekini göstərmişlər. Təqsirləndirilən şəxs aptekin «xxxxxx» MMC-yə məxsus lisenziya əsasında aptek kimi fəaliyyət göstərdiyini və aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə olmadığını bildirərək bir qədər əvvəl vətəndaşa qanunsuz olaraq 02 ədəd ampulada “Retobalil dərman preparatını 26 manata sataraq pulun ödənilməsinə dair kassa çekini təqdim etdiyini təsdiq etmiş və məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid3 verilmiş bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Daha sonra ümumi şəkildə aptekə baxış keçirilməsi üçün polis əməkdaşlarının dəvəti ilə gəlmiş aptekin müdiri Şahid6 razılıq alınmış və Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman pereparatlarını könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs aptekin dərmanlar saxlanılan hissəsindən 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam” və 14 həb “Fenobarbital” dərman peraparatları gətirərək təqdim etmiş və həmin dərman pereparatlarını 26 manata satdığı 02 ədəd ampulada “Retobalil” dərmanı ilə birlikdə avqust ayının axırlarında yerdən taparaq satıb gəlir əldə etmək məqsədilə aptekin müdiri Şahid6 xəbərsiz aprekdə saxladığını bildirmişdir. Həmin dərman preparatları baxış keçirildikdən sonra o və tədbirdə iştirak edən digər hal şahidinin iştirakı ilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə Şahid5 Xudbəddin oğlu ifadəsində Şahid4 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə Şahid6 ifadəsində göstərmişdir ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptek ona məxsusdur. Aptekin dörd rəsmi və bir qeyri rəsmi əczaçısı vardır və o, aptekin müdiri vəzifəsində işləyir. Aptek «xxxxxx» MMC-yə məxsus lisenziya əsasında fəaliyyət göstərir və aptekin psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazəsi olmamışdır. Aptekin fəaliyyəti işçilər tərəfindən həyata keçirilir və o, gündə bir dəfə onlara baş çəkərək özünə dair olan işləri yerinə yetirir. xx xxxxxxxx 2019-cu il tarixdə günorta vaxtı aptekdə qeyri rəsmi əczaçı işləyən Təqsirləndirilən şəxs ona zəng edərək aptekdə polis əməkdaşları olduğunu bildirərək gəlməsini xahiş etmişdir. O, dərhal aptekə getmiş və aptekdə bir neçə nəfər mülki geyimli şəxsləri görmüşdür. Həmin şəxslər AR DİN BMCMİ-nin əməkdaşları olduğunu bildirmiş və özlərini təqdim edərək aptekdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı elan etdikdən sonra bir qədər əvvəl aptekdən 02 ədəd ampulada güclü təsiredici “Retobalil dərman preparatının satıldığını bildirmişlər. Polis əməkdaşlarına aptekdə psixotrop və güclü təsiredici dərman preparatlarının satılmasına xüsusi lisenziya olmadığını və ümumiyyətlə aptekdə psixotrop və güclü təsiredici dərman preparatlarının olmadığını bildirmişdir.Həmin vaxt əczaçı Təqsirləndirilən şəxs həqiqətən bir qədər əvvəl 26 manat müqabilində 02 ədəd ampulada “Retobalil dərman preparatını satdığını etiraf etmiş və bunun müqabilində aldığı bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını göstərmişdir. Sonra ondan ümumi şəkildə aptekə baxış keçirilməsi üçün razılıq alınmış və aptekin dərmanlar saxlanılan hissəsinə baxış keçirilərkən şkafda 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam” və 14 həb “Fenobarbital” dərman peraparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin dərman pereparatlarını yerdən taparaq satmaq məqsədilə gətirib aprekdə saxladığını bildirmişdir. Həmin dərman preparatlarının aptekə gətirilməsindən onun xəbəri olmamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli “pul vəsaitinin verilməsi haqqında” Protokola əsasən İmişli şəhəri, Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptek ətrafında keçiriləcək əməliyyataxtarış tədbirində şərti alıcı kimi iştirak edən Şahid3 həmin tarixdə əməliyyat xərclərindən götürülmüş 1 ədəd B 22999001 seriya və nömrəli 20 manatlıq, 1 ədəd C15064162 seriya və nömrəli 5 manatlıq və 1 ədəd G05528762 seriya və nömrəli 1 manatlıq pul əskinasları iki nəfər hal şahidinin iştirakı ilə verilmişdir. ( c.i.səh: 11-12) İşdə olan xx.xx.2019-ci il tarixli « Əməliyyattədbirininkeçirilməsivəmaddisübutlarıngötürülməsibarədə» protokola əsasən həmin tarixdə saat 14-55-dən 15-25-dək olan vaxtda Təqsirləndirilən şəxs İmişli şəhəri, Q.İsmayılzadə küçəsində fəaliyyət göstərən “Fəridə” aptekdəqanunsuzolaraqəməliyyat axtarış tədbirində şərtialıcıqismindəiştirakedənŞahid326manatpulunmüqabilində 02 ədəd ampulada “Retobalil” dərman preparatını satdıqdansonrapolisəməkdaşlarıtərəfindənsaxlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirinin keçirilməsi məqsədi ilə Şahid3 verilmiş bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmiş və aptekin dərmanlar saxlanılan şkafında müdriyyətdən xəbərsiz saxladığı 10 həb “Tramadol 150”, 10 həb “Klonozepam” və 14 həb “Fenobarbital” dərman peraparatlarını göstərmişdir. Həmin dərman preparatları baxış keçirildikdən sonra hal şahidinin iştirakı ilə götürülmüşdür. ( c.i. səh: 16-17) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx xxxxxxxx 2019-cuiltarixli, 23285 nömrəlirəydəgöstərilmişdir ki, “Ekspertiza tədqiqata təqdim edilmiş üzərində: üzərində “...Fəridə aptekdən aşkar olunmuş 14 həb Fenobarbital, 10 həb Klonazepam və 10 həb Kontramal...” sözləri olan zərfdəki bir ədəd üzərində “Contramaf tramadol hydrochloride 150 mg 20” göstəricisi olan konvolyutda ümumi sayı 10 ədəd olan dərman həblərinin əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkiblərində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,5 qramdır.Üzərində “Clonazepam-Sobhan 2...22” göstəriciləri olan bir ədəd konvolyut kəş.iyində ümumi sayı 10 ədəd olan dərman həblərinin əsas təsiredici maddəsi klonazepamdır və həmin həblərin tərkiblərində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,02 qramdır.Üzərində “Phenobarbital 100” göstəriciləri olan konvolyut kəsiklərində ümumi sayı 14 ədəd olan dərman həblərinin əsas təsiredici maddəsi fenobarbitaldır və həmin həblərin tərkiblərində fenobarbitahn təsir maddəsinin ümumi miqdarı 1,4 qramdır;Üzərində “PeTaöonnn 50 Mr/Mn HaHflponoH 08 2023” göstəricisi olan iki ədəd dərman ampulasmdakı məhlulun əsas təsiredici maddəsi nandrolondur və 2 ədəd ampulanın tərkibində nandrolonun təsir maddəsinin ümumi miqdarı 0,1 qram (1 ml də təsir maddəsinin miqdarı 50 mq-dır) təşkil edir; Klonazepam və fenobarbital “Azərbaycan Respublikasınm ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİİ) daxildir. Tramadol və nandroicn xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasmm Qanunu ilə təsdiq edilmiş "Güclü təsiredici maddələrin və onlarm külli miqdarınınsiyahısına” (1 nömrəli əlavə) daxidir;Tədqiqata təqdim olunmuş “Contramal tramadol hydrochloride 150 mg 20' “Clonazepam- Sobhan 2...22” və “PeTaöonnn 50 Mr/Mn HƏHflponoH 08 2023” dərman preparatlarınm qablaşmaları üzərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçməmişdir. “Phenobarbital 100” göstəricili konvolyut kəsiklərinin üzərilərində tarix göstəriciləri olmadığı üçün həmin həblərin yararlıq müddətini müəyyən etmək mümkün olmadı. Tədqiqata sərf edildikdən sonra Tramadol həbləri 09 ədəd, Klonozepam həbləri 09 ədəd, Fenobarbital həbləri 13 ədəd, Nandrolon həbləri 1 ampula qalmışdır. ( c.i. səh: 26-31) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” AR Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. AR Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CMnın müvafiq maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli RİHB-nin Qaradonlu kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 457 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. ( c.i. səh: 66) AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. səh: 70) İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Qaradonlu kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i. səh:65) Məhkəmə törətdiyi cinayətlərin xarakterini nəzərə alınaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın müvafiq maddələrinin sanksiyasında nəsərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və CM-nın 46.2-ci maddəsinə əsasən cinayətlərinin xarakteri nəzərə alınaraq ona əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-nın 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cinayətlərinin ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən hal və şəxsiyyəti nəzərə alınaraq təyin olunan azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməlidir. İş üzrə maddi sübut, AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 09 həb “Contramal tramadol hydrochioride 150 mg 20”, 09 həb “Klonozepam-Sobhan 2..22” və 13 həb “Fenobarbital 100” və 01 ampula “Retabalilt 50 mq/mq nandrolon 08 2023” dərman pereparatları dövlət nəfinə müsadirə edilməli, polis baş leytenantı Şahid1 saxlanılan 26 manat pul AR DİN BMCMİ-nin hesabına keçirilməli, cinayət işinin materiallarına əlavə edilmiş kassa çeki işdə saxlanılmalı və ekspertiza xərcini təşkil edən 81,82 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzrərində qəti olaraq 1 (bir) il müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 4( dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə təyin olunan cəza icra olunmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 09 həb “Contramal tramadol hydrochioride 150 mg 20”, 09həb “Klonozepam-Sobhan 2..22” və 13 həb “Fenobarbital 100” və 01 ampula “Retabalilt 50 mq/mq nandrolon 08 2023” dərman pereparatları dövlət nəfinə müsadirə edilsin; polis baş leytenantı Şahid1 saxlanılan 26 manat pul AR DİN BMCMİ-nin hesabına keçirilsin; cinayət işinin materiallarına əlavə edilmiş kassa çeki işdə saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 81,82 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar