Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-46/2021 04.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 1(036)-046/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR 04 may 2021-ci il/saat 10:25 İmişli şəhəri İmişli Rayon Məhkəməsi Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi: X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 06 avqust 2004-cü ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, İmişli şəhəri “Nəriman Nərimanov” adına 1 saylı X5 Məktəb-Liseyin 10-cu sinif şagirdi, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Ə.Məmmədov küçəsi, ev 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində İmişli şəhərində yerləşən “Heydər Əliyev” adına parkın ərazisində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı zamanı Zərərçəkmiş şəxs təşəbbüsü ilə dalaşaraq, yumruqla qəsdən sonuncunun sifət nahiyəsindən vuraraq və qəsdən zor tətbiq edib, sağ qolunu buraraq, ona sol gözaltı nahiyəsinin qançırı və üst dodağının əzilmiş yarasından ibarət dərəcəsi təyin edilməyən və sağ said sümüklərinin orta 1/3 hissəsinin çəp-vintvari xarakterli yerdəyişmə ilə müşayiət olunan sınıqlardan ibarət sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Ə.Məmmədov küçəsi, ev 1 ünvanda yaşayır. Özü İmişli şəhəri “Nəriman Nərimanov” adına 1 saylı X5 Məktəb-Liseyin 10-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs keçmiş məktəb yoldaşı kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 08 sentyabr 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində İmişli şəhərində yerləşən “Heydər Əliyev” adına parkın ərazisində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı zamanı o, Zərərçəkmiş şəxs təşəbbüsü ilə dalaşaraq, yumruqla qəsdən onun sifət nahiyəsindən vuraraq və qəsdən zor tətbiq edib, sağ qolunu buraraq, ona sol gözaltı nahiyəsinin qançırı və üst dodağının əzilmiş yarasından ibarət dərəcəsi təyin edilməyən və sağ said sümüklərinin orta 1/3 hissəsinin çəp-vintvari xarakterli yerdəyişmə ilə müşayiət olunan sınıqlardan ibarət sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir, səmimi peşmandır, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və məktəblidir. Tez-tez İmişli rayonunda yaşayan babası X2 yanına gəlib-gedir. Əvvəllər İmişli şəhəri “Nəriman Nərimanov” adına 1 saylı X5 Məktəb-Liseyin şagirdi olmuşdur. Təqsirləndirilən şəxs keçmiş məktəb yoldaşı kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 08 sentyabr 2020ci il tarixdə, təxminən saat 20:00 radələrində İmişli şəhərində yerləşən “Heydər Əliyev” adına parkın ərazisində X3 ilə şəxsi münasibətlər zəmnində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı zamanı onun təşəbbüsü ilə dalaşmışlar və Təqsirləndirilən şəxs yumruqla qəsdən onun sifət nahiyəsindən vuraraq və qəsdən zor tətbiq edib, sağ qolunu buraraq, ona sol gözaltı nahiyəsinin qançırı və üst dodağının əzilmiş yarasından ibarət dərəcəsi təyin edilməyən və sağ said sümüklərinin orta 1/3 hissəsinin çəp-vintvari xarakterli yerdəyişmə ilə müşayiət olunan sınıqlardan ibarət sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 182/MEŞ saylı, 29 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: sağ said sümüklərinin 1/3 hissəsinin yerdəyişmiş sınıqları, sol gözaltı nahiyəsinin qançırı, üst dodağın əzilmiş yarası, sol əlin arxa səthinin sıyrıqları və döş qəfəsinin arxa səthinin kürəklərarası nahiyəsinin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 08 sentyabr 2020-ci il tarixə və müayinə olunanın göstərdiyi şəraitə uyğun gəlir, özü tərəfindən yetirilməsi mümkün deyildir və dərəcəsinə görə sınıqlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Digər xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 03/MEŞ saylı, 16 mart 2021-ci il tarixli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. sağ said sümüklərinin 1/3 hissəsinin çəp-vintvari xarakterli yerdəyişmə ilə sınıqlar; sol gözaltı nahiyəsinin qançırı, üst dodağının əzilmiş yarası, sol əlin arxa səthinin sıyrıqları və döş qəfəsinin arxa səthinin kürəklərarası nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 08 sentyabr 2020-ci il tarixə və müayinə olunanın göstərdiyi şəraitə uyğun gəlir, özü tərəfindən yetirilməsi mümkün deyildir və dərəcəsinə görə sınıqlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Digər xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 2. Zərərçəkmiş şəxs qeyd olunan sağ said sümüklərinin 1/3 hissəsinin çəp-vintvari sınıqlarının xarakterini, lokalizasiyasını, əmələgəlmə mexanizmini və qərarın təsviri hissəsində göstərilən xüsusatları nəzərə alaraq demək olar ki, lokal zərbə təsirindən, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaldırıb yerə yıxarkən sağ qolunun onun kürəyi altında qalaraq, sınması nəticəsində yaranması inandırıcı deyildir. Belə ki, “vintvari” xarakterli sınığın sağ saidin öz oxu ətrafında fiziki qüvvə tətbiq etməklə, burularaq fırlanması nəticəsində yetirilməsi daha inandırıcıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 128, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_14.htm Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətdiyi, Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödədiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-46/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-46/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver