Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-46/2023 15.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 avqust 1976-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İmişli şəhəri, H.Əliyev prospekti ev 234 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 14 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,433 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq özündə saxlamış, 25 yanvar 2023-cü il tarixdə saat 14 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri T.İsmayılov küçəsində saxlanılıb, İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,433 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitələrin “kakos” adlanan heroin növündən istifadə edir. O, narkotik vasitə olan heroini İmişli rayon ərazisində müxtəlif vaxtlarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 01 dekabr 2022-ci il tarixdən İmişli rayon, Yalavac kənd sakini kimi tanıdığı X2 hər dəfəsində 10-20 manat olmaqla narkotik vasitə olan heroini İmişli şəhəri ərazisində müxtəlif yerlərdə almışdır. 25 yanvar 2023-cü il tarixdə saat 11-12 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsi ilə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən çalışdığı metal qəbulu məntəqəsinə getmişdir. Bu zaman narkotik vasitə olan heroin əldə etmək qərarına gəlmiş və X3 istifadəsində olan mobil nömrəyə zəng vurub narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Cavid onunla razılaşıb telefonda onun bildirdiyi yerə, yəni İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən köhnə yem anbarının yaxınlığına piyada gəlmişdir. O, həmin ünvanda Cavidlə görüşmüş və Cavid ondan narkotik vasitə olan heroin üçün 20 manat pul istəmişdir. O, 20 manat pulu verdikdən sonra Cavid həmin yerdə gözləməsini bildirib çıxıb getmiş və təxminən 25-30 dəqiqədən sonra, yəni saat 14 radələrində Cavid gəlib ona bir ədəd ağ kağıza bükülmüş içərisində təxminən 0,5 qram narkotik vasitə olan heroini vermişdir. O da həmin narkotik vasitə olan heroini əynində olan cins şalvarın sağ yan cibinə qoymuş və piyada İmişli pambıq zavodu istiqamətində getməyə başlamışdır. Bu zaman zavodun yaxınlığında polis əməkdaşları onu saxlayıb İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. O polis əmədaşlarına etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Orada xidməti otaqların birində qanunla qorunan hüquqlarını müdafiə etməsi üçün İmişli şəhər hüquq bürosundan vəkil Müdafiəçi dəvət edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olubolmaması soruşuldu. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ kağıza bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşları tərəfindən keçirilən şəxsi axtarış zamanı aşkar olunacağını bildiyi üçün həmin bükümü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini qablaşdırmışlar. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin aşkar edilməsi barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəlişlər olmadığı üçün imzalanmışdır. Həmin narkotik vasitə olan heroini satmaq fikri olmamış, şəxsi istifadəsi üçün almışdır. Hazırda törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə İmişli RPŞ-da gündəlik xidmətində olan zaman məlumat almışdır ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə etdikdən sonra şöbə rəhbərliyinin müvafiq qərarı ilə o, Şahid3 və Şahid2la ilə birlikdə İmişli şəhəri, T.İsmayılov küçəsinə gedib, orada Təqsirləndirilən şəxs pambıq zavodunun yaxınlığında hərəkət etdiyini görüb müşahidəyə götürmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək üzərində narkotik vasitə gəzdirməkdə şübhələndilərini bildirib İmişli RPŞ-ya dəvət etmişlər. Polis şöbəsində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində saxlanması və gəzdirilməsi qanunla qadağan edilən, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və həmin vaxt onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağızın içərisində narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsi ilə yuxarıda təsvir olunan cinayət əməli barədə eyni məzmunlu ifadə vermişdir. 25 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağızın içərisində narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 18/90 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,433 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 10 mart 2023-cü il tarixli 1382 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(036)-36/2022 nömrəli qərarı ilə barəsində amnistiya aktı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış və məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində 1-nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,433 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 49,74 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 49,74 (qırx doqquz manat yetmiş dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,433 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 49,74 (qırx doqquz manat yetmiş dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev .
Məhkəmə qərarları › İş №1(036)-46/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-46/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver