Məhkəmə qərarları › İş №1(036)-46/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-46/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-46/2024 02.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Göygöl (əvvəlki Xanlar) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, Göygöl şəhəri, N.Nərimanov küçəsi, ev 2 a-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmünə əsasən 8 il, 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olduğu İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Nur İnşaat” adlı tikinti materialları mağazasına gəlib özünü "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi təqdim edərək, müqavilə bağlayıb köçürmə yolu ilə ödəniş edib işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunda gedən yenidən qurma işlərinə tikinti materialları alacağını bildirərək qarşı tərəfi inandırıb əmlakını ələ keçirmək üçün aldadıcı üsullardan istifadə edərək, 10 iyun 2021-ci ildə pulunu müqavilədən əvvəl nağd ödəyəcəyi barədə vəd verərək 5x10 mm ölçüdə, 6 metr uzunluğunda, 12 kub ölçüdə, 3720 (üç min yeddi yüz iyirmi) manat dəyərində atma taxta və 15 mm qalınlığda, 1,5x1,5 metr ölçüdə, 20 ədəd, 7000 (yeddi min) manat dəyərində tavan örtüyü materiallarını alıb ələ keçirimiş, lakin vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş İ.İsmayızadəyə ümumilikdə 10720 (on min yeddi yüz iyirmi) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə bir neçə dəfə məhkumluğu olmuşdur. Məhkumluq həyatı qurtardırdıqdan sonra müxtəlif şirkətlərdə işləmişdir. Sonuncu dəfə isə "xxxx" MMC-də təsisci və direktor vəzifəsində işləmişdir. Həmin şirkətdə işləyən vaxt müxtəlif şirkətlərə müqavilə əsasında həmin şirkətin sürücüsü onun tikinti materialları götürmüş, sonra götürülən tikinti materiallarının pulunu verməmiş, buna görə də, barəsində cinayət işi başlanmış və Bakı Ağır cinayətlər məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmünə əsasən barəmdə 8 (səkkiz) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilmişdir. Hazırda isə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkir. O, Zərərçəkmiş şəxs tanımır, onunla arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Zərərçəkmiş şəxs onun barəsində İmişli rayon polis şöbəsinə etmiş olduğu şikayəti ilə bağlı bildirmişdir ki, İmişli rayonu ərazisində "xxxx" MMC şirkəti Biləsuvar-Bəhrəmtəpə yolunun təmir edilən vaxtı, yəni 2017-2018-ci illərdə olmuşdur. Bundan sonra isə isə İmişli rayonuna 2018-ci ildə bir dəfə gəlmiş, həmin vaxt İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Viliam Hacıyev ilə görüşmüşdür. Sabiq başçı ilə görüşməyinə səbəb rayon ərazisində gedən abadlıq işlərinin işlədiyi şirkətə verilməsindən ötəri olmuşdur. Lakin işlədiyi şirkətə heç bir iş verilməmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmış və bir daha İmişli rayonuna gəlməmişdir. Ola bilsin ki, İmişli rayonu ərazisindən keçmişdir. Həmin vaxtlarda da Zərərçəkmiş şəxs görməmiş,heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs heç bir tikinti materialı almamış, işlədiyi obyektə heç bir dəfə də olsun getməmişdir. Əgər ondan hər hansı material alsaydı, bunun qaimələri və çekləri olardı. Həmçinin, Zərərçəkmiş şəxs tərəfindən həmin əmlaklarla bağlı heç bir vergi ödənişi edilməmişdir. Zərərçəkmiş şəxs ilə arasında heç bir alqı-satqı münasibətləri olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçilik münasibəti yoxdur, nəyə görə belə ifadə verdiyini bilmir. Özünün istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan 051 601-13-53 nömrəsinə zəng etdiyini xatırlamır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, onun özünə məxsus İmişli rayonu, Otuziki kəndi ərazisində “1001 xırdavat” adlı tikinti matreialları mağazası vardır. Mağazada taxta, dəmir, dam örtükləri satır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərindən tanıyır. Təqsirləndirilən şəxsla arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. 2021-ci ilin iyul ayının əvvəllində, səhər saatlarında mağazada olan zaman Azər mağazaya gəlmiş, özünü "xxxx" ASC-nin işçisi kimi təqdim edərək, şirkətin tikinti Qarabağ bölgəsində tikinti işi apardığında bildirmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə mağazada taxta materiallarına baxmış və tikinti üçün 5x10 mm ölçüdə, 6 metr uzunluğunda atma taxta və 15 mm ölçüdə 1,5x1,5 metr ölçüdə fənərkə materialı lazım olacağını bildirərək, onunla işləmək istədiyini demişdir. Azər onunla qiymət barədə danışmış və qeyd edilən materialların qiyməti barədə razılıq əldə etmişlər. Azər şirkətin rekvizitini təqdim etmişdir. Onlar razılaşdıqdan sonra bir-birilərinin mobil nömrələrini götürmüşlər. Bundan sonra Azər çıxıb getmişdir. 10 iyun 2021-ci il tarixdə, səhər saatlarında Azər ona zəng edərək mağazaya “X8” markalı, yük avtomobilinin gələcəyini, həmin avtomobilə 5x10 mm ölçüdə, 6 metr uzunluğunda, 12 kub ölçüdə, 3720 (üç min yeddi yüz iyirmi) manat dəyərində atma taxta və 15 mm qalınlığda, 1,5x1,5 metr ölüçdə, 20 ədəd, 7000 (yeddi min) manat dəyərində fənərkə materialını yüklənməyini istəmiş və özünündə Bakı şəhərindən çıxaraq İmişli rayonunda gəldiyini, yolda olduğunu demişdir. Azər əlavə olaraq avtomobil yükləndikdən sonra buraxmamağını, özü gəlib ödəniş etdikdən sonra buraxmağında istəmişdir. Həmin günün ikinci yarısında Azərin dediyi “X8” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil mağazaya gəlmiş və qeyd edilən materialları avtomobilə yüklətdirmişdir. Bu vaxt Azər ona zəng edərək, həmin avtomobilin Qarabağ zonasına gedəcəyini, avtomobilin saat 17-yə kimi postdan keçməli olduğunu, özünün isə Göyçay rayonunda getdiyini, gecə İmişli rayonuna gələcəyini və hətta onunla birlikdə yemək yeyib pulu ödəyəcəyini bildirirək avtomobili buraxmağımı istəmişdir. O da Azərin dediyini etmiş və avtomobili buraxmışdır. Həmin gün axşam saatlarında Azər ona zəng edərək Göyçay rayonunda qonaq edildiyini, buna görə də, İmişli rayonuna gələ bilmədiyini deyərək, səhər tezdən saatlarında gələcəyini bildirmişdir. Səhəri günü Azər ona zəng edərək, işi ilə bağlı Qarabağ bölgəsinə getdiyini, buna görə gələ bilməyəcəyini, 3-4 gün ərzində gələcəyini demişdir. Bundan sonra 3-4 gün Azər ilə telefon əlaqəsi saxlamışdır. Azər hər dəfəsində gələcəyini demiş, lakin dediyinə əməl etməmiş və onu aldatmışdır. 3-4 gündən sonra Azər onun zənglərinə cavab verməmiş, onu aldatmışdır. Material adı ilə ona 10720 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 051 601-13-53 nömrəsi onun istifadəsində olmuşdur. Danışıqlar onun iş otağında olmuşdur, otaqda başqa heç kəs olmamışdır. Həmin vaxt obyektdə təhülkəsizlik kameraları olmamışdır. Yükü göy rəngli “X8” markalı maşınla aparmışlar. Hara apardığını sürücü deməmişdir. Təqsirləndirilən şəxsla heç bir yazılı müqaviləsi olmamışdır, şifahi razılığa gəlmişlər. Təqsirləndirilən şəxs pulu da nağda ödəyəcəyini bildirmişdir. Həmin vaxt orada işçilər –fəhlələr olmuşdur. Onlar çöldə idi. Otağın 2 ədəd pəncərisi var, səs çölə gedə bilər. Fəhlələrə 300-350 manat əmək haqqı vermişəm. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də o, təqsirləndirilən şəxslə barışmamışdır və ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən tanımır, amma üz quruluşundan tanıyır. Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət, düşmənçilik və ya qohumluq münasibəti yoxdur. Həmçinin Zərərçəkmiş şəxsdə tanıyır. İsmayıl ilədə arasında heç bir ədavət, düşmənçilik və ya qohumluq münasibəti yoxdur. 2018-ci ildən Zərərçəkmiş şəxs məxsus, əvvəllər İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Dəniz İnşaat” adlı tikinti materiallarının satışı ilə məşğul olan mağazasında fəhlə işləmişdir. Sonradan həmin mağaza İmişli rayonu, Otuziki kəndi ərazisinə köçürülmuş və adı “Nur İnşaat” adlanadırılmışdır. Bundan sonra isə “Nur İnşaat”da işləmişdir. 2021-ci ilin iyun aylarında, hansı ki, həmin vaxtda mağaza İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşirdi ki, bir nəfər şəxs ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “X4” markalı avtomobil ilə mağazanın qarşısında gəlib, avtomobilini saxlayıb və avtomobildən düşmüşdü. Həmin vaxt onlar mağazanın qarşısında olmuşdular. Həmin şəxs hansı ki, sonradan tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. Avtomobildə Azərdən başqa heç kim olmamışdır. Azər avtomobildən düşdükdən sonra mağazanın sahibini soruşmuşdur. Həmin vaxt İsmayıl mağzada olmuşdur. Onlarda Azərə müdriyyətin mağazada olduğunu deyib, Azərin mağazanın içərisinə dəvət etmiş və Azərin gəlməsi barədə İsmayıla məlumat vermişlər. İsmayıl ilə Azər mağazanın içərisində İsmayılın ofis kimi istifadə etdiyi otaqda söhbət etmişlər. İsmayıl ilə Azər arasında söhbəti arada o da eşitmişdir. Belə ki, İsmayılın ofis kimi istifadə etdiyi otağın pəncərəsi açıq olmuşdur. X6 zonasında tikinti işlərinə başladığını, İsmayıl ilə müqavilə bağlayıb köçürmə yolu ilə tikinti materialları alacağını demişdir. Azər ilə İsmayıl Azərin dediyi formada razılaşmış və bundan sonra Azər çıxıb getmişdir. Bu hadisənin üzərindən 2-3 gün keçdikdən sonra 10 iyun 2021-cil səhər saatlarında İsmayıl mağazada olan zaman onlara Azərin zəng edərək yük avtomobili göndərəcəyini deyib həmin avtomobilə Azərin istədiyi yükü yükləməyini demişdir. İsmayıl onlara 5x10 mm ölçüdə, 6 metr uzunluğunda, 12 kub ölçüdə, 3720 (üç min yeddi yüz iyirmi) manat dəyərində atma taxta və 15 mm qalınlığda, 1,5x1,5 metr ölüçdə, 20 ədəd, 7000 (yeddi min) manat dəyərində fənərkə materiallarını Azərin göndərəcəyi yük avtomobilinə yükləməyini deyib, bu barədə qaralama siyahı vermişdir. İsmayıl siyahını verən zaman onlara Azərin Bakı şəhərindən çıxdığını, İmişli rayonuna gələcəyini, birinci partiya gedən yükün pulunu nağd verəcəyini demişdir. Təxminən 1 saat sonra **-FD-*** dövlət qeydiyyat nişanlı “X8” markalı yük avtomobili gəlmişdir. Yük avtomobili gəldikdən sonra onlar deyilən tikinti materillarını yük avtomobilinə yığmağa başlamışlar. Azərin gec gəldiyini görən İsmayıl onlara yükü asta-asta yığmağı deyərək, Azərin gəlməsini gözləməklərini demişdir. Təxminən 3-4 saat ərzində yük avtomobilini deyilən yüklərlə yüklə və avtomobili saxlayaraq Azərin gəlməsini gözləmiş, lakin Azər gəlib çıxmamışdır. Avtomobili yüklədikdən 10-15 dəqiqə sonra İsmayıl onlara Azərin zəng etdiyini, saat 17 radalərində Qarabağ zonasında qurulan postun bağlanacağını, yükün deyilən yerə vaxtında çatmayacağını deyib avtomobili buraxmağlarını istəmişdir. Onlarda avtomobili buraxmışlar. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. X7 aldadaraq apardığı tikinti materiallarının pulunu vermədiyi barədə məlumatı olmuşdur. Verilmiş suallara cavab şahid qismində dindirilmiş X3 olaraq bildirmişdir ki, təxminən 2020-ci ildən Zərərçəkmiş şəxs məxsus, əvvəllər İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Dəniz İnşaat” adlı tikinti materiallarının satışı ilə məşğul olan mağazasında fəhlə işləmişdir. 300 manat əmək haqqı almışdır. 2021-ci ilin iyun aylarında Təqsirləndirilən şəxs həmin mağazaya gəldiyini görmüş və Zərərçəkmiş şəxs ilə onun iş otağında materialların alqı-satqısı barədə danışdığını eşitmişdir. Otağın 2 ədəd pəncərisi var, səs çölə gəlirdi. Yükü göy rəngli “X8” markalı maşına yükləmişdir. Yük atma taxta və fənərkə materiallarından ibarət idi. Sonradan Zərərçəkmiş şəxs pulun ödənilməməsini bilmişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, amma üz quruluşundan tanıyır. Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət, düşmənçilik və ya qohumluq münasibəti yoxdur. Həmçinin Zərərçəkmiş şəxsdə tanıyır. İsmayıl ilədə arasında heç bir ədavət, düşmənçilik və ya qohumluq münasibəti yoxdur. 2018-ci ildən Zərərçəkmiş şəxs məxsus, əvvəllər İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Dəniz İnşaat” adlı tikinti materiallarının satışı ilə məşğul olan mağazasında fəhlə işləmişdir. Sonradan həmin mağaza İmişli rayonu, Otuziki kəndi ərazisinə köçürülmuş və adı “Nur İnşaat” adlanadırılmışdır. Bundan sonra isə “Nur İnşaat”da işləmişdir. 2021-ci ilin iyun ayında, hansı ki, həmin vaxtda mağaza İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşirdi ki, bir nəfər şəxs ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “X4” markalı avtomobil ilə mağazanın qarşısında gəlib, avtomobilini saxlayıb və avtomobildən düşmüşdür. Həmin vaxt onlar mağazanın qarşısında olmuşlar. Həmin şəxs hansı ki, sonradan tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. Avtomobildə Azərdən başqa heç kim olmamışdır. Azər avtomobildən düşdükdən sonra mağazanın sahibini soruşmuşdur. Həmin vaxt İsmayıl mağzada olmuşdur. Onlarda Azərə müdriyyətin mağazada olduğunu deyib, Azərin mağazanın içərisinə dəvət etmiş və Azərin gəlməsi barədə İsmayıla məlumat vermişlər. İsmayıl ilə Azər mağazanın içərisində İsmayılın ofis kimi istifadə etdiyi otaqda söhbət etmişlər. İsmayıl ilə Azər arasında söhbəti arada o da eşitmişdir. Belə ki, İsmayılın ofis kimi istifadə etdiyi otağın pəncərəsi açıq olmuşdur. X6 zonasında tikinti işlərinə başladığını, İsmayıl ilə müqavilə bağlayıb köçürmə yolu ilə tikinti materialları alacağını demişdir. Azər ilə İsmayıl Azərin dediyi formada razılaşmış və bundan sonra Azər çıxıb getmişdir. Bu hadisənin üzərindən 2-3 gün keçdikdən sonra 10 iyun 2021-cil səhər saatlarında İsmayıl mağazada olan zaman onlara Azərin zəng edərək yük avtomobili göndərəcəyini deyib həmin avtomobilə Azərin istədiyi yükü yükləməyini demişdir. İsmayıl onlara 5x10 mm ölçüdə, 6 metr uzunluğunda, 12 kub ölçüdə, 3720 (üç min yeddi yüz iyirmi) manat dəyərində atma taxta və 15 mm qalınlığda, 1,5x1,5 metr ölüçdə, 20 ədəd, 7000 (yeddi min) manat dəyərində fənərkə materiallarını Azərin göndərəcəyi yük avtomobilinə yükləməyini deyib, bu barədə qaralama siyahı vermişdir. İsmayıl siyahını verən zaman onlara Azərin Bakı şəhərindən çıxdığını, İmişli rayonuna gələcəyini, birinci partiya gedən yükün pulunu nağd verəcəyini demişdir. Təxminən 1 saat sonra **-FD-*** dövlət qeydiyyat nişanlı “X8” markalı yük avtomobili gəlmişdir. Yük avtomobili gəldikdən sonra onlar deyilən tikinti materillarını yük avtomobilinə yığmağa başlamışlar. Azərin gec gəldiyini görən İsmayıl onlara yükü asta-asta yığmağı deyərək, Azərin gəlməsini gözləməklərini demişdir. Təxminən 3-4 saat ərzində yük avtomobilini deyilən yüklərlə yüklə və avtomobili saxlayaraq Azərin gəlməsini gözləmiş, lakin Azər gəlib çıxmamışdır. Avtomobili yüklədikdən 10-15 dəqiqə sonra İsmayıl onlara Azərin zəng etdiyini, saat 17 radalərində Qarabağ zonasında qurulan postun bağlanacağını, yükün deyilən yerə vaxtında çatmayacağını deyib avtomobili buraxmağlarını istəmişdir. Onlarda avtomobili buraxmışlar. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. X7 aldadaraq apardığı tikinti materiallarının pulunu vermədiyi barədə məlumatı olmuşdur. Verilmiş suallara cavab şahid qismində dindirilmiş Şahid2 olaraq bildirmişdir ki, təxminən 2018-ci ildən Zərərçəkmiş şəxs məxsus, əvvəllər İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Dəniz İnşaat” adlı tikinti materiallarının satışı ilə məşğul olan mağazasında fəhlə işləmişdir. 300 manat əmək haqqı almışdır. 2021-ci ilin iyun aylarında Təqsirləndirilən şəxs həmin mağazaya gəldiyini görmüş və Zərərçəkmiş şəxs ilə onun iş otağında materialların alqı-satqısı barədə danışdığını eşitmişdir. Otağın 2 ədəd pəncərisi var, səs çölə gəlirdi. Yükü göy rəngli “X8” markalı maşına yükləmişlər. Yük atma taxta və fənərkə materiallarından ibarət idi. Sonradan Zərərçəkmiş şəxs pulun ödənilməməsini bilmişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Onun istifadəsində “X8” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin yük avtombili ilə Bakı şəhəri “Çerpet körpüsü” deyilən ərazidə vətəndaşların və təşkilatların nümayəndələrinin yüklərini daşıyır. 2021-ci ilin iyun ayının əvvələrində Azər ona zəng edərək İmişli rayonunda yerləşən tikinti materialları mağazasından taxta materiallarını Bərdə rayonu ərazisində yerləşən “Əlişin kruqu” adlanan yerdə olan anbara aparıb boşaltmağını demiş, o da Azərin dediyi kimi etmişdir. Azərin İmişli rayonu ərazisində yerləşən tikinti materialları mağazasını tapıb həmin yerə getmişdir. Orada onun avtomobilinə taxta materialları yükləmişlər. Bundan sonra Bərdə rayonu ərazisinə gəlmiş və “Əlişin kruq”u deyilən yerə gedib yükü boşaltmışdır. Həmin vaxt Azər orda olmamış, yol pulunu orada olan tanımadığı şəxs Azərin adından ona vermişdir. Pulu miqdarı dəqiq yadında olmasada, xatırladığı qədəri ilə 250 manat pul olmuşdur. Bundan sonra çıxıb getmişdir. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə danışığından xəbəri olmamışdır. Azər ilə danışığına əsasən yükü İmişli rayonundan Bərdə rayonuna aparmalıymış. Belə ki, Təqsirləndirilən şəxs ilk olaraq yükü İmişli rayonundan Qarabağ zonasına aparmağını istəmiş, lakin Qarabağ zonasına girmək üçün icazəsi olmadığı üçün Azər ilə razılaşmamış, sonrakı razılığına əsasən yükü Bərdə rayonuna aparıb təhvil vermişdir. Verilmiş suallara cavab şahid qismində dindirilmiş Şahid3 olaraq bildirmişdir ki, yükü göy rəngli “X8” markalı maşına daşımışdır. Bərdə rayonu ərazisində yerləşən “Əlişin kruqu” adlanan yerdə olan anbara aparmışdır. Yükü yükləyərkən heç nə danışmamış, yükün yüklənməsini gözləmişdir. 250 manat pul xidmət haqqını yükü apardığı yerdə almışdır. Əvvəllər də Təqsirləndirilən şəxs sifarişi ilə yüklər daşımışdır. Yük əsasən taxtadan ibarət idi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə İmişli rayon polis şöbəsinə göndərilmişdir (cild i.v. 1-2); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsinin müxtəlif hissələri ilə dəfələrlə məhkum edilmişdir (i.v. 56-58); cinayət işinin icraatının dayandırılması haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 71); cinayət işinin icraatının təzələnməsi haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v. 77); 1 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azercell Telekom” MMC-nin 25 dekabr 2023-cü il tarixli, 29536 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “502323230_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda mesajlar qeydə alınmışdır: - 16 iyun 2021-ci il saat 15:45-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Bu gun sonuncu gundu eyer bu gunden kecse sabahdan lazimi orqanlar sizi yigacaq men issemirem ele biwey olsun biz kimese pislik etmeyi seven insanlar deyilik” məzmunlu. “antenna-2021.xlsx” adlı faylda 2021-ci ildə Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı danışıqlar qeydə alınmışdır. - 3 iyun 2021-ci ildə saat 15:49-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 15 saniyə danışıq qeydə alınmışdır. - 3 iyun 2021-ci il saat 21:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Ağcəbədi rayonu, Xocavənd kəndi ərazisindən zəng edilərək 160 saniyə danışıq qeydə alınmışdır. - 4 iyun 2021-ci il saat 13:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 65 saniyə danışıq qeydə alınmışdır. - 8 iyun 2021-ci il saat 16:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Bakıxanov qəsəbəsi ərazisindən zəng edilərək 78 saniyə danışıq qeydə alınmışdır. - 9 iyun 2021-ci il saat 13:31-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Bayıl qəsəbəsi, F.Nemanzadə küçəsindən zəng edilərək 33 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-cü il saat 10:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Yevlax rayonu ərazisindən zəng edilərək 18 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-ci il saat 14:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 34 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-ci il saat 16:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Goranboy rayonu, Borsunlu kəndi ərazisindən zəng edilərək 21 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-cü il saat 18:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 38 saniyə danışıq qeydə alınmışdır. - 11 iyun 2021-ci il saat 11:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Bakıxanov qəsəbəsi ərazisindən zəng edilərək 52 saniyə danışıq qeydə alınmışdır. - 11 iyun 2021-ci il saat 16:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömdəyə Babək prospekti, NZS qəsəbəsindən zəng edilərək 52 saniyə danışıq qeydə alınmışdır. - 11 iyun 2021-ci il saat 16:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Bakıxanov qəsəbəsi ərazisindən zəng edilərək 60 saniyə danışıq qeydə alınmışdır. - 12 iyun 2021-ci il saat 16:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Bakıxanov qəsəbəsi ərazisindən zəng edilərək 115 saniyə danışıq qeydə alınmışdır. - 12 iyun 2021-ci il saat 19:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Bakıxanov qəsəbəsi ərazisindən zəng edilərək 116 saniyə danışıq qeydə alınmışdır. - 13 iyun 2021-ci il saat 17:38-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 26 saniyə danışıq qeydə alınmışdır. - 16 iyun 2021-ci il saat 17:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Azadlıq prospekti ərazisindən zəng edilərək 89 saniyə danışıq qeydə alınmışdır. - 18 iyun 2021-ci il saat 13:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə Ziya Bunyadov prorspektindən zəng edilərək 686 saniyə danışıq qeydə alınmışdır. - 18 iyun 2021-ci il saat 17:32-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrəyə Bakıxanov qəsəbəsindən zəng edilərək 192 saniyə danışıq qeydə alınmışdır. - 24 iyun 2021-ci il saat 14:50-dən ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 309 saniyə danışıq qeydə alınmışdır. 9 iyun 2021-ci il saat 10:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 305 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-ci il saat 08:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilmiş və 27 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-cü il saat 09:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilmiş 45 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-ci il saat 09:57-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 22 saniyə danışıq qeydə alınmışdır. - 10 iyun 2021-ci il saat 12:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Yalavac kəndi ərazisindən zəng edilmiş 90 saniyə danışıq qeydə alınmışdır. - 11 iyun 2021-ci il saat 18:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə İmişli rayonu, Otuziki kəndi ərazisindən zəng edilərək 72 saniyə danışıq qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda çoxlu sayda danışıqlar qeydə alınmışdır. Baxış zamanı ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələri Təqsirləndirilən şəxs adına qeydiyyatda olması, ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs istifadəsində olduğu, ***-***-**-**, 051-454—76-26, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrdə Zərərçəkmiş şəxs adına qeydiyyatda olmuşdur. cinayət işinin icraatının dayandırılması haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 101); cinayət işinin icraatının təzələnməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v. 103); cinayət işinin icraatının dayandırılması haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 133); cinayət işinin icraatının təzələnməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v. 135); ibtidai istintaq müddətinin uzadılması haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay müddətə, yəni 13 mart 2024-cü il tarixədək uzadılmışdır. (i.v. 141-142); üzləşdirmə aparmaq haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini birbirilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 182-184); üzləşdirmə aparmaq haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 185-187); üzləşdirmə aparmaq haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 188-190); sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178-ci Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokol sübut növü kimi qiymətləndirilmişlər (i.v. 192- 201); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 203-204); Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(101)-1034/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 106-126); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-290/2024 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 28 noyabr 2023-cü il tarixli, 1(101)- 1034/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-1277/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır, inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs, şahidlər X2, Şahid2, Şahid3 ifadələri müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olduğu İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Nur İnşaat” adlı tikinti materialları mağazasına gəlimişdir. Özünü "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi təqdim edərək, şifahi formada alqı-satqı müqaviləsi bağlamaq görüntüsünü yaratmışdır. Qarabağ iqtisadi rayonunda gedən yenidən qurma işlərinə tikinti materialları alacağını və materialları göndərdikdən sonra pulu nağd şəkildə ödəyəcini bildirərək, buna Zərərçəkmiş şəxs inandırmışdır. 10 iyun 2021-ci ildə pulunu müqavilədən əvvəl nağd ödəyəcəyi barədə vəd verərək 5x10 mm ölçüdə, 6 metr uzunluğunda, 12 kub ölçüdə, 3720 (üç min yeddi yüz iyirmi) manat dəyərində atma taxta və 15 mm qalınlığda, 1,5x1,5 metr ölçüdə, 20 ədəd, 7000 (yeddi min) manat dəyərində tavan örtüyü materiallarını göndərdiyi maşına yüklədərək ələ keçirmişdir. Sonradan vədinə əməl etməyərək, materialların pulunu ödəməmiş, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş İ.İsmayızadəyə ümumilikdə 10720 (on min yeddi yüz iyirmi) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bütün bunlar "xxxx" MMC-nin 25 dekabr 2023-cü il tarixli, 29536 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlarla da öz təsdini tapmışdır. Həmin diskdə olan məlumatlarla müəyyən olunur ki, 16 iyun 2021-ci il saat 15:45-də Zərərçəkmiş şəxs ifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus olan ***- ***-**-** saylı mobil nömrəyə “Bu gun sonuncu gundu eyer bu gunden kecse sabahdan lazimi orqanlar sizi yigacaq men issemirem ele biwey olsun biz kimese pislik etmeyi seven insanlar deyilik” məzmunlu mesaj göndərilmiş, eyni zamanda təqsirləndirlən şəxsin inkar etməsinin əksinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 3 iyun 2021-ci tarixdən 24 iyun 2021-ci tarixədək müxtəlif vaxtlarda telefon danışıqları qeydə alınmışdır. Eyni zamanda 9 iyun 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə şahid - sürücü Şahid3 istifadəsində ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda təqsirləndirlən şəxsin inkar etməsinin əksinə çoxlu sayda danışıqlar qeydə alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində təsbir edilmiş cinayət əməli törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymiş ziyanı ödəməməsini və təqsirləndirilən şəxsin dələduzluq cinayəti üzrə əvvələr dəfələrlə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1034/2023 nömrəli hökmü ilə təyin edilmiş 8 (səkkiz) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin ediləcək cəzaya qismən toplamaqla ona qəti olaraq cəzə təyin edilməli(CM-66.5), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia təmin ediməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 10720 (on min yeddi yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat, ümumilikdə 10845 (on min səkkiz yüz qırx beş) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1034/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaqla ona qəti olaraq 10 il (on) 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xİdmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 10720 (on min yeddi yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat, ümumilikdə 10845 (on min səkkiz yüz qırx beş) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar