Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-47/2021 29.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 11:10 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və İmişli şəhəri, Xiyabani küçəsi, ev 77 ünvanda yaşayan, ünvan 1mü ilə qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Belə ki, Təqsirləndirilən şəxs 12 aprel 2019-cu il tarixdə İmişli Rayon Polis X8 Yerində inzibati qaydada “həbs”də saxlanılan zaman “həbs”də saxlanılan şəxslər X16 və X12 ilə sonuncuların istehlak etmələri üçün X14 narkotik vasitə olan heroin keçirmək barədə aralarında razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən o, inzibati “həbs” müddəti başa çatdıqdan sonra 13 aprel 2019-cu il tarixdə, saat 17:00 radələrində X13 məxsus 2.939 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz yolla sonuncunun yaşadığı İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 38 ünvanda, küçədə su qovşağının kanalizasiya quyusunun üstünə qoyulmuş betonun küncündəki daşın altından götürərək, əldə edib saxlamışdır. Həmin razılaşmaya əsasən o, həmin narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.670 qramını 1 (bir) ədəd bükümdə “Adidas” markalı qoltuqaltı qoruyucusunun qabında gizlədərək, İmişli Rayon Polis X8 Yerində inzibati qaydada “həbs”də saxlanılan şəxs X5 göndərmək üçün 1 (bir) ədəd torbadakı sovqatla birlikdə 15 aprel 2019-cu il tarixdə, saat 21:00 radələrində İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 11, mənzil 12 ünvanda Şahid5 vermişdir. Eləcə də, həmin narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.969 qramını 15 aprel 2019-cu il tarixdə, saat 22:00 radələrində İmişli şəhəri, Meliorator qəsəbəsində istehlak etməsi üçün tanışı Şahid6 pay vermiş və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.300 qram narkotik vasitə olan heroini isə özü istehlak etmək üçün yaşadığı evin həyətindəki quş damının dam örtüyünün arasında gizlədərək saxlamışdır. Sovqatın içərisində narkotik vasitə olmasından məlumatsız olan Şahid5 16 aprel 2019-cu il tarixdə, saat 10:00 radələrində sovqatın oğlu X5 verilməsi üçün İmişli Rayon Polis X4 təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sovqat yoxlanılan zaman 0.670 qram narkotik vasitə olan heroin 1 (bir) ədəd bükümdə torbanın içərisindəki “Adidas” markalı qoltuqaltı qoruyucusunun qabının içində aşkar edilərək götürülmüşdür. Bundan başqa, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16 aprel 2020-ci il tarixdə, saat 13:00 radələrində İmişli Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman 0.969 qram narkotik vasitə olan heroin Şahid6 əynindəki cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızının arasına bükülmüş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16 aprel 2020-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi, ev 77 ünvanda yerləşən həyətdəki quş damından satış məqsədi olmadan X6 əldə edib saxladığı 2.939 qram narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.300 qramı 1 (bir) ədəd qara rəngli pul qabının içərisindən aşkar edilərək, götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdə, saat 02:00 radələrində İmişli şəhəri, M.Əsədov küçəsi, ev 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında çayxana kimi işlətdiyi, X3 məxsus obyektə giriş qapısından qanunsuz daxil olaraq, 150 (yüz əlli) AZN dəyərində 1 (bir) ədəd qaz sobasını, 8 (səkkiz) AZN dəyərində 1 (bir) ədəd limon doğramaq üçün istifadə olunan taxtanı, 3 (üç) AZN dəyərində 1 (bir) ədəd mətbəx bıçağını, 5 (beş) AZN dəyərində 1 (bir) ədəd mətbəx bıçağını, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN məbləği olmaqla 60 (altmış) AZN dəyərində 120 (yüz iyirmi) ədəd şüşə stəkanı, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN olmaqla 60 (altmış) AZN dəyərində 120 (yüz iyirmi) ədəd şüşə nəlbəkini, 1 (bir) ədədinin qiyməti 6 (altı) AZN olmaqla 132 (yüz otuz iki) AZN dəyərində 22 (iyirmi iki) ədəd çaydanı, 1 (bir) ədədinin qiyməti 5 (beş) AZN olmaqla 140 (yüz qırx) AZN dəyərində 28 (iyirmi səkkiz) ədəd şirniyyat qabını, 1 (bir) ədədinin qiyməti 17 (on yeddi) AZN olmaqla 34 (otuz dörd) AZN dəyərində 2 (iki) ədəd metal çaydanı, 1 (bir) ədədinin qiyməti 12 (on iki) AZN olmaqla 24 (iyirmi dörd) AZN dəyərində 2 (iki) ədəd metal podnosu, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN olmaqla 22.50 (iyirmi iki, əlli) AZN dəyərində 45 (qırx beş) ədəd metal çay qaşığını və 1 (bir) ədədinin qiyməti 45 (qırx beş) AZN olmaqla 225 (iki yüz iyirmi beş) AZN dəyərində 5 (beş) ədəd nərd taxtanı gizli yolla talayıb, sonuncuya ümumilikdə 731.50 (yeddi yüz otuz bir, əlli) AZN məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatdadır, lakin İmişli şəhəri, Xiyabani küçəsi, ev 77-də yaşayır. 12 aprel 2019-cu il tarixdə İmişli Rayon Polis X8 Yerində inzibati qaydada “həbs”də saxlanılan zaman “həbs”də saxlanılan şəxslər X16 və X12 ilə sonuncuların istehlak etmələri üçün X14 narkotik vasitə olan heroin keçirmək barədə aralarında razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən o, inzibati “həbs” müddəti başa çatdıqdan sonra 13 aprel 2019-cu il tarixdə, saat 17:00 radələrində X13 məxsus 2.939 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz yolla sonuncunun yaşadığı İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 38 ünvanda, küçədə su qovşağının kanalizasiya quyusunun üstünə qoyulmuş betonun küncündəki daşın altından götürərək, əldə edib saxlamışdır. Həmin razılaşmaya əsasən o, həmin narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.670 qramını 1 (bir) ədəd bükümdə “Adidas” markalı qoltuqaltı qoruyucusunun qabında gizlədərək, İmişli Rayon Polis X8 Yerində inzibati qaydada “həbs”də saxlanılan şəxs X5 göndərmək üçün 1 (bir) ədəd torbadakı sovqatla birlikdə 15 aprel 2019-cu il tarixdə, saat 21:00 radələrində İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 11, mənzil 12 ünvanda Şahid5 vermişdir. Eləcə də, həmin narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.969 qramını 15 aprel 2019-cu il tarixdə, saat 22:00 radələrində İmişli şəhəri, Meliorator qəsəbəsində istehlak etməsi üçün tanışı Şahid6 pay vermiş və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.300 qram narkotik vasitə olan heroini isə özü istehlak etmək üçün yaşadığı evin həyətindəki quş damının dam örtüyünün arasında gizlədərək saxlamışdır. Sovqatın içərisində narkotik vasitə olmasından məlumatsız olan Şahid5 16 aprel 2019-cu il tarixdə, saat 10:00 radələrində sovqatın oğlu X5 verilməsi üçün İmişli Rayon Polis X4 təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sovqat yoxlanılan zaman 0.670 qram narkotik vasitə olan heroin 1 (bir) ədəd bükümdə torbanın içərisindəki “Adidas” markalı qoltuqaltı qoruyucusunun qabının içində aşkar edilərək götürülmüşdür. Bundan başqa, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16 aprel 2020-ci il tarixdə, saat 13:00 radələrində İmişli Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman 0.969 qram narkotik vasitə olan heroin Şahid6 əynindəki cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızının arasına bükülmüş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16 aprel 2020-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi, ev 77 ünvanda yerləşən həyətdəki quş damından satış məqsədi olmadan X6 əldə edib saxladığı 2.939 qram narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.300 qramı 1 (bir) ədəd qara rəngli pul qabının içərisindən aşkar edilərək, götürülmüşdür. Bundan başqa, o, 24 dekabr 2020-ci il tarixdə, saat 02:00 radələrində İmişli şəhəri, M.Əsədov küçəsi, ev 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında çayxana kimi işlətdiyi, X3 məxsus obyektə giriş qapısından qanunsuz daxil olaraq, 150 (yüz əlli) AZN dəyərində 1 (bir) ədəd qaz sobasını, 8 (səkkiz) AZN dəyərində 1 (bir) ədəd limon doğramaq üçün istifadə olunan taxtanı, 3 (üç) AZN dəyərində 1 (bir) ədəd mətbəx bıçağını, 5 (beş) AZN dəyərində 1 (bir) ədəd mətbəx bıçağını, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN məbləği olmaqla 60 (altmış) AZN dəyərində 120 (yüz iyirmi) ədəd şüşə stəkanı, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN olmaqla 60 (altmış) AZN dəyərində 120 (yüz iyirmi) ədəd şüşə nəlbəkini, 1 (bir) ədədinin qiyməti 6 (altı) AZN olmaqla 132 (yüz otuz iki) AZN dəyərində 22 (iyirmi iki) ədəd çaydanı, 1 (bir) ədədinin qiyməti 5 (beş) AZN olmaqla 140 (yüz qırx) AZN dəyərində 28 (iyirmi səkkiz) ədəd şirniyyat qabını, 1 (bir) ədədinin qiyməti 17 (on yeddi) AZN olmaqla 34 (otuz dörd) AZN dəyərində 2 (iki) ədəd metal çaydanı, 1 (bir) ədədinin qiyməti 12 (on iki) AZN olmaqla 24 (iyirmi dörd) AZN dəyərində 2 (iki) ədəd metal podnosu, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN olmaqla 22.50 (iyirmi iki, əlli) AZN dəyərində 45 (qırx beş) ədəd metal çay qaşığını və 1 (bir) ədədinin qiyməti 45 (qırx beş) AZN olmaqla 225 (iki yüz iyirmi beş) AZN dəyərində 5 (beş) ədəd nərd taxtanı gizli yolla talayıb, sonuncuya ümumilikdə 731.50 (yeddi yüz otuz bir, əlli) AZN məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. O, halhazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs oğu ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, A.Ələsgər küçəsi, ev 2 ünvanda yaşayır. İmişli şəhərində X3 məxsus olan çayxananı 4 ildir ki, icarə müqaviləsinə əsasında işlədir. 23 dekabr 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində işlətdiyi çayxanaya getmiş və oradan ayrılan zaman çayxananın plastik materialdan olan qapısını açarla bağlamışdır. Həmin vaxt çayxanada olan bütün əşyalar və qab-qacaqlar yerində olmuşdur. 24 dekabr 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində o, yenə də işlətdiyi çayxanaya getmiş və görmüşdür ki, çayxananın plastik materialdan olan qapısı təxminən 15 sm. aralı olmaqla açıqdır. O, çayxananın qapısından içəriyə daxil olmuş və görmüşdür ki, çayxanada oğurluq hadisəsi baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən150 (yüz əlli) AZN dəyərində 1 (bir) ədəd qaz sobası, 8 (səkkiz) AZN dəyərində 1 (bir) ədəd limon doğramaq üçün istifadə olunan taxta, 3 (üç) AZN dəyərində 1 (bir) ədəd mətbəx bıçağı, 5 (beş) AZN dəyərində 1 (bir) ədəd mətbəx bıçağı, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN məbləği olmaqla 60 (altmış) AZN dəyərində 120 (yüz iyirmi) ədəd şüşə stəkan, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN olmaqla 60 (altmış) AZN dəyərində 120 (yüz iyirmi) ədəd şüşə nəlbəki, 1 (bir) ədədinin qiyməti 6 (altı) AZN olmaqla 132 (yüz otuz iki) AZN dəyərində 22 (iyirmi iki) ədəd çaydan, 1 (bir) ədədinin qiyməti 5 (beş) AZN olmaqla 140 (yüz qırx) AZN dəyərində 28 (iyirmi səkkiz) ədəd şirniyyat qabı, 1 (bir) ədədinin qiyməti 17 (on yeddi) AZN olmaqla 34 (otuz dörd) AZN dəyərində 2 (iki) ədəd metal çaydan, 1 (bir) ədədinin qiyməti 12 (on iki) AZN olmaqla 24 (iyirmi dörd) AZN dəyərində 2 (iki) ədəd metal podnos, 1 (bir) ədədinin qiyməti 0.50 (sıfır, əlli) AZN olmaqla 22.50 (iyirmi iki, əlli) AZN dəyərində 45 (qırx beş) ədəd metal çay qaşığı və 1 (bir) ədədinin qiyməti 45 (qırx beş) AZN olmaqla 225 (iki yüz iyirmi beş) AZN dəyərində 5 (beş) ədəd nərd taxta oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 731.50 (yeddi yüz otuz bir, əlli) AZN məbləğində maddi zərər dəymişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir və polis polkovnik-leytenantıdır. 16 aprel 2019-ci il tarixdə, saat 10:00 radələrində İmişli Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis kapitanı Şahid7 İmişli Rayon Polis Şöbəsinin X15 saxlanılan X1 göndərmək istəyən atası Şahid5 məxsus olan torbada olan “Adidas” markalı antipresperantın içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 0.670 qram olan narkotik vasitə heroini oxşar maddə aşkar etmişdir. Həmin faktla əlaqədar Şahid5 izahatı alınarkən, o həmin narkotik vasitəni ona Təqsirləndirilən şəxs və Şahid6 ona verdiyini bildirmişdir. Həmin gün dərhal İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinin əmiri ilə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əvvəlcə Şahid6 axtarıb tapmaq üçün onun yaşadığı İmişli rayonu, Yalavac kəndinə getmişlər. Şahid6 həmin gün, saat 13:00 radələrində İmişli şəhər, A. Şadlinski küçəsində müşahidəyə götürülmüş, əməliyyat qrupunun üzvləri ilə birlikdə onu İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şahid6 üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli çins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülülmüş halda narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şahid6 həmin narkotik vasitə olan heroin kütləsini 1 (bir) gün əvvəl tanışı Təqsirləndirilən şəxs 6 (altı) manat pul verib almasını bildirmişdir. Həmin kütlə 1 (bir) ədəd zərfdə qablaşdırılmaqla götürülmüşdür. Sonra əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri M.Sadıqcan küçəsinə yerləşən evin həyətinə baxış keçimək üçün getmişlər. Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evin həyətində keçirilən baxış zamanı göyərçin saxlanılan kiçik quş damın üzərində şiferin altından qara rəngdə poletilen pul kisəsinin içərisindən 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş və pul qabının içərisindən 1 (bir) ədəd şpirs də olmuşdur. Təqsirləndirilən şəxs həmin heroinə oxşar maddəni İmişli rayonu, Murğuzallı kəndində yaşayan X7 almasını bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs X5 göndərdiyi sovqatın içərisində olan narkotik maddə olan heroini və Şahid6 verdiyi narkotik maddə olan heroini X7 140 (yüz qırx) AZN məbləğinə almasını, eyni tərkibli narkotik maddələr olmasını bildirmişdir. Əsədin həyətlərində aşkar olunan narkotik maddə olan heroinə oxşar kütlə çəkilmiş və narkotik maddə olan heroinə oxşar kütlənin 1.300 qram olması müəyyən edilmişdir. Bu barədə müvafiq protokl tərtib edilərək, narkotik vasitə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Daha sonra, əməliyyat qrupunun üzvləri əməliyyat tədbirlərinin davamı kimi X9 yaşadığı İmişli rayonu, Murğuzallı kəndində yerləşən evin otağında döşəmənin üstündən 1 (bir) ədəd qayçı, 1 (bir) ədəd bıçaq, müxtəlif formalı şirniyatlar, 3 (üç) ədəd 1 (bir) manatlıq pul əskinazı, 2 (iki) ədəd boş siqaret qutusu, 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd qara rəngli “TANİTA” markalı mobil tərəzi, 1 (bir) ədəd “UCPASS” markalı tərəzi aşkar edilmişdir. Baxış zamanı həmin “UCPASS” markalı tərəzinin üst qapağının altında 4 (dörd) ədəd içərisində qəhvəyi rəngli toz şəkilli kütləyə oxşar büküm, eləcə də, evdə döşəmənin üzərində olan xalçanın atında toz şəkilli qəhvəyi rəngdə spesfik iyə malik, selofana bükülmüş halda heroinə oxşar nisbətən iri kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş 5 (beş) ədəd selofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, 2 (iki) ədəd elektron tərəzi, 1 (bir) ədəd bıçaq, 3 (üç) ədəd 1 (bir) manatlıq pul əskinazı götürülmüşdür. Bu barədə müvafiq protokl tərtib edilərək, narkotik vasitə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 444 saylı, 17 aprel 2020-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə qara rəngli pul kisəsində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkilsi-1.300 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. a. 1 (bir) ədəd ağzı açıq paketdəki təmiz çəkisi 0.046 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. b. 1 (bir) ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada, 1 ədəd 2ml-lik şprisdə narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyi üçün bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığı üçün iz mikrohissəciklərinin miqdarını və eyniliyi müəyyən etmək mümkün deyildir. Heroinin təmiz çəkisi-1.300 qram olmuş, tədqiqata istifadə olundu-0.05 qram, qalıq-1.250 qramdır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 1005 saylı, 02 may 2019-cu il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqlıdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının nisbətən titrəməsi müşahidə olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi normaldır. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşka olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İmişli Mərkəzi Rayon Xəstəxanasında narkoloji kabinetdə narkoman kimi dispanser qeydiyyatındadır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/765 saylı, 11 mart 2021-ci il ekspert rəyindən görünür ki, istifadə edilmiş dördgözl (stolüstü) qaz peçi-1 ədəd 25 AZN məbləği; şüşə materialdan olan istifadə edilmiş armudu stəkan-125 ədəd 125 AZN məbləği; şüşə materialdan olan istifadə edilmiş nəlbəki-120 ədəd 60 AZN məbləği; şüşə materialdan limon doğramaq üçün taxta-1 ədəd 3 AZN məbləği; istifadə edilmiş mətbəx bıçağı-2 ədəd 2 AZN məbləği; metal materialdan olan istifadə edilmiş podnis-2 ədəd 10 Azn məbləği; metal materialdan olan istifadə edilmiş çay qaşığı-45 ədəd 13.50 AZN məbləği, ümumilikdə 238.50 AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-021/2019 saylı, 18 aprel 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 16 aprel 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-034/2019 saylı, 07 iyun 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qismində qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan 16 iyul 2019-cu il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, İmişli Rayon Polis X8 Yerinə təhvil verilmişdir. Cinayət işində olan 27 mart 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə İmişli Rayon Polis X8 Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 01 mart 2021-ci il tarixli tələbnamədən (Əlavə 2) görünür ki, Əsədov X18 Rayon Məhkəməsinin 1(036)-065/2017 saylı, 14 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 04 (dörd) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa, Əsədov X18 Rayon Məhkəməsinin 1(036)-80/2018 saylı, 15 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 02 may 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxaılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Cinayət işində olan Bakı şəhəri ünvan 1münün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)-80/2018 saylı, 15 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə ləğv edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)-80/2018 saylı, 15 avqust 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il, 05 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 03 fevral 2020-ci il tarixdən 05 fevral 2020-ci il tarixədək, 09 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 03 (üç) günü 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 131 saylı, 04 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Əsədov X18 rayonu, Qaraqarşlı kəndində yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etmələrini, səmimi peşmanlığını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs kimi məhkumluğu ödənilmədən yenidən 16 aprel 2019-cu il tarixdə qəsdən cinayət törətdiyi üçün onun əməli cinayətlərin təhlükəli residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsaəsn cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının 26 may 2021-ci il tarixdən hesablanmasını (Bakı şəhəri ünvan 1münün elan olunduğu tarixdən), Bakı şəhəri ünvan 1mü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olan cəzanı çəkməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı və 3 saylı İstintaq Təcridxanalarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizalarının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 99.74 (doxsan doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq çəkisi 1.250 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ünvan 1mü ilə təyin edilmiş 3 (üç) il, 5 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2019-cu il tarixdən 16 iyul 2019-cu il tarixədək “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 3 (üç) ay və 25 mart 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 3 (üç) ay, 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 3 (üç) 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il, 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2021-ci il tarixdən hesablansın. Bakı şəhəri ünvan 1mü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olan cəzanı çəkməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı və 3 saylı İstintaq Təcridxanalarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 99.74 (doxsan doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq çəkisi 1.250 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-47/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-47/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver