Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-47/2022 07.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Dövlət ittihamçısı və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, E.İbrahimov küçəsi, ev 58 ünvanında qeydiyyatda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 23 mart 2020-ci il tarxdən Azərbaycan Respublikasında elan edilmiş və hazırda davam edən xüsusi karantin rejimi dövründə 05 fevral 2022-ci il tarixdə İmişli rayon X1-tibbi yardım şöbəsində yaxma üsulu ilə testanalizi verdikdən sonra 07 fevral 2022-ci il tarixdə saat 17:41-da ona İcra Tibbi Sığorta üzrə Dövlət Agentliyindən istifadəsindəki ***-***-**-** nömrəli mobil telefona ismarıc göndərilərək testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi, karantin rejimini pozmağa görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, koronavirus (COVİD-19) yoluxucu infeksiyasının daşıyıcısı olduğunu bilə-bilə 11 fevral 2022-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi Qaydaları”nın 4.5, 4.5.5-ci bəndlərinin tələbinə riayət etməməklə karantin rejimini qəsdən pozaraq yaşadığı İmişli şəhəri, E.İbrahimov küçəsi 58 nömrəli evini tərk edib, özünə məxsus “VAZ-2106” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaq məqsədi ilə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin İmişli rayon filalının qarşısına getmiş və bununla da koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, E.İbrahimov küçəsi, ev 58 ünvanında yaşayır və özünə məxsus olan “VAZ-2106” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı minik avtomobilndən taksi kimi istifadə edərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin fevral ayının əvvələrində o, İmişli rayon Mərkəzi Xəstəxanasına gedib COVİD-19 virusu ilə yoluxub-yoluxmadığını yoxlatdırmaq məqsədi ilə boğaz nahiyəsindən yaxma üsülü ilə test vermişdir. Həmin vaxtdan təxminən üç gün keçəndən sonra istifadəsində olan 051 894 98 00 saylı mobil telefona İTS. GOV.AZ portalından « Hömətli Təqsirləndirilən şəxs, Sizin (COVİD-19) ilə bağılı verdiyiniz testin nəticəsi POZİTİVDİR, Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz və Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayətlər Məcəlləsində nəzərde tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz» mətni ilə mesaj göndərilmiş və o, həmin mesajla Tovuz rayonuna sərnişin apardığı vaxt tanış olmuşdur. İmişli rayonuna qayıtdıqdan bir gün sonra o, yenə də səhər tezdən avtomobilinə minib sərnişin daşımaq məqsədilə "xxxx" ASC-nin İmişli rayon filalının qarşısına getmişdir. Həmin gün saat təxminən 10 radələrində telefonuma zəng gəlmiş və zəngə cavab verəndə ondan polis əməkdaşları harda olmasını və onunla işləri olmasını bildirmiş və olduğu yeri polislərə bildirmişdir. Bir neçə dəqiqədən sonra İmişli RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid1 iki nəfər polis əməkdaşı ilə birlikdə onun yanına gəlmişlər. Polislər ondan «Covid 19» virisuna yoluxduğuna görə nə üçün yaşadığı ünvanı tərk edib gəzdiyini soruşmuş və o da polislərə özündə ciddi hər hansı bir xəstəliyin əlamətləri hiss etmədiyini bildirmiş və təkrar tibbi müayindən keçmək üçün xəstəxanaya gedəcəyini bildirmişdir. Həmin vaxt onun barəsində polislər protokol tərtib etmiş və o da həmin protokolu imzalamışdır. Sonra polis əməkdaşları İmişli rayon mərkəzi xəstəxanasına zəng vurub Təcli-tibbi yardım çağırmış, həkimlər gəlib onu evinə aparıb qoymuş və ona sağalması barəsində telefonuna mesaj gələnədək evi tərk etməməsini izah etmişlər. 15 fevral 2022-ci il tarixdə saat 12:15-də istifadəsində olan 051 894 98 00 nömrəli «Samsunq» markalı mobil telefonuma İTS. GOV.AZ portalından «Hörmətli Təqsirləndirilən şəxs, Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun» mətni ilə mesaj gəlmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində 11 fevral 2022-ci il tarixdə saat 10-00 radələrində koronavirus (COVİD-19) yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda yaşadığı evi tərk etdiyinə görə əməlindən peşman olduğunu bildirmiş və məsuliyyətinin yüngülləşdirilməsini xahiş etmişdir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 11 fevral 2022-ci il tarixdə İmişli rayon polis şöbəsinə AR DİN-dən daxil olmuş məlumatda İmişli rayonunda yaşayan COVİD-19 infeksiyalı xəstələrin siyahısı göstərilmiş və həmin xəstələrin karantin rejim qaydalarına əməl edib-etməməsinin yoxlanılması RPŞ-nin əməkdaşlarına tapşırılmışdır. O, xidmət etdiyi ərazidə yaşayan həmin siyahıda adları qeyd olanan xəstələrin yaşadıqları ünvanlarda olub-olmadıqlarını, onların özünü təcrid qaydalarına əməl edib-etməməsini yoxlamaq məqsədilə 11 fevral 2022-ci ildə saat 10 radələrində COVİD-19 diaqnozlu xəstəlikdən biri kimi evdə müalicə alan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və onun ailə üzvlərindən Təqsirləndirilən şəxs özünə məxsus olan avtomobili idarə edərək yaşdığı evdən çıxıb sərnişin daşımaq üçün İmişli şəhərinə getdiyini öyrənmişdir. Həmin vaxt onun yanında polis nəfərləri Şahid2 və Zəkəray Cəbrayılov olmuş, o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng vurub harada olmasını soruşaraq onun mişli şəhəri, H.Əliyev prospekində yerləşən "xxxx" ASC-nin İmişli rayon filialının qarşısında olduğunu öyrənmişdir. Onlar birlikdə "xxxx" ASC-nin İmişli rayon filialının qarşısına getmiş və Təqsirləndirilən şəxslə həmin yerdə görüşərək ondan «COVİD 19» infeksiyasına yoluxduğu halda yaşadığı evi nə üçün tərk etməsinin səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs onlara «COVİD 19» infeksiyasına yoluxduğunu bildiyini, lakin özünü gumrah hiss etdiyi üçün qazanc əldə etmək məqsədilə sərnişin daşımaq məqsədilə evindən çıxdığını bildirmişdir. Bundan sonra o, istifadəsində olan mobil telefonla 103 xidmətinə zəng edib İmişli RMXnin həkimlərini həmin yerə dəvət etmiş, Təqsirləndirilən şəxs İmişli RMX-dan TTY avtomobili ilə evinə yola salınmış və ona xəstəliyi sağalanadək bir daha yaşadığı ünvanı tərk etməməsi izah olunmuşdur. Aşkar edilən hallar barədə protokol tərtib olunmuş və o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş üzrə şahidlər, İmişli RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis baş serjantları, Şahid2 və X2 ifadələrində Şahid1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İşdə olan 26 fevral 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Rafiq Əjdər oğlunun istintaqa təqdim etdiyi 1 ədəd «SAMSUNQ» markalı mobil telefonun yaddaşında İTS.GOV.AZ ünvanından daxil olan SMS-lərin siyahısında xx.xx.2022-ci il tarixdə saat 12:15-da daxil olmuş SMS-in mətnində «Hörmətli Təqsirləndirilən şəxs. Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun» sözləri yazılmış ismaric saxlanmışdır. ( c.i. səh: 17) İşdə olan İmişli rayon mərkəzi xəstəxanasının 14 aprel 2022-ci il tarixli, PHŞ/1.1-2022-215 saylı məktubunda göstərilmişdir ki, İmişli şəhər E.İbrahimov küçəsi 58 ünvada yaşayan Təqsirləndirilən şəxs xx.xx.20022-ci il tarixdə saat 15:48-də COVİD-19 virus infeksiyasına görə verdiyi testin nəticəsi xx.xx.2022-ci il tarixdə saat 12:41-də Pozitiv olmuşdur. « İmişli RMX» PHŞ-də stasionar yatış olmadığı üçün və həmin tarixdən vətəndaş 7 gün müddətində evdə təcridə göndərilmişdir. Təqsirləndirilən şəxs evdə təcrid müddəti xx.xx.2022-ci il tarixdə qurtarmışdır. АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs yaşlı olması və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i. səh:29 ) _ «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və şəxsiyyətini nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs AR CM-nın 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 24-00-dan növbəti gün saat 06- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-47/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-47/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver