Məhkəmə qərarları › İş №1(036)-47/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-47/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-47/2024 21.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə İmişli rayonu, Qaralar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz,əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs bacısı qızı Şahid pensiya düzəldəcəyini vəd edərək S. Səmədovadan 2022-ci ilin may ayında İmişli rayonu, Qaralar kəndində 1000 manat, 11 iyun 2022-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində 1000 manat, 15-16-iyun 2022-ci il tarixdə İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həyətində isə 500 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat miqdarında ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verib Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittiham aktında göstərilən qaydada cinayət əməlini törətməsini etiraf etmiş və Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışıq əldə etdiyini göstərərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2500 manat məbləğində pul vəsaitini tam ödəməklə ona vurulmuş ziyanı aradan qaldırmışdır. Təqsirləndirilən şəxs qarşə heç bir şikayət və tələbi yoxdur və ona qarşı cinayət təqibinə xitam verilməsini xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və o, törətdiyi əməli etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, onun ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli, vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar