Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-47/2025 04.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd №-si silinmiş, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli, İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 503 mm olmaqla, hal-hazırda lüləsinin uzunluğu 300 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, sol lülədən atəş üçün yararsız olmaqla yalnız sağ lülədən atəş üçün yararlı ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib gəzdirərək idarə etdiyi “Lada” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Luxoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 11:59-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobilin yanında olduğu zaman saxlanılaraq İmişli RPŞ-nə gətirilmiş və orada həmin tarixdə saat 13:56-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən şübhəli əşya və ya predmet aşkar edilməsə də, həmin tarixdə saat 14:41-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə özünün icazəsi və iştirakı ilə İmişli RPŞ-nin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerindən sonuncunun qanunsuz olaraq əldə edib gəzdirərək saxlamaqla daşıdığı 01 ədəd №-si silinmiş, keçmiş SSRİ dövlətində ijevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli, “İJ-58” modelli, çaxmaqsız, hamar qoşa iüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 503 mm olmaqla, hal-hazırda lüləsinin uzunluğu 300 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, sol lülədən atəş üçün yararsız olmaqla yalnız sağ lülədən atəş üçün yararlı ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 fevral 2025-ci il tarixdə saat 11-12 radələrində İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “Luxoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “Lada” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olduğu zaman bir neçə mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdiklərini, onun da bundan sonra özünü həmin əməkdaşlara təqdim etdiyini və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğunun əməkdaşlar tərəfindən ona bildirildiyini və İmişli Rayon Polis Şöbəsinə dəvət edildiyini, buna etiraz etməyib onlar ilə birlikdə İmişli RPŞ-nə getdiyini, Polis Şöbəsində vəkil ilə təmin olunduğunu və hüquq və vəzifələrinin izah edilməsindən sonra üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üstündən qanunsuz heç bir şey aşkar olunmadığını, daha sonra sorğu zamanı avtomobilində tüfəng saxladığını və həmin avtomobilinə baxışın keçirilməsinə etiraz etmədiyini polis əməkdaşlarına bildirdiyini, bundan sonra avtomobilinə imişli Rayon Polis Şöbəsinin inzibati binasını həyətində baxış keçirildiyini, baxış zamanı avtomobilin arxa yük hissəsindən 01 ədəd tüfəngin aşkar edilib götürüldüyünü, sorğu zamanı həmin tüfəngi saxlanıldığı gündən 02 gün əvvəl imişlidə meşəlik ərazidən tapdığını, həmin tüfəngdən istifadə etmədiyini, ümumiyyətlə həmin tüfəng barədə heç kimin məlumatının olmadığını bildirdiyini, bundan sonra avtomobilinə baxış davam etdirilərkən başqa qanunsuz heç bir əşya və ya predmetin aşkar olunmadığını, törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin tüfəngi polis əməkdaşları tərəfindən saxlanılmamışdan 02 gün əvvəl İmişli rayonu ərazisində yerləşən meşəlik ərazidən tapmış, tapan zaman həmin tüfəngin yanında heç bir güllə və ya giliz yaxud patron olmamış, avtomobilindən aşkar olunan silahdan istifadə etməmiş, sadəcə olaraq bu tip predmetlərə marağı olduğu üçün avtomobilində saxlamış, nə polis əməkdaşları tərəfindən saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Əməlindən peşmandır. Himayəsində üç azyaşlı uşaqların və birinin əlil olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum edilməyən cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işlədiyini və polis baş leytenantı xüsusi rütbəsini daşıdığını, 11 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs imişli rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və avtomobilinə baxış və götürmə aparılması prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etdiyini, 10 fevral 2025-ci il tarixdə işlədiyi Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatının daxil olduğunu, bu məlumatın Baş İdarənin rəhbərliyinə raportla məruzə edildiyini, Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinin qərara alındığını, bu məqsədlə əməliyyat qrupunun yaradıldığını, qrupa rəhbərliyin ona həvalə olunduğunu, əməliyyat qrupuna işlədiyi Baş idarənin əməliyyat müvəkkili, polis leytenantı X11, əməliyyat müvəkkili, polis baş leytenantı X13 və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X5 daxil edildiyini, əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə məlumat aldıqlarını və onun İmişli rayonu ərazisində olmasının məlum olduğunu, əməliyyat qrupunun üzvlərinin İmişli rayonu ərazisinə ezam edildiyini, tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 fevral 2025-ci il tarixdə saat 11:59 radələrində imişli rayonu, H.Əliyev prospektində yerləşən “Luxoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin “Lada” markalı avtomobilinin yanında olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdiklərini, sonra həmin şəxsə özünü təqdim etməsini bildirdiklərini, həmin şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib onunla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan etdiklərini və onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatlarının olmasını ona bildirdiklərini, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlar ilə birlikdə dəvətlərinə uyğun olaraq İmişli Rayon Polis Şöbəsinə gətdiyini, Polis Şöbəsinin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs Baş X4 baş təhqiqatçısı Murad Azayev tərəfindən şübhəli şəxs qismində tutulduğunu, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunduğunu, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs bu prosesin video çəkilişlə həyata keçiriləcəyinin bildirildiyini, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərarın ona elan edildiyini, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet varsa çıxarıb təqdim etməsinin təklif olunduğunu, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet olmasa da, idarə etdiyi “Lada” markalı 10- TZ-611 dövlət qeydiyyat nişanlı avtomobilində silah olduğunu və həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, daha sonra İmişli RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs məxsus “Lada” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyini, Təqsirləndirilən şəxs avtomobilində odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola əşya və ya predmet varsa təqdim etməsinin təklif olunduğunu, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük hissəsindən 01 ədəd qara rəngli sellofan torbada yerləşən və baxış zamanı lülə və qundaq hissəsi kəsilmiş odlu silah olan tüfəngi təqdim etdiyini, daha sonra avtomobilin yük yerindən aşkar edilmiş tüfəngin sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırıldığını və möhürlənərək proses iştirakçıları tərəfindən imzalandığını, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş ov tüfənginin kəsiyini saxlanılmamışdan təxminən 02 gün əvvəl, İmişli rayonunda meşəlik ərazidən tapmasını, istifadə etməməsini, istifadə üçün heç kimə verməməsini, həmin silahı saxlaması barədə heç kimin məlumatının olmamasını dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:59 radələrində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında 11 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “Energizer” markalı mobil telfonu, 01 ədəd “ABB” bank kartını, şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd “Samsung” markalı, 01 ədəd “Energizer” markalı mobil telefonlar, 01 ədəd “ABB” bank kartı tərəfindən götürülmüş, aşkar edilmiş 01 ədəd avtomobil açarı onun özün geri qaytarıldır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, hazırda İmişli Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi “Lada” markalı **-TZ-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində tüfəng saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda həmin tüfəngi təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (i.v. 27-28); baxış keçirilməsi və əşyaların götürülməsi aparılması haqqında 11 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə tüfəng saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən 01 ədəd qara rəngli sellofan torbada olan predmeti təqdim etmişdir. Həmin predmetə baxış zamanı 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmetin olması müəyyən edilmişdir. Daha sonra avtomobilin yük yerindən aşkar edilmiş predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş predmetləri təxminən 2 gün əvvəl İmişli rayonunda meşəlik ərazidən tapdığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini, heç kimin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış keçirilməsi 11 fevral 2025-ci il tarixdə saat 14:51-də başa çatmışdır. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır (i.v. 32-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 12 fevral 2025-ci il tarixli, 25/199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ tində İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli, İJ-58 modelli, aqsız, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin n lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu nm, ümumi uzunluğu 503 mm olan silah öz ilkin təyinatını itirmiş 12 kalibrli modelli çaxmaqsız hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır və yalnız sağ lülədən atəş üçün yararlıdır. Yuxarıda göstərilən səbəbdən, silah hal-hazırda sol lülədən atəş üçün yararsızdır (i.v. 44-48); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 78-80); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-168/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 107-111); doğum haqqında AZ İİİ 638104 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir (i.v. 127); doğum haqqında AZ İİİ 851591 nömrəli şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir (i.v. 127); doğum haqqında AZ İV 700421 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir (i.v. 128); İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, qızı X12, qızı X6 və oğlu X2 ibarətdir (i.v. 136); İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış. Özündən böyüklərin və həmyaşıdların daima hörmətini qazanmışdır. İmişli rayon İHB-nin İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır (i.v. 137); İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 1 saylı ünvanda yaşayır (i.v. 138); “Azərovçu” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir (i.v. 139); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Həmzəyev X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il, 02 (iki) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasını tam olaraq çəkib qurtarmışdır (i.v. 143-144); İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il, 02 (iki) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 5 bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır (i.v. 152-153); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X8” X16 xx.xx.2025-ci il tarixli 79/MEŞ saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 11xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (i.v. 158- 160); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1 -ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona yenidən həmin maddə ilə ittiham elan edilsin və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə aparılması zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxsdən götürülmüş “Samsung” markalı və “Energizer” markalı mobil telefonların və 01 ədəd “5522 0993 6053 7468” nömrəli "xxxx" ASC-ə məxsus plastik bank kartın sonuncunun yaxın qohumlarına qaytarılacağı nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş 01 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfənginin kəsiyinin maddi sübut hesab edilməsi və saxlanmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmələri nəzərə alınmış, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması və məhkumluğunun ödənilməsi ilə əlaqədar məhkumluğu olmayan şəxs hesab edilməsi, eləcə də, törətdiyi əməlin cinayətlərin residivini yaratmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.2.1 və 228.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMin 39.1.2- ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 229-cu maddəsi ilə cinayət təqibinin başlanmasından imtina edilmiş, Təqsirləndirilən şəxs gizlətdiyi odlu silahı təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilmiş, cinayət işinin materiallarından 01 ədəd lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfənginin kəsiyinin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmış, Təqsirləndirilən şəxs “Lada” markalı **- TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə müvafiq tədbir görülməsi üçün AR inzibati Xətalar Məcəlləsinə əsasən material ayrılmaqla aidiyyəti üzrə göndərilmiş və cinayət işi üzrə 11 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə” və “baxış və götürmə aparılması haqqında” protokollar, həmin protokollara əlavə edilmiş 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadələri, şahid ifadələri, məhkəmə - ballistik ekspertizasının 12 fevral 2025-ci il tarixli 25/199 №-li rəyi, məhkəmə - tibbi ekspertizasının 79/MEŞ №-li rəyi, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 161-171); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 179-181). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi – Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 üçüncü dərəcəli əlildir. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “Energizer” markalı mobil telfonu, 01 ədəd “ABB” bank kartını, şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə tüfəng saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən 01 ədəd qara rəngli sellofan torbada olan predmeti təqdim etmişdir. Həmin predmetə baxış zamanı 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmetin olması müəyyən edilmişdir. Daha sonra avtomobilin yük yerindən aşkar edilmiş predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin Qərarın 6-cı bəndinin 3-cü abzasında göstərilmişdir ki, bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli, İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 1 ədəd “CD- R” və 2 ədəd “DVD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılmaları nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli, İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 1 ədəd “CD-R” və 2 ədəd “DVD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-47/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-47/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver