Məhkəmə qərarları › İş №1(036)-48/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-48/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-48/2023 17.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində cinayət hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X18, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1962-ci ildə İmişli rayonu, Əliqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin (VÖEN:**********) fəaliyyətinə rəhbərlik edən, İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 32 ünvanda daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə və hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayətdən xəbərsiz olan Nümayəndə tərəfindən 13 aprel 2018-ci il tarixli qərarla təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 32 olan "xxxx" MMC-yə (VÖEN:**********) rəsmi rəhbərliyi həyata keçirməklə həmin Cəmiyyətin 13 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən direktoruna məxsus, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxs kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 iyul 2018-ci il tarixli 90-k nömrəli əmrinə əsasən həmin tarixdən İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi 91 ünvanında fəaliyyət göstərən İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilməklə, həmin Xəstəxananın 29 noyabr 2019-cu il tarixdə X49 çevrilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ üzrə 27 fevral 2020-ci il tarixli 47-1 nömrəli əmrə əsasən həmin tarixdən “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞnin direktoru vəzifəsinə keçirilməklə 01 iyun 2021-ci il tarixə kimi həmin vəzifədə işləmiş X12 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış və 2018-2019-cu illərdə İmişli rayon Mərkəzi Xəstəxanasına 311220 “Digər maşın və avadanlıqlar” və 221310 “İdarənin digər xərcləri” xərc yarımmaddələri üzrə malların satınalınması üçün nəzərdə tutulmuş və onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq, habelə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib tamah niyyəti ilə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursuna daxil etmək məqsədilə aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq, 2018-2019-cu illəri əhatə edən dövr ərzində həmin xərc yarımmaddələri üzrə satınalma müqavilələri ilə onlara həvalə edilmiş öhdəlikləri icra etməmək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “Eqaimə” altbölməsinə daxil olaraq elektron qaimələr tərtib etməklə satınalınması nəzərdə tutulan malların İmişli rayon Mərkəzi Xəstəxanasına tam təhvil verilməsinə dair informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edib alqı-satqı münasibətləri görüntüsü yaratmaq, bununla da onlara etibar edilən pul vəsaitlərini müvafiq hesaba köçürərək nağdlaşdırmaqla bir hissəsini kotirovka sorğusunun məqsədlərinə uyğun sərf edib, qalan hissəsini aralarında bölərək, o cümlədən, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 18.377 manat olduğu “İdarənin digər xərcləri” (221310) xərc yarımmaddəsi üzrə elan edilmiş kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il tarixli yekun protokolları ilə qalib elan edilmiş və İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında 25 iyun 2018-ci il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmış, habelə cinayətkar qrupun üzvü Eynulla Qasımovun “Dövlət satınalmaları haqqında” 27 dekabr 2001-ci il Qanununun tələblərinə zidd olaraq “Tender komissiyasının yaradılması haqqında” 05 dekabr 2018-ci il tarixli 922(26) nömrəli əmrlə təşkil edilmiş komissiya üzvlərinin iştirakı təmin edilmədən, satınalma prosedurları keçirilmədən satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 18.387 manat olduğu “İdarənin digər xərcləri” (221310) və satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətinin 35.785 manat olduğu “Digər maşın və avadanlıqlar” (311220) xərc yarımmaddələri üzrə elan edilmiş kotirovka sorğuları üzrə qalib elan edilməsinə dair 19 aprel 2019-cu il tarixli yekun protokolların nəticələrinin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin protokolu imzalamalarına dair cinayətdən xəbərsiz olan tender komissiyasının rəhbəri Şahid5 və komissiyanın digər üzvlərinə göstəriş verməklə, həmin protokollar əsasında İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında cinayətdən xəbərsiz olan Şahid5 tərəfindən öz imzası və Xəstəxananın “İmişli Mərkəzi Rayon Xəstəxanası” yazıları və Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edilmiş 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmış, özünün rəhbərliyi həyata keçirdiyi "xxxx" MMC-ə məxsus gücləndirilmiş elektron imza vasitəsilə istintaqla müəyyən edilməyən ünvanda quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterdən istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq xx.xx.2018-ci il tarixli, EAAL 503482 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya idarənin digər xərcləri (221310) xərc yarımmaddəsi üzrə 6.300 manat dəyərində malların verilməsinə dair, xx.xx.2018-ci il tarixli, EAAO 582093 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya qeyd edilən xərc yarımmaddəsi üzrə 6.855,2 manat dəyərində malların verilməsinə dair, xx.xx.2019-cu il tarixli, EAAW 949997 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya idarənin digər xərcləri (221310) xərc yarımmaddəsi üzrə 11.268 manat dəyərində malların verilməsinə dair, xx.xx.2019-cu il tarixli, EBAD 015338 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya “Digər maşın və avadanlıqlar” (311220) xərc yarımmaddəsi üzrə 35.525 manat dəyərində malların verilməsinə dair, xx.xx.2019-cu il tarixli, EBAD 937025 nömrəli elektron qaiməyə həmin Xəstəxanaya “İdarənin digər xərcləri” (221310) xərc yarımmaddəsi üzrə 6.859 manat dəyərində malların verilməsinə dair informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edildikdən sonra, cinayətkar qrupun üzvü Eynulla Qasımov həmin saxta elektron qaimələr əsasında dövlət büdcəsindən həmin Cəmiyyətin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ64AZPO******************** nömrəli hesabına xx.xx.2018-ci il tarixli, 6555 nömrəli, xx.xx.2018-ci il tarixli, 10947 nömrəli, xx.xx.2019-cu il tarixli, 6526 nömrəli, xx.xx.2019-cu il tarixli, 167PXO193320501 nömrəli, xx.xx.2019-cu il tarixli, 10765 nömrəli ödəniş tapşırıqları əsasında 53.652 manat məbləğində pul vəsaitini qeyd edilən saxta əsaslarla köçürüb həmin pul vəsaitinin özü tərəfindən istintaqla dəqiq müəyyən edilməyən tarixdə nağdlaşdırılmaqla əldə edilməsinə nail olaraq cinayətkar niyyətini həyata keçirib həmin pul vəsaitindən “Digər maşın və avadanlıqlar” (311220) xərc yarımmaddəsi üzrə alınması nəzərdə tutulmuş hər birinin dəyəri 1.050 manat olmaqla, cəmi 7.350 manat dəyərində 7 ədəd soyuducu, hər birinin dəyəri 630 manat olmaqla, cəmi 1.260 manat dəyərində 2 ədəd printer, hər birinin dəyəri 175 manat olmaqla, cəmi 525 manat dəyərində 3 ədəd tozsovuran, idarənin digər xərcləri (221310) xərc yarımmaddəsi üzrə alınması nəzərdə tutulmuş hər birinin dəyəri 69,75 manat olmaqla, cəmi 139,5 manat dəyərində 2 ədəd zibil qabı, dəyəri 195,5 manat olan 1 ədəd zibil qabı, dəyəri 120 manat olan 1 ədəd katric, hər birinin dəyəri 125 manat olmaqla, cəmi 250 manat dəyərində 2 ədəd elektrikli pilitəsi, dəyəri 120 manat olan 1 ədəd elektrik pilitəsinin alınması üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 9.960 manat pul vəsaitini Eynulla Qasımovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talayıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmiş, həmin hərəkətləri dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış pul vəsaitlərinin dövlətin bu sahədə fəaliyyət məqsədlərinə uyğun sərfi və vəsaitdən səmərəli istifadə edilməsi, qorunması üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi informasiya resursuna vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Nümayəndə ilə rəsmi nigahdadır. 13 aprel 2018-ci il tarixdə elektron ərizə verməklə 8 saylı Ərazi Vergilər İdarəsində arvadı Nümayəndə adından "xxxx" MMC-ni təsis etmiş, həmin Cəmiyyətin direktoru kimi fəaliyyətinə rəhbərlik etmişdir. Hazırda yaddaş zəifliyindən əziyyət çəkdiyinə görə bütün xüsusatları dəqiqliyi ilə xatırlaya bilmir. İmişli rayonu üzrə Maliyyə İdarəsinin müdiri Rəhim Rəhimovla görüşü əsnasında sonuncu İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən "xxxx" MMC-nin hesabına pul vəsaitlərinin köçürülməsini və nağdlaşdırılmadan ona 6% pul veriləcəyini təklif etdikdə sonuncunun təklifi ilə razılaşmışdır. Daha sonra Rəhim Rəhimov onu Şahid3lə tanış etmiş, o, Cəmiyyətə aid sənədləri sonuncuya təqdim etmiş, daha sonra müqavilə və digər sənədlərə qol çəkmişdir. Beləliklə, 18 may 2018-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının protokoluna əsasən 221310 “İdarənin digər xərcləri” xərc yarımmaddəsi üzrə satınalmalarda qalib elan olunmuşdur. Həmin xərc yarımmaddəsi üzrə "xxxx" MMC ilə “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında bağlanmış 25 iyun 2018-ci il tarixli mallar üzrə satınalma müqaviləsinə əsasən 24 adda elektrik lampası, kran və sair təsərrüfat mallarını Xəstəxanaya təhvil verməyi, “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ isə 18.127 manat məbləğdə pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürməyi öz öhtəsinə götürmüşdür. X50 və Şahid3lə şifahi razılaşmaya əsasən o, "xxxx" MMC-nin hesabına köçürüləcək pul vəsaitinin 6%-ni özünə götürməli, qalan məbləği nağdlaşdıraraq Şahid3 verməli olmuşdur. Lakin Şahid3 həmin vəsaitin hansı hissəsini Rəhim Rəhimova verməsi barədə məlumatı olmamışdır. Beləliklə qeyd edilən müqavilə üzrə “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞnin hesabından "xxxx" MMC-nin hesabına xx.xx.2018-ci il tarixli, 075504 nömrəli qaimə əsasında 4.970 manat, xx.xx.2018-ci il tarixli, 503482 nömrəli qaimə əsasında 6.300 manat, xx.xx.2018-ci il tarixli, 582093 nömrəli qaimə əsasında 6.855,20 manat olmaqla cəmi 18.125,2 manat məbləğdə vəsait köçürülmüşdür. Həmin vəsaitlərin köçürülməsi üçün bütün sənədlər Xəstəxana tərəfindən tərtib olunmuşdur. Şahid3 pul verməmişdir. Belə ki, sonuncu həmin dövrdə işdən çıxarılmışdır. Bütün pul vəsaitlərini yeni təyin edilmiş baş həkim Eynulla Qasımova vermişdir. Bundan başqa 19 aprel 2019-cu il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının protokollarına əsasən 221310 “İdarənin digər xərcləri” və 311220 “Digər maşın və avadanlıqlar” xərc yarımmaddələri üzrə satınalmalarda qalib elan olunmuşdur. 221310 “İdarənin digər xərcləri” xərc yarımmaddəsi üzrə "xxxx" MMC ilə “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında bağlanmış 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqaviləsinə əsasən 24 adda elektrik lampası, kran və sair təsərrüfat mallarını həmin Xəstəxanaya təhvil verməyi, “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ isə 18.127 manat məbləğdə pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürməyi öz öhtəsinə götürmüşdür. X50 və Eynulla Qasımovla şifahi razılaşmaya əsasən "xxxx" MMC-nin hesabına köçürüləcək pul vəsaitinin 6%-ni özünə götürməli, qalan məbləği nağdlaşdıraraq Eynulla Qasımova verməli olmuşdur. X35 həmin vəsaitin hansı hissəsini Rəhim Rəhimova verməsi barədə məlumatı olmamışdır. Beləliklə qeyd edilən müqavilə üzrə “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin hesabından "xxxx" MMC-nin hesabına xx.xx.2019-cu il tarixli, 949997 nömrəli qaimə əsasında 11.268 manat, xx.xx.2019-cu il tarixli, 937025 nömrəli qaimə əsasında 6.859 manat olmaqla cəmi 18.127 manat məbləğdə vəsait köçürülmüşdür. Həmin vəsaitlərin köçürülməsi üçün heç bir sənədi mən hazırlamamışdır. 311220 “Digər maşın və avadanlıqlar” xərc yarımmaddəsi üzrə "xxxx" MMC ilə “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında bağlanmış 3 iyul 2019cu il tarixli mallar üzrə satınalma müqaviləsinə əsasən 12 adda kompüter, printer və sair avadanlıqları həmin Xəstəxanaya təhvil verməyi, “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ isə 35.525 manat məbləğdə pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürməyi öz öhtəsinə götürmüşdür. Rəhim Rəhimov və Eynulla Qasımovla şifahi razılaşmalarına əsasən "xxxx" MMC-nin hesabına köçürüləcək pul vəsaitinin 6%-ni özünə götürməli, qalan məbləği nağdlaşdıraraq Eynulla Qasımova verməli olmuşdur. X35 həmin vəsaitin hansı hissəsini Rəhim Rəhimova verməsi barədə məlumatı olmamışdır. Beləliklə qeyd edilən müqavilə üzrə “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin hesabından "xxxx" MMC-nin hesabına xx.xx.2019-cu il tarixli, 015338 nömrəli qaimə əsasında 35.525 manat məbləğdə vəsait köçürülmüşdür. Həmin vəsaitlərin köçürülməsi üçün heç bir sənədi mən tərtib etməmişdir. “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin hesabından "xxxx" MMC-nin hesabına ümumilikdə 71.777,20 manat məbləğdə pul vəsaiti köçürülmüş və o, həmin vəsaitin 6% məbləğini özünə götürərək şirkətin xərclərini ödəmiş və qazanc əldə etmişdir. Qeyd edilən 6% məbləğdə vəsaitin 1,5 %-i bank üzrə nağdlaşdırma xərcləri, 2%-i isə vergi ödənişləri olmuşdur. Özünə 2,5% yəni təxminən 1.500 manat məbləğdə pul qalmışdır. Qalan vəsaiti Eynulla Qasımova vermişdir. Sonradan ona az pul verdiklərinə görə Rəhim Rəhimovla arasında mübahisə olmuş və sonuncu onu qeyd edilən işlərdən kənarlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Maliyyə şöbəsinin müdiri–baş mühasib vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, X44 şöbələri və tibb müəssisələri üzrə maddi-məsul şəxslərin öhdələrində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 20 nəfər maddi-məsul şəxs üzrə cəmi 295 ədəd 70.378,33 manat dəyərində, o cümlədən 197 ədəd 24.490,55 manat dəyərində bərk inventar, 38 ədəd 3.604 manat dəyərində yumşaq inventarlar, 60 ədəd 42.283,78 manat dəyərində maşın və avadanlıqların çatışmazlığı müəyyən edilmişdir. Qeyd edilən inventarlar ümumiyyətlə alınmamış və paylanmamışdır. Bir çox hallarda həmin inventarların təhvil verilməsinə dair qaimələr Eynulla Qasımovun tapşırığı əsasında Təsərrüfat şöbəsi tərəfindən maddi-məsul şəxslərə imzalatdırılsa da, mallar onlara verilməmişdir. Belə ki, kotirovka sorğuları və tenderlər formal olaraq keçirilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi olmadan hüquqi şəxs yaratmış şəxslərlə əlbir olaraq pul vəsaitləri nağdlaşdırılmışdır. Qeyd edilən maliyyə maxinasiyaları Eynulla Qasımov və İmişli rayonu üzrə Maliyyə İdarəsinin sabiq müdiri Rəhim Rəhimov tərəfindən həyata keçirilmişdir. 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 057817 nömrəli qaimə əsasında 14.200 manat, xx.xx.2018-ci il tarixli, 526563 nömrəli qaimə əsasında 5.800 manat, 1 noyabr 2018-ci il tarixli, 269440 nömrəli qaimə əsasında 11.540 manat, 311220 “Digər maşın və avadanlıqlar” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 175279 nömrəli qaimə əsasında 18.600 manat, 1 noyabr 2018-ci il tarixli, 271119 nömrəli qaimə əsasında 16.295 manat pul vəsaiti köçürülmüş "xxxx" MMC (**********) faktiki olaraq pul vəsaitlərinin nağdlaşdırılması ilə məşğul olmuşdur. "xxxx" MMC-nin (**********) rəhbəri X29 pul vəsaitlərinin qanunsuz nağdlaşdırılması ilə məşğul olmuşdur. Bundan əlavə 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 072179 nömrəli qaimə əsasında 12.380 manat, xx.xx.2018-ci il tarixli, 521423 nömrəli qaimə əsasında 8.500 manat, xx.xx.2018-ci il tarixli, 633384 nömrəli qaimə əsasında 6.620 manat, 221200 “Mətbəə xərci” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 069679 nömrəli qaimə əsasında 4.450 manat, xx.xx.2018-ci il tarixli, 179327 nömrəli qaimə əsasında 2.540 manat, xx.xx.2018-ci il tarixli, 633384 nömrəli qaimə əsasında 2.649 manat, 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” xərc yarımmaddəsi üzrə xx.xx.2019-cu il tarixli, 811646 nömrəli qaimə əsasında 22.492 manat, xx.xx.2019-cu il tarixli, 036749 nömrəli qaimə əsasında 9.638 manat, 223200 “Maşınların ehtiyyat hissələri xərcləri” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 633384 nömrəli qaimə əsasında 4.525 manat pul vəsaiti köçürülmüş "xxxx" MMC (**********) faktiki olaraq pul vəsaitlərinin nağdlaşdırılması ilə məşğul olmuşdur. "xxxx" MMC-nin (**********) rəhbəri Təqsirləndirilən şəxs pul vəsaitlərinin qanunsuz nağdlaşdırılması ilə məşğul olmuşdur. Bundan əlavə 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” xərc yarımmaddəsi üzrə xx.xx.2019-cu il tarixli, 781093 nömrəli qaimə əsasında 19.090 manat, xx.xx.2019-cu il tarixli, 384323 nömrəli qaimə əsasında 8.410 manat, xx.xx.2019-cu il tarixli, 856719 nömrəli qaimə əsasında 6.000 manat, 223200 “Maşınların ehtiyyat hissələri xərcləri” xərc yarımmaddəsi üzrə xx.xx.2019-cu il tarixli, 088842 nömrəli qaimə əsasında 4.525 manat və 3.01.2020-ci il tarixli, 661732 nömrəli qaimə əsasında 1.300 manat pul vəsaiti köçürülmüş "xxxx" MMC(**********) İmişli rayonu üzrə Maliyyə İdarəsinin sabiq müdiri Rəhim Rəhimovun yeznəsi X19 məxsusdur. "xxxx" MMC(**********) pul vəsaitlərinin qanunsuz nağdlaşdırılması ilə məşğul olmuşdur. Bundan başqa 221200 “Mətbəə xərci” xərc yarımmaddəsi üzrə xx.xx.2019-cu il tarixli, 812293 nömrəli qaimə əsasında 6.137 manat, xx.xx.2019-cu il tarixli, 036798 nömrəli qaimə əsasında 2.502 manat pul vəsaiti köçürülmüş "xxxx" MMC (**********) qaimələrdə qeyd edilmiş heç bir malı təhvil verməmiş, qanunsuz pul vəsaitlərini nağdlaşdırmışdır. "xxxx" MMC-nin (**********) rəhbəri X30 hal-hazırda İmişli rayon Mərkəzi Poçtunun direktoru vəzifəsində işləyir və sonuncu heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bundan başqa 221310 “İdarənin digər xərcləri” yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 075504 nömrəli qaimə əsasında 4.970 manat, xx.xx.2018-ci il tarixli, 503482 nömrəli qaimə əsasında 6.300 manat, xx.xx.2018-ci il tarixli, 582093 nömrəli qaimə əsasında 6.855,20 manat, xx.xx.2019-cu il tarixli, 949997 nömrəli qaimə əsasında 11.268 manat, xx.xx.2019-cu il tarixli, 937025 nömrəli qaimə əsasında 6.859 manat, 311220 “Digər maşın və avadanlıqlar” xərc yarımmaddəsi üzrə xx.xx.2019-cu il tarixli, 015338 nömrəli qaimə əsasında 35.525 manat pul vəsaiti köçürülmüş "xxxx" MMC (**********) rəhbəri Nümayəndə olsa da, faktiki rəhbərlik edən əri Təqsirləndirilən şəxs olmuşdur. Sonuncu qanunsuz pul vəsaitlərini nağdlaşdırmış, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bundan başqa 225411 “Bərk inventar xərcləri” yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 694449 nömrəli qaimə əsasında 30.510 manat, xx.xx.2018-ci il tarixli, 402407 nömrəli qaimə əsasında 16.730 manat, 225412 “Avadanlığın alınması” xərc yarımmaddəsi üzrə xx.xx.2018-ci il tarixli, 693832 nömrəli qaimə əsasında 34.733,10 manat, xx.xx.2018-ci il tarixli, 401211 nömrəli qaimə əsasında 15.930 manat pul vəsaiti köçürülmüş "xxxx" MMC (**********) Bakı şəhərində qeydiyyatdadır. Qeyd edilən şirkət qaimələrdə nəzərdə tutulmuş malların bir hissəsini İmişli RMX-a təhvil versə də, qalan pulu qanunsuz nağdlaşdırmışdır. "xxxx" MMC-nin (**********) rəhbərinin kim olduğunu bilmir. Lakin həmin şirkət İmişli rayonu üzrə Maliyyə İdarəsinin sabiq müdiri Rəhim Rəhimovla əlaqəli olmuşdur. Qeyd edilən şirkətlər onlara köçürülmüş pul vəsaitlərini müəyyən faiz qarşılığında nağdlaşdırmış, pul vəsaitlərini Eynulla Qasımov və Rəhim Rəhimova vermiş, sonuncular müəyyən malmaterial alması üçün həmin vəsaitin bir hissəsini İmişli RMX-nin Təsərrüfat müdiri Şahid6 vermişlər. İnventarın maddi-məsul şəxslərin hesabına yazılması və məxaricə silinməsi mühasib Şahid7 həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ–nin Maliyyə şöbəsinin mühasibatlıq bölməsinin mühasibi vəzifəsində işləyən Həsənov X23 Gündüz Səhrab oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2012-ci il tarixli əmri ilə İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmiş və 05 iyul 2018-ci il tarixədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional maliyyə müfəttişliyi tərəfindən 01 aprel 2016-cı il tarixdən 01 iyun 2018-ci il tarixə kimi olan dövrü əhatə edən təftiş aparılmış və 29 iyun 2018-ci il tarixli aktla müəyyən edilmiş çatışmazlıqların büdcəyə bərpası təmin olunmuşdur. 11 iyun 2018ci il tarixdən yoxlama aparılmış və faktiki olaraq işdən çıxarıldığını bilmişdir. Bundan sonra cəmi 1 ay 5 gün müddətinə həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 iyul 2018-ci il tarixli 90-k nömrəli əmri ilə X11 baş həkim vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövr ərzində inventarın alınması və sair məsələlər Xəstəxananın təsərrüfat şöbəsinin müdiri Hafiz Əliyevə həvalə edilmişdir. X51-19 virusuna yoluxmuş və ölmüşdür. İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi X47 Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin 221100, 221200, 221310, 223200, 225200, 211220, 225411 və 225412 xərc yarımmaddələri üzrə ayrılmış büdcə vəsaitlərini nağdlaşdırmasını, həmin vəsaitin müəyyən hissəsini onun vasitəsilə Vilyam Hacıyevə verməsini, qalan vəsait hesabına nəzərdə tutulan işləri görməsini tapşırdığını bildirmişdir. İmişli rayonu ərazisində Ramiz Cahangirov və Təqsirləndirilən şəxs təsis etdikləri Cəmiyyətlər vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılması işi ilə məşğul olduqları hamıya məlum olmuşdur. Həmin şəxslər özləri ona müraciət edərək pul vəsaitlərini nağdlaşdırmaqda köməklik edə biləcəklərini bildirmiş və həmin vəsaitin hazırda xatırlamadığı hissəsini qazanc kimi istəmişlər. Beləliklə 18 may 2018-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokollarına əsasən 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri”, 223200 “Maşınların ehtiyyat hissələri xərcləri” və 221200 “Mətbəə xərci” xərc yarımmaddələri üzrə "xxxx" MMC, 221310 “İdarənin digər xərcləri” xərc yarımmaddəsi üzrə "xxxx" MMC, 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması” və 311220 “Digər maşın və avadanlıqlar” xərc yarımmaddələri üzrə "xxxx" MMC qalib elan edilmiş və həmin Cəmiyyətlərlə 25 iyun 2018-ci il tarixdə mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Habelə 18 aprel 2018-ci il tarixli Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokollarına əsasən Bərk inventarın alınması və avadanlıqların alınması üzrə "xxxx" MMC qalib elan edilmiş və həmin Cəmiyyətlə 25 aprel 2018-ci il tarixdə mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Lakin işlədiyi dövrdə həmin şikrətlərə pul vəsaitləri köçürülməmiş, habelə həmin Cəmiyyətlərin rəhbərləri tərəfindən ona pul verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək göstərdi ki, 2013-cü ilin dekabr ayında İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilmiş və 2018-ci ilin avqust ayınadək həmin vəzifədə işləmişdir. Daha sonra TTYS-da şöbə müdiri vəzifəsinə keçirilmiş və 11 fevral 2022-ci il tarixdə təqaüdə çıxmışdır. 2018-ci ilin iyul ayınadək İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahid3 olmuşdur. Şahid3 tərəfindən verilmiş 5 yanvar 2018-ci il tarixli 04(3) nömrəli əmrə əsasən yaradılmış İmişli rayon Mərkəzi Xəstəxanasının tender komissiyasının sədri təyin edilmişdir. Həmin komissiya faktiki olaraq fəaliyyət göstərməmiş, habelə sədr və üzvlərin adları formal olaraq əmrə salınmışdır. 2018-ci il ərzində heç bir satınalma keçirilməmiş, satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokolu sədr kimi özünün və komissiyanın digər üzvlərinin iştirakı olmadan, habelə fikirləri nəzərə alınmadan tərtib edilmişdir. Həmin satınalmalarda kimlərin iştirak etməsi, kimin qalib elan olunması və hansı malların alınması barədə məlumatı olmamışdır. 18 may 2018-ci il tarixli satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokollarında tender komissiyasının sədri qrafasındakı imzalar özünə məxsusdur. Həmin imzaları baş həkim Şahid3 göstərişi ilə icra etmişdir. Hazır protokolları ya Şahid2, ya da Şahid3 katibəsi kimi fəaliyyət göstərən Nuranə adlı kiçik tibb işçisi təqdim etmiş və o, həmin protokolları imzalamışdır. Həmin dövr Şahid3 xidməti cəhətdən asılı vəziyyətdə olduğuna görə işdən çıxarılmamaq üçün həmin sənədləri imzalamışdır. Daha sonra Eynulla Qasımov həmin Xəstəxananın baş həkimi təyin edilmişdir. X35 işlədiyi dövr ərzində başqa vəzifəyə təyin edildiyindən tender komissiyasının sədri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadə verərək göstərdi ki, təxminən 30 ildir İmişli RMX-də TTTYS-in baş feldşeri vəzifəsində işləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. TTTYS-in mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd üç yerli oturacaq 265 manat, 4 ədəd portret 60 manat, 1 ədəd pansuman arabası 785,7 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 1 ədəd tozsoran 175 manat, 8 ədəd təcili yardım paltarı (2019) 2.320 manat, cəmi 3.835,7 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. Faktiki yerində olan inventardan başqa ona hər hansı bir inventar verilməmişdir. Qeyd edilən inventarlara dair hər hansı bir qaimə və təhvil-təslim aktı imzalamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadə verərək göstərdi ki, 1989cu ildən İmişli RMX Xoşçobanlı tibb məntəqəsinin müdiri işləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Xoşçobanlı kənd həkim məntəqəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd asılqan 68 manat, 1 ədəd yelpik 35 manat, 1 ədəd ştativ 95 manat, 1 ədəd sənəd dolabı 230 manat, cəmi 428 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin inventarlar ona təhvil verilməmiş, Eynulla Qasımov boş qaiməni ona imzalatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 ifadə verərək göstərdi ki, 1998-ci ildən İmişli RMX-da anbar müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. 2019-cu ilə aid cəmi 4 ədəd soyuducu 4.200 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Hazırda anbarda və mətbəxdə 7 ədəd soyuducu var. Hesabında olan 1 ədəd soyuducunu Vərəm şöbəsinə vermişlər. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. Eynulla Qasımov ona qaimələrə qol çəkdirdikdən sonra 2 ədəd köhnə soyuducu təhvil verilmiş, 2 ədəd soyuducunu isə daha sonra təhvil verəcəklərini bildirsələr də, təhvil verməmişlər. Qeyd edilən məsələ ilə əlaqədar Şahid6 müraciət etdikdə sonuncu da, həmin soyuducuların daha sonra təhvil veriləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 ifadə verərək göstərdi ki, 2017-ci ildən İmişli RMX Aranlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Aranlı kənd həkim məntəqəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd elektrik piletka 98,5 manat, 1 ədəd xəstə üçün dolab 96 manat, 2 ədəd stol 1 siyirməli 330 manat, 1 ədəd tibbi şirmo 280 manat və 1 ədəd zibil qabı 69,75 manat, cəmi 1.104,25 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Bir dəfə 1 ədəd stol qəbul edərkən Şahid6 ona boş qaiməni imzalatmışdır. Sonradan həmin qaiməni hansı formada doldurduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid12 ifadə verərək göstərdi ki, 2013-2021-ci illərdə İmişli RMX Yeni Bəhrəmtəpə (Fin şəhərçiyi) həkim məntəqəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlama ilə əlaqədar Yeni Bəhrəmtəpə (Fin şəhərçiyi) həkim məntəqəsinin malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd kondisoner (2018) 1.250 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, cəmi 2.300 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. O, 1 ədəd soyuducu və 1 ədəd kondisioner verilməsi ilə əlaqədar Eynulla Qasımova müraciət etdikdə sonuncu təhvil-təslim aktını ona imzaladaraq həmin inventarlar gəldikdə Yeni Bəhrəmtəpə (Fin şəhərçiyi) həkim məntəqəsinə təhvil veriləcəyini bildirsə də, sonradan qeyd edilən inventarlar təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid13 ifadə verərək göstərdi ki, 2009-cu ildən İmişli RMX-da Vərəm şöbəsinin təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Vərəm şöbəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2018-ci ilə aid 1 ədəd tibbi dolab 390 manat, 2 ədəd stol 330 manat, 3 ədəd stul İSO 144 manat, 1 ədəd ştativ 99,8 manat, 1 ədəd işıq tənzimləyici 98,5 (98,45) manat, 2 ədəd tibbi biks 189,1 manat, 2 ədəd elektrik qızdırıcı 197 manat, 2 ədəd termometr 6 manat, 1 ədəd sterilizator 88,5 manat, 5 ədəd xəstə üçün dolab 480 manat, 2 ədəd paltar dolabı 430 manat, 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd asılqan 54 manat, cəmi 2.736,9 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. 2018-ci ildə ona qeyd edilən inventarların heç biri təhvil verilməmiş, habelə o, hər hansı bir təhvil-təslim aktını imzalamamışdır. Həmin inventarların onun hesabına verilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid14 ifadə verərək göstərdi ki, 2012-ci ildən “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Reanimasiya şöbəsinin təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Reanimasiya şöbəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd inqolyasiya aparatı 1.102 manat, 1 ədəd printer (2019) 630 manat, 1 ədəd tozsoran (2018) 175 manat, 2 ədəd sudno (2018) 192 manat, 1 ədəd tibbi biks (2018) 94,55 manat, cəmi 2.193,55 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. 2018-2019-cu illərdə qeyd edilən inventarların heç biri təhvil verilməmişdir. Bir çox hallarda Şahid6 inventarın təhvil-təslim aktını imzalatdırmış, lakin aktlarda göstərilən inventarların hamısını təhvil verməmiş, daha sonra təhvil verəcəyini bildirmişdir. Qeyd edilən aktları imzalamaqdan imtina etdikdə Eynulla Qasımov onu otağına çağırıb işdən çıxaracağı ilə hədələdiyindən məcbur olub həmin aktları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid15 ifadə verərək göstərdi ki, 2011-ci ildən “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Mama-ginekologiya şöbəsinin təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Mama-ginekologiya şöbəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd “Uğur” soyuducu, 1 ədəd “Abşeron” soyuducu artıqlığı, 1 ədəd dərman saxlamaq üçün soyuducu 4.608 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, cəmi 5.658 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. 2018-2019-cu illərdə qeyd edilən inventarların heç biri təhvil verilməmişdir. Bir çox hallarda Şahid6 inventarın təhvil-təslim aktını imzalatdırmış, lakin aktlarda göstərilən inventarların hamısını təhvil verməmiş, daha sonra təhvil verəcəyini bildirmişdir. Qeyd edilən aktları imzalamaqdan imtina etdikdə Eynulla Qasımov onu otağına çağırıb işdən çıxaracağı ilə hədələdiyindən məcbur olub həmin aktları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid18 ifadə verərək göstərdi ki, 1997-ci ildən İmişli RMX-da işləməyə başlamışdır. Elə qeyd edilən dövrdən həmin Xəstəxananın Terapiya şöbəsinin təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Terapiya şöbəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2 ədəd soyuducu (2018 və 2019) 2.100 manat, 1 ədəd hərəkətli masa 185 manat, 2 ədəd stul İSO (2019) 96 manat, 10 ədəd stul İSO (2018) 480 manat, 6 ədəd döşək (2018) 276 manat, 1 ədəd stol (2018) 165 manat, 6 ədəd xəstə üçün dolab (2018) 576 manat, 1 ədəd dərman şkafı (2018) 390 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 12 ədəd yataq dəsti (2019) 504 manat, 1 ədəd tozsoran 175 manat, 1 ədəd tibbi tapçan (2018) 270 manat, 1 ədəd printer (2018) 630 manat, 5 ədəd xalça (2018) 210 manat, cəmi 6.287 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İmişli RMX-də inventarların təhvil verilməsi Xəstəxananın Təsərrüfat müdiri Şahid6 tərəfindən həyata keçirilmişdir. 2018-2019-cu illərdə qeyd edilən inventarların heç biri təhvil verilməmişdir. Bir çox hallarda Şahid6 inventarın təhvil-təslim aktını imzalatdırmış, lakin aktlarda göstərilən inventarların hamısını təhvil verməmiş, daha sonra təhvil verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid19 ifadə verərək göstərdi ki, 2012-ci ildən “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Hemodializ şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Hemodializ şöbəsinin malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd zibil qabı (2018) 58,3 manat, 1 ədəd pansuman arabası 785,7 manat və 7 ədəd yataq dəsti 294 manat, cəmi 1.138 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. 2018-ci ildə ona qeyd edilən inventarların heç biri təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid20 Şahid19 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid21 ifadə verərək göstərdi ki, 1997-ci ildən İmişli RMX-da Aptek şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı regional maliyyə müfəttişliyi tərəfindən İmişli RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Aptek şöbəsinin mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd soyuducu cəmi 4.608 manat məbləğində çatışmazlıq və 1 ədəd “Uğur” soyuducu artıqlığı müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, 1 ədəd “Uğur” markalı soyuducu elə İmişli RMX əsaslı təmir edilərkən Səhiyyə Nazirliyi tərəfindən verilmişdir. 2018-2021-ci illərdə ona qeyd edilən soyuducu təhvil verilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional maliyyə müfəttişliyi tərəfindən verilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” X44 01 iyun 2018-ci il tarixdən 01 iyun 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair 10 dekabr 2021-ci il tarixli aktdan görünür ki, İcbari Tibbi Sığorta üzrə X37 Ərazi Bölmələrini İdarəetmə Birliyi “İmişli Rayon Mərkəzi Xəstəxanası” X44 02 avqust 2021-ci il tarixli 353-C nömrəli əmri ilə yaradılmış inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə 10 saylı Regional maliyyə müfəttişliyinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi X41 tərəfindən X44 şöbələri və tibb müəssisələri üzrə maddi-məsul şəxslərin öhdələrində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 20 nəfər maddi-məsul şəxs üzrə cəmi 295 ədəd 70.378,33 manat, o cümlədən 197 ədəd 24490,55 manat bərk inventar, 38 ədəd 3.604 manat yumşaq inventarlar, 60 ədəd 42.283,78 manat məbləğində maşın və avadanlıqların, o cümlədən Sarıxanlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri, maddi-məsul şəxs X6 hesabı üzrə 19 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd televizor 320 manat, 1 ədəd çarpayı (krovat) 186 manat, 1 ədəd tibbi şirmo 280 manat, 1 ədəd zibil qabı 195,5 manat, 5 ədəd stul İSO 240 manat, 1 ədəd bir siyirməli stol 165 manat və 1 ədəd sənəd dolabı 230 manat, cəmi 1616,5 manat məbləğində, Aranlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri, maddiməsul şəxs Şahid11 hesabı üzrə 20 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd elektrik piletka 98,5 manat, 1 ədəd xəstə üçün dolab 96 manat, 2 ədəd stol 1 siyirməli 330 manat, 1 ədəd tibbi şirmo 280 manat və 1 ədəd zibil qabı 69,75 manat, cəmi 1.104,25 manat məbləğində, Yeni Bəhrəmtəpə (Fin şəhərçiyi) həkim məntəqəsinin müdiri, maddiməsul şəxs X7 hesabı üzrə 17 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd kondisioner (2018) 1.250 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, cəmi 2.300 manat məbləğində, Xoşçobanlı kənd tibb məntəqəsinin müdiri, maddi-məsul şəxs Şahid9 Hüseyn oğlunun hesabı üzrə 17 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd asılqan 68 manat, 1 ədəd yelpik 35 manat, 1 ədəd ştativ 95 manat, 1 ədəd sənəd dolabı 230 manat, cəmi 428 manat məbləğində, Terapiya şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid18 hesabı üzrə 02 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2 ədəd soyuducu (2018 və 2019) 2.100 manat, 1 ədəd hərəkətli masa 185 manat, 2 ədəd stul İSO (2019) 96 manat, 10 ədəd stul İSO (2018) 480 manat, 6 ədəd döşək (2018) 276 manat, 1 ədəd stol (2018) 165 manat, 6 ədəd xəstə üçün dolab (2018) 576 manat, 1 ədəd dərman şkafı (2018) 390 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 12 ədəd yataq dəsti (2019) 504 manat, 1 ədəd tozsoran 175 manat, 1 ədəd tibbi tapçan (2018) 270 manat, 1 ədəd printer (2018) 630 manat, 5 ədəd xalça (2018) 210 manat, cəmi 6.287 manat məbləğində, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs X31 hesabı üzrə 16 avqust 2021ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd soyuducu (2019) 1.050 manat, 1 ədəd şkaf (2019) 230 manat, 1 ədəd elektrik peçi (2019) 120 manat, 1 ədəd yemək bişirmə peçi (2018) 98,5 manat, 2 ədəd hərəkətli masa (2018) 370 manat, 1 ədəd kondisioner (2018) 1.250 manat, 1 ədəd tozsoran (2019) 175 manat, cəmi 3.293,5 manat məbləğində, Uşaq şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid16nın hesabı üzrə 09 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd kreslo (2020) 520 manat, 1 ədəd piletka (2018) 120 manat, 1 ədəd sentrafuqa (2018) 1.272 manat, 2 ədəd mikraskop (2018) 1.316 manat, 4 ədəd şkaf (2018) 860 manat, 1 ədəd stol 1 siyirməli (2018) 165 manat, 5 ədəd xəstə üçün dolab (2018) 480 manat, 3 ədəd ştativ (2018) 299,4 manat, 3 ədəd zibil qabı (2018) 174,9 manat, 1 ədəd printer (2018) 630 manat, 2 ədəd elektrik qızdırıcı (2018) 197 manat, 1 ədəd tibbi şirmo (2018) 280 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 2 ədəd elektrik piletka (2018) 250 manat, 1 ədəd tibbi biks (2018) 94,55 manat, 1 ədəd işıq tənzimləyici (2018) 98,45 manat, 1 ədəd asılqan (2018) 54 manat, cəmi 7.041,3 manat məbləğində, Mama-ginekologiya şöbəsinin təsərrüfat bacısı, maddiməsul şəxs Şahid15nın hesabı üzrə 02 avqust 2021-ci il tarixə öhdəsində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd “Uğur” soyuducu, 1 ədəd “Abşeron” soyuducu artıqlığı, 1 ədəd dərman saxlamaq üçün soyuducu 4.608 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, cəmi 5.658 manat məbləğində, Təcili və X21 şöbəsinin baş feldşeri, maddi-məsul şəxs Şahid8 hesabı üzrə 06 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd üç yerli oturacaq 265 manat, 4 ədəd portret 60 manat, 1 ədəd pansuman arabası 785,7 manat, 1 ədəd sənəd dolabı (2018) 230 manat, 1 ədəd tozsoran 175 manat, 8 ədəd təcili yardım paltarı (2019) 2.320 manat, cəmi 3.835,7 manat məbləğində, Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid22 hesabı üzrə 12 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 6 ədəd mexaniki çarpayı 4.428 manat, 3 ədəd hərəkətli dayaq (2018) 285 manat, 40 metr karniz (2018) 880 manat, 1 ədəd printer (2018) 630 manat, 1 ədəd sənəd dolabı 230 manat, 3 ədəd elektrik peçi (2018) 295,5 manat, 24 ədəd əl üçün karset (2018) 1.116 manat, 9 ədəd portret 135 manat, 1 ədəd soyuducu (2018) 1.050 manat, 1 ədəd soyuducu (2019) 1.050 manat, 1 dəst otaq üçün mebel (2018) 1.800 manat, cəmi 11.899,5 manat məbləğində, Hemodializ şöbəsinin müdiri, maddi-məsul şəxs Şahid19 hesabı üzrə 03 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd zibil qabı (2018) 58,3 manat, 1 ədəd pansuman arabası 785,7 manat və 7 ədəd yataq dəsti 294 manat, cəmi 1.138 manat məbləğində, Reanimasiya şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs X10 hesabı üzrə 12 avqust 2021-ci il tarixə öhdəsində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd inqolyasiya aparatı 1.102 manat, 1 ədəd printer (2019) 630 manat, 1 ədəd tozsoran (2018) 175 manat, 2 ədəd sudno (2018) 192 manat, 1 ədəd tibbi biks (2018) 94,55 manat, cəmi 2.193,55 manat məbləğində, Vərəm şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs Şahid13 hesabı üzrə 19 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2018-ci ilə aid 1 ədəd tibbi dolab 390 manat, 2 ədəd stol 330 manat, 3 ədəd stul İSO 144 manat, 1 ədəd ştativ 99,8 manat, 1 ədəd işıq tənzimləyici 98,5 (98,45) manat, 2 ədəd tibbi biks 189,1 manat, 2 ədəd elektrik qızdırıcı 197 manat, 2 ədəd termometr 6 manat, 1 ədəd sterilizator 88,5 manat, 5 ədəd xəstə üçün dolab 480 manat, 2 ədəd paltar dolabı 430 manat, 1 ədəd sənəd dolabı 230 manat, 1 ədəd asılqan 54 manat, cəmi 2.736,9 manat məbləğində, Poliklinika şöbəsinin təsərrüfat bacısı, maddi-məsul şəxs X4 hesabı üzrə 16 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 4 ədəd tibbi biks 378,2 manat, 2018-ci ilə aid 1 ədəd soyuducu 1.050 manat, 1 ədəd qabaq stolu 165 manat, 1 ədəd şirmo 280 manat, 1 ədəd zibil qabı dəmir 69,75 manat, 1 ədəd 58,3 manat, 1 ədəd elektrik pletkası 98,5 manat, 1 ədəd elektrikli pilitə 45,50 manat, 2 ədəd boy ölçən 86,76 manat, 1 ədəd UPS 135 manat, 1 ədəd aparat tanometr 99,12 manat, cəmi 2466,13 manat məbləğində, Laboratoriya şöbəsinin müdiri, maddi-məsul şəxs X13 hesabı üzrə 17 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2018-ci ilə aid 1 ədəd paltar dolabı 215 manat, 1 ədəd sentrafuqa 1.820 manat, 1 ədəd kondinsioner 1.250 manat, 1 ədəd mikraskop 3.700 manat, 1 ədəd soyuducu 1.050 manat, 2 ədəd şirma 560 manat, 1 ədəd katric 120 manat, cəmi 8.715 manat məbləğində, Anbar bölməsinin müdiri, maddi-məsul şəxs Şahid10 hesabı üzrə 19 avqust 2021-ci il tarixə öhdəsində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman 2019-cu ilə aid cəmi 4 ədəd soyuducu 4.200 manat məbləğində, Cərrahiyyə şöbəsinin həkim-otorinolorinqoloqu, maddi-məsul şəxs X20 hesabı üzrə 06 avqust 2021-ci il tarixə öhdəsində olan malmaterial qiymətlilərinin inventarlaşması aparılan zaman cəmi 1 ədəd sənəd üçün şkaf 171 manat məbləğində, Şüa-diaqnostika bölməsinin həkimi, maddi-məsul şəxs X17 hesabı üzrə 06 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd bayraq 12 manat, 1 ədəd gerb 10 manat, 1 ədəd şəkil 10 manat, 1 ədəd himn 10 manat, 1 ədəd portret 15 manat, cəmi 57 manat məbləğində, Aptek bölməsinin müdiri, həkim provizor, maddi-məsul şəxs X5 hesabı üzrə 04 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 1 ədəd soyuducu cəmi 4.608 manat məbləğində, Cərrahiyyə şöbəsinin müdiri, maddi-məsul şəxs X14 hesabı üzrə 16 avqust 2021-ci il tarixə öhdəsində olan mal-material qiymətlilərinin inventarlaşması aparılan zaman 2019-cu ilə aid 1 ədəd printer cəmi 630 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. (cild İ, i.v. 81-113) Şahid1 şahid qismində dindirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokola əlavə etdiyi satınalmalara dair sənədlərdən görünür ki, “İdarənin digər xərcləri” (221310) xərc yarımmaddəsi üzrə kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il tarixli yekun protokoluna əsasən qeyd edilən kotirovka sorğusu üzrə satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiyməti 18.377 manat olmuş, həmin satınalmada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iştirak etmiş, "xxxx" MMC 18.127 manat təkliflə qalib elan edilmişdir. Həmin protokol əsasında "xxxx" MMC və İmişli rayon Mərkəzi Xəstəxanası arasında 25 iyun 2018-ci il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmışdır. “Digər maşın və avadanlıqlar” (311220) xərc yarımmaddəsi üzrə kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 19 aprel 2019-cu il tarixli yekun protokoluna əsasən qeyd edilən kotirovka sorğusu üzrə satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiyməti 35.785 manat olmuş, həmin satınalmada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iştirak etmiş, "xxxx" MMC 35.525 manat təkliflə qalib elan edilmişdir. Həmin protokol əsasında "xxxx" MMC və İmişli rayon Mərkəzi Xəstəxanası arasında 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə dövlət büdcəsindən "xxxx" MMC-nin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ64AZPO******************** nömrəli hesabına xx.xx.2018-ci il tarixli, 6555 nömrəli, xx.xx.2018-ci il tarixli, 10947 nömrəli, xx.xx.2019-cu il tarixli, 6526 nömrəli, xx.xx.2019-cu il tarixli, 167PXO193320501 nömrəli, xx.xx.2019-cu il tarixli, 10765 nömrəli ödəniş tapşırıqları əsasında cəmi 53.652 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. (cild İİ, i.v. 13-58) Cinayət işinin materiallarında olan Şahid1 şahid qismində dindirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokola əlavə etdiyi 33 ədəd tələbnamə və qaimədən görünür ki, 225200 “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması”, 311220 “Digər maşın və avadanlıqlar”, 221100 “Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri” 221200 “Mətbəə xərci”, 221310 “İdarənin digər xərcləri” və 225411 “Bərk inventar xərcləri” xərc yarımmaddələri üzrə alınması rəsmiləşdirilsə də, faktiki olaraq təhvil verilməmiş inventarların bir hissəsinin tələbnamə və qaimələrə, o cümlədən, Xəstəxananın tabeliyində olan Aranlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri Şahid11 hesabına dəyəri 98,5 manat olan 1 ədəd elektrikli pilitə, dəyəri 69,75 manat olan 1 ədəd zibil qabı, dəyəri 230 manat olan 1 ədəd sənəd dolabı, dəyəri 280 manat olan 1 ədəd tibbi şirma, dəyəri 96 manat olan 1 ədəd xəstə üçün dolab, hər birinin dəyəri 165 manat olmaqla, 330 manat dəyərində 2 ədəd masa verilməsi 03 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Uşaq şöbəsinin operatoru X1 hesabına dəyəri 165 manat olan 1 ədəd masa, dəyəri 230 manat olan 1 ədəd sənəd dolabı verilməsi 03 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Xəstəxananın tabeliyində olan Sarxanlı kənd həkim məntəqəsinin təsərrüfat müdiri X6 hesabına dəyəri 186 manat olan 1 ədəd çarpayı, dəyəri 280 manat olan 1 ədəd tibbi şirma, dəyəri 195,5 manat olan 1 ədəd zibil qabı, dəyəri 165 manat olan 1 ədəd masa, dəyəri 230 manat olan 1 ədəd sənəd dolabı, hər birinin dəyəri 48 manat olmaqla, 240 manat dəyərində 5 ədəd stul verilməsi 04 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Poliklinika şöbəsinin müdiri X2 hesabına dəyəri 165 manat olan 1 ədəd masa, dəyəri 280 manat olan 1 ədəd tibbi şirma, dəyəri 69,75 manat olan 1 ədəd zibil qabı verilməsi 05 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Terapiya şöbəsinin təsərrüfat bacısı Şahid18 hesabına dəyəri 270 manat olan 1 ədəd tibbi tarçan, dəyəri 175 manat olan 1 ədəd tozsovuran, hər birinin dəyəri 96 manat olmaqla, 192 manat dəyərində 2 ədəd xəstə üçün dolab verilməsi 06 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı Şahid22 hesabına hər birinin dəyəri 95 manat olmaqla, 190 manat dəyərində 2 ədəd hərəkətli dayaq, hər birinin dəyəri 98,5 manat olmaqla, 197 manat dəyərində 2 ədəd elektrikli pilitə, hər birinin dəyəri 46,5 manat olmaqla, 1.116 manat dəyərində 24 ədəd əl üçün karset, dəyəri 230 manat olan 1 ədəd sənəd dolabı, dəyəri 630 manat olan 1 ədəd printer, dəyəri 1.050 manat olan 1 ədəd soyuducu verilməsi 07 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacısı X31 hesabına dəyəri 98,5 manat olan 1 ədəd elektrikli pilitə, hər birinin dəyəri 185 manat olmaqla, 370 manat dəyərində 2 ədəd hərəkətli masa, dəyəri 1.250 manat olan kondisioner verilməsi 08 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Terapiya şöbəsinin təsərrüfat bacısı Şahid18 hesabına hər birinin dəyəri 46 manat olmaqla, 276 manat dəyərində 6 ədəd döşək və hər 1 metrinin dəyəri 42 manat olmaqla, 210 manat dəyərində 5 metr xalça verilməsi 08 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Hemodializ şöbəsinin baş tibb bacısı Şahid20 hesabına dəyəri 58,3 manat olan 1 ədəd zibil qabı verilməsi 11 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Laboratoriya şöbəsinin müdiri X13 hesabına dəyəri 215 manat olan 1 ədəd paltar dolabı, hər birinin dəyəri 280 manat olmaqla, 560 manat dəyərində tibbi şirma, dəyəri 1.820 manat olan sentrafuqa, dəyəri 1.050 manat olan 1 ədəd soyuducu, dəyəri 1.250 manat olan 1 ədəd kondisioner verilməsi 12 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Təcili tibbi yardım şöbəsinin baş feldşeri Şahid8 hesabına dəyəri 230 manat olan 1 ədəd sənəd dolabı verilməsi 12 dekabr 2018-ci il tarixli tələbnamə və qaiməyə, Uşaq şöbəsinin müdiri Şahid16nın hesabına dəyəri hər birinin dəyəri 58,3 manat olmaqla, 179,9 manat olan 3 ədəd zibil qabı, dəyəri 98,45 manat olan 1 ədəd işıq tənzimləyici, hər birinin dəyəri 98,5 manat olmaqla, 197 manat dəyərində 2 ədəd elektrikli pilitə, dəyəri 94,55 manat olan 1 ədəd tibbi biks, dəyəri 54 manat olan 1 ədəd asılqan, hər birinin dəyəri 96 manat olmaqla, 288 manat dəyərində 3 ədəd xəstə üçün dolab, hər birinin dəyəri 215 manat olmaqla, 430 manat dəyərində 2 ədəd paltar dolabı verilməsi 11 yanvar 2019-cu il tarixli tələbnamə və qaiməyə, Terapiya şöbəsinin təsərrüfat bacısı Şahid18 hesabına dəyəri 185 manat olan 1 ədəd hərəkətli masa, dəyəri 165 manat olan 1 ədəd masa, hər birinin dəyəri 96 manat olmaqla 288 manat dəyərində 3 ədəd xəstə üçün dolab, hər birinin dəyəri 48 manat olmaqla, 96 manat dəyərində 2 ədəd stul verilməsi 18 yanvar 2019-cu il tarixli tələbnamə və qaiməyə, Poliklinika şöbəsinin müdiri X2 hesabına dəyəri 58,3 manat olan 1 ədəd zibil qabı, dəyəri 45,5 manat olan 1 ədəd elektrikli pilitə, dəyəri 98,50 manat olan 1 ədəd elektrikli pilitə, dəyəri 1.050 manat olan 1 ədəd soyuducu, dəyəri 135 manat olan 1 ədəd UPS verilməsi 21 yanvar 2019-cu il tarixli tələbnamə və 22 yanvar 2019-cu il tarixli qaiməyə, Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı Şahid22 hesabına dəyəri 95 manat olan 1 ədəd hərəkətli dayaq, dəyəri 98,5 manat olan 1 ədəd elektrikli pilitə verilməsi 19 yanvar 2019-cu il tarixli tələbnamə və 22 yanvar 2019-cu il tarixli qaiməyə, Laboratoriya şöbəsinin müdiri X13 hesabına dəyəri 3.700 manat olan 1 ədəd mikroskop verilməsi 30 yanvar 2019-cu il tarixli tələbnamə və 24 yanvar 2019-cu il tarixli 30 yanvar 2019-cu il tarixli qaiməyə, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacıcı X31 hesabına dəyəri 230 manat olan 1 ədəd sənəd dolabı verilməsi 25 yanvar 2019-cu il tarixli tələbnamə və 26 yanvar 2019-cu il tarixli qaiməyə, Yeni Bəhrəmtəpə həkim məntəqəsinin müdiri Şahid12 hesabına dəyəri 1.250 manat olan 1 ədəd kondisioner və dəyəri 1.050 manat olan 1 ədəd soyuducu verilməsi 07 fevral 2019-cu il tarixli tələbnamə və qaiməyə, Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı Şahid22 hesabına dəyəri 1.800 manat olan 1 dəst mebel verilməsi 26 aprel 2019-cu il tarixli tələbnamə və qaiməyə, Terapiya şöbəsinin təsərrüfat bacısı Şahid18 hesabına hər birinin dəyəri 42 manat olmaqla, 504 manat dəyərində 12 ədəd yataq dəsti verilməsi 05 avqust 2019-cu il tarixli tələbnamə və qaiməyə, Hemodializ şöbəsinin müdiri Şahid19 Durmuş oğlunun hesabına hər birinin dəyəri 42 manat olmaqla 294 manat dəyərində 7 ədəd yataq dəsti verilməsi 07 avqust 2019-cu il tarixli tələbnamə və qaiməyə, Laboratoriya şöbəsinin müdiri X13 hesabına dəyəri 120 manat olan 1 ədəd katric verilməsi 07 sentyabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacıcı X31 hesabına dəyəri 120 manat olan 1 ədəd elektrikli pilitə verilməsi 30 sentyabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Anbar müdiri Babaşov Müşviq Abduləzim oğlunun hesabına hər birinin dəyəri 1.050 manat olmaqla 2100 manat dəyərində 2 ədəd soyuducu verilməsi 19 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacıcı X31 hesabına dəyəri 1.050 manat olan 1 ədəd soyuducu verilməsi 19 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacıcı X31 hesabına dəyəri 175 manat olan 1 ədəd tozsovuran verilməsi 23 dekabr 2019cu il tarixli tələbnamə və qaiməyə, Reanimasiya şöbəsinin təsərrüfat bacıcı X10 hesabına dəyəri 175 manat olan 1 ədəd tozsovuran verilməsi 23 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Terapiya şöbəsinin təsərrüfat bacısı Şahid18 hesabına dəyəri 1.050 manat olan 1 ədəd soyuducu verilməsi 25 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Reanimasiya şöbəsinin təsərrüfat bacıcı X10 hesabına dəyəri 630 manat olan 1 ədəd tozsovuran verilməsi 27 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Cərrahiyyə şöbəsinin müdiri X15 hesabına dəyəri 630 manat olan 1 ədəd tozsovuran verilməsi 27 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Cərrahiyyə şöbəsinin təsərrüfat bacısı Şahid22 hesabına dəyəri 1.050 manat olan 1 ədəd soyuducu verilməsi 27 dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Uşaq şöbəsinin müdiri Şahid16nın hesabına dəyəri 125 manat olan 1 ədəd elektrikli pilitə verilməsi dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə, Təcili tibbi yardım şöbəsinin baş feldşeri Şahid8 hesabına dəyəri 175 manat olan 1 ədəd tozsovuran və hər birinin dəyəri 290 manat olmaqla, 2.320 manat dəyərində təcili tibbi yardım paltarı verilməsi dekabr 2019-cu il tarixli tələbnamə və qaiməyə qeyd edilmişdir. (cild İİ, i.v. 59-103) "xxxx" MMC-dən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 103-1-16/2/2129-22 nömrəli məktuba əlavə edilmiş maliyyə əməliyyatlarına dair sənədlərlə dövlət büdcəsindən "xxxx" MMC-nin "xxxx" MMC-nin İmişli rayon poçt filialındakı AZ64AZPO******************** nömrəli hesabına xx.xx.2018-ci il tarixli, 6555 nömrəli, xx.xx.2018-ci il tarixli, 10947 nömrəli, xx.xx.2019-cu il tarixli, 6526 nömrəli, xx.xx.2019-cu il tarixli, 167PXO193320501 nömrəli, xx.xx.2019-cu il tarixli, 10765 nömrəli ödəniş tapşırıqları əsasında cəmi 53.652 manat məbləğdə pul vəsaiti köçürülməsi və həmin vəsaitlərin kassadan nağdlaşdırılması öz təsdiqini tapmışdır. (cild İİ, i.v. 252-273) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli rəydən görünür ki, İmişli rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında bağlanmış 03 iyul 2019-cu il tarixli müqavilə (digər maşın və avadanlıqlar) üzrə təqdim edilmiş qaimənin yekun məbləği 35.525 manat olmuş, yerində aşkar edilməmiş inventarların dəyəri 9.135 manat təşkil etmişdir. Yerində aşkar edilməmiş mallar birinin dəyəri 1.050 manat olmaqla, cəmi 7.350 manat dəyərində 7 ədəd soyuducu, hər birinin dəyəri 630 manat olmaqla, cəmi 1.260 manat dəyərində 2 ədəd printer, hər birinin dəyəri 175 manat olmaqla, cəmi 525 manat dəyərində 3 ədəd tozsovurandan ibarət olmuşdur. İmişli rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında bağlanmış 03 iyul 2019-cu il tarixli müqavilə (idarənin digər xərcləri) üzrə təqdim edilmiş qaimənin yekun məbləği 18.127 manat olmuş, yerində aşkar edilməmiş inventarların dəyəri 120 manat təşkil etmişdir. İmişli rayon Mərkəzi Xəstəxanası ilə "xxxx" MMC arasında bağlanmış 25 iyun 2018-ci il tarixli müqavilə (idarənin digər xərcləri) üzrə təqdim edilmiş qaimənin yekun məbləği 11.270 manat olmuş, yerində aşkar edilməmiş inventarların dəyəri 705 manat təşkil etmişdir. Qeyd edilən müqavilələr üzrə yerində aşkar edilməmiş mallar hər birinin dəyəri 69,75 manat olmaqla, cəmi 139,5 manat dəyərində 2 ədəd zibil qabı, dəyəri 195,5 manat olan 1 ədəd zibil qabı, dəyəri 120 manat olan 1 ədəd katric, hər birinin dəyəri 125 manat olmaqla, cəmi 250 manat dəyərində 2 ədəd elektrikli pilitəsi, dəyəri 120 manat olan 1 ədəd elektrik pilitəsindən ibarət olmuşdur. Ümumilikdə "xxxx" MMC tərəfindən təhvil verilməsi rəsmiləşdirilmiş, lakin yerində aşkar edilməmiş malların dəyəri 9.960 manat olmuşdur. (cild İİ, i.v. 233-251) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X9 tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 40 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ÜZVİ MƏNŞƏLİ YÜNGÜL KOQNİTİV POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.7) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində təfəkkürünün bir qədər torpid xarakter daşıması, koqnitiv funksiyalarının zəifləməsi, söhbət prosesində tez yorulması, astenizasiya əlamətlərinin büruzə verməsi, əhvali-ruhiyyə fonunda nisbətən enmə müşahidə edilməsi, emosional reaksiyalarının bir qədər dəyişkən olması və s.) sübut edir. Bununla yanaşı hal-hazırkı ekspertiza zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs bəzi sualları cavablandırmaqdan yayınsa da, bəzi sualları ətraflı cavablandırması, söhbəti özünü maraqlandıran mövzulara yönəltməyə çalışması, yaddaş funksiyalarının müayinəsi zamanı verilən suallar və edilən testlər zamanı bəzi sualları qəsdən səhv cavablandırması, ağır xəstə olması təəssüratı yaratmağa çalışması, bunu obrazlı şəkildə göstərməsi, davranışında xəstəlik görüntüsünün yaradılmasına xidmət edən əlamətlər, nümayişkarlıq müşahidə edilməsi, bəzi əlamətlərin həqiqətdə olduğuna nisbətən xeyli şişirtməsi onun aqravasiya etdiyini göstərir. Qeyd olunmalıdır ki, aqravasiya - simulyasiyanın bir növü olub mövcud xəstəliyin, yaxud onun ayrı-ayrı əlamətlərinin şişirdilmiş formada təqdim olunmasıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Halhazırkı müayinə zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni xatırlamadığını bildirsə də, 10 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində hadisələri ətraflı və dəqiq təsvir etmişdir. Buna əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs oğlu baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixli ifadəsindən məlum olur ki, o hadisə zamanı ardıcıl və məqsədyönlü hərəkətlər etmiş, bunu uzun müddət davam etdirmişdir. Həmçinin onda hər hansı psixi patologiyanın olmasını təsdiq edən tibb arayış ekspertizaya təqdim edilmədiyindən belə qənaətə gəlmək olar ki, hadisə dövründə Təqsirləndirilən şəxs hər hansı psixi patologiya qeyd olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı «Üzvi mənşəli yüngül koqnitiv pozuntu» aşkar olunur. Lakin Təqsirləndirilən şəxs müəyyən olunan üzvi mənşəli koqnitiv pozuntu onu hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə istintaqa verdiyi ifadənin təhlili zamanı məlum olur ki, o iş üzrə əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətindədir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aqravasiya elementləri (bəzi əlamətlərin həqiqətdə olduğuna nisbətən xeyli şişirdilməsi) müəyyən edildiyindən onun bəzi məlumatları bilərəkdən reallıqda olduğundan fərqli şəkildə təsvir etməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (cild İİİ, i.v. 193-200) Həmçinin, məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar stasionar məhkəməpsixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 115 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «Üzvi mənşəli yüngül koqnitiv pozuntu» xəstəliyi aşkar olunur, onun törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il və 19 aprel 2019-cu il tarixli yekun protokolları, İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında 25 iyun 2018-ci il və 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri, xx.xx.2018-ci il tarixli, EAAL 503482 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAO 582093 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAW 949997 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAD 015338 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAD 937025 nömrəli elektron qaimələr, xx.xx.2018-ci il tarixli, 6555 nömrəli, xx.xx.2018-ci il tarixli, 10947 nömrəli, xx.xx.2019-cu il tarixli, 6526 nömrəli, xx.xx.2019-cu il tarixli, 167PXO193320501 nömrəli, xx.xx.2019-cu il tarixli, 10765 nömrəli ödəniş tapşırıqları, habelə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional maliyyə müfəttişliyindən daxil olmuş inventarizasiyaya artıq sərf edilmiş büdcə vəsaitlərinə dair sənədlər, Şahid1 13 iyul 2022-ci il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi satınalmalara dair sənədlər, ödəniş tapşırıqları, elektron qaimə, daxili qaimə və tələbnamələr, "xxxx" MMC-dən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 103-1-16/2/2129-22 nömrəli məktuba əlavə edilmiş bank əməliyyatlarına dair sənədlər 18 mart 2023-cü il tarixli qərara əsasən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild İİİ, i.v. 203-238) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsindən daxil olmuş 06 fevral 2023-cü il tarixli, 2-2- 02/5/3-127/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild İİ, i.v. 276-279) İş materiallarına əlavə edilmiş iptidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 03, iş vər. 40-41). "xxxx" MMC-nin qeydiyyat sənədlərinə əsasən həmin Cəmiyyət 13 aprel 2018-ci il tarixdə Nümayəndə adından təsis edilsə də, Cəmiyyətin fəaliyyətinə rəsmi rəhbərliyi həyata keçirən Təqsirləndirilən şəxs olmuş, sonuncu nizamnamə üzrə həmin Cəmiyyətin direktoruna məxsus bütün səlahiyyətləri öz üzərinə götürməklə təkbaşına rəhbərliyi həyata keçirən vəzifəli şəxs olmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs rəsmi rəhbərliyi həyata keçirdiyi hüquqi şəxs – "xxxx" MMC (VÖEN:**********) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus olmaqla dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış və 2018- 2019-cu illərdə İmişli rayon Mərkəzi Xəstəxanasına 311220 “Digər maşın və avadanlıqlar” və 221310 “İdarənin digər xərcləri” xərc yarımmaddələri üzrə malların satınalınması üçün nəzərdə tutulmuş və ona etibar edilmiş cəmi 9.960 manat pul vəsaitini mənimsəməklə talayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, "xxxx" MMC-yə məxsus gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə daxil olaraq elektron qaimələr tərtib etməklə satınalınması nəzərdə tutulan malların İmişli rayon Mərkəzi Xəstəxanasına tam təhvil verilməsinə dair informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır, inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə yuxarıda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi qismən təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4 maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Eyni zamanda, iptidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmamış, bu Məcəllənin 308.1 ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin ağır nəticələrə səbəb olması məhkəmə tərəfindən müəyyən olunmamış, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları nəzərə alınaraq, onun bu əməli CM-nin 308.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd olunan cəzanı ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsirini və yaşını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq ona əlavə cəza qismində müəyyən müddətə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilməli və Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-cı maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə “Vətən-2018' MMC (VÖEN:**********) ləğv edilməlidir. İş üzrə maddi sübut olan sənədlər (kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il və 19 aprel 2019-cu il tarixli yekun protokolları, İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında 25 iyun 2018-ci il və 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri, xx.xx.2018-ci il tarixli, EAAL 503482 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAO 582093 nömrəli, xx.xx.2019-cu il tarixli, E.AAVV 949997 nömrəli, 26.11 2019-cu il tarixli, EBAD 015338 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAD 937025 nömrəli elektron qaimələr, xx.xx.2018-ci il tarixli, 6555 nömrəli. xx.xx.2018-ci il tarixli, 10947 nömrəli, xx.xx.2019-cu il tarixli, 6526 nömrəli, xx.xx.2019- cu il tarixli, 167PX********** nömrəli, xx.xx.2019-cu il tarixli, 10765 nömrəli ödəniş tapşırıqları, habelə Azərbaycan Respublikas' Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 sayı Regional maliyyə müfəttişliyindən daxil olmuş ınventarizasiyaya artıq sərf eaiimış büdcə vəsaitlərinə dair sənədlər, Şahid1 13 iyul 2022-ci il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi satınalmalara dair sənədlər, ödəniş tapşırıqları, elektron qaimə, daxili qalmə və tələbnamələr, "xxxx" MMC-dən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 103-1-16/2/2129-22 nömrəli məktuba əlavə edilmiş bank əməliyyatlarına dair sənədlər) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə dəymiş maddi ziyan 9.960 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş İmişli rayon vəkil bürosunun vəkili X3 təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 10 saat sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, dövlət büdcəsinin hesabından İmişli rayon vəkil bürosunun vəkili X8 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs əlavə cəza qismində 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs əlavə cəza qismində 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan mərhum etmə tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq nüququndan mərhum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-cı maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə “Vətən-2018' MMC (VÖEN:**********) ləğv edilsin. İş üzrə maddi sübut olan sənədlər (kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının 18 may 2018-ci il və 19 aprel 2019-cu il tarixli yekun protokolları, İmişli rayon Mərkəzi Xəstəxanası ilə arasında 25 iyun 2018-ci il və 3 iyul 2019-cu il tarixli mallar üzrə satınalma müqavilələri, xx.xx.2018-ci il tarixli, EAAL 503482 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAO 582093 nömrəli, xx.xx.2019-cu il tarixli, E.AAVV 949997 nömrəli, 26.11 2019-cu il tarixli, EBAD 015338 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAD 937025 nömrəli elektron qaimələr, xx.xx.2018-ci il tarixli, 6555 nömrəli. xx.xx.2018-ci il tarixli, 10947 nömrəli, xx.xx.2019-cu il tarixli, 6526 nömrəli, xx.xx.2019- cu il tarixli, 167PX********** nömrəli, xx.xx.2019-cu il tarixli, 10765 nömrəli ödəniş tapşırıqları, habelə Azərbaycan Respublikas' Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 sayı Regional maliyyə müfəttişliyindən daxil olmuş ınventarizasiyaya artıq sərf eaiimış büdcə vəsaitlərinə dair sənədlər, Şahid1 13 iyul 2022-ci il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi satınalmalara dair sənədlər, ödəniş tapşırıqları, elektron qaimə, daxili qalmə və tələbnamələr, "xxxx" MMC-dən daxil olmuş 24 noyabr 2022-ci il tarixli, 103-1-16/2/2129-22 nömrəli məktuba əlavə edilmiş bank əməliyyatlarına dair sənədlər) cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə dəymiş maddi ziyan 9.960 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Müdafiəçi X16 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altımış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar