Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-48/2025 10.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, heç bir yerdə işləməyən, evli, məhkum olunmamış, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olmaqla yaşayan, Yasamal Rayon MƏhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən yaşayış massivində "xxxx" MMC tikinti şirkəti tərəfindən həqiqətdə tikintisi həyata keçirilməyən yaşayış binasının 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 93 kv\m olan iki otaqlı, 72 nömrəli mənzilin satışını təşkil edəcəyi vədi ilə aldadıb özünü həmin tikinti şirkətinin komendantı kimi təqdim edərək saxta “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli, 33 saylı müqavilə və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlini hazırlayıb Zərərçəkmiş şəxs təqdim etməklə 15 iyun 2021-ci il tarixdə, ünvan 1 ünvanında sonuncudan 30.000 (otuz min) manat pul, ondan eyni məqsədlə 9 sentyabr 2021-ci il tarixdə, saat 10:34-də Zərərçəkmiş şəxs tərəfindən İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Final” marketdə olan “E-manat” ödəmə aparatı vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid olan «5444 5960 1219 8362» nömrəli bank kartı hesabına 1630 (bir min altı yüz otuz) manat pulun, daha sonra eyni məqsədlə 2021-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs tərəfindən İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Final” marketdə olan “E-manat” ödəmə aparatı vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid olan «5444 5960 1219 8362» nömrəli bank kartı hesabına 1870(bir min səkkiz yüz yetmiş) manat pulun, daha sonra eyni məqsədlə 3 dekabr 2021-ci il tarixdə, saat 12:24-də Zərərçəkmiş şəxs tərəfindən İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Final” marketdə olan “E-manat” ödəmə aparatı vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid olan «5444 5960 1219 8362» nömrəli bank kartı hesabına 3500(üç min beş yüz) manat pulun Zərərçəkmiş şəxs tərəfindən yönləndirilməsinə nail olub, vahid cinayətkar niyyətlə cəmi 37.000(otuz yeddi min) manat pul əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, törətdiyi cinayət əməli ilə bağlı istintaq zamanı əvvəllər verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs məxsus ümumilikdə 37.000 manat pulu o, ələ keçirmişdir. Barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə məhkəmə istintaqının aparıldığını bildirmişdir. O, əvvəllər "xxxx" MMC-nin tikdiyi və idarə etdiyi Yasamal rayonu 7-ci Alatava ev 80A saylı binada qeyri-rəsmi komendant vəzifəsində işləmiş, həmin bina təsisçiləri Fərəc və başqa şəxslər olan "xxxx" MMC tərəfindən tikilmişdir. Həmin işdə 2021-ci ilin dekabr ayında işləmiş, sonra isə işdən çıxmışdır. O, 2021-ci ilin dekabr ayının 7-də Azərbaycan Respublikasından getmiş və 2023-cü ilin 16 fevral tarixində beynəlxalq axtarışla Belarusiya Respublikasından tutularaq Azərbaycan Respublikasına gətirilmişdir. Hazırda barəsində məhkəmə istintaqının davam etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, sonuncu ilə münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs onun evi ilə qonşuluqda yerləşən evi olmuş, ona gör də münasibəti yaranmışdır. 2021-ci ilin yay aylarında söhbət zamanı Zərərçəkmiş şəxs ona kredit yolu ilə ev almaq istədiyini demişdir. Bundan sonra o, maddi vəziyyətinin aşağı olması ilə bağlı Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş və növbəti görüşdə sonuncuya yalan məlumat verib, guya işlədiyi "xxxx" MMC tərəfindən Nərimanov rayonunda binanın təməlinin qoyulduğunu, orada kvadratını 1000 manata daxili kredit yolu ilə və faizsiz mənzil təşkil edilə biləcəyini demişdir. Zərərçəkmiş şəxs da daxili kredit yolu ilə ev almaq istədiyini bildirib ondan şərtləri soruşmuşdur. O, Zərərçəkmiş şəxs iki otaqlı mənzilin 93 kv\m olmasını və qiymətinin 93.000 manat olmasını, daxili kredit yolu ilə və faizsiz olaraq, ilkin ödəniş kimi mənzilin dəyərinin təxmini 30 faizini, yəni 30.000 manat pul verməsini, qalan pulu isə müqavilə bağlanılacağı və hissə-hissə olmaqla iki il ərzində ödəyib bitirməsini, mənzilə dair müqavilə və ödəniş cədvəli verəcəyini, krediti bitirdikdən sonra sonda mənzili adına sənədləşdirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və ona sənədləri hazır etməyi, sənədlər hazır olduqdan isə artıq ödəniş edə biləcəyini demişdir. Lakin "xxxx" MMC tərəfindən Nərimanov rayonunda hər hansı bina və ya başqa tikinti həyata keçirilməmişdir. O, bu barədə heç kimə, yəni "xxxx" MMC-nin rəhbərliyinə heç nə deməmişdir. Bundan sonra o, 15 iyun 2021-cu il tarixdə rəngli printer vasitəsilə guya "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 15 iyun 2021-ci il tarixli 33 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və ödəniş cədvəlini saxta olaraq tərtib etmişdir. Sənədləri hazırladıqdan sonra həmin gün gedib ünvan 2 ünvanında Zərərçəkmiş şəxsla görüşmüşdür. Zərərçəkmiş şəxs xx.xx.2021ci il tarixli 33 saylı müqavilə və ödəniş cədvəlini vermiş, sonuncu həmin müqaviləyə və ödəniş cədvəlinə baxıb mənzilin özünə məxsus olmasına inanmış, sonra ondan aylıq ödənişlər barədə soruşduqda o, 30.000 manat verməsini, qalan 63.000 manat pulu isə iki il ərzində hissə-hissə ödəyib qurtarmağını, aylıq ödənişi ona verməsini, həmin kredit cədvəlində boş xanalar olduğunu göstərib aylıq nə qədər pul veərərsə həmin xanalarda yazılacağını və imzalarla təsdiq olunacağını, nə qədər çox ödəyərsə kreditinin tez bağlanacağını demişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ona 30.000 manat pulu sayıb vermiş, o da pulu sayıb götürmüş və oradan getmişdir. Həmin pulu heç bir şirkətin hesabına və ya kassaya ödəməmişdir. Həmin pulları isə öz maddi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs hər ay ona ödəniş kimi, 2021-ci ilin sentyabr ayının əvvəllərində, tarixini dəqiq xatırlamadığı günündə 1630 manat, ondan sonra 2021-ci ilin oktyabr ayının sonlarında, dəqiq tarixini xatırlamadığı günündə 1870 manat və sonuncu dəfə 2021-ci ilin dekabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günündə 3500 manat pul vermişdir. Zərərçəkmiş şəxs həmin pulları onun verdiyi "xxxx" ASC-yə aid 5444-xx-xx-1219-8362 saylı kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs İmişli rayonunda yaşadığı üçün və bir də Bakı şəhərinə gəlib-getməməsi üçün həmin pulları ona İmişli rayonunda kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs dediklərini səmimi olaraq qəbul etmişdir. Ona təqdim edilən xx.xx.2021-ci il tarixli 33 saylı müqavilə və ödəniş cədvəli ilə tanış olmuş və həmin sənədi o, tərtib etmişdir. Həmin sənəd saxta olmuş, "xxxx" MMC tərəfindən Nərimaov rayonunda hər hansı bina və ya başqa tikinti həyata keçirilməmişdir. Bunu o, pul əldə etmək üçün etmişdir. Həqiqətən Zərərçəkmiş şəxs 37.000 manat pulu birinci dəfə 30.000 manat, ikinci dəfə 1630 manat, üçüncü dəfə 1870 manat və dördüncü dəfə 3500 manat olmaqla alıb, guya Zərərçəkmiş şəxs ucuz qiymətə ev satılacağını demişdir. Müqavilə və ödəniş cədvəli "xxxx" MMC-nin direktor əvəzi Təran Məmmədovun adına tərtib olunsa da, rəngli printerdə skan etmiş və imza və möhür başqa əsl sənəddən kserokopiya etmişdir. Bununla bağlı nə Şahid2, nə də başqa şəxsin rolu və məlumatı, iştirakı olmamışdır. Aldığı 37.000 manat pulu isə tək götürmüşdür. Pullar nə "xxxx" MMC-yə, nə də başqa şirkətə və ya kassaya verilməmiş, Zərərçəkmiş şəxs satılması nəzərdə tutulan və reallıqda mövcud olmayan mənzil 93 kv\m olmaqla 93.000 manata satılması müqavilədə yazılmışdır. Zərərçəkmiş şəxs ona pul verərkən yanlarında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs üçün heç bir iş görməmiş, sonuncuya ev almaq adı ilə yalan vəd verib pulunu ələ keçirmişdir. Aldığı pullardan isə heç nə qaytarmamışdır. O, əvvəllər istintaqda ifadə verən zaman Şahid1 da bu işlə bağlı əlaqəsinin olmasını bildirmişdir. Şahid1 ilə onun ev alqısatqısı məsələlərində çox ortaq işləri olmuş və hazırda da Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq olunan cinayət işindən də bunun göründüyünü bildirmişdir. Amma Zərərçəkmiş şəxs işi ilə bağlı epizodda isə Şahid1 heç bir əlaqəsi olmamışdır. O, həmin vaxt bu barədə dəqiq məlumatlı olmamışdır. Amma o, sonradan dəqiqləşdirmiş və ona müəyyən epizodlarda sənədləri özüm hazırlaması və vətəndaşlara özü təqdim etməsi aydın olmuşdur. Bu epizodda da o, kredit sənədlərini və ödəniş cədvəlini özü hazırlamış və Şahinə özü təqdim etmişdir. Şahid1 bu işlə heç bir əlaqəsinin olmadığını dəqiq bildirmişdir. Əlavə sənədlərin-məhkəmə texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 5/85 nömrəli rəyi və məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/159 nömrəli rəyi ilə tanış olduğunu, razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 15.06.221-ci il tarixli 33 nömrəli müqavilə onun tərəfindən saxta olaraq rəngli printerdə hazırlanmış və bunu da Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək məqsədi ilə etmişdir. Heç bir etirazı olmamışdır. Zərərçəkmiş şəxsla onun arasında mütəmadi zəng əlaqələri olmuşdur. O, bunu ifadəsində qeyd etmişdir. Şahid1 ilə onun arasında olan zəng əlaqələri də normaldır. Çünki, o, həmin "xxxx"MMC-yə məxsus binada komendant işləmiş, Lamiyə də orada kargüzar işləmişdir. Buna görə də işlə bağlı zəng əlaqələri olmuşdur. Həmçinin Şahinin də həmin binada birinci blok, dördüncü mərtəbədə 13 saylı mənzili olmuş və buna görə də kommunal ödənişlərlə bağlı Şahid1 ilə aralarında zəng əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək məqsədi ilə pulu almışam geri qaytarmamışam. Onun həmin "xxxx" MMC-də ev satmaq səlahiyyəti olmamışdır. Bu barədə "xxxx" MMC rəhbərliyənin məlumatı olmamışdır. Nə vaxtsa cəzası çəkib qurtardıqdan sonra dəymiş ziyanı qaytaracaq. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımış, onun qardaşı Yasər Məmmədovun qonşusu olmuş, əslən Saatlı rayonundandır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə söhbət zamanı ona "xxxx" MMC-də komendant işlədiyini demiş, söhbət zamanı o da Bakı şəhərindən kredit yolu ilə ev almaq istədiyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona işlədiyi "xxxx" MMC tərəfindən Nərimanov rayonunda yeni bir binanın təməlinin qoyulduğunu, orada kvadratını 1000 manatdan olmaqla ona daxili kredit yolu ilə faizsiz mənzil təşkil edə biləcəyini bildirmişdir. O, daxili kredit yolu ilə ev almaq istəmiş və Təqsirləndirilən şəxs mənzil almaqla bağlı şərtləri soruşmuşdur. Təqsirləndirilən şəxs ona iki otaqlı mənzilin 93 kv\m olmasını və 1 kv\m sahəsinin 1000 manatdan olmaqla mənzilin tam qiymətinin 93.000 manat olmasını, daxili kredit yolu ilə və faizsiz, ilkin ödəniş kimi mənzilin dəyərinin təxmini 30 faizini, yəni 30.000 manat pul verilməsini, qalan pulu isə müqavilə bağlanılacağı, iki il ərzində hissə-hissə olmaqla ödəyib bitirməyi, mənilə dair müqavilə və ödəniş cədvəli verəcəyini, krediti bitirdikdən sonra mənzili adına sənədləşdirə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təklifini bəyəndiyi üçün və tanışı olduğundan inanmış və razılaşmış, sonuncuya sənədləri hazırlamağı demişdir. Təqsirləndirilən şəxs ödənişlə bağlı danışdıqda isə sənədlər hazır olduqda ona ödənişi hazır edə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək görüşməyi təklif etmiş və evin sənədlərini hazır etdiyini bildirmişdir. Həmin gün ünvan 4 ünvanında görüşdüklərini, AŞMəhərrəmovun ona xx.xx.2021-ci il tarixli 33 saylı müqavilə və ödəniş cədvəlini verdiyini, o, həmin müqaviləyə və ödəniş cədvəlinə baxıb mənzilin ona məxsus olmasına inandığını, sonra Təqsirləndirilən şəxs aylıq ödənişlər barədə soruşduqda sonuncunun ona 30.000 manatı verməyi, qalan 63.000 manat pulu isə iki il ərzində hissə-hissə ödəyib qurtarmağını, aylıq ödənişi Təqsirləndirilən şəxs verməyi, həmin kredit cədvəlində boş xanalar olduğunu olduğunu göstərib aylıq nə qədər pul ödəyərsə həmin xanalara yazılacağını və imza ilə təsdiq olunacağını, nə qədər çox ödəyərsə kreditinin tez bağlanacağını bildirmişdir. Həmin günü, yəni xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında o, Təqsirləndirilən şəxs 30.000 manat pulu sayıb vermiş, sonuncu da sayıb qəbul etmişdir. Bundan sonra o, hər ay kredit ödənişini etmiş, o, əsasən İmişli rayonunda yaşadığı üçün və tez-tez Bakı şəhərinə gedib-qayıda bilmədiyi üçün Təqsirləndirilən şəxs krediti necə ödəyə biləcəyini soruşmuş, sonuncu da ona kart hesabı göndərərək pulu həmin karta ükləməyini, pulu çıxarıb evin kreditini ödəyəcəyini bildirmiş, həmin vaxt ona öz adına olan "xxxx" ASC-yə aid 5444-5960-1219-8362 saylı kart hesabı göndərmişdir. O, 2021-ci ilin sentyabr ayının 9-da İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən, “Final” markaetdə quraşdırılmış “e-manat” onlayn ödəmə terminalından Təqsirləndirilən şəxs verdiyi "xxxx" ASC-yə 5444-5960-1219-8362 saylı kart hesabına 1630 manat, ondan sonra 2021-ci ilin oktyabr ayının sonlarında, dəqiq tarixini xatırlamadığı günüdə, İmişli şəhərindən Təqsirləndirilən şəxs verdiyi həmin "xxxx" ASC-yə aid həmin kart hesabına 1870 manat və sonuncu dəfə 2021-ci ilin dekabr ayının 3-də, İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən, “Final” marketdə quraşdırılmış “e-manat” onlayn ödəmə terminalından Təqsirləndirilən şəxs verdiyi həmin kart hesabına 3500 manat pul ödəmişdir. Kredit ödənişini edən zaman Təqsirləndirilən şəxs məlumat vermiş və pulu karta yüklədikdən sonra qəbzin şəklini çəkib məlumat üçün sonuncuya göndərmişdir. Bir müddət sonra isə o, Təqsirləndirilən şəxs dələduzluqla məşğul olduğunu və xeyli sayda şəxslərə saxta müqavilələrlə ev satdığını öyrənmişdir. Bu barədə maraqlandıqda isə etibar etdiyi Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını öyrənmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ölkədən getdiyini də öyrənmişdir. Həmin tarixdən sonra o, dəfələrlə "xxxx" MMC-nin rəhbərləri Şahid2 və Fərəc Abbasovun qəbulunda olsa da, həmin şəxslər bu işə aidiyyatlarının olmadığını, "xxxx" MMC tərəfindən Nərimanov rayonunda hər hansı bina və ya başqa tikinti həyata keçirilmədiyini bildirmiş və onun pullarının geri qaytarılmasında köməklik göstərməmişlər. O, Təqsirləndirilən şəxs qayıdıb gəlib onun pulunu geri qaytaracağını gözləmiş, lakin qaytarmadığı üçün o da rəsmi qaydada şikayətini 2024-cü il tarixdə etmişdir. Sonradan Təqsirləndirilən şəxs xaricdən tutulub gətirilməsini və hazırda barəsində məhkəmədə cinayət işi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona guya "xxxx" MMC tərəfindən Nərimanov rayonunda inşa edilməklə olan binadan daxili kredit yolu ilə, faizsiz, 1 kv\m sahəsi 1000 olmaqla iki otaqlı 93 kv\m sahəsi olan mənzil alıb verə biləcəyinə inandırıb etibarından sui-istifadə edərək aldatmış və ümumilikdə 37.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, 30.000 manat pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs onun üçün daxili kredit yolu ilə faizsiz olaraq mənzil alacağına vəd verib inandırmış, lakin onu aldadıb puluu almış və ona heç bir məbləğdə pul qaytarmamışdır. Təqsirləndirilən şəxs 1630, 1870 və 3500 manat pulları göndərən zaman yanında heç kim olmamışdır. O, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən, “Final marketdə” olan “e-manat” onlayn ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus 5444-5960-1219- 8362 saylı kart hesabına 3500 manat məbləğdə pul ödəmişdir. Bundan sonra pul ödəməmişdir. Həmin pulu ödədikdən sonra Təqsirləndirilən şəxs ölkədən qaçıb getmiş və bir də ölkəyə polislər tərəfindən tutulub gətirilmişdir. Qəbzlərin surətini də təqdim etmişdir. Ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şahid1 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, atasının vəfatı ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövrü verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, "xxxx" MMC-də kargüzar işləyir. Həmin şirkətdə 2014-cü ildən işləyir. O vaxt o, əmək müqaviləsi əsasında işləsə də sonradan səhhəti ilə bağlı problem olduğu üçün onun əmək müqaviləsinə xitam verilmişdir. Lakin sonradan yenə o, həmin kargüzar işinə qayıtmış, lakin əmək müqaviləsi bağlamadan hazırda da işləyir. Həmin şirkətdə komendant işləmiş Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Münasibəti iş yoldaşı kimi normal olmuşdur. Onun və Təqsirləndirilən şəxs barələrində Bakı Ağır Cinayətlər Məhkəməsində AR CM-nin 178.3.2 və 320-ci maddələri ilə məhkəmə istintaqı aparılan cinayət işi üzrə də o, özünü ittiham elan olunan maddələr üzrə təqsirli bilməmişdir. Çünki, Təqsirləndirilən şəxs etdiyi əməllərlə bağlı onun heç bir əlaqəsi olmamışdır. O, həmin "xxxx" MMC-də kargüzar kimi işləmiş və mənzil alqı-satqısında heç bir aidiyyatı olmamışdır. Hətta həmin cinayət əməllərinin açılmasında onun təşəbbüsü olmuşdur. Həmin vaxt o, Ağasəmidin bu əməlləri barədə şirkətin təsisçilərindən biri olan Tərlan müəllimə də bu barədə məlumat vermişdir. 29 noyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işi üzrə aparılan məhkəmə istintaqına şahid qismində dəvət edilən Tərlan müəllim özü də həmin xüsusatı etiraf etmiş və Ağasəmidin hərəkətləri barədə məlumat verdiyini təsdiq etmişdir. Şahid qismində ifadə verdiyi bu cinayət işi üzrə Zərərçəkmiş şəxs tanımır, sonuncu ilə heç bir münasibəti olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs da onunla heç bir əlaqəsi olmamışdır. Sadəcə işlədiyi "xxxx" MMC-yə məxsus binada, Yasamal rayonu, 7-ci Alatavada yerləşən binada mənzil sahibi olan şəxs kimi tanımışdır. Zərərçəkmiş şəxs həmin binada mənzili olmuşdur. O da kargüzar işlədiyi üçün Zərərçəkmiş şəxs binada mənzil sahibi olmasını bilmişdir. Ağasəmidin isə Zərərçəkmiş şəxsla nə əlaqəsi olmasını, sonuncuya qarşı hər hansı əməl törətməsini bilməmişdir. Sadəcə sonradan Ağasəmidin bu hərəkətlərinin üstü açıldıqdan sonra Zərərçəkmiş şəxs da qarşı dələduzluq hərəkətləri etməsini öyrəmişdir. Zərərçəkmiş şəxs məxsus mənzilin sənədləri əsasında guya başqa binadan ikinci mənzil satacağını vəd etmişdir. Amma onun bu işlə bağlı heç bir qeyri-məlumatı olmamışdır. O, bu xüsusatları da çox sonradan Ağasəmidin barəsində cinayət işi qaldırlan zaman öyrənmişdir. Həmçinin Yasamal rayon prokurorluğunda izahat verən zaman, eləcə də Yasamal rayon polis İdarəsinin İstintaq şöbəsində ifadə verən zaman bunları eynilə qeyd etmişdir. Təqsirləndirilən şəxsla heç bir əlbirlik əlaqələrinin olmadığını bildirmişdir. Eyni zamanda da barələrində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə istintaqı aparılan cinayət işi zamanı da o, Təqsirləndirilən şəxsla əlbir olmadığını, Təqsirləndirilən şəxs hərəkətlərindən heç bir məlumatının olmadığını bildirmişdir. Eynilə də Zərərçəkmiş şəxs qarşı edilmiş bu hərəkətlərdən də onun məlumatı olmamışdır. Digər işlərlə bağlı o, məlumatlı olsa da Zərərçəkmiş şəxs məsələsi ilə bağlı o, sonralar məlumat almışdır. Həmçinin o, istintaq zamanı əvvəldən də Təqsirləndirilən şəxsla heç bir əlaqəsinin olmadığını bildirmişdir. O, heç bir saxta sənəd və ya müqavilə hazırlamamış və verməmişdir. Eynilə Zərərçəkmiş şəxs nə qədər məbləğdə pul alması haqqında heç bir məlumatı olmamışdır. Ona isə heç vaxt bu alqı-satqı ilə bağlı pul verməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxsla onun cinayət əlaqəsi olmamışdır. O, heç bir müqavilə tərtib etməmiş və yaxud tərtib edilməsində iştirak etməmişdir. O, kargüzar işlədiyi üçün mənzil alqı-satqısı zamanı tərtib edilən müqavilələrin şablon forması ilə tanış olmuş, həmin müqavilələr kimidir. Amma bu müqavilənin kim tərəfindən hazırlanmasını bilmir. Qaydaya uyğun olaraq mənzil alqı-satqısı zamanı boş şablon formalı müqavilələrin içərisi doldurulur və şirkət rəhbərliyi tərəfindən imzalanıb möhürləndikdən sonra iki nüsxədə, biri şirkətdə, ikincisi isə alıcıda qalmaqla tərtib edilir. Ona təqdim edilən müqavilənin kim tərəfindən tərtib edilməsini bilmir. O, belə bir müqavilə tərtib etməmişdir. Onun Təqsirləndirilən şəxsla hər hansı cinayət əlaqəsinin olmasını sübut edən heç bir hal olmamışdır. O, həmin şirkətdə kargüzar, Ağasəmid isə komendant işləmişdir. Zərərçəkmiş şəxs özü də onunla heç bir əlaqəsinin olmadığını bildirmişdir. O, özü də Zərərçəkmiş şəxs tanısa da heç bir əlaqəsi olmamış, sadəcə binada mənzil sahibi olan şəxs kimi tanımışdır. Şahid2 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, o, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövrü verdiyi ifadəni təsdiq etdiyini və onun iştirakı olmadan məhkəmə iclasının baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, "xxxx" MMC tikinti şirkətinin təsisçilərindən biridir. Həmin şirkət tikinti sektoru ilə məşğul olur. 2014-cü ildə rəsmi qeydiyyatdan keçməklə fəaliyyət göstərir. Həmin MMC yarandığı andan yeni yaşayış binalarının tikilməsi ilə məşğul olur. MMC-nin məndən başqa Fuad Qasımov, İnşallah Manafov, Toğrul Əliyev və Seyidfərəc Abbasov adlı təsisçiləri vardır. MMC-nin ilk direktoru Seyidfərəc Abbasovun əmisi, mərhum X3 olmuşdur. Sonuncu üç il əvvəl dünyasını dəyişmişdir. M.Abbasov dünyasını dəyişdikdən sonra direktor əvəzi olaraq protokolla o, təyin edilmişdir. Hazırda isə MMC-nin direktoru Qüdrət Əliyevdir. "xxxx" MMC tikinti şirkəti Başı şəhəri, Yasamal rayonu, 7-ci Alatava 80A saylı, 2 girişli, 16 mərtəbəli 180 mənzildən ibarət olan binanın tikintisini həyata keçirmişdir. Həmin binanın tikintisi 2018-ci ilin əvvələrində başa çatmış və mənzillər öz sahiblərinə təhvil verilmişdir. Bundan başqa "xxxx" MMC tikinti şirkəti tərəfindən də ünvan 6 ünvanında da yaşayış binalarının tikintisi həyata keçirilir. Həmin binalar onun vəsaiti hesabına tikilir. Bu tikilməkdə olan binaların isə "xxxx" MMC şirkəti ilə heç bir əlaqəsi olmamışdır. İmişli rayon sakini Zərərçəkmiş şəxs tanıdığını, həmin şəxsin müraciəti ilə bağlı olaraq onun tərəfindən də qəbul edilməsini bildirmişdir. Zərərçəkmiş şəxs əlində olan və müqaviləni ona təqdim etmiş və bildirmişdir ki, bu müqavilə əsasında "xxxx" MMC-nin Nərimanov rayonu ərazisində tikdiyi binadan mənzil almışdır. O, isə "xxxx" MMC tərəfindən Bakı şəhəri ünvan 7 ünvanda yaşayış binası tikilməsini və oradan mənzillər satışa çıxarılmasını izah etmişdir. Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" MMC tikinti şirkəti tərəfindən bina tikintisi həyata keçirilmişdir. Həmin şirkətin də "xxxx" MMC tikinti şirkətinə heç bir aidiyyatı olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs ona təqdim etdiyi müqaviləyə baxan zaman da müqavilədə olan imzaların və möhürün saxta yolla hazırlanması, onun adının qarşısında olan imzasının isə skan üsulu ilə əks olunduğunu dərhal anlamışdır. Bu tikinti işlərini həyata keçirən şirkətin rəhbər üzvü kimi o, müqavilədə "xxxx" MMC tərəfindən Nərimanov rayonu ərazisində bina tikilmədiyini və belə bir tikintinin də nəzərdə tutulmadığını izah etmişdir. Nərimanov rayonu ərazisində "xxxx" MMC tikinti şirkəti tərəfindən bina tikintisi həyata keçirilmişdir. Bir sözlə həmin saxta müqavilə ilə Zərərçəkmiş şəxs aldadılmış və sonuncu "xxxx" MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu ərazisində bina tikilməsini və həmin binadan mənzil almasını güman etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC tərəfindən də tikintisi həyata keçirilmiş mənzillərin satışı zamanı da xeyli sayda vətəndaşlara qarşı dələduzluq əməlləri törədilmiş, bununla bağlı olaraq da sonuncunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin məhkəmə prosesi davam etdirilmişdir. Həmçinin "xxxx" MMC tikinti şirkətinin hazırda rəhbəri X4r və şirkət tərəfindən dən ünvan 8 ünvanında bina tikintisi həyata keçirilir. "xxxx" MMC tikinti şirkətinin "xxxx" MMC tikinti şirkətinə heç bir aidiyyatı olmamışdır. "xxxx" MMC tikinti şirkətinin qanuni fəaliyyəti ilə bağlı sənədləri mövcuddur və təqdim etmişdir. Qətiyyən Şahid1 bu işlərlə heç bir əlaqəsi olmamışdır. Şahid1 hazırda da "xxxx" MMC-də kargüzarlıq işində çalışır. Əgər sonuncunun Ağasəmidin bu əməlləri ilə hər hansı yaxından və ya uzaqdan əlaqəsi olsaydı işdə saxlamayacağını bildirmişdir. Ağasəmidin bu dələduzluq əməllərinin üstünün açılmasında Şahid1 rolu olmuş, Ağasəmidin ifşa edilməsi ilə bağlı məlumat vermişdir. Odur ki, Şahid1 bu işlə bağlı heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs əvvəl istintaq zamanı Şahid1 ilə əlbir olmasını, sonradan isə həmin xüsusatı təkzib etməsinin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs özünün ifşa edilməsində Şahid1 rolunun olması səbəbilə sonuncu ilə əlbir olduğunu demişdir. Amma hər bir halda bunu dəqiq deyə bilməmişdir. Amma tikinti şirkətinin rəhbər şəxslərindən biri kimi Şahid1 bu işlərlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin icraata qəbul edilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.4 və 320-ci maddələri başlanılmış cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir (cild 1, i.v. 36); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı hadisəni törətmiş şəxs müəyyən edilənədək dayandırılmışdır (cild 1, i.v. 48); cinayət işinin icraata qəbul edilməsi və icraatın təzələnməsi haqqında 15 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraat təzələnərək istintaq aparılmışdır (cild 1, i.v. 51); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı hadisəni törətmiş şəxs müəyyən edilənədək dayandırılmışdır (cild 1, i.v. 54); cinayət işi üzrə icraatın təzələnməsi və işin icraata qəbul edilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraat təzələnərək istintaq aparılmışdır (cild 1, i.v. 66-67); baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa Təqsirləndirilən şəxs göndərdiyi pulları təsdiq edən qəbzlərin surətini və sonuncunun ona təqdim etdiyi 33 saylı müqavilənin surətini təqdim etmişdir. birinci qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 10:34-də İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən “Final Marketdə” yerləşən “EManat” ödəmə aparatı vasitəsilə “Təqsirləndirilən şəxs” məxsus 5****8362 nömrəli kart hesabına ********** nömrəli əmliyyat yolu ilə 1630 manat pul göndərilmişdir. ikinci qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 12:24-də İmişli şəhəri Q.İsmayılzadə küçəsində yerləşən “Final Marketdə” yerləşən “EManat” ödəmə aparatı vasitəsilə “Təqsirləndirilən şəxs” məxsus 5****8362 nömrəli kart hesabına ********** nömrəli əmliyyat yolu ilə 3500 manat pul göndərilmişdir. (cild 1, i.v. 85-88); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 71-72); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 102-103); sənədin maddi sübut kimi tanınması haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd qəbzlərin surətləri və 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartının görüntüsünün surəti sənəd kimi sübut növü olması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 1, i.v. 128-129); texniki ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 5/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin Zərərçəkmiş şəxs ilə bağlanmış 15 iyun 2021-ci il tarixli 33 nömrəli müqavilənin və ödəniş cədvəlinin blankları, üzərindəki əlyazmalar, imzalar və möhür əksləri elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran) çap edilmişdir (cild 1, i.v. 159-161); çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 33 nömrəli müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 1 kv.m qiyməti 1000 manat həcmində mənzilin ümumi sahəsi 93,0 kv.m olmuş və müqvilənin qiyməti 93000 manat təşkil etmişdir (cild 1, i.v. 165-168); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrə cinayət işinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə ********* nömrə cinayət işi başlanaraq xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (cild 1, i.v. 100- 101); məhkəmə-texniki ekspertizasının 27 fevral 2025-ci il tarixli, 5/85 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMCilə Zərərçəkmiş şəxs arasında bağlanmış 15 iyun 2021-ci il tarixli 33 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədə və ödəniş cədvəlində olan möhür əksləri şırnaqlı printerdə çap edilmişdir (cild 2, i.v. 2-4); məhkəmə-xəttəşünaslıq ekspertizasının 07 aprel 2025-ci il tarixli, 4/159 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 33 nömrəli müqavilədə olan əlyazmalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, i.v. 8-11); cinayət işinin tövsif olunması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş və ibtidai istintaq davam etdirilmişdir (cild 2, i.v. 22-25); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, i.v. 27-28); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan cinayət prosesi ilə bağlı olaraq barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 2, i.v. 30-31); sübutların qiymətləndirilməsi, cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin tövsif edilməsi haqqında 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin Məcəllənin 178.2.,4-cü maddəsi ilə yenidən ittiham edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-in 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilsin və cinayət təqibi üzrə icraata həmin hissədə xitam verilmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilməsi ilə bağlı olaraq qanunsuz olaraq hüquq verən saxta sənəd hazırlaması və həmin saxta sənəddən istifadə etməsi ilə bağlı müddəalar sonuncuya elan edilmiş ittihamın məzmununa daxil edilməmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs və iş üzrə şahid X2 barələrində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli, 33 saylı müqavilə və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli iş üzrə maddi sübut qismində tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs tərəfindən 09 sentyabr 2021-ci il tarixdə, saat 10:34-də İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Final” marketdə olan “E-manat” ödəmə aparatı vasitəsilə A.Məmmədova məxsus "xxxx" ASC-yə aid olan «5444 5960 1219 8362» nömrəli bank kartı hesabına 1630 (bir min altı yüz otuz) manat pulun, 3 dekabr 2021-ci il tarixdə, saat 12:24-də isə 3500(üç min beş yüz) manat pulun köçürülməsini təsdiq edən iki ədəd ödəniş qəbzinin və bir ədəd "xxxx" ASC-yə məxsus plastik kartın fotoşəklinin Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Natiq Rəhimovun 26 avqust 2024-cü il tarixli qərarı il maddi sübut qismində tanınması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında 22 avqust 2024-cü il tarixli protokolu, habelə toplanmış digər istintaq sənədləri onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut növü kimi qəbul edilsin və cinayət işinin materiallarına əlavə edilmiş (cild 2, i.v. 62-76); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 78-79); Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 4 (dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinə əsasən dələduzluq, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxsə barışıq əldə etməməsini və ona dəymiş ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 10 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə maddi sübut “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli, 33 saylı müqavilə və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin, iki ədəd ödəniş qəbzinin və bir ədəd "xxxx" ASC-yə məxsus plastik kartın fotoşəkili iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-48/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001751 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli, 33 saylı müqavilə və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin, iki ədəd ödəniş qəbzinin və bir ədəd "xxxx" ASC-yə məxsus plastik kartın fotoşəkili iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-48/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-48/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver