Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-49/2021 19.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, H.Aslanov küçəsi ev 51-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,154 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşımaqla saxlamış və 12 yanvar 2021-ci il tarixdə saat 17 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı İmişli şəhəri, Q.İsmayılzadə küçəsində saxlanılıb şöbənin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sağ cibində bir ədəd qara rəngli kağız bükümündə umumi təmiz çəkisi - 0,154 qram çəkidə narkotik vasitə olan heroin kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. 2020-ci ilin yanvar aynın əvvəllərində kirayədə yaşadığı İmişli şəhəri, Q.İsmayılzadə küçəsindən qara rəngdə siqaret kağızına bükülmüş bir büküm tapmışdır. O, bükümu yerdən götürüb içərisinə açıb baxdıqda içərisində toz halında qəhvəyi rəngdə narkotik vasitə olan heroin olmasını görüb heroini istifadə etmək üçün əynində olan qara rəngdə gödəkçəsinin sağ cibinə qoyub evlərinə getmişdir. 12 yanvar 2020-ci il tarixdə saat 17 radələrində siqaret çəkmək üçün küçəyə çıxmış və həmin vaxt cibində tapdığı bir büküm heroin də olmuşdur. Yaşadığı Q.İsmayılzadə küçəsində evin qarşısında yolda durub siqaret çəkərkən mülki geyimdə dörd nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət olunmuş iki hal şahidinin və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara gödəkçənin sağ cibindən qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə olan heroin bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 12 yanvar 2021-ci il tarixdə İmişli şəhəri, H.Aslanov küçəsi 51 nömrəli evdə qeydiyyatda olmaqla İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin gəzdirməsi və həmin gün saat 17 radələrində yaşadığı küçədə olacağı barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin rəhbərliyinə raportla məruzə edilmiş və daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun fəaliyyətinə rəhbərlik etmək İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tapşırılmış və o, qrupun digər üzvləri İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 oğlu, PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə saat 16:45-də Təqsirləndirilən şəxs yaşadığı Q.İsmayılzadə küçəsinə getmişlər. Saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçədə tək durmasını görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət olunmuş iki hal şahidinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və axtarış zamanı onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş bükümün içərisində narkoik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kağız bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, yaşadığı küçədən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdir. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 12 yanvar 2021-ci il tarixdə saat 17 radələrində İmişli rayon polis şöbəsinin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşıb hal şahidi qismində iştirak etməyi xahiş etdikdə o, razılaşmışdır. Polis şöbəsində onun, digər hal şahidinin və vəkilin iştirakı ilə adını sonradan bildiyi İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və axtarış zamanı onun əynində olan qara rəngli gödəçənin sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş halda bir büküm və həmin bükümün içərisində qəhvəyi rəngdə, toz şəkilində heroinə oxşar maddə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroin bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 13 yanvar 2021-ci il tarixli, 18/66 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkiəsi 0,154 qram olan maddə kustar üsulla hazırlanmış vasitə olan heroindir. Heroinin umumi təmiz çəkisi - 0,154 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,104 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 03 mart 2021-ci il tarixli, 650 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,104 qram olan narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 95,95 (doxsan beş manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-49/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-49/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver